Press "Enter" to skip to content

Ekranlaşdırılmış ədəbi əsərlər – Alber Kamyu Yad – Sevda Sultanovanın təqdimatında

Viskonti az qala bütün məkanları həbsxana interyerində qurur və ya o atmosferi yaradır. Kafelər, ofis, mənzillər- hər yer mümkün qədər minimalist dekorasiya ilə işlənib və kameranın fokusunu dəmir barmaqlıqlara bənzər müxtəlif əşyaların nöqtəsindən qurub.

Kitabla Terapiya

Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir.

Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir.

Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır.Buradakı yadlaşma Kamünün məşhur “absurd” fəlsəfəsindən doğur. Alber Kamünün Yad romanı, İran Azərbaycanında, Urmiyalı Yazıçı Hüseyn Vahidi tərəfindən 2016-cı ilin ilk aylarında Yabançı ünvanı ilə dilimizə tərcümə olunmuşdur.

Müəllif barədə qısa məlumat

Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqca keşməkeşli uşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra Nobel mükafatını alan ən gənc yazardır.

Kitabı oxuyarkən bədəninin reaksiyaları

Kitabı əlimə alıb oxumağa başlayanda çox həvəsliydim, məni çox maraqlı bir əsər gözləyir düşüncəsinə inandırmışdım özümü. İçimdə elə bir hiss var idi. Amma əsəri oxuduqca baş qəhrəmanın ətrafda baş verənlərə olan münasibəti,laqeydliyi sinir sistemimi “məhv elədi”. Çünki onun hər laqeydliyini gördükcə qıcıqlanırdım. Bəlkə də mən onun yerində olsaydım, onun yaşadıqlarını yaşasaydım,onun düşüncəsində olsaydım mənə adi gələrdi. Amma mən elə biri olmadığıma görə, və həmin insanların bunu necə bacardığını anlamadığıma görə qıcıqlanırdım.

Kitabı oxuyarkən keçirdiyin hisslər

Yuxarıda da qeyd etdiyim kimi, əsərin qəhrəmanı məni çox əsəbiləşdirdiyi üçün keçirdiyim hisslər qıcıqdan ibarət idi. Bir insan necə anasınən ölümünə kədərlənməyə bilər? (əgər ana analıq etmiyibsə bu ayrı məsələ) Bir insan ölümünü necə laqeydliklə gözləyə bilər? Bir insan necə heç nə olmadığı halda başqa birini öldürə bilər? Bəlkə də mən əsərin mənasını düzgün qavramamışam,amma cənab Merso və onun kimi insanları qəbullana bilmirəm. Niyə? Çünki mən elə biri deyiləm. Ətrafımda elə birini görsəm heç nə demədən,qınamadan,onu dəyişməyə çalışmadan uzaq durmağa çalışaram. Çünki istər tip olaraq,istərsə də xarakter olaraq mənə uyğun deyil. Əsərdə məni təsirləndirən çox az sayda hissələrdən biri Salamanonun itini itirdiyi hissədir. Çünki əsərdə onun haqda danışılmağa başlayandan ona qarşı içimdə müəyyən hisslər formalaşdı. Bəlkə də bu mənim yaşlı kişilərə qarşı olan həssaslığımdan irəli gəlir. Yadımda qalan hissələrdən digər isə Mersonun həbsxanada olanda qadın arzulaması və azadlıqdan məhrum olmanın əslində nə demək olduğunu anlaması oldu. Kişilərçün ən böyük cəza qadınsız qalmaqdı. Bu fikri çox bəyəndim,çünki həqiqət var. Əsəri bitirəndə “heyif buna ayırdığım zamana” desəm də əslində oxuduğum hər kitab mənə nə isə öyrədir. Çox mənasız dediyimiz kitablar belə bizə unutmayacağımız hisslər yaşadır. Pis kitab yoxdur, problem kitablarda deyil onları oxuyanlardadı. Mənə maraqsız gələn hər hansısa kitab digərinə çox maraqlı gələ bilər. Bu kitab da elə..

Kitab oxuyarkən apardığınız müqayisələr

Salamononun bəzi xüsusiyyətlərini özümdə olanlara bənzədirəm.Salamono və iti, mən və babam. Cümləni oxuyanda qulağa xoş gəlməsə də dediyim əslində normal bir şeydi. Apardığım müqayisə ondan ibarətdir ki, Salamono itini nə qədər döysə də,söysə də o qaçanda ağlamışdı,pis olmuşdu. Halbuki yanında olanda onla yola getmirdi. Mən də Salamono kimi ən çox babamı istəyirəm,ən çox da onla dalaşıram. Bəzən özüm də istəmədən acılayıram. Biz insanlar sevdiklərimizin qədrini yalnız onları itirəndən sonra anlayırıq. Bilirəm ki, nə vaxtsa babam həyatda olmuyacaq və mən onda hər seyi çox yaxsı dərk edəcəm, amma bunun bir xeyri olmuyacaq. Çünki zaman geri qayıtmır və gedənlər geri dönmür..

Ekranlaşdırılmış ədəbi əsərlər – Alber Kamyu “Yad” – Sevda Sultanovanın təqdimatında

Ümumilikdə, Kamyunun dörd əsəri ekranlaşdırılıb. Argentinalı rejissor Luis Puensonun “Taun” romanı əsasında ekranlaşdırdığı eyniadlı filmdə (1992) hadisələr Latın Amerikasının şəhərlərindən birində 1990-cı illərdə baş verir.

2011-ci ildə italyan rejissoru Amelio Canni onun “İlk adam” romanını eyni adla çəkib.

Və nəhayət, Kamyunun “Qonaq” hekayəsinin motivləri əsasında fransız rejissoru David Elhoffen “Adamlardan uzaqda” (2014) adlı filmi lentə alıb.

Lakin adını çəkdiyim filmlərin heç biri kinematoqrafik özəlliyi, kino dili, nəql texnikası, mövzuya yanaşması ilə seçilmir. Bu, çox güman ki, Kamyunun bədii modellər təklif etməsindən çox, fəlsəfi fikir daşıyıcısı olmasından qaynaqlanır. Ona görə Kamyu kinematoqrafiyada az müraciət olunan müəlliflərdən biridir.

“Yad” filmi də Viskontinin yaradıcılığında xüsusi yer tutmur, hətta onun zəif əsəridir.

Viskontinin yaradıcılığı bir neçə mərhələyə bölünür. İtalyan neorealizminin yaradıcılarından olan rejissorun “Mübtəlalıq” (1943), “Torpaq titrəyir” (1948) filmlərində aşağı təbəqədən olan insanların sosial problemləri, ağır yaşayışı, yaşamaq uğrunda mücadiləsi təsvir olunur.

Amma Viskonti müharibədən sonrakı fəaliyyətində neorealizmin çərçivələrindən çıxır. Çünki onun düşüncə spekteri o qədər geniş idi ki, sadəcə eyni estetikada, eyni yanaşmayla işləməsi mümkün deyildi. Neorealist filmlərində o, dekorasiyalardan imtina edərək, çılpaq naturada real adamları, onların məişətini, sosial problemlərini bəzəksiz-düzəksiz ekrana köçürürdü. Sonrakı əsərlərində (“Rokko və onun qardaşları”) neorealist estetikanın əlamətləri qalsa da, əsas motiv əyalətdən böyük şəhərə köçən, meqapolisin qanunları ilə ayaqlaşamağa çalışan, yaşam dəyərləri dəyişən, özgələşən fərdin problemləri, mənəvi böhran, ailə bağlarının qırılmasıdır.

Yaxud, “Leopard” (1962) kinoepopeyasında Siciliya krallığının dağılması fonunda, rejissor özünün dediyi kimi “bir insanın və bir cəmiyyətin hekayətini danışmaq, süqutu qəhrəmanın şüururun prizmasından göstərmək” istəyib.

“Tanrıların məhvi” (1969) Almaniyada nasizmin qurulması bir sülalənin konfliktində araşdırılır.

Visktoni son illərdəki yaradıclığında bir növ Avropa mədəniyyətinin, mənəvi dəyərlərinin qürubunu kino məkanda obrazlaşdırır.

Onun ekzistensializmin bədii manifestlərindən sayılan “Yad” romanını lentə alması 1967-ci ilə təsadüf edir. Həmin ərəfədə Fransada sosial böhran yetişirdi, az sonra sol dünyagörüşü təmsil edən tələbələrin etiraz aksiyaları başlayacaqdı, bundan başqa fransız Yeni Dalğası çərçivəsində cəmiyyətdəki doqmaları dağıdan, siyasi-ictimai-sosial-fəlsəfi motivlərin fərqli interpretasiyada yer aldığı kult filmlər çəkilirdi.

Sol dünyagörüşü təmsil edən Viskontinin “Yad” filmi də hər şeydən əvvəl siyasi sistemin, cəmiyyətin sərt qaydalarına, köhnəlmiş əxlaqi, sosial normalara qarşıydı. “Yad”ın qəhrəmanı Mersonun riyakar adətləri qəbul etməməsi, toplumda ümumi qəbul olunmuş saxta dəyərlərə vecsizliyi, Tanrıya inanmaması, absolyut azadlığa can atması Viskontinin dünyagörüşünə uyğun idi.

Film romanın maksimal dərəcədə dəqiq təsviridir.

Hadisələr 1930-cu illər Əlcəzairdə baş verir. Kontor xidmətçisi işləmiş Merso bir ərəbi öldürdüyü üçün həbs olunur. Əhvalatı qəhrəman kadrarxası filmboyu nəql edir. Bir neçə epizoddan ibarət olan filmin ilk səhnələrində Merso anasının dəfninə gedir. Onun dəfndə soyuqqanlığı, ağlamaması ordakıları təəəcübləndirir. Ertəsi gün isə o, xoşuna gələn qadın – Mariylə dənizdə dincəlir, kinoteatrda birgə komediyaya baxırlar. O, qonşusu, cinayət əməlləri olan Raymonla dostluq edir, onunla birlikdə dəniz kənarına dincəlməyə gedir. Və burada təsadüf üzündən bir ərəbi öldürür. Son epizodda isə məhkəmə onu qətlə və anasının dəfnində sarsılmadığına görə edama məhkum edir.

Viskonti təhkiyəsində neorealizmin müəyyən elementlərindən yararlanır. Filmin böyük hissəsi Əlcəzairdə lentə alınıb. 1962-ci ildə Fransanın əsarətindən qurtulan Əlcəzairin yoxsul, sadə küçələri, müxtəlif epizodlarda əsas personajlarla birlikdə real adamların yer alması, ayrı-ayrı fraqmenlərdə yerli əhalinin yaşayışının, çətin güzəranının təsviri neorealist estetikadadır. Viskonti yoxsul, boz şəhər mənzərələrinin təsvirindən eyni zamanda Mersonun ekzistensial duyğularının fon gücləndiricisi kimi istifadə edir.

Özəlliklə, müəllif iki ifadə vasitəsinə üstünlük verir: tər və məkanların həbsxana interyerinə uyğun qurulması.

Personajlar, xüsusən də qəhrəman tez-tez tərləyir. Onun tərləməsinə səbəb sadəcə bürkü deyil. Viskontinin yozumunda tərləmə insanın daxili vəziyyətini ifadə edir: qorxusunu, həyəcanını, utancaqlığını, sıxılmasını, narahatlığını və s. Bu mənada Mersonun ekzistensial sıxıntısı, dünyaya özgələşməsi tərdə maddiləşir. Və onun mənəvi narahatlığı, sıxıntısı fiziki səviyyədə təzahür edir.

Viskonti az qala bütün məkanları həbsxana interyerində qurur və ya o atmosferi yaradır. Kafelər, ofis, mənzillər- hər yer mümkün qədər minimalist dekorasiya ilə işlənib və kameranın fokusunu dəmir barmaqlıqlara bənzər müxtəlif əşyaların nöqtəsindən qurub.

Mersonun kiçik, yoxsul mənzilində nəzərə çarpan daha çox qəfəsə oxşayan iri çarpayıdır. Onun oyanması, saata baxması, siqaret götürməsi, pəncərədən baxması çarpayının, stulun və balkonun qəfəsəbənzər hörmələri arxasında göstərilir.

Anasının tabutu qoyulan məkanın barmaqlığabənzər tavanına kamera xüsusi vurğu edir. Yaxud Mersonun mənzilinə gedərkən, alaqaranlıq, dar bloka kiçik pəncərədən düşən zəif işıq, kameranın onu dəmir məhəccər arxasından izləməsi və onun sıxıntılı ruh halı həbsxana mühitini xatırladır. Çünki ondan ötrü dunya həbsxanadır və o, burada özünü məhbus kimi hiss edir.

Küçələr, dəniz, qumsallıq belə qəsdən sıxılmış, daralmış rakursdan göstərilir, məkanlar soyuq, solğun rənglərlə həll olunur. Hətta Günəş solğun, depressiv əhvalda təsvir edilir. Viskonti əlindən gələn hər şeyi edir ki, hər detal, hər mizan depressivliyi, faciəviliyi ifadə etsin.

Sıxılmış, sanki dünyadan təcrid olunan görüntülər, solğun, soyuq rənglər, məkanların lokallığı, bozluğu qəhrəmanın iç dünyasının, ətrafa autik münasibətinin vizuallaşmasıdır. Onu sevən Mariyə, işinə, özünə, həyatına yadlığının ifadəsidir. Çünki dünya onun üçün bu təsvirlər qədər bozdur, soyuqdur, məzmunsuzdur.

Mari ilə həbsxanadakı görüşündən sonra, növbəti kadrda qağayının dənizdən uçuşu, Pyero Piççoninin apokaliptik ovqatlı musiqisi ilə müşayiət olunur. Bu, Mersonun taleyinə metafordur. Fərdin azadlıq istəyinin nə qədər təhlükəli nəticə ala biləcəyini eyhamlaşdırır.

Məhkəmə səhnəsi şərti, mübaliğəli işlənib. Əsərə uyğun olaraq Viskonti də qəhrəmanın müdafiəsi üçün hüquqi baxımdan heş bir şərait yaratmır. Çünki sırf hüquqi cəhətdən Mersonun müdafiəsi üçün əsaslar vardı. Misalçün, ona bıçaq çəkən ərəbi öldürməsi özünümüdafiəydi. Və ya istinin təsiri, ərəbin biçağına düşən günəş şüalarının gözünə sancılması, spirtli içki səbəbindən özünə nəzarəti itirməsi, affekt halına gəlməsi psixoloji baxımdan izah olunandır. Hətta anasının dəfnində sarsılmadığını belə vəkil asanlıqla müxtəlif psixoloji durumlarla əsaslandıra bilər.

Amma tamamilə aydındır ki, məhkəmə səhnəsi hüquqi baxımdan yox, Kamyunun absurdizm fəlsəfi düşüncəsi çərçivəsində işlənilib. Ona görə Kamyu qəhərmanının linçlənməsi üçün çalışır, ona özünümüdafiə imkanı vermir, həyatın insan iradəsindən kənar, təsadüflər zəncirindən asılı oldğunu təsdiqləməyə çalışır. Viskonti də buna sadiq qalır.

Merso rolunu Marçello Mastroyanni ifa edir. Viskonti bu rolu, soyuq, sərt naturasına görə Alen Delona həvalə etmək istəmişdi. Ancaq müəyyən səbəblərdən Delon layihəyə qatıla bilməmişdi. Mastroyanninin ifasındakı Merso ziddiyyətli alınıb: emosional, soyuq, isti, vecsiz, gözüqıpıq, cəsarətli. Mari rolunun ifaçısı Anna Karina bu filmə çəkiləndə, artıq, fransız kinosunda Yeni Dalğa cərəyanına aid ekran əsərləri sayəsində məşhurlaşmışdı.

Ümumən, Viskonti filmdə romandan daha fərqli, individual yanaşma ortaya qoymayıb, sadəcə, romandakı atmosferi verib. Yeri gəlmişkən, Viskonti əsəri olduğu kimi çəkmək niyyətində omayıb, o, kompozisiyanı dəyişmək istəyib, hətta fərqli ssenari də yazılıbmış. Ancaq Kamyunun arvadının təkidi ilə bədii mətn demək olar ki, olduğu kimi saxlanılıb və dəyişikliyə izn verilməyib.

Türk rejissoru Zeki Demirkubuzun “Yazğı” (2001) filmi də “Yad” əsəri əsasında çəkilib. Rejissor filmdə hadisələri türk toplumuna gətirir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Albert Camus – Yad

Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqcakeşməkeşliuşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır.
Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.
Yad. kimdir yad? Bizim kimi olmayanlar? Bizim kimi düşünməyənlər? Bizim kimi geyinib, yeyib içməyənlər? Oxşar xüsusiyyətlər hər zaman insanları birləşdirir nəticədə qruplar yaranır. Cəmiyyət də belədir. Cəmiyyətin başında duranlar isə standartdan fərqlənənləri uzaqlaşdırmaq istəyirlər. İnsanların oxşar xüsusiyyətlərinin çox vaciblik təşkil edən dünyada yaşayırıq.

Povest, cəmiyyətdə yaşaya yaşaya o cəmiyyətə yadlaşmış birisinin həyatını təsvir edir. Həyatının bütün məqamlarıyla bizə yad insanın hansı hisslər keçirdiyini göstərməyə çalışır. Bir insanda insanlığın bütün xüsusiyyətləri var. Sadəcə nisbətləri müxtəlifdir. Olur ki, insan bəzən özünü çox tənha hiss edir. Çox şeyə məna verə bilmir.( Şəxsən məndə bu hallar tez-tez olur.) Olur ki, insan özünü çox fərqli hiss edir, bir birinə oxşayan standart insanlara və onların həyat tərzlərinə gülür. Olur ki, insan bəzən çox peşmançılıq hissi keçirdir, keşkə geriyə qayıdıb daha başqa cür yaşaya bilsəydim deyir. Olur ki, insan yaşadığı cəmiyyətin, dünyanın ədalətini, dəyərlərini, azadlığını, inancını “ sorguluyur ”. Olur ki.
Əsərin baş qəhrəmanı həyata məna verə bilməyən, sevməklə sevməməyi, ölümlə yaşamağı bir birinə bərabər tutan birisidir ( çox guman ki, bu onun özüdür – şəxsi fikrimdir ). Az dostu olan, sevgilisinə səni sevirəm deməyi bacarmayan ( bunu mənasız görən ), anasını ölümünə kədərlənməyən, hər şeyə öyrəşmək olar fikrini öz həyat fəlsəfəsi edən və bu dünyanın bizə təqdim edə biləcəyi şəffaflıq və mənanın olmadığını müdafiə edən bir insanla qarşı qarşıyayıq. Bu insan ətrafına, hisslərə, gözləntilərə və ən əsası öz özünə özgələşmişdir, yadlaşmışdır. Absurd fəlsəfəsi ona hökmranlıq edir. Dostu Raymonda qarşı təhlükə törədən və Raymondun keçmiş məşuqəsinin qardaşı olan bir ərəbi öldürməklə Cənab Mersonun ( bu onun soyadıdır ) məhkəməsi başlayır. Burda biz iki məhkəmə görürük. Bir tərəfdə olduqca stereotipli cəmiyyətin onun üçün qəti əhəmiyyəti olmayan dəyərləri ona qarşı istifadə edərək onun mühakimə edən məhkəmə. Digər tərəfdə isə Mersonun öz – özünə qarşı olan ( tam olaraq məhkəmə deməzdim ) sanki bəzi şeyləri başa düşmək mənasını ifadə edən oyanış. Sanki ölmədən öncə ölür Cənab Merso. Hər şeyi bir daha xatırlayır və başqa cür düşünə və yanaşa biləcəyini qəbul edir. ( əslinədə ikisinin arasında qalır ) Buna baxmayarq artıq gecdir. Çünki onun üçün atıq edam qərarı verilib. Povestin digər maraqlı hissəsi onun dəfələrlə keşişdən imtina etməsi və sonra onunla olan söhbətidir.
Verilmək istənən mesaj: Həyatın avtomatlaşmış təkdüzən mühitində robotlaşmış insan ölümü rahatlıqla qəbul edir. Əsas olan mənadır amma nə yazarın özü nə də əsərin qəhrəmanı bunu tapa bilmir. Insan oğlu bunu min illərdir axtarır. Bu əzabdan qurtulmaq üçün məncə biz Allaha sığınmalı və ona inanmalıyıq. Ətrafımızdakı gözəllikləri görmək, sevdiklərimizin sevgisini başa düşmək heç də hamıya nəsib olmur.
Bir neçə saatda oxuya biləcəyiniz amma bir neçə gün düşünəcəyiniz bir kitab.
Səbrinizə görə təşəkkürlər.

Comments are closed, but trackbacks and pingbacks are open.