Press "Enter" to skip to content

İnformasiya Cəmiyyəti Problemləri (jurnal)

Cəmiyyəti mühüm məlumat və biliklərlə təmin edən informasiya eyni zamanda cəmiyyətə müəyyən ziyanlarda vura bilər. Ona görə də, informasiyanın cəmiyyətdə rolunu bilmək üçün ona iki aspektdən yanaşmaq lazımdır:

Informasiya cmiyyti problemlri jurnalı

Hazırki dövrdə isə aqrar, sənaye və xidmət sferası sektoruna sürətlə inkişaf edən yeni bir sektor “intellekt iqtisadiyyatı” və ya “bilik iqtisadiyyatı” sektoru əlavə olunmuşdur. Bu günkü intellektuallaşmış avtomatika şəraitində artıq informasiyanın emalı deyil, yeni informasiyanın yaradılması və onun kollektiv istifadəsi ön plana çəkilir. Məhz bu səbəbdən də artıq “əl əməyi peşələri”ndən “intellektual peşələr”ə keçid baş verir. Belə şəraitdə dünya iqtisadiyyatının əsas alətləri kompüterlər və onlarla əlaqədar olan İKT avadanlıq və ləvazimatları olur ki, bu alətlərə də əsas xammalı İnternet, korporativ şəbəkələr və biliklər bazalarından verilir. Eyni zamanda biliklər sənayesi və informasiya texnologiyaları öz iqtisadi bölmələrinin hüdudlarını aşaraq müasir iqtisadiyyatın ən perspektivli istiqamətlərinin hərəkətvericisi, əlaqələndiricisi rolunu oynayır.

Müasir informasiyalaşmış iqtisadiyyatın inkişafının dinamikasının tədqiqi bəşər inkişafının müxtəlif mərhələlərində baş vermiş informasiya inqilablarının öyrənilməsini və onların inkişaf mərhələlərinin dinamik tədqiqini tələb edir. İnformasiya inqilablarının öyrənilməsi hər şeydən əvvəl iqtisadi inkişafın və cəmiyyətin informasiya və ona xidmət edən texnologiyaların, eləcə də bunların qarşılıqlı təsirindən törənən təkan və sıçrayışların dinamik təhlilinə imkan yaradır. Digər tərəfdən isə informasiya və informasiya texnologiyalarının bəşəriyyətin inkişafındakı əvəzolunmaz rolunu sübuta yetirir

Əvvəlcədən qeyd edək ki, müasir iqtisadiyyatın əsasında dördüncü informasiya inqilabı durur.

Birinci informasiya inqilabı 5-6 min il bundan əvvəl Mesopotomiyada, ondan min il sonra isə Çində yazının ixtirası ilə baş vermişdir. İkinci informasiya inqilabı əvvəlcə bizim eradan 1300 il əvvəl Çində, sonralar isə bundan 800 il sonra Yunanıstanda əlyazma kitabların yaranmasıdır. Üçuncu informasiya inqilabı 1450-1455 ci illərdə İohann Quttenberq tərəfindən çap presinin yaradılması və oyma yazılarən kəşfi ilə baş vermişdir.

Birinci və ikinci informasiya inqilabları haqqında dəqiq sənədlər olmasa das həmin dövrlərdə Roma və Yunanıstanda əlyazmaların ictimai həyatda və cəmiyyətin inkişafında böyük rolu olduğu məlumdur. Digər tərəfdən tarixi məlumatların araşdırılması, istehsal və iqtisadi münasibətlərdə əmələ gələn yeni əlaqələr Çin sivilizasiyasının məhz bu inqilab nəticəsində böyük nailiyyətlər əldə etməsini təsdiq edir. İlkin hazırlanmış əlyazma kitabların sayının azlığı və bahalığı onların yalnız varlılar tərəfindən alınması və ya tərtib etdirilməsi ilə müşayət olunurdu. Piter Drakerin fikrinə görə kitab nəşrinə qədərki dövrdə Avropada 10000-dən çox əlyazması ilə məşğul olan monaxlar var idi ki. onların da hər biri ildə 1200-1300 səhifə yaza bilərdilər. Bu əlyazmaları sadəcə olaraq faktların qeyd edilməsi ilə deyil həm də cəmiyyətin inkişafının müxtəlif sahələrə aid olan məlumatlarının ötürülməsinə və ümumilikdə bəşəriyyətin inkişaf etməsinə təkan verirdi. İlkin baxışda əlyazmaların iqtisadi inkişafdakı rolu hiss edilmir. Lakin dərindən təhlil, dövlətlərarası münasibətlərin qurulması və iqtisadi münasibətlərin yaranması və inkişafı məhz bu informasiya daşıyıcılarının vasitəsilə həyata keçirilmişdir. Başqa sözlə informasiya, onun rolu və bu sahənin inkişaf etdirilməsi cəmiyyətin yarandığı ilkin dövrlərdən mövcud olmuş və bu və ya digər şəkildə inkişafda öz rolunu oynamişdir.

XV əsrin ortalarında kitab nəşri üçün dəzgahların yaranması əlyazmalarını sıxışdırmağa, öz dövrünə görə çoxlu sayda kitabların meydana gəlməsinə başlandı. Bu kitablar ilkin dövrlərdə dini və ya tarixi kitablar idisə. Illər keçdikcə onların əhatə dairəsi genişlənirdi. Əlyazması dövründən fərqli olaraq il ərzində bir dəzgahın çap etdiyi səhifələrin sayı 2500000-dən artıq oldu. Yeni dünyəvi elmlərə aid kitabların çap edilməsi universitetlərin və digər elm ocaqlarının yaranmasına səbəb oldu. Bu elm müəssisələrində hüquq, tibb, riyaziyyat, fəlsəfə və s. elmlərin geniş tədrisinə başlandı. Elm və ixtiralar, inkişafın digər təkanverici və istiqamətləndirici amillər haqqında olan biliklər geniş ərazidə yayılmağa başladı bu isə iqtisadi inkişafa, yeni sahələrin meydana gəlməsinə, müxtəlif kəşf və ixtiraların edilməsinə, onların ümumbəşəri əhəmiyyətinin meydana gəlməsinə səbəb oldu.

Üçüncü informasiya inqilabı əvvəlki iki inqilabdan fərqli olaraq müasir dövr üçün öyrənilmə və tədqiq baxımından daha önəmlidir. Qeyd etmək lazımdır ki. üçüncü informasiya inqilabının zəmini çap maşınlarının yaranmasından sonra nəşriyyat sənayesinin ilkin rüşeymlərindən başlayır. Çap sənayesinin yaradıcısı Aldus Manitius hesab edilir. O, ilk dəfə olaraq Venesiyada kütləvi kitab çap edərək satmaqla yeni sənaye sahəsinin təməlini qoymuşdur. Lakin on illər keçdikdən sonra bu cür nəşriyyatçıların işi nəşriyyat şirkətləri və onunla əlaqədar müxtəlif işləri görən korparasiyalar tutdu.

Bu cür inkişafı müasir informasiya cəmiyyətinin inkişafında da müşahidə etmək olar. Belə ki, informasiya keçən əsrin ortalarında ayrı-ayrı müəssisə və şirkətlər tərəfindən fərdi qaydada istifadə edilirdi. Daha doğrusu informasiya emalı, onun yeni texnologiyaların tətbiqi ilə istifadəsi və informasiyanın emal üsul və texnologiyaları məhdud şəkildə, ayrılıqda işlənib hazırlanırdı. Lakin tezliklə Maykrosoft, Orakl, Hyulet-Pakkard və digər şirkətlər proqram təminatı ilə məşğul olan korparasiyalar yarandı. Lakin müasir inkişaf və informasiya texnologiyalarının yeni nailiyyətləri, eləcə də bu sahədə dünyanın bütün ölkələrində yüksək səviyyəli ixtisasçıların hazırlanması gələcəkdə proqram təminatının hər bir istifadəçinin özünün hazırlayacağına zəmanət verir. Göründüyü kimi üçüncü inqilabla müasir dövrü səciyyələndirən dördüncü inqilabın oxşar cəhətləri ilə bərabər tam əks prosesə uyğun tendesiyalarda mövcuddur.

Üçüncü informasiya inqilabının digər nailiyyətləri enerjidən istifadə, teleqraf və telefonun kəşfi, buxar maşınları, yeni avtomobil, təyyarə və gəmilərdən istifadə edilməsidir. Bu dövr dünya ölkələri arasındakı əlaqələrin daha da genişlənməsinə. Bir çox məsələlərin həllində qloballaşmanın ilkin təzahürlərinin yaranmasıdır. Bu dövr informasiyadan hərtərəfli istifadə və onun əsasında yeni texnologiyaların yaranmasında başlanğıc oldu. Artıq istehsal yalnız əmək deyil. həm də texnologiyaların geniş tətbiqinə əsaslanırdı.

Yaşadığımız müasir cəmiyyət informasiyalaşmış cəmiyyət adlansa da bir çox mütəxəssislərin fikrinə görə, bu cəmiyyətdə iki mərhələyə postsənayeləşmiş cəmiyyətə və tam informasiyalaşmış cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə keçid elmi-texniki inqilabın baş verməsinin nəticəsidir. XX əsrin sonu cəmiyyətin inkişafının informasiyalaşma mərhələsinə daxil olması ilə xarakterizə olunur. Bu mərhələ postsənayeləşmə dövrü adlandırılır. Cəmiyyətin keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır ki, onun da məğzi praktiki olaraq bütün sferalarda informasiya və onun ən yüksək forması olan elmi biliklərin mənimsənilməsi və geniş miqyaslı istifadəsindən ibarətdir.

Hər bir inkişaf mərhələsi istehsal qüvvələrinin özünəməxsus strukturuna malik olur. Hər növbəti mərhələdə isə əvvəlkində mövcud olan struktura yeni ona aid tərkib hissələri əlavə edilir. Belə ki, aqrar cəmiyyətdə istehsalın texnoloji vasitələr strukturuna insanın fiziki imkanları, əl alətləri, təbii faktorlar aiddir. Sənayeləşmiş cəmiyyətdə bu struktura maşınlar və elektroenrji əlavə edildi. İnformasiyalaşmış cəmiyyətdə isə mövcud struktura yeni komponentlər olan insan biliyi, informasiya texnologiyaları və informasiya əlavə olunur.

İnformasiyalaşmış cəmiyyətin belə bölünməsi bir çox səbəblərdən irəli gəlmişdir. Bu səbəblərə dünya ölkələrinin müxtəlif inkişaf səviyyələri. texniki təminatda fərqlər, cəmiyyətin informasiya resurslarından istifadə qabliyyəti və imkanları. Informasiya texnologiyalarının inkişaf səviyyəsi və əhalinin bu sahəyə aid vasitələrlə təmini və s. Qeyd etmək lazımdır kiş hazırki dövrdə postsənaye mərhələsində olan ölkələrin sayı daha çoxdur. Yalnız dünyanın bir sıra inkişaf etmiş ölkələri, ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri informasiyalaşmış cəmiyyətin qurulmasının yuxarı mərhələsindədir. Başqa tərəfdən dünyanın əksər ölkələrində İnternetin, kompüterdən istifadənin aşağı səviyyəsi, dövlət idarəetməsi və hakimiyyətin idarə edilməsində olan çatışmamazlıqlar informasiyalaşmış cəmiyyətə keçidi ləngidir.

Postsənaye mərhələsinin inkişaf edərək tam informasiyalaşmış cəmiyyətə keçidinin əsas şərtlərindən biri, informasiya texnologiyaları sahəsi mütəxəssislərinin daha çox olması, bilyin ön cərgəyə çəkilməsi, demokratik cəmiyyətin formalaşması, insan amilinin yaradıcılığına və elmi qabliyyətinə görə qiymətləndirilərək irəli çəkilməsidir. Postsənaye cəmiyyətində informasiyanın həlledici rolu artdıqca. əldə olunan nəticələrdə onun payı çoxaldıqca, yeni məhsulun və sahələrin yaradılmasının, tədqiqi və qiymətləndirilməsinin məhz informasiya. Verilənlər və biliklərə nəzərən aparılması sonda informasiyalaşmış cəmiyyətin bərqərar olmasına şərait yaradacaq.

İnformasiyalaşmış cəmiyyətin xarakterik xüsusiyyəti onun informasiya mübadiləsinə əsaslanmasıdır. Müasir telekommunikasiya vasitələrindən istifadə edil-diyindən bu cür mübadilə daha qısa müddətdə həyata keçirilir. Yaranmaqda olan informasiyalaşmış cəmiyyətin əsasını informasiya resursları təşkil edir. İnformasiyalaşmış cəmiyyətin ilkin mərhələsininin vacib xüsusiyyətləri aşağıdakılardır:

– intellektual xidmətlərdən istifadə önə çəkilir;
– yeni intellektual texnologiyalar yaradılır;
– nemətlərin çatışmamazlığını informasiya və vaxt çatışmamazlığı əvəz edir;
– iqtisadiyyat informasiyalaşdırılmış kimi xarakterizə oluna bilər.

Beləliklə, mövcud iqtisadiyyatın nüvəsini informasiya məhsulları və xidmətlərinin istehsal və istehlak obyektlərinə çevrilməsi təşkil edir. Hazırda dünya ölkə-lərinin əksəriyyəti informasiyalaşmış cəmiyyətin ilkin mərhələsindədir. Lakin ABŞ və Yaponiya kimi dövlətlərin nümunəsində informasiyalaşmış cəmiyyətin inkişaf dinamikasını izləmək olar. İlkin nəticə ondan ibarət olur ki, bu ölkələrdə informasiya texnologiyalarına qoyulan sərmayələr ildən-ilə artır.

İnformasiyalaşməş cəmiyyətdə istehsalla məşğul olan müəssisələrin fəaliyyəti prosesi köklü surətdə dəyişir. Bir tərəfdən istehsalın və ümumilikdə müəssisələrin inkişafında informasiya texnologiyalarının rolu artır, digər tərəfdən isə idarəetmə sistemi, insanını istehsal funksiyası dəyişir. İnformasiyalaşmış cəmiyyətdə informasiya və şəbəkə texnologiyaları insanları informasiya toplanması kimi mühafizəkar əməkdən azad edərək, onların müxtəlif sahələrdə verilənlərin intel-lektual təhlili ilə məşğul olmasına və sifarişçilərə yüksək səviyyədə xidmət göstər-məyə şərait yaradır. Bu səbəbdən də müəssisələr arasınad əlaqələrin yaradılması, məhsulların satılması, satılmış məhsulların çatdırılması və yeni tələbatların öyrə-nilərək keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, istehsalın ümumi səviyyəsinin, iqtisadiyyatın artan tempinin təmin edilməsi yüksək sürətlə yerinə yetirilir.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müasir informasiya cəmiyyətinin vəziyyəti aşağıdakı kimi xarakterizə edilə bilər:

-cəmiyyətin inkişafında mərkəzi yeri bilik tutur;

-müəssisələrin fəaliyyətində biliklər əsasında yüksək templə yeni intellektual texnologiyalar yaradılır və tətbiq edilir;

-intellektual texnologiyaların inkişaf tempinə uyğun olaraq lazımı biliklərə malik insanların sayı artır;

-hakimiyyət meritokratiyaya, yəni yüksək təhsilli peşəkarlara keçir;

-mövcud informasiyalaşmış cəmiyyətin iqtisadiyyatı informasiya iqtisadiyyatı kimi xarakterizə olunur;

-əməyin xarakteri dəyişir: məşğulluğa primitiv nəzarət tələbatı yoxa çıxır-əvəzinə nəticələr üzrə nəzarət yaranır. Bu isə işçinin daima idarədə olması tələbatı da yox olur. Bəzi hallarda fiziki ofislərə (idarələrə) ehtiyac qalmır. Onları məntiqi və ya virtual ofislər əvəz edir;

-daha çox insan yaradıcı əməklə məşğul olmaq imkanı əldə edir

Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT (İnformasiya kommunikasiya texnologiyaları, Information and Communication Technologies)-informasiyanın əldə edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə proqram-texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının yığımıdır. İKT-yə aiddir İnformasiya prosesləri-hər-hansı nəticə əldə etmək məqsədilə informasiya üzərində aparılan əməliyyatlar ardıcıllığı yığımıdır. Əsas informasiya proseslərinə aiddir: informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması. Kodlaşma-bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə əvəz olunması, ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır.İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir. İnformasiyalaşdırma anlayışı keçən əsrin 80-90-cı iilərində yeni elmi istiqamət kimi formalaşmış və qısa müddət ərzində cəmiyyətin informasiya ehtiyatları ilə təminatında mühüm rol oynamışdır. Proqnozlara əsasən XXI əsr dünyada qlobal informasiyalaşdırma və kompüterləşdirmə əsri olacaqdır. ”Elektron inqilab” dalğasında dünyada yüzlərlə, minlərlə milli, regional kompüter sistemləri, şəbəkələri yaranacaq və əksər ölkələrdə informasiya cəmiyyəti, informasiya iqtisadiyyatı (yəni idraka, məlumata, biliklərə əsaslanan iqtisadiyyat) yaranmaqla planetar telekomunikasiya sistemi formalaşacaqdır. Bunlar isə dövlətin sosial idarəetmə, inkişaf, hüquq, demokratiya proseslərinə müsbət təsir göstərəcəkdir. Yüksək informasiyalaşmış ölkələrin inkişafı göstərir ki, əsas maliyyə və maddi ehtiyatları təhsilə və yüksək informasiya mədəniyyətinə malik olan kadrların hazırlanmasına yönəltmək və aşağıdakı əsas problemlərə diqqət etmək lazımdır:

-Kütləvi kompüter istifadəçiləri hazırlamaqla kompüter savadsızlığını ləğv etmək;
-Kütləvi kompüter savadlılığı içərisindən xüsusi sahələr üzrə peşəkar mütəxəsislər hazırlamaq;

İnformasiyalaşdırma məhsulun maya dəyərini azaltmaqla istehsalı artırmağa, əhalinin həyat səviyyəsini, savadlığını yüksəltməklə, yəni sosial-iqtisadi informasiyaya keçid üçün təkan vermişdir. Müasir informasiya texnologiyaları vasitəsilə cəmiyyətdə aparılan informasiyalaşdırma prosesi-iqtisadi, maliyyə, maddi qənaətləri nəzərə alaraq informasiyanın dəyərini daha da artırmışdır. Cəmiyyətin informasiya siyasəti onun inkişafını avtomatik olaraq sürətləndirir. Məsələn, ekspertlərin rəyinə görə söz azadlığı və kütləvi informasiya vasitələri üzərində xüsusi mülkiyyət cəmiyyətin inkişafını 20%, bazar iqtisadiyyatı 25%, torpaq üzərində xüsusi mülkiyyət isə həyat səviyyəsini 50% yüksəldir.

Cəmiyyətin informasiyalaşdırılması o vaxt mümükün olar ki, cəmiyyətin özü də informasiya kimi azad olsun.

Cəmiyyətin informasiyalaşdırılmasının əsas məqsədi:
-İnformasiyalaşdırma prosesinin hümanistləşdirilməsi;
-Şüurun inkişafını məişət inkişafından çox qabağa aparmaq;
-Maddi və əmək ehtiyatlarına qənaət etmək;
-İnsan sivilizasiyasının yaşaması, inkişafı üçün atom və ekoloji fəlakətlərin qarşısını almaq;
-Cəmiyyətin demilitariziyası;

-Hər bir insanın vahid informasiya fəzasına daxil olub cəmiyyətin və özünün inkişafı üçün bu ehtiyatlardan istifadə etməsinə şərait yaratmaqdır.

-Cəmiyyətin qanuni və hormonik inkişafını təmin etmək üçün həmin cəmiyyətdə, pul, güc diktaturasını deyil, informasiya diktaturasını yaratmaq lazımdır. Pulun informasiya kredit kartları, pul banklarının-informasiya bankları ilə əvəz edilməsi cəmiyyətdə oğurluğun və neqativ halların qarşısını tamamilə alar. Bir çox ölkələrdə söz azadlığının, demokratiyanın, özünüidarəetmənin inkişafına təkan vermiş və kosmik informasiya sivilizasiyasına keçidin əsasını qoymuşdur. İnformasiyalaşdırma elmin bütün sahələrinin-astronomiyanın, kimyanın, biologiyanın, tibbin, sosiologiyanın, texnikanın, kosmosun, hüquqi sahələrin inkişafına böyük təsir göstərmiş və cəmiyyətin inkişafında əsas qüvvə rolunu oynamaqla onun təhlükəsizliyində də böyük əhəmiyyətə malikdir.

İnsanlar üçüncü minillikdə yer kürəsinin, günəşin və kainatın informasiya kodlarını açmaqla, məhsuldarlığın artmasına, tufanların, yeraltı təknların, digər təbii fəlakətlərin qarşısının alınmasına nail olacaq və bu işdə vahid lokal paylanmış dünya informasiya məkanının yaradılması əsas rol oynayacaqdır.

Cəmiyyəti mühüm məlumat və biliklərlə təmin edən informasiya eyni zamanda cəmiyyətə müəyyən ziyanlarda vura bilər. Ona görə də, informasiyanın cəmiyyətdə rolunu bilmək üçün ona iki aspektdən yanaşmaq lazımdır:

1. Mənfi-neqativ informasiyanın yayılmasının qarşısının alınması.
2. İnformasiyanın özünün qorunması.

İnformasiya və informasiya texnologiyaları hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunması üçün mühüm vasitədir. İnformasiyalaşdırma cəmiyyətdə müxtəlif neqativ halların yaranmasına səbəb oldu. Kompüter cinayətkarlığı-qeyri-qanuni informasiya mənbələrinə daxil olmaq, viruslar yaymaq, banklardan “elektron pul” oğurlamaq, parnoqrafiya, “elektron şpionluq” kimi mənfi halların sürətlə yayılmasına başladı.

Hal-hazırda düzgün, keyfiyyətli informasiyaları seçmək və yalan informasiyaların yayılmasının qarşısının alınması problemi yaranmışdır. Ona görə də, şəxsiyyətin, dövlətin təhlükəsizliyini qorumaq üçün daha mükəmməl qanunlar işlənib hazırlanmalıdır.

Təhlükəsizlik-şəxsiyyətin, cəmiyyətin, dövlətin daxili və xarici təhlükələrdən qorunması kimi başa düşülür.

Şəxsiyyətin təhlükəsizliyi-onun hüquq və azadlıqlarının qorunmasıdır.
Cəmiyyətin təhlükəsizliyi-onun maddi və mənəvi dəyərlərinin qorunmasıdır.

Dövlətin təhlükəsizliyi-onun konstitusion quruluşunun, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır.

Dövlət bu işləri, icra orqanları, məhkəmə qanunverici orqanları vasitəsi ilə hayata keçirir. İnformasiya təhlükəsizliyi-informasiya mühitində neqativ informasiyalardan qorunmaqla inkişafın təmin olunmasıdır. İnformasiya təhlükəsizliyi dövlətin müdafiə, ekoloji, iqtisadi təhlükəsizlik kimi formaları ilə yanaşı durur. Ona görə də, informasiya həm hüquqi həm texniki tərəfdən müdafiə olunmalıdır.

İnformasiya təhlükəsizliyi-həmçinin televiziya, radio, çap, şəbəkə vasitəsi ilə cəmiyyət həyatında dövr edən neqativ informasiyalardan qorunmaqla da təmin olunmalıdır. Bunun üçün hüquqi qanun bazaları da yaradılmalıdır. Bu qanunlarda informasiyaların oğurlanması, itirilməsinin, dəyişdirilməsinin, qeyri-qanuni məhv edilməsinin, surətinin götürülməsinin qarşısının alınmasının təmin edilməsi maddələri əks olunmalıdır. İnformasiyanın qorunması üçün müxtəlif üsullar mövcuddur. Müxtəlif xidməti qurumlar və bu informasiyaları tam məxvliyini müəyyənləşdirməklə onun təhlükəsizliyini təmin etməlidirlər.

Texniki tərəfdən informasiyanın qorunması EHM-lərin təhlükəsizliyinin qorunması, açarların (parolların) qoyulması, kriptoqrafik müdafiə vasitələri ilə həyata keçirilir. İnformasiya təhlükəsizliyi inkişaf etmiş dövlətlər tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu isə onların informasiya müharibəsində, kommersiya məxviliklərində mühüm rol oynayır.

Поделиться

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

İnformasiya Cəmiyyəti Problemləri (jurnal)

İnformasiya Cəmiyyəti Problemləri — elmi-praktiki jurnal. AMEA İnformasiya Texnologiyaları İnstitutunun jurnalı. Azərbaycandan ilk dəfə olaraq “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnalları “The İnstitution of Engineering and Tecnology” təşkilatının Ekspert Şurasından keçərək İNSPEC indeksləşmə bazasına daxil olmuşdur.

Quick facts: İnformasiya Cəmiyyəti Problemləri, Baş redakt.

İnformasiya Cəmiyyəti Problemləri
Baş redaktor Rasim Əliquliyev
Növ Elmi-praktiki
Format A4
Tiraj 500
Təsisçi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
Təsis tarixi 11.02.2010
Şirkət AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
Qərargah Bakı şəh., B. Vahabzadə küç., 9
Dil Azərbaycan, rus, ingilis
Qiymət pulsuz

Close

Jurnal 11 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Jurnalın əhatə etdiyi əsas istiqamətlər:

Comments are closed, but trackbacks and pingbacks are open.