Press "Enter" to skip to content

5 Oktyabr. Müəllim s

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr tarixinin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu bayramın beynəlxalq səviyyədə keçirilməsi, həqiqətən də, böyük sevginin bəşəri təcəssümünü özündə ehtiva edir. Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyət formalaşdığı bir zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir.

Bu cur məfhumları özündə cəmləşdirən peşə sahibinin peşə bayramının respublika səviyyəsində qeyd olunması ona olan qiymətin bir ölçüsüdür. Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan elə müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən bir nümunədir. Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri bu ad qarşısında adiləşir, öyrənməyə və nəyisə əxz etməyə çalışırlar. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Ümummilli Lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır.

TƏHSİLDƏ ƏLDƏ OLUNAN YENİLİKLƏR AZƏRBAYCAN ELMİNİN DÜNYAYA İNTEQRASİYA SÜRƏTİNİ ARTIRIB

Dünyanın dərk edilməsi elmdə olduğundan, müəllimə bütün zamanlarda ehtiyac duyulur. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğuğunu dərk edərək, onun vücudu qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlayır. Elm və savadla bahəm, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, hər bir müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyətləri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyur. Müəllim pedaqoq və psixoloqdur. Müəllim özünü tərbiyə edib, özündə kamil insani sifətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır. Özünə aşıladığı bu sifətləri mütləq cəmiyyətə də aşılayacaq. Belə bir cəmiyyətdə missiya daşıyıcısı olan müəllimə yetirilən diqqət də yetərincədir.

Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək, dövlətin güclü silahı olan elmi inkişafdadır. Ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. İyirmi birinci yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.

MİLLİ TƏHSİL QURUCULUĞU STRATEGİYASI ÖLKƏNİN TƏRƏQQİ VƏ İNKİŞAFINA ZƏMİN YARADIB

Dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Dövlət proqramlarının icrası nəticəsində, son 15 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində, təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Ölkəmizdə aparılan yenidənqurma işləri, iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar təhsilin inkişafına birbaşa təsirini göstərir. Təhsilin səviyyəsi keyfiyyət baxımından, yeni mərhələni yaşayır. Müasir gənclik sabit ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkərək, Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına gətirib çıxarır. Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaratdı. Bu gün Ulu Öndər Heydər Əliyevin maarifçilik ideyalarını Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva əzmlə və uğurla həyata keçirir.

Son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə, heç bir dövrdə olmadığı qədər, yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici haldır ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.

Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə, öz mükəmməlliyi ilə seçilir. Heydər Əliyev Fondu ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər və şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni və müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir və tədrisin səviyyəsini yüksəldir.

XALQIMIZIN MİLLİ TƏFƏKKÜRÜNDƏ MÜƏLLİM ADI HƏR ZAMAN UCALIQ, ZİYALILIQ VƏ MƏNƏVİ SAFLIQ RƏMZİ

KİMİ TƏCƏSSÜM OLUNUR

Bu gün təhsilin keyfiyyətinin artırılması, daha savadlı kadrların seçilməsi məqsədi ilə müəllimlərin işə götürməsi müsabiqə yolu ilə aparılır. 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci və ikinci mərhələsi üzrə 4053 müəllim işə qəbul edilib. Əlbəttə ki, bu proseslərdən keçən müəllim savadlı olaraq yeni texnologiyanı tam qəbul edən müəllim kimi fəaliyyətə başlayır. Azərbaycanda təhsilə verilən qiymət və diqqət artıq təhsilin keyfiyyətcə yeniləşməsinə gətirib çıxarıb. Gələcəyin inkişafı onun təhsilindən başlayır. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir”. Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq edilir. Buna görə də məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilməlidir. Müəllim hər bir yeniliyi izləyərək, onu tətbiq etməlidir. Müəllim savadı və dünyagörüşü ilə böyük bir nəsli tərbiyə edir. Bütün dünyada gedən prosesləri izləyir və ölkəmiz üçün vacib olan məsələləri şagirdlərə çatdırır. Bu günün məktəblisi, gələcəyin əsgəri və vətəndaşıdır. Bu prizmadan çıxış edərək, yüksək bilikli şagird yetişdirməklə, müəllim cəmiyyətə sağlam ruhlu vətəndaş hazırlamalıdır. Müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir.

Dərindən fikirləşsək, görərik ki, cəmiyyətdə müəllimin əməyi böyükdür və gələcəyin inkişaf etməsində və tərəqqisində bugünkü şagirdlərin böyük rolu olacaq. Təməli məktəb partaları arxasında qoyulan şagirdlər, məhz bu gün müəllimin böyük zəhməti sayəsində inkişaf edir. Xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir.

Vətənə layiqli vətəndaş yetişdirən müəllimin əməyi çox böyük olduğundan, onun bu peşədən qürur duymağa və fəxr etməyə haqqı var.

5 Oktyabr. Müəllim nüfuzu. Thomas.

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.

Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.

Son illər islahat adıyla və guya şəffaf işləyən Tomas və onun yaxın ətrafı məkqsədli şəkildə, Azərbaycan müəlliminin nüfuzunu yerlə yeksan edən addımlar atmaqdadır. Bir neçə gündən öncə ölkənin müxtəlif saytlarında, Təhsil Nazirliyinin tərəfində ənənəvi hal almış şou xarakterli bəyanatın yenidən səslənməsi təəssüf doğurur. Belə ki, 5 oktyabr Beynəlxalq Müəllimlər günü və 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində Təhsil Nazirliyinin yüksək vəzifə tutan əməkdaşlarının ( Tomasın yaxın ətrafdakıları) ümumitəhsil məktəblərində, guya pul toplanması və ya hədiyyələrin tələb olunması ilə bağlı və buna qarşı Təhsil Nazirliyinin sərt tədbir aparacağı ilə bağlı xəbərlər tirajlanır.

Cəmiyyətə belə bir fikir aşılanır ki, ümumitəhsil məktəbinin hər bir müəllimi məktəbə 5 oktyabr və 8 martda pul toplamağa və hədiyyə tələb etməyə gəlir. Mən tək-tək məktəblərdə bu və ya başqa dərəcədə neqativ hallarının olmasını inkar etmirəm. Lakin, fərdi qaydada olan belə neqativ halların ictimailəşdirərək Azərbaycan müəlliminin nüfuzuna xələl gətirməsini qəbul etmirəm. Müəllimin nüfuzdan düşməyi təhsilimizə ciddi zərbədir. Təhsilimizə vurulan zərbə isə dövlətçiliyimizə, gələcəyimizə vurulan zərbədir. Və bu zərbələrin məqsədli şəkildə aparılması Tomas və onun cinayətkar qruplaşmasının məqsədli şəkildə həyata keçirtdiyi xəyanətkar planının bir hissəsidir.

Bu gün ümumitəhsil məktəblərimizin əksəriyyətində xüsusiylədə BŞTİ-yə tabe olan ümumitəhsil məktəblərinin direktorları (yeni təyin olunmuş direktorlar bu mövzuda xüsusiylə canfəşanlıq edirlər) bir həftədir ki, məktəblərdə iclaslar keçirir, müəllim və valideynlərə guya neqativ halların qarşısını almaq məqsədiylə mənəvi və psixoloji təzyiqlər göstərirlər. Cəmiyyətdə (valideynlər arasında) müəllimləri dilənçi, valideynlərdən pul uman, cinayətkar kimi aşağılayıcı təsəvvür yaratmağa çalışırlar.

Bir daha qeyd edirəm ki, məqsədli şəkildə həyata keçirilən bu iyrənc addımlar Azərbaycan müəlliminə qarşı haqsızlıqdır. Azərbaycan müəlliminin timsalında təhsilimizə qarşı atılmış xəyanətkar addımdır. Bir daha qeyd edirəm ki, ayrı-ayrı məktəblərdə fərdi qaydada bu kimi neqativ hallar varsa, ona qarşı mübarizə ictimailəşdirilməməlidir və mübarizə də fərdi qaydada aparılmalıdır.

Üzümü buradan valideynlərə tutub deyirəm ki, müəllim sənəti, peşəsi ən uca şərəfli peşədir. Müəllim ən böyük tərifə, ən böyük diqqətə, ən böyük alqışa layiqdir. Müəllimi təbrik etmək üçün, kütləvi şəkildə pul toplanması yol verilməzdir. Eyni zamanda, heç bir müəllim onun peşə bayramı günündə təbriksizdə qalmamalıdır. Ən böyük hədiyyə müəllimlərə qarşı olan diqqət və qayğıdır. Bu qayğı və diqqəti müəllimlərimizdən əsirgəməyin.

Dəyərli müəllimlər,əziz həmkarlar !İnanıram ki,təhsilimizin və təhsil işçilərinin başının üstünü alan bu qara buludlar cənab Prezident İlham Əliyevin və təhsil işçilərinin böyük himayədarı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iradəsi nəticəsində təmizlənəcək.Biz Azərbaycan Respublikasının təhsil işçiləri olaraq həmişə olduğu kimi cənab Prezidentimizin ətrafında sıx birləşərək ,onun siyasi kursunu dəstəkləməkdə, cənab Prezidentimizə olan inam və sədaqətimizi göstərməkdə davam edəcəyik və etməliyikdə.Kimsənin buna şübhəsi olmasın ,kimsə də bizi bu inam və sədaqətdən yayındıra bilməz buna da əmin olsunlar.

Dəyərli həmkarlar ! Bütün baş verənlərə rəğmən biz Azərbaycan müəllimi olaraq şərəflə dövlətimizə,dövlətçiliyimizə ,dövlətçiliyimizin, vətəndaşlarımızın hüquqlarının qorunmasının qarantı olan cənəb Prezdentimizə xidmət etmək yolunda alnımız açıqdır.

Dəyərli həmkarlar,əziz müəllimlər ! Sizi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edirəm. Sizə ,sizin timsalınızda ailə üzvlərinizə və sizə əziz olan bütün insanlara can sağlığı ,peşə fəaliyyətinizdə uğurlar arzulayıram !

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlər təhsilin bərpasının mərkəzində” mövzusuna həsr olunub. Məqsəd COVID-19 böhranının başlamasından bir il yarım sonra bərpa prosesinə tam töhfə verə bilmək üçün müəllimləri dəstəkləməkdir.

Beynəlxalq Müəllimlər Günü çərçivəsində beşgünlük qlobal və regional tədbirlər silsiləsi pandemiyanın müəllim peşəsinə təsirini nümayiş etdirəcək, təsirli və perspektivli siyasi tədbirləri vurğulyacaq və müəllim heyətinin öz potensialını tam inkişaf etdirməsi üçün lazım olan addımları müəyyənləşdirməyə çalışacaq.

UNESCO-nun Baş direktoru Odre Azule, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, UNICEF-in icraçı direktoru Henrietta For və Beynəlxalq Təhsilin Baş katibi David Edvards Beynəlxalq Müəllimlər Günü münasibətilə ictimaiyyətə birgə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, COVID-19 pandemiyası səbəbindən bu gün də ölkələrin bir çoxunun təhsil sistemində böyük problemlər yaşanır. Təxminən 60 ölkədə şagird və müəllimlər məktəblərin tamamilə və ya qismən bağlanması vəziyyətində yaşamağa davam edirlər. Eyni zamanda, şagirdlərin əyani və ya distant təhsil almalarından asılı olmayaraq, tədris prosesində müəllimlər əsas rol oynayır. Pandemiya cəmiyyətə müəllim peşəsinin əvəzolunmaz olduğunu daha aydın dərk etməyə, eləcə də bir çox müəllimin işləməli olduğu çətin şərtləri görməyə imkan verdi. Məktəblərin bağlanması zamanı müəllimlər öyrənmə prosesinin davamlılığını təmin etmək və xüsusilə əhalinin ən həssas qruplarından olan şagirdlərə sosial və emosional dəstək vermək üçün böyük səy göstərdilər. Bu gün onlar şagirdlərin əldə etmədikləri bilik və bacarıqların miqyasını qiymətləndirməli, müxtəlif metodlardan istifadə etməklə tədris prosesindəki pozuntuları minimuma endirməlidirlər.

Müəllimlərin müstəsna rolunu tanımaq və istedadlarını ortaya çıxarmaq üçün lazımi kömək göstərmək və iş şəraiti yaratmaqla onlara təlim və peşəkar inkişaf imkanları verməyin vaxtıdır.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.

Comments are closed, but trackbacks and pingbacks are open.