Press "Enter" to skip to content

TQDK: 8-ci sinif Azərbaycan dili nin maketi tələblərə cavab vermədiyindən Təhsil Nazirliyinə göndərilib

Təsəvvür edək ki, uşağınız müəlliminə bir dəstə gül hədiyyə aparmışdır. O anda müəllimin gül camalına baxmaq kifayətdir ki, nə qədər böyük səhvə yol verildiyini anlayasan. İnanın ki, o gül dəstəsini alıb adamın. başına turp əkər.

Qeyri-səlis məntiq və ya 8 Martda qadınlara nə almalıyıq? – KÜNCDƏN BAXIŞ

Mart ayı “Dərviş Məstəli şah”ın sözü olmasın Qoç bürcünün altında vaqe olubdur, ol səbəbdən də bizim xalqın ən böyük bayram ayıdır. 8 Martın şəksiz liderliyinə əngəl törədən Novruz bayramının da bu aya təsadüf etməsinə baxmayaraq, qadınlar üşün martın 8-i (işləyənlər üçün 7-si) tarixinin xüsusi əhəmiyyəti danılmazdır. Çünki 8 mart həm də kişilərin qadınları ad günündən, toy günündən və s. çoxsaylı əlamətdar günlərdən başqa ildə daha bir dəfə “yada salması”na səbəb olur.

Sentimental əhvalda olan romantik xanımların dediyinə görə, ən çox sevdikləri hədiyyə güldür. Rasional təfəkkürə malik olan realist xanımlar isə işə yarayacaq bir hədiyyə gözləyirlər. Elə deyil deyib keçməyin.

Təsəvvür edək ki, uşağınız müəlliminə bir dəstə gül hədiyyə aparmışdır. O anda müəllimin gül camalına baxmaq kifayətdir ki, nə qədər böyük səhvə yol verildiyini anlayasan. İnanın ki, o gül dəstəsini alıb adamın. başına turp əkər.

Haqlıdırlar da. Adam işə düzəlmək üçün nə qədər “tərləyib”, sonra canım sizə desin, direktora nə qədər “hörmət” edib ki, imkanlı valideynlərin uşaqlarının onun sinfinə salınmasına mane olmasın. Məgər bütün bunları ayda 500 manat əməkhaqqı almağa görəmi edib.

Əlbəttə ki, xeyr! İldə cəmi 5-6 gün var ki, imkanlı valideynləri mağazada, imkansızların isə uşaqlarını dərsdə “tərlətmək” şansı yaranır, indi o günlərin ən əsasında bir dəstə “svetnoy” kimyəvi ot-ələfi alıb neyləyəcək? Uşaq ona deyərəm ki, müəlliminə qızıl zinət əşyası hədiyyə edə, ya da məsələn, netbukdan, planşetdən zaddan “podarka” edə. İndi XXI əsrdir axı.

Oğul ona deyərəm ki, sinif yoldaşı olan qızlara “kitayski” “fransız” kosmetikası ala, yoxsa Sovet dövründəki kimi kitab hədiyyə etmək kimi gülünc bir işə qol qoyan oğlanı necə bağışlamaq olar?!

Ya da tutaq ki, Allah eləməmiş, pulla “prava” almiş bir eşşəkotaran sizi sakitcə səkiylə getdiyiniz vaxt küçədə at kimi səyirtdiyi bahalı maşınla vurub xosunvay eləyib və sizi xəstəxanaya göndəriblər. Ailə üzvləriniz sizi ziyarətə gəliblər.

Çoxsaylı “doxtur”, “medsestra”, “sanitarka” ordusuna, xəstəxanada verilməsi məcburi olan dərmanların siyahısı asılmasına baxmayaraq apteklərə tökdükləri pullardan başqa ciblərində bir şey qalıbsa, həkimə “podarka” adı ilə bir dəstə gül alıblar!

Bu cinayətə heç cür haqq qazandırmaq olmaz! Qərdeşimsən, bura məgər Rusiyadır yainki Almaniyadır ki, həkimə 1 ədəd gül alasan, o da “otkaz” edə ki, bəs mən hələ vicdanımı itirməmişəm ki, öz vəzifəmi yerinə yetirdiyimə görə pul, ya da hədiyyə götürüm. Bizdə həkimə əməlli bir “podarkə” almasan, əlini xəstəndən üz.

Elə bilməyin ki, mən gül hədiyyə edilməsinin tərəfdarıyam. Gülü yalnız kənddə yaşayan biri çöldən, ya da həyətindən öz əli yığıb gətiribsə, qəbul etmək olar. Amma böyük şəhərlərdə televizor qiymətinə satılan, üzərinə kimyəvi ətirlər çilənmiş transgen güllər nəyə lazımdır kı?

Bundansa 1 ədəd gül kələmi hədiyyə etmək daha faydalıdır. Üstəlik, soyuqda bürüşən “yazıq” kələmsatana da xeyir vermiş olursan. Son tədqiqatlara görə, gül kələmi sağlamlıq üçün ən xeyirli tərəvəzlərin başında gəlir.

Dunyada 1 milyard adam acdır, milyonlarla uşaq acından ölür. Hər süni becərilən bir dəstə gülün “zanit” etdiyi torpaqda bir məsum uşağı aclıqdan ölməkdən xilas edəcək qədər ərzaq məhsulu əkmək olardı.

Təbiət özü lazım bildiyi qədər gül yetişdirir, kim istəsə bir zəhmət gedib çöllərdən istədiyi qədər yığa bilər. Mənim üçün əlimdə bir dəstə süni becərilmiş gül tutmaqla, çarəsiz valideynlərinin gözləri önündə acından ölmüs afrikalı körpənin cəsədini tutmaq eyni mahiyyət daşıyır.

8 martda qadınlara kitab hədiyyə edilməsi ilə bağlı təkliflərə qoşulmuram, çünki o kitablar dərhal zibilliyə atılacaqdır. Ən yaxşısı gül kələmidir. Həm gül sayılır, həm də yemək.

Yenə də özünüz bilən məsləhətdir.

TQDK: 8-ci sinif “Azərbaycan dili”nin maketi tələblərə cavab vermədiyindən Təhsil Nazirliyinə göndərilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son günlər əsas müzakirə mövzusu olan 8-ci sinif “Azərbaycan dili” dərsliyi barədə açıqlama yayıb. “Report”un xəbərinə görə, açıqlamada bildirilib ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanıb və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrə qədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də TQDK olub: “2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək rəy hazırlanıb. Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib”.

Sürücülük vəsiqəsi almaq üçün vəsait – 2022

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə

Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə

Bu vəsait sürücü olmaq istəyən şəxslər üçün hazırlanmışdır. Vəsaitdə verilən hər bir anlayış və qayda şəkillər vasitəsilə izah olunduğundan öyrənmə prosesi asanlaşır və tezləşir. Təqdim edilən vəsaitdən istifadə etməklə qısa zamanda yol hərəkəti qaydalarini və sürücülərə lazım olan digər materilları öyrənmək mümkündür. Bundan əlavə, vəsaitə yol hərəkəti iştirakçıları üçün nəzərdə tutulmuş cərimələr, cəzalar, nəqliyyat vasitələrinin istismarı zamanı onların ödəməli olduqları rüsumlar, vergilər və digər faydalı məlumatlar daxil edilmişdir.

Məhsulun kodu: 2000109774633
Cild: Yumşaq
Müəllif: Talıbov
dil: Azərbaycan

şərhlər 3

Teşekkùrler
08.08.2022 09:40
Kitabevi-də bu kitab 5 manatdı siz hələ baha verib catdirilmasinada hələ ayrı pul istəyirsiniz ?
13.01.2022 00:14
keyfiyyetli capdir, bawqa yerde 10% daha ucuz da tapa bilersiz.
31.08.2021 12:08
Haqqımızda
Aksiyalar Və Endirimlər

  • Möhtəşəm endirimlər
  • Pulsuz çatdırılma fürsəti
  • Bağda darıxırsan?
  • Hədiyyə Sertifikatları
  • VISA kartla ödəniş zamanı 7% endirim

Sifariş haqda

  • Sifarişi necə etmək?
  • Ödənişi necə etmək?
  • Promokodu necə istifadə etməli?
  • Bölgələrdən sifariş etmək qaydası
  • Çatdırılma
  • Sərfəli taksit imkanı
  • Bir kliklə alış-veriş
  • “Özün götür” xidməti nədir?
  • Bizimlə əlaqə saxlayın
  • Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
  • Geyimlərin rahat qaytarılması
  • Pulsuz dənəmə nədir?
  • Evə kitabxana lazımdır?

Comments are closed, but trackbacks and pingbacks are open.