Yeni Uşaq Ensiklopediyası
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
“EKSON-AZƏRBAYCAN” ŞİRKƏTİ QAÇQIN DÜŞƏRGƏLƏRİNDƏ UŞAQ ENSİKLOPEDİYASININ YENİ CİLDLƏRİNİ PAYLAMIŞDIR
“Ekson Mobil”in törəmə müəssisəsi olan “Ekson-Azərbaycan” şirkəti respublikamızın cənub rayonlarındakı qaçqın düşərgələrində “Uşaq ensiklopediyası”nın paylanması ənənəsini davam etdirir. Ənənənin əsası 1999-cu ildə qoyulmuşdur.
Şirkət Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin köməyi ilə ensiklopediyanın iqtisadiyyata, okean və kosmosa həsr olunmuş üç yeni cildini paylamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “Ayna” Mətbu Evində Azərbaycan dilində latın əlifbası ilə nəşr olunmuş “Uşaq ensiklopediyası” çoxcildliyi müxtəlif mövzuları, o cümlədən ekologiya, idman, tarix, incəsənət, informatika və neftə həsr olunmuş sahələri əhatə edir. Mətn və şəkilləri Azərbaycanın peşəkar yazıçı, rəssam və alimləri işləyib hazırlamışlar. Müəlliflər hər bir sahə üzrə tarixi icmalı, ilkin elmi tədqiqatları, əsaslı yenilikləri və gələcək üçün proqrozları özündə əks etdirən hərtərəfli, tədris yönümlü mətnlər tərtib etmişlər.
“Ekson Mobil” şirkətinin Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik proqramları əsasən təhsili əhatə edir. Şirkət, eyni zamanda, Azərbaycan dilində latın əlifbası ilə dərsliklərin nəşr olunmasına kömək göstərmiş, məktəb kitabxanalarını tədris materialları, ali məktəbləri kompüterlərlə təmin etmişdir və edir.
Yeni Uşaq Ensiklopediyası
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 2000021767966
1 ildən çox ən peşəkar tərcüməçi, redaktor, korrektor komandası bu kitab üzərində çalışıblar. 9000-dən artıq qeydlər, faktlar, məqalələr və 2500 tam rəngli şəkillərdən ibarət ” Yeni Uşaq Ensiklopediyası “. 6-16 yaşda olan uşaqlar üçün nəzərdə tutulub. Mütləq bu kitabı əldə edin! Azərbaycanda hələ belə bir keyfiyyətli kitab nəşr olunmayıb!
Məhsulun kodu: 2000021767966
Janr: Ensiklopediya
Nəşriyyat: Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild: Bərk
Səhifə sayı: 296
dil: Azərbaycan
şərhlər 6
3 ulduzu maraql oldugu ucun verirem lakin kitabin keyfiyyeti sifirdir.vereqler ilk gunden ipden ayrilmaga basladi.cox nazik iple tikilib ve demek olarki 1 ay getmeyecek hec kimde.vereqler qopub ayrilir kitabdan ilk gunlerden.cox keyfiyyetsizdir.
02.02.2023 13:08
Kitabin keyfiyyəti qiymətinə göre cox aşagidir. İçərisinin vərəqləri nazik sapla bir-birinə tikilib.Aralı qalır vərəqləri. Keyfiyyəti aşagidir
06.12.2021 13:45
Salam.Basqa ensiklopediyalar da var sizde yoxsa ən yaxşısı budur?
28.12.2020 09:58
Dükanın cavabı: Salam. Menyu bölməsindən istədiyiniz dili seçin və filtrlərdən uşaq ədəbiyyatı – ensiklopediyalar bölməsinə keçid edin.
Salam! Müştərilərinizdən biri Gənclik Mall-dan bu kitabı 29 manata aldığını yazır. Sizdə də bu kitabın qiymətinin 29 manat olduğu göstərilib. Yəni bilmək istəyirəm ki, Sizdə endirim varmı bu kitabın qiymətində? Əks təqdirdə bu iki qiymət arasında qiymət fərqi olmadığı görünür.
17.06.2020 11:19
Dükanın cavabı: salam. Bu kitabın qiyməti saytımızda da, mağazamızda da eynidir – 29 azn. Hazırda endirim yoxdur təəssüf ki.
Comments are closed, but trackbacks and pingbacks are open.