Press "Enter" to skip to content

KİÇİk summativ qiYMƏTLƏNDİRMƏ 4 Fənn: texnologiYA

Dəyişikliyə əsasən, bundan sonra summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar (onların valideynləri və ya digər qanuni nümayəndələri) təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər. Təhsilalanın (onun valideyninin və ya digər qanuni nümayəndəsinin) şikayətində göstərilən hallar (sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlər) öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən aşağıdakı qərarlardan biri qəbul ediləcək:

Summativ qiymətləndirmənin qaydaları dəyişdirildi

Təhsil Nazirliyinin Kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nda dəyişiklik edib.

Qaydanın adı dəyişdirilib və “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” olub.

İndiyə qədər diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Bundan sonra isə diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq. Başqa sözlə, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılacaq.

Digər dəyişiklik summativ qiymətləndirmənin nəticələrinə yenidən baxılması proseduru ilə bağlıdır. İndiyə qədər summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılıb. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyi tərəfindən baxılıb.

Dəyişikliyə əsasən, bundan sonra summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar (onların valideynləri və ya digər qanuni nümayəndələri) təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər. Təhsilalanın (onun valideyninin və ya digər qanuni nümayəndəsinin) şikayətində göstərilən hallar (sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlər) öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən aşağıdakı qərarlardan biri qəbul ediləcək:

– qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılacaq və nəticələrə dəyişiklik ediləcək;

– qiymətləndirmənin nəticələri ləğv ediləcək və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil ediləcək.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndəriləcək. Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan təhsilalanların (onların valideynləri və ya digər qanuni nümayəndələri) müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Təhsil Nazirliyi tərəfindən baxılacaq. Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılması və nəticələrə dəyişiklik edilməsi, yaxud qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsinin təşkil edilməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq veriləcək. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndəriləcək.

KİÇİk summativ qiYMƏTLƏNDİRMƏ 4 Fənn: texnologiYA

C) məmulatın detallarını birləşdirirlər D) məmulatı yonub hamarlayırlar
2. Mətbəxdə istifadə olunan qab-qacaq hansı sırada düzgün sadalanıb? A) bıçaq, doğrama taxtası, qazan, ət maşını B) ət maşını, sürtgəc, burğu, təlis C) boşqab, rəndə, kartof, ət maşını D) qayçı, çəkic, iynə, metr

3. Yonqar nədir? A) materialın yiyələnməsi və ya mişarlaması zamanı əmələ gələn hissəciklər B) detalların müvəqqəti bərkidilməsi üçün üçün vintli tərtibat C) şpon qatlarının perpendikulyar yapışdırılması D) məmulatın hazırlanması üçün alət

4. Metalla isləyərkən nə geyinmək lazımdır ?

A) Papaq B) Kəmər C) Əlcək D) Şərf

5. Nazik təbəqə metal nəyə deyilir ?

A) Qalınlığı 7 mm_ə qədər olan metal təbəqəyə B) Qalınlığı 2 mm_ə qədər olan metal təbəqəyə

C) Qalınlığı 15 mm_ə qədər olan metal təbəqəyə D) Qalınlığı 2 sm_ə qədər olan metal təbəqəyə
6. Nədən elektrik enerjisi alınmır?

A) küləkdən B) sudan C) vulkandan D) atomdan

7. Düzəltmə zamanı hansı alət və tərtibatlardan istifadə edilir ?

A) Çəkic , kəlbətin, yeyə

B) Günyə lövhəsi, taxta çəkic, qayçı, sumbata kağızı

C) Taxta çəkic, taxta tircik , məngənələr, günyə lövhəsi

D) Məngənə, günyə lövhəsi, xətkeş
8. Burğulamadan əvvəl nə etmək lazımdır?

A) Oduncağı təmizləmək B) Gələcək deşiyin mərkəzini nişanlamaq

C) Oduncağı rəngləmək D) Oduncağı rəndələmək

9. Məftili hansı alətlə kəsirlər?

A) qayçı ilə B) itiağız kəlbətinlə C) dəmirkəsənlə D) yeyə ilə

10. Elektrik dövrəsinin əsas elementləri hansılardır?

A) cərəyan mənbəyi, naqil, elektrik qəbuledici, elektrik açarı

B) cərəyan mənbəyi, naqil, kəlbətin

C) elektrik qəbuledicisi, naqil, cərəyan mənbəyi

D) mexaniki enerjini elektrik enerjisinə çevirən maşın
Düzgün cavabların sayı : ______
Qiymət : ____________ Bal:

Comments are closed, but trackbacks and pingbacks are open.