Press "Enter" to skip to content

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb

2021-07-26 15:32:00

Ali məktəblərə qəbulun keçid balları açıqlandı – Rəsmi

Feat.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb.

2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarının yekunlaşmağına az qalıb. Artıq bir neçə həftədən sonra bakalavr pilləsinə imtahanlardan uğurla keçərək müsabiqəyə buraxılan abitruyentlər ixtisas seçimi edəcəklər.

Adətən ali təhsil ocaqlarından asılı olaraq hər il ixtisasların keçid ballarında müəyyən dəyişiklik müşahidə olunur. Bəs bu il necə olacaq? İxtisas ballarının artma və ya azalma ehtimalı nə qədərdir?

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə açıqlamasında deyib ki, ixtisaslar üzrə keçid balı imtahandan sonra formalaşdığı üçün hazırda proqnoz vermək çətindir:

“Müsabiqədən sonra abitruyentlər ixtisas seçimi edir və yalnız bundan sonra keçid balı formalaşır. Buna görə də əvvəlcədən proqnoz vermək nəzəri cəhətdən mümkün deyil. Amma minimal müsabiqə şərtləri bəllidir.

İyulun 14-də II və III ixtisas qruplarının, iyulun 22-si isə I və IV ixtisas qruplarının imtahanıdır. İyulun 29-dan avqustun 10-na qədər ixtisas seçimi olacaq. Bundan təqribən iki-üç gün sonra isə kimin hansı ali təhsil müəssisəsinə qəbul olunduğu bilinəcək.

Müsabiqənin nəticələri açıqlanan zaman ixtisaslar üzrə keçid balının nə qədər olduğu bəlli olur. Hardasa avqustun 12-si və ya 13-də ixtisaslar üzrə ali təhsil müəssisələrində keçid balının nə qədər olduğu məlum olacaq. Qeyd edim ki, plan yerləri, həmin yerlərə qəbul olunan abitruyentlərin sayı, yekun nəticələr kimi parametrlər ixtisasların keçid balının müəyyənləşməsinə təsir edir”.

X.Xanlarzadənin sözlərinə görə, “keçid ballarını DİM müəyyən edir” fikri yanlışdır.

“Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 40 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 40 abituriyent bu ixtisasa qəbul edilir və 40-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.

2017 2018 ali mktblr keçid balları

2020-06-17 11:23:00

Ali məktəblərə keçid balları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib. DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib Jurnalda, həmçinin 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların izahı, qiymətləndirmə meyarları, elmi-metodik təhlili və statistik göstəriciləri dərc olunub. Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bu bölməyə aid digər xəbərlər

Buraxılış imtahanında xarici dil seçimi necə tənzimlənəcək?-DƏQİQ İZAH

2023-02-08 15:06:00

Buraxılış imtahanının sınaq mərhələsi keçiriləcək? -DİM-dən CAVAB

2022-11-08 16:00:00

Xarici dil imtahanına qeydiyyat aparılır

2022-05-21 10:00:00

Buraxılış imtahanlarının nəticələri BƏLLİ OLDU

2022-04-12 19:20:00

Əvvəlki ilin məzunları üçün buraxılış və qəbul imtahanları nə zaman keçiriləcək?-DİM

2022-02-22 13:12:00

Qabiliyyət imtahanları üçün apellyasiya prosesi təşkil olunacaq?-RƏSMİ AÇIQLAMA

2021-08-11 09:01:00

II və III ixtisas qrupları üzrə imtahan nəticələri açıqlandı-RƏSMİ

2021-07-29 00:09:00

I qrup üzrə ixtisasların keçid balları-DƏQİQ SİYAHI

2021-07-26 15:32:00

Sabah DİM-də imtahan keçiriləcək

Comments are closed, but trackbacks and pingbacks are open.