4-cü sinif azrbaycan dili elektron drslik
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hö-kumətin 1918-ci il 27 iyun qərarı ilə türk dili dövlət dili elan edilmişdir.
Elektron dərslik portalında 39 dərslik yenilənib
Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az portalına yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib.
Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.
Qeyd edək ki, www.e-derslik.edu.az elektron dərslik portalı cari tədris ilinin əvvəlindən bu günədək ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 512 748-ə, səhifələrə ümumi baxış sayı isə 3 790 938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 326 821, səhifələrə ümumi baxış sayı isə 2 254 474 olub.
Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12 500 olub. Bu dövr ərzində portala ən çox müraciət edən ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dır. Portalda ən çox müraciət edilən 5 dərslik isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif) və coğrafiya (6-cı sinif) olub.
Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 754 280, səhifələrə ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib.
4-cü sinif azrbaycan dili elektron drslik
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycanca-rusca lüğət: IV cild: S – Z
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Azərbaycan dili və əlifbası
Azərbaycan dili Azərbaycan respublikasının dövlət dilidir, dünyanın geniş yayılmış dillərindən biridir. Bu dildə 50 milyondan artıq adam danışır. Azərbaycan respublikası ilə yanaşı, Cənubi Azərbaycanın da əsas əhalisinin ünsiyyət vasitəsi Azərbaycan dilidir. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadırlar. Bunlardan əlavə, Rusiyada, Qərbi Avropa ölkələrində (Al-maniyada, Fransada, Danimarkada, Norveçdə və s.), ABŞ-da və başqa ölkələrdə də azərbaycanlılar səpəli halda yaşamaqdadırlar.
Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dilləri qrupunun Oğuz yarımqrupuna daxildir. Cənub-qərb qrupu türk dillərindən Azərbaycan dilinə ən yaxın dillər türk, türkmən, qaqauz dilləridir.
Təşəkkül tarixi. Azərbaycan dili dünyanın ən qədim dillərindəndir. Azərbaycan dilinin formalaşma tarixi Oğuz qrupuna daxil olan digər dillərdən qədimdir. Türklərin ilkin vətəni Ön Asiya əraziləri olduğundan hələ e.ə.III-II minilliklərdə Azərbaycanın əsas əhalisi kuti, kassi, lullu, su, turukki kimi güclü türk tayfalarından ibarət idi. Kutilər e.ə. 28-ci əsrdə Aratta dövlətini yaratmış, ətraf aləmlə, xüsusən şumerlərlə geniş əlaqələr saxlamışlar.
E.ə. 1-ci minilliyin başlanğıcında Azərbaycan türk tayfaları güclü Manna dövlətini yaratmış, Mannanın süqutundan sonra minilliyin ortalarında Midiya dövləti güclənərək Mannanı da öz içərisinə almışdır. Mannalılar və midiyalılar qohum tayfalardan ibarət idilər. Midiyalılar ətraf tayfaları da özlərinə tabe etmiş, böyük imperiya yaratmışlar.
E.ə. IV əsrdə respublikamızın indiki ərazisində Albaniya, cənubda Atropatena dövləti yaranmışdır. Uzun müddət-yunan işğalı (e.ə.IV əsr), Parfiya (e.ə.250-e.226) və Sasanilər (224-652) sülalələri dövrlərində şimalın və cənubun əhalisi daim birlikdə olmuş, biir canişinlikdə birləşdirilmişdir. Feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası baş vermiş, nəticədə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır. Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI-VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi «Kitabi-Dədə Qorqud» dastanlarıdır.
Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan «Kitabi-Dədə Qorqud»un dili həm də kamil yazı nümunələridir. «Kitabi-Dədə Qorqud»dan sonra XIII əsrin dil materiallarını əldə etmək mümkün olmuşdur. Aradakı boşluq həmin dövrdə yazı materiallarının olmaması demək deyildir. Bunu böyük Azərbaycan şairi Nizaminin qeydləri, qohum türk xalqlarının əldə edilmiş yazılı abidələri, M.Kaşğarinin «Divan»ı, az sonra meydana çıxan «Dastani-Əhməd Hərami», «Mehri və Və-fa», «Yusif və Züleyxa» kimi kamil məsnəvilər də təsdiq edir.
“Leyli və Məcnun” əfsanəsi əsasında yeni bir əsər yazılmasını arzulayan Şirvanşahın Nizamiyə məktubunda deyilir:
İstəyirəm ki, Məcnunun eşqi xatirinə
Sədəfdəki inci kimi bir söz deyəsən.
Fars və ərəb dili bəzəyi ilə
Bu təzə gəlini bəzəyəsən.
Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,
Türkəvara deyilmiş söz bizə layiq deyil. (1; 35)
Şirvanşah Axsitan açıq-aşkar əsəri ərəb-fars sözləri ilə bəzəməyi təklif edir, türk dilində yazmamağı məsləhət görür və hətta‚ türkcəlik bizə vəfalı olmağın sifəti deyil‛ deyə türk dilinə həqarətlə baxdığını ifadə edir. Lakin bu təklifdən çox aydın şəkildə başa düşülür ki, deməli, şah bu cür təklif etməsə, Nizami əsəri ana dilində yaza bilərmiş və bu da məntiqi şəkildə dərk olunur ki, Nizami ana dilində – türk-Azərbaycan dilində əsərlər yazırmış. Artıq bu sahədə başqa türk xalqlarında böyük təcrübə də var idi: 100 il əvvəl‚ “Qudatğu bilig” kimi şöhrətli əsərlər meydana çıxmışdı. Həmin məktub türk dilinə şahın həqir münasibətini bildirsə də, tarixi sənəd kimi çox qiymətlidir. Bunun özü tutarlı bir fakt kimi, M.Kaşğarinin dediyi ‚sün”i ədəbiyyat‛ın Azərbaycanda Azərbaycan dilində X-XII əsrlərdə geniş yayılmış olduğunu sübut edir. Mümkün faktlara və əqli dəlillərə əsasən zox gürkəmli dil tarixçisi Ə.Dəmirçizadə belə bir nəticəyə gəlmişdir ki, artıq XI-XII əsrlərdə Azərbaycan yazılı ədəbi dili tam təşəkkül tapmışdı: ‚… bu dövrdə Azərbaycan yazılı ədəbi dilinin artıq formalaşmış olduğunu, bu dildə o zamankı Azərbaycan şair-lərinin şeir yazdıqlarını təsdiqedici faktlar mövcuddur». (2; 87) Prof. T.Hacıyev də M.Kaşğari və Nizamidən aldığı təəssürat əsa-sında eyni qənaətə gəlmişdir: ‚…hələ XI-XII əsrlərdə, yəni XIII əsrdən iki yüz il əvvəl türk-Azərbaycan yazılı ədəbi dili müvcud idi». (3;33)
XIII əsrin abidələri olan Həsənoğlunun qəzəlləri, Suli Fə-qihin «Yusif və Züleyxa» poeması, «Dastani-Əhməd Hərami» məsnəvisi, köçürülmə tarixi bir qədər sonraya aid olan İsanın «Mehri və Vəfa» əsəri yazılı ədəbi dilimizin təşəkkül nümunələ-ri deyil, bir neçə əsrlik inkişaf yolunda olan bir ədəbi dilin abi-dələridir. Sonrakı dövrlərdə Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Qurbani, Ş.İ.Xətai, Məsihi, M.P.Vaqif, Q.B.Zakir, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, M.İbrahimov kimi nəhəng söz ustaları bu dildə yazıb-yaratmış, bu dili cilalamışlar.
Azərbaycanda türk dilinin formalaşması aborigen türklərin dili hesabına olmuş, vaxtaşırı Azərbaycana gələn türk tayfaları onları gücləndirmişdir. XI əsrdə Səlcuq oğuzları Azərbaycana gələndə artıq Azərbaycan ədəbi dili uzun inkişaf yolu keçmişdi. Azərbaycan dili xeyli müddət ədəbi dil kimi ətraf aləmə və o cümlədən səlcuqlara da xidmət etmişdir: «Azərbaycan ədəbi dili XIII əsrin sonlarında və XIV əsrdə Şərqi Anadoluda yetişən bir çox şairlərin şeir dili kimi işlənilmiş və bu dildə yazılan şeirlər Osmanlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilkin örnək ol-muşdur». (2, 88-89)
Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə getmişdir. Azərbaycan dili artıq V əsrdə bütövlükdə ümumxalq dili şəklində formalaşma işini başa çatdırmışdı. Gəlmə türk tayfalarının hamısı yaxın və qohum tayfalar idi, dilləri bir-birindən az fərqlənirdi. Odur ki heç bir tayfanın gəlişi ədəbi ümumxalq Azərbaycan dilinin təşəkkülü yolunda maneə ola bilməmişdir. Əksinə, fars ənənəsi, ərəb asılılığı sadə xalq dilini yazıda ağırlaşdırırdı. Sonrakı əsrlərdə xalq bu təsirdən, bu ağırlıqdan xilas olmağa çalışmış və buna tədricən müvəffəq olmuşdur.
Səlcuq oğuzları Azərbaycanda geniş məskən salmamış, müəyyən müddət yaşasalar da, Kiçik Asiyaya irəliləmişlər. Onların dil-nitq təsiri daha çox Azərbaycanın qərb qrupu şivələrində müşahidə olunur. Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin təşəkkül spesifikası ciddi şəkildə fərqlənir. Azərbaycan başdan-binadan türk yurdu idi. Keçən beş min ilin müddətində Azərbaycandan miqrasiyalar da olmuşdur, Azərbay-cana da gəlmişlər, lakin heç vaxt Azərbaycan əhalisi içərisində türk olmayanlar üstünlük təşkil edə bilməmişdir. Anadoluda isə vəziyyət başqa cür idi. Çox qədim dövrlərdə Anadolu da türk yurdu olmuşdur. Lakin sonralar bu ərazilərdə hind-avropalılar üstünlük təşkil etmişlər. XI əsrdən Səlcuqların gəlişi ilə vəziyyət tədricən dəyişmiş, Anadolu yenidən türk yurduna çevrilmişdir. Bu cəhəti bir çoxları nəzərə almadığı üçün türk və Azərbaycan dillərini mövcud ərazilərdə paralel inkişaf edən dillər kimi düşünürlər. Bu cür düşüncə yanlışdır. Səlcuq oğuzları gələndə artıq ədəbiləşmiş Azərbaycan dilinin min ilə yaxın tarixi vardı və XIV əsrin ortalarına qədər Azərbaycan dili ətraf xalqlara, o cümlədən Səlcuqlara da xidmət etmişdir: “Türkiyədə və Azərbaycanda et-nik proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində həqiqə-tən tam türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin islamla əvəz olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların etnogenezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki burada türk et-nosları əvvəldən aparıcı rol oynayırdı”.(4; 209) Və yenə: «Oğuzların mənbələrdə qeyd edilmiş 24 tayfasından bəzilərinin (Əfşar, Bayandur, Bəydili, Qayı, Bayat, Çəpni, Xələc və b.) adlarını əks etdirən toponimlər Azərbaycanın hər iki hissəsində vardır. Lakin onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həll-edici rol oynamamışdır. Bu rol onlardan qabaqkı yerli türk etnos-larına məxsusdur». (4; 205)
Ölkənin əsas əhalisi olan türklərlə yanaşı, Azərbaycanda qədim dövrlərdən tatlar, talışlar, ləzgilər də yaşayırlar. Tatlar və talışlar İran dil qruplarına aid olan xalqlardır. Kürdlərin dili də İran dil qrupuna aiddir. Ləzgilər İber-Qafqaz dillərinin şimal-şərq qrupuna aid olan xalqdır. Yalnız bir kənddə – məhdud ərazidə ya-şayan xınalıq, buduq, qrız, udi, inqiloy dilləri də İber-Qafqaz dil qruplarındandır.
Dilin adı. Birinci minilliyin ortalarından başlayaraq, dilimiz həm türk dili, həm də azəri dili adlanmışdır.
Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tay-fası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz zaman-larında güclü Assur dövlətini daim qorxu altında saxlamışlar. Turukki sözü «güclü, qüvvətli, doğan, törəyən» mənalarında tur /tör sözündən olub, türük//türk sözünü əmələ gətirmişdir. (1, 191-192)
Türk sözünün tarixi çox qədim olsa da, Azərbaycanda V əsrdən – Sasanilər dövründən kütləviləşməyə başlamışdır. Sasa-nilər Çindən İrana qədər böyük bir ərazidə yerləşmiş türk xaqan-lığı ilə əlaqə saxlayır, bəzən qohumluq münasibətlərinə girməli olurdular. Onlar təbii olaraq Azərbaycan türklərini də “türk” ad-landırırdılar. Xaqanlığın dövründə xaqanlıq türklərinin Azərbay-cana axını davam etməkdə idi. Ərəblər də gəldikdən sonra şimal-lı-cənublu bu ölkəni (Azərbaycanı) “türk ülkəsi” bilir və «türk yurdu» adlandırırdılar. “Türk” termini yalnız “madalı” və “atropa-tenalı” deyil, “alban” adını da əvəz edirdi.
Ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz şivələrində “Azərbaycan” şəklinə saldıq-ları, azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün türk süzü ilə yanaşı, azəri terminindən də istifadə edirdilər. Bu süz-lərin işlənməsi erkən başlamışdı – türk sözü V əsrdən, azəri sözü isə VII əsrdən işləkliyini genişləndirmişdi. Ərəb tələffüzü ilə təşəkkül tapan Azərbaycan süzü Antar-patianu süzündən əmələ gəlmişdir. Antarpatianu sözünün birinci hecasındakı An allah adının “n” samiti düşmüş, süz Atarpatianu, tədricən Atropatena şəklini almışdır. Bir sıra yazılarda Atropatena süzğndə irəli çıxan dz qovuşuq səsinin karlaşmış birinci komponenti (t) üstünlük qazanmış, əəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican – Azirbican – Azərbaycan şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili ‚əl-azəriyə‛- azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir. Bu söz tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır.
Bütün ilkin türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha çox güclənmiş və güclü bir tufan kimi öz dalğalarını bütün qərbə və o cümlədən Cənubi Qafqaza, daha aşağılara yayan bir dövlətin adı kimi geri qayıtmışdır.
Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular düvrlərində olduğu kimi, Səfəvilər düvrğndə də Azərbaycanda əsas ğnsiyyət va-sitəsi Azərbaycan tğrk dili idi. Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili elan edən Şah İsmayıl, təbii olaraq, ‚türk dili‛ ifadəsinə üstünlük vermişdir. Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, dövlət dilini və onun adını beynəlxalq aləmə xalqın işlətdiyi kimi «türk dili» şəklində çatdırmışdır.
Səfəvilər düvründə dövlətin dilə xüsusi nəzarəti yaranmışdır. 1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempfer yazmışdır: “Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Türk dili sa-raydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır”. (5, 85)
Beləliklə, dilimizin adı kimi, türk dili ifadəsinin böyük ta-rixi vardır. 1924-cü ildə Türkiyə respublikası yaradıldıqdan, türklərin dili türk dili adlandırıldıqdan xeyli sonra da dilimiz «türk dili» adı ilə tanınmaqda idi və hətta 1936-cı ildə «Türk dili» adlı məktəb dərsliyi də çap olunmuşdur. 1936-cı ilin SSRİ konstitusiyasında dilimizin adı «Azərbaycan dili» şəklində təsbit edilmişdir. 1992-ci il sənədlərinə əsasən Azərbaycan dili termini bir neçə il yenidən türk dili termini ilə əvəz edilmiş, 1995-ci il ümumxalq referendumu və respublika konstitusiyası ilə «Azərbaycan dili» ifadəsi yenidən sabitləşdirilmişdir.
Bu dil ulu babalarımız arattalılardan üzü bəri yaşamış qə-dim aborigen Azərbaycan türk tayfalarının dil yadigarıdır və uzun bir yol keçdiyindən inkişaf səviyyəsi ilə başqa türk dillərindən fərqlənir. (bax: 7; 540-580)
Əlifba. Azərbaycan – Alban xalqı qədim yazısı olan xalq-lardandır. VII əsrin alban tarixçisi Kalankatuklu Moisey yazır: «Yazıya malik olan xalqlar bunlardır: yəhudilər, romalılar (bun-ların yazısından bizanslılar da istifadə edirlər), ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar». (6; 18) Hələ eramızın V əs-rində – ümumxalq Azərbaycan dilinin formalaşdığı dövrdə al-banların mövcud əlifbası həmin əsrdə bir daha təkmilləşdirilMiş-dir: «Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi, burada əlifbanı təkmil etməsi, məktəbləri yenidən açması» (6; 36) sözlərindən göründüyü kimi, burada yeni əlifba yaradılma-sından, yeni məktəblər açılmasından deyil, əlifbanın yeniləşdiril-məsindən, məktəblərin yenidən açılmasından söhbət gedir.
Ərəblər VII əsrin ortalarından başlayaraq Albaniyanı işğal etməklə onun dini ilə yanaşı, əlifbalarını da tədricən dəyişmiş, öl-kədə ərəb əlifbasına keçilmiş və alban əlifbası unudulmuşdur.
XIX əsrin ortalarında ilk dəfə M.F.Axundov ərəb əlifbasını dəyişmək ideyasını irəli sürmüşdür. XX əsrin əvvəlində bir sıra ziyalılar bu ideyanı müdafiə etmişdir. 1918-ci ilin mayında Azər-baycanın müstəqilliyi elan edildikdən sonra yeni əlifba layihəsi hazırlanıb müzakirə olunsa da, vaxt az olduğundan yeni əlifbaya keçmək mümkün olmamışdır. Yalnız Sovet hakimiyyətinin əvvəlində latın qrafikalı yeni əlifbaya keçmək mümkün olmuş, Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə 1929-cu ilin yanvarından latın qrafikalı əlifbaya keçil-mişdir.
Mərkəzi hökumətin göstərişi ilə Azərbaycan SSR Ali So-vetinin 1939-cu il 11 iyulunda qəbul etdiyi qərara əsasən 1940-cı ilin yanvarından kirill qrafikalı yeni əlifbadan istifadəyə başlan-mışdır. Bu əlifbada bir neçə dəfə islahat aparılmış, tədricən Azər-baycan dili üçün səciyyəvi olmayan bir sıra hərflər (ü,ə,ö,e) çıxa-rılmışdır.
Müstəqilliyin yenidən bərpasının ilk illərində yenidən latın qrafikalı əlifbaya keçmək zərurəti ortaya çıxmış, Milli Məclis 1991-ci il dekabrın 25-də latın qrafikasına keçilməsi barədə qərar qəbul etmişdir. Latın qrafikalı bu əlifbaya prezident H.Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanı ilə keçilmişdir.
Bu əlifba hərflərin bir qədər nahamvar düzülüşünə və di-akratik işarələrin kar samitlərdə qoyulmasına, nöqtələrin çox-luğuna görə əvvəlki latın qrafikalı əlifbadan fərqlənir.
İnkişaf mərhələləri. Qeyd etdiymiz 1500 illik inkişaf yolunda Azərbaycan dili iki inkişaf mərhələsi keçirmişdir:
Əski dövr – XVI əsrə qədər;
Yeni dövr – XVI əsrdən sonrakı dövr.
Əski dövr. Bu dövrün özünü də iki mərhələyə ayırmaq olar: a) yazılı ədəbi dilin təşəkkül mərhələsi – ən qədim dövrlərdən XII əsrə qədər; b) ümumxalq dili əsasında yazılı ədəbi dilin intensiv inkişafı dövrü – XIII – XVI əsrlər.
Əski dövrün ilkin abidəsi «Kitabi-Dədə Qorqud» dastan-larının dilidir. Nizami Gəncəvinin qeydlərindən, qohum türk dil-lərinə dair abidələrdən – M.Kaşğarinin «Divan»ından, Balasa-ğunlu Yusifin «Qutadğu bilig» əsərindən və başqa ortaq türk mənbələrindən aydın olur ki, XIII əsrdən əlimizə gəlib çatan zəngin materiallar – Həsənoğlunun qəzəlləri, «Dastani-Əhməd hərami» məsnəvisi, Qul Əlinin «Qisseyi-Yusif», Suli Fəqihin «Yusif və Züleyxa», İsanın «Mehr və Vəfa» əsərləri birdən-birə yaranmamış, böyük özül üzərində meydana çıxmışlar.
Bu əsərlərin ən səciyyəvi cəhətləri onların şifahi şeir nü-munələrinə yaxınlığı, xalq dilində yazılması, türk dilinə məxsus arxaik elementlərlə zənqginliyi, ərəb, fars söz və tərkibləri ilə sonrakı dövrdə (əski dövrün ikinci mərhələsində) olduğu qədər ağırlaşdırılmış olmamasıdır. Bu hal «Kitabi-Dədə Qorqud»un dilində olduğu kimi, Həsənoğlunun qəzəllərində, Qul Əlinin, Suli Fəqihin, İsanın məsnəvilərində, müəllifi naməlum olan «Dastani-Əhməd Hərami»nin dilində özünü göstərir. Sonrakı mərhələdə «qəzəl» adı ilə genişlənən janr əski dövrün əvvəlində xalq şeri şəklində – «türki» adı ilə yayılmaqda idi.
Lakin tədricən – əski dövrün ikinci mərhələsinə keçildikcə Qazi Bürhanəddinin, Nəsiminin və sonrakı əsrlərdə Kişvəri, Fü-zuli və başqalarının əsərlərində ərəb və fars dillərindən alınmış sözlər və silsiləli izafət tərkibləri çoxalmaqla klassik şeir üslubu-nun dilini xeyli ağırlaşdırmışdır. Əski dövrün sonlarında damu (cəhənnəm), onəlmək (yax-şılaşmaq), əsrük (sərxoş) tipli bir sıra sözlər, qədim dövrlərin ya-digarı olan kəndi, şu, şöylə, işbu və s. kimi əvəzliklər arxaik fonda keçmişdir. İlkin mərhələdə dilin sintaktik quruluşunda milli söz birləşməsi və cümlə modelləri əsas yer tutur. Bununla yanaşı, ərəb və fars dillərinə məxsus izafət tərkibləri də nəzəri cəlb edir. İsim hallarının müvazi işlənməsi, birinin digərini əvəz edə bil-məsi (məs.: yönlük halın çıxışlıq hal məqamında işlənməsi: Sor-du Mehri Vəfaya: Halın nədir?; Mehri aydır: çün bəni sordun bənə) («Mehri və Vəfa») bu sahədə sabitləşmənin başa çat-maması ilə bağlıdır. İlkin mərhələdə feli tərkiblər üstünlük təşkil edir, lakin mərhələnin sonuna doğru analitik budaq cümlələr və tabelilik bağlayıcıları aparıcı mövqe qazanır. İsmin təsirlik halın-da saitlə bitən sözlərdə n bitişdiricisi tədricən y samitini sıxış-dırır: atayı – atanı. İntonasiya ilə qurulan mürəkkəb cümlələr çox işlənir.
Yeni dövr. Ədəbi dilin inkişafının ikinci mərhələsi XVI əsrdən başlayır. Bu əsrin erkən çağında Şah İsmayılın fə-aliyyəti ilə ölkədə yaranan ərazi birliyi, iqtisadi və mənəvi həyat birliyi milli inkişaf üçün zəmin yaratmışdır. Lakin bu inkişaf XIX əsrə qədər zəif getmişdir. Xüsusilə XVIII əsrin ortalarında Azər-baycanın xanlıqlara parçalanması bu inkişafı ləngitmişdir. XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya və İran tərəfindən bö-lünməsi xalqımızın tarixinin qara səhifələrindən olsa da, Rusiya ilə əlaqə Şimali Azərbaycanda milli inkişafı sürətləndirmişdir.
Bu dövrü də bir neçə mərhələyə ayırmaq olar: a) milli dil istiqamətində inkişaf dövrü – XVI – XVIII əsrlər; b) milli dilin təşəkkülü və inkişafı dövrü – XIX əsr və XX əsrin birinci rübü; c) milli dilin intensiv inkişafı və yenidən qurulması dövrü – XX əsrin birinci rübündən sonrakı dövr.
Bu dövrün əvvəlindən başlayaraq yeni realist şeir üslubu-nun yaranması dilimizin xəlqiləşməsinə, milliləşməsinə təkan vermiş, onu milli inkişaf yoluna salmışdır. Yeni realist şerin ba-nisi M.P.Vaqifdən iki əsr əvvəl yaşamış Qurbanidir. Qurbaninin, Xətainin, Tufarqanlı Abbas, Xəstə Qasım və başqalarının əsərləri dilin milli zəmində inkişafına güclü təsir göstərmişdir. XVI əsrdə Füzuli, XVII əsrdə Məsihi birinci dövrün son zirvə-nümayəndələri olmuş, onlarla paralel Qurbani və Xətai doğulmaqla yeni dövr əski dövrün içərisində inkişafa başlanmışdır.
Yeni dövrün 2-ci mərhələsində Azərbaycan dilinin istifadə və işlənmə dairəsi daha da genişlənmşdir. A.Bakıxanov, Q.B. Zakir, S.Ə.Şirvani və başqalarının yaradıcılığı ilə satirik ədəbiy-yat inkişaf etmiş, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Məmmədquluza-də kimi nəhəng satira ustaları meydana çıxmışdır. M.F.Axundov-dan başlayaraq, yeni realist nəsr və dram üslubu böyük vüsət qa-zanmışdır. Fəlsəfi traktatlar, elmi əsərlər, epistolyar üslub nümu-nələri, mətbuat meydana çıxmış, çoxsaylı qəzet və jurnallar nəşr olunmuşdur. Sovet dövründə mənzum dram janrı, iri romanlar yaranmış, XX əsrin əvvəldlərindən başlayaraq dilə nəzarət güc-lənmiş, dəfələrlə əlifba, orfoqrafiya, terminologiya məsələləri müzakirə edilmiş və nizama salınmışdır.
Azərbaycan dilinin müasir elmi tədqiqinə başlanmışdır. Azərbaycan dili haqqında ilk həcmli elmi qrammatikanı professor Mirzə Kazım bəy yazmışdır («Türk-tatar dilinin qrammatikası», 1839) Az sonra M.Vəzirovun, L.Budaqovun, M.Əfşarın, N.Nəri-manovun, S.M.Qənizadənin qrammatika kitabları meydana çıx-mışdır. Bunların bir qismi rus dilində olmaqla, həm də bəsit idi, məktəb qramatikaları həcmində idi. Dilimizin fonetik sisteminin, lüğət tərkibi və qrammatik quruluşunun əsl elmi tədqiqi XX əsrin 50-ci illərindən mümkün olmuşdur. Sovet dövründə görkəmli dilçi alimlər nəsli (B.Çobanzadə, Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, Z.Budaqova, A.Axundov, T.Ha-cıyev, Y.Seyidov və b.) yetişmiş, Azərbaycan dilinin tarixinə, müasir vəziyyətinə, dialekt və şivələrimizə həsr olunmuş qiymətli monoqrafiyalar, dərslik və dissertasiyalar yaranmışdır. Sovet dövründə dünyanın ən görkəmli alim və yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Azərbaycan ədəbi dilinin elmi, bədii, publisistik və rəsi-sənəd üslubları paralel şəkildə inkişaf etmişdir. Rəsmi-sənəd üslubu ilə bağlı çətinliklər müstəqilliyin yenidən bərpası dövıründə aradan qaldırılmışdır.
Hələ qədim dövrlərdən Azərbaycan dili xarici alim və səy-yahların diqqətini cəlb etmişdir. XIX əsrdə bir sıra xarici alim və yazıçılar (M.Y.Lermontov, A.A.Bestujyev-Marlinski, Y.Veyden-baum və b.) bu dilin asanlığı və sadəliyi haqqında fikir söyləmişlər, bu dil ilə bütün Ön Asiyanı gəzmək mümkün olduğunu qeyd etmiş, onu fransız dili ilə müqayisə etmişlər.
Hazırda Azərbaycan dilinin mühüm funksiyalarından biri onun dövlət dili olmasıdır.
Dediyimiz kimi, Albaniyanın dövlət dili türk dili olmuşdur. Vassalı olduqları parfiyalılar da türk idilər. Sasanilər dövründə, yəqin ki, yazışmalar fars və türk dillərində olmuşdur. Ərəb işğa-lından sonra rəsmi yazılı dil ərəb dili, ümumi ünsiyyət dili Azər-baycan türk dili olmuşdur. Xilafət zəiflədikcə xalqın dili üstünlük qazanmışdır. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular dövründə dövlət idarələrində əsas dil türk dili idi. Səfəvilər dövründə Azərbaycan dili rəsmi şəkildə dövlət dilinə çevrilmişdir. Sonrakı dövrlərdə xanlıqlar öz dillərini saxlamışlar. Rus işğalından sonra rəsmii yazışmalar dili rus dili, ümumi ünsiyyət dili Azərbaycan dili olmuşdur. XIX əsr sona yaxınlaşdıqca Azərbaycan dilində məktəblər və mətbuat yaranmış, XX əsrin əvvəlində dilin imkan-ları daha da genişlənmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hö-kumətin 1918-ci il 27 iyun qərarı ilə türk dili dövlət dili elan edilmişdir.
Sovet dövrünün ilk onilliyində Azərbaycan ədəbi dili tam hüquqlu bir dil kimi fəaliyyət göstərmişdir. Lakin tədricən mərkəz səviyyəsində müşavirələrdə və rəsmi kargüzarlıq işlərində rus dilindən istifadə edilmişdir. Azərbaycan dili ali və orta mək-təblərdə əsas dil olmuş, elmi əsərlər əsasən bu dildə yazılmış, əksər mətbuat orqanları Azərbaycan dilində çap olunmuşdur.
Azərbaycanın görkəmli ziyalılarını daim dövlət idarələrində kargüzarlıq sənədlərinin dili maraqlandırmışdır. 1956-cı il av-qustun 21-də Azərbaycan SSR Ali Sovetinin 4-cü çağırış 3-cü sessiyasında Azərbaycan dilinin dövlət idarələrində tətbiqi barə-də xüsusi qərar qəbul edilmişdir. Bu qərarın qəbul edilməsində xalq yazıçısı Mirzə İbrahimovun xüsusi xidməti olmuşdur. Lakin mərkəzi hökumət tərəfindən bu qərar tezliklə dayandırılmışdır.
1978-ci ildə qəbul edilmiş yeni Azərbaycan Konstitusiya-sına Azərbaycan dilinin dövlət dili olması barədə ayrıca maddə daxil edilmişdir.
1991-ci ildə SSRİ-nin dağılması və Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi Azərbaycan dili ilə bağlı əngəlləri aradan qaldırmağa imkan verdi. 8 iyun 2001-ci il tarixli «Döv-lət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında», 9 avqust 2001-ci il tarixli «Azərbaycan əlifbası və Azərbaycan dili günü-nün təsis edilməsi haqqında», 30 sentyabr 2002-ci il tarixli «Azərbaycan Respublikasında dövlət dili haqqında» adlı qanun, qərar və sənədlər Azərbaycan dilinin tam hüquqlu bir dil kimi fə-aliyyətini təmin etməyə əsas verən tarixi sənədlərdir. Bu sənəd-lər pezident H.Əliyev tərəfindən imzalanmışdır.
Quruluşu. Azərbaycan dilində 9 sait, 25 samit vardır. Bun-lar 32 hərflə ifadə olunur. Saitlərin bir qismi (a, u, i, e, ə, ö) bir sıra alınma sözlərdə adi kəmiyyətdən bir qədər uzun tələffüz olunur. Saitlər qalın və incə olmaqla fərqlənir. Bu fərq eyni cinsli saitlərin bir-birini izləməsinə (ata, qapı; nənə, ələk) və çox qədim dövrlərdən bəri türk dilləri üçün səciyyəvi olan ahəng qanununun ifadəsinə səbəb olur (işıq, ilxı, ildırım kimi sözlər istisnadır). Ön sıra samitlər incə saitlərlə, arxa sıra samitlər qalın saitlərlə işlənir. Bu qanunu alınma sözlər pozur (Akif, kitab, kino və s.). Azərbaycan dilində bir samit (ğ samiti) və bir sait (ı saiti) söz başında işlənmir. Vurğu xalis Azərbaycan sözlərində son hecaya düşür. Omoformlarda (qazma` – qaz`ma, tikmə` – tik`mə) və alınma sözlərdə bu qanun dəyişə bilir (ka`fedra, o`pera, pioner` və s.). Uzun müddət bir sıra alınma sözlərdə ərəb dilindəki eyn səsini göstərmək üçün apostrofdan istifadjə edilmiş, son dəfə latın qrafikasına keçilərkən ləğv olunmuşdur. Azərbaycan dilində assimilyasiya hadisəsi sözlərin tələffüzünü yazılı dildən xeyli fərqləndirir. Sağır n samiti şivələrdə qaldığından əlifbaya hərfi işarə ilə daxil etdməmişdir.
Azərbaycan dilinin lüğət tərkibi XX əsrdə elmin, texnika-nın yüksək inkişafı ilə əlaqədar son dərəcə zənginləşmişdir. Bun-lar öz ifadəsini çoxsaylı terminoloji lüğətlərdə, izahlı lüğətdə, orfoqrafiya və tərcümə lüğətlərində tapmışdır. İlk dəfə olaraq frazeoloji lüğətlər tərtib və çap olunmuşdur.
Azərbaycan dilinin dialekt və şivələri dörd qrupa bölünür: şərq qrupu (Quba, Bakı, Şamaxı dialektləri, Muğan və Lənkəran şivələri); qərb qrupu (Qazax, Qarabağ, Gəncə dialektləri, Ayrım şivəsi); şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); cənub qrupu (Naxçıvan, Ordubad, Təbriz dialektləri, İrəvan şivəsi). Bunlardan əlavə, bir neçə keçid şivə də vardır.
Azərbaycan dili iltisaqi quruluşa malikdir, şəkilçili dillər-dəndir. Sözlərdə qrammatik morfemlər üst-üstə işlənə bilir və hər bir qrammatik morfem bir məna bildirir. Əvvəlcə sözdüzəldi-cilik əlamətləri, sonra sözləri əlaqələndirən şəkilçilər sözə artı-rılır. Şəkilçilərin möhkəm sırası vardır. Məsələn, isimlərdə əv-vəlcə kəmiyyət, sonra mənsubiyyət, sonra hal və nəhayət, xə-bərlik şəkilçisi işlənir: ev-lər-iniz-dən-dir – sözündə olduğu kimi. Fellərə əvvəlcə təsirlik, sonra növ, sonra inkarlıq və bunlardan sonra zaman və şəxs şəkilçisi artırılır: qaç-ır-ıl-ma-yacaq-dır. Şə-kilçiyə ehtiyac olmadıqda onun sözdə pozisiyası boş qalır.
Azərbaycan dilində altı əsas nitq hissəsi (isim, sifət, say, əvəzlik, fel, zərf) və dörd köməkçi nitq hissəsi (qoşma, bağlayıcı, ədat və modal sözlər) vardır. Köməkçi nitq hissələri dairəsində xüsusi nitq hissəsi kimi nidalardan da bəhs olunur.
Sözlər sözdəyişdirici şəkilçilər vasitəsilə morfoloji cəhət-dən dəyişərək müxtəlif söz-formalar şəklinə düşür və nəticədə onların arasında sintaktik əlaqənin baş verməsi üçün imkan ya-ranır. Morfoloji cəhətdən ən zəngin nitq hissəsi feldir. Fellər tə-sirlik, növ, inkarlıq, zaman, şəkil, şəxs kateqoriyaları üzrə dəyişə bilir. Felin keçmiş, indiki və gələcək zamannlarının özünə məx-sus morfoloji əlamətləri vardır. Keçmiş zamanın üç forması var-dır: şühudi keçmiş – -dı,-di,-du,-dü; nəqli keçmiş – -mış,-miş,-muş,-müş və nisbi keçmiş – -ıb,-ib,-ub,-üb (bu sonuncu şəkilçi sadə xəbər şəklində ikinci və üçüncü şəxslərlə işlənir). İndiki za-manın bir (-ır,-ir,-ur,-ür), gələcək zamanın iki (qəti gələcək – –acaq, -əcək, qeyri-qəti gələcək – –ar,-ər) forması mövcuddur. Fellər əmr, xəbər, vacib, arzu, lazım və şərt şəkilləri üzrə təsrif olunur, nəticədə fellərin zəngin dəyişmə sistemi yaranır. Sadə fel şəkilləri ilə yanaşı, felin idi, imiş ədatları və onların ixtisar for-ması ilə (-dı,-di,-du,-dü; -mış,-miş,-muş,-müş) yaranan mürəuk-kəb zaman və şəkilləri bütövlükdə keçmiş zaman müstəvisinə dəyişir və işin icrası ilə bağla çox rəngarəng mənalar ifadə etmək mümkün olur. Məsələn, Mən yazacaqdım – cümləsində qəti şə-kildə icra olunmalı işin nəticəsi bilinmədiyi halda, Mən yazardım – cümləsində işin təkrarən icrası mənası vardır. Subyektlə hərəkət və obyekt əlaqəsinin münasibətinə görə fellər məlum, məchul, qayıdış, qarşılıq və icbar məna növləri üzrə dəyişir, eyni zamanda təsdiq və inkar olur. Fellər məsdər şəkilçisi qəbul etməklə isimlərə, feli sifət şəkilçiləri ilə sifətlərə yaxınlaşır, atributivləşir, feli bağlama şəkilçiləri ilə adverbiallaşır.
Feldən sonra ən zəngin morfoloji əlaməti olan nitq hissəsi isimdir. İsimlər kəmiyyət, mənsubiyyət, hal və xəbərlik kateqoriyaları üzrə dəyişir. Əvəzliklər isimləri əvəz etdiyi, məsdərlər hə-rəkətin adını bildirdiyi üçün hallanır. Sifət, say, işarə əvəzlikləri, feli sifətlər yalnız isimləşməklə hallana bilir. Hal dəyişmələri 6 formada özünü göstərir.
Cümlənin əsasını isimlər və fellər təşkil edir. Sifət isimləri əlamət, keyfiyyət, say miqdar və sıra cəhətdən izah edir, zərf hərəkətin əlamətini bildirir. İnsan təfəkkürünün mücərrədləşdir-məsi məhsulu olan əvəzliklər bu nitq hissələrini ümumi və qeyri-müəyyən şəkildə əvəz edir.
İsim və fellər zəngin sözdüzəldicilik imkanlarına malikdir. Sözdüzəldici şəkilçilər vasitəsilə adlardan və fellərdən çoxlu isim düzəldiyi kimi, adlardan fellər də düzəlir. Zərf və sifət düzəldən şəkilçilərlə də yeni sözlər yaranır.
Azərbaycan dilində cümləni təşkil edən sözlər arasında subyekt əlaqəsi, atributiv əlaqə, obyekt əlaqəsi və zərfi əlaqə ki-mi dörd əlaqə mövcuddur. Sözlər arasında bərabərhüquqlu tabe-sizlik əlaqəsi (həmcins üzvlər, tabesiz mürəkkəb cümlənin kom-ponentləri arasında) ilə yanaşı. tabelilik əlaqəsi olur. Cümləni quran əsas əlaqə növləri tabelilik əlaqələridir, yanaşma, idarə və uzlaşmadır. Bu əlaqələr söz birləşmələrinin tərəfləri, cümlənin müxtəlif üzvləri və tabeli mürəkkəb cümlənin komponentləri ara-sında olmaqla söz birləşməsi və cümlə modellərinin yaranmasına səbəb olur. Sintaktik əlaqələrlə həm analitik (daş divar, uca çi-nar), həm də sintetik birləşmələr (iş adamı, fəhlə qüvvəsi, dağın yamacı) yaranır.
Ədəbi dil normalarına müvafiq olaraq mübtəda cümlənin əvvəlində (təyindən sonra), xəbər cümlənin sonunda, tamamlıq və zərflik xəbərdən, təyin təyinlənəndən əvvəl işlənir. Söz sırası daha çox üslubi xarakter daşıyır. Bu və ya digər fikri aktuallaş-dırma prosesində cümlə üzvlərinin yeri dəyişə bilir, mübtəda, ta-mamlıq və zərflik xəbərdən sonra işlənir. Yalnız «mübtəda + qeyri-müəyyənldik bildirən vasitəsiz tamamlıq + təsirli feli xəbər» quruluşlu At adam gördü – tipli cümlələrdə söz sırası sabitdir.
Feli tərkiblər (feli sifət, feli bağlama və məsdər tərkibləri), ara sözlər, xitablar, həmcins üzvlər vasitəsilə cümlə genişləndiri-lə bilir.
Azərbaycan dilində həm tabesiz, həm də tabeli mürəkkəb cümlə tipləri çox inkişaf etmişdir. Dilimizdə məhsuldar şəkildə işlənən tabesizlik (birləşdirmə, qarşılaşdırma, bölüşdürmə, aydın-laşdırma) və tabelilik bağlayıcıları (ki, çünki, ona görə ki və s.) vardır. Tabelilik bağlayıcılarından ki polisemantikdir və əksər bu-daq cümlələrə xidmət edir. Onun əksinə olaraq, çünki bağlayıcısı monosemantikdir və yalnız səbəb budaq cümləsini baş cümləyə bağlayır.
Azərbaycan dilində qarışıq tipli (daha da mürəkkəbləşmiş) mürəkkəb cümlə tipləri, mətnin qurulma imkanları, sintaktik bü-tövlər arasında əlaqə üsulları çox zəngindir.
Ədəbiyyat
- N.Gəncəvi. «Leyli və Məcnun». Filoloji tərcümə M.Əli-zadənindir, Bakı, «Elm», 1981.
- Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi, 1, Bakı, «Maarif», 1979.
- Z.Budaqova, T.Hacıyev. Azərbaycan dili, Bakı, «Elm», 1992.
- Q.A.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tari-xindən, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994.
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, Azərbaycan Uni-versiteti Nəşriyyatı, 1989.
- Moisey Kalankatuklu. Albaniya tarixi, Bakı, Avrasiya Press, 2006.
- Q.Kazımov. Azərbaycan dilinin tarixi (ən qədim dövrlər-dən XIII əsrə qədər), Bakı, «Təhsil» Nəşriyyatı, 203.
Xülasə
Məqələdə Azərbaycan dilinin inkişaf tarixi barədə ensiklopedik məlumat verilmişdir. Ümumxalq Azərbaycan dili eramızın V əs-rində formalaşmışdır. VI-VIII əsrlər şifahi ədəbi dilimizin təşək-külü və inkişafı dövrü hesab olunur. IX-XI əsrlər yazılı ədəbi di-lin təşəkkülü dövrüdür.
Azərbaycan dili 1500 illik inkişafı müddətində iki böyük inkişaf mərhələsi keçirmişdir:.
Əski dövr – XVI əsrə qədər;
Yeni dövr – XVI əsrdən sonrakı dövr.
Məqalədən ən qədim Azərbaycan əlifbası, ərəb əlifbasından istifadə, latın əlifbasına keçilmə tarixi, dilimizin iltisaqi quruluşu barədə də məlumat almaq mümkündür.
Comments are closed, but trackbacks and pingbacks are open.