Press "Enter" to skip to content

3 qrup keçid bali

Bakı Mühəndislik Universitetində minimal keçid balı Fizika müəllimliyi üzrə 200, maksimal isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 433 bal olub.

3 qrup keçid bali

Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu il ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.

Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.
Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini bu il – 2016-da bitirən abituriyentlər isə qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə orta məktəblərdə verdikləri buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Artıq ölkə üzrə XI sinfi bu il bitirənlərin buraxılış imtahanları başa çatmaq üzrədir. Builki məzunların çoxu artıq buraxılış imtahanlarının nəticələrini bilir. Qeyd edək ki, buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Hər sualın düzgün cavabı 1 balla qiymətləndirilir.

Builki buraxılış imtahanlarını vermiş və müvafiq nəticə göstərmiş abituriyentlərin cavab tapmağa çalışdıqları əsas sual budur: V ixtisas qrupuna minimum keçid balı necə olacaq? Yəni V ixtisas qrupu üzrə müsabiqəyə hansı abituriyentlər buraxılacaqlar?

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytına bildirilib ki, orta məktəblərin buliki məzunları üçün V ixtisas qrupuna minimum keçid balı artıq məlumdur.

TQDK-nın aparıcı məsləhətçisi Xanlar Xanlarzadə bildirib ki, builki məzunlar üçün V ixtisas qrupuna qəbul şərtlərini açıqlayıb:

V qrup üzrə müsabiqəyə ana dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar.

V qrup ixtisasları üçün Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri ilə Abituriyent jurnalının 2 saylı buraxılışında (Əlavə 3,səh-23) ətraflı tanış olmaq olar.

Müsabiqə şərtləri hər bir imtahan komissiyası üzrə fərqlidir və əlavədə həm buraxılış imtahanı üzrə minimal bal, həm də qabiliyyət imtahanının yekun nəticəsi:minimal bal( və ya məqbul) qeyd olunub.

Ağa AKİFOĞLU

3 qrup keçid bali

2022-08-03 11:59:00

III qrup üzrə ən aşağı keçid balı olan ixtisaslar–Abituriyentlər üçün çox vacib

I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək. AzEdu.az xəbər verir ki, abituriyentlər ixtisas seçimi etmək üçün 2022-ci ilin martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş “Abituriyent” jurnalının 2-ci nömrəsindən istifadə edə bilərlər. Həmin jurnalda 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssislərinin ixtisasları üzrə formalaşmış keçid balları və digər zəruri materiallar təqdim olunub. AzEdu.az “Abituriyent” jurnalının 2-ci nömrəsinə istinadən, III ixtisas qrupu üzrə nisbətən aşağı bal (200 – 300) toplamış abituriyentlər üçün uyğun ixtisasları təqdim edir. Nəzərə almaq lazımdır ki, III ixtisas qrupu üzrə minimal keçid balı 200 bal müəyyən edilib. Bakı Dövlət Universiteti

Filologiya (ərəb dili və ədəbiyyatı) Ə 295.2 ( – )
Tərcümə (fars dili üzrə) Ə 282.2 ( – )
Məktəbəqədər təhsil (Qazax filialı) Ə 261.2 (367.1)
Təhsildə sosial-psixoloji xidmət (Qazax filialı) Ə 274.7 (422.2)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı, Qazax filialı) Ə 288.6 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı, Qazax filialı) Q 284.3 ( – )
Tarix (Qazax filialı) Q 286.2 ( – )
Sosial iş (Qazax filialı) Q 277.5 ( – )
Filologiya (fars dili və ədəbiyyatı) Ə 300.0 ( – )

Azərbaycan Dövlət Pedaqoji Universiteti

İbtidai sinif müəllimliyi (Şamaxı filialı) Ə 294.4 (439.3)
Məktəbəqədər təhsil (Şamaxı filialı) Ə 260.6 ( – )
Təhsildə sosial-psixoloji xidmət (Şamaxı filialı) Ə 259.7 (406.8)
Məktəbəqədər təhsil (Şəki filialı) Ə 266.0 (369.7)
Təhsildə sosial-psixoloji xidmət (Şəki filialı) Ə 290.0 (442.6)
Xarici dil müəllimliyi (fransız dili üzrə, Şəki filialı) Ə 235.7 ( – )
İbtidai sinif müəllimliyi (Ağcabədi filialı) Ə 286.2 ( – )
Məktəbəqədər təhsil (Ağcabədi filialı) Ə 239.5 (398.0)
Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) Ə 268.3 (469.4)
İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) Ə 276.8 (436.6)
Məktəbəqədər təhsil (Cəlilabad filialı) Ə 235.4 ( – )
İbtidai sinif müəllimliyi (Quba filialı) Ə 290.3 (449.3)
Məktəbəqədər təhsil (Quba filialı) Ə 245.2 (358.6)
Təhsildə sosial-psixoloji xidmət (Quba filialı) Ə 261.7 (426.2)
Sosial iş (Quba filialı) Ə 259.4 (426.6)

Azərbaycan Dillər Universiteti

Tərcümə (Azərbaycan dili-ərəb dili) Ə 293.9 ( – )

Bakı Slavyan Universiteti

Tərcümə (bolqar dili) Ə 295.1 ( – )
Tərcümə (yunan dili) Ə 272.3 ( – )

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Kitabxanaçılıq və informasiya fəaliyyəti Ə 295.3 (419.8)
Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) Ə 290.7 (320.2)
Muzey, arxiv işi və abidələrin qorunması Ə 293.2 (360.6)
Sənətşünaslıq (kinoşünaslıq) Ə 274.8 (309.6)
Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi Ə 271.2 (309.7)

Naxçıvan Dövlət Universiteti

Xarici dil müəllimliyi (fransız dili üzrə) Ə 200.0 ( – )
Xarici dil müəllimliyi (alman dili üzrə) Ə 200.0 ( – )
Xarici dil müəllimliyi (rus dili üzrə) Ə 200.0 ( – )
Fəlsəfə Ə 252.8 (422.7)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Q 225.9 ( – )
Kitabxanaçılıq və informasiya fəaliyyəti Ə 237.6 ( – )
Kitabxanaçılıq və informasiya fəaliyyəti Q 231.7 ( – )
Tarix Q 268.3 ( – )
Tərcümə (ərəb-Azərbaycan dilləri) Ə 200.0 ( – )
Tərcümə (ingilis-Azərbaycan dilləri) Ə 417.4 (496.8)
Tərcümə (fars-Azərbaycan dilləri) Ə 200.0 ( – )
Muzey, arxiv işi və abidələrin qorunması Ə 242.2 (370.2)
Jurnalistika Ə 260.7 (407.6)

Naxçıvan Müəllimlər İnstitutu

İbtidai sinif müəllimliyi Ə 222.6 (437.9)
Məktəbəqədər təhsil Ə 215.1 (365.4)
Təhsildə sosial-psixoloji xidmət Ə 210.8 (404.4)
Kitabxanaçılıq və informasiya fəaliyyəti Ə 206.6 ( – )
Kitabxanaçılıq və informasiya fəaliyyəti Q 222.5 ( – )

Gəncə Dövlət Universiteti

Xarici dil müəllimliyi (alman dili) Ə 296.2 ( – )
Xarici dil müəllimliyi (fransız dili) Ə 266.6 ( – )
Sosial iş Q 294.5 (421.3)

Mingəçevir Dövlət Universiteti

Məktəbəqədər təhsil Ə 268.5 (370.5)

Lənkəran Dövlət Universiteti

Məktəbəqədər təhsil Ə 239.1 (359.1)
Muzey, arxiv işi və abidələrin qorunması Ə 244.1 ( – )
Muzey, arxiv işi və abidələrin qorunması Q 244.7 (384.5)
Təhsildə sosial-psixoloji xidmət Ə 300.6 (407.2)

Azərbaycan Kooperasiya Universiteti

Tərcümə (ingilis dili üzrə) Ə 220.8 ( – )
Muzey, arxiv işi və abidələrin qorunması Ə 224.0 ( – )
Sosial iş Q 241.5 ( – )
Sosial iş Ə 232.4 (428.0)

Azərbaycan İlahiyyat Universitet

Dinşünaslıq Ə 150.0 (302.2)
İslamşünaslıq Ə 150.0 (154.4)

“Azərbaycan” Universiteti

Təhsildə sosial-psixoloji xidmət Ə 282.1 (404.2)
Fəlsəfə Ə 237.2 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 281.1 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı) Ə 249.9 ( – )
Politologiya Ə 264.0 ( – )
Tərcümə (ingilis dili) Ə 237.2 ( – )
Muzey, arxiv işi və abidələrin qorunması Ə 234.0 (360.6)
Sosial iş Ə 254.2 (423.4)
Sosial iş Q 270.0 ( – )

Qərbi Kaspi Universiteti

Fəlsəfə Ə 200.0 (440.7)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 210.4 (570.7)
Filologiya (ingilis dili və ədəbiyyatı) Ə 200.0 ( – )
Politologiya Ə 224.6 ( – )
Politologiya Q 233.6 ( – )
Politologiya (tədris ingilis dilində) Ə 220.3 ( – )
Tarix Ə 251.6 ( – )
Tarix Q 271.7 ( – )
Tarix (tədris ingilis dilində) Ə 233.3 (503.0)
Tərcümə (ingilis, alman, fransız, Çin dilləri üzrə) Ə 231.8 ( – )
Sosial iş Ə 236.2 (421.7)

Xəzər Universiteti

İbtidai sinif müəllimliyi Ə 297.8 (435.4)
Tarix müəllimliyi Ə 295.6 (492.4)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 250.9 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı, tədris ingilis dilində) Ə 249.6 (492.4)
Tərcümə (ingilis, ərəb, fars və Çin dilləri üzrə, tədris ingilis dilində) Ə 300.1 (495.3)

Bakı Avrasiya Universiteti

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 297.6 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Q 300.2 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı) Ə 200.0 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı) Q 260.0 ( – )
Filologiya (türk dili və ədəbiyyatı) Ə 231.9 ( – )
Tərcümə (ingilis dili) Ə 271.6 ( – )
Tərcümə (alman dili) Ə 221.7 ( – )
Tərcümə (fransız dili) Ə 201.9 ( – )
Tərcümə (ərəb dili) Ə 201.3 ( – )
Sosial iş Ə 280.5 (424.6)

Bakı Qızlar Universiteti

Məktəbəqədər təhsil Ə 265.5 (358.7)
Təhsildə sosial-psixoloji xidmət Ə 272.1 (407.1)

“Odlar Yurdu” Universiteti

Məktəbəqədər təhsil Ə 237.3 (360.4)
Təhsildə sosial-psixoloji xidmət 254.1 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 271.7 ( – )
Tərcümə (ingilis dili üzrə) Ə 252.8 ( – )
Sosial iş Q 245.9 ( – )
Sosial iş Ə 260.0 (428.7)

Bakı Biznes Universiteti

Tərcümə (ingilis dili) Ə 239.2 ( – )
Sosial iş Ə 241.0 (422.0)
Sosial iş Q 264.8 ( – )

“Naxçıvan” Universiteti (Naxçıvan şəhəri)

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 266.7 ( – )
Tarix müəllimliyi Ə 279.2 ( – )
Xarici dil müəllimliyi (ingilis dili üzrə) Ə 248.6 ( – )
Dinşünaslıq Ə 200.0 (331.3)
Filologiya (alman dili və ədəbiyyatı) Ə 203.0 ( – )
Tərcümə (ingilis dili) Ə 207.7 ( – )
Sosial iş Ə 238.1 (422.9)

Azərbaycan Əmək və Sosial Münasibətlər Akadameyası

Sosial iş Ə 256.2 (422.3)
Sosial iş Q 262.8 ( – )

Qeyd edək ki, cədvəldə mötərizədə qeyd edilmiş minimal keçid balları dövlət sifarişli plan yerləri üçün nəzərdə tutulub.

3 qrup keçid bali

Sentyabrın 23-də Azərbaycanda 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. Dünəndən isə sosial şəbəkələrdə universitetlərə ixtisasların keçid balları ilə bağlı müzakirələr gedir.

“Qafqazinfo” Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 7-ci sayına əsasən I qrup üzrə bəzi universitetlərdə 2020-2021-ci tədris ili üçün müəyyənləşdirilmiş keçid ballarını təqdim edir:

Bakı Dövlət Universitetində 1-ci qrup üzrə ən aşağı keçid balı Fizika müəllimliyi (ingilis dilində), Geologiya, Geologiya və geofizika mühəndisliyi ixtisasları üzrə keçid balı 200 olub. BDU-da ən yüksək bal 577 bal olub ki, bu da Komputer elmləri(ingilis dilində) ixtisası üçün müəyyən olunub.

Azərbaycan Neft və Sənaye Universitetində isə bakalavrlarda 1-ci qrupdan 200 balla Cihaz mühəndisliyinə (ingilis dilində) qəbul aparılıb. ADNSU-da ən yüksək bal 625 İnformasiya texnologiyaları(ingilis dilində) ixtisasında olub.

İxtisaslar üzrə keçid balı ən yüksək Bakı Ali Neft Məktəbində qeydə alınıb. Belə ki, İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üçün 689 bal tələb olunub. Bu universitetdə minimal bal Neft-qaz mühəndisliyi ixtisası üzrə 592 təşkil edib.

Azərbaycan Texniki universitetiMemarlıq və İnşaaat Universitetində ən aşağı bal 200, ən yuxarı bal 324 və 438 bal təşkil edib.

Azərbaycan Pedaqoji Universitetində ən aşağı bal müəllimlik ixtisasları üzrə 200, ən yuxarı 450 bal müəyyən olunub .

Dövlət İqtisad Universitetində (UNEC) İnformasiya təhlükəsizliyi ixtisası üzrə ən yüksək keçid balı 491, ən aşağı bal Materiallar mühəndisliyi və digər ixtisaslar üzrə 200 təşkil edib.

Bakı Mühəndislik Universitetində minimal keçid balı Fizika müəllimliyi üzrə 200, maksimal isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 433 bal olub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Kompüter elmləri ixtisasına keçid balı 620 təşkil edib.

ADA-da minimal 540 və maksimal 554 bal müəyyən olunub ki, bu da Kompüter elmləri (ingilis dilində), İnformasiya texnologiyaları (ingilis dilində) ixtisasları üçün keçərlidir.

Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti və Xəzər Universitetində minimal 200, maksimal isə 487 bal olub.

Comments are closed, but trackbacks and pingbacks are open.