Press "Enter" to skip to content

Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri – FOTO

Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib”, – XİN-dən bildirilir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında” 2002-ci il 7 avqust tarixli 1003 nömrəli, “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 12 fevral tarixli 3660 nömrəli və “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 13 fevral tarixli 3668 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512; 2007, № 9, maddə 871; 2008, № 9, maddə 797; 2010, № 6, maddə 501; 2020, № 3, maddə 305; 2022, № 5, maddə 539) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Azərbaycan Respublikasının Səhiyyə naziri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının elm və təhsil naziri”;

1.2. “Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti” sözləri çıxarılsın.

2. “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 7 avqust tarixli 1003 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 502) 1-ci hissəsində “, Təbii Ehtiyatlar İnstitutunu, Bioresurslar İnstitutunu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasını” sözləri “və Əlyazmalar Fondunu” sözləri ilə əvəz edilsin.

3. “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 506; 2016, № 2 (II kitab), maddə 347; 2019, № 3, maddə 469; 2020, № 5, maddə 602; 2022, № 8, maddə 914) 8-ci hissəsində “Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 1843 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 486; 2017, № 8, maddə 1521; 2018, № 10, maddə 2034; 2022, № 5, maddə 538, № 8, maddə 901) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. “Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti” abzasından əvvəl “Azərbaycan Respublikasının elm və təhsil naziri” abzası əlavə edilsin;

4.2. “Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru” sözləri ilə əvəz edilsin;

4.3. “Azərbaycan Respublikasının təhsil naziri” sözləri “Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini” sözləri ilə əvəz edilsin;

4.4. “Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru” sözləri ilə, “Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun direktoru” sözləri ilə və “Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1864; 2019, № 5, maddə 817; 2020, № 5, maddə 602; 2022, № 8, maddə 901) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. “YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir.

5.2. 4-cü hissədə, 6.1-ci, 6.2-ci və 8.7-ci bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

5.3. 6-cı hissədə “AMEA Yüksək Texnologiyalar Parkı” sözləri “ETN Yüksək Texnologiyalar Parkı” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2115; 2018, № 11, maddə 2287; 2019, № 5, maddə 909; 2021, № 1, maddə 79; 2022, № 5, maddə 532) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 8.2.2-ci, 8.2.4-cü, 8.4.2-ci və 8.4.4-cü yarımbəndlərin “İcraçılar” sütununda “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

6.2. 8.2.3-cü yarımbəndin “İcraçılar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 260, № 11, maddə 2287; 2019, № 5, maddə 909; 2021, № 11, maddə 1235; 2022, № 8, maddə 901) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 8.2.2-ci, 8.2.4-cü, 8.2.5-ci və 8.4.6-cı yarımbəndlərin “İcraçılar” sütununda “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

7.2. 8.2.3-cü yarımbəndin “İcraçılar” sütununda “Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 263, № 11, maddə 2287; 2019, № 4, maddə 698, № 5, maddə 909; 2021, № 11, maddə 1235; 2022, № 8, maddə 912) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 8.2.2-ci yarımbəndin “İcraçılar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

8.2. 8.2.3-cü, 8.2.4-cü və 8.4.2-ci yarımbəndlərin “İcraçılar” sütununda “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 fevral tarixli 3668 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 271, № 11, maddə 2287; 2019, № 5, maddə 909; 2021, № 11, maddə 1235) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 8.2.3-cü və 8.4.2-ci yarımbəndlərinin “İcraçılar” sütununda “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2023-cü il

Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri – FOTO

Dünya tarixində ən güclü 10 zəlzələ Cənubi Amerika və Asiya-Sakit okeanı ölkələrində baş verib.

“Alovlu qövs” adlandırılan Sakit Okean Zəlzələ Kəməri dünyada baş verən bütün zəlzələlərin 90 faizinin, böyük zəlzələlərin isə təxminən 80 faizinin şahidi olur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, indiyə qədər qeydə alınmış ən uzun davam edən zəlzələ 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra şəhərində baş verib. 9,1 bal gücündə zəlzələdə 230 min insan həyatını itirib. Təkanlar 8,3-10 dəqiqə arasında davam edib.

Zəlzələ nəticəsində metrlərlə hündürlüyü olan nəhəng dalğalar İndoneziya ilə yanaşı Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkəyə təsir edib. Ən çox ölümə səbəb olan təbii fəlakətlərdən biri sayılan fəlakətdə zəlzələ və sunami səbəbi ilə 1 milyon 700 min insan evsiz qalıb.

Dünyanın aktiv seysmik qurşaqlarından biri olan Alp-Himalay qurşağında yerləşən Türkiyədə də dağıdıcı zəlzələlər olub.

Bunlardan ən ağırı 26 dekabr 1939-cu ildə Ərzincanda baş verib. 7,8 bal gücündə zəlzələ nəticəsində 33 min insan həyatını itirib.

20 kilometr dərinlikdə baş verən və 52 saniyə davam edən zəlzələdə məktəb və xəstəxana kimi ictimai binalar da daxil olmaqla 100 mindən çox bina dağılıb.

Türkiyədə daha bir dağıdıcı zəlzələ 1999-cu il avqustun 17-də baş verib. Episentri Kocaelinin Gölcük rayonu olan və ölkənin şimal-qərbində təsirli olan 7,4 bal gücündə Mərmərə zəlzələsi xüsusilə İstanbul, Kocaeli, Sakarya və Yalova şəhərlərində böyük dağıntılara səbəb olub.

Zəlzələdə 17 mindən çox insan həyatını itirib, 500 min insan evsiz qalıb.

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ 11 vilayətə təsir edib. Son hesablamalara görə, 45 089 insan həyatını itirib.

Son açıqlamalara görə, zəlzələdən sonra 11 min 20 afterşok meydana gəlib.

2011-ci il martın 11-də Yaponiyanın Tohoku bölgəsində 9 bal gücündə zəlzələ baş verib. Okeanın dibində 1 kilometrlik qırıq yaradan zəlzələdən sonra ölkənin şimal-şərq sahillərində sunami baş qaldırıb.

Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 19 min insan həyatını itirib. Fukusima Atom Elektrik Stansiyasında sızma baş verib.

2018-ci ildə İndoneziyanın Sulavesi adasında 7,5 bal gücündə zəlzələ və sonrakı sunami son illərin ən böyük fəlakətlərindən biri kimi tarixə düşüb. Zəlzələ və sunami 4 300-dən çox insanın ölümünə səbəb olub.

Dünya tarixində ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilidə baş verib. Təxminən 1000 kilometr ərazidə hiss edilən 9,5 bal gücündə zəlzələ nəticəsində 1655 nəfər həyatını itirib, 3 min nəfər yaralanıb, 2 milyon insan evsiz qalıb.

İkinci ən güclü zəlzələ olaraq qeydə alınan Alyaska zəlzələsi 28 mart 1964-cü ildə baş verib. Üç dəqiqə davam edən 9,2 bal gücündə zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və onu izləyən nəhəng dalğalar 128 nəfərin ölümünə səbəb olub.

2004-cü ilin dekabrında İndoneziyanın şimal-qərbindəki Sumatra adasında baş vermiş dağıdıcı 9,1 bal gücündə zəlzələnin yaraları sağalmamış, bölgə təxminən 3 ay sonra (28 mart 2005) 30 kilometr dərinlikdə 8,6 bal gücündə zəlzələ ilə sarsılıb. Təbii fəlakətdə 400-dən çox insan həyatını itirib, zəlzələnin törətdiyi sunami nəticəsində yüzlərlə insan yaralanıb.

Rusiyanın şərqindəki Kamçatka yarımadasında 4 noyabr 1952-ci ildə baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlər sırasındadır. Zəlzələ nəticəsində əmələ gələn 9 metr hündürlüyündə dalğalar Havaya qədər gedib çıxıb. Təbii fəlakət zamanı ölən olmayıb.

Milli.Az

Rəsmi Bakı ermənilərin növbəti təxribatı ilə bağlı məlumat yaydı

Teleqraf.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə mətbuata məlumatında yer alıb.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam edib.

Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib”, – XİN-dən bildirilir.

“Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar vardır. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.

Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, – Azərbaycanın xarici siyasət idarəsindən əlavə olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.