Press "Enter" to skip to content

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il martın 14-dən aprelin 4-dək internet vasitəsilə aparılır.

9illik_i_mərhələ_yaddaş_2018.

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il martın 14-dən aprelin 4-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Cari ilin məzunları üçün buraxılış imtahanlarının birinci mərhələsi respublikada iki istiqamət üzrə martın 5-də və 12‑də keçirilmiş, sonuncu-üçüncü istiqamət üzrə imtahanlar martın 18-də keçiriləcəkdir. Buraxılış imtahanının ikinci mərhələsi isə iyun ayında keçiriləcəkdir.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının birinci mərhələsi aprelin 16-da, ikinci mərhələsi isə iyul ayında keçiriləcəkdir.

Qəbul imtahanının birinci mərhələsində şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat vaxt ayrılır.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır.

İxtisas seçimi buraxılış (qəbul) imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir.

AzEdu.az xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il martın 11-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə martın 11-dək Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər. Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının I mərhələsi martın 31-də, II mərhələsi isə iyunun 30-da keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Cari ilin məzunları üçün buraxılış imtahanının I mərhələsi 3 (keçirilib), 10, 17 mart, II mərhələsi isə 2, 9, 16 iyun tarixlərində keçiriləcək. Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən də imtahan verməli və “məqbul” qiymət almalıdırlar. Azərbaycan dili fənni üzrə birinci imtahan mayın 5-də, ikinci imtahan isə mayın 26-da keçiriləcək. Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2018-ci ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra 24 iyul – 5 avqust tarixlərində həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 8 – 16 iyul tarixlərində, qabiliyyət imtahanları 18 – 22 iyul tarixlərində keçiriləcək. Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər

Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu davam edir

İyulun 5-i saat 15:15-ə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 22 min 335 abituriyentin (Azərbaycan bölməsi üzrə 21 min 711, rus bölməsi üzrə 624) ərizəsi təsdiqlənib.

9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Comments are closed, but trackbacks and pingbacks are open.