5 oktyabr mülli m günü
Müəllimlər qızıl qanadlı kəpənəklərdir. Çiçəklərin arasında yorulmadan uçurlar. Çiçəklərinə toz qondurmamağa çalışırlar. Bayramınız mübarək olsun.
5 Oktyabr Müəllimlər günü
Hər il oktyabrın 5-i Müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən «Müəllimlərin statusu haqqında»adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə «Müəllimlər günü» qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
P.S: Bütün məsləkdaşlarımı təbrik edirəm.
- Teqlər:
- tarixi günlər
- , müəllimlər günü
5 oktyabr mülli m günü
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür
Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur
Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.
Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: �Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır�. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.
Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: �Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?� Ümummilli lider müəllimlərin əməkhaqlarının artırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəf ələrlə sərəncamlar imzalamışdır.
Ulu öndərin siyasi kursunun uğurlu davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Hələ 2004-cü ildə cənab Prezidentimiz �2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı�nın qəbul edilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdır. Bu gün Təhsil Nazirliyi müəllimlərin seçilməsi və işə təmin edilməsi sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətirndə bir sıra əhəmiyyətli addımlar atır.
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki , müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib. Təhsil naziri Misir Mərdanov Azərbaycan müəllimlərinin 2008-ci il sentyabrın 22-də keçirilən XIII qurultayındakı məruzəsində demişdir: �Təkcə son beş ildə 700-dən çox təhsil işçisi Prezident sərəncamları ilə dövlət təltifinə layiq görülmüşdür ki, bu da bütövlükdə sovet dövründə təltif olunanların sayından xeyli artıqdır. Elə Beynəlxalq Müəllimlər Günü ərəfəsində (30 sentyabr 2009-cu il) cənab Prezident �Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında� s ərəncam imzalamışdır. Bu sərəncama əsasən müəllimlərin bir qrupu �Əməkdar müəllim� fəxri adına layiq görülmüş, yaxud �Tərəqqi� medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, müəllim əməyinə dövlət qayğısı bu gün də diqqət mərkəzindədir.
Bir maraqlı məqama da diqqət yetirmək lazımdır. Bu vaxta kimi Təhsil Nazirliyi özü ən yaxşı müəllimləri mükafatlandırır, müəllimlər arasında keçirilən müsabiqə qalibləri �ilin ən yaxşı müəllimi� fəxri adı ilə təltif olunurdu. Lakin 2008-ci ildən etibarən ölkənin tarixində ilk dəfə olaraq Prezidentin sərəncamı ilə hər il ölkədə �ən yaxşı ümumtəhsil məktəbi�, �ən yaxşı müəllim� nominasiyaları üzrə ümumrespublika müsabiqəsi keçirilir və qalib məktəblər 10000 manat, müəllimlər isə 5000 manat məbləğində m ükafatlandırılır. Bu yaxınlarda 2009-cu ilin qalibləri də müəyyənləşdirilmiş və Prezidentin xüsusi sərəncamı ilə mükafatlandırılmışlar. Bu müsabiqələrin keçirilməsi müəllimlər arasında sağlam rəqabəti gücləndirmiş, onların yaradıcılıq və təşəbbüskarlıq meyllərini artırmışdır. Belə müsabiqələrin keçirilməsi həm də təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Azərbaycanda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz müəllim kadrları hazırlamaq sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti ilə yanaşı, son illər Azərbaycan Müəllimlər İnstitutu və onun filialları da yüksək ixtisaslı müəllim kadrları hazırlayırlar. Bir vaxtlar M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu adlanan, hazırda Bakı Pedaqoji Kolleci adı ilə fəaliyyət göstərən təhsil ocağının bu sahədəki fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır.
Son statistikaya görə, ölkədə 4546 təhsil müəssisəsində 1 milyon 700 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 166 min 764 nəfər pedaqoji işçi məşğul olur. Uşaqlarımızın təhsil və tərbiyəsi ilə məşğul olan bu insanların əməyi bir də ona görə çox əhəmiyyətlidir ki, onlar müstəqil Azərbaycanımızın gələcəyinin qurucularını hazırlayırlar.
Ancaq ölkədə pedaqoji kadr çatışmazlığı ilə bağlı problem hələ də qalmaqdadır. Bu gün ucqar rayonlardakı dağ kəndlərində belə problemlər var və onun aradan qaldırılması üçün dövlətimiz davamlı olaraq tədbirlər həyata keçirir. Bu barədə təhsil naziri Misir Mərdanov müəllimlərin XIII qurultayında demişdir: �Əgər 5 il əvvəlki dövrə nəzər salsaq, kənd yerlərində 7 min nəfərədək pedaqoji kadra ehtiyac yaranması ciddi narahatlıq doğururdu. Bu problemin həllində Azərbaycan hökumətinin 2004-cü ilin noyabrında təsdiq etdiyi �2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı� mühüm rol oynadı. Proqrama əsasən, indiyədək ucqar kənd məktəblərinə güzəştli şərtl ərlə 4788 müəllim göndərilmişdir. 2009-cu ildə isə daha 1308 müəllimin ucqar kənd məktəblərinə təyin olunması nəzərdə tutulur”. Söz yox ki, bu yerlərə göndərilən müəllimlərə dövlət tərəfindən güzəştlər də edilir.
Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən Britaniya Şurası, UNİSEF və digər qurumlarla Təhsil Nazirliyinin əməkdaşlığı xeyli fayda vermişdir. Belə ki, 12 min müəllim müasir təlim strategiyaları əsasında təşkil olunan treninqlərdən, öyrədici təlim kurslarından keçirilmiş, eyni zamanda 950 nəfər xüsusi kurslar vasitəsilə �məşqçi müəllim� kimi hazırlanmışdır.
Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.
Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəm əyəcəklər. Bayramınız mübarək, əziz müəllimlər!
Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 8.
Müəllimlər günü təbrik mesajları və təbrik yazılı şəkillər
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Müəllim adına layiq olan, müəllim adını daim uca tutan zəhmətkeş insanları təbrik etmək üçün ən gözəl müəllimlər günü təbrik mesajlarını toplamışıq.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Hər kəsin borcudur ki, 5 oktyabr günü öz müəllimlərini yada salsın, onları təbrik etsin. Bu məqsədlə məqaləmizdə müəllimlər gününə aid təbrik yazılı şəkilləri telefonunuza endirərək whatsapp statusda, instagram story-də paylaşaraq və ya elə müəlliminizin özünə göndərərək onları təbrik edə bilərsiniz.
Nəsillər yetişdirən, ailəsinə, cəmiyyətə və ölkəsinə faydalı xidmət göstərən dəyərli müəllimlərin bayramını təbrik etmək üçün təbrik mesajları.
Ən gözəl müəllimlər gününə aid təbrik mesajları 2020
Dünyanın ən gözəl müəlliminin bayramı mübarək olsun.
Müəllim sakitliklə qarışan və bədəndə təcəssüm olunan mərhəmət formasına bənzəyir . Günəşi kölgəsində belə gizlədən həyat mənbəyi parlaq günəşdir. Hər səhər nağıl həyəcanı və büllur sevinclə məktəbə getməyimin ən böyük səbəbi. Gününüz gününüzdən daha yaxşı olsun, gələcəyimin memarı, əziz müəllimim .
Müəllim özünü yandıran və başqalarına işıq verən lampaya bənzəyir. Həmişə fədakar, həmişə çalışqan. Gələcək nəsillər üçün zəhməti keçən çox dəyərli müəllimlərin müəllim gününü təbrik edirəm .
Min sevgiylə min uşağa bölünmüş yorulmaz peşələrini edən bütün müəllimlərə min şükür.
Bir aydınlığı sabahlara hazırlayan bütün müəllimləri Müəllimlər Günü münasibətilə təbrik edirik.
Müəllim, əli öpüləsi insan deməkdir. Bayramınız mübarək.
Anam və atamdan sonra ən çox etibar etdiyim insana – müəllimimə sayğılarımı çatdırıram.
Cəmiyyətlərin sivilizasiya səviyyəsi müəllimə verilən dəyərlə ölçülür. 24 Noyabr Müəllimlər gününüz mübarək, əziz müəllim.
Müəllim bağban kimidir. Ən gözəl çiçəkləri yetişdirir. Şikayət etmədən, yorğun olanı bilmədən, yorulmadan onları qidalandırır, işıqlandırır və sulayır. Sənin çiçəyin kimi fəxr edirəm müəllim.
Gözəl ölkəmizin insanlarını fədakarlıqla böyüdən və təhsil naminə əməyini fəda edən müəllimlərimiz, hər şeyin ən yaxşısına layiqsiniz. Müəllimlər gününüz mübarək .
Əziz, dəyərli müəllimim, nə yaxşı ki, varsan. Müəllimlər Günün mübarək.
Sən bir işıqsan və biz də o işığa ehtiyacı olan və onunla işıqlanmaq istəyən şagirdlərik. Müəllimlər gününüz mübarək əziz müəlliməm.
Müəllimlər günü münasibətilə bütün müəllimlərimizi səmimi arzularımla təbrik edirəm.Müəllimlərimiz kitabdan deyil, ürəkdən öyrədirlər.
Türkiyə Cümhuriyyəti, səylərinizlə elmin işığında yaşı tutacaq, müəllim. Sizə və bütün həmkarlarınıza Müəllimlər Gününüz mübarək .
Ölkəmizi aydın, işıqlı səhərlərə çıxarmaq üçün səy göstərən müəllimlərin günü mübarək olsun.
Ümummilli Lider Heydər Əliyevin müəllimlər haqqında dediyi gözəl sözlər
Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. (Heydər Əliyev)
Müəllimlik sənəti şərəfli bir sənətdir. (Heydər Əliyev)
Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. (Heydər Əliyev)
Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. (Heydər Əliyev)
Bir millətin müasir ölkələr səviyyəsinə çatma qabiliyyəti; Yalnız keyfiyyətli və elmi metodlarla təhsil və təlim keçməklə mümkün ola bilər. Müəllimlər gününüz mübarək əziz müəlliməm .
Siz sevgiyə və hörmətə layiqsiniz, buna görə də sizə ən böyük xoşbəxtliyi diləyirəm . Müəllimlər gününüz mübarək, əziz müəllimim.
Əziz müəllimlər gününüz mübarək olsun
Siz bir şam işığı, biz də o işıqdan yararlanan tələbələrik. Müəllimlər Gününüz mübarək.
Gələcəyimiz sizin zəhmətiniz müqabilində daha gözəl olacaq. Gününüz mübarək.
Müəllimlər bir rəssam kimidir, nə qədər çox öyrədərsə, gələcəyin mənzərəsi o qədər gözəl və qürurlu olar. Sizin sayənizdə gələcəyimizin də çox yaxşı olacağına əminik. Çox sağ olun, Müəllim.
Müəllimlərimiz həyat mənbəyidir. Candır cəhalətin düşmənidir. Bizi həyata hazırlayan bütün müəllimlərimizə müəllimlər gününüz mübarək .
Ölkəmizin fədakar müəllimləri, siz hər şeyin ən gözəlinə layiqsiniz.
Üzərimdə əməyi olan bütün müəllimlərin bu mübarək gününü ən xoş arzularla təbrik edirəm.
Özüm də daxil olmaqla bütün müəllimlərin bayramı mübarək olsun.
Müəllim də ata və ana qədər müqəddəsdir. Bayramınız mübarək!
Müəllim doğan günəşə bənzəyir. Ətrafı işıqlandıraraq qaranlığa meydan oxuyur. Müəllimlər Gününüz mübarək.
Sən bağımda yeganə gül, qəlbimdə tək cansan. Bayramın mübarək, əziz müəllimim.
Müəllim ana yarısı deməkdir. Bəzən ən yaxşı dost. bəzən boynunu qucaqlayıb ağlaya biləcəyin bir dost. Gözlərinə baxanda hisslərinin çoxunu anlayan ən yaxşı sirdaşdır. Müəllimlər gününüz mübarək, əziz müəllimim.
Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi, xüsusən də məni yetişdirən bütün müəllimləri ürəkdən təbrik edirəm.
Bu gözəl gündə sizə xoşbəxtlik arzu edir, əllərinizdən öpürəm.
5 oktyabr təbrik mesajları
“Mənə bir hərf öyrədənin qırx il qulu olaram” deyirlər. Mənsə sizin ölənədək qulunuz olaram. Gününüz mübarək.
Bütün həmkarlarımı bu gözəl gün münasibətilə təbrik edirəm . Mənim kimi bir müəllim məni böyütdü, ibtidai sinif müəllimimi heç unutmadım və unutmayacağam, onun sayəsində müəllim oldum.
Yalnız müəllimliyi bir iş olaraq görənlərdən deyil, həm də bu işə ürəkdən yanaşanlardan birisiniz. Bizi yalnız məlumatlarla deyil, həm də həyat təcrübənizlə də işıqlandırdınız. Buna görə də əminəm ki, müəllim olmaq üçün doğulmusunuz və müəllimlik sizin üçün ən yaxşısıdır .
Təhsilimdə fərq yaradan və təhsilinizi əsirgəməyən əziz müəllimimin bu xüsusi günü münasibətilə sizi ürəkdən təbrik edirəm.
Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir (M. K. Atatürk). Müəllimlər gününüz mübarək.
İnsan ağac əkməsə meyvəsini gözləməz. Hər il neçə-neçə ağaclar əkən müəllimlərimizi təbrik edirəm.
Bizimlə həyatı paylaşan, bizə həyatı öyrədən, yol göstərən bütün müəllimlərin Müəllimlər Günü mübarək olsun.
Bildiklərini bizə öyrətdin, bizi faydalı insanlara çevirdin. Qələmin qılıncdan iti olduğunu səndən öyrəndik. Müəllimlər Gününüz mübarək!
Müəllimlər qızıl qanadlı kəpənəklərdir. Çiçəklərin arasında yorulmadan uçurlar. Çiçəklərinə toz qondurmamağa çalışırlar. Bayramınız mübarək olsun.
Vətənin dörd bir tərəfində fədakarcasına çalışaraq bu ülvi tapşırığı layiqincə yerinə yetirən bütün müəllimlərimizin gününü təbrik edirik.
Müəllim şagirdlərin üzərində əsən şəxsdir, köynəyimizin düyməsi açıldıqda əliylə örtən, alnımız tərləyəndə dəsmalı ilə silən, ayağımıza daş dəysə bizdən əvvəl üzüləndir. Müəllimlər Gününüz mübarək!
Həqiqətə, gözəlliyə yol açan odur. Şagirdlərə həm atadır, həm də ana. Əli öpüləsi fədakar insan məhz odur. Bayramınız mübarək, əziz müəllimlər.
Sən işıq yolusan. Bizi aydınladan məlumat mənbəyisən. Həkim, vəkil, hakim sənin əməyinin bəhrəsidir. Müəllimlər günün mübarək olsun.
Comments are closed, but trackbacks and pingbacks are open.