Press "Enter" to skip to content

2018 ci il üçün ticart dövriyysi

Buğa

2018-ci ilin iş və istirahət günləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Day.Az bildirir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2018-ci ilin iş vaxtı normasında bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart -Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 15,16 iyun – Ramazan bayramı, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust – Qurban bayramı, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun tarixləri istirahət günləridir. 2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin İş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.

Sənəddə qeyd olunur ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü vardır (241+108+17+1+1-3 = 365).

Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2018-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir (232 x 8 + 9 x 7 = 1919 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

2018-ci ilin İş vaxtı normasında həmçinin bildirilir ki, Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün də 2018-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1919 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Qeyd edək ki, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir. 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “2018-ci ilin İstehsalat təqvimi” bölməsində də təqdim olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

2018 ci il üçün ticart dövriyysi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I- IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbrilərin tarixləri müəyyən olunub.

DİM-dən Modern.az-a bildirilib ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz.

Tarix (2018‑ci il)

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına:

Bürcləri 2018-ci ildə NƏ GÖZLƏYİR: Sarı İt kimlər üçün DÜŞƏRLİ OLACAQ?

2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndıriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və Xərçənglər isə əksinə yaxınlarının rəğbətini itirmək risk ilə qarşılaşacaq.

Publika.az bu yazıda oxucuları məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları ilə tanış edir.

Qoç

İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran Qoçlar üçün uğurlu olacaq. Dəyişikliklər mütləqdir. 2018-ci ildə Qoçlar daha təmkinli davranacaq, macəralara atılmağı dayandıracaqlar, bütün qüvvələrini və pulunu şübhəli layihələrə yatırmayacaqlar. Onlar ilin simvolunun təsiri altında öz coşqun enerjisini düzgün istiqamətə yönləndirəcək. Səfərlər dünyagörüşünü genişləndirəcək, həmçinin sevinc və yeni emosiyalar bəxş edəcək.

Buğa

Buğalar üçün 2018-ci il ailə birliyinin əhəmiyyəti ilə yadda qalacaq və bunda onlara Sarı İt kömək edəcək. Sizə tövsiyə edilir ki, gələn il doğmalarınıza qarşı diqqət və qayğını ərigəməyəsiniz. Sizin başınız bütün ili müxtəlif sahələrdə uğurlar əldə etməyə qarışanda ailəniz sizin üçün darıxmaqla məşğul idi. Bir də ulduzlar bildirir ki, ilin əvvəlində rəhbərlik Buğalara vəzifənin yüksəldilməsi və ya karyerada cəlbedici təkliflər ediləcək. İmtina etməyin, şansınızın astanasındasınız.

Əkizlər

Şən və qayğısız Əkizlər Sarı İt ilinin təsiri altında düşünəcəklər ki, əldə etdikləri sinirlərinə və xərclədiyi enerjisinə dəyərdimi? Ehtiraslı 2017-ci il müdrik və məqsədyönlü 2018-ci illə əvəz olunacaq. Ona görə də Əkizlər üçün dəyərlərin yenidən qiymətləndirilməsi dövrü başlayacaq. İt ili onlar üçün ən uğurlu dövr olacaq. İmkanları qiymətləndirin, şəxsi təhsil və biliyinizi inkişaf etdirməklə məşğul olun. Taleyinizi və işinizi dəyişmək şansınız var, hansı ki, sizə yeni qazanclar gətirəcək.

Xərçəng

Bu bürc altında dünyaya gələn insanların həyatı heç vaxt asan olmayıb. Bəlkə də, ona görədir ki, Xərçəng bürcünün nümayəndələri çox qapalı olur. Bununla belə onlar uşaqlarının və yaxınlarının ən sadiq və ən yaxşı dostlarıdır, sevdiklərinin hər zaman qayğısına qalırlar. 2018-ci il Xərçənglər üçün çətin olacaq. Başqa şəhərə, hətta başqa ölkəyə köçmək lazım gələcək. Bəziləri üçün işin itirilməsi, digərləri üçün təhsildə və ya karyerasında üzləşdiyi uğursuzluq güclü zərbə olacaq. Amma özünəinamlı Xərçənglər xeyirxah və sadiq Sarı İtin köməyi ilə bütün sınaqlardan keçəcək və istənilən məsələdə çıxış yolu tapacaqlar. Unutmayın ki, uzun məsafələrdə itlər yaxşı yoldaşlıq edir.

Şir

Şirlər öz bacarıq və gözəlliyi ilə diqqət mərkəzində olmağa öyrəşib, 2018-ci ildə daha baxımlı olacaqlar. Amma həddən artıq arxayınçılıq onlarla pis zarafat edə bilər. İlin əvvəli onlar üçün uğursuzluq və lazımsız risklərlə yadda qalacaq. Odur ki, bütün qərarları diqqətlə ölçüb-biçmək və emosiyaları nəzarətdə saxlamaqda fayda var.

Qız

Qız bürcləri çox çalışqan insanlardır, lakin son 3 il onlar üçün ağır keçib. Pillələrlə yuxarı dırmanmaq üçün onların daim öz fikirlərini müdafiə etmək və doğmalarına diqqət göstərməsi lazım gəlirdi. Amma İt onların həyatına sevinc gətirəcək, bu bürc nümayəndələri nəhayət, başa düşəcəklər ki, onların zəhməti hədər getməyib və bunun bəhrəsini görmək vaxtı yetişib. İt onları karyera və maliyyə sevincləri, taleyüklü dəyişikliklərlə və mütləq sevgi ilə mükafatlandıracaq. Elə düşünməyin ki, il çox rahat keçəcək, amma o, səmərəli olacaq və özünü xoşbəxt hiss etmək imkanı verəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.