MÜƏSSİSƏNİN İQTİSADİYYATI
G (v) = vergi gəlirləri
G (t) = müəssisə gəlirləri
G (s) = senyoraj gəlirləri
1. Dövlətin iqtisadi həyatda rolu
Dövlət iqtisadiyyata müdaxilə etməli və ya etməməli, yaxud nə dərəcədə müdaxilə etməlidir? – sualı, iqtisadiyyat tarixinin bəlkə də ən çox mübahisə yaradan məsələlərindəndir. Kapitalizmin liberal modelləri iqtisadiyyatın özünü tənzimləməsi prinsipindən çıxış edərək dövlətin iqtisadiyyata müdaxilə etməsinə qarşı çıxmışdır. Dövləti sərbəst bazar fəaliyyəti qarşısını alan bir maneə hesab edərək, onun zəifləməsinə çalışmışdır.
Yalnız durğunluq dövrlərində bazarın aktivləşməsi məqsədilə ictimai xərcləri artıran maliyyə siyasətini müdafiə edən Keyns, bu xərclərin mənbəyini faizə bağladığı üçün bazarda dövlətə pul satan sərmayə qrupları yenə üstün mövqe tutmuşlar. Yəni birbaşa dövlətin müdaxiləsinə qarşı çıxan klassik model, bazarı müəyyən sərmayə qruplarının nəzarətinə buraxmış, Keyns modeli isə gerçəkləşdirdiyi faiz anlayışı ilə bazarın və hətta dövlətin onların ixtiyarına keçməsinə şərait yaratmışdır.
Biz bu məsələni yeni bir metodla tədqiq edəcəyik. Əvvəlcə, özümüzə belə bir sual verək: Özbaşına buraxılan bazarda istehsal xərclərindən əldə olunan gəlir, bu istehsalı qane edən istehlakı yarada bilərmi? Bu sualın cavabını pul bölməsində şərh etmişdik. Davamlı inkişaf edən iqtisadiyyatın strukturunda həmişə istehsal ilə istehlak arasında müəyyən kəsir olacaqdır. Əgər bu kəsirə müdaxilə edilməzsə iqtisadiyyat tədricən özünü tənzimləyə bilməyəcəkdir. Buna görə də bazar üçün zəruri olan bu problem, məhz dövlət tərəfindən həll olunmalıdır.
Milli İqtisadi Modelimizdə bu kəsiri ödəmək üçün sosial dövlət layihəsi irəli sürülür. Bu mövzuya sonra toxunacağıq. Lakin dövlətin iqtisadi vəzifəsi yalnız, istehsal ilə istehlak arasındakı kəsiri həll etmək deyildir.
Dövlətin başqa bir vəzifəsi də başda sərmayə bazarı olmaq şərtilə bazarları tənzimləməkdir. Böyük sərmayə qruplarının ixtiyarına verilən bazarlarda haqsız rəqabətin olması labüddür. İnhisarlaşma nəticəsində meydana gələn yeni quruluş həm səmərəsiz, həm də ümumi qiymətlərin normal səviyyəsindən çox yüksək olan bir iqtisadi sistemi meydana çıxarır.
«Kiçik balıqlar böyük balıqların yemidir» prinsipinə əsaslanan bazarlarda hərdən böyük balıqlar da aclıqdan ölürlər. Dövlət bazarlarda hamıya bərabər imkanlar yaradaraq, hamının mənfəətini qoruyan hakimlik vəzifəsini icra etməlidir.
Dövlətin başqa bir vəzifəsi də, millətə aid olan yeraltı və yerüstü sərvətləri onun istifadəsinə verməsidir. Məsələn, ölkənin istənilən yerində olan neft mədəni millətin hər bir nümayəndəsinə aiddir. O, hamının faydalanacağı şəkildə dövlət tərəfindən istismar olunmalıdır. Bu model, dövlət-millət ortaqlığı modeli kimi də səciyyələndirilə bilər. Qurulan şirkətin gəlirinin bir hissəsi xalqa, digər hissəsi ictimai xərclər üçün dövlətə ayrılmalıdır. Ölkəmizdəki vəziyyətə nəzər salanda dəyəri katrilyon dollarlarla ölçülən yeraltı sərvətlərimizi birgə dövlət-millət ortaqlığında istismar etmək əvəzinə, son illər ərzində çıxarılan qanunlara əsasən onların istismarının xarici dövlətlərə verildiyini görürük. Axırda xəzinə üstündə oturan dilənçiyə döndük. Sərvətlərimizi təhvil verdiyimiz xaricilərdən, gedib faizlə pul alırıq və onlar da təzədən bizim pulumuzu özümüzə satırlar.
Dövlətin vəzifələrindən biri də istehsalın inkişafına, maya dəyərinin aşağı düşməsinə, vətəndaşlar arasında bərabər imkanların yaradılmasına şərait yaradan, investisiya və istehsala zəruri olan maliyyəni sıfır faizlə öz vətəndaşına verməkdən ibarətdir. Layihə müqabilində verilən bu kreditlər xaotik şəkildə deyil, mərhələ-mərhələ yoxlanaraq layihə sahiblərinə hüquqi qaydalar çərçivəsində verilməlidir.
Həmçinin dövlət, daxildə və xaricdə sosial dövlət və ya pul siyasəti ilə istehsalçıya kreditdən daha əhəmiyyətli olan bazar açmalıdır. Çünki məhsuluna bazar tapa bilməyən istehsalçı, istehsal etdikcə müflis olacaqdır. Dövlət özu bazarda birbaşa alıcı rolu oynayaraq sosial xərclərlə xüsusilə iri sənaye müəssisələrini müdafiə etməlidir. Ümumiyyətlə, iqtisadiyyatda tələbin artırılmasına kömək edən ictimai xərclər, strateji sənayenin inkişafı üçün də zəruridir. Hava nəqliyyatı, yeni texnologiya və silah istehsalı kimi strateji əhəmiyyətli sektorlarda, xüsusilə onlardan daha önəmli olan kənd təsərrüfatı sahəsində dövlət, heç olmasa məhsulun satışına verdiyi təminat ilə yerli istehsalı dünya rəqabətinə dözənə qədər müdafiə etməlidir. Eyni zamanda dövlət qabaqcıl texnologiya və yüksək sərmayə tələb edən sahələrdə, xüsusilə xammal istehsalını və ya infrastruktura dəstəyini təmin edən sektorlarda istehsalçı kimi bazarda öz yerini tutmalıdır. Qiymətlərin inhisarlaşmasıyla əlaqədar yüksəlməsinin, özəl sektorun təkbaşına öhdəsindən gəlmədiyi böyük investisiyaların təminatıyla iqtisadiyyatın xaricdən asılı vəziyyətdə qalmasının qarşısını alacaqdır.
Xüsusilə, mənfəət güdməyən infrastruktura investisiyalarının da dövlət tərəfindən həyata keçirilməsi zəruridir.
Dövlət eyni zamanda yerli sənayeni mühafizə etmək üçün hər cür anti-dempinq fəaliyyətlərini, gömrük tənzimləmələrini apararaq öz vətəndaşını qorumalıdır. Qarşıya belə bir sual çıxa bilər: Yerli sənayeni qorumaq rəqabətə mane olduğu üçün qiymətlərin yüksəlməsinə səbəb ola bilərmi? Bu anlayış Milli İqtisadi Modeldən başqa digər modelllərdə mümkündür. Ancaq bizim model, sıfır faizlə istehsalı dəstəkləyən bir model olduğu üçün çatışmayan rəqabət daxildəki yerli yeni istehsalçılar tərəfindən asanlıqla qorunacaq və qiymətlərin ümumi səviyyəsi normal olacaqdır.
Yenə dövlət yerli sənayenin xaricdəki həmkarıyla rəqabətə dözməsi üçün maya dəyəri və qiymət üstünlüklərini emissiya ilə ixracatın təşviqi yolu ilə təmin etməlidir.
Dövlət öz ərazisində milli pulun dövriyyəsini təmin edərək xarici valyutanın dövriyyəsini daim nəzarətdə saxlamalıdır. Əks təqdirdə öz vətəndaşının əməyi, dövriyyədə olan hər xarici pul həcmində xaricə ötürülməsin.
Dövlətin zəifləməsini istəyənlər, əslində onun cəmiyyətə xidmət edən tərəfinin zəifləməsini istəyirlər. Onlar, dövlət öz xalqından vergi yığanda qeydiyyatdan keçməyənlərin qeydiyyata alınması adı altında dövlətin xalq üzərində güclü iradəsini müdafiə edirlər.
Vergi almaq və sosial-ictimai xərcləri təmin etmək baxımından dövlət və yerli əhali arasında iki növ qarşılıqlı təsir vardır. Bunlardan birincisi vergi alan dövlətdir. Digəri isə ictimai xərcləri həyata keçirən dövlətdir. Dövləti zəiflətmək istəyənlər əslində vergi yığan dövləti deyil, xalqa xidmət edən dövləti zəiflətməyi nəzərdə tuturlar. Çünki vergi nə qədər çox yığılsa və nə qədər az xərclənsə, faizə o qədər çox pul köçürüləcək, qlobal sələmçilər və onların yerli əlaltıları da o qədər çox pul qazanacaqlar.
Kapitalizmdə vergilər, dövlətin yeganə gəlir mənbəyi kimi göstərilir. Halbuki, Milli İqtisadi Modelimizə görə dövlətin gəlirləri üç hissəyə ayrılır: vergi gəlirləri; dövlət müəssisələrindən gələn gəlirlər; inkişaf edən intisadiyyatda dövlətin əldə etdiyi senyoraj gəliri. Hər üçünün toplanması nəticəsində dövlətin gəlirləri formalaşır.
G (v) = vergi gəlirləri
G (t) = müəssisə gəlirləri
G (s) = senyoraj gəlirləri
GT = ümumi gəlir
HT = ümumi xərclər
SD = sosial dövlət göstəricisi
GT = G (v) + G (t) + G (s)
Balanslı büdcə: HT = GT
G (v)-nin G (t)-yə olan nisbəti nə qədər azdırsa, bu hökumətin idarəetmə səviyyəsinin bir o qədər yüksək olduğunu göstərir. Çünki əsas məsələ dövlətin ehtiyaclarını minimum vergi ilə təmin edən bir sistemi qura bilməsiylə əlaqədardır. Dövlət alan əl deyil, verən əl olmalıdır. Təəssüf ki, ölkəmizdə dövlət deyəndə, ağıla birinci növbədə vergilər gəlir. Dövlət, sanki bir ödəmə strukturuna çevrilmişdir.
Buradakı senyoraj gəlirinin isə hansı səviyyədə olmasını senyoraj bölməsində təfsilatıyla təhlil edəcəyik. Lakin senyoraj gəlirinin artımı iqtisadiyyatdakı inkişafı, dövlətin müəssisələrindən əldə etdiyi gəlirlərin artımı da ölkənin malik olduğu təbii ehtiyatların daha səmərəli bir şəkildə istifadə olunduğunu göstərir.
Təməldə öz xalqına xidmət etmək məqsədilə yaradılması zəruri olan dövlət, xalqdan yığdığı vergiləri qlobal sələmçilərə ötürən vasitəçi bir struktura çevrilmişdir. Bu gün, kapitalist sistemində dövləti müdafiə edənlər, bu cür dövlətin tərəfdarıdırlar. Bu anlayışlara görə dövlət xalqdan aldığı pulun az bir hissəsini xidmət məqsədilə yenə xalqa qaytaranda, aslan payı faizlə birlikdə iri sərmayə qruplarının cibinə axır. Halbuki, modelimizdə dövlət xalqdan yığdığı vergilərdən daha çox miqdarda vəsaiti (senyoraj və istehsal gəlirləri) xalqa xidmət şəklində xərcləyir. Dövlət xərclərinin yığılan vergilərə nisbətini, o dövlətin sosial dövlət göstəricisi adlandıra bilərik: SD = H(t)/G(v). Ona görə də bu mənada güclü dövlət, güclü millət deməkdir. Müasir kapitalist şüura görə isə güclü dövlət, vergi toplayan dövlətdir. Burada güclü dövlət, zəif millət anlamına gəlir.
MÜƏSSİSƏNİN İQTİSADİYYATI
Dərslikdə milli iqtisadiyyatın əsası, ölkənin sosial-iqtisadi inkişafında təsiredici və müəyyənedici deyil, həlledici rolu olan müəssisənin iqtisadi məsələləri şərh olunmuşdur. Bununla əlaqədar, bazar münasibətlərinin müəssisə iqtisadiyyatına aid olan anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqlara istinadən müəssisənin istehsal resursları və onların səmərəliliyi, maddi-texniki təminatı və marketinqi, investisiyafəaliyyəti, iıınovasiya və qiymət siyasəti, müəssisədə istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, maliyyəsi və xarici iqtisadi əlaqələri və s. bu kimi məsələlər öyrənilmişdir.
Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan müəssisə ilə makroiq-tisadiyyatın analoq təşkil edən məsələlərinə – zərurət yarandığı hallarda -birgə baxdmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir.
Müəssisənin iqtisadiyyatı haqqında biliklərin tələbə tərəfindən mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı – mütəxəssis kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır.
Dərslik iqtisad profilli ali məktəblərin bakalavr təhsil mərhələsinin tələbələri üçün yazılmışdır.
Dərslikdən sənaye müəssisələrinin işçiləri də istifadə edə bilərlər.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoymalıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Iqtisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomiyasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradılmasını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal təsərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandar-lığın iqtisadiyyatlarını misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların, birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.
Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə təsnifləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olunmuşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılığın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:
M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK, aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
M E Q A İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.
- Teqlər:
- iqtisadi nəzəriyyə
- , ekonomiks
Comments are closed, but trackbacks and pingbacks are open.