I qtisadi inkişaf modeli
əlaqələrdə fəal rol oynamışdır. Bu gün isə beynəlmiləlliyi inkişaf
“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika”
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında öz iqtisadi inkişaf modelini ortaya qoyduğunu vurğulamışdır. Ancaq bu gün dünyada yaşanan maliyyə böhranı iqtisadçı alimləri iqtisadiyyatın yeni modeli haqqında düşünməyə, hökumətə müvafiq təkliflər verməyə sövq edir.
Bu tələblər baxımından iqtisad elmləri doktoru, professor, əməkdar iqtisadçı Tofiq Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı tədqiqat əsəri mühüm əhəmiyyət kəsb edir. 20 illik elmi araşdırmanın yekunları əsasında yazılan monoqrafiyanın orijinallığı ondan ibarətdir ki, əsərdə ilk dəfə inkişafın industrial mərhələsində Azərbaycanda formalaşmış iqtisadi inkişaf modeli elmi cəhətdən təhlil edilmiş, onun xüsusiyyətləri göstərilmiş, əldə edilən iqtisadi nailiyyətlərə obyektiv qiymət verilmiş, yeni mərhələdə milli iqtisadi modelin konsepsiyası əsaslandırılmış, uzunmüddətli davamlı və tarazlı iqtisadi inkişafın əsas istiqamətləri göstərilmiş, iqtisadi modelin idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi barədə dəyərli təkliflər verilmişdir.
5 fəsildən və 45 paraqrafdan ibarət 460 səhifəlik monoqrafiyanın birinci fəsli milli iqtisadi inkişaf modelinin elmi mahiyyətinə, Azərbaycanın, eləcə də inkişaf etmiş və inkişaf edən 16 ölkənin müasir iqtisadi inkişaf modellərinə həsr edilmişdir. Müəllif yazır ki, iqtisadi inkişaf modelləri zaman və məkan daxilində formalaşır, inkişaf edir və dəyişir. İqtisadi inkişaf modeli iqtisadi sistemdən də asılıdır. Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın milli modelləri özündə həm dünya sivilizasiyasının nailiyyətlərini, həm də milli xüsusiyyətləri birləşdirir. Həmin modellər əsasən onların realizasiya edilməsinin templəri, müddətləri, formaları, metodları və icra mexanizmləri ilə fərqlənir.
Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasını iki mərhələyə bölən (1991-2003-cü illər və 2003-cü ildən sonrakı dövr) müəllifin qənaəti ondan ibarətdir ki, müstəqillik illərində formalaşan iqtisadi inkişaf modeli nəticəsində Azərbaycanın dinamik inkişafı təmin edilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının artımı təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Aparılan iqtisadi siyasət ölkədə konservativ monetar meyilli açıq tipli liberal-demokratik və sosialyönümlü modelin formalaşmasına gətirib çıxarmışdır.
T.Hüseynov əsərində özünün hazırladığı metodologiya və metodika əsasında Azərbaycanın iqtisadi modelini təhlil etmiş, onun sosial və iqtisadi qiymətləndirilməsini həyata keçirmiş, monoqrafiyanın ikinci fəslini araşdırmanın nəticələrinə həsr etmişdir. Burada ölkənin makroiqtisadi göstəricilərinin ümumi səciyyəsi, iqtisadi inkişaf faktorlarından istifadənin səmərəliliyi, Azərbaycanda iqtisadi tarazlıq, ədalətlilik prinsipindən sosial siyasətdə istifadə və tədiyə balansının təhlili əks olunmuş, inkişafın indiki industrial mərhələsində ölkənin iqtisadi inkişaf modelinin məqsədi və ona nail olmağın istiqamətləri müəyyənləşdirilmişdir.
Monoqrafiyada uzunmüddətli davamlı və tarazlı iqtisadi inkişafın istiqamətlərinə, problemlərinə və onların həlli yollarına obyektiv alim münasibəti var. Ölkənin milli iqtisadi inkişaf modelinin idarəetmə mexanizmlərinin və koordinasiya sisteminin təkmilləşdirilməsinə dair müəllifin təklifləri sırasında müasir qloballaşmanın çağırışları çərçivəsində dövlət tənzimlənməsi, iqtisadi fəaliyyətin koordinasiyası, iqtisadi-sosial inkişafın planlaşdırılması, dövlət investisiyalarından qeyri-neft emal sənaye sahələrində və aqrar sektorda klasterlərin yaradılması məqsədilə miqyaslı istifadəsi, amortizasiya ayırmalarından təyinatı üzrə istifadə olunması, vergilərin stimullaşdırıcı funksiyalarından istifadənin gücləndirilməsi, bank sektorunun iqtisadiyyatın xidmətçisinə çevrilməsi, qiymətlərin (tariflərin) dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı məsələlər yer almışdır.
Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Müəllifin tövsiyələri idarəetmə orqanları, elmi-tədqiqat mərkəzləri tərəfindən iqtisadi siyasətin, iqtisadi inkişaf proqramlarının və normativ hüquqi aktların hazırlanmasında, habelə ali təhsil müəssisələrində istifadə oluna bilər.
İrşad KƏRİMLİ,
iqtisad elmləri doktoru, professor
“Azərbaycan” qəzeti, 26 dekabr 2015-ci il
I qtisadi inkişaf modeli
“İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir. Son illər ərzində dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı qədər görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır”.
Adı dünya tarixində keçən bütün xalqlar üçün hər zaman ən böyük milli sərvət kimi qəbul edilən müstəqillik zaman və məkandan asılı olmayaraq, ümumi inkişaf prosesinin istiqamət və mahiyyətinin müəyyən olunmasında daim həlledici rol oynamışdır. Məhz bunun nəticəsidir ki, hüquqlarını azad, suveren şəkildə həyata keçirən xalqların tərəqqisi həmişə yüksək göstəricilərlə ifadə edilmiş, onların intibahı dayanıqlı, davamlı və sürətli xarakterə malik olmuşdur. Dünyanın mövcud siyasi xəritəsinə diqqət yetirməklə də müstəqil dövlətlər, xalqlar arasında inkişaf dinamikasının istər məzmun, istərsə də forma etibarı ilə kifayət qədər fərqli olduğunu aydın görmək mümkündür.
Bəşər sivilizasiyanın ilk beşiklərindən sayılan Azərbaycanın müstəqil subyekt olaraq varlığını davam etdirməsi üçün zəngin keçmişə, böyük tarixə malik olan xalqımız daim əzmlə mübarizə aparmış, ötən əsrin son onilliyində yenidən öz suverenliyinə qovuşmuşdur. Seçdiyi inkişaf yolunda sürətlə və inamla irəliləyən, tərəqqisinə xidmət edən strategiyanı uğurla reallaşdıran müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər isə onun təkcə mövcud olduğu regionda yox, həm də dünya miqyasında lider mövqelərdən birinin sahibi kimi çıxış etməsini təmin etmişdir. Bu müddət ərzində özünəməxsus mütərəqqi cəhətləri ilə seçilən milli sosial-iqtisadi inkişaf modelinin əsasını da yaratmaq kimi möhtəşəm nailiyyətə imza atmağı bacaran müasir Azərbaycan modern və dinamik tərəqqi parametrlərinə görə bəşəri miqyasda nümunəvi bir ölkəyə çevrilmişdir. Sözügedən modelin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən iqtisadiyyatın inkişafında, onun təhlükəsizliyinin təmin edilməsində, mövcud resurslardan səmərəli istifadə olunmasında, dünya iqtisadiyyatına inteqrasiyada və vətəndaşların rifah halının yüksəldilməsində sosialyönümlü bazar iqtisadiyyatı strategiyası durur.
Buna görədir ki, Azərbaycanın dövlət müstəqilliyinə qovuşduğu və yeni intibah yoluna çıxdığı dövr ümummilli liderin adı ilə bağlıdır. Həmin dövrə qədər isə kifayət qədər ciddi siyasi, iqtisadi, institusional, hüquqi, sosial, psixoloji xarakterli problemlər ölkəmizin yenicə qovuşduğu suverenliyini itirmək təhlükəsini yaratmışdı. Bu kontekstdə isə müstəqillik illərində əldə olunmuş nailiyyətlər haqqında danışmazdan öncə ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş iqtisadi vəziyyətlə bağlı bir sıra məqamlara toxunmaq yerinə düşərdi.
Həmin vaxt ölkəmizdə makroiqtisadi qeyri-sabitlik hökm sürür, ümumi daxili məhsul (ÜDM) hər il 13-20 faiz azalırdı. Maliyyə-bank sistemi iflic vəziyyətə düşmüş, büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizə çatmış, 1994-cü ildə inflyasiyanın səviyyəsi 1763,5 faiz olmuşdur. Milli Bankın uçot dərəcəsi 250 faizə yüksəlmiş, ölkənin valyuta ehtiyatı, demək olar ki, tükənmiş, manat Rusiya rubluna nisbətən 9, ABŞ dollarına nisbətən isə 245 dəfə ucuzlaşmışdır. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdır. Əhalinin sosial vəziyyəti də günbəgün pisləşirdi. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin real əməkhaqqı 8,2, əhalinin real pul gəlirləri 3,6 dəfə aşağı düşmüşdür.
Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəni sosial-iqtisadi xaosdan çıxarmaq mümkün oldu. Ulu öndər milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla onun inkişafına təkan verdi, ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alındı, daxili sabitlik təmin olundu. Həmçinin qısa müddət ərzində Heydər Əliyevin birbaşa rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyası hazırlandı. İlk növbədə liberal bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunlar, dövlət proqramları qəbul olundu. Və nəhayət, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı və neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Bu müqavilə Azərbaycanın potensial imkanlarını bütün dünyaya göstərməklə yanaşı, xarici investorların ölkəmizə marağının iqtisadi əsaslarını yaratmış oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1999-cu ildə Bakı-Supsa və 2006-ci ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərləri istismara verildi və bununla da neftin ixrac marşrutlarının diversifikasiyası yaradıldı.
Müstəqilliyin bərpasından sonra ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olan maliyyə sistemində və bank sektorunda da köklü dəyişikliklər həyata keçirildi və yeni iqtisadi münasibətlər formalaşdırıldı. Ölkədə maliyyə, pul-kredit, vergi, qiymət, gömrük sahələrində geniş islahatlar həyata keçirildi, idarəetmə, nəzarət və tənzimləmə funksiyaları beynəlxalq standartlara uyğun təkmilləşdirildi. Maliyyə intizamının gücləndirilməsi, manatın məzənnəsinin tənzimlənməsi kimi tədbirlərin həyata keçirilməsi eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində struktur islahatlarının aparılması ilə müşayiət olundu ki, bu da ümumi iqtisadi duruma müsbət təsir göstərdi. Struktur islahatlarının aparılması, həmçinin vergi dərəcələrinin aşağı salınmasına, yığım səviyyəsinin artırılması və vergitutma bazasının genişləndirilməsi hesabına büdcə gəlirlərinin artırılmasına, büdcə xərclərinin şəffaflığının və idarə olunmasının səmərəliliyinin yüksəldilməsinə şərait yaratdı.
Bunlardan əlavə, inflyasiyanın aşağı səviyyədə saxlanılmasına, iqtisadiyyatın pulla təminatının yaxşılaşdırılmasına və ölkənin tədiyyə qabiliyyətinin yaxşılaşmasına yönəldilmiş pul-kredit siyasəti nəticəsində makroiqtisadi sabitlik göstəricilərindən biri olan inflyasiyanın 1995-ci ildən başlayaraq minimuma endirilməsinə nail olundu, ötən müddət ərzində idarə olunan səviyyədə saxlanıldı. Görülən tədbirlərin nəticəsidir ki, təkcə son 10 il ərzində bank aktivləri 15, əhalinin əmanətləri 36, iqtisadiyyata kredit qoyuluşları isə 19,6 dəfə artmışdır. Əhalinin əmanətləri də bu dövr ərzində 250 dəfə artmış, ÜDM-ə nisbəti isə 0,6 faizdən 7,3 faizə yüksəlmişdir.
Mütərəqqi vergi sisteminin qurulması, vergilərin sayının və dərəcələrinin aşağı salınması, sahibkarlıq subyektləri üçün sadələşdirilmiş vergi sisteminin tətbiq edilməsi, mübahisəli məsələlərin vergi ödəyicilərinin xeyrinə həll olunmasına üstünlük verilməsi və digər məqsədyönlü tədbirlər nəticəsində 1995-2003-cü illər ərzində dövlət büdcəsinin gəlirləri 3, 2010-cu ildə isə 2003-cü illə müqayisədə 9,3 dəfə artmış, büdcə kəsirinin ÜDM-ə nisbəti 2010-cu ildə 0,9 faizə enmişdir. Eyni zamanda qiymətli kağızlar bazarının inkişafı sahəsində mütərəqqi hüquqi və təşkilati tədbirlər həyata keçirilmiş, maliyyə vasitəçiliyi institutları yaradılmış, xarici təsirlərə daha həssas olan maliyyə sektorunun dayanıqlığı təmin olunmuşdur. Strateji valyuta ehtiyatlarından istifadənin səmərəliliyi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlığı artırılmış, konservativ borclanma strategiyası həyata keçirilmişdir. Müstəqilliyin ilk illərində ölkəmizin valyuta ehtiyatları olmadığı halda, artıq 2003-cü ildə ölkənin 1,6 milyard ABŞ dolları qədər strateji valyuta ehtiyatları formalaşdırılmışdı. 1995-2003-cü illər ərzində isə ölkənin strateji valyuta ehtiyatları 85 dəfə artmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarından artıqdır ki, bu da xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 7,4 faiz təşkil edir ki, bu da beynəlxalq tələblərə tam cavab verir.
Mənfəət neftinin satışından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradılmışdır. Qeyd etmək lazımdır ki, Dövlət Neft Fondunun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk ölkədir. Dövlət Neft Fondunda toplanan vəsaitlərin səmərəli istifadə edilməsi ilə bağlı dövlət strategiyası müəyyən edilmişdir və “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” Prezidentin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Həmin strategiyaya uyğun olaraq, neft və qaz gəlirləri əsasən makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın, infrastruktur sahələrinin inkişafına, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsinə, qaçqın və mücburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına və digər sosial problemlərin həllinə, eləcə də iqtisadiyyatın intellektual və texnoloji səviyyəsinin yüksəldilməsinin stimullaşdırılmasına, “insan kapitalı”nın inkişafına yönəldilir.
Zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən biri isə onun çoxcəhətli xaratkerə malik olması, özəl sektorun tərəqqisinə xüsusi diqqət yetirilməsidir. Elə bunun nəticəsidir ki, bu gün ölkədə sahibkarlığın mükəmməl hüquqi bazası yaradılmış, dövlət mülkiyyətinin özəlləşdirilməsi, özəl sektorun inkişafına dair qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara müasir dövlət dəstəyi sistemi formalaşdırılmışdır.
Sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatı, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi təmin edilmişdir. Həmçinin sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların maksimal həddi 15 faiz müəyyənləşdirilmişdir. Eyni zamanda sahibkarların vergi yükü azaldılmış, o cümlədən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmış, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunmuşdur.
Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılmışdır. Güzəştli kreditlərdən istifadə qaydalarında dəyişikliklərin edilməsi, sahibkarlara verilən güzəştli kreditlərin maksimal məbləğinin və müddətinin artırılması, faiz dərəcələrinin 7-dən 6-ya endirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən indiyədək iqtisadiyyatın prioritet istiqaməti olan qeyri-neft sektorunda 12 min layihənin icrasına 700 milyon manat güzəştli kredit ayrılmışdır.
Bütövlükdə ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya yönəldilmişdir. Təqdirəlayiq haldır ki, əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində son illər daxili investisiyaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. 2000-ci ildə 47,5 faiz paya malik olan daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artaraq ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların ümumi həcmində 75,7 faiz paya malik olmuşdur. Eyni zamanda xarici investisiyalar da son 10 il ərzində 4,7 dəfə artmışdır. Bu gün özəl sektorun dinamik inkişafı nəticəsində ÜDM-in istehsalının 80 faizdən çoxu özəl sektor tərəfindən təmin edilir.
Sənayenin sürətli inkişafı nəticəsində isə Azərbaycan son illər iqtisadi artım templərinə görə dünyanın diqqətini özünə cəlb etmiş, dünya iqtisadiyyatını böhran bürüdüyü halda belə müsbət artım templəri nümayiş etdirmişdir. Belə ki, sənayedə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 1991-ci ildə 20 faizdən 2010-cu ildə 52,5 faizədək artmış və 21,8 milyard manatdan çox olmuşdur. Son 10 ildə emal sənayesində məhsul istehsalı 2 dəfədən çox artmış, iqtisadiyyatın diversifikasiyası üçün böyük potensiala malik emal sənayesinin inkişafı təmin edilmişdir. Kimya məhsulları istehsalı zəruri xammal bazasının və yüksək tələbatın mövcudluğu baxımından ölkə sənayesinin aparıcı sahələrindən birinə çevrilmişdir. Tikinti sektorunun sürətlə inkişaf etməsi isə ölkədə tikinti materialları istehsalı üçün əlverişli imkan yaratmış, tikinti materiallarının istehsalı 2010-cu ildə 1991-ci illə müqayisədə 25,8 faiz artmışdır. Tikinti materialları istehsalının növbəti illərdə daha da artırılması, ölkədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Artıq 3 yeni sement zavodunun inşasına başlanmışdır ki, bu da ölkədə sementə olan tələbatı tam təchiz etməklə bərabər, onu ixrac etməyə də imkan verəcək. Metallurgiya və hazır metal məmulatların istehsalı müəssisələrinin özəl sahibkarların istifadəsinə verilməsi, bu sahəyə investisiya qoyuluşları da ölkədə metal emalı müəssisələrinin fəaliyyətinin güclənməsinə və metallurgiya məhsulları istehsalının ilbəil artmasına imkan vermişdir. Metallurgiya sənayesi ilə yanaşı, maşınqayırma sənayesi də inkişaf etmişdir. Son 5 ildə maşınqayırma məhsulları istehsalı orta hesabla 39 faiz, 2010-cu ildə isə 88 faizdən çox artmışdır. Bütün bunlarla yanaşı, sənaye müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artaraq 1991-ci ildəki 7,7 manatdan 2010-cu ildə 451,8 manata çatmış və bu göstərici bütövlükdə ölkə iqtisadiyyatında çalışanların orta əməkhaqqı göstəricisini 36,3 faiz üstələyir.
Ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq və istehsalın rəqabətqabiliyyətliyini artırmaq məqsədilə toxum, mineral gübrə və damazlıq mal-qaraya subsidiyalar verir, texnika ilə təminat diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hələ 2005-ci ildə “Aqrolizinq” ASC yaradılmış, ötən dövr ərzində səhmdar cəmiyyət tərəfindən 11000-dən çox kənd təsərrüfatı texnikası istehsalçılara verilmişdir. Bundan savayı, aqrar sektorun inkişafı məqsədilə SKMF tərəfindən 10000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 400 milyon manata yaxın güzəştli kredit verilmişdir. Görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatında ümumi buraxılışın həcmi son 20 ildə 5,4 dəfə artmışdır.
Qida məhsullarının istehsalı ölkənin qeyri-neft sənayesində böyük xüsusi çəkiyə malikdir və bütövlükdə özəl sahibkarlıq subyektlərinin fəaliyyəti əsasında formalaşır. Artıq ölkədə keyfiyyətli şəkər, yodlaşdırılmış duz, bitki yağları, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, quş əti, makaron, çörək-bulka məmulatları, digər məhsullar istehsal edən qida sənayesi sektoru formalaşmışdır. Düşünülmüş iqtisadi siyasət nəticəsində aqrar sektorun, eləcə də qida sənayesinin inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə imkan verir. Hazırda ölkəmiz əsas ərzaq məhsulları ilə özünü daxili istehsal hesabına təmin edə bilir.
Dinamik inkişaf edən qeyri-neft sektorundan olan rabitə sektorunun ÜDM-də payı 2 faizə çatmış, onun həcmi son 20 ildə 88 dəfə artmışdır. Prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektorunda isə son 20 il ərzində nəqliyyat xidmətləri 3,7, nəqliyyat sektorunda yük dövriyyəsi 2,3 dəfə çoxalmışdır.
Ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və turizm sahəsinin inkişaf etdirilməsi, turizm potensialından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiətinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması məqsədilə bu sektora xüsusi diqqət verilir. Artıq bir neçə ildir ki, MDB-də analoqu olmayan Şahdağ yay-qış turizm kompleksi tikilir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi, eləcə də yeni müəssisələrin təşkili məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə kənd təsərrüfatının inkişafına xüsusi töhfə verən və müasir standartlara cavab verən R-1 və R-2 yüksək reproduksiyalı toxumlar istehsal edən “Azərtoxum” müəssisəsi, qida duzunun istehsalı və digər əhəmiyyətli layihələr həyata keçirilmiş, Gəmiqayırma Zavodunun inşası, Sement zavodunun yenidənqurulması, yeni istixana kompleksinin yaradılması, süd zavodu, uşaq qidası istehsalı müəssisəsi və digər layihələr davam etdirilir.
Bütövlükdə, son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft sahələrinin inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” uğurla icra edilmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası isə davam etdirilir. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən 40 mindən çox yeni müəssisə yaradılmışdır.
Elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə özündə 817 tədbiri əks etdirən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” həyata keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyev 9 sərəncam imzalamış, Prezidentin Ehtiyat Fondundan Bakının rayon və qəsəbələri üçün 28,5 milyon manat vəsait ayrılmışdır.
İstehsal proseslərində yeni texnologiyaların tətbiqində, keyfiyyətli və rəqabətqabiliyyətli yerli istehsalın formalaşmasında və ölkə iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasında xüsusi əhəmiyyət kəsb etməsi, həmçinin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsində rolu baxımından xarici ticarət ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən hesab olunur. Müstəqillik illərində ölkəmiz xarici ticarət sahəsində böyük nailiyyətlər əldə etmiş, idxal edilən texnoloji avadanlıqlarla yeni istehsal müəssisələri qurulmuş, texnoloji infrastruktur yenilənmiş və gücləndirilmiş, son nəticədə qlobal bazarlarda rəqabətqabiliyyətli olan yerli məhsul ixracı artmışdır. 1991-ci illə müqayisədə 2010-cu ildə ölkəmizin xarici ticarət dövriyyəsi 7, o cümlədən idxal 3,5, ixrac isə 10,1 dəfə artmışdır. Hazırda Azərbaycan 150-yə yaxın ölkə ilə ticarət sahəsində əməkdaşlıq edir. Bununla yanaşı, ixracın həm coğrafi, həm də sektorlar üzrə diversifikasiyası, hazırda ixrac olunan malların ənənəvi bazarlara satış həcminin artırılması, həmin malların yeni ixrac bazarlarına çıxarılması və rəqabət potensialı olan ixrac mallarının ənənəvi və yeni bazarlara çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Bütövlükdə Azərbaycanda gələcək davamlı iqtisadi inkişafı təmin edən, xarici təsirlərə dayanıqlı olan iqtisadi sistem formalaşdırılmış, ölkəmizin enerji təhlükəsizliyi təmin edilmişdir. Azərbaycan artıq enerji daşıyıcıları idxalçısından onun ixracatçısına çevrilməklə həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından etibarlı tərəfdaşdır.
Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmış, bütün sahələrdə olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafını təmin etmişdir. Müstəqillik illərində dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 30,8, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 93 dəfə artmış, əməkhaqqı, pensiya və müavinətlərin ödənilməsinə 52 dəfə çox vəsait sərf olunmuşdur. Son 20 il ərzində əhalinin real gəlirləri 2,4, ölkə üzrə iqtisadiyyatda məşğul olan işçilərin orta aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə artmışdır. Əhalinin hər nəfərinə düşən gəlirləri də 16,2 dəfə artaraq 2010-cu ildə 2866 manata çatmışdır. Ən əsası, məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2010-cu ildə 9,1 faizə qədər azalmışdır.
Regionların inkişafı, yoxsulluğun və işsizliyin azaldılmasını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi, ölkə iqtisadiyyatının diversifikasiyasının təmin edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmış və bütün bunların nəticəsi olaraq 2004-2010-cu illər ərzində ölkədə 1 milyona yaxın yeni iş yeri yaradılmışdır.
BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilmişdir. İnsan inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz MDB ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə nail olmuş və “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir göstərmişdir. Belə ki, həmin hesabata əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.
Ölkədə sosial infrastrukturun yeniləşdirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yalnız 300-ə yaxın təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlara təchiz edilmişdir. Eləcə də fond tərəfindən səhiyyə və mədəniyyət infrastrukturunun yaradılması və bərpası, mədəniyyətimizin təbliği istiqamətində böyük layihələr həyata keçirilmişdir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “neft kapitalı”nın “insan kapitalı”na çevrilməsi siyasəti nəticəsində ölkənin gələcək inkişafının indiki gənc nəslin təhsil səviyyəsindən birbaşa asılılığı nəzərə alınaraq Prezidentin müvafiq sərəncamına əsasən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilir. Dövlət proqramı çərçivəsində bakalavr və magistratura pillələrinin hər biri üzrə gənclərin təhsili üçün prioritet sahələr müəyyənləşdirilmişdir. Neft Fondundan ayrılan vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların təhsil haqları, viza və qeydiyyat, yaşayış, tibbi sığorta və yol xərclərinin ödənilməsinə yönəldilir. Qeyd edək ki, proqram çərçivəsində 1 yanvar 2011-ci il tarixinə 733 nəfərin müxtəlif ölkələrin aparıcı təhsil müəssisələrində təhsili ilə bağlı xərclər fond tərəfindən maliyyələşdirilmişdir.
Bütövlükdə, 1993-cü ildən başlayaraq məntiqi ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunmuş və azad rəqabət mühiti formalaşdırılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, qiymətlərin bazar tərəfindən müəyyənləşməsi, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması təmin edilmiş və bununla da iqtisadiyyatda keçid dövrünün başa çatmasına nail olunmuşdur.
Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliyi səviyyəsini xarakterizə edən “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yaxşılaşmışdır. Bu göstəriciyə görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir.
“Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012” hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir. Belə ki, “əmək bazarının səmərəliliyi” alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, “makroiqtisadi vəziyyət” alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son bir il ərzində ölkəmiz “əmək bazarının səmərəliliyi” alt göstəricisi üzrə 11, “əmtəə və xidmətlər bazarının səmərəliliyi” alt göstəricisi üzrə isə 14 pillə irəliləmişdir.
Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. “Doing Business – 2009” hesabatının nəticələrinə əsasən Azərbaycan “top islahatçı” ölkə kimi qiymətləndirilmiş, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırmışdır. “Doing Business” hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının “Doing Business – 2011” hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur.
Bir sıra alt göstəricilərə görə Azərbaycan dünya üzrə ilk iyirmilikdə, o cümlədən “mülkiyyətin qeydiyyatı” üzrə 10-cu, “biznesin yaradılması” üzrə 15-ci, “investisiyaların qorunması” üzrə 20-ci yerdə bərqərar olmuşdur. “The Heritage Foundation” fondu və “The Wall Street Journal” məcmuəsi tərəfindən dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik son “İqtisadi Azadlıq İndeksi” hesabatında Azərbaycan hökumətinin ölkədə iqtisadi azadlığın yaxşılaşdırılması istiqamətində islahatlar aparması, eləcə də vergi azadlığı, valyuta azadlığı və korrupsiyadan azadlıq göstəriciləri üzrə müsbət nəticələr qazandığı qeyd edilmişdir.
“Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq ölkəmizə investisiya reytinqi verilmişdir. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi almış ilk və indiyədək yeganə iqtisadiyyatlı ölkə olaraq qalmaqdadır. Xüsusilə ilə qeyd edilməlidir ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşlması Avropanın bəzi inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin aşağı salınması fonunda baş verir.
Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi “İnkişafın Azərbaycan modeli”ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.
Milli Sosial-iqtisadi inkişaf modeli Azərbaycanın perspektivdə daha mühüm uğurlara imza atacağına elmi şəkildə əminlik yaradır. Prezident İlham Əliyev artıq inkişafın yeni hədəfini müəyyənləşdirib: respublikamız qısa müddətdə inkişaf etmiş ölkələrin sırasına daxil olmalıdır. Bu məramın gerçəkləşməsi üçün Azərbaycanda konkret iqtisadi zəmin var. Eyni zamanda, yürüdülən düzgün və səmərəli islahatlar kursu, həyata keçirilən məqsədyönlü modernləşmə strategiyası da respublikamızın dünyanın lider ölkələri sırasına daxil olmasını təmin edəcək faktorlardandır.
Müstəqilliyimizin bərpasının 20-ci ildönümünün ən əsas göstəricisi də odur ki, bu gün ölkəmizdə bütün sahələr üzrə nailiyyət hesabatları verilir, Azərbaycanın hərtərəfli yüksəlişi real faktların timsalında nümayiş etdirilir. Düzgün təməl üzərində müəyyənləşən inkişaf konsepsiyası isə Azərbaycanın hələ uzun onilliklər boyu davam edəcək və daha geniş miqyas alacaq milli intibahının əsas amili olacaq. Bütün bu müvəffəqiyyətlər bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və böyük inkişafa, yüksəlişə nail oldu.
iqtisadi inkişaf naziri
§6.İqtisadi inkişaf modelləri
fəaliyyət göstərdiyi bir şəraitdə də inkişaf modelləri müxtəlif olur.
Rusiya Federasiyasının İqtisad Elmləri və Sahibkarlıq
fəaliyyəti akademiyasının akademiki V.M.Kudrovun yazdığı “Dünya
iqtisadiyyatı” dərsliyində kapitalist iqtisadiyyatının beş tipik modeli
verilir. Onun gəldiyi nəticəyə görə birinci model ABŞ-da istifadə
edilən modeldir. Bu model özünütənzimləyən bazar mexaniziminə
malik, dövlət mülkiyyətinin xüsusi çəkisi azlıq təşkil edən və məhsul
istehsalı və xidmət göstərilməsi prosesinə dövlətin müdaxiləsi zəif olan
iqtisadiyyata əsaslanan modeldir. Modelin əsas üstünlüklərinə dəyişilən
bazar konyukturasına tez uyğunlaşa bilən nəhəng uyuşqan iqtisadi
mexanizmin olması və kapitalın daha sərfəli şəkildə istifadə edilməsi
sahəsində geniş imkanları ilə şərtləşən yüksək səviyyəli innovasiyaya
istiqamətləndirilmiş sahibkarlıq aktivliyidir. Məhsuldar qüvvələrin
yüksək səviyyədə inkişaf etdiyi, daxili və xarici bazarın həcminin
böyük olduğu və əhalinin həyat səviyyəsinin yüksək olması şəraitində
bu model daha da səmərəli olur.
İkinci model birinci dünya müharibəsindən sonra
Almaniyada, İsveçdə və Fransada formalaşdırılıb. Bu model dünyada
bazar iqtisadiyyatı adı altında məşhurdur. Modeli xarakterizə
edən əlamətlərə dövlətin milli bazar təsərrüfatına aktiv təsir göstərməsi,
güclü sosial təminatlılıq, ÜMM-də dövlət mülkiyyətinin xüsusi
çəkisinin çoxluğu daxildir. Bu modelin yüksək və səmərəli nəticə
verməsi üçün əmək və və kapital arasında çox ciddi balans
saxlanılmalıdır. Bu cür balans təmin edilmədikdə modelin səmərəsi
azala bilər.Bundan başqa, ikinci modelin uyuşqanlığı nisbətən aşağıdır
və iqtisadi konyukturaya zəif köklənir.
Bazar iqtisadiyyatının üçüncü modeli Yapon modeli adlanır.
Onun əsas xüsusiyyətlərinə milli məqsədlərin əldə edilməsi xatirinə
əməyin, kapitalın və dövlətin (həmkarların,sənayeçilərin, maliyyəçilərin
və dövlətin)dəqiq və səmərəli qarşılıqlı əlaqəsi, istehsalda kollektivlik
və patriotluq, insan amilinə güclü arxalanmaq daxildir. Bu model
Cənubi-Şərqi Asiyada və Uzaq Şərqdə və xüsusilə də Asiyanın cavan
“pələngləri” adlanan Hon-Konqun , Sinqapurun,Tayvanın, Cənubi
Koreyanın iqtisadi inkişaf təcrübələrində geniş yayılmışdır.
Dördüncü model
Latın Amerikasının modeli adlanır ki,
bunun da əsas fərqləndirici xüsusiyyətlərinə dövlətin iqtisadiyyata
güclü və heç də həmişə savadlı olmayan birbaşa müdaxiləsi, təsərrüfat
əlaqələri də daxil olmaqla cəmiyyətin kriminallaşması və korrupsiya,
istehsalın təbii resusrlara, ucuz işçi qüvvəsinə və qabaqcıl ölkələrin irəli
sürdükləri tələblərin ilk növbədə yerinə yetirilməsini nəzərdə tutan
istiqamətlərə yönəldilməsi daxildir.
Kapitalist iqtisadiyyatının beşinci modeli – Afrika modeli
adlanır. Bu modelin əsasını mülkiyyətin müxtəlif formada olması və
bazar münasibətləri təşkil edir. Bu modeli istifadə edən Afrika
ölkələrində hər şeydən əvvəl savadsızlıq və hətta istər müəssisə və
firmalar miqyasında və istərsə də bütövlükdə dövlət səviyyəsində
təsərrüfat proseslərinin idarə edilməsi və tənzimlənməsində acizlik
gözə dəyir. Hiss olunur ki, inkişaf etmiş kapitalist ölkələrinin köməyi
olmasa onlar özlərinin müasir iqtisadiyyatını qurmaqda çətinlik
çəkirlər.Afrika iqtisadi modelinin xarakterik cəhətlərinə ixtisassız
əməyin israfçılıqla istismarı, “yuxarıları”n güc işlətmə üsulları ilə
əməyə və istehsala birbaşa müdaxiləsi , əmək münasibətlərinin və
demokratiyanın inkişaf etməməsi, həddinnən aşağı səmərəlik və s.
III FƏSİL. MÜASİR DÜNYA İQTİSADİYYATINI
FORMALAŞDIRAN AMİL VƏ ŞƏRTLƏR
§1. Ölkələrin sosial-iqtisadi quruluşu və müasir dünya
iqtisadiyyatının formalaşmasında onun rolu
Müasir dünya iqtisadiyyatının indiki durumu müxtəlif amil və
şərtlərin təsiri altında formalaşmışdır. Onların içərisində konkret bir
dövlətin və dövlətlərqrupunun təsiri heç də az əhəmiyyət kəsb
əmişdir. Dövlətin hansı üsullarla idarə edilməsi, onun sosial-iqtisadi
vəziyyəti, demokratiyaya, insan amilinə, korrupsiyaya, istehsal-alət və
vasitələrinə olan münasibəti və bu kimi cəmiyyətin bir dövlət daxilində
idarə rdilməsilə baglı digər məsələlər dövlətin öz iqtisadiyyatına təsir
göstərdiyi kimi dünya iqtisadiyyatına da güclü təsir göstərmişdir. Bu
deyilənlərə parlaq misal keçmiş SSRİ dövləti ola bilər. 1917-ci i0ldə
Rusiyada baş verən məlum inqilab ölkənin sosial-iqtisadi simasını
dəyişdi, onu dünya iqtisadiyyatından demək olar ki, təcrid etdi.
Bütövlükdə bu dünya iqtisadiyyatına mənfi təsir göstərdi. 70 ildən də
çox bir dövrdə əsasən subyektiv mühakimələr əsasında yaradılmış və
subyektiv əsasda şəxsiyyətə pərəstiş mövqeyindən idarə olunan SSRİ
anan bir nəhəng dövlət özünütəcrid mövqeyində dayanmaqla dünya
Bu təsir ilk növbədə beynəlxalq iqtisadi əlaqələrin inkişafını, beynəlxalq
beynəlmiləlləşdirilməsini, istehsalın səmərəliliyinin yüksəldilməsini,
insan amilindən düzgün və səmərəli istifadə edilməsi prosesini və hətta
qlobal problemlərin həllini ləngidirdi. Obyektiv özül üzərində
formalaşmamış SSRİ 1992-ci ildə dagıldı. Lakin bu gün də Rusiyanın
və MDB adlanan quruma daxil olan ölkələrin iqtisadi, sosial, mənəvi,
psixoloji, siyasi, milli duru
sürətləndirilməsinə kömək göstərməkdən uzaqdırlar. Bunu da əsas
səbəblərindən biri Rusiyanın və digər MDB ölkələrinin uzun müddət
obyektiv iqtisadi qanunlara biganə münasibət bəsləyən SSRİ məkanında
fəaliyyət göstərmələri və bu ölkələrdə köhnəyə əsaslanan psixoloji
baryerin güclü olmasıdır.
Bəs konkret olaraq SSRİ adlanan nəhəng bir dövlətin dünya
iqtisadiyyatina mənfi təsiri hansi kanallarla, hansi mexanizmlə baş
verirdi. Bu mexanizmin dərk edilməsinin gənc oxucu üçün böyük
əhəmiyyət kəsb etməsini nəzərə alaraq onun bir neçə rıçaqlarını qısaca
Keçmiş SSRİ-nin dünya iqtisadiyyatına təsiri ilk növbədə ölkənin
idarə edilməsində və iqtisadi inkişafında özünəməxsus xüsusiyyətin
olması idi. Başlıca xüsusiyyətin mahiyyəti onda idi ki, iqtisadi artım
ölkənin sosial-iqtisadi inkişafı tələb və təklifin nisbətlərini təyin edə
bilən obyektiv qanunlarla bazar kriteriyaları ilə yox, rəsmi şəkildə
hazırlanmış, yuxarılarda tərtib edilmiş tapşırıqlara, direktiv göstərişlərə
əyin edilirdi. Lakin bu üsul özü-özlüyündə o qədər də mənfi,
yararsız üsul deyildi. Beşillik, üçillik müddətlərə proqnozlaşdırmalar
hazırda da bir sıra ölkələrdə (məs: Yaponiyada) tətbiq edilir və yaxşı
nəticələr verir. SSRİ-də istifadə olunan direktiv planlaşdırmanın mənfi
təsir buraxmağının əsl səbəbi isə onda idi ki, göstəricilər bir çox
cəhətdən siyasi və ideoloji baxışları, tərtib edilən planlar və xalqın yox,
monopol yolla idarə edən bir qrup şəxsin maddi və mənəvi maraqlarını
nəzərə almaqla işlənib hazırlanırdı. Şəxsiyyətə pərəstiş, ölkədə ancaq
bir şəxsə (baş katibə) baş eymək və onu hər şeyin bilicisi kimi qələmə
vermək vərdişi bunun üçün gözəl şərait yaradırdı. Partiyanın lap yuxarı
eşalonlarında qəbul edilən üsuli-idarə iyerarxiya üzrə bütün ölkə
ərazisində tətbiq edilirdi ki, bu da iqtisadi inkişafda obyektiv
yanaşmalar üçün demək olar ki, yer saxlamırdı.
Əyanilik üçün qeyd edək ki, SSRİ-nin iqtisadi inkişafında dörd
mərhələ ayırmaq olar və onların dünya iqtisadiyyatına nə verə biləcəyi
Rusiya inqilabının ilk 10 ilə yaxın bir dövründə iqtisadiyyatda baş
verənləri belə ifadə etmək olar: ilk illərdə iqtisadiyyata nə varidisə ya
tam dağıdıldı, ya da güclü zərbələrə məruz qaldı. Bu dövrün axırlarına
yaxın (1928-ci ilə qədər) subyektiv amillər altında Sov İKP ancaq
inqilabaqədərki iqtisadiyyatı, struktur dəyişiklikləri aparmadan bərpa
edə bildi. Deməli, iqtisadi in kişafda 10 il itirildi. Yəni bu 10 ildə həm
Rusiyanın və həm də dünyanın iqtisadiyyatı heç bir şey əldə etmədi.
İkinci pillədə SSRİ iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf
etdi və bu dövr, İkinci Dünya müharibəsinin mənfi təsirinə baxmayaraq
25 ilə yaxın bir dövrü (1929-1953) əhatə edirdi. Yüksək iqtisadi
inkişafa baxmayaraq məhs bu illərdə ölkə iqtisadiyyatını gələcəkdə
dağıda bilən amilin fundamenti formalaşırdı. Bu ondan ibarət idi ki,
baxılan dövrdə normal bazar iqtisadiyyatından qeyri-bazar
iqtisadiyyatına keçid prosesi demək olar ki, tam başa çatdı. O, dövrdə
çox işlədilən terminlərlə desək, geniş miqyaslı yenidən qurmalar xalq
təsərrüfatının aparıcı sahələrində həyata keçirilirdi. Bunun nəticəsində
ölkədə sənayeləşmə, mülkiyyətdə dövlətləşdirmə, kənd təsərrüfatında
kollektivləşmə və dövlətləşmə, iqtisadiyyatda millitarizasiyalaşma
sürətlə bütün ölkəni bürüyürdü. Nəticədə eybəcər bir struktura malik
iqtisadiyyat formalaşdı və əslində iqtisadiyyat iqtisadiyyat üçün,
istehsal istehsal üçün meyli güclü təsirə malik bir prosesə çevrildi.
“Ağır sənayenin üstün inkişaf etdirilməsi” sənayenin “A” və “B”
qrupları arasında obyektib nisbətləri darma-dağın etdi və nəticədə
paradoks bir vəziyyət yarandı: bir tərəfdən xüsusi çəkiyə görə 72-805
malik nisbətən inkiçaf etmiş ağır sənaye, digər tərəfdən 20-25% malik
olan yeyinti və yüngül sənaye dururdu. Kənd təsərrüfatı çox geri qalırdı.
Bu dövrdə dünyanın bir sıra ölkələrində kənd təsərrüfatında bir neçə
dəfə yüksək məhsuldarlıq əldə edildiyi halda, SSRİ kənd təsərrüfatında
əmək məhsuldarlığı beş on dəfə geri qalırdı.
Beləliklə də, 1929-1953-cü illərdə SSRİ-nin ələd etdiyi
“müvəffəqiyyətlərin” nəticəsində qeyri-bazar iqtisadiyyatının klassik
modeli formalaşdırılmış oldu ki, onun da əsas əlaməti dünya
iqtisadiyyatından təcridlilik idi.
ci illəri əhatə edən dövr Sovet iqtisadiyyatında
geriləmə dövrü idi. İkinci pillədə formalaşmış qeyri-bazar iqtisadi
modeli bunun üçün gözəl şərait yaratmışdı və totalitarizm, bir şəxsi
ideallaşdırmaq, bürokratik idarə etmə, obyektiv qanunlarla
hesablaşmamaq, mərkəzləşdirilmiş planlaşdırma demək olar ki, öz
gücünü , imkanlarını itirmişdi.
cı illər keçmiş SSRİ-nin iqtisadiyyatında xüsusi yer
tutur. Məhz bu illərdə iqtisadçıların əksəriyyəti və bir sıra partiya və
dövlət funksionerləri başa düşməyə başladılar ki, 1980-ci ilə qədər
formalaşdırılmış iqtisadiyyta və ona uyğun təsərrufat mexanizmi
ölkənin sosial-iqtisadi problemlərini həll etməyə qadir deyil. Bu illərdə
iqtisadi inkişafın sürəti çox aşağı idi sonra bu aşağı sürət də dayandı,
iqtisadiyyatda durğunluq dövrü başladı, iqtisadiyyatı böhran bürüdü.
Belə vəziyyət, əlbətdəki, dünya iqtisadiyyatına müsbət təsir göstərməyə
yə daxil olan ölkələr öz iqtisadiyyatlarını bazar qanunlarına
görə formalşadırmağa başlamışlar. Bu müsbət hal yaxın illərdə öz
bəhrəsini verə bilər və dünya iqtisadiyyatının daha sürətlə inkişaf etməsi
üçün müəyyən şərait yaratmış olar.
Qısaca olaraq keçmiş SSRİ deyilən nəhəng bir inperiyanın
timsalında biz göstərməyə çalışdıq ki, hər bir ayrıca götürülmüş ölkədə
baş verən sosial-iqtisadi dəyişikliklər bilavasitə dünya iqtisadiyyatına
Dünya iqtisadiyyatı sisteminin əsasını maddi və mənəvi
neymətlərinin beynəlxalq və dövlətlərin sərhədləri hüdüdunda
məhdudlaşan milli istehsalın bölüşdürülməsi, mübadiləsi və istehlakı
təşkil edir. FDövlətlərin iqtisadiyyatında, sosial-iqtisadi quruluşunda,
hərbi müdafiə sistemində baş verən hər hansı dəyişikliklərin dünya
iqtisadiyyatına təsiri də bunula izah olunmalıdır. Lakin bu cür quruluş
dəyişkən, müvəqqəti xarakterdə ola bilər, ona görə ki, daha gclü və
həyata uyğun yarım sistemlər digər yarım sistemləri dəyişdirə və
yaxudda öz məqsədinə tabe etdirə bilər. Əks halda sistem dağıla bilər.
Dünya iqtisadiyyatının bir sistem kimi vahid, tam, son məqsədi var. Bu-
yer kürəsində yaşayan insanların tələbətlarının ödənilməsidir. Lakin
təlif yarım sistemlərdə bu modifikasiyalaşa bilər və həqiqətdə də
belə olur. Ona görə ki, ayrı-ayrı dövlətlərdə müxtəlif sosial iqtisadi
texniki tərəqqi və onun nailiyyətlərinin geniş
miqyasda istehsalat tətbiqi.
a iqtisadiyyatının inkişafına və səmərəliliyinin
yüksəldilməsinə təsir göstərən proseslər, hadisələr olduqca çoxdur.
İqtisadi araşdırmalarda onların hamısını nəzərə almaq lazımdır. Lakin
bundan öncə dünya iqtisadiyyatına təsir göstərən proses və hadisələrin
özlərinə elmi yanaşma tələb olunur. Ümumi şəkilədə hər bir inkişaf
edən və idarə oluna bilən obyekt kimi dünya iqtisadiyyatına təsir
göstərən proses və hadisləridə 2 qrupa bölmək lazımdır: amillər və
Amil və şərtlər bir-birləri ilə sıx və qarşılıqlı əlaqədə olsalarda
amil birincidir. Dünya iqtisadiyyatının təkamül tapıb inkişaf etməsində
amil rolunu həmişə elmi-texniki tərəqqi (ETT) oynamışdır. Elm və
texnika inkişa və tərəqqi etdikcə dünya iqtisadiyyatıda inkişaf etmişdir.
da isə dünya iqtisadiyyatı ilə ETT arasında da qarşılıqlı əlaqə
ETT yüksək məhsuldarlıqlı və səmərəli texnikaların və
texnologiyaların meydana gəlməsinə səbəb olur. Belə texnikanın tam
səmərə verməsi üçün o istehsala geniş miqyasda tətbiq olunmalıdır. Çox
vaxt yüksək məhsuldarlığa malik texnika və texnologiyalar milli dövlət
daxilində tələbatları ödəməklə yanaşı dünya miqyasında tələbatların
ödənilməsinə də imkan verir.
Elmin və texnikanın tərəqqisi bir qayda olaraq, dünya miqyasında
istehsalın tərəqqisinə səbə olur. Bu isə o deməkdir ki, yeni texnika və
texnologiya hər tərəfli geniş dairədə, bütün planetdə yayılır. Yeni
texnika və texnologiya geniş ( qlobal) miqyada yayıldıqda onların
səmərəli istifadə edilməsi məsələsi beynəxlalq əlaqələrin, ölkələr
arasında iqtisadi münasibətlərin inkişafından aslı olur.
Müasir dövrün xarakterik cəhəti elmi və texniki inqilabların
intensivliyinin artmasıdır. Elmi özünü tam mənada məhsuldar qüvvə
kimi göstərir və dünya iqtisadiyyatına və onun yarım sistemlərinə güclü
müsbət təsir göstərir. elm məhsuldar qüvvədir. Bu öz əksini əmək
cisimlərinin və əmək alətlərinin yeni növlərinin yaradılması, fəaliyyətdə
olanlarının təkmilləşdirilməsində və istehsalın texnologiyasına aktiv
təsir etməsində tapır.
iki tərəqqinin yer kürrəsi miqyasında yayılması nəzəri
baxımdan və həmdə praktiki cəhətdən ümumi xarakter daşıyır və bu
yaılma hazır məhsulların xarici ölkələrə satılması, patentlərin və
lisenziyaların alınması və bir-başa kapital qoyuluşlarının həyata
keçirilməsi yolu ilə baş verir.
Bu günə qədər dünya miqyasında toplanmış təcrübənin
öyrənilməsi göstərir ki, məhz texnologiya və elm tutumlu texnikanın
mübadilə edilməsi yolu ilə yarımsistemlər miqyasında istehsalların
texniki silahlanmasını və səmərəliliyinin yüksəldilməsini təmin etmək
mümkündür. Bundan başqa, konkret götürülmüş bir ölkənin ixrac
imkanlarının artırılmasında və idxalın həcminin azaldılmasında,
ixtisaslaşma və kooperasiyalaşma nəticəsində müxtəlif və rəqabət
dözümlü məhsullar istehsal edib reallaşdırmaq yolu ilə ölkələr arasında
iqtisadi əlaqələrin genişləndirilməsi də bilavasitə ETT-nin
sürətləndirilməsindən asılı olur. İndiki dövrdə texnologiya dünya
bazarında xüsusi əmtəədir.Bu da xarici iqtisadi əlaqələrin
intensivləşməsinə, dünya iqtisadiyyatının isə genişlənməsinə səbəb olur.
Müasir dövrdə elmi-texniki tərəqqinin inqilabi fazası daha sürətlə
inkişaf edir və buna görə də “elmi-texniki tərəqqi” ilə yanaşı “elmi-
texniki inqilab” terminlərindən geniş istifadə edilir. Lakin burada söhbət
heç də terminlərdən getmir. Bu prosesi elmin sənayeləşməsi
adlandırırlar. Bunlardan başqa, müasir ETT-nin kollektivlik xüsusiyyəti
meydana çıxmışdır. Bu cəhətin mahiyyəti ondadır ki, elmin inkişafı
hazırda, ancaq elmin müxtəlif sahələri ilə məşğul olan kollektivlər
tərəfindən inkişaf etdirilə bilər. Bir ölkə daxilində bu məsələlərin
tekbaşına həll edilməsi çox vaxt qeyri-mümkün və səmərəsiz olduğuna
görə dövlətlərarası elmi əlaqələrin artması zəruriliyi ortaya çıxır.
texniki tərəqqinin bir xüsusi və çox əhəmiyyətli cəhəti də
dünya iqtisadiyyatının formalaşıb inkişaf etməsinə müsbət təsir
göstərməsidir. Bu da ondan ibarətdir ki, ETİ-ilə zəngin olan müasir ETT
hər hansı bir məhsulun həcmini istənilən qədər artırmağa imkan verir.
Buna görə də xarici iqtisadi əlaqələrdə, mübadilə çox işlənən mallarla
yanaşı, texnologiya , idarəetmə, bilik, təcrübə, elmi-texniki informasiya
və yaxud da “cisimlənmiş” bilik (təcrübə, elm) olan müasir tipli maşın
və avadanlıqlar, yüksək xüsusi, çəkiyə malik olurlar.Nəticədə dünya
iqtisadiyyatı da inkişaf edir.
texniki inqilabın müasir xüsusiyyətlərindən biri də
texniki fəaliyyətin nəticələrindən istifadənin beynəlmiləşməsidir.
texniki nailiyyətlərdən istifadənin beynəlmiləşməsi ixtiraların,
sürətləndirməyə, beynəlxalq münasibətləri genişləndirməyə və dünya
iqtisadiyyatının intensiv yolla yüksəlməsinə imkan verir.
Yeniliklərin istehsal tətbiqinə tələb olunan vaxt müxtəlif
ölkələrdə müxtəlifdir. Məsələn Yaponiyada bunun orta müddəti, 2- 3,5
il, ABŞ-da 5-7 il, Almaniyada 8-10 il təşkil edir.Qeyd edək ki, elmi-
texniki təcrübə sahəsində mübadilə bir sıra formalarda həyata keçirilir.
Yüksək texnologiyanın ixracı baxımından ABŞ dünyada liderdir.
Dünya miqyasında satılan liseniyalarda ABŞ-ın payı 70% təşkil edir.
Lisenziyanı idxal edən ölkələr də yüksək səmərə əldə edirlər. Məsələn,
Yaponiya keçən əsrin 50-ci illərində texniki səviyyəyə görə ABŞ-dan
30 il geri qalırdı.Hazırda Yaponiya bu geriliyi aradan qaldıran
bilmişdir və hətta bir sıra sahələrdə dünyada liderliyi əlində saxlayır.
Geriliyi qısa bir müddətdə aradan qaldıran Yaponiya lisenziya almaqda
Beləliklə, elmi-texniki tərəqqinin ayrı-ayrı ölkələrdə sürətlə
inkişaf etməsi, elmi-texniki nailiyyətlərin qlobal masştabda istehsala
tətbiqi və bunlarla əlaqədar və paralel olaraq lisenziya-parent
mübadiləsinin hər sahədə və hər cür yenilikləri özündə cəmləşdirən
hau”ların intensivləşməsi, bütün bunlarla əlaqədar olan digər bir
əmtəə, xidmət və maliyyə dövriyyəsinin sürətlənməsi yeni
beynəlxalq əmək bölgüsünün formalaşmasına səbəb olmuşdur, bu da öz
növbəsində dünya iqtisadiyyatının sürətlə inkişafı üçün şərait
§3. Təsərrüfat əlaqələrinin intesivləşməsi və istehsalın
beynəlmiləlləşməsi
Dünya iqtisadiyyatı çoxukladlı və keçid strukturuna malikdir.
Onun ayrı-ayrı yarımsistemlərində məhsuldar qüvvələr və istehsal
münasibətləri müxtəlif şəkildə olur. Bunun nəticəsində dünyada bütün
cəhətləri özündə cəmləşdirən təkrar istehsalın vahid qanunlar sistemi
Bunula yanaşı dünya təsərrüfatının inkişaf qanunauyğunluqları və
meylləri elmi-texniki tərəqqi və beynəlxalq əmək bölgüsünün təsiri
altında dünya təsərrüfat strukturundakı dəyişmələr nöqtəyi-nəzərincə
baxılmalıdır. Bu proseslərdəki pillələr isə dünya iqtisadiyytının inkişaf
pillələrini göstərir. Bu proseslərin obyektiv əsasını beynəlxalq əmək
bölgüsünün gedişi zamanı özünü göstərən istehsalın və ümümiyyələ,
millətlərin təsərrüfat fəaliyyətinin beynəlmilləşməsi təşkil edir.
İndiki dövrdə, XXİ əsrin başlanğıcında ayrıca götürülmüş, heç
bir, hətta çox inkiaşf etmiş böyük ölkə belə, tam açıq və yaxud da tam
bağlı sistem şəkildə inkişaf edə bilmir. Yəni o, öz iqtisadiyyatını
tamamilə daxili bazara və əksinə, tamamilə xarici bazara iqstiqatləndirə
bilmir. Buna görə də inkişafın sərfəli strategiyası ancaq daxili və xarici
amillərin, təsərrüfatdaxili və beynəlxalq əmək bölgüsünün
uyğunlaşdırlmasəna əsasən seçilə bilər. Lakin uyğunlaşdırma bir
prinsip kimi rədd edilə bilməz, əks halda təsərrüfatdaxili və beynəxlalq
əmək bölgüsünün üstünlüklərindən bacarıqla istifadə edilmədiyinə görə
iqtisadi inkişaf və səmərəlilik aşağı düşə bilər.
Baxmayaraq ki, ölkələrdə istehsal edilən məhsulun əksinər hissəsi
arda reallaşdırılır, məhsulların beynəlxalq miqyasda
mübadiləsi prosesi getdikcə güclənir. Bu təsadüfi hal deyil, obyektiv
prosesdir və hazırkı dövrdə məhsulda qüvvələrin inkişafının daxili
qanunauyğunluqların əks etdiri. Bu inkişafın başlıca meyli beynəlxalq
əmək bölgüsünün dərinləşməsdir ki, onun gedişində də ölkə məhsuldar
qüvvələri daha çox dünya məhsulda qüvvələri formasında fəaliyyət
Son onilliklərdə biliyin gücü ilə yaradılan və əmək
məhsuldarlığının çoxqat yüksəldiləməsinə qadir olan texnoloji inqilablar
təsərrüfatların beynəlmiləlləşməsi prosesinə güclü təkan verdi.
Qabaqcıl və məhsuldar texnologiyalar istənilən məhsulu istənilən
miqdarda və keyfiyyətdə istehsal etməyə imkan yaradır.Bunun
nəticəsində həcmin artması əlavə iqtisadi səmərə verir.
Dünya miqyasında təsərrüfat fəaliyyətinin beynəlmiləlləşməsinə
güclü təsir göstərən digər amillər sırasına ilk növbədə istehsalların
ümumilləşməsi prosesi və qlobal problemlərin kəskinləşməsi daxildir.
İqtisadiyyatın beynəlmiləlləşməsi prosesi yavaş da olsa həmişə
baş vermişdir. Müasir dövrdə baş verən beynəlmiləlləşmənin əsas və
fərqləndirici xüsusiyyətləri vardır. Məsələ burasındadır ki, dünya
təsərrüfatı inkişafının hazırkı mərhələsində çox böyük əhəmiyyət
veriləsi proselər gedir. Son nəticədə onlar beynəlxalq əmək bölgüsünün
və dünya əmtəə-mal mübadilələrinin parametlərinə güclü təsir göstərir.
dünya iqtisadiyyatında gedən beynəlmiləlləşmə prosesi baxımından çox
əhəmiyyətli xüsusiyyətlərə, birincisi beynəlxalq əmək bölgüsünün bu
vaxta qədər görülməmiş dərəcədə dərinləşməsi, əhatəli olması,
beynəlxalq mübadilənin yüksəlməsi sürətinin istehsalı artım sürətindən
çox olması daxıldır. İkincisi, dünya mübadiləsi strukturunda
dəyişikliklərin baş verməsidir. Üçüncüsü, təkrar istehsal prosesində
xarici iqtisadi əlaqələrin rolunun artması və onların ictimai istehsalın
səmərəliliyinin yüksəldilməsi amilinə çevrilməsidir.
Bu xüsusiyyətlər və müasir elmi-texniki inqilabın yaratdığı şərait
XXİ əsrin ilk illərində istehsalın və mumiyyətlə, milli təsərrüfatların
beynəlmiləllik dərəcəsini prinsipcə yeni səviyyəyə qaldırmışdır.
Keyfiyyətcə yeni olan bu səviyyəsi fərqləndirən cəhətlər
bunlardır.Keyfiyyətcə yeni olan bu səviyyəsi fərqləndirən cəhətlər
bunlardır: 1. İstehsalın ümumiləşməsində xüsusi kapitala söykənən
transmilli korporasiyların rolu artmışdır. Keçən ərin 60-70-ci illərinə
qədər beynəlmiləlləşmə prosesində əsas rolu dövlət-manapoliyasında
oln firmalar həyata keçirirdisə, indi bu rposesdə aparıcı rolu TMK-lar
oynayırlar. 2. Beynəlxalq əmək bölgüsünün formalarında böyük
dəyişikliklər baş verir. Fərdi əmək bölgüsü isə əvvəlcə müəssisə və
firmaların çərçivəsindən çıxaraq emal sənayesində, hasilat sənayesində,
kənd təsərrüfatında və nəhayət, xidmət sferasında əmək bölgüsünün əss
masına çevrilmişdir. 3. TMK-nın çoxsaylı və elmi-texniki
komplekslərində elmi-texniki məhsul üzrə kooperasiya əlaqələri xeyli
güclənmiş və ümumiyyətlə, xarici iqtisadi əlaqələrin tam sistemində
texniki komponentlərin xüsusi çəkisi artmışdır. Bu, ilk növbədə
xüsusi kapitalın daha çox qeyri-istehsal sahələrinə yönəldilməsi və
xarici əməliyyatlardan əldə olunan gəlirlərin həcmində texnologiyanın
ötürülməsi, idarəetmə, mühəndis-məsləhət və idarəetmə xarakterli
kapital formalı fəaliyyətdən əldə edilən gəlirin xüsusi çəkisinin
durmadan yüksəldilməsində öz əksini tapır. 4. Beynəlxalq əmək
bölgüsünün dərinləşməsi prosesinə getdikcə daha çox və daha sürətlə
yeni ölkələri və hətt inkişafda olan ölkələr cəlb olunur. Əlamətdar hal
budur ki, bu ölkələr təkcə beynəlxalq əmək bölgüsündə inkişaf etmiş
ölkələrin istehsal etdikləri hazır məhsulun istehlakçısı və xammal ixrac
edən ölkə kimi yox, həm də hazır, keyfiyyətli sənaye məhsulu və
yüksək ixtisaslı mütəxəssislər ixrac edən ölkələr rolunda çıxış etməyə
Beləliklə də beynəlmilləşmənin müasir xüsusiyyəti ümumi
şəkildə belə ifadə oluna bilər: mellətlərin qarşılıqlı iqtisadi asıllığı
prosesi güclənir. İnkişaf etmiş ölkələr istər-istəməz bu prosesin baş
verməsi üçün uzun müddətə də olsa, müəyyən zəruri hazərlayırlar.
Lakin, ümumiyyətlə götürdükdə, beynəlxalq əmək bölgüsünün
və ölkələrin iqtisadi fəaliyyətlərinin beynəlmilləşməsinin ikinci və
üçüncü dövlətlər qrupları hesabına dərinləşməsi hər şeydən əvvəl bu
ölkələrin özlərindən daha çox asılıdır. Biliyə, bilikli adamlara daha çox
fikir verməyə başlayan, korrupsiya ilə mübarizəni gücləndirməyə
marağı olan, öz millətinin inkişafını öz şəxsi maraqlarından üstün
tutmağı bacaran dövlət orqanları inkişaf etmiş ölkələrdə iqtisadiyyatda
struktur dəyişikliklərini sürətləndirməyə, sosial yönümlü inkişaf
modellərinə üstünlük verməyə başlamışlar.korrupsiya yolu ilə ölkə
iqtisadiyyatının inkişafına nail olmağın qeyri-mümkünlüyü getdikcə
hamıya aydın başlayır və bu həqiqətin dərk edilməsi prosesi
əşdikcə milli fəaliyyətlərin beynəlmilləşmə prosesi də
Beynəlmilləşmə prosesinin güclənməsinə birgə müəssisələr və ən
başılıca isə transmilli korporasiyalar güclü təsir göstərir, prosesin özünü
isə dönməz edirlər. Beynəlxalq ticarətin əhəmiyyətinin artması,
transmilli korporasiyaların fəaliyyətinin güclənməsi, investisya axını
divensifikasiyasının intesivləşməsi milli iqtisadiyyatların qarşılıqlı
əlaqələrini sıxlaşdırır. Lakin onların hamısı bir-biri ilə əyani görünən və
ilk baxışdan görünməyən incə tellərlə bağlı olurlar.
XXİ əsrin ilk illərində dünya iqtisadiyyatın qlobal, inteqrasiyanın
və beynəlmilləşmənin yeni xassələrə malik olan, dərk edilməsi yüksək
bilik tələb edən yeni bir mərhələyə daxil olmuşdur. Normal fəaliyyət
daxilində milli iqtisadiyyatlar arasında qarşılıqlı asılılıqların yeni
keyfiyyələri ilk baxışda “görünmür”. Lakin hər hansı bir ölkədə,
regiona baş verən normadan kənarlaşmalar bütün dünya iqtisadiyyatına
təsir göstərir və bütün ölkələr onun təsirini hiss edirlər.
Qloballaşmış beynəlmilləşmənin bir mühüm xüsusiyyəti ilə
dövlətlərin bu dövlətlər, dövlət monopoliyası beynəlxalq iqtisadi
əlaqələrdə fəal rol oynamışdır. Bu gün isə beynəlmiləlliyi inkişaf
etdirən aparıcı qüvvə bütün dünyanı bürümüş TMK-dır. Bu cəhətdən
hsalının beynəlmilləşməsini daha da sürətləndirir və
4. Qlobal beynəlmilləşmə və iqtisadi inkişaf
Millətlərin iqtisadi həyatının beynəlmilləşməsi obyektiv bir
prosesdir və son nəticədə yüksək iqtisadi səmərə verməsi üzündən
dünya iqtisadiyyatının inkişafı üçün şərait yaratmaqla, milli
iqtisadiyyatların da mühüm amilinə çevrilir. Doğrudur, XXİ əsrin əvvəli
olsa da millətlərarası iqtisadi anlaşmazlıqlar və müxtəlif xarakterli
narazlıqlar və əks təsirlər qalmaqdadır və ola bilsin ki, bu cür
qarşıdurmalar uzun illər davam edəcək. Lakin hazırkı qarşılıqlı
asılılığın səviyyəsi o dərəcədə çatmışdır ki, heç bir ölkə öz iqtisadi
maraqlarını dünya iqtisadiyyatına qarşı qoymaq gücündə deyillər. Bu
yolla getmək fikrinə düşən hər bir ölkənin böyük iqtisadi itki gözləyir.
Bu çox mühüm məsələdir. Məhz bu cəhət iqtisadi səmərənin əldə
edilməsi və dünya iqtisadiyyatının optimal idarə olunması və inkişaf
etdirilməsi üçün lazımi şərait yaradır.
Beləliklə də beynəlmilləşmə və onun qloballaşması dünyada
iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu prosesin
iqtisadiyyata təsiri təkcə iqtisadi qollarla baş vermir. Beynəlmiləlləşmə
qlobal xarakter aldıqca o siyasətə təsir edən güclü milə çevrilir. Dünya
iqtisadiyyatı o dərəcədə qarşılıqlı əlaqədar və asılılıqlardan ibarət olur
ki, dövlətlərin heç biri sonda iqtisadi tarazlığın siyasət baxımından
pozulmasına maraq göstərmirlər. Bu cür yanaşmanın əsasını isə son
onilliklərdə iqtisadi, siyasi və hərbi proseslərin tam bir vahid kimi
fəaliyyət göstərməsi meylini ortaya çıxmasıdır. Məhz buna görə də
inkişaf etmiş ölkələr qloballaşmadan və beynəlmiləlləşmədən daha çox
Beynəlmiləlləşmə və bu prosesin genişlənməsi istər birbaşa və
istərsə də müxtəlif istiqamətlərdə iqtisadi və sosial səmərə verir. Xarici
kapital, yeni texnologiya, inteqrallaşma imkanları və iqtisadi inkişaf
təmin etmək xatirinə dünya bazarına çıxış səmərəni yaradan amillər
rolunu oynayır. Digər bir cəhəti ilə qeyd etmək lazımdır. Bu qlobal
beynəlmiləlləşmə prosesində bütün ölkələr üçün müəyyən və bərabər
olan qanunlar paketinin hazırlanıb həyata keçirilməsidir. Məhz bu
qanun və qaydalar toplusu imkan verir ki, qabaqlar ancaq TMK üçün
mümkün ola bilən xarici əməliyyatlar, eyni zamanda milli ölkələrin
kompaniyaları tərəfindən də həyata keçirilə bilsin.
YARADICILIQ,
TƏŞƏBBÜSKARLIQ VƏ
DÜNYANIN İQTİSADİ İNKİŞAFI
Comments are closed, but trackbacks and pingbacks are open.