Press "Enter" to skip to content

8 mart Qadınlar Günü: necə başlanıb və nəyə gərəkdir? 7 müəmmalı fakt

O, Beynəlxalq Qadınlar Günü ideyasını 1910-cu ildə Kopenhagendə keçirilən İşçi Qadınların Beynəlxalq Konfransında irəli sürmüşdür. 17 fərqli ölkədən konfransa qatılan 100 qadın Zetkinin təklifini yekdilliklə qəbul edib.

BLOQ YAZISI

Neçə ildir ki, 8 Mart tarixi ömrümüzdə əlamətdar günlərin sırasındadır- Bayram Günüdür. Bir az ötəri nəzər saldıqda, harda və necə yaranmasına baxdıqda, bu barədə həqiqətləri öyrənir və biliyimizi xeyli maraqlı , həm tarixi, həm də sosial-siyasi məlumatlarla zənginləşdirə bilirik. Səkkiz Martın əlamətdar gün kimi olmasında müxtəlif illərin –məsələn, 1857, 1908, 1910, 1914-cü illərin mühüm əhəmiyyəti olub. İnqilabçı-nümayişçi , zəhmətkeş , işçi qadınlardan doğulan bu günün hardan-hara gəlib çıxaçağına bu gün yaşasaydılar, bəlkə özləri də inanmazdılar. ABŞ-dan Çar Rusiyasına, Qərb dünyasına qədər geniş bir ərazini əhatə edən bu mart gününə bir neçə qadınların adları həkk olunub. Onların arasında Klara Setkin adlı qadının adı xüsusi yer tutur. Nəhayət, 1975-ci ildə BMT-də ilk dəfə olaraq, Qadınlar Günü kimi qeyd olunur. Həmin gün 1977-ci ildən Qadın azadlıqları-hüquqları və Sülh gününü əsas tutaraq beynəlxalq statusa sahib olur. Beləliklə, o vaxtdan bütün dünyada 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Keçmiş SSRİ dövründə isə, bu gün kütləvi şəkildə qeyd olunmağa başladı, rəsmi olaraq bayram günü kimi qəbul olunmuşdu.

“Azərbaycan Qadını” ifadəsinə tez-tez rast gəlirik. Hələ neçə əsr bundan əvvəl idarəçiliyi, zəhmətkeşliyi , yaradıcılığı və nüfuzu ilə tanınan bu qadınların yeri bir başqadır. Adına küçə salınan, qəzet-jurnal, kitablar, məqalələr, sənət əsərləri , şeirlər yazılan, heykəllər ucaldılan bu ad hamısından daha doğmadır. Adını eşidəndə, hardasa oxuyanda , rastlaşanda gözlərimizin önündə hər çətin sınaqdan əziyyətlə çıxmağı bacaran , ağrılara dözə bilən, zəhmətkeşliyi, fədakarlığıyla seçilən həm ana-bacı həm də övlad olmağı bacaran ləyaqətli bir simvol canlanır.

Son illər həm ölkəmizdə həm də bütün dünyada təqvimin elə bir günü yoxdur ki, hansısa ad altında qeyd olunmasın, saysız-hesabsız bayram, matəm və digər əlamətdar günlər gah sevindirir, gah ağladır, gah da təəccübləndirir. 8 Martı isə hər il bayram günü kimi qeyd edirik. Buna bənzər Analar günü, Qızlar günü də var, amma nədənsə 8 Mart günü onlardan daha çox sevilir.

“Ana Fəryadı”, “Ana Harayı” adlı Xocalı abidəsini görəndə dünyada bənzəri olmayan daha bir Azərbaycan qadınını görürük – bir gecədə qətlə yetirilən, itkin düşən, bir zamanlar əsirlikdə, işgəncələrdə yarı sağ yarı ölü kimi yaşamağa məhkum olmuş körpə qızların, anaların şəkli, surəti həmin daş heykəllərə hopub. Qarşılaşanda sanki “mən də varam , mən burdayam” deyir, daşdan yonulsa da, öz içində, daxilində ağlaya bilir, sızlaya bilir. Danışa bilməsə də, məni və mənim kimi neçə-neçə insanları danışdıra bilir. Heç yerə tərpənməyən, durduğu yerdə qalan bu və bu kimi daş abidələr, heykəllər, büstlər bizə yadda saxlamağı, yadda qalmağı və yada salmağı öyrətdi . Siz gözlərində nəm olan, səkkiz martda əllərində gül-çiçəklə bu kmi heykəlləri, daş abidələri ziyarət edənlərin yadındasınız. Həmin abidəni görən, eşidib-tanıyan, yaşından asılı olmayaraq, bütün qadınların, kişilərin, uşaqdan-böyüyə hamının tanıdığı bu gündə həmin abidəni xatırlamağa hamılıqla qoşuluram. Bu gün müharibələrdə ata-anasını, qardaş-bacısını, doğmalarını itirib ancaq ümidini itirməyən analarımızın bir dəstə gül və bir xoş sözlə 8 Mart gününü təbrik edək, kiçik bir təbəssüm bəxş edək.

Sağlamlığını itirən, ailə-uşaq saxlayıb böyüdən, ayaq üstə durmağı bacaran, həm işləyən, həm qurub-yaradan istedadlı, ləyaqətli qadınlarımız, xanımlarımız – Bayramınız Mübarək! Bəlkə bir gün təqvimin hansısa tarixində “Azərbaycan Qadını” adlı günümüz olacaq, həmin günü tanıyıb-tanıdarıq, birlikdə qeyd edərik .

Azərbaycan Qadını, yaxşı ki varsan!

Səkkiz Mart bayramıdır- Bayramımız mübarək!

8 mart Qadınlar Günü: necə başlanıb və nəyə gərəkdir? 7 müəmmalı fakt

8 mart Azərbaycanda sovet dövründən bəri qeyd edilir. Ancaq son illər bayram ənənəsinə həm də qadın fəalların etiraz aksiyaları əlavə edilib: bir neçə ildir ki, bəzi fəallar ölkə paytaxtının mərkəzində 8 Mart günü aksiyalar keçirərək diqqəti qadınların problemlərinə yönəltməyə çalışırlar.

  • Bakıda 8 Mart yürüşündə qadınlara hücum edildi
  • Bakıda 8 mart yürüşünün təşkilatçısı: “Polisin şiddətinə məruz qalmışıq”

Azərbaycanlı feministlər hesab edirlər ki, hökumət məişət zorakılığının qarşısını almaq üçün yetərli səy göstərmir, buna görə də ölkədə məişət zəminində qadın qətllərinin sayı artır, cinsi-ayrı seçkiliyə yol verilir, qadın hüquqları pozulur.

Hökumət bu iddiaları əsassız sayır, Azərbaycanda hər hansı cinsi ayrı-seçkiliyə yol verilmədiyini, qadınların bütün hüquqlarının qorunduğunu bəyan edir, məişət zorakılığının qarşısının alınması üçün hüquqi müstəvidə işlər apardığını bildirir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bakıda 8 mart aksiyası 2021-ci il. Foto/Arxiv.

Feministlər bu gün Qadınlar gününü Bakıda “8 Marş- Yaşamaq İstəyirik!” aksiyası ilə qeyd etməyi planlaşdırırlar.

Hərçənd, aksiyanın keçirilməsinə razılıq verilməyib.

Polis daha əvvəlki illərdə keçirilmiş aksiyaları dağıdıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Beynəlxalq Qadınlar Günü dünyaya gender bərabərliyinə əməl etməyin zəruriliyi haqda xatırlatmaq üçün çox yaxşı fürsətdir

Postsovet məkanından kənarda bu gün o qədər də populyar deyil, baxmayaraq ki, bu barədə çoxları eşidib və BMT tərəfindən xüsusi gün kimi tanınıb.

Bəs, bu günün qeyd edilməsi nə üçün uydurulub və niyə məhz martın 8-də? Bu, nədir – bayram, yoxsa etiraz? Və Beynəlxalq kişilər gününə gəldikdə, necə? Biz bu suallara cavab verməyə çalışmışıq.

1. Hər şey nədən başlayıb?

Şəklin mənbəyi, Topical Press Agency

Şəklin alt yazısı,

Beynəlxalq Qadınlar Gününü bayram etməyi 1910-cu ildə Klara Setkin təklif edib

1 May kimi, 8 Mart bayramı fəhlə hərəkətindən yetişib və amerikan kökləri var.

1908-ci ildə 15 qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə Nyu-Yorkda nümayişə çıxıb (əksər ştatlarda qadınlar bu hüququ 1920-ci ildə əldə ediblər, ABŞ Konstitusiyasında 19-cu düzəliş qəbul olunduqdan sonra). Ertəsi il Amerika Sosialist Partiyası fevralın son bazar gününü Zəhmətkeş Qadınlar Günü kimi tanımağı təklif edib.

1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Kopenhagendə konfransda Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməyi təklif edib.

17 ölkədən yüzə yaxın konfrans iştirakçısı təşəbbüsü yekdilliklə dəstəkləyir.

1911-ci ildə onu ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.

2. Niyə 8 martda?

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Türkiyənin Diyarbakır şəhərində 8 mart 2016-cı ildə nümayiş

Hər şeyin başlanğıcı olan Nyu-York nümayişi fevralın 28-də olub. Klara Setkin konkret tarix deməyib. Qadınlar günü Almaniyada ilk dəfə, Prussiyada 1848-ci il Mart İnqilabı ilə əlaqədar, martın 19-da bayram edilib. Sonra müxtəlif ölkələrdə Qadınlar Gününü 2, 9 və 12 martda, eləcə də 2 və 12 mayda qeyd ediblər.

8 mart tarixi beynəlxalq solçu hərəkatına Rusiyadan gəlib. 1917-ci ildə bu gün (köhnə tarix stili ilə fevralın 27-də) Petroqradda “Çörək və sülh!” tələbi ilə Vıborq rayonu toxuma fabrikləri işçi qadınlarının sonradan inqilaba çevrilmiş tətili başlayıb. Bir həftə sonra imperator taxtından imtina edib.

Sovet hakimiyyətinin ilk illəri Vıborq toxucu qadınları Çarın devrilməsinin ilk təşəbbüsçüləri kimi alqışlayırdılar. Sonradan Fevral inqilabı bolşevik Oktyabr inqilabının kölgəsində qalıb və bu hal SSRİ-də nəzərə çarpdırılmayıb.

1975-ci ildə BMT Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələri və bərabərsizlik qalıqlarına qarşı etirazda nailiyyətlərinin bayram etmə günü elan edib.

  • “Qadın şortik geyindi, deyirlər onu kim alacaq?!” – Qoy, mən danışım!
  • Nisə Hacıyeva: “8 mart hədiyyə günü deyil”

8 mart qadınlar günü ��

8 mart qadınlar günü artıq yaxınlaşır. Bir neçə gündən sonra şəhərin istənilən yerində əllərindəgül-çiçək və müxtəlif hədiyyələr olan insanlar görəcəyik. Bu gün qadınların cəmiyyətimizdə rolu böyükdür. İstənilən sahədə qadınların əməyindən istifadə olunur. Ötən əsr ilə müqayisədə artıq xanımlar müxtəlif vəzifə sahibidirlər. İdarəçilikdə də üstün naliyyətlər əldə edə biləcəklərini göstərən qadınlarımıza bir günü həsr etməyimiz onların ən təbii haqqıdır. Tehsil.com.az komandası olaraq 8 Mart “Belnəlxalq Qadınlar Günü” münasibətilə bütün dünya xanımlarını təbrik edirik.

Bu günün yaranma səbəbi

Beynəlxalq Qadınlar Gününün kökləri işçi hüquqlarını müdafiə edən hərəkatlarda dayanır. 8 Mart Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Qadınlar Günü kimi tanınır.

1908-ci ildə Nyu Yorkda 15.000 işçi qadının iş saatlarının qısalması, yüksək maaşlar və səsvermə hüququ tələbi ilə atıldı.

Bir il sonra Amerika Sosialist Partiyası 8 Martı Milli Qadınlar Günü elan etdi. Klara Zetkin bu xüsusi günün beynəlxalq miqyasda keçirilməsi ideyası ilə çıxış edən ilk şəxs oldu.

O, Beynəlxalq Qadınlar Günü ideyasını 1910-cu ildə Kopenhagendə keçirilən İşçi Qadınların Beynəlxalq Konfransında irəli sürmüşdür. 17 fərqli ölkədən konfransa qatılan 100 qadın Zetkinin təklifini yekdilliklə qəbul edib.

İlk dəfə beynəlxalq tədbirlər 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə keçirilmişdir. Beynəlxalq Qadınlar Gününün 100 illiyi də böyük təşkilatlarla qeyd olunmuşdur.

1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününü qəbul etdi.

Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətdə, siyasətdə və biznesdə əldə etdiyi nailiyyətləri artıq bütün dünya görür. Həmçinin qadınlar Günündə gender bərabərsizliyi vurğulanır və etiraz aksiyaları keçirilir.

NİYƏ 8 MART? ��

Beynəlxalq Qadınlar Günü ideyası ilə çıxış edən Klara Setkinin ağlında konkret bir tarix yox idi.

İlk dəfə Birinci Dünya Müharibəsi zamanı, 1917-ci ildə rus fəhlə qadınları “Çörək və sülh istəyirik” şüarları ilə küçələrə çıxmışdılar.

Çıxışların dördüncü günü rus çarı taxtdan salındı. Qurulan müvəqqəti hökumət isə qadınlara səsvermə hüququ verdi.

Qadınların hərəkətlərinin ilk başlanğıcı Rusiyada olmuşdur və Julian təqviminə görə 23 fevral idi. Dünyada daha çox istifadə edilən Qriqorian təqvimində bu tarix martın 8-nə təsadüf edib.

İtaliyada Beynəlxalq Qadınlar Günündə qadınlara “La Festa della Donna” adlanan mimoza çiçəkləri təqdim etmək ənənəsi vardır. Bu ənənənin kökləri tam məlum olmasa da, onun II Dünya Müharibəsinin başa çatmasından dərhal sonra Romada başladığı düşünülür.

ABŞ-da mart ayı “Qadınlar Tarixi” hesab olunur və Ağ Ev amerikalı qadınların nailiyyətlərini sadalayan bəyanatlar verirlər.

NİYƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLİR? ��

1857-ci ildə 8 mart -da ABŞ-ın Nyu-York şəhərindəki tekstil fabrikində 40 min toxuculuq işçisi iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil etməyə başladı. Lakin bu tətilin nəticəsi heç də ürəkaçan olmadı. Polisin fəhlələrə hücumu və işçilərin fabrikdə kilidlənməsi nəticəsində əksəriyyəti qadın olan 129 işçi həyatını itirdi və sonradan başlayan yanğında işçilər fabrikin qarşısında qurulan barrikadalardan xilas ola bilmədi. Dəfn mərasiminə isə 100 mindən çox işçi qatıldı.

Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri Klara Setkin idi. O, 2-ci Beynəlxalq Qadınlar Konfransında 8 Mart 1857-ci il martın 8-də tekstil fabrikində baş vermiş yanğında həlak olan qadın işçilərin xatirəsinə 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif etmişdir. 26 – 27 avqust 1910-cu ildə Danimarka, Kopenhagendə Beynəlxalq Sosialist Qadınlar Konfransı keçirildi. Bu konfransda təklif dəyrləndirildi və yekdilliklə qəbul edildi.

AZƏRBAYCANDA QADIN HÜQUQU

Azərbaycanda hər zaman qadınlara dəyər verilmişdir. Bunun ilk sübutu isə 1918-ci ildə keçirilən qurultaydır. Belə ki, 1918-ci ildə keçirilən qurultayda Məhəmməd Əmin Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. O, deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.

Lakin təəssüflər olsun ki, seçki hüququ verilsə də, parlamentdə qadın təmsilçilər olmamışdır.

Əlbəttə ki, bir azərbaycanlı olaraq Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi bizim baş ucalığımızdır. Günü bu gün də ölkəmizdə qadınlar yüksək vəzifə sahibləridir.

Comments are closed, but trackbacks and pingbacks are open.