Press "Enter" to skip to content

Əgər macar müəllif xaricdə nəşr edirsə, biz onu necə istinad edək

Bəlkədə hər kəsin ən çox qorxduğu şey Avropada iş tapmaq üçün iri və korporativ şirkətlərə müraciət etməkdir. Həmin qorxudan dolayı hər kəs kiçik şirkətlərə müraciət edir. Lakin siz global şirkətlərə müraciət etməkdən çəkinməməlisiniz, çünki Avropada xüsusilədə Polşa və Macarıstanda korporativ şirkətlərdə çalışan kifayət qədər azərbaycanlı var.Həm Macarıstan və Polşada reytingli universitetlər təşkil etməklə beynəlxalq və savadlı tələbələr üstünlük təşkil edir. Həmdə bu ölkələrdə aylıq əmək haqqı qiyməti aşağı olduğundan dolayı, şirkət büdcələrinə qənaət etmək imkanı verir.

5 Addımda Xaricdə Həm Oxuyub, Həm də İşləyin! – 2023 Xaricdə Təhsil

Əminliklə deyə bilərəm ki, xaricdə təhsil almağı arzulayan lakin maddi imkanları aşağı olduğundan bir çox tələbə bu mövzu barəsində düşünmüşdür. “Xaricdə iş imkanları necədir?, Xaricdə həm oxuyub həmdə işləyə bilərəmmi?, Aylıq xərclərimi həmin maaşla qarşılamaq mümkün olacaqdırmı?” deyə bir çox sualla maraqlanmışdır. Sizin bu suallarınızı nəzərə alıb bu günki məqaləmizdə xaricdə iş imkanları haqqında ətraflı məlumat verəcəyik. Avropada əsasən Macarıstan və Polşa ölkələrində mövcud olan iş imkanlarından bəhs edəcəyik. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!

Avropada Necə Həm Oxuyub Həmdə İşləmək Olar?

1.LinkedIn Hesabı Açın

Artıq demək olar ki, bütün iş insanlarının, şirkət və markaların LinkedIn hesabı var. LinkedIn hesabına sahib olmaq Avropada iş müraciətləri üçün vacibdir. Çünki LinkedIn artıq iş üçün müraciət edərkən baxılacaq bir platformaya çevrilmişdir. Buna görədə Linkedin hesabınız yoxdursa müraciətinizin peşakarlığı düşə bilər. Əlbəttə ki, hər şey tək bir LinkedIn hesabı açmaqla bitmir. LinkedIn hesabınızın CV-nizin ən son versiyasına uyğun olduğundan əmin olun və məzmununu mütləq şəkildə ingilis dilində yazın. Hesabınızda karyeranıza yönəlmiş peşakar yazılardan və cümlələrdən ibarət kontent paylaşsanız sizin üçün əlavə bir müsbət rəy formalaşacaqdır.

2.İngilis Dil Biliyi

Əlbəttə ki, istər xaricdə təhsil almaq üçün, istərsədə işləmək üçün ən vacib şərtlərdən biri sizin mükəmməl səviyyədə ingilis dil bilikləriniz olmalıdır. Çünki siz həm təhsil aldığınız müddət ərzində, həm də iş mühitində heç bir sıxıntı çəkmədən rahat və sərbəst şəkildə kommunikasiya əlaqələri qurmağı bacarmalısınız. İngilis dil biliklərinizi sübut etməniz üçün də müraciət etdiyinizin bir çox universitet sizdən beynəlxalq dil sertifikatları tələb edəcəkdir. Avropada əksər universitetlər dil sertifikatı üçün İELTS tələb edirlər.

3.Peşekar CV Hazırlayın

İxtisas bilikləriniz dərin olmasada, lakin CV-niz mükəmməl və hər daim öz üzərində işləyən, aktiv bir tələbə həyatı keçirmiş olduğunuzu göstərməlisiniz. Bunun üçün bacardığınız qədər ölkə daxilində və xaricində beynəlxalq və yerli layihələrdə, təlimlərdə və seminarlarda iştirak edin. Vaxtınızı hər şəraitdə və mühitdə səmərəli istifadə edərək dəyərləndirdiyinizi və özünüzə sərmaye qoyduğunuzu CV-nizdə bildirməyiniz vacibdir. İnterviewda isə sizdən həm texniki, həm də behavioral suallarlar soruşa bilərlər. Bu sualları isə rahatlıqla tapa və müraciət etdiyiniz şirkətin sizdən hansı tip suallar soruşacağınıda Google-dan tapa bilərsiniz. Burada diqqət etməli olmalı olduğunuz vacib bir məqam isə CV-nizdə fərqli açar sözlərinizdən istifadə etməyinizdir. Çünki iş mühitində rəqabət güclü olduğundan şirkətlər kompyuter proqramlarından istifadə edərək, bir çox CV-ləri dərhal uyğun olmayan və ona tapşırılmış açar sözlərdən istifadə edilməyən müraciətləri silir və rədd edir. Buna görədə siz Cv-nizdə həmin açar sözlərdən istifadə etməlisiniz.

4.Referans Tapın və Neworking Əlaqələri Qurun

Avropada iş üçün referans məktubları tələb olunmasada, lakin işə girməyinizi asanlaşdıracaq bir metodlardan biri də sizi bir nəfərin HR-a referans olaraq göstərməsidir. Yəni tövsiyə etməsidir, bu prosedur müraciət etdiyiniz şirkətdə işləyən tanıdığınız bir nəfər varsa CV-nizi Hr menecere təqdim etməsi ilə olur. Əlbəttə ki, bu metod xeyirxahlıq məqsədi ilə edilmir, buradakı məqsəd şirkətlərin işçi axtararkən öz kollektivindən işə götürmə prosesində istifadə etməsi sayəsində olur. Demək olar ki, bütün global şirkətlərdə bu sistem mövcuddur və ən azından sizə ilkin mərhələni keçmənizdə kömək edəcəkdir. Networking əlaqələri qurmanızın isə burada sizin köməyinizə çatacaqdır. Həmin əlaqələrin inkişaf etməsi və genişlənməsi üçün yuxarıda qeyd etdiyimiz LinkedIn hesabı açmanız və iş üçün müraciət etməyi planlaşdırdığınız şirkətlərdə işləyən insanları tapmaqdan və onlara mesaj göndərməkdən çəkinməyin.

5.Böyük Şirkətlərə Müraciət Edin

Bəlkədə hər kəsin ən çox qorxduğu şey Avropada iş tapmaq üçün iri və korporativ şirkətlərə müraciət etməkdir. Həmin qorxudan dolayı hər kəs kiçik şirkətlərə müraciət edir. Lakin siz global şirkətlərə müraciət etməkdən çəkinməməlisiniz, çünki Avropada xüsusilədə Polşa və Macarıstanda korporativ şirkətlərdə çalışan kifayət qədər azərbaycanlı var.Həm Macarıstan və Polşada reytingli universitetlər təşkil etməklə beynəlxalq və savadlı tələbələr üstünlük təşkil edir. Həmdə bu ölkələrdə aylıq əmək haqqı qiyməti aşağı olduğundan dolayı, şirkət büdcələrinə qənaət etmək imkanı verir.

Bəs Avropa Ölkələrində Geniş İş İmkanları Varmı?

Avropa ölkəsi olan Macarıstanda xüsusilədə geniş iş imkanları mövcuddur və buna görədə Avropanın iş tapmaq üçün ən əlverişli ölkələrindən biri hesab olunur. Macarıstanın paytaxt şəhəri olan Budapeştdə iş imkanları iş axtaran savadlı və peşekar insanların sayından çoxdur. Buna görədə rəqabətin güclü və əcnəbi tələbələrin çox olmasına baxmayaraq, özünüzə güvənir və savadınızdan əminsinizsə, Macarıstanın iri və korporativ şirkətlərinə müraciət etməkdən çəkinməməlisiniz. Macarıstanda tamştat işləyən işçilərin aylıq əmək haqqısı təqribən 780 avrodur. Həmçinin burada əlavə olaraq əcnəbi tələbələrə işləmək hüququ verilir və həftə ərzində 24 saat işləmək imkanları olur. Global şirkətlər tərəfindən əcnəbi tələbələrin həm işləməsi həm də pul qazanması üçün təcrübə proqramları da tərtib olunur. Bu təcrübə proqramlarını uğurla başa vuran tələbələrə isə həmin şirkətlərdə qalıb daimi işləmək haqqı da verilir.

Polşada isə sizin İT sahəsi üzrə bilikləriniz çoxdursa geniş iş imkanları və təcrübə proqramları mövcuddur. Məsəlen Adice+, Phyuton proqramlarını üzrə azda olsa bilikləriniz varsa, Polşada təcrübə proqramlarında minimum ödənişlə işləyib, 2-3 aydan sonra daimi olaraq işlə təmin edilə bilərsiniz. Avropa ölkələrində işlə təmin olunmağın digər yollarından biri isə AİSEC Global Talent proqramıdır. Bu proqram vasitəsi ilə Avropanın bir çox ölkələrində 1 illik müqavilə bağlayıb işləyə bilərsiniz. AİSEC Global Talent proqramı vasitəsilə təmin olunduğunuz işlərdə digər kollegalarınıza nisbətən ödənişin az olduğu halda, siz əgər işdə uğurlu və peşakar olsanız 1 illik müqaviləniz bitdiyi halda daimi olaraq qalıb işləyə biləcəksiniz.

Yekun olaraq isə Avropada təhsil və işlə bağlı xəyallarınızı çox yüksək tutmamağınızı və hər bir işinizin mükəmməl olacağını düşünməməyinizi tövsiyə edirəm. Burada yalnız öz bilik və bacarıqlarınıza uyğun işlərə müraciət etməli və minimal ödənişlərədə razı olmalısınız. Çünki bir yerdən başladıqda fürsətlər daha sonra özü sizin ayağınıza gələcəkdir. Xaricdə təhsil yolunuzda və gələcək karyeranızında uğurlar arzu edirəm və xaricdə təhsil və yaşamla əlaqədar ən çox ünvanlanan sualları cavablandırmaq istəyirəm:

1.Xaricdə təhsil almaq üçün nə etməliyəm?

Xaricdə təhsil üçün 2 ən vacib şərt vardır. Birincisi ingilis dil biliyinizi təsdiq edən sertifikata sahib olmalı və ikinci şərt olaraq isə universitet qiymət ortalamanız GPA nəticəniz yüksək olmalıdır.

2.Avropada təqaüdlə təhsil ala bilərəm?

Əlbəttə, bunun üçün bir çox təqaüd proqramları mövcuddur.

3.Italiyada aylıq yaşam xərcləri nə qədərdir?

Əsasən sizin xərcləməyinizdən asılı olaraq İtaliyada aylıq yaşam xərcləri 700-1000 avro arasındadır.

4.Macarıstanda necə təqaüdlə təhsil almaq olar?

Macarıstanda təqaüdlə təhsil almaq üçün Visegrad və ya Stipendium Hungaricum təqaüd proqramlarına müraciət edə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə təhsil almaq haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə paylaşdığımız digər məqalələrimizidə oxuya bilərsiniz:

  1. Xaricdə Təqaüdlə Təhsil Almaq Üçün Nə Etməli?
  2. Xaricdə Hansı Təqaüd Proqramları Var?
  3. İtaliyada Necə Təqaüdlə Təhsil Almaq Olar?

Durğu işarələrinin yazıda işlənməsi məqamları haqqında

Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmuyu — başqa cür desək, punktuasiya) daxildir.

Durğu işarələrinin mahiyyəti, vəzifələri, onlardan istifadə məqsədi və işlənmə məqamı, yeri, yazıda mövqeyi barədə doğru-dürüst bilgilər, onları səciyyələndirən normalar hər bir vətəndaşa, savadlı adama yazılı nitq zamanı olduqca vacibdir, zəruridir.

Ümumiyyətlə, özünü ziyalı hesab edən hər bir şəxs yazıda durğu işarələrinin yerli-yerində olmasına əməl etməlidir. Xüsusilə jurnalistlərin, mətbuatda çalışanların, orta və ali məktəb müəllimlərinin birinci dərəcəli vəzifəsi düzgün yazı normalarını qorumaq, nitq mədəniyyəti məsələlərinə önəm verməkdir.

Durğu işarələrini səciyyələndirsək, belə bir ümumiləşdirici fikirlə onu təqdim edərdik ki, durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu olduğunu göstərir.

Hazırda yazımızda işlənən durğu işarələri Azərbaycan dilinin öz daxili qanunlarına əsaslanılmaqla formalaşmış, qanuniləşmişdir.

Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır. Müşahidələrimiz göstərir ki, ümumilikdə yazıda durğu işarələrinin işlənməsinə əksər hallarda əməl olunur. Amma arzu olunmasa da, bəzən durğu işarələrinin cümlədə yerli-yerində olmaması faktlarına da rast gəlinir. Ehtiyac olmadan hardasa vergül, iki nöqtə və ya nida işarəsi qoyulur. Amma, lakin, ancaq bağlayıcıları mürəkkəb cümlədə işlənərkən onlardan əvvəl yox, səhvən sonra vergül yazılır, yaxud başqa köməkçi nitq hissələrinin — modal sözlərin, nidaların, ədatların işlənməsi zamanı səhvlərə yol verilir.
Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə saya bilərik. Yeri gəldikcə biz bu vergül işarəsinin yazılı nitqimizdə bütün normativlərə uyğun verilməsi qaydalarından nümunələr gətirəcəyik. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir. İndi vergül işarəsinin müxtəlif üzvlər arasında, fərqli mövqelərdə işlənmə hallarını şərh edək.

Cümlənin həmcins üzvləri arasında vergül.

Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir.

Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür. Ehtiyac, aclıq, zülm qoymadı göz açam. Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur.

Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik. Gənclər danışır, gülür, şadyanalıq edirdilər. Bu cümlələrdə isə həmcins xəbərlər arasında vergül işarəsi işlənmişdir (söhbət edərdik, yeyərdik, danışardıq; danışır, gülür).

Ki tabelilik bağlayıcısı işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə mürəkkəb cümlənin tərəflərini birləşdirən cümlələr arasındakı ki bağlayıcısından sonra vergül qoyulur. Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır (necə?). Tələbə var ki, kitab əlindən düşmür (necə?); Özünü elə aparır ki, deyərdin, hamı ona borcludur. O, elə baxırdı ki, sanki çalağandır, şikarının üstünə şığıyacaq. Biz ona görə gəlmişik ki, (nə məqsədlə?) sizi xəbərdar edək.

Çünki bağlayıcısı işlənən mürəkkəb cümlədə ondan əvvəl vergül yazılır. Oğlan imtahan verməkdən qorxurdu, çünki elmdən çoxdan uzaqlaşmışdı.

-sa, -sə şərt şəkilçisi işlənən mürəkkəb cümlədə sa2 birinci cümlənin xəbərində gələrsə, ondan sonra vergül qoyulur. Əgər yıxılsan, balta çalan çox olar. Hərgah işləmirsənsə, gedə bilərsən.

Mürəkkəb cümlədə sa2, da2, belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa həmin sözlərdən sonra, amma, ancaq bağlayıcılarından isə əvvəl vergül qoyulur. Məs.: Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirdilər. Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri alınacağına şübhə etmirik.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur. Tərkib hissələrinin birində vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məs.: Gözəl bir yay günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı. Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi.

Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C.Məmmədquluzadə). Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A.Şaiq).

Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Qarqar çayının həzin şırıltısı, Gülarənin palazlara, gəbələrə endirdiyi toqqaların taqqıltısı ətrafa yayıldı; hələ naxırçıların oynamaları da bu səslərə qarışanda şənlik bir tərəkəmə toyunu xatırladırdı (Ə.Haqverdiyev). Onlar otaqdan çıxmamış otağa səs-küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C.Cabbarlı).

Zərfliklər əksərən, baxmayaraq, halda, kimi, əlaqədar olaraq və s. sözlərin köməyi ilə xüsusiləşərkən bu zaman həmin sözlərdən sonra vergül qoyulur. Məs.: Səhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik. Payız olduğu halda, aran yerlərdə istiydi.

Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur.

Dəqiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur. Onun mənasını konkretləşdirir. Xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşan dəqiqləşdirici xüsusiləşmiş üzvdən əvvəl vergül yazılır. Məs.: Bütün siniflər, xüsusən onuncular yaxşı nəticə əldə etdilər. Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi.

Tabeli və tabesiz mürəkkəb cümlələrdə vergülün işlənməsi.

Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr.

Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcıları bağlayıcılı tabeli mürəkkəb cümlələrin hissələrini bir-birinə bağlayır. Birləşdirmə bağlayıcılarından başqa (və birləşdirmə bağlayıcısından başqa) qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məs.: Qonaq getmək istədi, amma ana buraxmadı. Birdən-birə göy guruldadı, hətta ildırım çaxdı. Nə işıq yanırdı, nə də su gəlirdi. Gah yağış yağırdı, gah da gün çıxırdı.

Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır və onların arasında vergül qoyulur. Məs.: Yağış yağır, rəqs eləyir gur damcılar. Sel gəldi, çayın suyu bulandı.

Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır. Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məs.: Şairdir, görünür, düz ilqarı var (S.Vurğun). Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır. Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M.Araz). Yəqin, (ara söz) sən də getməlisən. Elşən, əsasən, (ara söz) doğru məlumat verdi. Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq. Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr.

Əvəzliklərdə vergül.

İsim, sifət, say və başqa əsas nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir. Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məs.: O, əlbəttə, (modal söz) sənə inanır. Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır. Bu, mənim dostumdur. O, çox çalışır. O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoymaq olmaz. Məs.: O işi mən görməliyəm. Bu tapşırığı düz yazmamışam.
O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil və köməkçi nitq hissələri (feli sifət və modal sözlərdən başqa) gələrsə, vergül qoyulmaz. Məs.: O getdi. Bu həm də tələbədir. O nə yaxşı oğlandır?! O necə də yaxşı cavab verdi?!

Köməkçi nitq hissələrində vergül işarəsi.

Bağlayıcılarda vergül. Cümlədə təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl vergül qoyulur. Cümlənin içərisində olan amma, ancaq, lakin, hətta, yəni, o cümlədən, həmçinin, habelə, halbuki, çünki, yoxsa, ona görə ki, eyni zamanda, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Göyün üzünü bulud aldı, amma yağış yağmadı. Vaxtında gəl, yoxsa içəri keçə bilməzsən.

Da, də bağlayıcılarından sonra vergül qoyulur.

Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

Ki bağlayıcısından sonra vergül qoyulur. Məs.: Katib cavab verdi ki, kağızın Mirzə Səfərdədir.

Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məs.: Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.

Da, də bağlayıcıları cümlədə təkrar olunmayanda vergül qoyulmur. Gəncə də Azərbaycanın qədim şəhərlərindəndir. Belə ki bağlayıcısından sonra vergül qoyulur.

Ədatlarda vergül.

Bəli, xeyr, hə ədatları cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdə, sonra gələndə özündən əvvəl vergül qoyulur. Bu ədatlar söz-cümlə kimi işləndikdə intonasiyadan asılı olaraq onlardan sonra nöqtə, sual və nida işarəsi qoyulur. Məs.: — Görürəm, bəli, işlərin yaxşı gedir. Bu, belədir, bəli. — Xeyr, getmirəm. Hə, eşitmişəm. Xeyr, gedə bilməyəcəksən. Hə, düz deyirsən (ədat).
— İlqar, sən də getmək istəyirsən?
— Xeyr! (söz-cümlə)
— Hava soyuqdurmu?
— Bəli (söz-cümlə).

Ki həm ədat, həm də bağlayıcı kimi işlənir. Məs.: başa düşmədiyiniz bir şey yoxdur ki? (ədat). Ki əgər ədat vəzifəsindədirsə, ondan sonra vergül yazılmır. Məs.: Söz ki var, quş kimidir, buraxarsan uçar (ədat).

Ki bağlayıcıdırsa, ondan sonra vergül qoyulur: Yarım saatdan artıq idi ki, Səkinə gözləyirdi (bağlayıcı). Mən sənə dedim ki, belə danışma (bağlayıcı).

Yəni sözü də həm bağlayıcı, həm ədat kimi işlənir. Bu zaman cümlədə bağlayıcıdan əvvəl vergül yazılır. Ədatdırsa, heç bir durğu işarəsi qoyulmur. Məs.: Kənd ağsaqqalı cavanları, yəni: Mürsəli, Nadiri, Akifi məsləhət gördü (bağlayıcı). Mən Vüqarı, yəni qardaşımı gözləyirəm (bağlayıcı). Bu barədə yəni heç kəsə bir söz deməmisən? (ədat). Yəni bu çox pis işdir? (ədat).

Modal sözlərdə durğu işarələri.

Modal söz cümlənin əvvəlində işlənəndə ondan sonra vergül, ortada gələrsə hər iki tərəfdə, sonda olarsa ondan əvvəl vergül qoyulur. Sanki, elə bil modal sözlərindən sonra vergül qoyulmur. Məs.: Sanki alçaq dağları bu yaradıb. Elə bil qışın qaranlığında gün çıxdı.

Ara sözlər morfologiyada modal sözlər adlanır. Məs.: Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib şəhadətnaməni aldım. Mən, doğrudan da, bu fikirdəyəm ki, Roma öz qüdrətini göstərmək üçün Çandranı yaratmışdır (M.İbrahimov).

Nidalarda durğu işarələri.

Nidalarda belə durğu işarələri işlədilir. Cümlənin əvvəlində, ortasında və sonunda işlənən nidalarda aşağıdakı halda durğu işarələri qoyulur. Məs.: Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim (M.Müşfiq). Vah, bu imiş dərsi-üsuli-cədid?! Yox! Yox! Oğul, məktəbi-üsyandı bu (M.Ə.Sabir). Burada nidalardan sonra çox vaxt intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi qoyulur.

Qorxdum, ay aman, yarıldı bağrım! (M.Ə.Sabir) Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! (M.Ə.Sabir) (nida işarəsi cümlənin sonunda işlənib).

Xüsusiləşmiş üzvlərdə durğu işarələri.

Cümlədə məna və intonasiya cəhətdən fərqləndirilən üzvlərə xüsusiləşmiş üzvlər deyilir. Bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin tamamlıqlar və zərfliklər daha çox xüsusiləşir. Tamamlıqlar başqa, qeyri, özgə, savayı, əlavə, əvəzinə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Məs.: Quşların səsindən başqa, bir səs eşidilmirdi. Plandan əlavə, otuz faiz pambıq nəzərdə tutulub.

Hacıyevin rotası yalnız səhərə yaxın düşmən mövqeyinə çatdı, çünki bütün gecəni projektorların işığı onların irəliləməsinə mane olurdu (Ə.Əbülhəsən).

Hamı, o cümlədən işə yeni götürülənlər həkim müayinəsindən keçməli oldu.

Mən və yoldaşlarım bir az asudə nəfəs alırdıq, ona görə ki ev dağın ətəyində, çayın kənarında idi.

Cümlədə təkrar olunan da, də bağlayıcılarından sonra (sonuncudan başqa) vergül qoyulur. Məsələn: Aydanmı, günəşdənmi yarandın, de nədən sən? Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən (S.Vurğun).

Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məsələn: Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı. Əgər torpaq anadırsa, zəhmət atadır. Madam ki, xəfiyyəlik edirsən, göstər onun evini (İ.Şıxlı). İndi ki getmək istəyir, mane olmayın. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.

Belə ki bağlayıcısından sonra vergül qoyulur: İndi Azadın boş vaxtı yox idi, belə ki, o, gecə kurslarına da gedirdi.

İki nöqtə, nöqtəli vergülün işlənməsi.

Tabesiz mürəkkəb cümlənin məna əlaqələrindən biri olan aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindən biri ümumilik bildirir, digəri isə onu aydınlaşdırır, konkretləşdirir. Məs: Ağartıya pul vermirdilər: inəyin südü ailəni görürdü.

Beləliklə, tərkibində nida olan cümlələr heç də yalnız nida cümləsi olmur.

Sonda onu da nəzərinizə çatdırmağı lazım bilirik ki, biz durğu işarələrinin yazılı nitqdə işlənmə yerləri barədə yalnız ən zəruri məqamlardan bəhs etməklə kifayətləndik.

İsmayıl Məmmədli
Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli

  • Teqlər:
  • durğu işarələri
  • , nöqtə
  • , vergül
  • , yazı forması
  • , orfoqrafiya qaydaları

Uşağı xaricə aparmağın yeni qaydaları – SƏNƏDLƏR

Məlum olduğu kimi, 2013-cü il sentyabrın 1-dən Azərbaycanda yeni biometrik pasportların verilməsinə başlanılıb.

Bununla əlaqədar olaraq hətta 1 yaşlı körpə uşaqların da xarici pasportları olacaq.

Buna görə xaricə uşaqları ilə birlikdə səyahət edən vətəndaşlar yeni qaydaları da nəzərə almalıdırlar.

Belə ki, əgər indiyə qədər valideyn uşaqların fotosunu pasportuna vurub, özü üçün viza alaraq sakit şəkildə xaricə gedə bilirdisə, yeni pasportlarla əlaqədar olaraq xaricə gedəcək hər bir uşaq üçün də viza almaq lazım gələcək.

“Şengen” vizaları üzrə adının çəkilməyini istəməyən avropalı ekspertin Gün.Az-a dediyinə görə, “Şengen” vizası qüvvədə olan ölkələrə səyahət zamanı uşağın da pasportunda vizanın olması məcburidir.

Amma hazırda uşaqlarının fotosu pasportda olan valideynlər, pasportlarının müddəti bitməyənə qədər narahat olmaya bilərlər. Bu müddət ərzində onlar köhnə qaydalarla uşaqları ilə birgə səyahət edə bilərlər.

“Biometrik pasportların verilməsinə baxmayaraq, “Şengen” ölkələri üçün bundan əvvəl uşaqların fotoları vurulan pasportlar da qüvvədədir. Pasportların müddəti bitənə qədər valideyn uşağı ilə pasporta vurulan foto vasitəsilə səyahət edə bilər”.

Ekspertin dediyinə görə, biometrik pasport verildikdən sonra hər bir uşaq da xaricə valideyni ilə səfər etdikdə viza almalıdır.

Bundan başqa vizaya tələb olunan şərtlər böyüklər üçün nəzərdə tutulan şərtlərdən az fərqlənir.

Belə ki, uşaqlar üçün viza almağa müraciət etdikdə əgər uşaq məktəbdə oxuyursa, bunu sübut edən arayış verilməlidir. Məktəbə getməyən uşaqlar üçün hər hansı bir digər arayış tələb edilmir.

Uşağın doğum haqqında şəhadətnaməsi tərcümə olunub, notariusda təsdiq olunmalıdır.

Əgər uşaq bir valideyni ilə səyahət edirsə, digər valideynin rəsmi icazəsi olmalıdır. Əgər uşaq baba, nənə və ya digər bir qohumu ilə səyahət edirsə, hər iki valideynin rəsmi icazəsi olmalıdır.

Hər bir uşaq üçün viza alarkən tələb olunan anket doldurulmalıdır. Anket valideynlərdən biri tərəfindən doldurulur və elə valideyn tərəfindən də imzalanır.

Viza almağa sənəd verərkən, 12 yaşına qədər uşaqlar üçün barmaq izləri tələb olunmasa da, 12 yaşdan yuxarı uşaqlardan barmaq izləri alınır.

Bundan başqa yaşından asılı olmayaraq səyahətə aparılacaq hər bir uşaq fotosu çəkilmək üçün səfirliyə gətirilməlidir.

“Şengen” vizasının qiymətləri də uşaqlar üçün fərqlidir. Belə ki, 6 yaşa qədər uşaqlar üçün viza pulsuz, 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 35 avro, 12 yaşdan yuxarı uşaqlar üçün isə vizaya görə 60 avro ödənilməlidir.

Xarici pasportların verilməsində yeni qaydaların qüvvəyə minməsi ilə bağlı yaranan suallardan biri də köhnə pasportların taleyi ilə bağlıdır.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən aldığımız məlumata görə, yeni pasportlarla yanaşı, istifadə müddəti tam başa çatana kimi köhnə xarici pasportlardan da istifadə etmək mümkün olacaq.

Bundan başqa azyaşlı uşaqlarını özü ilə xarici ölkəyə aparmaq istəyən valideynlər üçün pasport müddəti bitməmiş köhnə qaydalar qüvvədə qalır. Bundan başqa uşaqların valideynin pasportuna vurulan fotoları, həmin pasportun müddəti bitənə qədər qüvvədə qalır.

Biometrik pasportların verilməsini ekspertlər də təqdirəlayiq hal kimi qiymətləndirirlər.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından biometrik pasportların verilməsi çox zəruridir:

“Əvvəllər Azərbaycanda verilən pasportlarda olan təhlükəsizlik elementlərinin sayı biometrik pasportlarla müqayisədə olduqca az idi.

Buna görə də həmin pasportların saxtalaşdırılması asan idi. Biometrik pasportların saxtalaşdırılması isə demək olar ki, mümkün deyil. Bundan başqa xüsusi aparatlarla biometrik pasportların oxunması daha asandır.

Ən əsası isə biometrik pasportlarda insanın xarici görünüşünün elementlərini əks etdirən daha çox əlamət, məsələn, barmaq və ovuc izləri, gözlərin rəngi və s. mövcuddur.

Bu baxımdan hesab edirəm ki, biometrik pasportların Azərbaycanda tətbiqinə başlanılması insanların hüquq və təhlükəsizliklərinin qorunması baxımından çox müsbət və uğurlu bir addımdır”.

Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycanda ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib və həmin qaydalara əsasən, vətəndaşlara yeni biometrik pasportların verilməsinə başlanılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (“ASAN xidmət”) verilən məlumata görə, ümumvətəndaş pasportu almaq üçün vətəndaşlardan ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı) və dövlət rüsumunun ödənilməsi barədə sənəd tələb olunur.

Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur), valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd tələb olunur.

Qeyd edək ki, 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportunun dəyişdirilməsinə gəlincə, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə pasport dəyişdirilməlidir.

Dövlət rüsumunun məbləğinə gəlincə, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

· bir yaşınadək uşaqlar üçün – 10 manat

· bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manat

· üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manat

· on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manat

– beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

· bir yaşınadək uşaqlar üçün – 20 manat

· bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manat

· üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manat

· on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manat

– bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

· bir yaşınadək uşaqlar üçün – 40 manat

· bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manat

· üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manat

· on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manat

Qeyd edək ki, ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.