İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir? AÇIQLAMA
Qanuna edilən dəyişikliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.
İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları
Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
Digər işəgötürənlərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı
Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı
Digər sığortaolunanlar üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan dizel yanacağının hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı
Vergi ödəyiciləri tərəfindən aksiz dərəcələri üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqları
Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar
Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar
Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar
Energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər
İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə daxilolmalar
İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilolmalar
İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar
İcbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar
Bundan əlavə, icbari tibbi sığorta haqları üzrə xəzinə hesabı aşağıdakı kimidir:
Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWIFT BİK: CTREAZ22
Adı: İcbari Tibbi Sığorta üzrə DA
2021-ci ilin yanvar ayından satışda olacaq kitablar:
1) “Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı” -qiymət 45(40) manat
2) Vergi Qanunvericiliyi Toplusu – qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) – qiymət 40 (35) manat
4) Vergi Məsələləri: Testlər – qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı – qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu – qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər – qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) – qiymət 40 (35) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Kitabı sifariş etmək və ya öncədən ödənişləri həyata keçirmək istəyənlər şərh hissəsinə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. adressinə yazmaqla və ya 012-564-86-85, 012-368-12-72 nömrələri ilə əlaqə saxlamaqla fikirlərini bildirə bilərlər.
İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir? – AÇIQLAMA
“Növbəti ildən ailə büdcəsinin xərclərinə yalnız vergilərə, kommunal xidmətlərə, cərimə sanksiyalara ödənişlər deyil, sığorta haqları da daxil olacaq. Minimum əmək haqqının 250 manata çatdrılmasından qaynaqlanaraq artan sosial sığorta ödənişləri ilə yanaşı hər bir işləyənlər, özünə məşğul olanlar, fərdi sahibkarlar və mülkiyyət sahibi olan vətəndaşlar tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlaka görə məcburi sığorta haqqı Bakıda 50 manatdan regionlarda 30 manatadək müəyyənləşdirilib: “Tibbi sığorta haqlarına gəlincə, muzdlu işçilər aylıq məvaciblərinin 2 faizi, işəgötürənlər də hesablanmış əməyin ödənişi fondunun ayda 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, o cümlədən müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər. Hesablamalara görə, növbəti il üçün hər iki mənbədən icbari tibbı sığorta ödənişləri hesabına 500 milyon manata qədər vəsait toplanacaq. Bu vəsaitin çox hissəsinin xərci əhalinin üzərinə düşəcək. Odur ki, yeni xərclər üçün indidən hazırlıq görün, yoxsa gələn “pulsuz tibbi yardım”dan da faydalana bilməzsiniz”.
Xankəndi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Azvision.az -a verilən məlumata görə, dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək.
Qanuna görə 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, misal üçün vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2 faiz, qalan 500 manatın isə 0.5 faizi miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.
Qanuna əsasən dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 2020-ci il aprelin 1-dən toplanılması nəzərdə tutulur.
2023-cü ildən etibarən isə Qanunun 15-2.3.6-cı maddəsinə əsasən müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48 faizi miqdarında – təqvim ili üçün 120 manat – icbari tibbi sığorta haqqı hesablanır.
Həmçinin Qanunda “Azadolma məbləği və gözləmə müddəti” maddəsi silinərək “Müştərək maliyyələşmə məbləği” maddəsi ilə əvəz olunub. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə də aprelin 1-dən başlanılacaq.
Qanuna əsasən bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malikdir. Qanunun əhatə dairəsinə gəldikdə isə qeyd edilməlidir ki, bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və daimi yaşayan şəxslərə şamil edilmir.
Qanuna edilən dəyişikliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.
Qeyd edək ki, Qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.