Mündəricatlar siyahısı)
Ən yaxın rəqibin göstəricisi
Pambıq necə yetişdirilir?
Bu yazıda fermerlərimiz “pambıq necə yetişdirilir?” sualına tam ətraflı cavab tapa biləcək.
Azərbaycanın ən peşəkar pambıqçılıq mütəxəssisləri ilə məsləhətləşmələrlə hazırlanmış bu yazıda fermerlərimiz pambıq əkini ilə bağlı bütün prosedurləri birinci addımdan sonuncu addıma qədər izahlı qaydada öyrənəcək. Peşəkar mütəxəssislər tərəfindən hazırlanmış bu qaydalar toplusuna doğru şəkildə əməl edilməsi halında pambıq sahələrindən yüksək məhsuldarlıq əldə edilməsi qaçılmazdır.
Pambıq əkini ilə bağlı ilk addım
İlk olaraq, torpağın səpinə hazırlanmasından başlamalıyıq. Bunun üçün gübrəsəpənlə əraziyə ehtiyaca uyğun olaraq, ammofos və ya nitroammofos gübrələri verilir. Bir qayda olaraq, Aran bölgəsinin torpaqlarında pambıq toxumunun səpini zamanı hektara 200 kiloqrama qədər ammofos və ya nitroammofos gübrəsi tətbiq edilir, ancaq gübrə növünün və miqdarının təyin edilməsi üçün fermerlərimizə torpaq və su analizlərinin verilməsini qətiyyətlə tövsiyə edirik. Çünki yalnız torpağın və suyun özəlliklərini bilməklə, həmin torpağın ehtiyaclarını doğru müəyyən etmək mümkündür. Mineralların və üzvi elementlərin kasad olduğu torpaqlar verimsiz olduğu kimi, artıq miqdarda gübrələmə də torpağa ziyandır. Beləliklə, bu mərhələdə torpağa ammofos gübrəsinin verilməsi toxumların kök sisteminin daha sürətli inkişafına, bitkinin dayanıqlı olmasına şərait yaradır. Qeyd edilmiş məqsədlə fermerlərimiz Rusiya istehsalı olan “Evroxim”, “Fosaqro” markalı ammofos gübrələrini və “Minudobreniya” markalı nitroammofos gübrələrini əminliklə təqtbiq edə bilərlər.
Pambıq əkiləcək torpaq sahəsinə gübrələrin səpilməsi üçün gubre.az fermerlərimizə yüksək texniki göstəricilərə malik “Gaspardo Zeno” və “Agrohasat” markalı gübrəsəpən aqreqatlarından istifadə etməyi tövsiyə edir. “Gaspardo Zeno” və “Agrohasat” gübrəsəpənləri gübrəni torpaq sahəsinin hər qarışına bərabər şəkildə yayır və gübrə itkisinə yol verilməsinin qarşısını alır.
Pambıq əkinində şumlama prosesi
Yuxarıdakı birinci prosesi – torpağın gübrələnməsini tamamladıqdan sonra torpaq riperli və ya ənənəvi kotanla şumlanır. “Gaspardo” markalı “Pinocchio” riperli kotanları torpağın becərilməyən 45 sm dərinliyini partladır. Bu isə bitkinin kök strukturunun daha yaxşı inkişaf etməsinə yardımçı olur. “Gaspardo” markalı “Unico XS” dönərli kotanları isə torpağın nisbətən üst qatını şumlamaqla, sahəni əkin üçün tam hazır vəziyyətə gətirir.
Torpağın qış yatağına qoyulması nə deməkdir?
Şumlama prosesindən sonra pambıq əkiləcək torpaq sahəsi qış yatağına qoyulur. Qış yatağı dövründə torpaq sahəsi nəmişlik toplayır və əkin öncəsi hazırlığını tamamlamış olur. Arat – torpaqda ehtiyat su mənbəyi toplanması, pambıq cücərtilərinin vaxtında və düzgün şəkildə çıxması, ilk vegetativ inkişaf dövründə su tələbatının qarşılanması üçün vacib tədbirdir, qış və yaz aratı olmaqla 2 cürdür. Həm qış həm, yaz aratı şırımlarla keçirilməlidir. Bundan ötrü şumlanmış sahə suvarma şırımı çəkilməzdən əvvəl ağır mala və ya disk ilə işlənməlidir. Qış aratı üçün hektar başına 1300-1500 m3, yaz aratı üçün 1500-1800 m3 su istifadə edilir. Arat dövrü qış üçün dekabr-yanvar, yaz üçün martın ortalarından aprelin ilk 10 günlüyünə qədər yekunlaşmalıdır. Bu, səpin müddətinin başlanmasına qədər 7-10 gün yetişmə müddəti üçün kifayət edir.
Pambıqçılıqda səpsuvar prosesi
Arat edilməyən sahələrdə səpindən dərhal sonra səpsuvar edilir. Səpsuvarın şırım və tirələrlə edilməsi daha effektivdir.
Pambıqçılıqda bitki dərmanlarından istifadə
Alaq otları ilə kimyəvi mübarizə nəzərdə tutulubsa, səpindən qabaq və ya səpindən dərhal sonra torpaq herbisidlərindən istifadə edilməlidir. Bundan ötrü 10-15 sm şum qatı və ya dərin diskli becərmə zamanı, eləcə də, mala arası müddətdə, səpinə 10 gün qalmış hektara 300-400 litr məsariflə çilənməlidir.
Səpinlə birgə istifadə etdikdə hektara 300-400 litr su norması ilə “Pendimethalin 330EC”, “Fluemeturon 500SC”, “Prometrin 500” təsiredici tərkibli herbsidlərdən istifadə etmək olar.
Pambıq sahəsinin disklənməsi
Səpin öncəsi ərazi yenidən kotanla şumlanır və üzərindən disk çəkilir. “Gaspardo Unico XS” kotanları ilə təkrarşumlama prosesindən sonra “Gaspardo”nun “UFO-400” diskləmə aqreqatı ilə əkin sahəsində diskləmə həyata keçirilir.
Suvarma baxımından çətinlik yaşanan regionlarda torpaq qış yatağında gözləmə zamanı yetəri qədər nəmişlik qazanmayıbsa, son dəfə arat olunur və yenidən disklənir.
Pambıq toxumunun sahəyə səpilməsi prosesi
Pambıq toxumları pnevmatik toxum səpənlə 90 sm aralığı ilə səpilir. Fermerlərimizə tövsiyə edirik ki, toxum səpinini “Gaspardo MTR” markalı pnevmatik toxumsəpən aqreqatları ilə icra etsinlər. “Gaspardo”nun diskli pnevmatik toxumsəpənləri öz nəslinin ən yüksək texniki göstəricilərinə malikdir. Pnevmatik toxumsəpənlər torpağa toxumla bərabər eyni anda gübrə də səpə bilir. Aqreqatın üzərində səpin prosesinə nəzarətin asanlaşdırılması üçün xüsusi monitor quraşdırılıb, aqreqatın üzərində isə toxum və gübrə çənləri yerləşir.
Toxum seçimində gubre.az pambıqçılarımıza tam əminliklə yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə malik Türkiyə istehsalı May-344 və May-455 pambıq toxumu sortlarını tövsiyə edir. May-344 pambıq toxumu hər hektara 40-50 senterə qədər, May-455 sortu isə ortalama 50-56 sentner məhsul verir. Bu göstəriciyə görə May-455 toxumu ən qabaqcıl nəticələrdən birinə sahibdir. Aşağıdakı cədvəldə May-455 pambıq toxumlarının əsas üstünlükləri ilə tanış ola bilərsiniz:
Meyar
May-455
göstəricisi
Ən yaxın rəqibin göstəricisi
4.6 – 4.9 mikroneyr
Mexaniki toplamağa uyğunluq
Quraqlıq sterisə dözümlülüyü
Qozaların tokülməsinə qarşı dözümlülüyü
Təkrar əkinə uyğunluq
Bunlardan başqa, ən yaxın rəqibindən 6-8 gün daha tez yetişdiyi üçün 1 dəfə az suvarma edilir. Yarpaq sayı digər sortlarla müqayisədə daha azdır, bu səbəbdən pestisid çilənməsindən daha yaxşı nəticə əldə edilə bilir və daha az pestisid sərf edilir. Budaqları daha az və qısa olduğu üçün pivot suvarma və dərmanlama sitemləri daha səmərəli çalışır. Az tüklü olduğu üçün məhsul daha təmiz yığılır, bu isə daha yüksək lif keyfiyyəti deməkdir. May-455 pambıq sortları az tüklü olmasına baxmayaraq, tüklü sortlar kimi quraqlığa davamlıdır.
Toxum səpinindən əvvəl dərmanlama proseduru
Beləliklə, toxumlar səpindən öncə zərərverici növlərinə uyğun olaraq müvafiq toxum dərmanları ilə (“Chlorpryfos-etyl 25WP”) dərmanlanmalıdır. Səpin zamanı torpaqda temperatur rejiminə ciddi əməl etmək lazımdır. Bundan ötrü aprel ayından etibarən torpaqdakı istilik mütəmadi ölçülməli, səpin aparmaq üçün 14-16 dərəcə C temperatur gözlənilməlidir. Səpin norması toxum keyfiyyətindən asılı olaraq, tüklü çiyidlər üçün 40-60 kg, tüksüz çiyidlər üçün 25 kg olmalıdır. Səpin dərinliyi strukturdan asılı olaraq 3-5 sm ola bilər.
Pambıq əkinindən sonra kultivasiya dövrü
İlkin çıxışlardan sonra yabanı otlara qarşı ilk kultivasiya olunur və ya kətmədən istifadə edilir. “Gaspardo”nun “KXY-4” model aqreqatları isə kultivasiya prosesini ən mükəmməl şəkildə tamamlamaq üçün ideal vasitədir. Kultivasiya çəkildiyi zaman azot yemləmə gübrəsi verilməsi çıxışların inkişafı və böyüməsini təşviq edir. Bu məqsədlə fermerlərimiz “Minudobreniya” azot gübrələrindən istifadə edə bilərlər.
Pambıq sahələrinə yemləmə gübrəsinin verilməsi
1-ci yemləmə gübrəsinin cərgə aralarında bitki kökboğazlarından 5 sm aralıya verilməsi məqsəduyğundur. Yemləmə gübrələrinin mənimsənilməsi torpağın nəmliyindən çox asılıdır. Torpaq nəmli olarsa, gübrənin fiksasiyası (mənimsənilməsi) daha tez baş verir. 2-ci kultivasiya nəmliyin saxlanması, alaq otlarına qarşı mübarizə məqsədi ilə gübrəli və ya gübrəsiz formada çəkilə bilər.
Torpağa azot gübəsi verilməklə torpağın və bitkinin təlabatına uyğun kultivasiya aparılır. Ümumilikdə, bitki 1m boy verənə qədər kultivasiya işləri görülür.
Azotlu gübrələr pambığın yerüstü hissələri, boyu və inkişafı üçün olduqca vacibdir. Yemləmə şəklində pambıq bitkisinə vegetasiya müddətində 4-5 əsl yarpaq fazasından başlayaraq, hektara 200-250kq təsiredici maddə hesabı ilə 2 dəfəyə verilə bilər. Orta hesabla hər yemləmədə 100-150kq ammonium nitrat (azot) gübrəsindən və ya ehtiyaca uyğun olaraq, karbamid gübrəsindən (150-200kq qədər) istifadə edilə bilər.
Yarpaqdan yemləmə gübrələri:
Bitkilərin 6 yarpaq fazasında 500 qr hesabı ilə Saxalin Qumatı, daraqlanma (qönçələmə) fazasından başlayaraq isə 2 həftədən bir hər dəfə 2kq olmaqla, NPK (nitroammofos 12:8:31) gübrəsi 200 litr su ilə qarışdırılaraq, çilənməldir. Zərərvericilərə qarşı istifadə edilən dərmanlarla birgə tətbiq edilə bilər.
Pambıq sovkasına qarşı dərmanlama
Qollu dərmansəpənlər vasitəsiylə sofkaya qarşı dərmanlama prosesi aparılır və mexaniki üsulla pambıq kollarının başları vurulur ki, bitki gücünü qozalara versin. Xüsusi hava təzyiqli “Gaspardo Airdrop” dərmansəpən aqreqatı fermerlərimiz üçün bu proseduru icra etməkdə mükəmməl seçimdir. “Gaspardo”nun “Airdrop” markalı dərmansəpənləri dərmanları bitkinin bütün qatlarına və torpağın hər qarışına dəqiqliklə səpir.
Pambığın mexaniki ucvurması yerinə bitki boy tənzimlənməsi və daraqlanmanın artması üçün kimyəvi preparatlardan istifadə edilməsi tövsiyə edilir. Bu məqsədlə pambıq bitkisində istifadə edilən ən yaxşı tərkib “Mepiquat chloride” ana maddəli boy tənzimləyicidir. gubre.az Türkiyənin “Sunset Kimya” şirkətin istehsalı olan “Mepiquat chloride” tərkibli “Zey-back” dərmanını pambıqçılarımıza əminliklə tövsiyə edir. Preparatdan hektara 1-1,5 l/ha, (200 litr su ilə) istifadə etmək olar. Boy tənzimləyici preparat istifadə edildikdə, suvarma rejimi nəzərə alınmalıdır. Eyni zamanda preparatın tətbiqi mərhələli şəkildə 250 qr-dan (1 litrə tamam olana qədər) hər 10-14 gündən bir davam etdirilməlidir. Bu preparatı eyni zamanda sovkaya qarşı istifadə olunan preparatlarla qarışdırmaqla, birgə tətbiq etmək də mümkündür.
Pambığın yığım dövrünə az bir müddət qalmış yarpaq tökən və qozaların açılmasını sürətləndirən dərmanların tətbiq edilməsi mütləqdir. Bitkidə yetərincə qoza sayı olduqda və ilkin alt qozalar açıldıqda, bitkiyə öncə qozaların daha tez açılması üçün qollu dərmansəpən vasitəsi ilə “Artfonil”, daha sonra isə yarpaqların yaşılkən tökülməsi üçün “Artonil” çilənir. “Artonil” pambıq yığımından 10-14 gün əvvəl məhsula tətbiq edilir. Beləliklə, pambıq yarpaqları yaşıl formada tökülür, yarpaqların quruyub pambığa qarışmasının qarşısı alınır və pambıq liflərinin təmiz qalması təmin edilir. Dərman vasitələrinin yağışlı və 17 dərəcədən aşağı tempratur rejimində istifadəsi tövsiyyə edilmir.
Pambıq bitkisinin sahələrdən yığımı
Pambıq kombayn və daha sonra canlı işçi qüvvəsiylə tarladan yığılır. gubre.az fermerlərimizə yeni nəsil “Case” kombaynlarını böyük məmnuniyyətlə təqdim edir. Yeni nəsil “Case” kombaynları ölkəmizdə fəaliyyət göstərən kiçik pambıq təsərrüfatlarının ehtiyaclarına uyğunlaşdırılıb. “Case” kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və bu özəlliyinə görə alternativi yoxdur. Kombaynın çəkisinin az və ölçüsünün yığcam olması səbəbi ilə sahələr arasında daşınması da çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər rəqibləri ilə müqayisədə azlığı Case kombaynlarına sahələrdə daha yaxşı manevr etməyə də imkan verir. Bu üstünlüklər, həmçinin, “Case” kombaynlarının daha az yanacaq sərfiyyatına gətirib çıxarır ki, bu da digər kombaynlarla müqayisədə istismar xərclərinin az olması ilə nəticələnir. “Case” kombaynlarının ehtiyat hissələrinin kompakt və asan konstruksiyası isə onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan yaradır. Kombaynın Azərbaycan fermelərinin ehtiyaclarına uyğunlaşdırılmış olması pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək.
Pambıq çöplərinin sahədən təmizlənməsi
Tarlada qalan boş bitki qalıqları ya diskli mala ya da çöpdoğrayan vasitəsilə məhv edilir. “Gaspardo” markasına aid “Chiara” modelli çöpdoğrayan aqreqatı pambıq sahələrini növbəti əkin dövrü üçün tam ideal formaya salır və torpaq sahəsindəki bütün artıq detalları təmizləyir.
II fəsil. Fiziki və kimyəvi hadisələr. Kimyəvi tənliklər
§16. Kimyəvi reaksiyalarda maddə kütləsinin saxlanması qanunu. Hissə 1.
Test ID – 64071
Müəllif: aynurr (Əlavə edilib: 26.07.2015)
200 q 20 %-li duz məhlulundan 40 q su buxarlandırılır. Alınan məhlulda həll olan maddənin kütlə payını (%-lə) tapın
.. | 22 |
.. | 25 |
.. | 28 |
.. | 30 |
.. | 32 |
CAVAB DÜZDÜR!
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin
Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.
İstilik effektinə görə kimyəvi reaksiyalar hansı qruplara bölünür?
Homogen və heterogen reaksiyalar
Endotermik və ekzotermik reaksiyalar
Dönər və dönməyən reaksiyalar
Protolitik və oksidləşmə-reduksiya reaksiyaları
Qazlar və məhlullar arasında gedən reaksiyalar
Avoqadro qanununa əsaslanaraq deyə bilərik:
İdeal qaz sabitinin qiyməti bəzi qazlar üçün eynidir
İdeal qaz sabitinin qiyməti bütün qazlar üçün müxtəlifdir
İdeal qaz sabitinin qiyməti bütün qazlar üçün eynidir
İdeal qaz sabitinin qiyməti bəzi qazlar üçün müxtəlifdir
İdeal qaz sabitinin qiyməti oksigendən başqa bütün qazlar üçün eynidir
Elementin sərbəst haldakı forması nədir?
Bəsit maddə
Mürəkkəb maddə
kimyəvi birləşmə
Avoqadro ədədinə bərabər sayda hissəciklərin kütlələri cəmi necə adlanır?
Nisbi molekulyar kütlə
Atom kütləsi
Molyar kütlə
Avoqadro ədədi
Avoqadro sabitinə
Bir mol Kalsium bir mol hidrogendən neçə dəfə ağırdır?
Reaksiyaya daxil olan maddələrlə katalizatorun əmələ gətirdiyi sistemin xarakterindən asılı olaraq, kataliz hansı qruplara bölünür
müsbət və mənfi
aktiv və passiv
fiziki və kimyəvi
homogen və heterogen
parçalanma və birləşmə
Məhlulda həll olan maddənin hissəciklərinin sayının artması sırası ilə düzün.
I həqiqi məhlul II.emulsiya III. kolloid məhlul
Hansı hissəciyin sayının dəyişməsi atomun xassələrinin dəyişməsinə səbəb olur?
protonların
elektronların
neytronların
proton və elektronların
neytron və elektronların
Suyun aqreqat halları hansılardır?
maye, plazma, qaz
plazma, qaz, bərk
maye, qaz, bərk, plazma
maye, plazma, bərk
maye, plazma, bərk, qaz
Oksigenin hansı izotopunun neytronu yoxdur?
hamısının neytronu var
Izotop sözünün mənası nədir?
eyni yeri tutan
eyni hərəkət
müxtəlif hərəkət
eyniliklər
Oksigenin allotropik şəkildəyişmələrindən birinin havaya görə nisbi sıxlığı 1.665-dir.Bu qazın molekulunda neçə oksigen atomu var?
Yod oksigensiz birləşmələrdə neçə valentlidir?
5 valentli
3, 7 valentli
1 valentli
8, 2, 5, 7 valentli
3 valentli
Oksigen havanın necə faizini təşkil edir?
Hansı sırada yalnız bəsit maddələr verilmişdir?
NaCl, O2 , H2SO4 , Cl2
H2, N2 , Na, KCl
KOH, H2O, N2, NH3
Cu, Fe, Br2 , O3
Fe(OH)2 , KCl, H2 , P
Kütlə payı 10% olan 200q KCl məhlulundakı duzun kütləsini müəyyən edin
Temperatur əmsalı 3 olan reaksiya 75 C15 saniyəyə basa çatırsa, həmin reaksiya 65 C neçə saniyəyə basa çatar
Oksigenlə ozonun oxşarlığı nədir?
hər ikisinin sıxlığı eynidir
hər ikisinin kütləsi eynidir
hər ikisi eyni kimyəvi elementdir
hər ikisi insanın havaya olan tələbatını ödəyir
hər ikisi suyu parçansından alına bilər
660 q suya 224 l H2S əlavə etdikdə neçə %-li turşu məhlulu alınır? Mr(H2S)=34
N2+3H2——2NH3 Hansı halda düzünə (ΔH1) və əksinə gedən reaksiyaların istilik effektinin (ΔH2) işarəsi doğru göstərilmişdir?
ΔH1=0 , ΔH2>0
2 mol Oksigen neçə qramdır?
Aşağıdakı elementlərdən hansının allotropik şəkildəyişməsi yoxdur?
Na2CO3 birləşməsində element atomlarının say nisbətini tapın
Y.Y.Bertselius 1807-1818-ci illərdə neçə kimyəvi elementin atom kütləsini təyin etdi?
90q H2O neçə moldur?
Maddə qaz halından maye halına keçərkən hansı hadisə baş verir?
sublimasiya
buxarlanma
kondensləşmə
Bunlardan hansı parcalanma reaksiyasıdır?
CaO + HCl = CaCl2 + H2O
CuCl2 + Fe = Cu +FeCl2
Mg(OH)2 =MgO + H2O
2Cu + O2 = 2CuO
ZnO+ 2NaOH = Na2ZnO2 + H2O
Reaksiyanın getməsinə sərf olunan zaman 6 dəfə artarsa, reaksiyanın sürəti necə dəyişər?
6 dəfə artar
3 dəfə artar
3 dəfə azalar
6 dəfə azalar
Oksigensiz turşunu göstərin
ortofosfat
Hidrogenə görə nisbi sıxlığı X olan qazın oksigenə görə nisbi sıxlığı necədir?
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Comments are closed, but trackbacks and pingbacks are open.