Press "Enter" to skip to content

Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl İraq divanı

Divan nüsxəsi səhifələnməmiş, klassik divan quruluşunda son hərflərə müvafiq düzülmüşdür. Hər səhifədəki son söz o biri səhifədə təkrarən yazılmışdır. “Payisəhifə” (səhifə ayağı) adlanan bu üsuldan vaxtilə geniş istifadə edilmişdir. Bir çox ölkələrdə kitab səhifələrinin nömrələnməsinə XVI əsrdə başlansa da, Şərq ölkələrində köhnə “nömrələmə” üsulu XIX əsrin axırlarına qədər davam etdiyinə görədir ki, Nəsiminin İraq Divan nüsxəsində də bu ənənəyə riayət edilmişdir. Nüsxənin bədii tərtibatı yoxdur. Şe’rlər bir-birindən şairin təxəllüsü olan qoşa misralar və iki sətirlik boş yerlə ayrılır. Bir neçə yerdə ləkə olmasına baxmayaraq, mətn aydın və oxunaqlıdır. Divanın əvvəl və orta vərəqlərindən bir neçəsi cırılmışdır. Bu nüsxəyə şairin yalnız Azərbaycan dilində yazdığı qəzəllər və iki tiyuq daxil edilmişdir:

AMEA: İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. Divanın əvvəlində “Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” (“Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) divanı”) sözləri yazılıb. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib. Onu da qeyd edək ki, bu şeirlər hürufiliyi yaymaq məqsədilə Nəsiminin nüfuzundan istifadə edən, onun adından əsərlər yazan hürufilərə də məxsus ola bilər. Belə şeirlər hürufiliyin yayılmasının tədqiqi baxımından maraq doğurur. Nəsimi divanının yeni tapılmış əlyazma nüsxələri şairin irsini araşdıranlar üçün dəyərli töhfə hesab olunur.

Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl İraq divanı

Ədəbi əlaqələr genişləndikcə bir sıra Yaxın Şərq ölkələrində Azərbaycan ədəbi dilinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan xalqının qüdrətli sənətkarı Nəsiminin yeni-yenl əlyazma nüsxələri aşkar edilir. Bu, şairin sağlığında və ölümündən sonra onun poeziyasının Şərq ölkələrində yüksək qiymətləndirildiyinə, geniş yayıldığına və böyük rəğbət qazandığına dəlalət edir. Şairin İraq Divan nüsxəsinin üzə çıxarılması dediklərimizə sübutdur. Nəsiminin İraq Divan nüsxəsini bizə Kərkük vilayətinin Tus Xurmatu qəzasının Bəşir kəndində yaşayan, yaşı yüzü keçən, özünü Şah İsmayılın nəvənəticələrindən hesab edən Səyid Heydər töhfə etdi. Divanın üzü Molla Turab ibn Molla Səfil, ibn Molla Əmir tərəfindən köçürülmüşdür. Tünd qəhvəyi rəngli, qalın dəri cildli bu divan nüsxasi 286 səhifədən ibarətdir. Əlyazmanın vərəqləri iki sütunludur. Divanın səhifələrində 14-19 beyt vardır. Ölçüsü 15-21 santimetrdir. Digər nüsxəsində şairin 400-dən artıq şe’ri verilmişdir. 398 şe’r Nəsimi təxəllüsü ilə tamamlanır. Üç şe’r şairin ilk təxəllüslərindən olan Səyyid Nəsimi təxəllüsü ilə bitir. Bu divan nüsxəsində Hüseyni təxəllüsü ilə yazılmış şe’rlərə və rübailərə təsadüf edilmir. Üz qabığının iç tərəfində “Varlıya qürbət də vətəndir, yoxsula vətən də qürbətdir”, -yazılmışdır. Divan Nəsiminin “İştə gör” şe’rilə başlanır və şairin həcmcə böyük bir şe’rilə tamamlanır. Son misralar belədir:

Cümlənin rizqin verdin, əzəl qism eylədin,
Kiminin yediyi ğəmdir, kiminin yağ ilə bal.
Ey Nəsimi, sən yürütdün töhvidi yer üzünə,
Yenə min əstəğfürülla, əfv qıl, ya zülcəlal.
Divan nüsxəsinin üzünün köçürülmə tarixi və kitab haqqında məlumat axırda verilmişdir:
Ruzi-şənbə bu kitab oldu tamam,
Ol Rəsulun ruhuna yüz min salam.
Kətabə hul-kitab Molla Turab,
İbn Molla Səfil, ibn Molla Əmin. 1269 (1853-Q. P.)

Divan nüsxəsi səhifələnməmiş, klassik divan quruluşunda son hərflərə müvafiq düzülmüşdür. Hər səhifədəki son söz o biri səhifədə təkrarən yazılmışdır. “Payisəhifə” (səhifə ayağı) adlanan bu üsuldan vaxtilə geniş istifadə edilmişdir. Bir çox ölkələrdə kitab səhifələrinin nömrələnməsinə XVI əsrdə başlansa da, Şərq ölkələrində köhnə “nömrələmə” üsulu XIX əsrin axırlarına qədər davam etdiyinə görədir ki, Nəsiminin İraq Divan nüsxəsində də bu ənənəyə riayət edilmişdir. Nüsxənin bədii tərtibatı yoxdur. Şe’rlər bir-birindən şairin təxəllüsü olan qoşa misralar və iki sətirlik boş yerlə ayrılır. Bir neçə yerdə ləkə olmasına baxmayaraq, mətn aydın və oxunaqlıdır. Divanın əvvəl və orta vərəqlərindən bir neçəsi cırılmışdır. Bu nüsxəyə şairin yalnız Azərbaycan dilində yazdığı qəzəllər və iki tiyuq daxil edilmişdir:

Ya rəb, məni sən aləmə sərtac etmə,
Həm siflələrin tirinə möhtac etmə.
Ya rəb, mənə bir gəncü qənaət ver kim,
Namərdə degil, mərdə də möhtac etmə.
Ya ilahi, kimsə heç ac olmasın,
Ac olub namərdə möhtac olmasın.
Bimürüvvət görməsin dövlət üzün,
Bihəmiyyət sahibi-tac olmasın.

Bu əvəzsiz xəzinəni İraqa üçüncü səfərim zamanı (1972-1975) iraqlı ədəbiyyatşünas Əbdüllətif Bəndəroğlu ilə əldə etdik və dili Azərbaycan dilindən fərqlənməyən, özünü türkman adlandıran Nəsimi, Füzuli xələflərinin mədəniyyət incisi olan “Yurd” qəzetində bir silsilə məqalə və yazılarla çıxış etdik. “Ürəklərdə yaşayan şair Nəsimi” adlı məqalədə oxuyuruq: “Böyük şairimiz Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə Sovetlər Birliyində (Azərbaycanda) bu ilin əylul (sentyabr) ayında möhtəşəm şənliklər yapılacaqdır. Bu xüsusda Əbdüllətif Bəndəroğlu ilə filologiya elmləri namizədi Qəzənfər Paşayevin Nəsimi haqqında hazırladıqları kitabı avqust ayında çapdan çıxacaqdır. Kitabdan bir parçanı veririk. ” (Bağdad, “Yurd” qəzeti, 16 may 1973-cü il).

Comments are closed, but trackbacks and pingbacks are open.