Press "Enter" to skip to content

Dəbi dilin forma və mərhələləri

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu

Hər xalqın həyatında elə insanlar olur ki, onun dəyəri illər ötdükcə daha dolğun, Vətən və millət qarşısındakı xidmətləri daha aydın görünür. Onun həyat yolunun məqamları ilə üst-üstə düşən və tarixi faktlara çevrilən hadisələr araşdırılıb öyrənildikcə bir insan ömrünün mənası qarşısında heyrətini gizlədə bilmirsən.

Söhbət, minnətdarlıq hissi ilə andığımız xidmətlərilə Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmiş böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevdən gedir.

Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə gəldiyi o tarixi qayıdışı ilə xalqımızın iradəsi olan dövlətçilik salnaməsinə “Qurtuluş Günü” səhifəsi yazdığı məqamlardan 27 il ötür. Həmin mürəkkəb ictimai-siyasi situasiyada, 1920-ci ildə qəsb edilmiş milli dövlətçiliyinin bərpasından iki il belə keçməmiş onu itirmək təhlükəsi ilə üzbəüz qalan, üstəlik, vətəndaş müharibəsinin bircə addımlığında dayanan xalqımızda özünə inamı bərpa edən o Qayıdışla bağlı çox, lap çox yazılacağına əminik. Aradan keçən illərin yaradacağı mənzərənin araşdırılacağı şəksizdir və həmin mənzərədə Ümummilli Liderin mühüm dövlət işlərinə həsr olunan fəaliyyətinin digər məqamları kimi, xalqımızın ən böyük maddi-mənəvi sərvəti olan Azərbaycan dilinə qayğı və diqqəti xüsusi yer tutacaq.

Onu qeyd edək ki, bu qayğı və diqqət Ümummilli Liderimizin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi zamanında, 1969-cu ildən özünü göstərib. O həmin illər idi ki, Azərbaycan SSR-nin Rusiyanın dominantlığı ilə yaradılmış İttifaqa daxil etdirilməsindən keçən 50 ilə yaxın müddətdə rus dilinin bütün sahələrdə total tətbiqinə start verilmişdi. Bu, daha çox onunla xarakterizə edilirdi ki, milli respublika olaraq İttifaqın tərkibinə daxil olan subyektlərdən birində həmin subyektivin mütləq əksəriyyət təşkil edən aborigen əhalisinin, azərbaycanlıların əsrlərdən bəri regionun danışıq dili statusu qazanmış dili, Azərbaycan dili diskriminasiyaya məruz qalır, get-gedə ancaq məişət dili səviyyəsinə endirilirdi.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, Ümummilli Liderimiz Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk aylardan dilimizin dövlət dili səviyyəsinə qaldırılması istiqamətində dövlət siyasətinin təməlini yaratdı. Əlbəttə, İttifaqda əsası qoyulan ümumi siyasətin konturlarının sərhədləri və SSRİ-də gedən proseslərin məcrasında aparılan siyasət mərkəzləşdirilmiş şəkildə və ardıcıl olaraq təşkil edilmişdi. 1969-cu ilin yayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev həmin ilin avqust ayında respublikanın başlıca siyasi yığıncağında öz platformasını elan etdi. Tarixə avqust plenumu kimi düşən bu ali siyasi məclisdə məruzə ilə çıxış edən Heydər Əliyev təxirəsalınmaz problemlərdən biri kimi milli ziyalı kadrların yetişdirilməsi və onların qarşısında dayanan perspektiv məsələlərdən danışdı. Həmin tarixi yığıncaqdan iki ay sonra,1969-cu ilin oktyabrında Bakı Dövlət Universitetinin 50 illik yubiley yığıncağında Ümummilli Lider bir daha iki ay əvvəl qaldırılan məsələyə qayıtdı. Heydər Əliyev o yubileyi bir xalqın cəhalət üzərindəki ilk və əsaslı təpkisi, onun gələcəyi maariflənmədə görən və bu yolda dönməzliyinin göstəricisinin ildönümü kimi təqdim edirdi. O, gizlənilməsinə ehtiyac belə görmədiyi bir qürur və fərəh hissi ilə universitetin yaranma şəraiti, həmin şəraitə impuls verən hadisələri xatırladırdı: “Əziz yoldaşlar, dostlar, hörmətli qonaqlar! Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində, ölkədə vətəndaş müharibəsi alovlandığı bir vaxtda yaradılmışdır. . İnqilab dalğasının təlatümü içərisində Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elmi xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunu idi”.

Bakı Dövlət Universitetini Azərbaycan ali məktəblərinin flaqmanı hesab edən Ümummilli Liderimiz böyük fərəh hissi ilə yada salır ki, onun ətrafında yaranan ali məktəblər Azərbaycanın gələcəyini müəyyənləşdirən işıqlı insanlar üçün müqəddəs ocağa çevrilib. O, qiymətin məhz bu yönümdə verildiyini təkrar-təkrar yada salır, xüsusi nikbinliklə cəmiyyətin gələcəyi haqqında danışırdı: “Bu gün, Azərbaycan Dövlət Universitetinin keçdiyi yarıməsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübut etmişdir. Universitetin tarixi xidməti bundan ibarətdir ki, o, Azərbaycan ali məktəbinin bünövrəsini qoymuşdur. V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu universitetin divarları arasında yaranmış, qüvvə toplamış və müstəqil inkişaf yoluna qədəm qoymuşdur”.

Bakı Dövlət Universitetinin yubiley tədbirindəki çıxışı ilə Heydər Əliyev ona qədər yaranmış stereotipi dağıtdı. Belə ki, Azərbaycanda sovetləşmədən sonra birmənalı qəbul olunmuş normalardan biri rəsmi tədbirlərin rus dilində aparılması idi. Həmin tədbirdə Heydər Əliyevin, hamının gözlədiyi kimi, rus dilində deyil, Azərbaycan dilində nitqinə başlamasının özü bir ildırım effekti yaratdı.

Sonralar Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövrünün nəticələrinin təhlili göstərəcəkdir ki, deyilən bütün sözlər həyata keçmiş, ölkə həyatının müxtəlif sahələri kimi, inkişaf və quruculuq işləri elm və təhsil sahəsindən də yan ötməmişdir. İstər ölkənin iqtisadiyyatı, istərsə də sosial həyatındakı statistik rəqəmlərin yaratdığı mənzərədə həmin inkişafın spektrlərini görmək olardı. Aqrar bir ölkənin güclü sənaye mərkəzləri yaranır və şaxələnirdi. O illərdə elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə də keyfiyyətli dəyişikliklər baş vermişdi.

Bu, bir həqiqətdir ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının dilinin, mənliyinin, milli şüurunun, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi keşiyində durub və bu sahədə çalışanların əməyinə yüksək qiymət verib. “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərir”- sözləri həmin qiymətə böyük dövlət adamının hansı dərəcədə həssaslıqla yanaşdığının göstəricisi kimi yadda qalacaq.

Azərbaycan dilinin inkişafında xidmətləri ilə Heydər Əliyev özü həmişə nümunə olmuşdur. O hesab edirdi ki, şəxsi nümunədən təsirli hansısa bir vasitə yoxdur. Aradan keçən əlli illik müddət Ümummilli Liderin başladığı və bu gün də dil sahəsində dövlətin aparıcı siyasətini təşkil edən kursun düzgünlüyünü təsdiq edir. Bunun üçündür ki, Azərbaycan dilinin inkişaf etdirilməsində, qiymətləndirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini hətta onun siyasi opponentləri belə etiraf edirlər. Heydər Əliyev bütün rəsmi yığıncaqlarda, tədbirlərdə rəhbər şəxslərin rus dilində çıxış etməsinin ənənəyə çevrildiyi bir vaxtda – 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda öz ana dilində, Azərbaycan dilində çıxış etməsi ilə ölkədə geniş yayılmış stereotipi sındırdığını qeyd etmişdik. Respublikada böyük məmnuniyyət hissi ilə qarşılanan həmin çıxış o dərəcədə ictimai əhəmiyyət kəsb edirdi ki, Azərbaycan dilində etdiyi uğurlu çıxışa görə hətta onu təbrik edənlər olurdu və onlar saysız-hesabsız idi.

Fikrimizcə, ona görə həmkarlarımın, ölkənin dilçi alimlərinin o qənaətləri ilə razılaşmamaq çətindir ki, Heydər Əliyevin Azərbaycan dili ilə əlaqədar düşüncələri 70-ci illərdə onun respublikaya rəhbərliyinin ilk onilliyi dövründə təşəkkül tapıb formalaşmışdır. Ümummilli Liderimiz Azərbaycana rəhbərliyinin birinci dönəmində haqqında danışdığımız məsələ, Azərbaycan dilinin layiq olduğu status məsələsinin rəsmiləşdirilməsi istiqamətində atdığı mühüm addımlardan biri SSRİ-də baş vermiş mühüm siyasi hadisələrlə bağlıdır. 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edilir. Bu Qanundan doğan tələblər əsasında ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası Azərbaycan SSR-nin yeni Konstitusiya layihəsini hazırlayaraq ümumxalq müzakirəsinə çıxardı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və SSRİ-nin ali siyasi rəhbərliyini inandırması nəticəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı. Konstitusiyanın 73-cü maddəsində göstərilirdi: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Onu qeyd edək ki, doğma dilinə münasibətdə bu, atılan addımların davamı idi. Ona qədər respublikamızda ana dilimizin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işlərinin aparılması sistemli şəkil aldı. Təsadüfi deyil ki, hələ 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycanın Dövlət mükafatına layiq görülmüş, ardınca SSRİ Elmlər Akademiyasının türk dillərinin tədqiqi istiqamətində yeganə elmi orqanı olan “Sovetskaya Türkologiya” jurnalının Bakıda nəşrinə başlanılmışdı.

Bu siyasət onun ikinci dəfə suveren Azərbaycan Respublikasının rəhbərliyinə gəlişindən sonra daha inamlı davam etdirildi.

Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilir. Onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunması bu yönümdə atılan əsaslı addımlardan biri idi. Dövlətimizin başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi dilin barometri olan dilçiliyin inkişafı üçün əsas sənədlərdən oldu.

Dünyanın ən təcrübəli siyasətçilərindən olan müasir Azərbaycan dövlətçiliyinin memarı mənsub olduğu xalqla qürur duyur, bununla fəxr etdiyini deyir və haqlı olaraq doğma dilinin inkişafı üçün əlindən gələni edirdi. O, haqlı olaraq hesab edirdi ki, hər bir dil öz xalqının dünyagörüşünün, intellektual səviyyəsinin və mənəviyyatının başlıca göstəricisidir.

Ədəbi dilin forma və mərhələləri

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Bundan başqa, Həsənoğlunun qəzəlləri, “Dastani Əhməd Hərami” və bu qəbildən olan əsərlərin dil xüsusiyyətləri Azərbaycan ədəbi dilinin çox-çox qədimlərdən fəaliyyət göstərdiyini bir daha təsdiq edir. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə – əski və yeni dövrlərə bölünür. Əski dövr təxminən XIII-XVII əsrləri, yeni dövr isə XVII əsrdən sonrakı mərhələni əhatə edir.

Əski dövr
Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən dilxarici və dildaxili xüsusiyyətləri ilə seçilir.
Dövrlər arasındakı fonetik fərqlər güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyəvidir. Birinci dövrə xas olan o//a sait, t//d, m//b, h//q//x samit müvaziliyi artıq birincilərin (o və t, m, h) qələbəsi ilə nəticələnir: av-ov; dutmaq-tutmaq; bən-mən; qanı-xanı-hanı və s.
Bu dövrdə əski Azərbaycan ədəbi dilinin Osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliyini itirməyə başlayır. Bu, türk ədəbi dillərinin ayrılmasının (diferensiasiyasının) başa çatmasının nəticəsi idi. Eyni zamanda, bu dövrdə əski Azərbaycan türkcəsi üçün fəal sayılan sözlər də (sayru – xəstə, güz-payız, görklü-gözəl, tanıq-şahid, uçmaq-cənnət, ayıtmaq-demək və s.) arxaikləşməyə başlamışdır.
Qrammatika sahəsində də oxşar vəziyyət özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin –yi, – yı, – yu, – yü// – ni, – nı, – nu, -nü müvaziliyi ikinci dövrdə aradan çıxmışdır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//- əcək, III şəxs –dürür şəkilçisi isə -dür (hökmdürür-hökmdür) şəkilçisinə vermişdir və s.
Sintaktik sahədə əski dövr Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb-fars izafətinə uyğunlamışdır. Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir: çeşmi-giryan-göz yaşı, saliki-rahi-həqiqət-həqiqət yolunun yolçuları və s. İkinci dövrdə isə əksinə, təyin edən söz təyin olunan sözdən bir qayda olaraq əvvəl gəlmişdir.
Əski dövrdə əsasən iki üslub özünü göstərirdi: klassik-kitab və danışıq-folklor üslubu. Üslubların formalaşması və inkişafı baxımından bu dövrü iki yarımmərhələyə bölmək olar: 1) ən qədim dövrlərdən XII əsrin sonlarına qədər. Bu, Azərbaycan ədəbi dilinin formalaşmasının başlanğıcıdır. Şifahi dil abidəsi mövcuddur. Yazılı ədəbi nümunələr dolayı faktlarla təsdiq olunur. 2) XIII əsrdən XVII əsrin əvvəllərinə qədərki mərhələ. Bu mərhələdə kitab üslubu formalaşır. Onun dili əcnəbi dil ünsürlərinin çoxluğu ilə səciyyələnir. Azərbaycanda dövlət dili kimi ərəb və fars dilləri işləndiyindən bu üslub sürətlə inkişaf edir və aparıcı mövqeyə çıxır. Danışıq-folklor üslubu onun ardınca gəlir. Təbriz-Şirvan dialektləri ədəbi dilin konyesi kimi çıxış edir.

Yeni dövr
Azərbaycan ədəbi dilinin bu dövrü üç mərhələni əhatə edir: 1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr); 2) milli dilin yaranması və və inkişafı mərhələsi (XIX əsr və XX əsrin birinci rübü); 3) müasir mərhələ (XX əsrin birinci rübündən sonra).
Bu dövrdə Azərbaycan dili böyük inkişaf mərhələsinə (milli ədəbi dilin təşəkkülü və inkiafı mərhələsi) çatmışdır. Bu dildə seirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və jurnallar nəşr olunmağa başlamış, bəzi rəsmi sənədlər tərtib edilmiş, elmi araşdırmalar aparılmışdır.
XX əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç əsas meyl özünü göstərir: 1) Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu, özünün bariz şəklini “Molla Nəsrəddin” jurnalının yazılarında, C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi yazıçıların əsərlərində tapmışdır; 2) Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin, Ə. Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü göstərir. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi; 3) Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Heç bir dialekt təsirini qəbul etməyən bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 30-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması oldu.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir.
Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında (1978) təsbit olunmuşdur. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumu ilə “Azərbaycan dili” yeni Konstitusiyada da dövlət dili kimi öz əksini tapdı.
Azərbaycan ədəbi dili xalq danışıq dilinin cilalanmış, ciddi fonetik, leksik, qrammatik və üslubi normalarla cəmyyətə yüksək səviyyədə xidmət göstərən formasıdır.
Ədəbi dilin yazılı və şifahi formaları vardır. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir, o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir.

49. xudiyev n. azrbaycan dbi dili lüğt trkibinin inkişafı

Hər bir dili yaşadan, inkişaf etdirib gələcək nəsillərə ötürən onun mənsub olduğu xalqdır. Məşhur ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərli yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır.” Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Elmi, bədii, üslubi imkanları ilə sayılıb-seçilən bu dil xalqımızın, mədəniyyətimizin ən dəyərli, orijinal göstəricisidir. Bu məqamda görkəmli türk alimi Mehmet Hengirmenin sözlərini xatırlatmaq yerinə düşər. O yazırdı: “Dil olmayınca düşüncə olmaz. Düşüncə olmayınca da heç bir şey olmaz, millət, yüksəliş olmaz.”

Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.

Dilçi alim, filologiya elmləri doktoru, professor N.Xudiyev yazır: “Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.”

Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi. Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan . nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Hələ o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi.

Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderimizin atdığı tarixi addımlardan biridir. Bu qanunla idarə, müəssisə və təşkilat adları lövhələrdə ilk növbədə ana dilimizdə, sonra xarici dildə yazılmalıdır. Bu isə Azərbaycan dilinin yüksəlişi, tərəqqisi yolunda daha bir yenilik idi.

Dahi rəhbərin dilimiz haqqındakı yüksək fikirlərinə onun gənclərlə, xüsusilə tələbələrlə görüşlərindəki çıxışlarında tez-tez rast gəlirik. Tələbələrlə görüşlərinin birində ulu öndər Heydər Əliyev demişdir: “Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz.”

Hər bir xalqın milli varlığının təcəssümü, daşıyıcısı olan doğma dilin tərəqqisinin, statusunun, işlənmə dairəsinin yüksək səviyyədə təsbit olunması müstəqil dövlət quruculuğu prosesində, milli-mənəvi həmrəyliyin təmin edilməsində ən vacib faktorlardan biridir. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Ulu Öndərin azərbaycançılıq təlimində ana dilinin roluna verilən aşağıdakı qiymət, irəli sürülən dəyərli tövsiyələr bu baxımdan xarakterikdir: “Hər bir Azərbaycan gənci. birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin.”

Dilimizin inkişafı, sürətli tərəqqisi istiqamətində dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Lakin bu yazıda biz görülən işlərə çox qısa nəzər saldıq. Deyilənlər bir daha göstərir ki, XX yüzilliyin ikinci yarısında və əsrimizin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin intellekti, uzaqgörən siyasəti, dönməz fəaliyyəti sayəsində ana dilimizin hərtərəfli inkişafı və dövlət dili statusu təmin edilmişdir.

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Biz inanırıq ki, yetişən gənc nəslin və ümumiyyətlə, Azərbaycan xalqının bacarıq və iradəsi ilə dilimiz daha da inkişaf edib zənginləşəcək və bütün dünyada beynəlxalq danışıq dilinə çevriləcəkdir.

Rəşad Zülfüqarov,

AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru

Comments are closed, but trackbacks and pingbacks are open.