Press "Enter" to skip to content

Azərbaycan Respublikasındakı Vergi Dəyişiklikləri (2019)

– Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. (Yeni maddə 67.15);

2019 cu ildən əmək haqqının hesablanmasında ciddi dəyişiklik

Mütəmadi olaraq əmək haqqının hesablanmasına dair dəyişiklikləri nümunəli şəkildə nəzərinizə çatdırıram. 2019 cu ildən əmək haqqının hesablanmasında, daha dəqiq desəm əmək haqqından tutulan fiziki şəxslərin gəlir vergisində, işçidən tutulan məcburi sosial sığorta haqlarında və işəgötürən tərəfindən işçinin hesabına ödənilən sosial sığorta haqqında ciddi dəyişiklik olacağı planlaşdırılır.

Reportun məlumatına görə, bu islahatlarla bağlı məlumat 2019-cu il dövlət büdcə zərfində öz əksini tapıb. Həmin məlumatı təqdim edirəm.

“2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir”, – deyə büdcə zərfində vurğulanıb.

Gəlir vergisində aşağıdakı dəyişikliklərin olacağı planlaşdırılır:

Sənəddə qeyd olunub ki, islahatla 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub.

Məcburi dövlət sosial sigorta haqlarında aşağıdakı islahatların aparılacağı planlaşdırılır:

Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3%, işəgötürən üzrə 22%, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissəsinin 10%-i, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissəsinin 15%-i həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

“Təklif olunan islahatın tətbiqi nəticəsində dövlət büdcəsinin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ilkin olaraq azalması ehtimal olunur. Bununla belə növbəti illərdə iqtisadi fəaliyyətin stimullaşdırılması, iş yerlərinin “kölgədən çıxması” və müvafiq olaraq ödənilən əmək haqlarının şəffaflaşdırılması, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi hesabına həmin azalmanın aradan qaldırılmasına və bedcə daxilolmalarının artaraq mövcud səviyyəni üstələməsinə şərait yaranacaq”, – deyə büdcə zərfində vurğulanıb.

Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Azərbaycan Respublikasındakı Vergi Dəyişiklikləri (2019)

Azərbaycan Respublikasının Vergi Məcəlləsində 200-dən artıq maddə dəyişdirilmişdir. Dəyişikliklər 1 Yanvar 2019-cu ildən etibarən qüvvəyə minmiş hesab olunur.

Dəyişikliklər yeni vergi güzəştləri və azaltmaları da daxil olmaqla bir çox maddi və prosessual məsələləri əhatə edir.

Əhəmiyyətli dəyişikliklər aşağıdakı kimi ümumiləşdirilmiş və qruplaşdırılmışdır.

Anlayışlar

Dividend kimi bəzi anlayışlar məcəllədəki boşluqları doldurmaq və qanunsuz yayınmaların qarşısını almaq üçün dəyişdirilmiş və yeni anlayışlar əlavə olunmuşdur. Bunlara nümunə olaraq KOB klaster şirkəti, Startap, Kapital, Elektron Kabinet, Məcburi nişanlama, İqtisadi maraqlar mərkəzi, Aksiz markası, İnnovasiya fəaliyyəti anlayışlarını göstərmək olar.

Malların Məcburi Nişanlanması

Siyahısı müəyyən edilmiş mallar üçün məcburi nişanlama sistemi tətbiq edilmişdir. Vergi ödəyiciləri məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədi ilə saxlamaq və ya satmaqla bağlı müəyyən edilmiş qaydalara riayət etməlidirlər.

Vergi Prosedurları

Vergi auditləri, vergi ödəyiciləri və vergi orqanlarının hüquq və vəzifələri, informasiya mübadiləsi və kommunikasiya ilə bağlı bir sıra prosedur məsələləri dəyişdirilib, düzəliş edilib və aydınlaşdırılıb.

– ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaiti vergi ödəyicisinin ƏDV depozit hesabında dondurula bilər. Vergi ödəyicisi bildirişin aldığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya yuxarı inzibati quruma şikayət vermədikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinin ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. (Yeni maddələr 65.2.3-1 – 65.2.3-3);

– Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. (Yeni maddə 67.15);

– İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə investisiya təşviqi sənədi ləğv edildikdə, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. (Yeni maddə 67-2.4);

-Aşağıdakı vergi ödəyiciləri e-faktura (e-qaimə) təqdim edilməsindən azad olunmuşdur:

  • müştərilərin hesabları üzrə bank əməliyyatları xidmətlərini həyata keçirən şəxslər;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, büdcə təşkilatları;
  • notariat xidmətləri göstərən notariuslar.

-Sənədlər aşağıdakı formalardan birinə uyğun olaraq göndərilməlidir (Yeni maddə 70.2-1 -70.2.3):

  1. vergi ödəyicisinə şəxsən verildikdə, şəxsən verildiyi gün;
  2. poçt rabitəsi vasitəsilə göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
  3. elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
  4. Maliyyə Sanksiyaları

Yeni maliyyə sanksiyaları tətbiq olunmuş və cari sanksiyaların bir hissəsinə də düzəlişlər edilmişdir.

– Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərə sosial sığorta hesabatını və arayışını təqdim etməməyə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında yeni maliyyə sanksiyası tətbiq edilir (Yeni maddə 57.1-1);

– Vergi orqanlarına mühasibat uçotu və maliyyə sənədlərini təqdim etmədikdə cəza 100 AZN-dən 1000 AZN-ə artırılmışdır (Dəyişdirilmiş maddə 57.3);

-Vergi ödəyicilərinin verdiyi məlumatlara və şikayətlərə əsasən vergidən yayınmanın aşkar edildiyi hallarda, ödənilməmiş vergi ödəməsinin 25% -i cəza olaraq tətbiq edilir (Yeni Maddə 58.1-1);

– müştəriyə təqdim edilməli olan çekin və ya digər ciddi hesabat blanklarının verilməməsinə (nəzarət-kassa aparatları blankları da daxil olmaqla) görə sanksiya ilk pozuntu üçün 400 AZN-dən 1000 manata qədər, ikinci pozuntu üçün 800 AZN-dən 3000 AZN-ə qədər qaldırılmışdır. Üçüncü və sonrakı pozuntular üçün isə 6000 AZN maliyyə sanksiyası müəyyən olunmuşdur (Dəyişdirilmiş Maddə 58.7.2-58.7.3). Bu, 1 yanvar 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq ediləcəkdir;

– pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (əvvəl bu sanksiyaların həcmi müvafiq olaraq 5% və 10% idi) (Dəyişdirilmiş Maddə 58.8.1);

– malların alışını və ya mədaxilini təsdiq edən sənədlər; misal üçün, malların alışını təsdiq edən elektron qaimə-faktura, elektron vergi hesab-faktura, gömrük idxal bəyannaməsi və ya Vergi Məcəlləsində göstərilmiş sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (Dəyişdirilmiş Maddə 58.8.2);

– vergi ödəyicisinin gəlir və xərclərinin uçotu aparılmadıqda, rəsmiləşdirilməyən xərclərin 10% -i yeni sanksiya kimi tətbiq edilir (Yeni Maddə 58.8.3).

– Yeni dəyişikliklərə əsasən vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məxsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən, digər vergi güzəşt və azadolmalarını əldə edən şəxslərə münasibətdə isə 2019-cu il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Yeni dəyişikliklər hüquqi şəxslərin səhmlərinin təqdim edilməsi zamanı vergitutmaya açıqlama gətirmişdir:

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. (Yeni Maddələr 96.5, 104.6).

Fiziki şəxslərin gəlir vergisi dəyişdirilmişdir.

– 1 yanvar 2019-cu ildən 7 il müddətinə özəl qeyri neft-qaz sənayesində işləyən işçilərin gəlir vergisi aylıq gəliri 8 000 AZN-dək olduqda 0%, 8000 AZN-dən çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14%-i məbləğində müəyyən edilmişdir. Əvvəlki gəlir vergisinin dərəcələri 14% (aylıq gəliri 2500 AZN-dək olanlar üçün) və 25% (aylıq gəliri 2500 AZN-dən çox olanlar üçün) indi neft-qaz sənayesi və dövlət müəssiələrində calışanlara tətbiq tətbiq olunur (Yeni Maddə 101.1-1).

Məcburi Sosial Sığorta

Cari olaraq bu sığorta işçinin əmək haqqının 3%-i və əlaqə olaraq işəgötürən tərəfindən ödənilən əmək haqqı fondunun 22%-i məbləğində hesablanır.
1 yanvar 2019-cu il tarixindən etibarən özəl qeyri neft-qaz sənayesində məcburi dövlət sosial sığorta ödənişləri 7 il müddətində aşağıdakı kimi olacaq:

Sosial sığorta ödənişlərinin dərəcəsi

Sığorta olunanın (işçinin) əmək haqqından ödənilən

Sığortaedən (işəgötürən) tərəfindən ödənilən

VERGİLƏR

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsini nəzərə alaraq aparılmış əməliyyatları ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər, yoxsa bir misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür? Vergi Məcəlləsinin 114.3-1-ci maddəsində qeyd olunan şəxs tərəfindən bu il amortizasiya normasının 2 misli tətbiq edilmədiyi halda, həmin hal aşağı norma kimi tətbiq olunması hesab edilərək növbəti ildə 2 əmsal əlavə olaraq tətbiq edilə bilərmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Bu kateqoriya vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür. Bu maddə ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilmədiyi halda, yaranan fərq növbəti ilə keçirilə bilər.

Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə

Comments are closed, but trackbacks and pingbacks are open.