Məktəbli formasını necə seçməli
Biz də bu məsələyə aydınlıq gətirmək üçün Bakı Tikiş Evinin satış sektorunun şöbə rəisi Etibar Əzimova müraciət etdik. E.Əzimov əsl məktəbli formasının BTE emblemi olan məktəbli forması olduğunu dedi: “Bakı Tikiş Evinin emblemi vurulmuş saxta məktəbli formaları da var. BTE-nin adından Çindən saxta geyimlər gətirilir. BTE-yə müəlliflik hüququ verilib. 4 model məktəbli forması – 1-6 və 7-11-ci siniflər üçün nəzərdə tutulan məktəbli formaları modellərinin istehsalı üçün bizim müəlliflik hüququmuz var. Amma kimlərsə gedib bu məktəbli formalarının Çin oxşarını gətirib üzərinə BTE, ya da BTF-nin emblemini vurur. BTF-nin Bakı Tikiş Evinə aidiyyəti yoxdur. Bu başqa fabrikdir. Bizim mallarımız ancaq bizə məxsus mağazalarda satılır. Bakıda BTE-yə məxsus 14 mağaza var. Biz ancaq oradan alınan mallara zəmanət veririk. Bu paltarları şagirdlər minimum 2 il geyinə bilər. Təəssüflər olsun ki, saxta paltarlarla camaatı çaş-baş salır, ölkəyə saxta paltarlar gətirib dükan və yarmarkalarda satırlar. Bizim qaynar xətt telefonumuz var – 5974539. Hər kəs bu qaynar xətt telefonuna zəng edib əsl məktəbli formalarını haradan əldə edə biləcəyini öyrənə bilər. Biz bu formaların həm keyfiyyətinə, həm də uyğunluğuna zəmanət veririk. Amma başqa yerdən alınan məktəbli formalarına qarantiya vermirik. Banditizmə qarşı mübarizə adlı bir təşkilat var. O, zirzəmidə bu cür məktəbli formaları tikib üzərinə də BTE yazan sex aşkar edib. Bax, çaş-başlıq bundan qaynaqlanır. Əgər bizim tikiş evinə məxsus məktəbli forması kiminsə xoşuna gəlməsə, biz ona cavabdeh olarıq. Amma başqa yerdən, yarmarkalardan, Sədərəkdən alınan malları biz tanımırıq, onlar bizim mallar deyil. Bizim saytımızda mağazalarımızın telefon nömrələri və ünvanları var. Məsələn, kənar qəsəbələrdə, Mərdəkanda, Xırdalanda, Sumqayıtda, Binəqədi rayonunda və digər yerlərdə var”.
Təlimin təşkilinin digər formaları
Təlimdə dərslərlə yanaşı, digər formalardan da istifadə olunur. Belə formalara seminar məşğələləri, praktikumlar, təlim ekskursiyaları, fakültativ məşğələlər, əlavə məşğələlər, məsləhətlər, ev tapşırıqları, təlimin sinifdənxaric formaları daxildir. Bütün bu formalar təlimin əsas forması olan dərslə qarşılıqlı əlaqədə həyata keçirilir.
Seminar məşğələləri məktəbin yuxarı siniflərində, həm də əsasən humanitar fənlərin tədrisində iri proqram mövzuları ilə bağlı tətbiq olunur. Şagirdlər verilmiş mövzu üzərində müstəqil çalışır, icmal (məruzə və ya referat) hazırlayıb yoldaşları qarşısında çıxış edirlər. Seminar disput (mübahisə) formasında da keçirilə bilər. Bəzən hər məruzə üzrə əvvəlcədən rəyçilər (opponentlər) təyin edilir: onlar məruzəyə öz münasibətlərini bildirirlər.
Seminar məşğələsi bir neçə mərhələdə keçirilir: hazırlıq, müəllimin giriş sözü, çıxışlar və müzakirələr, yekun və qiymətləndirmə.
Seminar məşğələləri şagirdləri müstəqil işə cəlb etmək, onlarda özünütəhsil bacarıqları aşılamaq baxımından əhəmiyyətlidir.
Praktikumlar şagirdlərin müstəqil işinə əsaslanan formalardır. Onlar fənn kabinetlərində, laboratoriya və emalatxanalarda, tədris-təcrübə sahələrində, şagird istehsalat briqadalarında, əsasən, biologiya, fizika, kimya, riyaziyyat, əmək təlimi və b. fənlər üzrə keçirilir. Şagirdlər müəllimin verdiyi təlimat əsasında fərdi və ya kiçik qrupla tapşırığı yerinə yetirirlər. Praktikumlar, seminar məşğələlərində olduğu kimi, müxtəlif mərhələlərdə aparılır.
Düzgün təşkil edilib keçirilən praktikumlar şagirdlərin politexnik, əmək və peşəyönümü işinə kömək göstərir.
Təlim ekskursiyaları sinfin bütün şagird heyəti ilə təbii şəraitdə keçirilən məşğələlərdir. Onları könüllü keçirilən tərbiyəvi xarakterli ekskursiyalardan fərqləndirmək lazımdır. Təlim ekskursiyaları tədris proqramlarında öz əksini tapır: müəllim hansı mövzularda ekskursiya təşkil edəcəyini proqram əsasında müəyyənləşdirir.
Aparıldığı obyektlərdən asılı olaraq təlim ekskursiyalarının dörd növü ayırd edilir: təbiət, tarix (tarixi yerlərə), incəsənət (muzey və sərgilərə), istehsalat ekskursiyaları.
Daşıdıqları məqsədə görə ekskursiyalar üç tipdə olur: a) ilk tanışlıq və ya giriş ekskursiyaları (mövzudan qabaq keçilir və ona maraq oyatmaq məqsədi daşıyır); b) cari və ya müşayiətedici ekskursiyalar (mövzu öyrənilən prosesdə keçirilir və nəzəri bilikləri möhkəmlətmək, tətbiq etmək məqsədi güdür); c) yekun ekskursiyaları (mövzu öyrənildikdən sonra keçirilir və mövzuya yekun vurmaq, öyrənilənləri sistemə salmaq, tətbiq etmək, yoxlamaq məqsədi güdür).
Ekskursiyalar bir neçə mərhələdə təşkil olunur:
– hazırlıq (şagirdlər nəzəri biliyi təkrar edir, müəllim obyektlə tanış olub, ekskursiyanın plan və marşrutunu müəyyən edir);
– ekskursiyanın keçirilməsi (plan əsasında obyekt haqqında məlumat verilir, şagirdlər müşahidə edir, qeydlər aparırlar);
– yekun mərhələsi – müxtəlif formalarda (əyani vəsait hazırlamaq, inşa yazmaq, müsahibə aparmaq, kolleksiya və herbari düzəltmək və s.) aparılır.
Fakültativ məşğələlər müxtəlif fənlər üzrə könüllülük əsasında aparılan məşğələlərdir. Bu məşğələlər məktəbin orta və yuxarı siniflərində xüsusi proqramlarla keçirilir. Proqrama müəyyən fənlər (humanitar, təbii-riyazi və texniki elm sahələri) üzrə nəzəri biliklər, praktik bacarıqlar və tədqiqatçılıq ünsürləri daxil edilir. Fakültativ məşğələlərdə müstəqil yaradıcı işlərə, tədqiqatçılıq işinə geniş yer verilməli, şagirdlərin fərdi maraq və qabiliyyətlərinin inkişafına şərait yaradılmalıdır.
Əlavə məşğələlər geridə qalan, eləcə də yaxşı oxuyan şagirdlərlə dərsdənkənar aparılan iş formalarıdır. Bu məşğələlərdə zəif oxuyan şagirdlərin çətinlik çəkdiyi məsələlər üzrə fərdi tapşırıqlar yerinə yetirilir, çalışqan şagirdlər isə maraq və qabiliyyətlərini ödəyən yaradıcı tapşırıqlar üzərində işləyirlər. Əlavə məşğələlər ehtiyaca görə 15-20 dəqiqə vaxt ərzində keçirilir. Belə məşğələlərə rəhbərlik işinə əlaçı şagirdləri və tələbələri də cəlb etmək olar.
Məsləhətlər şagirdlərin çətinlik çəkdikləri mövzular üzrə aparılan təlim formalarıdır. Onlar fərdi və qrup şəklində keçirilə bilər. Bəzi məktəblərdə məsləhətlər il boyu xüsusi cədvəl üzrə (müəyyən günlərdə və saatlarda) aparılır.
Ev tapşırıqları təlimin fərdi təşkili formalarıdır. Onlar müxtəlif vəzifələri yerinə yetirir: dərsdə keçilən materialları möhkəmlətmək, dərinləşdirmək, nəzəri biliyi tətbiq etmək, növbəti mövzunu mənimsəməyə hazırlaşmaq və s.
Fəndən və mövzudan asılı olaraq ev tapşırıqları şifahi, yazılı, əməli xarakterdə ola bilər.
Ev tapşırıqları bir sıra tələblərə uyğun olmalıdır:
– tapşırığın məqsədi və icra qaydası şagirdlərə aydın olmalıdır;
– tapşırıqlar məzmunca rəngarəng olmalıdır; əks halda onlar yorucu olar;
– tapşırığın həcmi müəyyən olunmuş vaxt normasına uyğun gəlməlidir (şagird gün ərzində bütün tapşırıqlara I-IV siniflərdə 1-1,5 saatadək, V-VI siniflərdə 2 saat, VII-VIII siniflərdə 2,5-3 saat, IX-XI siniflərdə 3-4 saat vaxt sərf etməlidir); əks halda şagirdin digər fəaliyyət sahələri ilə (əmək, idman, incəsənət və s.) məşğul olmaq imkanı məhdudlaşır;
– ev tapşırıqları mümkün qədər yaradıcı xarakter daşımalıdır;
– tapşırıqların icrası müntəzəm yoxlanmalıdır; əks halda şagirdlərdə məsuliyyət hissi azala bilər, tapşırıqlar icrasız qalar.
Təlimin sinifdənxaric iş formaları dərslərdə öyrənilən bilikləri genişləndirmək, təlimə maraq oyatmaq, fərdi meyl və qabiliyyətləri inkişaf etdirmək məqsədi güdür. Sinifdənxaric təlim işləri bir neçə növdə olur:
a) kollektiv işlər (fənn olimpiadaları, təlim konfransları, şən hazırcavabların yarışı, müsabiqə və baxışlar, elmi mövzuda söhbət və məruzələr, intellektual oyunlar və b.); b) qrupla aparılan işlər (fənn, texniki, bədii və idman dərnəkləri); c) fərdi işlər (mütaliə, fərdi tapşırıqların icrası, əyani vəsait hazırlamaq, məruzə etmək, referat yazmaq və s.).
Təlimin sinifdənxaric formalarını dərslərlə əlaqələndirmək, onların emosional təsirini artırmaq vacib şərtdir.
Məktəbli formasını necə seçməli?
“Allı-güllü, iri, ağır, üzərində əcnəbi dillərdə müxtəlif yazılar yazılmış, bahalı çantalar almaq mənasızdır. Uşağın fiziki parametrlərinə uyğun sadə, yüngül, ucuz çantalar alınsa yaxşıdır. Ağır çantaları məktəbdə də lazımsız vəsaitlərlə yükləyəcəklər. Uşağın qamətini deformasiya edir. Sintetik materialdan hazırlanmış paltarlar almayın. Nisbətən baha da olsa, təbii materialdan olan paltarlar alın. Onsuz da il boyu geyinəcək. Uşağa düzgün oturma qaydalarını (vərdişi) öyrədin. Evdə öyrədin ki, məktəbdə də müəllimlər davam eləsin. Yoxsa qamətində problemlər yaranacaq”.
Bu məsləhətləri valideynlərə həkim, pediatr Vaqif Qarayev öz facebook hesabında yazaraq bildirib. Yeni dəb ili ərəfəsi valideynləri düşündürən və narahat edən əsas mövzulardan biri də məktəbli geyimləridir. “Keyfiyyətli geyimi haradan, necə almaq olar” kimi suallar bu gün bütün valideynləri düşündürür.
Orijinal məktəbli formalarının üzərində Bakı Tikiş Evinin yarlığı olur. Ancaq təəssüf ki, bu formaların saxtaları da satışda var və onların üzərinə bu yarlıqlar elə vurulub ki, onu orijinaldan ayırd etmək çətindir. Bu məktəbli formalarının qiyməti əslində yuxarı siniflər üçün 40, aşağı siniflər üçün isə 45 manatdır. Ancaq biz müxtəlif mağazalarda bu məktəbli geyimlərinin 50, 60, 65, bəzən isə daha ucuz 30-35 manata satıldığını görürük.
Fabrikdə tikilmiş məktəbli geyimlərini haradan alaq .
“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin rəisi Etibar Əzimov məktəbli formalarında işlədilən parçaların Avropa laboratoriyasından sertifikatı olduğunu dedi: “Bizim mallarımızın, parçalarımızın keyfiyyəti çox yüksəkdir. Çünki biz onu Türkiyədən alırıq və bu parça üçün Avropa laboratoriyasının sertifikatı var. Bizim ”Qaynar xətt”imiz var: 597-45-39. Bu telefona zəng etməklə hər kəs özünə yaxın məntəqəni öyrənib məktəbli geyimlərini oradan ala bilər. Bizim məktəbli forması satılan 15 satış mərkəzimiz var. İkisi Sumqayıtda, biri Xırdalanda, digərləri isə Bakının ən ucqar rayonlarındadır. Məsələn, Qaradağda, Mərdəkanda, Buzovnada və digər ətraf qəsəbələrdə satış təşkil etmişik ki, insanlar məktəbli forması üçün şəhərin bu başından o başına getməsinlər. Biz məktəbli formasını paketin içərisinə qoyub veririk. Paketin üzərində bütün satış mərkəzlərimizin ünvanları və telefon nömrələri yazılıb. Kimsə gedib başqa yerdən məktəbli forması alıbsa, biz təbii ki, ona zəmanət vermirik. Düzdür, bu məktəbli formalarına “Bakı Tikiş Evi”nin adını yazıblar. Amma o geyimləri kilo ilə haradansa alıb gətirirlər və bilirlər ki, “Bakı Tikiş Evi”nin malları yaxşı gedir, ona görə də bizim adımızı yazırlar. Bu yarlıqları o qədər dəqiq kopyalayıblar ki, onu adi gözlə ayırd etmək olmur”.
3 yolla saxta məktəbli formasını tanımaq olar.
E.Əzimov bildirdi ki, diqqətlə baxmaqla aldığınız məktəbli formasının saxta olub-olmadığını bilmək olar: “3 yolla saxta məktəbli formasını tanımaq olar. Birincisi, qiymət ucuzdursa, məlumdur ki, bu saxta maldır. Çünki bizim bütün mağazalarımızda qiymət vahiddir. İkincisi, parçaya toxunanda bunu bilmək mümkündür. Üçüncüsü isə saxta məktəbli formalarının tikişi əyri, keyfiyyətsiz və sanki başdan eləməklə yanaşılıb. Bu üç nüansa diqqət etməklə saxta məktəbli formasından qaçmaq olar. Çünki uşaqlar bizim genefondumuzdur. Bizim bu şeylər üçün müəlliflik hüququmuz var. Amma bizim bu hüququmuzu pozurlar. Bu, yerli istehsaldır və burada 700 qadın çalışır. Biz məhsul istehsal edirik, amma anbarda qalır. Çünki kənardan saxta forma gətirirlər, üstünə ”Bakı Tikiş Evi” yazıb camaata satırlar. Bizim bütün bəlamız bundadır. Bu geyimləri mağazalarda alarkən sertifikat tələb etsinlər. Əgər satıcı sertifikat göstərə bilsə, demək ki, bu bizim fabrikə məxsus məktəbli geyimləridir. Qiymətlərimiz isə dəyişməz olaraq qalır: 40 manat aşağı sinif uşaqlar üçün kostyumlarıdır, 46 manata isə yuxarı sinif kostyumlarıdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov geyim bazarından çoxlu sayda şikayətlər aldığını bildirdi: “Çox təəssüf ki, Azad İstehlakçılar Birliyi bu məsələ ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırsa da, heç bir effektli nəticə əldə olunmayıb. Mən birmənalı şəkildə tərəfdarıyam ki, məktəbli formaları hansı ölkədə olur-olsun tikilsin, Azərbaycana gətirilsin, onun standartları müəyyən olunsun. Qiymət bahadır və istehlakçılar narazılıq edirlər. Çox təəssüf ki, bu sahədə monopoliya aradan götürülmür. İstehlakçıların hüquqlarının müdafiəsi haqında qanuna görə istehlakçının hüququ var ki, malın sertifikatını tələb etsin”.
Qeyd edək ki , saxta geyimlər uşaqlarda müxtəlif dəri xəstəlikləri yarada bilər. Buna görə də valideynlər məktəbli formalarını seçərkən diqqətli olmalıdırlar.
Orijinal məktəbli formasını saxtasından necə ayırd etməli?
Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Valideynlərin əksəriyyəti məktəb alış-verişini yekunlaşdırsa da, müəyyən məqamlar var ki, onları düşündürür. Bu məqamlardan biri məktəbli formaları ilə bağlıdır.
Satışda üzərində Bakı Tikiş Evinin (BTE) və Bakı Tikiş Fabrikinin (BTF) emblemləri olan məktəbli formaları var. Bundan əlavə, məktəbli formalarının qiymətində də fərqin olması valideynlərdə çaşqınlıq yaradıb. Onlar hansı məktəbli formasının orijinal olduğunu, BTE, yoxsa BTF tikdiyi məktəbli formalarının keçərli olduğunu bilmirlər. Baş çəkdiyimiz bir neçə mağazada həm BTF, həm də BTE emblemi vurulmuş məktəbli formalarına rast gəldik. Satıcılardan bunun hansının əsas olduğunu soruşduqda “ikisi də eynidir” cavabını aldıq. Valideynlər isə bəzən aldıqları məktəbli formasını məktəbdə qəbul edilmədiyini deyirdilər.
Afaq Quliyeva adlı valideyn keçən il BTF emblemi olan məktəbli formasını aldığını ancaq məktəbdən həmin formanı geyinməyə icazə verilmədiyini dedi: “Keçən il dedilər ki, yalnız BTE yazılan məktəbli forması olmalıdır. İki dəfə xərcə düşdüm. İndi də BTE-yə məxsus məktəbli formaları bir-birindən çox fərqlənir. Biri nazik solğun rənglidir, biri də yüksək keyfiyyətli. Hansını seçək, bilmirəm”.
Biz də bu məsələyə aydınlıq gətirmək üçün Bakı Tikiş Evinin satış sektorunun şöbə rəisi Etibar Əzimova müraciət etdik. E.Əzimov əsl məktəbli formasının BTE emblemi olan məktəbli forması olduğunu dedi: “Bakı Tikiş Evinin emblemi vurulmuş saxta məktəbli formaları da var. BTE-nin adından Çindən saxta geyimlər gətirilir. BTE-yə müəlliflik hüququ verilib. 4 model məktəbli forması – 1-6 və 7-11-ci siniflər üçün nəzərdə tutulan məktəbli formaları modellərinin istehsalı üçün bizim müəlliflik hüququmuz var. Amma kimlərsə gedib bu məktəbli formalarının Çin oxşarını gətirib üzərinə BTE, ya da BTF-nin emblemini vurur. BTF-nin Bakı Tikiş Evinə aidiyyəti yoxdur. Bu başqa fabrikdir. Bizim mallarımız ancaq bizə məxsus mağazalarda satılır. Bakıda BTE-yə məxsus 14 mağaza var. Biz ancaq oradan alınan mallara zəmanət veririk. Bu paltarları şagirdlər minimum 2 il geyinə bilər. Təəssüflər olsun ki, saxta paltarlarla camaatı çaş-baş salır, ölkəyə saxta paltarlar gətirib dükan və yarmarkalarda satırlar. Bizim qaynar xətt telefonumuz var – 5974539. Hər kəs bu qaynar xətt telefonuna zəng edib əsl məktəbli formalarını haradan əldə edə biləcəyini öyrənə bilər. Biz bu formaların həm keyfiyyətinə, həm də uyğunluğuna zəmanət veririk. Amma başqa yerdən alınan məktəbli formalarına qarantiya vermirik. Banditizmə qarşı mübarizə adlı bir təşkilat var. O, zirzəmidə bu cür məktəbli formaları tikib üzərinə də BTE yazan sex aşkar edib. Bax, çaş-başlıq bundan qaynaqlanır. Əgər bizim tikiş evinə məxsus məktəbli forması kiminsə xoşuna gəlməsə, biz ona cavabdeh olarıq. Amma başqa yerdən, yarmarkalardan, Sədərəkdən alınan malları biz tanımırıq, onlar bizim mallar deyil. Bizim saytımızda mağazalarımızın telefon nömrələri və ünvanları var. Məsələn, kənar qəsəbələrdə, Mərdəkanda, Xırdalanda, Sumqayıtda, Binəqədi rayonunda və digər yerlərdə var”.
Müsahibimizin sözlərinə görə, saxta məktəbli formaları tikən insanlar bu işdə o qədər mahirdilər ki, bəzən onu orijinaldan seçməkdə çətinlik çəkirsən: “Onlar bizim nümunəni götürüb Çinə aparıb orada zirzəmidə ucuz işçi qüvvəsinə tikdirirlər. Bu məktəbli formalarını nimdaş parçalardan ucuz qiymətə tikib, gətirib burada baha qiymətə satırlar. Bütün respublikada bu saxta paltarlar yayılıb və BTE adı ilə satılır. Orijinal məktəbli forması ilə saxtasını parçasına baxmaqla seçə bilərsiz. Saxta məktəbli formalarının parçaları çox nimdaş, solğun rəngdə, səliqəsiz tikilişlidir. Baxan kimi ayırd etmək olar. Bu paltarlar tez tiftiklənir, yağışa, suya dəyən kimi rəngi qızarır və sairə”.
Rayonlarda olan məktəbli formaları ilə paytaxtda satılan məktəbli formalarının arasındakı qiymət fərqinə gəlincə isə E.Əzimov rayonlarda Bakı Tikiş Evinin ofisinin olmadığını dedi: “Rayonlara paltarlar Bakıdan aparılır. Ola bilər ki, bizim paltarları alıb işbazlıq edir və baha qiymətə satırlar”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil TV-də valideynlərə məktəbli formaları ilə bağlı müraciət edib: “Valideynlərə üz tutaraq demək istəyirik ki, hər hansı bir məktəbli formasının satışı və yaxud alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz. Yəni heç bir məktəb və yaxud da yerli təhsil idarə etmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməzlər. Valideynlər istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”. (musavat)
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.