Press "Enter" to skip to content

Tarixi abidələr

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

Səadət kamalla yetişir başa

Ümumtəhsil məktəblərinin VIII sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti Azərbaycan Respublikasında ümumi orta təhsilin konsepsiyası (Milli kurikulumu) əsasında hazırlanmışdır.

Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi, əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyəti formalaşdırılması, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi ön plana çəkilmişdir.

“Ədəbiyyat” dərslik komplekti dərslikmüəllim üçün metodik vəsaitdən ibarətdir. Dövlətçilik maraqlarına, təhsil sistemimizin özünəməxsusluğuna, milli mənəvi dəyərlərə, kurikulumun məqsəd və vəzifələrinə uyğun olaraq, VII sinif üçün ədəbiyyat fənni üzrə dərslik komplektində iki mühüm tələb əsas götürülmüşdür:

1.Təhsil Nazirliyinin milli dəyərlərimizə söykənən, şəxsiyyətin formalaşmasına təsir edən fənlərlə bağlı belə bir haqlı mövqeyi nəzərə alınmışdır ki, biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik.

(Müəllimlik bir missiyadır. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə. “Azərbaycan müəllimi” qəzeti. 15 avqust 2014-cü il.)

Bu mövqe əsas götürülərək ümumi orta təhsilin yekunlaşdığı VIII-IX siniflər üçün müasir təlim texnologiyalarını özündə ehtiva edən milli ədəbiyyat dərsliyi yaradılması vəzifəsi qarşıya qoyulmuşdur . Dərslikdə milli mənəvi dəyərlərimizə bağlı şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyətə malik, zamanın və məktəb təcrübəsinin sınağından çıxmış söz sənəti incilərinin kurikulumda və təhsil strategiyasında xüsusi önəm verilən interaktiv təlim texnolog iyası və informasiya-kommunikasiya vasitələrindən istifadə ilə öyrədilməsi məqsədəuyğun sayılmışdır.

2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kurikulumunda VIII sinifdə fənnin məzmununa yeni yanaşmanın zəruriliyi xüsusi qeyd edilir: VIII-IX siniflərdə ədəbiyyatın qədim dövrlərdən bu günədərki inkişaf yolunun izlənilməsi nəzərə alınır. Bu, IX sinifdə ümumi orta təhsilin tamamlanmasından və kurikulumun tələblərindən irəli gəlir. (Bax: www. kurikulum.az/ images/. /edebiyyat.pdf )

Odur ki, icbari xarakter daşıyan ümumi orta təhsili bitirənlərin bir qisminin öz təhsilini sonrakı pillədə (X-XI-ci siniflər) davam etdirməyəcəyi nəzərə alınaraq, şagirdlərin VIII sinifdən etibarən ədəbiyyatımızın inkişaf yolu, əvvəlki siniflərdə dərindən öyrənilməyən Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Ə. Xaqani, İmadəddin Nəsimi, M.Füzuli, Xətayi, S.Təbrizi, M.P.Vaqif, C.Məmmədquluzadə, M.Ə.S abir, H.Cavid və digər klassik sənətkarların yaradıcılığı ilə tanış edilməsi zərurəti meydana çıxır.

Kurikulumun ümumi orta təhsilin son pilləsində ədəbi təhsilin məzmununa yeni yanaşma tələbinə uyğun olaraq, əvvəlki siniflərdə məqbul sayılan təlim materiallarının mövzu-problem üzrə qruplaşdırılması prinsipindən dərslikdə imtina edilmiş, VIII sinifdən etibarən qədim dövrdən üzü bəri ədəbiyyatımızın varislik gözlənilməklə, xronoloji ardıcıllıqla, tarixi-ədəbi zəmində öyrənilməsi məqsədəuyğun sayılmışdır.

D ərslik komplekti hazırlanarkən pedaqogika, psixologiya, ədəbiyyatşünaslıq, ədəbiyyat tədrisi metodikası elmlərinin son nailiyyətləri, milli və beynəlxalq tədqiqatlar, dərslik yaradıcılığı sahəsində qabaqcıl təcrübə nümunələri, V-VII siniflərdə kurikulum üzrə ədəbiyyat tədrisinin təcrübəsi öyrənilmiş və nəzərə alınmışdır.

DƏRSLİK

Ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyində Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sistemi qarşısında qarşıya qoyulan aşağıdakı vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır:

– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Dərsliyə şifahi xalq ədəbiyyatı, Azərbaycan klassik ədəbiyyatı, eləcə də dünya ədəbiyyatından seçilmiş yüksək ideya-bədii dəyərə malik, milli və ümumbəşəri dəyərləri, gənc nəslin mənəvi-estetik tərbiyəsi, müasir dünyagörüşünün formalaşdırılması, təfəkkürünün inkişafı baxımından aktual mövzu və problemləri əks etdirən, müxtəlif janrlarda, şagirdlərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun əsərlər daxil edilmişdir.

“Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları aşağıdakı bölmələrdə qruplaşdırılmışdır:
1. Qədim və zəngin ədəbiyyatımız.
2. Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim zamanlardan XIII əsrə qədər)
3. Orta dövr Azərbaycan ədəbiyyatı (XIII əsrdən XVII əsrə qədər)
4. Yeni dövr Azərbaycan ədəbiyyatı: I mərhələ (XIVV-XVIII əsrlər)
5. Yeni dövr Azərbaycan ədəbiyyatı: II mərhələ (XIX əsr)
6. Yeni dövr Azərbaycan ədəbiyyatı: III mərhələ (XX əsrin əvvəlləri)
7. Dünya ədəbiyyatından seçmə
8. İnformasiya xarakterli məruzənin yazılmasına dair tövsiyələr
9. Layihələr üzrə iş
10. Sinifdənxaric oxu materialları
11. İfadəli oxuda istifadə olunan şərti işarələr
· 13. Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti
· 14. Oxunması məsləhət görülən əsərlər

Hər bölmənin əvvəlində verilmiş yığcam şərh və illüstrasiyalar məktəblilərdə öyrədiləcək əsərlərin ideya-məzmunu haqqında ilkin təsəvvür yaradılmasına, onların psixoloji baxımdan yeni bölməyə keçidinə zəmin yaratmaq niyyəti izləyir.

Dərslikdə belə bir mühüm cəhət nəzərə alınmışdır ki, digər fənn kurikulumları kimi, ədəbiyyat fənn kurikulumunun da fəlsəfəsi və məntiqinin əsasında məzmun standartlarının (alt standartların) sinifdən-sinifə keçdikcə yeni situasiyada, daha mürəkkəb bədii mətn üzərində tətbiqi, dərinləşdirilməsi və genişləndirilməsi durur. Bu baxımdan əvvəlki siniflərdə öyrənilmiş epik, lirik, dramatik növün janrlarına növbəti sinifdə daha mürəkkəb bədii mətnlərin nümunəsində müraciət kurikulumda mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

VIII sinfin fənn kurikulumunda öyrəniləcək təlim materialları sırasında heca, əruz vəznli şeirlər, dastan, hekayə, novella, dram, poema janrlarında əsərlər qeyd edilir. Göründüyü kimi, V-VII siniflərdə olduğu kimi, lirik növün janrları ayrıca qeyd edilməmiş, bu və ya digər janrdan siniflər üzrə istifadəyə heç bir məhdudiyyət qoyulmamışdır. Beləliklə, kurikulumda əslində heca vəznində olan bayatı, gəraylı, qoşma janrlarında əsərlərə sinifdən-sinfə keçdikcə müraciət edilməsi məqbul sayılır.

Eyni janrda əsərlərin sinifdən-sinfə keçdikcə təkrarən öyrənilməsi epik və dramatik növdə əsərlərdə də özünü göstərir. Məsələn, hekayənin bütün siniflərdə, dastan janrında əsərlərin VII, VIII, X, dram, poemanın VIII-XI siniflərdə öyrədilməsi məqbul sayılır..

VIII sinfin fənn kurikulumunda 1.2.3.alt standartı şagirdin b ədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii təzad, kinayə) rolunu aydınlaşdırmasını nəzərdə tutur. Lakin bu, heç də həmin standart üzrə əvvəlki siniflərdə öyrənilmiş, lakin VIII sinif kurikulumunda qeyd edilməmiş bədii təsvir və ifadə vasitələrindən (epitet, bənzətmə, mübaliğə, bədii sual, təkrir, litota) imtina edilməsi, həmin məcazlar üzərində iş aparılmaması anlamına gəlmir. Əks-təqdirdə bədii əsərin sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi sadəcə qeyri-mümkün olardı.

Bu cəhət nəzərə alınaraq, dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar kurikulumun tələbinə uyğun olaraq, genişləndirilmiş və dərinləşdirilmişdir. Belə ki, bu sinifdə bədii əsərlərin öyrədilməsi prosesində epitet, bənzətmə, mübaliğə, litota, təkrir, bədii sualla yanaşı, metafora, bədii təzad, kinayə kimi bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi və işlənmə məqamına görə rolunun aydınlaşdırılması üzrə iş aparılması məqsədəuyğun sayılmışdır.

Bu yanaşma özünü ədəbi qəhrəmanın səciyyələndirilməsi ilə bağlı 1.2.2. standartında da göstərir. Kurikulumda həmin standart üzrə işin V-VIII siniflərdə aşağıdakı ardıcıllıqla inkişaf etdirilməsi qeyd edilir:

1. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir. (V sinif)

2. Qəhrəmanları davranış və əməllərinə əsaslanmaqla səciyyələndirir (VI sinif)

3. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla obrazı səciyyələndirir (VII sinif)

4. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir. (VIII sinif)

Göründüyü kimi, standart obrazın təhlili üzrə bacarıqların sinifdən-sinfə keçdikcə dərinləşdirilməsi və inkişaf etdirilməsini nəzərdə tutur. Lakin bu o demək deyildir ki, hər sinifdə obrazla bağlı yalnız bir cəhət üzərində dayanılmalı, əvvəlki siniflərdə obrazın səciyyələndirilməsi ilə bağlı görülən işlərdən imtina edilməlidir. Əksinə V-VII siniflərdə qəhrəmanı səciyyələndirən müxtəlif xarakterik xüsusiyyətlərin təhlili üzrə iş VIII sinifdə davam və inkişaf etdirilməlidir.

Aydın məsələdir ki, sinifdən-sinfə keçdikcə öyrənilən əsərlər ideya-məzmun, problem baxımından daha mürəkkəb olduğu üçün ədəbi qəhrəmanını yalnız bir cəhət əsasında səciyyələndirmək mümkün deyildir. Əvvəl qazanılmış bilik, bacarıqların yeni, daha mürəkkəb əsərlər üzərində tətbiqi, dərinləşdirilməsi və inkişaf etdirilməsi zəruridir.

V və VII siniflərdə olduğu kimi, bu dərsliyin də metodoloji konsepsiyasının əsasında şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılması durur. Təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərləndirilməsi.

1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi motivasiya, idraki maraqoyatmadır. Müxtəlif üsul və vasitələrdən, ilk növbədə mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılmasını təmin edən düşündürücü sual və tapşırıqlardan, iternet mənbələrindən (Google, You Tube, Vikipediya və s.) istifadə şagirdlərdə təlim materialına ciddi maraq oyadır, yeni biliyin fəal mənimsənilməsnt üçün zəmin yaradır. Bu prosesdə məktəblilərin idrak fəallığı stimullaşdırılır, onlar tədqiqaçılığa yönəldilir.

2. Yeni biliyin mənimsənilməsi fənn kurikulumunun məntiqinə və fəlsəfəsinə uyğun olaraq, iki mərhələdə həyata keçirilir: bədii əsərin məzmununun mənimsənilməsi və təhlili.

Bədii əsərin məzmunun mənimsənilməsi məqsədilə müəllimin nümunəvi ifadəli oxusu, bədii oxu ustasının ifasının dinlənilməs, şagirdlərin səsli, səssiz oxusu, fasilələrlə oxu, proqnozlaşdırılmış oxudan istifadə ilə həyata keçirilir.

Kurikulumdaki 1.1. əsas standartının (Bədii əsərin məzmununun öyrənilməsi) təlim prosesində reallaşdırılması məqsədilə aşağıdakı iş növlərindən istifadə nəzərdə tutulur:

– Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərsliyin sonunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün tapşırıqlar;

– Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə, mənzum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmununun müxtəlif formalarda nağıl edilməsi üçün tapşırıqlar; Əsərin məzmununun nağıl edilməsi üzrə iş üç formada (yığcam, geniş, yaradıcı nağıletmə) aparılır:

Bədii mətnin təhlili (1.2. əsas standartı) üzrə üzrə sual və tapşırıqlar “Araşdırın.Fikirləşin.Cavab verin” başlığı altında verilmişdir. Təhlil zamanı şagirdlər “Əsərin təhlilinə hazırlaşın” mətnindən əlavə istiqamətverici mənbə kimi istifadə etməlidir.

3. Dərsliyə şagirdlərin öyrəndiklərini müzakirə etmək, yaradıcı tətbiq etmək, ümumiləşdirmək üçün “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı altında sual və tapşırıqlar daxil edilmişdir.

4. Mənimsənilmiş bilik və bacarıqları dəyərləndirmək məqsədilə hər bölmənin sonunda “Qiymətləndirmə materialları” verilmişdir.

Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri gözlənilmiş, həmin mərhələlərə uyğun olaraq, hər mövzu üzrə aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutulmuşdur:

· Yada salın. Mövzu ilə əlaqədar bildiklərinizi xatırlamağa, maraq və istəklərinizi ifadə etməyə istiqamətləndirəcəkdir.

· Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.

· Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmağınız, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməyiniz üçün nəzərdə tutulmuşdur.

· Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.

· Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.

· Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də sinifdə bədii əsərin təhlili zamanı cütlük, qrup şəklində tədqiqat aparılmasına, şagirdləri yaradıcı işə qoşulmağa, bilik və bacarıqlarını tətbiq etməyə, öyrənilənlərə münasibət bildirməyə, möhkəmləndirməyə istiqamətləndirir.

· İfadəli oxuya hazırlıq. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqlarınızın inkişafı məqsədilə tapşırıqlar təklif edilir.

· Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.

· Layihələr üzrə iş. Layihələr müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləməyiniz, bilik və bacarıqlarınızı tətbiq etməyiniz, yaradıcı fəaliyyət göstərməyiniz üçün təklif edilmişdir.

Dərsliyə daxil edilmiş iş növləri, sual və tapşırıqlar sistemində qazanılmış bilik və bacarıqların yeni material üzərində müstəqil tətbiqi, dərinləşdirilməsi, şagirdlərin bədii ədəbiyyatın mütaliəsinə marağının artırılması, tədqiqatçılıq fəaliyyətinə, fərqli mənbələrdən istifadə etməklə biliyi müstəqil surətdə artırmağa istiqamətləndirilməsi, fəal/interaktiv təlimin, fəndaxili və fənlərarası inteqrasiyanın reallaşdırılması üçün zəmin yaradılması; fəal həyat mövqeyi, mütaliə, şifahi və yazılı nitq mədəniyyəti kimi həyati bacarıqların formalaşdırılması; inklüzivlik, məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün zəmin yaradılması imkanları gözlənilmişdir..

Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üzrə işlərin (2.1., 2.2. əsas standartı) əsərin məzmununun öyrənilməsi, təhlil, tətbiq, müzakirə, yaradıcı iş dərslərində, sinifdənxaric oxu dərsləri və layihələr üzrə təqdimatların, inşa, esse və informasiya xarakterli məruzələrin təqdimatı, müzakirəsi zamanı həyata keçirilməsi məqsədəuyğundur.

Kurikulumda mühüm yer tutan ifadəli oxu bacarıqlarının aşılanması da şifahi nitqin inkişaf etdirilməsi ilə sıx bağlıdır. V və VII siniflərdə olduğu kimi, əsərin məzmununun öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifadəli oxusu və ya bədii oxu ustasının ifasının dinlənilməsi məqsədəuyğundur. Şagirdin ifadəli oxusu üzrə iş yalnız mətnin ideya-bədii xüsusiyyətlərinin təhlilindən sonra, əsərdə müəllif niyyəti qavranıldıqdan sonra aparılmalıdır.

Yazılı nitqin inkişaf etdirilməsi (3.1.əsas standartı) əsas etibarilə əsərin təhlilindən sonra yazdırılan inşa, esse, informasiya xarakterli məruzə üzrə iş vasitəsilə həyata keçirilir. Şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsi, şagirdlər üçün yeni olan yazı növü – informasiya xarakterli məruzə yazmaq bacarığı aşılanması məqsədilə planlaşdırmada ayrıca dərs saatı da nəzərdə .

Dərslikdə aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:

– düzgünlük (təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafik, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi);

– əyanilik (bədii mətnlərlə bağlı şəkil, cədvəl və illüstrasiyaların olması)
– müasirlik (təlim materiallarının müasir dünyagörüşünün formalaşdırılmasına istiqamətlənməsi);

– tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);

– ardıcıllıq ( təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə zəmin yaratması ).

– yaş səviyyəsinə uyğunluq (dərsliyinin poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məzmun və həcm baxı­mından onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);

– təlim vaxtına uyğunluq (tədrisə ayrılan vaxtın dəqiq nəzərə alınması);

– oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri məlumatların və s.) maraqlı və yığcam olması, aydın üslubda, sadə dildə ifadə edilməsi);

– inklüzivlik (potensial imkanları, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının təmin olunması).

– inteqrativlik (ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə sistemli şəkildə üzvi əlaqələndirilməsi).

Dərslik komplekti fənn kurikulumunun reallaşdırılmasında müəllimin yaradıcı, təşəbbüskar fəaliyyəti üçün zəmin yaradır. Bu baxımdan müəllimin dərslikdəki bütün sual və tapşırıqları dərsdə reallaşdırılması zəruri deyildir. Müəllim dərsə hazırlıq zamanı ilk növbədə dərs dediyi sinfin şagirdlərinin hazırlıq səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, hansı sual və tapşırıqlardan istifadənin daha məqsədəuyğun olduğunu dəqiqləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, öz əlavələrini etməlidir.

MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Metodik vəsaitə fənn müəlliminə VIII sinifdə kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məzmun standartlarının reallaşdırılması, dərs ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında kömək məqsədi izləyən metodik tövsiyələr daxil edilmişdir:

· VIII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
· Məzmun standartlarının reallaşdırılması cədvəli;

· Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);

Tarixi abidələr

Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 – ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qız qalası

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

Şirvanşahlar sarayı

XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Atəşgah

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı “Atəşgah”ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Ramana qalası

Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi istifadə olunub.

Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Mərdəkan qalası

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti-28×25-dir. İçəridən qala 5 yarusa bölünür.

Şıx qalası

Mərdəkanda 16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib.

Qobustan

Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir.

Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Azərbaycan daş plastikası – qədim tarixi abidələr

Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad (Gəmi qaya), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

«Ağoğlan» qəsr kompleksi

Bu tarixi abidə Kosalar kəndində yerləşir və IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusdur. Qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.

Xudafərin körpüləri

Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, hazırda ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Əlincə Qalası

Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alıncaq”, “Alancıq” , “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur.

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir.

Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir.
Möminə Xatun Türbəsi

Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: “. bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz . dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi. “

Bəzz qalası

Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli azərbaycanlılar qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Ərk qalası

Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib.

“Mədain sarayı”na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Abidə bir-neçə dəfə bərpa edilsə də hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni tikilən azman məscid “Ərk”i demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu məşhur qala – Təbrizin simvolu görünür.

Şamaxı qalası

Şamaxı qalası – Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qaladır. XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdur.

Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.

Koroğlu qalası

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib. Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.

Əsgəran qalası

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir.

Cavanşir qalası

İsmayıllı rayonu ərazisində yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və “içqala”dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla “içqala” dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na (İsmayıllı rayonu Xanəgah kəndində) yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya atla qət etmək lazımdır.

Gülüstan qalası

Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır.

Çıraqqala

Şabran rayonunun təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsindədir. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. q üçü salamat qalıb.

Azıx mağarası

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Diribaba türbəsi

Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

Gəmiqaya rəsmləri

Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlər.

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.

Gəncəsər məbədi

Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər I Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”. VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi – Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında “Arşax” və ya “Arsax” adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlanmışdır.

Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.

Kiş məbədi
Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən alban məbədi.

Rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir.

Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244 – cü ildə alban kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.

Bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd “din, etiqad, pərəstiş” mənasında 2000 ildən artıqdır ki, “Kiş” adlanır.

Yuхarı Gövhərağa məscidi
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Şəmkir Minarəsi

Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir.

Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899 – cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.

Azərbaycanlıların etnik tarixi

Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas əhalisi, türk qrupunun oğuz qoluna mənsub olan xalq – özlərini azərbaycanlı adlandırırlar. Azərbaycan türkləri azəri türkləri kimi də tanınırlar və müxtəlif dövrlərdə türklər, qafqaz türkləri, tatarlar, Qafqaz tatarları, adlandırılmışdır. Onlar ağ (Avropa) İrqin xəzər (kaspi) tipinə Aid edilirlər. Müsəlmandırlar. Bir həssəsi sünnü, qalaqları isə şiədirlər. Soyköklərində başlıca olaraq iskit (skit, skif) sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar habelə başqa türk etnosları iştirak etmiş və oğuz türkləri (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynamışlar. Sayları təqribən 50 milyondur. O cümlədən Azərbaycan respublikasında –9 milyondan yuxarıdır, Cənubi Azərbaycanda və digər bölgələrində təqribən 30 milyondur.
Azərbaycan ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə əlaqələndirən çox əlverişli hərbi-strateji mövqedə yerləşməsi, həm də zəngin yeraltı və yerüstü sərvətlərə malik olması azərbaycanlıların tarixi müqəddaratında dərin iz buraxmışdır. Ayrı-ayrı tarixi dövrlərdə Azərbaycanın torpaqlarını işğal etməyə və burada möhkəmlənməyə çalışan böyük dövlətlərin (İran, Bizans İmperiyası, Ərəb xilafəti, Rusiya imperiyası, SSRİ və b.) Qafqazı azərbaycanlılardan «təmizləmək» siyasəti nəticəsində daim təqiblərə, repressiyalara, sürgünlərə, repressiyalara, soyqırımlara məruz qalan azərbaycanlılar dünyanın müxtəlif ölkələrinə səpələnmişlər.
Hazırda azərbaycanlılar doğma vətənləri olan Azərbaycan respublikası (Şimali Azərbaycan) və Cənubi Azərbaycanla yanaşı,toplu halda ən qədim zamanlardan başlayaraq İranın müxtəlif bölgələrində, İraq, Şərqi Anadolu, Gürcüstan (əsasən ölkənin cənub şərqindəki tarixi Borçalı mahalı ərazisində), Dağıstan və başqa yerlərdə yaşayırlar. Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri və müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlılar, Azərbaycanı Türkiyədən ayrı salmaq məqsədi ilə, Türkiyə ilə həmsərhəd olan qərbi Azərbaycan torpaqlarından zorla sürgün olunmuş, həmin ərazidə əvvəlcə «Erməni vilayəti» , sonra isə erməni dövləti yaradılmışdır.
Azərbaycanlıların vahid bir xalq kimi formalaşması prosesi şimaldan Baş qafqaz dağları, cənubdan Sultaniyyə-Zəncan-Həmədan hüdudları, qərbdən Anadolu aə Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi, şərqdən Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir.

Azərbaycan ərazisi, bu diyarın dünyanın Ən qədim insan məskənlərindənbiri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış aşel dövrünə Aid qədim insanın (Azıx Adamı və ya azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi «Avropanın Ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir.
B.e.əvvəl III-II minilliklərdə indiki cənubi Azərbaycan ərazisində Lullubey və Qutilər yaşamışlar. Sonralar bu ərazidə onların varisləri olan Mannalılar məskunlaşmışdır. Onlardan bir qədər cənub-şərq tərəfdə Midiyalılar yerləşirdilər. Lullubeylərin şərq qonşuları kassitlərə qohum olan Kaspilər yaşayırdılar ki, bu ərazi də həmin tayfaların adı ilə Kaspiana adlanırdı. Araz çayının cənub qolu olan Qarasu çayı vadisində kadusi tayfaları yaşayırdılar.
Azərbaycan dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı tənqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk tafa birlikləri, dövlət qürumları hələ e.ə. I minilliyin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit-Skif) şahlığı, albaniya, Atropatena kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanın etnik-siyasi tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərində çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Gəlmə əhali mühüm hərbi strateji əhəmiyyətə malik olan məntəqələrdə və məhsuldar torpaqlarda yerləşdirildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin təqribən 600 il ərzində aramsız olaraq davam etmiş İran və Ərəb zülmü Azərbaycan xalqının təşəkkülü prosesini dayandıra bilmədi. İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş Verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə azadlıq mübarizəsi ölkənin türk və qeyri türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi surətləndi.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. İlk oğuzlar Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin Dərbənd keçidi vasitəsilə, habelə Böyük qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışlar.
YII əsrdə islam dininin qəbul olunması vahid xalqın və Dinin təşəkkülünə təkan verdi və bu prosesin surətlənməsinə həlledici təsir döstərdi.
Xilafət ağıldıqdan sonra IX əsrin ortalarından azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Azərbaycan türk dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq (879-941) Azərbaycan torpaqlarının türk dövlətinin- Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin dahainləşməsinə, etn6ik fərqlərin aradan çıxması və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərmişdir.
XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta asiyadan aralıq sahillərinə və Dərband keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən böyük səlcuq iperatorluğu yarandı. Səlcuq dövü Azərbaycanın tarixi müqəddaratında tarixi bir rol oynadı. Xristian amili ümumiyyətlə Cənubi Qafqazda tənəzzülə uğradı. Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar.Eyni kökdən olan oğuz səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdı. Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi qafqazda, o cümlədən Azərbaycanda başlıca ünsiyyət vasitəsinə çevrildi.
Böyük səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən şirvanşahlar və eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin Ən qüdrətli dövlətinə çevrilən Eldənizlər dövləti Azərbaycan xalqının etnik siyasi tarixində xüsusitlə böyük rol oynadı.
XY-XYIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, azərbaycanlıların hərba siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi tərəqqisinə əlverişli şərait yaradırdı.
XYIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə- xanlıqlara parçalandı. Ölkənin hərbi siyasi tənəzzül dövrü başlandı. Bundan istifadə edən İran və rusiya Azərbaycanı öz aralarında qanlı müharibələr meydanına çevirdilər. Gülüstan (1813), və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü. Şimali Azərbaycan rusiyaya, Cənubi Azərbaycan isə İrana qatıldı. Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı. Rusiya şərqə doğru daha da irəliləmək üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxartmaq siyasəti yeritməyə başladı. Bunun üçün Cənubi Qafqazın xristian əhalisinə – ermənilərə və gürcülərə arxalandı. Burada xristian amili yenidən dirçəldi. Rusiya Cənubi qafqazda özünə dayaq nöqtəsi yaratmaq üçün Azərbaycan porpaqlarına xüsusən Qarabağın Dağlıq rayonlarına, keçmiş irəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisini köçürtdü. Qərba Azərbaycan torpaqlarında «Erməni vilayəti» yaradıldı. Bununla da Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bir çox mubarizələrdən sonra 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk Demokratik respublika- Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin bolşevik Rusiyası Azərbaycan dövlətini qan içində boğdu. Sovet rusiyası tərəfindən işğal olunan Azərbaycan torpaqlarında Azərbaycan Sovet Sosialist Respublikası, Qərbi Azərbaycan torpaqlarında isə Ermənistan SSR yaradıldı. Beləliklə 1948-1953-cü illərdə azərbaycanlılar – öz torpaqları olan Qərbi Azərbaycandan kütləvi surətdə sürgün olunmağa başladılar. Bundan başqa 1988-1989 cu illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan qovuldu. Qərbi Azərbaycan ın «azərbaycanlılardan» təmizlənmə prosesi başa çatmış oldu. 1990-cı ilin 19-20 yanvarında Ən müasir silahlarla silahlanmış sovet qoşunları Bakıya yeridildi. İşğalçılar silahsız xalqa divan tutdular. İhğalçılara qarşı ümumxalq nifrəti daha da alovlandı.Bununla da Şimali Azərbaycanda 1991-ci il oktyabrın 18-də – Müstəqil Azərbaycan Respublikası yarandı. Çox təəssüflər olsun ki, hal hazırda torpaqlarımızın 20% erməni işğalı altındadır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

  • Teqlər:
  • azərbaycanlılar
  • , etnoqrafiya

Comments are closed, but trackbacks and pingbacks are open.