21 ci əsrdə geosiyaso perspektivlər
Tariflər məsələsinə gəldikdə, neft müqavilələri və BTC-yə dair sazişlərin imzalandığı illərlə müqayisədə hal-hazırda vəziyyət tam dəyişmişdir. Azərbaycan haqlı olaraq Türkiyəyə ucuz qaz satışına limit tətbiq edir və ixrac tariflərinə ədalətli yanaşılmasını tələb edir. Eyni zamanda, BTC-yə dair sazişlər imzalanan zaman Azərbaycanın kəmərdən əldə edəcəyi tranzit gəlir payını Gürcüstana güzəştə getməsi məsələsinə yenidən qayıtmaq, ən azından mütəmadi olaraq rəsmi Tbilisinin bu haqda yaddaşının itməsinə imkan verməmək də lazımdır. Rusiya və İrana bazar qiymətinə qaz ixracına başlanması və gələcəkdə bu istiqamətlərdə mövcud olan perspektivlər, ixrac və tarif məsələsində Gürcüstan və Türkiyə ilə daha inamla danışmağa və milli maraqlarını təmin etməyə Azərbaycana əlavə imkanlar yaradır.
21 ci əsrdə geosiyaso perspektivlər
“İşğal olunmuş torpaqların azad edilməsi üçün aparılan antiterror əməliyyatı zamanı Azərbaycan ordusu 21-ci əsrdə müharibə aparmağın nümunəsini göstərdi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Region Plus” jurnalına verdiyi müsahibəsində deyib.
“Əminliklə deyə bilərəm ki, müasir silahlardan – pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqlikli hədəfin məhv edilməsi vasitələrindən istifadə olunan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hələ belə nümunə görməmişdi ki, bir ordu başqa bir ordu ilə döyüşərkən bu qədər böyük sayda yüksək dəqiqlikli silahlardan istifadə etsin. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın heç bir başqa ölkəsi bu miqyasda hücum dronlarından istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz üstünlüyə malik olduqlarını sübut etdilər. Buna, Azərbaycan ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini məhv etmə taktikasını və zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəni məhv etmək üçün pilotsuz təyyarələrin kütləvi istifadəsini də əlavə etməliyik”,- deyə Korotçenko vurğulayıb.
O qeyd edib ki, yüksək dəqiqliyə malik silahların istifadəsi mülki itkiləri minimuma endirəcək.
“Bu baxımdan Azərbaycan hərbi uğurlar qazanmaqla yanaşı Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını da xilas edib. Düşünürəm ki, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində ciddi dəyişikliklər olacaq. Əlbəttə ki, Azərbaycan ordusunun bu təcrübəsi ətraflı öyrəniləcək”,- deyə ekspert sözlərinə əlavə edib.
Son xəbərlər
- 12:15 | Bu xidmət haqqı ilə bağlı məbləğ təsdiqləndi – Cədvəl
- 12:03 | Tbilisidəki aksiyalarda 58 polis xəsarət alıb
- 12:02 | Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi keçirilir – Yenilənib
- 11:50 | Çətin həyat şəraitinin təsdiqi ilə bağlı sənədlərin siyahısı dəyişdi
- 11:45 | Azərbaycanın axtarışa verdiyi gürcü Polşada tutuldu
- 11:33 | Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi – Siyahı
- 11:32 | Qayınatası ona görə işdən çıxarılmışdı – Özünə 7 il həbs verildi
- 11:27 | Yango qadın sürücüləri 8 Mart münasibətilə təbrik edib
- 11:20 | Baş nazir “Qaçqınkom”la bağlı qərarı dəyişdi
- 11:06 | Ərdoğan bu gün seçkilərin dəqiq tarixini açıqlayacaq
- 11:04 | Bakıda pulemyot satan şəxs tutuldu – Video
- 11:04 | “Azarkeşlər qan görmək istəyir” – Tofiq Musayev+Video
- 10:54 | Bakıda qanunsuz tikilən obyektlər söküldü – Video
- 10:52 | Azərbaycanda daşınmaz əmlak bazarını nə gözləyir?
- 10:44 | Tonoyan öz yaxınları ilə görüşmək istəmir
- 10:43 | İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul etdi
- 10:32 | DJ Hardwell Azərbaycan Qran Prisi üçün Bakıya gəlir
- 10:25 | Ədalət Vəliyev Natiq Cəfərli ilə görüşdü
- 10:20 | “Çayxanalarda domino və nərdə icazə verilməsi heç nəyi həll etmir” – 3 ayda nələr dəyişib?
- 10:17 | Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2023”ə qeydiyyat başladı
- 10:17 | “Qarabağ” dünya reytinqində 7 pillə irəlilədi
- 10:16 | Neftimiz bahalaşdı
- 10:08 | Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi
- 09:44 | Kayseridə 4,8 ballıq zəlzələ oldu – Video
- 09:43 | “Zirə” “Kəpəz”ə, “Sumqayıt” “Sabah”a qarşı
- 09:38 | “Kontakt” Mərdəkanda ən böyük elektronika mağazasını açır – Əyləncəli açılışa sən də gəl
- 09:34 | Şirkət direktoru dövlət qurumunu qərəzdə ittiham etdi
- 09:33 | Eltona ağır itki
- 09:33 | Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…
- 09:22 | İmran Mehdiyev vəfat etdi
- 09:17 | Si Cinpin yenidən Çin Sədri seçildi
- 09:09 | Rayonlarda pensiya bu tarixdə veriləcək
- 08:23 | 51 ildən sonra yenidən Ayın ətrafına göndərirlər
- 08:05 | “Fənərbaxça” səfərdə uduzdu
- 07:48 | Ukrayna üçün ağır gecə…
- 07:06 | Qaradağda gənci öldürən şəxs saxlanıldı
- 06:59 | Tramp ABŞ-ın gələcək prezidenti adlandırıldı
- 06:11 | Burcu Esmersoy evlənir
- 05:40 | Tehran metrosunda qorxulu anlar
- 04:31 | Villasını indi çadır əvəz eləyir – 20 mağazası, 8 evi dağıldı + Video
- 04:02 | “Başakşəhər” “Qarabağ”ın uduzduğu rəqiblə heç-heçə oynadı
- 03:44 | Türkiyədə daha bir zəlzələ
- 03:11 | Qolfçular Ronaldonu, o da Messini ötdü – Milyarder idmançıların siyahısı
- 02:29 | Almaniyadakı atışmada ölənlərin sayı artdı – Yenilənib
- 01:24 | FİFA-dan Türkiyə klubuna transfer qadağası
- 01:20 | Ötən günün ən yaddaqalan – Fotoları
- 01:15 | Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir
- 00:34 | Nazirdən içməli sudan istifadə ilə bağlı əhaliyə çağırış
- 00:21 | ABŞ Ukraynaya 6 milyard dollar ayıra bilər
- 00:18 | Təl-Əvivdəki atışma terror aktı kimi qiymətləndirildi – Yenilənib+Video
21 ci əsrdə geosiyaso perspektivlər
Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə dövlətin sükanı arxasına keçməsi ilə ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamaq mümkün oldu. 1993-1996-cı illərdə respublikada milli-vətəndaş qarşıdurmasının dayandırılması, ictimai-siyasi sabitliyin bərpa edilməsi, həyata keçirilən ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və sosial-iqtisadi siyasət, 1994-cü ildə Ermənistan-Azərbaycan, Da ğ lıq Qarabağ münaqişəsində müvəqqəti atəşkəsə nail olunması və s. proseslər Azərbaycan Prezidentinə öz xalqının gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji layihələri həyata keçirməyə imkan yaratdı.
Qısa zaman kəsiyində ölkənin həm daxili həyatında bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması, həm də beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına hava-su kimi lazım olan xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək t ərəfdaşlıq əlaqələrinin yaradılması və s. milli geosiyasi vəzifələrin həyata keçirilməsinin müvəffəqiyyətli sonluğunu şərtləndirdi.
1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen yataqlarının mənimsənilməsi və hasil olunan neftin alternativ yollarla dünya bazarlarına ixracı sahəsində “Əsrin müqaviləsi” adlanan çoxtərəfli sazişin imzalanması isə tezliklə planetin əsas fövqəlgüclərinin, aparıc ı maliyyə və iqtisadi institutlarının, beynəlxalq transmilli təşkilatların diqqətini Azərbaycana yönəldərək, onlarla qarşılıqlı-səmərəli əməkdaşlıq şəraiti yaratdı.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalı seçki nəticəsində yeni parlamentin formalaşdırılması, daxili siyasətdə demokratiya və bazar iqtisadiyyatı prinsiplərinə söykənən modernləşmə kursunun seçilməsi və digər addımlar yaxın və uzaq perspektivdə Azərbaycanın qarşısında duran milli vəzifələri, iqtisadi, siyasi, sosial-mənəvi inkişaf prioritetlərini müəyyənləşdirdi.
Azərbaycanın yeni iqtisadi inkişaf kursu, xarici iqtisadi əlaqələri və neft strategiyası 1996-cı ildən başlayaraq tədricən öz müsbət nəticələrini verərək, ölkəyə dünya iqtisadiyyatına və siyasətinə inteqrasiya istiqamətində ciddi addımlar atmağa imkan yaratdı. Xüsusən “Əsrin müqavil əsi”nin imzalanması bir dövlət olaraq Azərbaycanın dünyada və regionda geosiyasi və geoiqtisadi əhəmiyyətini artırdı, onu bölgədə və dünyada arzuolunan iqtisadi tərəfdaşa çevirdi. Mövcud şəraitdən bəhrələnən hakimiyyət ölkə daxilində dinamik sosial-iqtisadi, siyasi və mədəni inkişaf kursu götürdü ki, bu da geosiyasi anlamda Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini, geoiqtisadi dəyərini yüksəltdi, regional dövlət olaraq perspektivlərini artırdı. O vaxta q ə dər Cənubi Qafqaz və Xəzər hövzəsinin ən problemli, daxili münaqişələrin, etnik-milli, sosial və dini qarşıdurmaların tüğyan etdiyi Azərbaycan, tezliklə regionda geosiyasi və geoiqtisadi cəhətdən ən əhəmiyyətli bir ölkəyə, arzu olunan iqtisadi tərəfdaşa və ciddi persrektivlər vəd edən dövlətə çevrildi. Digər iki Cənubi Qafqaz respublikası – Gürcüstan və Ermənistandan fərqli olaraq, böyük iqtisadi, əmək resursları və insan potensialına, zəngin enerji mənbələrinə, əlverişli coğrafi mövqeyə və ən əsası, tam müstəqil, balanslı, təkmil daxili və xarici siyasət kursuna, aydın geostrateji, geoiqtisadi mövqeyə malik olması – Azərbaycana regionun vahid liderinə çevrilməsi imkanı yaratdı.
Əlbəttə, bütün bu keyfiyyətlərin qazanılması Azərbaycan dövlətinə və onu idarə edənlərə heç də asan və rahat başa gəlməmişdir. Ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi böyük iradə, ortaya qoyduğu ciddi zəhmət və düşünülmüş siyasət olmasaydı, yəqin ki, dünya ekspertləri bu ölkə haqqında hazırda tamamilə fərqli fikirdə olacaqdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik əldə edildikdən sonra Azərbaycanın keçdiyi geosiyasi inkişaf yolunu xarakterizə edərək söyləmişdir ki, 1993-cü ildən sonrakı dövrdə Azərbaycanının milli dövlətçiliyi qorunub saxlandı və yenidən quruldu, onun inkişaf strategiyası müəyyənləşdi, ölkəmiz özünü bütün dünyaya perspektivli və etibarlı t ərəfdaş, ləyaqətli dövlət kimi təqdim edə bildi.
Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq ölkəmizi Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın lider dövlətinə çevirdi. Bəzi nüfuzlu Qərb tədqiqatçılarının fikri ilə ifadə etsək: “Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən” lider dövlət mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar regional və beynəlxalq səviyyədə müəyyən iqtisadi, siyasi, sosial-mənəvi üstünlüklər qazandırmaqla yanaşı, həm də ölkə qarşısında daxili həyatda, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda, o cümlədən bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəaliyyət göstərmək kimi vacib tələblər qoydu.
Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün geosiyasi dəyər ölçülərini artıran, regional və beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq münasibətlərin ə və milli inkişafına müsbət təsir göstərən əsas amillər daha çox – ölkənin təbii-mineral ehtiyatları, Qərblə Şərq arasındakı siyasi, hərbi, ticarət və s. əlaqələrə müsbət təsir göstərən coğrafi mövqeyi, mövcud nəqliyyat-kommunikasiya və tranzit imkanları, y ü rütdüyü geoiqtisadi siyasət və s. ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin geosiyasi təlimindən çıxış etsək, keçən əsrin son onilliyində və bu yüzildə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin gələcək geosiyasi uğurlar ını təmin edəcək milli strateji kurs aşağıdakı kimi görünür:
Cənubi Qafqazın lider dövləti geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi və qorunub saxlanması
Azərbaycan özünün “Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək” kimi geosiyasi və geostrateji iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60%-i, yanacaq-enerji və maliyyə resurslarının 90%-i, iqtisadi potensialının isə 75-80%-i Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi aktorları bütün ölçülər üzrə regionun “lider ölkəsi” statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər. Mütəxəssislərin fikrinə görə, Azərbaycanın bölgədəki əksər geosiyasi hadisələrə görə getdikcə artan məsuliyyəti fonunda həm də regional proseslərə təsir gücü günü-gündən yüksəlir. Beynəlxalq aləm Xəzər hövzəsi və Cənubi Qafqazın regional problemlərinin, bu məkanda reallaşdırılan əksər transmilli layihələrin və s. həllində ilk növbədə Azərbaycanın mövqeyini əsas götürür və onunla hesablaşmaq məcburiyyəti ilə üzləşirlər.
Hazırda Cənubi Qafqazdakı hər hansı məhəlli və beynəlxalq məsələdə, nə geosiyasi və geoiqtisadi imkanları xeyli zəif olan Gürcüstan, nə də ki Rusiyanın “forpostu” hesab olunan Ermənistan Azərbaycanla regional rəqabətə tab gətirə bilir. Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra onun yeni siyasi rəhbərliyi bu ölkəni postsovet məkanının əsas və aparıcı mərkəzinə çevirmək istəsə də, onun zəif iqtisadi potensialı, yararsız, köhnə infrastrukturları və s. buna imkan vermədi. Gürcüstanın iqtisadi perspektivi əsasən Azərbaycandan və Orta Asiyadan gələn enerji və digər malların Qərb ölkələrinə nəqlinə, Avropa-Asiya əlaqələrində tranzit dəhliz roluna hesablanmışdır. Bu ölkənin gəlir əldə etmək imkanlarının böyük hissəsi birbaşa Azərbaycanla bağlıdır. Gürcüstan öz enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində də Rusiya və Azərbaycandan tam asılı vəziyyətdədir. 2008-ci ildə bu ölkənin Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda dərin enerji böhranına düçar olması və yalnız Azərbaycanın işə qarışmasından sonra vəziyyətdən çıxması söylədiklərimizin əyani sübutudur.
O ki qaldı Ermənistan və onun Cənubi Qafqazdakı mövqeyinə, Azərbaycanın beynəlxalq aləmdəki çəkisinin artması, son dövrlərdəki aktiv xarici siyasəti nəticəsində bu ölkənin işğalçı siyasəti ən yüksək tribunalardan etiraf olunmuşdur. Bu gün Ermənistan hətta ən yaxın strateji müttəfiqləri ilə münasibətlərdə də bu faktı ört-basdır etməkdə çətinlik çəkir. O, bütün regional və transmilli layihələrdən təcrid olunmuş və ağır sosial-iqtisadi böhrana düçar olmuşdur. Ölkənin əsas iqtisadiyyatı və həyati əhəmiyyətli infrastrukturları Rusiyanın tam nəzarətinə keçmiş, əsas daxili və xarici siyasət məsələləri, Cənubi Qafqazdakı geosiyasi fəaliyy əti Moskva ilə razılaşdırılır, onun rəyi olmadan erməni rəhbərləri heç bir müstəqil qərar qəbul edə bilmir.
Bundan başqa, Ermənistanda sosial durumun ildən-ilə ağırlaşması, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi hakimiyyət strukturlarını çox ciddi demoqrafik problemlərlə üz-üzə qoymuşdur. Ermənistan Dövlət Statistika Xidməti öz açıqlamasında etiraf etmişdir ki, hər il orta hesabla 50-70 min vətəndaş xarici dövlətlərə miqrasiya edir. Ermənistanda əhalinin sayının “sabit” saxlanılması üçün ikili vətəndaşlıq tətbiq edilmiş və əhalinin sayını süni şəkildə 3 milyona qaldırmışlar. Halbuki BMT-nin Ermənistan nümayəndəliyinin və Rusiyanın müxtəlif rəsmi və qeyri-rəsmi qurumlarının araşdırmalarının nəticələrinə əsasən, bu ölkədə hazırda cəmi 1,5 milyon əhali yaşayır və gənclərin 70%-i Ermənistanı tərk edərək xaricd ə məskunlaşmaq arzusundadır (Bax: “Şərq” qəzeti. 30 yanvar 2010. ¹33).
2009-cu ildə iqtisadi böhran Ermənistanda durumu daha da ağırlaşdırmış, ölkə iqtisadiyyatı 14,4% geriləmiş, əhalinin yaşayış səviyyəsi 30% aşağı düşmüş, işsizlərin sayı daha 82 min 900 nəfər artmışdır (Bax: “Səs” qəzeti. 23 fevral 2010. ¹39).
Ermənistanın Cənubi Qafqazdakı iri enerji layihələrindən kənarda qalması isə onun regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən siyasət aparması ilə bağlıdır. Azərbaycanın iştirak etdiyi enerji-nəqliyyat dəhlizləri layihələrinə Ermənistanın qoşulmasına etiraz etməsinin əsaslı səbəbləri var. Bunların sırasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları Ermənistanın işğal altında saxlaması, Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat-kommunikasiya xətlərini dağıtması və Naxçıvanı blokadada saxlaması kimi məsələlər daxildir.
Təhlillər göstərir ki, hazırda Azərbaycanın iqtisadi potensialı Ermənistanınkından azı 10 dəfə yüksəkdir. Azərbaycanın son ildəki təkcə illik hərbi büdcəsi (təxminən 3,2 milyarad manat) Ermənistanın bütün dövlət büdcəsindən (təxminən 3 miyarad ABŞ dolları) artıq olmuşdur. İşğalçılıq siyasəti ilə özünü regionun bütün transmilli layihələrind ən kənarda qoyan bu militarist ölkə işğal etdiyi Azərbaycan ərazilərinin müvəqqəti qarət edilməsindən, xaricdəki havadarlarından və çoxsaylı erməni diasporundan aldığı maliyyə dəstəyindən tam asılı vəziyyətdədir. Ekspertlərin hesablamalarına görə, hər il Ermənistanın xarici ölkələrdəki diaspor təşkilatlarından və şəxslərdən topladığı yardımlar ölkə iqtisadiyyatının daxili gəlirlərini iki dəfə üstələyir. Onların fikrinə görə, Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərin xarici aləmdən aldıqları yardım dayandırıldıqdan sonra onun sosial-iqtisadi vəziyyəti daha da ağırlaşacaq.
Lakin bir faktı da inkar etmək olmaz ki, nə qədər ağır və perspektivsiz vəziyyətdə olsa da, Ermənistan Cənubi Qafqaz ölkələri və xalqları arasında yarana biləcək mehriban qonşuluq, qarşılıqlı-faydalı əməkdaşlıq və regional tərəfdaşlıq münasibətlərin ə kifayət qədər mənfi təsir göstərmək gücünə malikdir. Bəzi geostrateqlərin fikrinə görə, Ermənistanın Cənubi Qafqazdakı “xüsusi geosiyasi missiyası” təkcə bölgə ölkələrinin “heç kimdən asılı olmayan, müstəqil regional əməkdaşlıq tendensiyasını” pozmaq deyil, həm də bu məkanda davamlı regional böhran, etnik-separatçı münaqişələr və s. yaradaraq , region ölkələrinin Avropa strukturlarına – NATO-ya, Avropa Birliyi və s. inteqrasiyasının qarşısını almaqdan ibarətdir. Ermənistanın hətta ən əlverişli şərtlər çərçivəsində belə Dağlıq Qarabağ münaqışəsinin həllindən hər dəfə bu və ya digər bəhanələrlə boyun qaçırmasının kökündə də məhz kənardan idarə olunan “geosiyasi missiya” dayanır.
Azərbaycanın qazanmaqda olduğu “regional lider dövlət” statusunu daha da möhkəmləndirməsi üçün qarşıdan gələn illərdə bir çox vacib və məsuliyyətli geosiyasi, geostrateji və geoiqtisadi vəzifələri reallaşdırması tələb olunur. Bu işin əsas hərəkətverici qüvvəsi rolunda ilk növbədə ölkənin ictimai-siyasi institutları, milli elitası və cəmiyyətin bütün orta təbəqəsi çıxış etsə də, müvəffəqiyyətli həlli daha çox hakimiyyət strukturlarından və həyata keçirilən rəsmi dövl ət siyasətindən asılı olacaqdır.
Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli maraqları ilə sıx əlaqələndirmək
Azərbaycanın regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən əsas amillərdən biri Xəzərin ona məxsus sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdyi müstəqil və Qərbyönümlü enerji siyasəti olmuşdur. Ardıcıl şəkildə həyata keçirdiyi yeni neft strategiyası ilə Azərbaycan qısa müddətdə Avrasiyanın alternativ enerji daşıyıcılarının tranzit qovşağına və əsas təminatçılarından birinə çevrilmişdir. Mütəxəssislərin fikrinə görə, Azərbaycan Avrasiyanın “elə bir geosiyasi məkanına çevrilmişdir ki, orada “ABŞ, Avropa İttifaqı, Rusiya və başqa dünya güclərinin geoiqtisadi maraqları, geosiyasi və hərbi-geostrateji mövqeləri bir-birinə ən yüksək dərəcədə yaxındır” (Bax: Yohannes Rau. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair Avropanın mövqeyi//”Azerbaijan Focus” jurnalı, yanvar-mart, 2010, s. 117).
Cənubi Qafqazda ən iri enerji, nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olması və onların fəaliyyətini təmin etməsi təkcə Azərbaycanın özünün deyil, həm də bütün Xəzər-Qara dəniz hövzəsi regionunun, Avropa və Amerikanın, bütün dünyanın strateji maraqlarını təmin edir. Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır. Bu sahədə onun bundan sonrakı həlledici mövqelərinin qorunması və möhkəmləndirilməsinə artıq təkcə əvvəlki Qərbyönümlü mövqelərdə dayanması, yaxud fərqli, müstəqil və alternativ geosiyasət yürütməsi bəs etməyəcəkdir. Azərbaycanın bundan sonrakı geosiyasi və geoiqtisadi dəyəri daha praqmatik və real şəkildə, dünyada kəskin rəqabət şəraitində, enerji bazarlarına daha ucuz qiymətə, sabit və artan miqdarda enerji resursları çıxarmaq qabiliyyətindən, bölgədəki xarici investisiyaların həcmini artırmasından, öz milli kapitalı ilə sonrakı transmilli enerji-n əqliyyat layihələrində xarici partnyorlarla bərabərhüquqlu tərəfdaşlıq əsasında iştirak etməsindən və s. asılı olacaqdır. Yalnız ölkənin neft və qaz hasilatını ildən-ilə artırmaqla və onu Qərbin artan enerji tələbatı ilə ağıllı surətdə əlaqələndirməklə üçüncü minillikdə Azərbaycanın geosiyasi və geoiqtisadi perspektivini artırmaq, dünyada, Avrasiya regionunda və Cənubi Qafqazdakı mövqelərini getdikcə daha da möhkəmləndirm ək olar. Mütəxəssislərin fikrinə görə, yaxın on ildə ölkənin ixrac üçün nəzərdə tutulan neft-qaz hasilatının artırılması və sonrakı 20 ildə sabit vəziyyətdə saxlanması təkcə onun iqtisadi və maliyyə vəziyyətini yaxşılaşdırmaq anlamında deyil, həm də beynəlxalq geosiyasi dəy ərini artırmaq baxımından vacibdir. Bu reallığı nəzərə alaraq Xəzər dənizinin Azərbaycan sektorundakı enerji resurslarının istehsalının getdikcə artırılması və ən əsası, bu məhsulların məhz Avropa bazarına ixrac edilməsi Azərbaycanın dünya miqyasına çıxması, əhəmiyyətli “dünya dövlətinə” çevrilməsini şərtləndir ən əsas amillərdən birincisidir.
Enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni satış bazarlarının axtarışı siyasətinin davam etdirilməsi
Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazarlarının axtarılması və mənimsənilməsi onun 2010-2020-ci illərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadi vəzifələr sırasına daxildir. Bu məqsədlə xarici aləmlə Azərbaycanı birləşdirən transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat infrastrukturlarının, neft-qaz kəmərlərinin yenidən qurulması, buraxılış və daşıma gücünün bir neçə dəfə artırılması xüsusi əhəmiyyət kəsb edir.
Rəsmi məlumatlara görə, keçən illərdə 34 beynəlxalq transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycanın təşəbbüsü ilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya dəhlizi və ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s. layihələrə qatılmış, onların reallaşmas ında iştirak etmişdir. Bu layihələrdən ən vacibi, şübhəsiz ki, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri, eyni zamanda Avropa Birliyinin TRASEKA layihəsı çərçivəsində yenidən qurulmuş və bərpa edilmiş Transqafqaz nəqliyyat-kommunikasiya dəhlizi (“İpək yolu”) və tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu kəmərlər və nəqliyyat-kommunikasiya dəhlizləri təkcə Azərbaycanın deyil, bütün regionun geosiyasi vəziyyətini köklü şəkildə dəyişmiş, bölgə ölkələrinin müstəqilliyinin gücləndirilməsi, iqtisadiyyatının, sosial həyatının, ölkədaxili milli-vətəndaş birliyinin, siyasi plüralizm , vətəndaş cəmiyyəti və demokratik dəyərlərin inkişaf etdirilməsində və ən əsası, regional, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır.
Tədqiqatçılar hesab edirlər ki, dünyanın aparıcı ölkələrinin və şirkətlərinin BTC-nin reallaşmasındakı iştirakı təkcə Azərbaycanın deyil, həm də bölgənin enerji resursları ilə zəngin digər ölkələrinin geoiqtisadi gücünü artırmış, bəzi regional qüvvələri geosiyasi təsirlərdən azad etmiş və beynəlxalq aləmdə onların reallaşdırdığı transmilli enerji layihələrinə dəstək olmuşdur. Layihə iştirakçısı olan əksər dövlətlər həm də regionun geosiyasi proseslərinə daha fəal cəlb olunmuş və ona təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan tərəfindən davamlı şəkildə həyata keçirilən bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq, bütün tərəflərin ortaq maraqlarının nəzərə alınması və s. bu ölkənin xarici müttəfiqlərinin sayının artmasını şərtləndirmişdir.
Azərbaycan hazırda beynəlxalq aləmlə iqtisadi, enerji, nəqliyyat və s. əlaqələrini heç bir kənar təsirə məruz qalmadan, müstəqil şəkildə reallaşdırmağa çalışır. Bunun üçün ölkə rəsmiləri qarşıdan gələn illərdə həm mövcud transmilli nəqliyyat-kommunikasiya və enerji kəmərlərinin sabit fəaliyyətini, öz məhsullarının bu dəhlizlərlə sərbəst ixracını təmin etməli, həm də yeni-yeni alternativ bazarların axtarılmasını, kəm ərlərin çəkilməsini və enerji ixracının şaxələndirilməsini davam etdirməlidir.
Geosiyasi mövqelərin möhkəmləndirilməsi taktikasının çevikləşdirilməsi və sistemli təminatı
Azərbaycan Respublikasının bugünkü əsas strateji mənafeləri və geosiyasi maraqları ilk növbədə onun dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasını, ölkə daxilində dayan ı qlı siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafını, sosial-iqtisadi tərəqqinin davam etdirilməsini, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılmasını, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılmasını və s . vəzifələrin reallaşmasını tələb edir. Bu məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin güclənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sistemində ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliyevin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi önəm və s. həmin vəzifələri həll etməyə şərait yaratmışdır. Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji mövqeyi və geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı tədqiqat mərkəzləri tərəfindən də etiraf olunmuşdur. Politoloq Z.Bjezinski bildirmişdir ki, “Müstəqil Azərbaycan Qərbin Xəzər hövzəsinin və Orta Asiyanın zəngin enerji resurslarına çıxışı üçün dəhliz ola bilər. Və əksinə, asılı Azərbaycan Orta Asiyanın dünyadan təcrid edilməsi deməkdir”.
Digər tərəfdən, bir çox mütəxəssislər hesab edirlər ki, Azərbaycanın dünyadakı geosiyasi mövqeyinə müsbət təsir edən amillərdən biri bəzi hallarda onun mövqeyinin digər region ölkələrininki ilə üst-üstə düşməməsidir. Lakin bu geosiyasi uyğunsuzluq mövcud milli resursların bölüşdürülməsi və ortaq maraqlar naminə reallaşdırılan “kompromis siyasət” vasitəsilə aradan qaldırılır. Azərbaycanın dünyanın mühüm transmilli geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşməsi və ölkə rəhbərliyinin indiyə qədər bu üstünlükdən məharətlə istifadə etməsi region ölkələri ilə yaranan ziddiyyətli məqamları aradan qaldırmışdır. Məsələn, Azərbaycanın da iştirak etdiyi tarixi “İpək yolu”nun bərpası ilk dövrdə Rusiyanı razı salmasa da, sonrakı dövrdə Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində bu ölkə rəsmilərini bəhs olunan dəhlizin bütün regiona, o cümləd ən də Rusiyaya mənfəət gətirəcəyinə inandıra bilmişdir. Azərbaycan öz səmərəli və müsbət mahiyyətli geosiyasəti ilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin açılmasında mühüm rol oynayaraq, Transqafqaz və Transasiya nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsində təkcə öz milli maraqlarını deyil, Rusiya da daxil olmaqla b ütün region ölkələrinin maraqlarını təmin etmiş, bölgəni dünyanın əsas tranzit mərkəzlərindən birinə çevirmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu da bu anlamda təkcə Azərbaycanın deyil, bütün bölgənin geoiqtisadi maraqlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Ciddi transmilli layihələri həyata keçirərkən Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarının gələcək perspektivləri bundan sonra da hər hansı qarantiyalı inkişaf və tərəqqiyə nail olmaq, əsas strateji həyati ehtiyacları təmin etmək məqsədilə ölkənin geosiyasi addımlarını n üfuzlu regional və beynəlxalq dövlətlərlə, hövzədə geosiyasi maraqları ölkəmizlə üst-üstə düşən transmilli aktorlarla, güc mərkəzləri ilə uzlaşdırmağı tələb edir. Hazırda Azərbaycan yeni müstəqillik əldə etmiş dövlət kimi öz milli mənafelərini mövcud geosiyasi reallıqlara adekvat olaraq müəyyənləşdirməyə, regionda marağı olan əsas ölkələrlə uzlaşdırmağa məcburdur. Yaranmış vəziyyətdə bəzən Azərbaycan da başqa hövzə ölkələri kimi öz milli mənafelərinin qeyri-əsas hesab olunan bir qismini kiməsə güzəştə getməyə, yaxud hansısa “milli dividendləri” kiminləsə bölüşməyə məcbur olur. Əsas odur ki, bu prosesdə dövlət m övcud imkanlar daxilində öz milli və geosiyasi maraqlarının ən vacib, strateji sahələrini kiməsə güzəştə getməsin. Dünya siyasətşünasları belə fəaliyyəti planetin geosiyasi və beynəlxalq münasibətlərinin hazırkı vəziyyətində doğru addım hesab edir və Azərbaycanın bundan sonra da məhz belə davranış nümayiş etdirəcəyini proqnozlaşdırırlar.
Dağlıq Qarabağ probleminin həllinə dinc yolla nail olunması
Xəzər hövzəsi və Cənubi Qafqazın geosiyasi perspektivləri ilə bağlı bütün beynəlxalq dəyərləndirmələrdə regional sülh və təhlükəsizlik məsələsi əsas şərt kimi irəli sürülür. Hazırda regionun inkişafı və dünyada gedən inteqrasiya proseslərinə qatılması məhz yerli ölkələr arasındakı sivil, dinc birgəyaşayış münasibətlərinin bərqərar olmasından, regional sülhün yaradılması və bölgədəki sabitliyin saxlanılmasından asılı vəziyyətə düşməkdədir. Bu gün Qafqazdakı postsovet ölkələrinin dördü də daxili etnik-separatist münaqişələrə cəlb olunmuşdur. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan – Abxaziya, Gürcüstan – Cənubi Osetiya və Rusiya – Çeçenistan münaqişələri regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbələridir.
Qloballaşma dövründə istənilən ölkənin daxili həyatındakı münaqişə təkcə həmin ölkənin deyil, həm də ümumilikdə regionun və dünyanın geosiyasi və təhlükəsizlik mühitinə mənfi təsir göstərir, ölkələrin müxtəlif yönlü maraqlarına zərbə vurur.
Hazırda rəsmi Bakı Azərbaycanın və ümumilikdə regionun geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımından, bütün daxili və xarici münaqişələrin tezliklə, yeni müharibəyə əl atmadan – sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir. Lakin eyni zamanda, “nə sülh, nə müharibə” vəziyyətinin də sonsuza qədər uzanmasına göz yuma bilməyəcəyi, “sülh danışıqları nəticəsiz yekunlaşacağı təqdirdə digər vasitələrlə öz beynəlxalq və milli haqlarını təmin edəcəyi” haqqında ara-sıra bəyanatlar səsləndirir. Əlbəttə, bu, beynəlxalq münasibətlərin hazırkı vəziyyətində ən doğru və optimal mövqedir. Çünki, Cənubi Osetiya ətrafında Rusiya-Gürcüstan müharibəsindən sonra yaranmış beynəlxalq və regional hərbi-geostrateji vəziyyət göstərir ki, yaxın zamanlarda nə müharibə, nə də ki sülh yolu ilə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək asan olacaq. Hazırda Ermənistan dünya dövlətlərinin ikili siyasətindən, BMT-nin və ATƏT-in dişsiz fəaliyyətindən, Minsk qrupunun və həmsədr ölkələrin neçə illərdir ciddi bir mövqe ortaya qoya bilməməsindən, dünyadakı erməni diasporunun aparıcı ölkələrin rəsmi siyasətinə göstərdiyi ciddi təsirdən, Rusiya və başqa ölkələrin hərbi-iqtisadi dəstəyindən bəhrələnərək öz işğalçı siyasətindən əl çəkmək istiqamətində hər hansı ümidverici mövqe sərgiləmir. 2009-cu ildə ATƏT-in Minsk qrupunun aktivləşməsinə baxmayaraq, hələ də münaqişənin ədalətli həllinə səbəb olacaq prinsipial mövqe nümayiş etdirməməsi, əlbəttə, haqlı olaraq 20 ilə yaxın bir müddətdə sülhə ümid edərək gözləmə mövqeyi tutmuş Azərbaycanın təkcə səbrini tükətmir, həm də getdikcə müharibəyə başlamaq ehtimalını artırır.
Bu gün Dağlıq Qarabağ problemi təkcə iki ölkə arasında yaşanan lokal münaqişə deyil, bütün regionun ciddi geosiyasi böhrana sürüklənməsidir və ayrı-ayrılıqda hər iki ölkənin sosial-iqtisadi inkişafı yolunda böyük maneədir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət bildirən bütün nüfuzlu qurumlar və ekspertlər bu problemi “regionda sülh və sabitliyi ən çox təhdid edən real bir təhlükə” kimi xarakterizə etmişlər və etməkdədirlər. İstər Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı, istərsə də sonrakı çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan Azərbaycan ərazilərinin rəsmi Bakının və beynəlxalq aləmin nəzarətindən çıxdığını, “nəzarətsiz və təhlükəli zonaya” çevrildiyini bəyan etmişdir. Bu isə həmin ərazidə beynəlxalq terrorizm, nəzarətsiz silah və narkotik qaçaqmalçılığı üçün əlverişli şərait yaradır.
Rəsmi Bakının hazırda xarici siyasətinin əsas istiqamətlərindən birini məhz dünya birliyinin bu problemə beynəlxalq hüquqa uyğun, konstruktiv və prinsipial yanaşmasını təmin etmək və onun köməkliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq təşkil edir. Keçən müddətdə bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycan hökuməti bəhs olunan münaqişənin mahiyyətini açmış və dünya ölkələrinin ictimaiyyətinə çatdırmış, ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq faktını BMT TŞ- nin dörd qətnaməsində, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İKT və s. qurumların sənədlərində əks etdirmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur həllini tapa bilməməsində dünyanın aparıcı dövlətlərinin və onların təmsil olunduğu qurumların ikili standartlar çərçivəsindəki yanaşmasının, yalnız deklarativ bəyanatlar verməklə kifayətlənməsinin, məsələyə seyrçi münasibət göstərməsinin xüsusi təsiri olmuşdur.
Mütəxəssislərin fikrinə görə, 1998-ci ildən başlayaraq ildən-ilə öz iqtisadi və hərbi potensialını gücləndirən, bütün dünyada nüfuzu artan və etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın fəal xarici siyasəti, diplomatik uğurları danışıqlar prosesinin dinamikləşməsinə, konstruktivlik potensialının artmasına səbəb olmuş, Ermənistanı real seçim qarşısında qoymuşdur. Tədqiqatçılar hesab edirlər ki, Azərbaycanın siyasi və hərbi mövqelərinin, iqtisadi potensialının bundan sonra da güclənəcəyi, Ermənistanda isə sosial-iqtisadi böhranın daha da dərinləşəcəyi davam etsə, onun gələcəkdə Dağlıq Qarabağ məsələsində ciddi güzəştlərə getməsi qaçılmaz olacaqdır.
Lakin dünyanın əksər konfliktoloqları bu münaqişənin həllini yalnız sülh yolu ilə, ədalətli, beynəlxalq hüquq normaları əsasında mümkün sayır və belə olacağı təqdirdə Azərbaycanın real geosiyasi imkanlarının daha da artacağını, onun öz regional lider statusunu bir qədər də möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Yenidən müharibəyə cəlb olunması hazırkı dövrdə əsasən dinamik inkişaf edən və getdikcə dünyada öz nüfuzunu artıran, beynəlxalq mövqelərini gücləndirən tərəfin – Azərbaycanın ziyanına, Ermənistanınsa xeyrinə işləyəcək. Çünki bu müharibə getdikcə Azərbaycanın ədalətli sülh təklifləri ilə razılaşmaqdan başqa çıxış yolu və bəhanələri qalmayan, arqumentləri tükənən Ermənistana, onun beynəlxalq havadarlarına, regionun və dünyanın antiazərbaycan qüvvələrinə Azərbaycanı “militarist və müharibə tərəfdarı olan ölkə kimi” dünyada “rüsvay və biabır etmək” üçün göydəndüşmə bir fürsət olacaqdır.
Qərblə əməkdaşlığı zəiflətmədən, Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi, Rusiya və İranla qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi
SSRİ-nin süqutundan sonra analitiklər dünyada “soyuq müharibə” dövrünün bitdiyini və Qərbin postsovet ölkələri, xüsusilə Rusiya ilə münasibətlərində yeni – əməkdaşlıq erasının başlandığını bəyan etdilər. XX əsrin son onilliyində postsovet məkanında və Şərqi Avropada demokratikləşmə dalğasının geniş vüsət alması, Rusiyada çoxsaylı daxili problemlərin mövcudluğu, o cümlədən müşahidə olunan iqtisadi tənəzzül, ictimai-siyasi çəkişmələr, onun yerləşdiyi regiondakı qeyri-sabitlik, Çeçenistan müharibəsi və digər məsələlər rəsmi Moskvanın diqqətini müəyyən mənada Avrasiya bölgəsində və dünyada yaşanan əsas geosiyasi proseslərdən yayındırırdı. Diqqətini daha çox daxili problemlərin həllinə yönəldən Rusiya, müvafiq olaraq regionda, Avropada və dünyada öz geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqelərini bir-birinin ardınca itirməyə başladı. Həmin dövrdə Rusiyanın xarici siyasətində təkcə Cənubi Qafqaz və Azərbaycanda deyil, bütün istiqamətlərdə anlaşılmaz hərəkətlər müşahidə olunurdu. Qərb analitikləri bunu təkcə SSRİ-nin dağılmasının fəsadları kimi xarakterizə etmir, həm də Rusiyada siyasi sistemin və hakimiyyət strukturlarının böhranı kimi təqdim edir, bu prosesi demokratikləşmənin xeyrinə təsnif edərək, onun daha da dərinləşməsinə çalışırdılar.
2000-ci ilin əvvəlində Rusiyanın xarici siyasətində sabitləşmə müşahidə olunmağa başlayır. Bəzi ekspertlər Rusiyanın həmin dövrdəki xarici siyasət kursunu “praqmatik strategiya” kimi dəyərləndirərək, öz fikirlərini onunla əsaslandırmağa çalışırdılar ki, “Rusiya müasir dövrün inkişaf tendensiyalarını nəzərə alaraq imperiya siyasətini “qarşılıqlı faydalı əməkdaşlıq mühitində milli maraqların müdafiəsi xətti” ilə əvəz etmişdir”. Lakin 2008-ci ildə Gürcüstanla hərbi qarşıdurmasından sonra Qərblə Rusiya arasında başlanan yeni geosiyasi münaqişə bütün dünyada olduğu kimi, hər iki düşərgənin Cənubi Qafqaz siyasətinə də öz müvafiq təsirini göstərmişdir. Tədqiqatçılar qarşıdan gələn illərdə Rusiya ilə Qərb arasında Avrasiyada yeni geosiyasi, geoiqtisadi rəqabətin, hərbi-geostrateji ziddiyyətlərin güclənəcəyini proqnozlaşdırır və öz fikirlərini kifayət qədər məntiqi mülahizələrlə əsaslandırırlar.
Azərbaycanın mövcud geosiyasi maraqları və bugünkü rəsmi siyasəti ölkə ərazisinin və Cənubi Qafqazın kimlərinsə “geosiyasi və hərbi-geostrateji münaqişə obyektinə” deyil, bütün sivil dünyanın “tərəfdaşlıq, qarşılıqlı-faydalı əməkdaşlıq və ədalətli iqtisadi yarış meydanına” çevrilməsini tələb edir. Rəsmi Bakı indiyə qədər Rusiya, Qərb, Türkiyə, İran və başqa güclər arasında – Avrasiya, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi və geosiyasi hədəfləri uğrunda gedən mübarizədən “tam müstəqil mövqe tutmaqla” və öz milli maraqlarına uyğun hərəkət etməklə, müəyyən məsafə saxlamağa nail olmuşdur ki, bu da onun regiondakı geosiyasi mövqelərini daha da gücləndirmişdir.
Bundan başqa, ABŞ-da baş verən 2001-ci il 11 sentyabr hadisələrindən sonra dünya geosiyasətində yaranan “yeni reallıqlar”dan düzgün istifadə etməsi və müvafiq siyasət yürütməsi də Azərbaycanın bölgədəki geosiyasi çəkisini və rolunu xeyli artırmışdır. O dövrdən başlayaraq Azərbaycanın müstəqil ölkə kimi dəyəri yalnız Qərb üçün deyil, həm də ayrıca olaraq Türkiyə, İran və Rusiya üçün də xeyli artmışdır. Rəsmi Bakının əldə etdiyi əsas geostrateji uğur ondan ibarət olmuşdur ki, o, regionda geosiyasi maraqları təmsil olunan güc mərkəzlərinin hamısı üçün “ortaq balans obyektinə” cevrilmiş və onların heç biri Azərbaycanın “zəif və gücsüz olmasında”, kiminsə “forpostu” statusunda çıxış etməsində maraqlı olmamışdır. Məsələn, Qərb və Türkiyə “müstəqil və güclü” Azərbaycana Rusiyanın, yaxud İranın “təzyiqlərinə sinə gərən, onların bu regionu tam nəzarətə götürməsinin qarşısını ala biləcək faktor kimi” yanaşdığı halda, İran Azərbaycandan “öz ərazisindən bu ölkəyə qarşı NATO və ABŞ-ın istifadə etməsi istəyinə müqavimət göstərdiyinə” və s. müstəqil iradəsinə görə razı qalmışdır.
Məlum olduğu kimi, Azərbaycan paralel olaraq Bakı-Novorossiysk kəməri ilə Rusiya ərazisindən də neft nəqlini davam etdirir, Şimali Qafqaz və Çeçenistan məsələsində rəsmi Moskvanın mövqeyini dəstəkləyir, Müstəqil Dövlətlər Birliyi çərçivəsində onunla iqtisadi inteqrasiya proseslərində iştirak edir, regional terrorizmə qarşı mübarizədə öz fəallığı ilə seçilir, beynəlxalq təşkilatlarda Rusiya ilə bağlı istənilən müzakirələrdə onun əleyhinə olan bloklara qoşulmur və s. Bütün bunlar, öz növbəsində, Rusiyanı da Azərbaycanın “tam neytral və tarazlaşdırılmış siyasət yürütmək gücündə olan” dövlət kimi qalmasında maraqlı edir. Bu, həm də rəsmi Bakının Rusiyanın rəqibi rolunda çıxış edən digər güc mərkəzlərindən “asılı vəziyyətə düşməməsinə” əlavə təminatdır. Azərbaycanın Cənubi Qafqazda rəqabət aparan hər üç mərkəzlə münasibətlərinin yüksək səviyyədə qurulmasının əsas səbəbi də məhz yuxarıda göstərilən amillər və Azərbaycan Prezidentinin indiyə qədər çevik manevr imkanlarından yetərincə bəhrələnə bilməsi olmuşdur.
Azərbaycan mütəxəssislərinin fikrinə görə, öz məxsusi milli maraqlarından çıxış edərək, Qərb-Rusiya münasibətləri fonunda yürütdüyü hazırkı “tərəfsiz və tarazlaşdırılmış siyasi kursu” bundan sonra da davam etdirərək, həm Qərblə əvvəlki strateji münasibətlərini qorumalı, regionun həm də Rusiya və İran kimi iri ölkələri ilə tərəfdaşlıq münasibətlərini genişləndirməlidir. Milli və təhlükəsizlik maraqları, eyni zamanda Azərbaycanın əsas müttəfiqi hesab olunan Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin qorunub saxlanılmasını və hərbi-geostrateji sahədə dərinləşdirilməsini tələb edir.
ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə dostluq və tərəfdaşlıq münasibətlərinin qorunması
1979-cu il İran islam inqilabından sonra dünyanın siyasi xəritəsində yeni bir ziddiyyətli regional geosiyasi qarşıdurmanın əsası qoyulmuşdur. 30 ildən artıq dövr keçməsinə baxmayaraq, ABŞ və İran münasibətlərinin tənzimlənməsi istiqamətində heç bir müsbət nəticə əldə edilməmişdir. 2007-ci ildən sonra İranın nüvə proqramı Tehranla Vaşinqton arasındakı ziddiyyətlərin daha də kəskinləşməsinə səbəb olmuş və yeni geostrateji münaqişə ocağının alovlanmasına şərait yaratmışdır. Bu məsələdə müasir dünyanın hərbi-strateji güc mərkəzləri uzun müddət vahid mövqeyə gələ bilməmiş və nəticədə problem getdikcə dərinləşərək kəskinləşmişdir. ABŞ, Avropa İttifaqı və İsrail cidd-cəhdlə İrana qarşı sanksiyaları gücləndirməyə, rəsmi Tehranı nüvə proqramından əl çəkməyə məcbur etməyə çalışır, Rusiya və Çin isə bu məsələnin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar çıxaraq, tələb olunan sərt metodlara etiraz edirlər.
İran-ABŞ qarşıdurmasında Azərbaycanın indiyə qədər nümayiş etdirdiyi mövqe daha çox İran və ABŞ-ın istək və tələbləri, yaxud hansısa əsassız ambisiyaları üzərində deyil, daha çox müstəqil dövlət olaraq Azərbaycanın məxsusi maraq və mənafeləri üzərində qurulmuşdur. Azərbaycan keçən müddətdə, həm də ortaq maraqlar çərçivəsində ayrı-ayrılıqda ABŞ və İranla dost, tərəfdaş, ədalətli və etibarlı qonşu kimi qarşılıqlı-faydalı əlaqələr qurmuş və ikitərəfli münasibətləri inkişaf etdirmişdir. Azərbaycanın hər iki ölkə ilə münasibətləri onların bir-biri və digər xarici aktorlarla münasibətlərinin fövqündə dayanmışdır.
Lakin bütün bunlara baxmayaraq, İran-ABŞ qarşıdurması Azərbaycan üçün bölgədə və dünyada həmişə bəzi problemlər yaradaraq, ölkəni daha ehtiyatlı, ardıcıl və çevik siyasət yürütməyə, diplomatik və geosiyasi manevr imkanlarından bacarıqla istifadə etməyə məcbur etmişdir. Mütəxəssislər hesab edirlər ki, hazırda Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlara başlamaq niyyəti reallaşarsa, Azərbaycanın manevr imkanları ciddi şəkildə məhdudlaşacaqdır. Çünki illərdir dünyada beynəlxalq terrorizmin əsas dayaqlarından biri kimi təqdim olunan İrana BMT-nin sanksiyası əsasında hərbi müdaxilə başlayacağı təqdirdə bu plana mane olmaq, yaxud da onunla bağlı hər hansı dirəniş göstərmək dünyanın bir nömrəli güc mərkəzi olan ABŞ-la münasibətlərə ciddi mənfi təsir göstərə bilər. Digər tərəfdən, Azərbaycan regionda ən uzun müştərək sərhədə, ortaq tarixə və geosiyasi məkana malik olduğu dost İran dövlətinin, onun 30 milyondan çoxu azərbaycanlı olan 70 milyonluq müsəlman əhalisinin də maraqlarını zərbə altında qoyaraq, bölgənin əsas geosiyasi fiqurlarından olan qonşu dövlətlə münasibətlərini korlaya bilməz.
Hazırda ABŞ-la münasibətləri gərginləşən İran region dövlətləri və xüsusilə Azərbaycanla əlaqələrini daha da yaxşılaşdırmağa çalışır və onun bu səyləri getdikcə güclənəcəkdir. Bəzi ekspertlər hesab edirlər ki, Təbriz şəhərində Azərbaycan konsulluğunun açılması və Azərbaycan vətəndaşları üçün viza rejiminin aradan qaldırılması, rəsmi Tehranın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi, enerji mübadiləsi və ticarət məsələlərində irəliləyiş əldə olunması, İran ərazisi ilə Naxçıvana gediş-gəlişin açılması həmin səylərin göstəricisidir. Butün bunların müqabilində İran Azərbaycanı öz tərəfinə çəkərək, antiqərb düşərgəsinə qatmağa, Tehranın mövqelərini müdafiə etməyə, bunlar mümkün olmayacağı təqdirdə isə tərəfsiz qalacağına təminat almağa çalışır. Ekspertlər belə qənaətdədirlər ki, Azərbaycanın buna qarşılıq verməsi Qərblə, verməməsi isə İranla münasibətlərində mənfi fəsadlar yaradacaqdır.
ABŞ-İran münasibətlərinin getdikcə kəskinləşməsinə baxmayaraq, Azərbaycan öz siyasətini dəyişmək və tərəfsizliyini pozmaq niyyətində deyil. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, sülhsevər dövlət kimi Azərbaycan bütün dünya və region ölkələri ilə, o cümlədən də İranla qarşılıqlı maraqlara cavab verən dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. İranla Azərbaycan arasında imzalanmış dövlətlərarası müqavilədə hər iki dövlətin öz ərazisindən bir-birinə qarşı istifadənin yolverilməzliyi ilə bağlı müddəanın daxil edilməsi də bu məsələnin rəsmi Bakı tərəfindən ən yüksək səviyyədə bəyan olunması deməkdir və Azərbaycanın səmimi, etibarlı və mehriban qonşuluq niyyətinin əyani göstəricisidir. Azərbaycan həmişə sübut etmişdir ki, o, hər hansı qonşu və yaxud qeyri-qonşu dövlətin marağına toxunan addımlar atmır və bu sahədə imzalanmış bütün dövlətlərarası, beynəlxalq anlaşmalara hörmətlə yanaşır. Digər tərəfdən, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ- a səfəri zamanı bu ölkə ilə ikitərəfli münasibətləri, tərəfdaşlıq siyasətini inkişaf etdirmək istiqamətində müəyyən addımlar atarkən ilk növbədə İranın bu və ya digər rəyini, tələblərini deyil, öz ölkəsinin və xalqının milli maraqlarını rəhbər tutmuşdur. Səfər zamanı Prezident İlham Əliyev eyni zamanda Azərbaycan ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyat keçirilməsinə və bütövlükdə Cənubi Qafqaz regionunun ABŞ-İran mübarizəsinin “poliqonuna” çevrilməsinə imkan verilməyəcəyi haqqında açıq bəyanat da səsləndirmişdir. Səfər ərəfəsində “Fiqaro” qəzetinə verdiyi müsahibəsində o bildirmişdi ki, “İranda sabitliyin pozulması bütün regiona öz təsirini göstərə bilər. Hesab edirik ki, münaqişə diplomatik vasitələrlə, sülh və dialoq yolu ilə, xoş məramla həll olunmalıdır. Azərbaycan bu ölkəyə qarşı hərbi əməliyyatları dəstəkləməyəcək. Düşünürəm ki, Vaşinqton da buna anlaşıqlı yanaşacaq” (Bax: “Azərbaycan” qəz., 04 iyun 2006).
Beləliklə, göründüyü kimi, Azərbaycan indiyə qədər həm ABŞ və Avropa ilə, həm də İranla qrşılıqlı tərəfdaşlıq münasibətləri qurmaq bacarığını ən çətin məqamlarda belə nümayiş etdirə bilmişdir. Lakin hərdən adı çəkilən hər üç düşərgəni təmsil edən dövlət qurumları və rəsmilərinin Ermənistanın regiondakı bu və ya digər addımlarını dəstəkləməsi, bu ölkənin işğalçılıq və separatçılıq siyasətini müdafiə etməsi Azərbaycanın haqlı narazılığına da səbəb olur.
Göründüyü kimi, Cənubi Qafqaz və Xəzər hövzəsinin müasir mürəkkəb geosiyasi reallıqları çərçivəsində və dünya siyasətinin qeyri-müəyyənliklərlə dolu hazırkı şəraitində Azərbaycan ABŞ-İran münasibətlərinin xarakterindən asılı olmayaraq öz geostrateji mövqelərini və milli maraqlarını qorumağa və bir qədər də möhkəmlətməyə nail olmuşdur. Qarşıdan gələn illərdə eyni geosiyasi xəttin – regionda marağı olan Qərb dövlətləri, dünyanın aparıcı güc mərkəzləri ilə transmilli layihələrin reallaşdırılması sahəsində tərəfdaşlıq əlaqələrini davam etdirməklə, həm də İran kimi böyük qonşu ölkələrlə tərəfdaşlıq əlaqələrinin qurulması və davam etdirilməsi Azərbaycana sabit inkişaf və perspektivli gələcək vəd edir. Siyasi və iqtisadi perspektivdə ölkənin regional lider statusunun möhkəmləndirilməsi də onun bundan sonra həyata keçirəcəyi geosiyasi xətdən və dünyanın ən əhəmiyyətli geoməkanlarından hesab olunan Avrasiya bölgəsində qazanacağı mövqedən, planetin əsas geosiyasi aktorları ilə yarada biləcəyi münasibətlərdən asılı olacaqdır.
Yeni geosiyasi reallıqlara və bundan irəli gələn qlobal çağırışlara operativ reaksiya verilməsi, strateji tərəfdaşlarla geosiyasi münasibətlərə xələl gətirmədən daha praqmatik siyasət yürüdülməsi
Azərbaycan keçən illərdə öz strateji tərəfdaşları ilə nəhəng transmilli enerji və nəqliyyat layihələri reallaşdırmaqla Avrasiyanın geosiyasi xarakteristikasını ciddi şəkildə dəyişmişdir. Yeni enerji-ixrac marşrutları və yeni geoiqtisadi şərtlər çərçivəsində Xəzər hövzəsinin və Orta Asiyanın zəngin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması təmin edilmiş və faktiki olaraq bölgənin ənənəvi enerji ixracının şaxələndirilməsinə (diversifikasiyasına) nail olunmuşdur. Azərbaycanın təşəbbüsü və dünyanın ən aparıcı ölkə və şirkətlərinin iştirakı ilə yaradılan transmilli enerji konsorsiumu, yeni istehsal, ixrac marşrutları və s. infrastrukturlar Cənubi Qafqaz və Xəzər regionunun inkişafına ciddi təsir göstərmiş, bölgəni Avropa və dünya ölkələrinin güclü maliyyə və qabaqcıl texnologiyalarının üzünə açmışdır. Prezident Heydər Əliyevin qətiyyəti və böyük səyləri, tərəqqipərvər dünyanın hərtərəfli dəstəyi nəticəsində o dövrdə bəzi ölkələrin və maraqlı qüvvələrin bu işə mane olmaq cəhdləri müvəffəqiyyətlə neytrallaşdırılmışdır. Artıq Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rol oynamağa başlayan Transqafqaz enerji ixracı kəmərləri həm də Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələrinin geosiyasi və geoiqtisadi müstəqilliyinə ciddi təsir göstərmiş, onların Qərblə yaxınlaşması yolunda əsas maneələri aradan qaldırmışdır.
Bəzi region ölkələrindən fərqli olaraq, Azərbaycan bəhs olunan şəraitdən ciddi şəkildə bəhrələnmiş, regionla əlaqəyə can atan bütün transmilli şirkətlərlə, xarici dövlətlərlə, güc mərkəzləri ilə yaxından əməkdaşlıq etməyə, ABŞ, Avropa İttifaqı ölkələri, Türkiyə, Rusiya, Gürcüstan kimi dövlətlərlə strateji əlaqələr qurmağa, bu əməkdaşlıqdan milli maraqlar naminə yararlanmağa müvəffəq olmuş və eyni zamanda öz müstəqil siyasətini də qoruyub saxlaya bilmişdir. Ekspertlər hesab edirlər ki, Azərbaycan bütün fəaliyyəti və geosiyasi addımları ilə Xəzər hövzəsi və Cənubi Qafqazda sabitləşdirici rol oynamış bir ölkədir.
Son bir neçə ilə nəzər saldıqda, Avrasiyanın bəzi bölgələrində, xüsusən Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşmaqdadır. Bunun bəzi əlamətləri açıq, bəziləri isə dolayısı ilə Azərbaycanın da geosiyasi maraqlarına toxunur və ölkə rəhbərlərini müvafiq addımlar atmağa, çevik, operativ, adekvat qərarlar qəbul etməyə sövq edir.
Avrasiyanın yeni geosiyasi reallığının ilk gözəçarpan görüntüləri aşağıdakı kimi görünür:
lABŞ-ın keçmiş prezidentləri B.Klinton və C.Buş dövründəkindən fərqli olaraq, Barak Obama administrasiyasının Avrasiyada öz regional maraqları ilə bağlı fərqli meyarlar və ölçülər nümayiş etdirməsi, Rusiya və digər bölgə ölkələri ilə münasibətlərə yenidən baxması və bu fonda Cənubi Qafqaza öz marağını azaltması müvafiq olaraq bölgədəki duruma, fərqli maraq daşıyicisi olan böyük və kiçik ölkələrin geosiyasi vəziyyətinə də təsir göstərməkdədir.
lABŞ-ın yeni strateji doktrinası və Avrasiyada yürütdüyü siyasət həm də regiondakı əsas geosiyasi aktorlar arasındakı müttəfiqlik və rəqiblik əlaqələrinin əvvəlki nizamını bir qədər pozmuşdur. Məsələn, hazırda bəzi sahələrdə ABŞ-la Orta Asiya ölkələri, Ukrayna, Azərbaycan və s. kimi bölgə dövlətləri arasında bəzi anlaşılmaz münasibətlər ortaya çıxmışdır. Əvəzində bu ölkənin Rusiya ilə əvvəlki “Avropanın strateji müdafiəsinə yönəlmiş hərbi-geostrateji problemləri” aradan qalxmışdır. Yaxud, son zamanlar Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərində – enerji dəhlizləri, satışı, ixrac marşrutları və tariflər, nəqliyyat-tranzit keçidləri, onların təhlükəsizliyi və s. məsələlərdə bir çox əsassız iddialar ortaya çıxmışdır. Eyni zamanda, əvvəllər bir-birinə enerji sahəsində rəqib kimi yanaşan Rusiya-Türkiyə, Rusiya – Azərbaycan, İran-Azərbaycan və s. ölkələr arasında neft, qaz və elektrik enerjisi mübadiləsi və nəqli sahələrində əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yaranmaqdadır.
lSon zamanlar Rusiyanın bütövlükdə Avrasiya regionu ölkələrinə, xüsusən də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaza geosiyasi və geoiqtisadi təsirinin və bölgədəki proseslərdə fəallığının artması fonunda, ABŞ və Avropa Birliyinin həmin mövqelərdən qismən geri çəkilməsi tendensiyası müşahidə olunur. Bunu son illərdə Ukraynada, Şərqi Avropada, Gürcüstanda, Türkiyədə və başqa ölkələrdə yaşanan proseslərdə bəhs olunan aktorların öz əvvəlki prinsipial mövqelərindən asanlıqla imtina etmələri də sübut edir. Mütəxəssislərin bu vəziyyətlə bağlı gəldiyi ilk qənaət ABŞ-ın nəyinsə xatirinə (məsələn İran, Liviya və s. məsələlərdə güzəştə getməsinə görə) öz müttəfiqlərini və onların maraqlarını Rusiyaya güzəştə getməsi fikrindən ibarətdir.
lABŞ-İran ziddiyyətlərinin son dövrdə kəskinləşməsi həm də regionda yeni geosiyasi vəziyyət yaradaraq, bölgə ölkələrini öz maraqlarını qorumaq üçün yeni seçim qarşısında qoymuşdur.
lABŞ-ın Avrasiya siyasəti zəiflədikcə, həm də Türkiyənin bu bölgədəki geosiyasi fəallığı, proseslərə müdaxilə etməsi və qoşulması halı müşahidə olunur. Xüsusən son bir ildə ABŞ, İsrail və bəzi Avropa ölkələri ilə münasibətlərində soyuqluq yaranması fonunda Türkiyənin “fəal Avrasiya geosiyasəti” və “yeni geosiyasi taktikası” özünü göstərir. Hazırda bu ölkə bölgənin Rusiya, İran, Yaxın və Orta Şərq, Balkanlar, keçmişdə Osmanlı imperiyası ilə bağlı olan digər ərazilər, xalqlar və dövlətlərlə öz iqtisadi-siyasi əlaqələrini, tərəfdaşlıq münasibətlərini və bəyan etdiyi “yeni regional lider iddiasına” uyğun gələn “məxsusi milli maraq və davranış normaları çərçivəsi”ni yaradır və getdikcə ciddi şəkildə gücləndirməyə çalışır. Türkiyə rəhbərliyi bütün dünyaya açıq şəkildə nümayiş etdirir ki, onun ölkəsi bundan sonra Qərbin Rusiyaya qarşı “təhlükəsizlik şiti” və yaxud islam dünyasında “geosiyasi təsir vasitəsi” olmaq niyyətində deyil.
Tədqiqatçılar hesab edirlər ki, Türkiyənin yeni geosiyasi davranışı və kursu, həmin kursun son zamanlar regionda yaratdığı regional vəziyyət Azərbaycanın ziyanına deyil, əksinə, bu ölkənin güclənən geosiyasi vəziyyəti daimi və strateji müttəfiq kimi, həm də bilavasitə Azərbaycanın xeyrinədir. Lakin yeni şərait müstəqil dövlət kimi Azərbaycanın xarici siyasəti qarşısında bir çox yeni vəzifələr qoyur, ondan geosiyasi və xarici siyasət məsələlərinə “şəraitə uyğun” operativ düzəlişlər etməyi tələb edir.
İlk növbədə, fikrimizcə, dünyada baş verən son qlobal dəyişikliklər fonunda Cənubi Qafqazda formalaşmış geosiyasi reallıq və onun yeni təzahürləri ciddi təhlil olunmalı, proseslərə təsir göstərən amillər, onların meydana gəlməsi səbəbləri və s. məsələlər araşdırılmalı, mövcud şəraitdə Azərbaycanın geosiyasi və geoiqtisadi addımları, transmilli layihələrlə bağlı prioritet vəzifələri, onların təmin olunması yolları və vasitələri üzərində praqmatik şəkildə bir daha düşünülməlidir. Məsələn, bəzi mütəxəssislər hesab edirlər ki, regionda Türkiyənin rolunun sürətlə artması və onun həyata keçirdiyi yeni xarici, o cümlədən regional siyasət kursu indiki vəziyyətdə Azərbaycanın mənafelərinə tam cavab verməyən bəzi geosiyasi proseslərə də təkan verə bilər. Çünki bu ölkənin bir az əvvəl Cənubi Qafqazda sülh və təhlükəsizlik platforması çərçivəsində Ermənistanla yaxınlaşmaq cəhdləri sübut etdi ki, rəsmi Ankaranın “şərait tələb etdikdə” praqmarik formada Azərbaycanın milli maraqlarını “nəzərdən qaçırması” və daha pisi, onları sadəcə unutması ehtimalı realdır. Heç kim bu cür halların nə vaxtsa Türkiyə ərazisindən keçən transmilli enerji ixracı kəmərləri, neft-qaz tarifləri və s. strateji məsələlərlə bağlı özünü göstərməyəcəyinə və yaxud Bakı-Tbilisi-Qars dəmir yolunun təhlükəsizliyinin tam təmin ediləcəyinə zəmanət verə bilməz. Yaxud, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında hərbi əməliyyatlar nəticəsində BTC vasitəsilə neft ixracının dayandırılması və ümumiyyətlə, Gürcüstanın qeyri-sabit ərazi xarakteristikasına malik olması, təkcə Qərb enerji ixracı marşrutundan asılılığın Azərbaycan üçün müəyyən qədər təhlükəli olduğunu söyləməyə əsas yaratdı. Digər tərəfdən, vaxtilə Qərb marşrutunu işə salmaq və mövcud maneələri aradan qaldırmaq üçün Azərbaycan Bakı-Novorossiysk kəmərinin tarifi ilə bağlı Rusiyaya, BTC-nin tarifi ilə bağlı Türkiyəyə ciddi güzəştə getmiş, Gürcüstanın xeyrinə isə hətta BTC kəmərinin Azərbaycan hissəsinin tranzit gəlirlərindən imtina etmişdir. Bu gün kimsə təminat verə bilməz ki, bu ölkələrin biri, yaxud hər üçü tariflərlə bağlı nə zamansa yeni-yeni tələblərlə çıxış etməyəcəklər. Beləliklə, yeni geosiyasi şərait və gələcək perspektivlər Azərbaycandan Türkiyə və Gürcüstanla strateji münasibətlərə xələl gətirmədən və regional münasibətlərin bütün sahələrində bu iki ölkə ilə geosiyasi müttəfiqliyi qoruyub saxlamaqla, öz enerji ixracı marşrutlarını yenidən dəyərləndirməsini, mümkün qədər bu marşrutları şaxələndirməsini, yeni-yeni marşrut və istiqamətlərin, enerji tərəfdaşlarının, satış bazarlarının tapılmasını və s. tələb edir. Bütün bu işlərlə bağlı real tədbirlər, geoiqtisadi axtarışlar bir an belə dayandırılmamalı, vaxtilə əsas işin xatirinə Türkiyə və Gürcüstana gedilmiş tarif güzəştləri məsələlərinə xüsusi diqqət yetirilməli və bu “bəxşişlər” davamlı olaraq onların yadına salınmalı, Azərbaycanın güzəşt limitinin bitməsi, qarşı tərəfdən hər hansı “güzəşt tələbinə” bir də qayıdılmayacağına dair hansısa ikitərəfli və çoxtərəfli dövlətlərarası təminat alınmalıdır.
Göründüyü kimi, Azərbaycan Prezidenti Türkiyə ilə tranzit məsələlərinin həll olunmamasını, bu ölkə tərəfindən qəbul edilməsi mümkün olmayan şərtlərin irəli sürülməsini və s. qeyri-normal məsələləri enerji sahəsində neçə illərdir ki, transmilli dünya ilə reallaşdırılan və perspektivdə reallaşdırılacaq layihənin pozulmasına gətirib çıxara biləcəyi təhlükəsindən bəhs edir. Problemdən çıxış yolu isə müvafiq olaraq yeni-yeni alternativ yolların tapılması və enerji ixracının şaxələndirilməsi ilə əlaqələndirilir.
Hazırda Azərbaycan və dünya mütəxəssisləri bölgənin zəngin neft və qaz məhsullarının daha etibarlı və səmərəli nəqli üçün bir neçə yeni alternativ yollar təklif edir. Bunlardan biri Rusiya marşrutudur. 2009-cu ilin oktyabrında ARDNŞ və Rusiyanın “Qazprom” şirkəti arasında qaz alqı-satqısı ilə əlaqədar imzalanmış müqaviləyə əsasən 2010-cu ildən bazar qiymətləri ilə Rusiyaya ildə 500 milyon kubmetr və daha artıq qaz ixracına başlanmışdır. Perspektivdə bu həcmin Azərbaycanın imkanlarına uyğun olaraq artırılması nəzərdə tutulmuşdur. İkinci marşrut İran istiqamətində fəaliyyət göstərən Astara-İran xəttidir. Mütəxəssislərin fikrinə görə, bir sıra texniki məsələlərin həllindən sonra bu marşrutla İrana kifayət qədər əlavə qaz satışı həyata keçirilə bilər. Üçüncüsü, Azərbaycan nefti və qazı Qara dəniz limanlarından yeni texnologiya əsasında (sıxılma və xüsusi gəmilərlə daşıma) Avropa İttifaqı ölkələrinə çıxarıla bilər. Sonuncu məsələdə Rumıniya və Ukrayna ilə danışıqlar başlanıb və gələcəkdə müvafiq razılaşmalar əldə ediləcəyinə ümid bəslənir. Təbii ki, digər variantlar da nəzərdən keçirilə bilər.
Tariflər məsələsinə gəldikdə, neft müqavilələri və BTC-yə dair sazişlərin imzalandığı illərlə müqayisədə hal-hazırda vəziyyət tam dəyişmişdir. Azərbaycan haqlı olaraq Türkiyəyə ucuz qaz satışına limit tətbiq edir və ixrac tariflərinə ədalətli yanaşılmasını tələb edir. Eyni zamanda, BTC-yə dair sazişlər imzalanan zaman Azərbaycanın kəmərdən əldə edəcəyi tranzit gəlir payını Gürcüstana güzəştə getməsi məsələsinə yenidən qayıtmaq, ən azından mütəmadi olaraq rəsmi Tbilisinin bu haqda yaddaşının itməsinə imkan verməmək də lazımdır. Rusiya və İrana bazar qiymətinə qaz ixracına başlanması və gələcəkdə bu istiqamətlərdə mövcud olan perspektivlər, ixrac və tarif məsələsində Gürcüstan və Türkiyə ilə daha inamla danışmağa və milli maraqlarını təmin etməyə Azərbaycana əlavə imkanlar yaradır.
Beləliklə, düzgün dəyərləndiriləcəyi təqdirdə bütün bu reallıqların, imkan və geosiyasi perspektivlərin bölgədə və dünyada Azərbaycana əlavə geosiyasi üstünlüklər qazandıracağı şübhəsizdir. Bu gün dövlət müstəqilliyi möhkəmlənmiş və hərtərəfli inkişaf edən Azərbaycan həm özünün daxili məsələlərini uğurla həll etmək iqtidarındadır, həm də regionda, beynəlxalq aləmdə geosiyasi, geoiqtisadi və s. maraqlarını qorumağa, öz prinsipial mövqeyini müdafiə etməyə qadirdir. Artıq dünyanın əksər geosiyasi güc mərkəzləri Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa üstünlük verir və yerləşdiyi regionun bütün transmilli məsələlərinin həllində onun rəyini nəzərə alırlar. Bəhs olunan geosiyasi vəziyyət və imkanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycanın mövqeyini gücləndirir ki, bu da ölkənin gələcək inkişafı haqqında optimist ovqat yaradır.
Ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin ifşa edilməsi və dünyada effektli antierməni siyasətinin aparılması
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri aytarmasından sonra da ölkə rəsmiləri qarşısında dayanan mühüm geosiyasi və hərbi-geostrateji vəzifələrdən biri azərbaycanlılara qarşı əsr lərlə reallaşdıran soyqırımı faktlarının, Xocalı faciəsinin və s. Kimi hadisələrin dünya birliyinə çatdırılması, beynəlxalq � ictimaiyyət tərəfindən bu tarxix həqiqətlərin qəbul edilməsi istiqamətində sistemli � və daimi iş aparılması, soyqırımı cinayətlərinin səbəbkarlarının beynəlxalq ictimaiyyət qarşısında ifşa olunması, müasir Ermənistan dövlətinin Cənubi Qafqazda yürütdüyü qonşulara qarşı ərazi iddiasıvə işğalçılıq siyasətinin ifşa edilməsi və s. olacaqdır. Planetar və qlobal informasiya məkanında dünya ermənilərinin təbliğat maşınıilə effektli mübarizə taktikasının hazırlanması və davamlı şəkildə həyata keçirilməsi üçüncü minillikdə Azərbaycan Respublikasının və dünya azərbaycanlılarının qarşısında dayanan əsas strateji və geosiyasi vəzifə olaraq qalacaqdır
tarix elmləri doktoru,
Azərbaycan.- 2011.-1may.- S. 2, 3.
XXI ƏSRİN NEFTİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR
Yeni ilin ilk günlərindən dünya birjalarında neftin qiyməti bütün mümkün psixoloji maneələri aşaraq, ən yeni tarixdə ilk dəfə üçrəqəmli həddə – bir barrel üçün 100 dollara çatmışdır. Neft bumunun növbəti dövrəsi nə ilə bağlıdır: hasilatın maye yanacaq istehlakını təmin etməməsi ilə, yoxsa hasilatın və istehlakın intensiv artması şəraitində hasilatçı ölkələrdə ehtiyatların tükənməsi ilə? Dünyada neft ehtiyatları sahəsində ümumi mənzərə necədir, hasilatın kəşf edilmiş ehtiyatlarla təmin olunması nə vəziyyətdədir? AZƏRTAC-ın müxbiri görkəmli neftçi alim, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının akademiki, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycanın Dövlət mükafatı laureatı Akif İsmayıl oğlu Əliyevlə görüşmüş və ondan bu və digər suallara cavab verməsini xahiş etmişdir.
-Ən son məlumata görə, 2006-cı ildə dünyada 3,9 milyard tondan çox neft hasil edilmişdir. Bu, əvvəlki ildəkindən 17,3 milyon ton çoxdur. Son onillikdə dünyada neft hasilatı 537,6 milyon ton və ya 13,7 faiz artmışdır. Buna baxmayaraq, həmin dövrdə neftin bir barrelinin qiyməti 1996-cı ildəki 20-22 dollardan 2007-ci ilin axırlarında 90 dolları keçmişdir.
Son 10 ildə hasilatın əsas artımı Rusiya Federasiyası (177,6 milyon ton), İraq (69,5 milyon ton), Səudiyyə Ərəbistanı (67,9 milyon ton), Braziliya (49 milyon ton), Qazaxıstan (43,1 milyon ton), Kanada (35,8 milyon ton), Anqola (34 milyon ton), Küveyt (28,1 milyon ton), Əlcəzair (26,8 milyon ton), Çin (25,2 milyon ton), Qətər (24,4 milyon ton), Azərbaycan (23,4 milyon ton), İran (23,2 milyon ton) və Birləşmiş Ərəb Əmirliklərinin (23,2 milyon ton) hesabına baş vermişdir. Eyni zamanda, ötən on ildə neft hasil edən bəzi aparıcı ölkələrdə hasilatın azalması qeydə alınmışdır: ABŞ (70,3 milyon ton), Böyük Britaniya (53,1 milyon ton), Norveç (26 milyon ton), İndoneziya (24,8 milyon ton), Venesuela (17,1 milyon ton), Oman (7,7 milyon ton), Suriya (8,4 milyon ton), Misir (12,1 milyon ton) və s.
-Lakin söhbət dünyada neftə tələbatın ilbəil artmasından gedir. -2006-cı ildə dünyada neft istehlakı təxminən 3890 milyon tona bərabər olmuşdur. Son onillikdə bu göstərici 543 milyon ton və ya 14 faiz artmışdır. Neftin ən böyük istehlakçısı (2006-cı ildə təqribən 940 milyon ton) ABŞ-dır. Bu ölkə özü cəmi 312 milyon ton neft çıxarmışdır. Başqa sözlə desək, ABŞ öz ehtiyaclarının 66 faizini idxal (ildə 628 milyon ton) hesabına ödəyir. Ən iri istehlakçılar sırasında sonrakı yerləri Çin (350 milyon ton), Yaponiya (235 milyon ton), Rusiya (128 milyon ton), Almaniya (123,5 milyon ton), Hindistan (120 milyon ton), Cənubi Koreya (105 milyon ton), Kanada (99 milyon ton), Səudiyyə Ərəbistanı (93 milyon ton), Fransa (93 milyon ton), Braziliya (92 milyon ton), Meksika (87 milyon ton), İtaliya (86 milyon ton), Böyük Britaniya (82 milyon ton), İran (79 milyon ton) və İspaniya (78 milyon ton) tutur. Dünyada neft istehlakının 70 faizindən çoxu bu ölkələrin payına düşür. Lakin onların heç də hamısı, o cümlədən də ABŞ, yalnız daxili istehsalla kifayətlənə bilmir. Məsələn, Çində 184 milyon ton neft hasil edildiyi halda, istehlak 350 milyon tondur, yəni bu yanacağın, demək olar ki, yarısı idxal olunur. İldə 6 milyon ton neft çıxaran İtaliya istehlakın 93 faizini idxal hesabına təmin edir. Demək olar ki, öz nefti olmayan Yaponiya, Almaniya, Cənubi Koreya, Fransa, İspaniya isə tələbatını, əslində bütünlüklə idxal hesabına ödəyir.
-Son vaxtlar bazarlarda ajiotajın səngiməməsinə baxmayaraq, deyəsən, OPEK narahatçılıq üçün elə bir əsas görmür və hasilat normasını artırmaq niyyətində deyildir.
-Xatırladım ki, OPEK – Neft İxrac Edən Ölkələr Təşkilatı təxminən yarım əsr bundan əvvəl, neft çıxaran ən iri ölkələr tərəfindən məhz hasilatın və dünya bazarında neftin qiymətlərinin tənzimlənməsi məqsədi ilə yaradılmışdır. 2007-ci ilin əvvəlində OPEK ölkələrində neftin təsdiqlənmiş (kəşfiyyatı aparılmış) ehtiyatlarının həcmi 123,6 milyard tona və ya planetdəki neft ehtiyatlarının 75 faizinə bərabər olmuşdur. 2006-cı ildə bu dövlətlər (Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, İran, İraq, Venesuela, Əlcəzair, Liviya, Nigeriya, İordaniya) 1632,6 milyon ton və ya dünya üzrə hasilatın 41,7 faizi qədər neft çıxarmışdır. 2007-ci ilin əvvəlinə olan məlumata görə, OPEK ölkələrinin təsdiqlənmiş neft ehtiyatları hesabına hasilatı 75 ildən artıq müddətə təmin etmək mümkündür.
OPEK bu təşkilatın üzvü olan dövlətlərin neft sahəsinin inkişafı strategiyasını və beynəlxalq konyunkturu nəzərə almaqla, dünya bazarında qiymətləri məqbul səviyyədə saxlamaq məqsədi ilə müntəzəm olaraq neftin hasilatı və ixracı üçün normalar tətbiq edir. Hazırda dünya neft bazarında 2 milyard tondan çox neft satılır və dünya üzrə neft ixracının, demək olar, üçdəiki hissəsinə OPEK nəzarət edir. Çox ehtimal ki, OPEK-in bu il fevralın əvvəllərində keçiriləcək iclasında mövcud vəziyyət nəzərə alınmaqla, hasilat normasının növbəti dəfə artırılması məsələsi həll ediləcəkdir.
OPEK-in üzvü olan ölkələr öz yataqlarını istismar edərkən hasilat sürətinin çox aşağı olması prinsipinə əsaslanırlar. Məsələn, 2007-ci ilin əvvəlinə Səudiyyə Ərəbistanında illik neft hasilatı təsdiqlənmiş ehtiyatların 1,4 faizinə bərabər idi. İranda və BƏƏ-də bu göstərici 1,1 faiz, Küveytdə 1 faiz, İraqda 0,6 faiz, Venesuelada 1,3 faiz, Nigeriyada 2,45 faiz, bütövlükdə OPEK üzrə isə 1,3 faiz olmuşdur. Halbuki, Rusiya Federasiyasında müvafiq göstərici 4,4 faiz, ABŞ-da 8,4 faiz, Kanadada 6,3 faiz, Böyük Britaniyada 15,2 faiz təşkil edir.
-Bəs, Azərbaycanda bu göstərici necədir?
-2007-ci ilin sonunda Azərbaycanda hasil edilən neftin həcmi çıxarıla bilən ehtiyatların 3,2 faizinə, Qazaxıstanda isə 1,2 faizinə bərabər olmuşdur. Əlbəttə, bu göstəriciləri yüksək və ya yetərli adlandırmaq olmaz. Bu, köhnə yataqların işlənilməsinin son mərhələsi, eləcə də Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, Qazaxıstanda isə “Tengiz” kimi iri yataqların istifadəyə verilməsi ilə əlaqədardır.
-Belə çıxır ki, OPEK XXI əsrdə də dünya bazarına neft göndərən əsas təşkilat olaraq qalacaqdır?
-Təhlilçilərin fikrincə, hazırda meyil belədir ki, yaxın gələcəkdə OPEK dünya neft bazarına daha artıq dərəcədə nəzarət edəcəkdir. Yuxarıda dediyim kimi, dünyada təsdiqlənmiş neft ehtiyatlarının 75 faizi bu təşkilatın üzvü olan ölkələrin payına düşür. Şəksiz lider olan Səudiyyə Ərəbistanı neft ehtiyatlarının həcminə görə dünyada birinci yeri tutur (2007-ci ilin əvvəlinə olan məlumata görə, 36,3 milyard tona və ya dünyadakı neft ehtiyatlarının 22 faizinə bərabərdir). İkinci yeri İran (18,9 milyard ton), üçüncü yeri İraq (15,5 milyard ton) tutur. Ehtiyatlarının həcmi 10 milyard tondan artıq olan ölkələrin siyahısında sonrakı yerlərdə Küveyt (14 milyard ton), BƏƏ (13 milyard ton) və Venesuela (11,5 milyard ton) gəlir.
-Ayrı-ayrı regionlar üzrə neftin təsdiqlənmiş ehtiyatlarının vəziyyəti və hasilatın ehtiyatlarla təmin olunma dərəcəsi necədir?
-2007-ci ilin əvvəli üçün planetimizdə artıq aşkar edilmiş yataqların təsdiqlənmiş (kəşf edilmiş) ehtiyatları 164,5 milyard tona bərabər olmuşdur. Hazırda dünyada neft hasilatının ildə 3,9 milyard tona bərabər olmasını nəzərə alsaq, yerin təkindəki kəşf edilmiş ehtiyatlar bəşəriyyətə 40 il kifayətdir.
Şimali Amerikada neftin təsdiqlənmiş ehtiyatları 7,8 milyard tona və ya dünya üzrə müvafiq ehtiyatların 5 faizinə bərabərdir. Bu ehtiyatlar 12 il müddətində hasilatı təmin edə bilər. Mərkəzi və Cənubi Amerikada bu göstəricilər müvafiq surətdə təqribən 15 milyard ton və 41 il, orta illik hasilatın 848 milyon ton olduğu Avropa və MDB ölkələrində 19,7 milyard ton və 23 il, illik hasilatın 1,2 milyard tondan çox olduğu Yaxın və Orta Şərqdə 1,222 milyard ton və 80 il, illik hasilatın 474 milyon tona bərabər olduğu Afrikada 15,5 milyard ton və 32 ilə bərabərdir. Cənub-Şərqi Asiya və Sakit Okean regionu ölkələrində isə neft hasilatının (ildə 380 milyon ton) təsdiqlənmiş ehtiyatlarla təmin olunma göstəriciləri 5,4 milyard ton və 14 ildir.
Beləliklə, duru yanacağın hasilatı və istehlakı indiki səviyyədə qalarsa XXI əsrin ortalarında Yaxın və Orta Şərq istisna olmaqla, əksər ölkələrdə neft hasilatının kəşf edilmiş ehtiyatlarla təmin olunma göstəricisində ciddi qıtlıq gözlənilir.
-Lakin yeni neft yataqlarının və neftli-qazlı rayonların kəşf edilməsi və işlənilməsi ilə bağlı nikbin proqnozlar da var.
-Neftin sənaye üsulu ilə hasilatının tarixi çox da böyük deyildir. Neftin intensiv hasilatı və istehlakının tarixi isə daha qısadır, ötən əsrin ikinci yarısından başlanmışdır. Bəşər tarixi üçün bu, çox az müddətdir. Son onillikdə dünyada neftin təsdiqlənmiş ehtiyatlarının artımı 20,8 milyard ton olmuşdur. Hasilat isə 40,1 milyard tonu keçmişdir, yəni təxminən iki dəfə artmışdır. Halbuki, əksinə olmalı idi. Gələcəyə nikbin baxmaq üçün neft ehtiyatlarının artımı onun hasilatının həcmindən 2-3 dəfə çox olmalıdır. Xatırladaq ki, son onillikdə dünyada neft ehtiyatlarının əsas artımı Braziliya (0,8 milyard ton), Venesuela (1,5 milyard ton), İran (6,2 milyard ton), Liviya (1,4 milyard ton) və Nigeriyanın (2,1 milyard ton) hesabına əldə edilmişdir. Bu ölkələrdə neft ehtiyatlarının artımı hasilatdan iki dəfə çox olmuşdur.
Ötən əsrin əvvəlindən bəri yerin təkindən 140 milyard tondan çox neft çıxarılmışdır. Artıq dediyim kimi, çıxarıla bilən ehtiyatların təsdiqlənmiş və ya kəşf edilmiş həcmi 2007-ci ilin əvvəli üçün 164,5 milyard tona bərabər olmuşdur. Bu ehtiyatların 101,2 milyard tonu və ya 61,5 faizi Yaxın və Orta Şərq ölkələrinin payına düşür.
Mütəxəssislərin fikrincə, dünyada hələ kəşf edilməmiş ehtiyatlar (yəni perspektivli və proqnoz resursları) 200-320 milyard ton həddindədir. XXI əsrdə bu ehtiyatların 150-200 milyard tonu kəşf oluna bilər. Bu əsrdə illik hasilat göstəricisini heç olmasa, 2007-ci il səviyyəsində (4 milyard ton) saxlamaq üçün (halbuki xammala və neft məhsullarına tələbat durmadan artır) kəşf edilmiş neft ehtiyatlarının həcmi 200 milyard tondan çox artırılmalıdır. Tələbatın artmasını da nəzərə alsaq, ən azı 2020-ci il üçün proqnozlaşdırılan səviyyə üzrə (5,5 milyard ton) sabit hasilatı təmin etmək üçün kəşf edilmiş yeni ehtiyatların həcmi təqribən 400 milyard tona bərabər olmalıdır. Bu isə dünya üzrə ehtiyatların proqnozlaşdırılan səviyyəsindən çoxdur.
-Belə çıxır ki, XXI əsrdə bu ən mühüm strateji xammalın qıtlığı ucbatından bəşəriyyət qlobal enerji böhranı ilə üzləşə bilər?
-Bəli. Bu, əsrimizin çox ciddi problemidir. Neftin (və neft məhsullarının) istehlakı intensiv artdığı şəraitdə onun ehtiyatlarının hazırlanması hasilatdan geri qalacaqdır.
Bununla əlaqədar axtarış–kəşfiyyat işlərinin və yeni neftli-qazlı rayonların mənimsənilməsinin tezləşdirilməsi zərurəti yaranır. Lakin ötən yüzillikdən, xüsusən də onun ikinci yarısından, işlənilməsi nisbətən asan olan yataqların kəşf edildiyi və istifadəyə verildiyi, dünyanın əsas neftli-qazlı hövzələrinin mənimsənildiyi dövrdən fərqli olaraq, XXI əsrdə axtarış işləri hələ mənimsənilməmiş və böyük əksəriyyəti əlçatmaz olan perspektivli neftli-qazlı rayonlara (dəniz və okeanların dərin akvatoriyaları, sahildəki xidmət bazalarından uzaq rayonlar, Uzaq Şimalın sərt şəraiti, dərinlikdə yerləşən laylar, strukturlaşdırılmamış yataqlar və s.) yönələcəkdir.
XXI əsrdə gediş-gəlişin çətin olduğu rayonların və obyektlərin ehtiyatlarının mənimsənilməsi ilə neft ehtiyatlarının hazırlanması və hasilatının maya dəyəri artacaqdır. Bu isə dünya bazarında neftin və neft məhsullarının qiymətinin artmasına təsir göstərəcəkdir.
-Bəs Azərbaycanda neft hasilatının inkişaf perspektivləri necədir?
-Azərbaycanda neftin sənaye üsulu ilə hasil edildiyi müddətdə yerin təkindən 1,4 milyard tondan çox neft və təqribən 500 milyard kubmetr qaz çıxarılmışdır. Buna baxmayaraq, ölkəmizdə yeni yataqların kəşf edilməsi imkanları əsla tükənməmişdir. Ötən əsrin axırlarında Xəzərin cənub hissəsində Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi iri neft və qaz yataqlarının kəşf edilməsi bu fikri təsdiqləyir. Ümummilli liderimiz Heydər Əliyevin dahiyanə uzaqgörənliyi sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanda neft sənayesi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, irimiqyaslı xarici sərmayələrin cəlb olunmasını, neft-qaz kəşfiyyatı və hasilatı sahələrində müasir texnika və texnologiyaların tətbiqini təmin etmişdir.
Ölkəmizdə yeni “karbohidrogen xəzinələri”nin axtarışı, onların ehtiyatlarının hazırlanması ilk növbədə Xəzərin Azərbaycan sektorunun perspektivli strukturları, eləcə də aşağı mezozoy mərtəbəsinin dərin qatlarında yerləşən neftli-qazlı horizontlar, qeyri-struktur “tələlərlə” və quruda hələ də kifayət qədər öyrənilməmiş rayonlarla əlaqədardır.
Məlum olduğu kimi, Xəzər hövzəsində bizim regionla bərabər, şimalda Qazaxıstanın və Rusiyanın, qərbdə Türkmənistanın və cənubda İranın iri neftli-qazlı və perspektivli rayonları yerləşir. Xarici ekspertlərin hesablamalarına görə, Xəzərdə karbohidrogen xammalının potensial ehtiyatları 40-50 milyard ton şərti yanacağa bərabərdir. XXI əsrdə neft və qaz hasilatının inkişaf perspektivləri xeyli dərəcədə Şimali və Cənubi Xəzər akvatoriyaları ilə bağlıdır. Cənubi Xəzər akvatoriyası iri Cənubi Xəzər neftli-qazlı hövzəsinin tərkibinə daxildir. Bu hövzə hüdudlarında ehtiyatlarının həcmi 100 milyon ton şərti yanacaqdan çox olan onlarca iri neft yataqları kəşf edilmiş və onların işlənilməsinə başlanılmışdır.
-Karbohidrogenlər sarıdan mümkün ola biləcək qıtlıqla əlaqədar elmdə onların əvəzediciləri axtarılır. Xahiş edirəm, qeyri-ənənəvi enerji mənbələrinin yaradılması perspektivləri barədə bir qədər məlumat verin.
Əsrin əvvəlində dünyada enerji daşıyıcıları istehlakının strukturu belə olmuşdur: neft – 40,2 faiz, kömür – 25,4 faiz, qaz – 23,8 faiz, digər enerji mənbələri (hidroresurslar, atom enerjisi və s.) – 10,6 faiz. Gördüyünüz kimi, enerji daşıyıcılarının, demək olar ki, 90 faizi qazıntı yanacağı ilə, o cümlədən 64 faizi karbohidrogenlərlə (neft və qazla) bağlıdır.
Qeyri-ənənəvi enerji mənbələrindən istifadə edilməsi problemi hələ ötən əsrin ikinci yarısında dünyanın iri elmi mərkəzləri qarşısında qoyulmuşdur. Avropanın inkişaf etmiş ölkələrində bu istiqamətə xüsusi diqqət yetirilir, dövlətlərin sanballı maliyyə dəstəyi ilə geniş tədqiqatlar aparılır. Deməliyik ki, termal sulardan, günəş və külək enerjisindən, qazhidratlardan və başqa mənbələrdən istifadə sahəsində müəyyən uğurlar qazanılmışdır. Lakin qeyri-ənənəvi enerjinin bu növləri hələ neft xammalına layiqli alternativ ola bilmir.
Söhbəti apardı: Vladimir Morozkov,
Comments are closed, but trackbacks and pingbacks are open.