Press "Enter" to skip to content

Riyaziyyat testleri 4 cu sinif

2.2.1. Ədədi ifadələrin müqayisəsini “>”, “

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

•milyon dairəsində əşyaları bir-bir və ya qruplarla saymağı, onluq say sistemində mərtəbə vahidlərinin qiymətini müəyyən etməyi, ədədləri oxumağı və yazmağı, müxtəlif ekvivalent formalarda təsvir etməyi, mərtəbə toplananlarının cəmi şəklində göstərməyi, ədədin hissəsini tapmağı bacarır;

•mənfi olmayan tam ədədlər üzərində hesab əməllərini aparmağı bacarır, bu əməllər arasındakı əlaqələri başa düşür və onlardan məsələlərin həllində istifadə edir;

•kəsrlər haqqında ilkin məlumatlar əldə edir;
•məsələ həllində və hesablamalarda gözəyari qiymətləndirmə aparır.
Cəbr və funksiyalar

•ədədlər arasında əlaqələrin ifadəsində, təsvirində, sadələşdirilmasində, məsələlərin həl¬lin¬də müvafiq simvollar, əməllər və xassələrdən istifadə edir;

•sadə tənlikləri həll edir;

•müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol; əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasında funksional asılılıqları ifadə edir və bu biliklərdən məsələ həllində istifadə edir.

•əşyaların fəzada qarşılıqlı vəziyyətini müəyyən edir, sadə fiqurları (nöqtə, parça, düz xətt, bucaq, üçbucaq, düzbucaqlı, kvadrat, dairə, kub) tanıyır, təsvir edir, onların bəzi xüsusiyyətlərini bilir, bu biliklər əsasında müqayisələr aparır və onlardan məsələ həllində istifadə edir.

•seçilmiş şərti ölçü vahidinin verilmiş kəmiyyətdə neçə dəfə yerləşdiyini müəyyənləşdirməklə ölçmə əməliyyatının mənasını başa düşür, vahidlər arasında əlaqə yarada bilir.

•kəmiyyətlərin ölçülməsində və müqayisəsində uyğun ölçü vahidləri və alətlərindən düzgün istifadə edir və bu biliklər əsasında riyazi və praktik çalışmaları yerinə yetirir.

•perimetri və sahə anlayışlarını başa düşür, bu biliklərdən praktik işlərin və çalışmaların yerinə yetirilməsində istifadə edir.

Statistika və ehtimal
•məlumatları toplayır, sistemləşdirir və alınan nəticələri şərh edir;

•ehtimalla bağlı bəzi ifadələri (mümkündür, qeyri-mümkündür, baş verə bilər, baş verə bilməz) bilir və onlardan sadə proqnozların verilməsində istifadə edir.

3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
I sinfin sonunda şagird:
•say və ədəd anlayışlarını, onlar arsındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
•toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir;

•toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığı nümayiş etdirir;

•ədədi və dəyişəni olan sadə fadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
•ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;

•müəyyən əlamətlərdən asılı olaraq kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında mühakimələr yürüdür;

•əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir;
• sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır;
•eyni adlı kəmiyyətləri müqayisə edir;
•standart və standart olmayan ölçü vahidlərindən istifadə edir;
•əşyalar və hadisələr haqqında məlumatlar toplayır;
•toplanmış məlumatlara əsasən proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
1.1. Say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayır.
1.1.2. 20 dairəsində iki-iki ritmik sayır.
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.
1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.
1.1.5. Əşyalar çoxluğundan tələb olunan sayda əşyanı ayırır.

1.1.6. 20 dairəsində ədədlər arasındakı münasibətləri “>”, ”
1.3.2. Sıfrın necə alındığını əşyalar üzərində nümayiş etdirir.

1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla) yerinə yetirir.

1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.
1.3.5. Həyati problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.
2. Cəbr və funksiyalar
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Şifahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadə edir.
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.2. Ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Sadə ədədi bərabərsizliklərlə bağlı mühakimələr yürüdür.
2.2.2. Tənliklər haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Müəyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.
2.3.1. Əlamətlərinə görə (forma, ölcü və rəng) dəyişmələri müəyyən edir.
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir.
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına, rənginə) görə fərqləndirir.
3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir.
3.1.3.Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşırıqları yerinə yetirir.
3.2. Sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.
3.2.1. Sadə həndəsi fiqurlar formasında olan əşyaları tanıyır.
3.2.2. Sadə həndəsi fiqurları əlamətlərinə (rənginə, formasına, ölçüsnə) görə təsnif edir.
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sadə həndəsi fiqurlardan istifadə edir.
4.1. Eyni adlı kəmiyyətləri müqayisə edir.
4.1.1. Hadisələrin vaxtını müqayisə edir.
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.
4.1.3. Əşyaların kütləsini müqayisə edir.
4.1.4. Qabların tutumlarını müqayisə edir.
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən istifadə edir.
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.
4.2.4. Tam saatları müəyyən edir.
4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda istifadə edir.
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kiloqramla ifadə edir.
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidindən istifadə edir.
5. Statistika və ehtimal
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayır.
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir
5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim edir.
5.2. Məlumatlar əsasında proqnozlar verir.
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanunauyğunluğu müəyyən edir.

5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və ədədlər çoxluğunda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.

II sinfin sonunda şagird:

•ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir;

•hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;

•100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir;

•ədədi və dəyişəni olan sadə ifadələrin qiymətini hesablayır;
•ifadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
•asılı kəmiyyətlərin dəyişməsi haqqında mühakimələr yürüdür;
•istiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
•sadə həndəsi fiqurları tanıyır və təsvir edir;
•eyni adlı kəmiyyətlərin müqayisəsini aparır;
•alətlər vasitəsilə kəmiyyətlərin ölçüsünü vahidlərlə ifadə edir;
•müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir;
•toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədədlər və əməllər

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir.

1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır.
1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda təsvir edir.

1.1.4. 100 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, ”
1.2.3.Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Toplama və çıxma əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
1.2.5. Vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.7. Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.8. Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir.
1.2.9. Bölmə əməlini ədədin bərabər ədədlərin çıxılması kimi modelləşdirir.
1.2.10. Toplamanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.

1.3. 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1.100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir.
1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.
1.3.3. 2, 3, 4 və 5-ə vurma və bölmə cədvəllərini hesablamalarda istifadə edir.
1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır.
1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və bölməyə aid isə sadə məsələləri həll edir.
1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.
2. Cəbr və funksiyalar
2.1. Ədədi və dəyişəni olan ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1. Mötərizəsiz mötərizəli və ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.
2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.2. İfadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

2.2.1. Ədədi ifadələrin müqayisəsini “>”, ”
III sinifin sonunda şagird:

•ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir;

•hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
•hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığı nümayiş etdirir;
•riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir;
•ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir;
•sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir;
•istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir;
•sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir;
•eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir;
•ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür;
•məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir;
•proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.

1.1.1. 1000 dairəsində ədədləri oxuyur və yazır.

1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidlərinin sayını və mərtəbə qiymətini müəyyən edir.

1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, “<", " >“, ”
2.2.3. Sadə tənlikləri həll edir.
2.3. Sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir.

2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin qiymətindən asılı olduğunu başa düşdüyünü nümayiş etdirir.

2.3.2. Kəmiyyətlər arasındakı sadə asılılıqları başa düşdüyünü nümayiş etdirir.
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif tərəflərdən görünüşləri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.
3.2.1. Sadə müstəvi fiqurları tanıdığını nümayiş etdirir.
3.2.2. Sadə müstəvi fiqurları xətkeşin köməyi ilə çəkir.
3.2.3. Sadə fəza fiqurıarını bəzi xassələrini bildiyini nümayiş etdirir.
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın müqayisəsinin nəticəsini şərh edir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
4.2.2. Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.
4.2.3. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmini hesablayır
4.2.4. Vaxtı və vaxt aralığını müəyyənləşdirir.
5. Statistika və ehtimal
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatları toplayır.
5.1.2. Toplanmış məlumatları cədvəl və dioqramların köməyi ilə təqdim edir.
5.1.3.Toplanmış məlumatların təhlili əsasında nəticələr çıxarır.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Müşahidə və sınaqlar əsasında hadisələrin baş verməsi ilə bağlı ehtimal irəli sürür.
IV sinfin sonunda şagird:

•ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasıdakı münasibətləri başa düşdüyünü nümayiş etdirir, sadə kəsrləri tanıyır və şərhlər verir;

•hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir və onlardan istifadə edir;

•ədədlər üzərində hesab əməllərini yerinə yetirərkən və məsəslə həlli zamanı təxminetmə bacarıqları nümayiş etdirir;

•riyazi ifadələrdən istifadə edir və şərhlər verir;
•ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir;
•sadə funksional asılılıqları riyazi ifadə edir və şərhlər verir;

•istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir və şərhlər verir;

•sadə həndəsi fiqurların bəzi xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir;
•eyni adlı kəmiyyətlərin müqayisəsini aparır və müqayisənin nəticəsini şərh edir;
•ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür və nəticəni qiymətləndirir;
•məlumatların təhlili üçün müvafiq metod seçir və tətbiq edir;
•toplanmış məlumatlara əsasən proqnozlar verir, sadə ehtimal anlayışını başa düşür və tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər

1.1. Ədəd anlayışını, ədədin sturukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü və sadə kəsrləri tanıdığını nümayiş etdirir.

riyaziyyat testleri 4 cu sinif

4 cu sinif Riyaziyyat ksq 1/Sınaq/İzə nəşriyyatı Riyaziyyat-4 cu sinif Riyaziyyat testleri

İncəgül İsmayılova İbtidai sinif 4.179 views 4 months ago

Diaqnostik Qiymetlendirme /4 cu sinif Riyaziyyat testləri- Riyaziyyat diaqnostik qiymətləndirmə

İncəgül İsmayılova İbtidai sinif 7.027 views 5 months ago

Səhifə 63 | Test 2 | 4-cü sinif | NAMAZOV | Qiymətləndirmə testləri

Gunel Ekber 177 views 3 weeks ago

4-cü sinif sınaq imtahanı (07.03.2021) Riyaziyyat suallarının izahı

DOSTacademy 25.900 views 2 years ago

Səhifə 55 | Test 7 | 4-cü sinif | NAMAZOV | Qiymətləndirmə testləri

Gunel Ekber 167 views 1 month ago

Səhifə 59 | Test 11 | 4-cü sinif | NAMAZOV | Qiymətləndirmə testləri

Gunel Ekber 1.027 views 1 month ago

4-cü sinif Namazov test səh 63-64. Summativ Qiymətləndirmə

Riyaziyyat dersleri 2.888 views 7 months ago

4-cü sinif Riyaziyyat testi/ Online test

Təhsilə dair 12.159 views 1 year ago

4 cu sinif riyaziyyat ksq 5 / 4 cu sinif riyaziyyat /#sınaq #ksq #test

İncəgül İsmayılova İbtidai sinif 9.903 views 1 year ago

4-cü sinif Namazov test səh 68. Üçbucaqlar

Riyaziyyat dersleri 2.302 views 7 months ago

Səhifə 68 | Test 4 | 4-cü sinif | NAMAZOV | Qiymətləndirmə testləri

Gunel Ekber 209 views 2 weeks ago

4-cü sinif Monitorinq, Summativ sınaq testi | Az- dili, Riyaziyyat, Məntiq, Həyat bilgisi, İngilis d

Mentor 3.201 views 1 month ago

4-cü sinif sınaq imtahanı 18 (11.04.21) Riyaziyyat suallarının izahı

DOSTacademy 5.093 views 1 year ago

4-cü sinif riyaziyyat KSQ-4

Şəlalə Qənbərova 27.970 views 1 year ago

4-cü sinif Riyaziyyat testi/Cavabları ilə

Təhsilə dair 9.599 views 1 year ago

4-cü sinif | NAMAZOV | Qiymətləndirmə testləri | Səhifə 14 |Test 12| Sual 10

Gunel Ekber 105 views 4 months ago

4 cü sinif sınaq imtahanı 8 31 01 2021 Riyaziyyat suallarının izahı

DOSTacademy 23.303 views 2 years ago

Namazov 4-cü sinif Qiymətləndirmə Testləri səh.82 PLAN. MİQYAS

Rauf Mirzeyev 6.583 views 1 year ago

4-cü sinif Namazov test səh 61-62. Summativ qiymətləndirmə.

Riyaziyyat dersleri 4.122 views 7 months ago

Namazov 4-cü sinif Qiymətləndirmə Testləri səh. 77

Rauf Mirzeyev 8.370 views 1 year ago

Comments are closed, but trackbacks and pingbacks are open.