Press "Enter" to skip to content

Azərbaycan tarixi. Yeddi cilddə. III cild (2007)

Главным средством общения во дворце, в армии и в дипломатической переписке служил азербайджанский язык. Велика была роль в обогащении и развитии азербайджанского языка Шах Исмаила, который сочинял свои стихи на родном язаке. Значительную роль в развитии национального мышления азербайджанцев сыграло творчество поэтов Шюрури, Гасими, Шахи, Габиби. Они внесли неоценимый вклад в развитие азербайджанского литературно- художественного языка и повышении его общественной и этнической функции. Объединение азербайджанцев в рамках единой государственности, формирование общенародного литературного языка и культуры, укрепление межрайонных и торгово-экономических связей в значительной степени способствовали интенсификации внутриэтнических процессов, самобытной культуры и этнической стабилизации в пределах своей исторической территории.

Gədəbəy ziyalıları

Gədəbəy rayonunun Şınıx bölgəsinin yetişdirdiyi alimlərdən biri də Abbasov Sabir Hüseyn oğludur. Abasov Sabir Hüseyn oğlu 1935-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illərində müharibənin yaratdığı məhrumiyyətləri o da yaşamışdır. Bütün çətinliklərə baxmayaraq 1945-ci ildə orta məktəbə daxil olmuş və 1955-ci ildə təhsil aldığı kənd məktəbini bitirmişdir.
S.Abbasov 1955-ci ildə Bakı şəhərinə gələrək əmək fəaliyyətinə başlamış, istehsalatda işləməklə yanaşı ali təhsil almaq üçün də çalışmışdır. Nəhayət 1957-ci ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə oranı bitirərək arzularından ən əsasına çatmışdır. O, vaxt itirmədən 1963-cü ildə aspiranturaya daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Ən maraqlısı odur ki, fizika ixtisası üzrə ali təhsil almasına baxmayaraq kimya elminə də mükəmməl yiyələndiyi üçün bu sahəni özünün həyat yoldaşı etmişdir. Belə ki, 1968-ci ildən Azərbaycan Politexnik İnstitutunun Kimya kafedrasında sıravi müəllimlikdən dosent vəziəfəsinə qədər yüksəlmişdir.
Abbasov İbrahim İsa oğlu
Ağamalı kəndindən də Gədəbəyin çoxlu ziyalı alimləri yetişmişdir. Bu alimlərin hər birinin Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin inkişafında öz xidmətləri vardır. Ən maraqlısı odur ki, Gədəbəyli alimlərin çoxusu ucqar dağ kəndlərində dünyaya gəlmələrinə baxmayaraq onlar Rusiyanın müxtəlif şəhərlərində təhsil almış, elmi tədqiqatlarını da rus dilində apara bilmişlər. Belə alimlərdən biri də Abbasov İbrahim İsa oğludur. Abbasov İbrahim İsa oğlu 1958-ci ildə Gədəbəy rayonunun Ağamalı kəndində anadan olmuşdur. O, orta təhsilini də həmin kənddə almış və 1976-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. Ancaq onun burada yaxşı oxumasını nəzərə alaraq, onu 1979-cu ildə Moskva şəhərində Fizika Mühəndislər İnstitutuna köçürmüşdülər. Həmin institutu fərqlənmə diplomu ilə bitirdiyinə görə fizika-riyaziyyat ixtisası üzrə aspiranturada saxlanılmışdır. «Elektordinamika və kvant» radiofizikası sahəsi üzrə elmi tədqiqat işi işləmişdir. 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi olmuşdur. O, 30-a yaxın elmi işin və məqalələrin müəllifidir. İbrahim Abbasovun elmi məqalələri əsasən Rusiyada və başqa xarici ölkələrdə çap olunmuşdur. İ.Abbasov hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının Fizika kafedrasında dosent vəzifəsində çalışır.
Abbasov Əbülhəsən Fərhad oğlu 12 fevral 1953-cü ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş, 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində oxumuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Təyinatla Azərbaycanın Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmiş və 3 il burada baş laborant vəzifəsində çalışmışdır. 1975-1978-ci illərdə AMEA -nın Kibernetika İnstitutunda baş laborant işləyib. 1978-1984-cü illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1984-1992-ci illərdə Azərbaycan İnşaat-mühəndislər İnstitutunun fəlsəfə kafedrasında müəllim, 1986-cı ildə isə dosent olub. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi (ərazi idarəetmə şöbəsi) vəzifəsini icra edib. 1994-1996-cı illərdə Bakı Ali Ümumqoşun Hərbi Məktəbində Sikl rəisi və professor olub. 1996-cı ildən indiyə qədər AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatları İnstitutunun «Sosial-fəlsəfə» şöbəsinin müdiridir. 1982-ci ilin fevral ayında Tiblisi Dövlət Universitetində «Sistemlik-bütövlük problematikasının kateqoriya və prinsiplərinin nisbəti» mövzusunda namizədlik dissertisiyasını müdafiə etmiş və fəlsəfə elmləri namizədi dərəcəsinə layiq görülmüşdür. 1997-ci ilin fevral ayında iki ixtisas üzrə (09.00.01-dialektika və idrak nəzəriyyəsi, 09.00.11-sosial fəlsəfə) Bakı Dövlət Universitetində «Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti və inkişafı problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 18 sentyabr 1998-ci il tarixdə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnistitunun Elmi Şurasının qərarı ilə professor adına layiq görülmüşdür. 23 may 2002-ci ildə Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. 1987-ci il məhsuldar elmi pedaqoji fəaliyyətinə görə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı ilə təltif olunub. 150-dən artıq elmi əsərlərin, o cümlədən 9 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir. 1998-ci ildə «açıq cəmiyyət» probleminə dair elmi araşdırmalarına görə Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun sertifikatını almışdır. Nümunəvi və məhsuldar fəaliyyətinə müqabil olaraq dəfələrlə mükafatlandırılmış, ona təşəkkür elan olunmuşdur. Bir çox respublika, ümumittifaq və beynəlxalq səviyyəli konfrans və formlarda iştirak etmiş, 30-dan artıq elmi əsərin elmi redaktoru olmuşdur. 20-ə yaxın aspirant və dissertantın elmi rəhbərliyini, 5 doktorantın elmi məsləhətçisi rolunu həyata keçirmişdir.
Respublikada sosial fəlsəfə, idrak nəzəriyyəsi, politologiya, təbitəşünaslığın fəlsəfi problemləri kimi sahələrin inkişafında, yeni qeyri-ənənəvi metodologiyaların, xüsusən də mürəkkəb sistemlər nəzəriyyəsinin və sinergetik paradiqmanın inkişafında xidmətləri danılmazdır. Ə.F.Abbasovun 1991-ci ildə rus dilində çap edilmiş fundamental «Mürəkkəblik. Zaman. Sinergetika: mürəkkəbliyin və mürəkkəb sistemlərin inkişaf problemlərinin ümumnəzəri təhlili» əsəri keçmiş SSRİ-də sinergetika üzrə yazılmış ilk monoqrafiyadır ki, bu gün də elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. ОNUN tərəfindən işlənilmiş «tənqidi sinergetik təfəkkür konsepsiyası», «yeni (post qeyri-plastik) metodoloji pardiqma», «optimum fəlsəfəsi» müasir tədqiqatçıların xüsusi marağına səbəb olmuşdur. 2005-ci ildə nəşr olunmuş «Demokratiya» adlı əsəri ilin ən mühim elmi nailiyyəti kimi Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutun Elmi Şurası tərəfindən qiymətləndirilmişdir.
Bundan başqa, Ə.F.Abbasovun «vətəndaş cəmiyyəti»nə, «hüquqi dövlət»ə, idarəetmənin fəlsəfi problemlərinə dair bir çox əsərləri vardır ki, mütəxəssislər onlara tez-tez müraciət edirlər. Bu xüsusda, onun keçid dövrünün mahiyyəti ilə bağlı araşdırmaları tədqiqatçıların, dövlət və siyasi xadimlərin diqqətini cəlb etməkdədir. Şübhəsiz ki, Ə.Abbasovun yaradıcılığında «idarəetmənin sinergetik fəlsəfəsi» mühüm yer tutmaqdadır. Cəmiyyətin təşkili və idarə olunmasında onun bu elmi fəaliyyət sahəsi xüsusi maraq doğurur və yüksək qiymətləndirilir. Ə.Abbasov Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Azərbaycan Sosioloqlar birliyi idarə heyətinin, Fəlsəfə və sosial-siyasi elmlər üzrə Problem (Koordinasiya) Şurasının üzvüdür. O, həmçinin, «Fəlsəfə və Həyat» məcmuəsinin baş redaktoru, «Elmi əsərlər» və «Fəlsəfə» jurnallarının redaksiya heyyəti üzvü kimi fəaliyyət göstərir. Uzun illər müxtəlif ixtisaslar üzrə Dissertasiya (Müdafiə) Şuralarının üzvü olmuşdur.
Abbasov Əbülhəsən Fərhad oğlu
Abbasov Əbülhəsən Fərhad oğlu 12 fevral 1953-cü ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş, 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində oxumuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Təyinatla Azərbaycanın Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmiş və 3 il burada baş laborant vəzifəsində çalışmışdır. 1975-1978-ci illərdə AMEA -nın Kibernetika İnstitutunda baş laborant işləyib. 1978-1984-cü illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1984-1992-ci illərdə Azərbaycan İnşaat-mühəndislər İnstitutunun fəlsəfə kafedrasında müəllim, 1986-cı ildə isə dosent olub.
1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi (ərazi idarəetmə şöbəsi) vəzifəsini icra edib. 1994-1996-cı illərdə Bakı Ali Ümumqoşun Hərbi Məktəbində Sikl rəisi və professor olub. 1996-cı ildən indiyə qədər AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatları İnstitutunun «Sosial-fəlsəfə» şöbəsinin müdiridir. 1982-ci ilin fevral ayında Tiblisi Dövlət Universitetində «Sistemlik-bütövlük problematikasının kateqoriya və prinsiplərinin nisbəti» mövzusunda namizədlik dissertisiyasını müdafiə etmiş və fəlsəfə elmləri namizədi dərəcəsinə layiq görülmüşdür. 1997-ci ilin fevral ayında iki ixtisas üzrə (09.00.01-dialektika və idrak nəzəriyyəsi, 09.00.11-sosial fəlsəfə) Bakı Dövlət Universitetində «Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti və inkişafı problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 18 sentyabr 1998-ci il tarixdə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnistitunun Elmi Şurasının qərarı ilə professor adına layiq görülmüşdür. 23 may 2002-ci ildə Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. 1987-ci il məhsuldar elmi pedaqoji fəaliyyətinə görə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı ilə təltif olunub. 150-dən artıq elmi əsərlərin, o cümlədən 9 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir. 1998-ci ildə «açıq cəmiyyət» probleminə dair elmi araşdırmalarına görə Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun sertifikatını almışdır. Nümunəvi və məhsuldar fəaliyyətinə müqabil olaraq dəfələrlə mükafatlandırılmış, ona təşəkkür elan olunmuşdur. Bir çox respublika, ümumittifaq və beynəlxalq səviyyəli konfrans və formlarda iştirak etmiş, 30-dan artıq elmi əsərin elmi redaktoru olmuşdur. 20-ə yaxın aspirant və dissertantın elmi rəhbərliyini, 5 doktorantın elmi məsləhətçisi rolunu həyata keçirmişdir.
Respublikada sosial fəlsəfə, idrak nəzəriyyəsi, politologiya, təbitəşünaslığın fəlsəfi problemləri kimi sahələrin inkişafında, yeni qeyri-ənənəvi metodologiyaların, xüsusən də mürəkkəb sistemlər nəzəriyyəsinin və sinergetik paradiqmanın inkişafında xidmətləri danılmazdır. Ə.F.Abbasovun 1991-ci ildə rus dilində çap edilmiş fundamental «Mürəkkəblik. Zaman. Sinergetika: mürəkkəbliyin və mürəkkəb sistemlərin inkişaf problemlərinin ümumnəzəri təhlili» əsəri keçmiş SSRİ-də sinergetika üzrə yazılmış ilk monoqrafiyadır ki, bu gün də elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. ОNUN tərəfindən işlənilmiş «tənqidi sinergetik təfəkkür konsepsiyası», «yeni (post qeyri-plastik) metodoloji pardiqma», «optimum fəlsəfəsi» müasir tədqiqatçıların xüsusi marağına səbəb olmuşdur. 2005-ci ildə nəşr olunmuş «Demokratiya» adlı əsəri ilin ən mühim elmi nailiyyəti kimi Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutun Elmi Şurası tərəfindən qiymətləndirilmişdir. Bundan başqa, Ə.F.Abbasovun «vətəndaş cəmiyyəti»nə, «hüquqi dövlət»ə, idarəetmənin fəlsəfi problemlərinə dair bir çox əsərləri vardır ki, mütəxəssislər onlara tez-tez müraciət edirlər. Bu xüsusda, onun keçid dövrünün mahiyyəti ilə bağlı araşdırmaları tədqiqatçıların, dövlət və siyasi xadimlərin diqqətini cəlb etməkdədir. Şübhəsiz ki, Ə.Abbasovun yaradıcılığında «idarəetmənin sinergetik fəlsəfəsi» mühüm yer tutmaqdadır. Cəmiyyətin təşkili və idarə olunmasında onun bu elmi fəaliyyət sahəsi xüsusi maraq doğurur və yüksək qiymətləndirilir. Ə.Abbasov Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Azərbaycan Sosioloqlar birliyi idarə heyətinin, Fəlsəfə və sosial-siyasi elmlər üzrə Problem (Koordinasiya) Şurasının üzvüdür. O, həmçinin, «Fəlsəfə və Həyat» məcmuəsinin baş redaktoru, «Elmi əsərlər» və «Fəlsəfə» jurnallarının redaksiya heyyəti üzvü kimi fəaliyyət göstərir. Uzun illər müxtəlif ixtisaslar üzrə Dissertasiya (Müdafiə) Şuralarının üzvü olmuşdur.
Abbasov Əli Məhəmməd oğlu
Abbasov Əli Məhəmməd oğlu 1931-ci ildə Gədəbəy rayonun İsalı kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə başa vurub, 1947-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunmuş və oranı müvəffiqiyyətlə bitirmişdir. Tələbə elmi cəmiyyətinin fəal üzvü olub, Nizami Gəncəvinin tədqiqi ilə maraqlanmışdır. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəznində şərqşünas kimi işləmişdir. Nizami Gəncəvinin «İskəndərnamə» poemasının tədqiqi ilə məşğul olub, 1964-cü ildə “Nizaminin «İskəndərnamə» poeması” adlı qiymətli monoqrafiyasD çap olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fiologiya elmləri namizədi dərəcəsini almışdır.
O, bir neçə il Əfqanıstanda mütərcim sifəti ilə çalışmışdır. Əfqanıstanda olduğu 10-11 il ərzində Kabulun, Məzari Şərifin muzey və kitabxanalarında axtarışlar apararaq 1986-cı ildə bu materiallar əsasında «Azərbaycan-əfqan ədəbi əlaqələri tarixi» adlı monoqrafiya və o adda kitab çapdan çıxarmışdır. Onun “N.Gəncəvinin «İskəndərnamə» poemasının tədqiqi” əsəri də həmin zaman çap edilmişdir.
Fars dilindən Azərbaycan dilinə tərcümə etdiyi Nizami Əruzi Səmərqəndinin «Cahar məqalə» əsəri 1994-cü ildə çapdan çıxmışdır. O, 16-cı əsr tarixçisi Budaq Mənini Qəzvinin «Cəvahir Əxbar» adlı tarixi əsərini şərhlərlə birlikdə çapa təqdim etmişdir. Məqalələri Əfqanıstan və Türkiyədə dərc edilmişdir. 100 -dən artıq elmi məqalənin müəllifi olmuşdur. Əli Abbasov Əfqanıstanla-Azərbaycan ədəbiyyatları arasındakı ədəbi əlaqələri öyrənən ilk alimdir. Əfqanıstan hökümətinin iki medalı ilə təltif edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Abbasovun monoqrafiyalarından Ali məktəblərin humanitar elmləri öyrənən fakültələrində istifadə olunur. Əli Abbasov 1993-cü ildə dissertasiya müdafiə edərək elmlər dokdoru alimlik dərəcəsinə layiq görülmüşdür. Onun yazdığı monoqrafiyalar Nizami «Xəmsə»si və Xəqaninin «Töhfətül-İraqeyi» əsərini, Əfqan ədəbiyyatı klassiklərini aşkara çıxarmışdır. Onun elmi xidmətlərindən biri də bundan ibarət olmuşdur ki, o, ilk dəfə olaraq Əfqanıstanda yaşayan azərbaycanlılar və onların folklor nümunələrini aşkar etmişdir. Onun bu sahədə çap etdirdiyi məqalələr xaricdə və daxildə oxucuların marağına səbəb olmuşdur.
Əli müəllim ilk dəfə Azərbaycan Əfqanıstan çoxəsrlik şifahi xalq ədəbiyyatı əlaqələri məsələsinə də əsaslı yer vermişdir. «Koroğlu» dastanınDn Əfqanıstanın türkdilli xalqları arasında geniş yayılması, onların müxtəlif variantları, «Əsli və Kərəm» dastanın Əfqanıstana köçürülən azərbaycanlılar tərəfindən gətirilməsi elmi dəlillərlə sübut edilmişdir. İlk dəfə olaraq Azərbaycan türklərinin Əfqanıstana köçürülmə tarixini müəyyənləşdirərək onların mədəniyyəti ilə bağlı fikirləri söyləmişdir. Son illərdə Əli müəllim doğulduğu rayonun tarixi haqqında zəngin materiallar toplayaraq «Gədəbəy tarixi» adlı tədqiqat əsərində yazıb tamamlamışdır. Əfsuslar olsun ki, bu son tədqiqatı kitab halında görmək Əli müəllimə nəsib olmadı.
Abbasov Telman İslam oğlu
Abbasov Telman İslam oğlu 23-mart 1938-ci ildə Gədəbəy rayonunun Çayrəsullu kəndində anadan olmuşdur. 1945-ci ildə Çayrəsullu kənd orta məktəbinin birinci sinifinə daxil olub, 1956-cı ildə həmin məktəbin 10-cu sinfini bitimişdir. 1958-1961-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1961-ci ildən Bakı Liman Buzxanasında işləmiş, 1964-cü ildə istehsalatdan ayrılmaqla Azərbaycan Dövlət Universitetinin «iqtisad» fakültəsinə daxil olmuş və 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «xalq təsərrüfatının planlaşdırılması» ixtisasını bitirmişdir. 1972-ci ildən 1973-cü ilə kimi Azərdövlət xüsusi Su Kəməri Trestində baş iqtisadçı vəzifəsində işləmiş, 1973-cü ildən 1994-cü ilin may ayına kimi Dövlət Plan Komitəsinin nəzdində yerləşən «Elmi-Tədqiqat İqtisadiyyat» İnstitutunda çalışmışdır. 1989-cu ildə Minsk şəhərində namizədlik dissertasiyası müdafiə etmiş və iqtisad elmləri namizədi dərəcəsini almışdır. 1993-cü ildə isə baş elmi işçi attestatı diplomunu almışdır. 1994-cü ilin may ayından isə APDNŞ-nın «Dənizneftqazlayihə» DETLİ-da böyük elmi işçi vəzifəsində çalışır. 55 elmi məqaləsi jurnal və qəzetlərdə çap olunmuşdur.
Abbasov İqbal Əli oğlu
Abbasov İqbal Əli oğlu 1958-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Ağamalı adına Gəncə şəhəri Kənd təsərrüfatı İnstitutunun «Aqrokimya və torpaqşünaslıq» fakültəsini bitirmişdir. İnstitutu əla qiymətlərlə başa vurduqdan sonra 1975-1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının «Kaspi» institutunda işləmişdir. Sonra isə Azərbaycan Dövlət yer qurluşu institutunda işləyərkən elmə böyük marağı olduğundan 1987-ci ildə «aspiranturaya daxil olmuşdur». 35-dən artıq elmi təcrübi məqalələrin müəllifidir. O, 1990-cı ildə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda İqbal müəllim Azərbaycan Dövlət Kooperasiya Universitetinin dosentidir.
Abbasov Mahəddin Fərhad oğlu
Dağlar nə qədər uca olsa da onlara şan-şöhrəti insanlar gətirir. O, insanlar ki, fəaliyyətləri və əməlləri ilə doğulub boya-başa çatdığı yurdun adını ucaldır. Gədəbəy dağlarının şan-şöhrətini dünyaya yayanlar da elə bu diyarın övladlarıdır. Öz əməli və səmərəli fəaliyyəti ilə seçilən belə övladlardan biri də Abbasov Mahəddin Fərhad oğludur.
Abbasov M. F. 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Saratovka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə başa çatdırmışdır. Abbasov M. F. 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. Burada cəmisi bir il işlədikdən sonra Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. İndi də həmin institutda baş elmi işçi kimi fəaliyyət göstəririr. M.Abbasov elmi fəaliyyəti dövründə əsasən yeyinti və ətriyyat sənayesi üçün yeni aramatizatorların və ətrli maddələrin alınması və texnologiyasının həzırlanması sahəsində çalışmışdır. Bu sahədə o səmərəli nəticələr əldə etmiş və müəlliflik şəhadətnaməsi almışdır. Bir işinə isə patent verilmişdir.
M.Abbasov 55-dən çox elmi məqalənin müəllifidir.

Abbasov Ədalət Məhəmmədəli oğlu
Gədəbəy rayonunun Şınıx mahalının ermənilərin hücumlarına məruz qalan kəndlərindən biri də Göyəlli kəndidir. Ermənilər bu kəndə od vurub yandırsalar da onun sakinlərinin iradəsini qıra bilməmişlər. Göyəlli kənd sakinləri öz torpaqlarını qoyub qaçmamış, onu işğalçıdan qoruya bilmişlər. İndi bu kənd bərpa olunur və onun alim övladları da öz istirahətlərini burada keçirirlər. Abbasov Ədalət Məhəmmədəli oğlu da Göyəlli kəndində anadan olmuşdur. 1969-cu ildə dünyaya gələn Ədalət 1987-ci ildə kəndlərindəki orta məktəbi bitirib hərbi xidmətə yollanmışdır. 1988-ci ildə keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidməti başa vurduqdan sonra vətənə qayıtmış və əmək fəaliyyətinə başlamışdır. Ə.Abbasov 1991 -ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1995-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. Sonra həmin universitetin aspiranturasına daxil olmuş və namizədlik dissertasiyası üzərində çalışmışdır. O, «Azərbaycan dilində müəyyən, ümumi və qeyri-müəyyən şəxsli cümlələrin sintaktik semantikası» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Ə.Abbasov elmi yaradıcılıq fəaliyyətindən ayrılmamış və bir çox elmi məqalələr üzərində işləmişdir. O, 20-dən çox tezis və elmi məqalənin müəllifidir. «Sadə cümləninin sintatik semantikası» adlı monoqrafiyasını isə çapa hazırlayıb.
Hal-hazırda Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətini davam etdirir.
Abdullayev Kamil Xaliq oğlu
Abdullayev Kamil Xaliq oğlu 1967-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. O, 1990-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Abbdullayev K.X. 1990-1994-cü illərdə Sumqayıt şəhər maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləmiş, 1991-ci ildə Moskva şəhərində Ümumrusiya Maliyyə İqtisad İnstitutuna qiyabi daxil olmuş və mühasibat uçotu və audit ixtisası üzrə tam kursu bitirmişdir. 1994-cü ildə Moskva şəhərində Rusiya Prezitenti yanında Dövlət Xidməti Akademiyasının əyani aspiranturasına qəbul olmuş və 1997-ci ildə 080010 «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 2002-ci ildən Sumqayıt Dövlət Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasının müdiri vəzifəsində çalışır. Abbdullayev K.X. 20 elmi əsərin, o cümlədən 1 monoqrafiya, 8 metodik göstəriş və 11 məqalənin, konfrans materiallarının müəllifidir. Abbdullayev K.X. «Mühasibat uçotu və audit» kafedrasında «Mühasibat uçotu», “Maliyyə, kredit və bank işi”, «Vergi sistemi», «Auditin əsasları», «Vergi siyasəti və mexanizmi», «İqtisadiyyatın tənzimləmə mexanizmi» və s. fənlər üzrə mühazirə və məşğələ dərsləri aparır.
Abdullayev Məcid Ibrahim oğlu
Abdullayev Məcid İbrahim oğlu 1929-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Orta təhsilini Şəmkir rayonunun Zəyəm kəndində almış, 1946-cı ildə isə M.F.Axundov adına Xarici Dillər İnstitutuna daxil olmuşdur.
M. Abdullayev ali təhsilini başa vuraraq 1951 -ci ildə təyinatla Şəmkir rayonun Əhməd Cavad adına orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Sonralar isə Şəmkir Rayon Təhsil şöbəsinin inspektoru vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. O, 1985-ci ilədə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1988-ci ildə dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
M.Abdullayev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında fəaliyyətini davam etdirərək dosent vəzifəsinə qədər yüksəlmişdir.
Abuzərov Rafiq Mahmud oğlu
Abuzərov Rafiq Mahmud oğlu 1 yanvar 1954-cü ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşudur. O, 1960-cı ildə Gədəbəy rayonunun Qaraməmmədli kənd 8 illik məktəbinə daxil olub 1968-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. 1968-ci ildə isə Böyükqaramurad kənd orta məktəbinin 9-cu sinfinə daxil olmuş və 1970-ci ildə həmin məktəbdə tam orta təhsil almışdır. Elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə daxil olub və 1976-cı ildə həmin institutu bitirmişdir. R.Abuzərov 1976-cı ildə Azərbaycan Səhiyyə Nazirliyinin Respublika sanitar-epidemologiya stansiyasında həkim-parazitoloq vəzifəsində işə başlamışdır. 1979-cu ildə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Tibbi parazitologiya və tropik təbabət institutuna «Klinik parazitologiya» sahəsi üzrə klinik ordinaturaya daxil olmuşdur. 1981-ci ildə oranı bitirmiş, 1982-ci ildən həmin institutun klinik şöbəsində həkim ordenator vəzifəsində işləmişdir.
R.Abuzərov 1983-cü ildə Moskva şəhərində SSRİ Səhiyyə Nazirliyinin E.İ.Marsinovski adına Elmi tədqiqat tibbi parazitologiya və tropik xəstəliklər institutunda əyani aspiranturaya daxil olmuşdur. 1986-cı ildə oranı bitirmiş və 1987-ci ildə «Bağırsaq ibtidailərinin Azərbaycanda yayılması» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb elmələri namizədi R.Abuzərov Bakıya qayıdaraq yenidən əvvəlki iş fəaliyyətinə başlamışdır. 1991 -ci ildən indiyə qədər Elmi Tədqiqat fizologiya və parazitologiya institutunda bakteroloji laboratoriyanın müdiri vəzifəsində çalışır. R.Abuzərov 20-dən çox elmi məqalənin 2 səmərələşdirici təklifin müəllifidir.

Abuzərov Rəsul Mahmud oğlu
Abuzərov Rəsul Mahmud oğlu 28 aprel 1936-cı ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuş və orada 1954-cü ildə orta məktəbi bitirmişdir. 954-cü ildə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olmuş, 1959-cu ildə həmin institutun neft-mexanika fakültəsini bitirmiş və neft və qaz mədənlərinin maşın və avdanlıqları ixtisasını almışdır. 1965-ci ildə inidiki Azərbaycan Dövlət Neft Akademiyasında assistent işləmiş və həmin ildə «Qipromorneftqaz» institutunda və UETU hidrotexnika və meliorasiya İnstitutunun aspiranturasında elmi-tədqiqat işi aparmışdır.
1966-cı ildə dissertasiya müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1968-2003-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Sumqayıt Dövlət Universiteti) dosent işləmişdir. Bu vaxt ərzində bir neçə texniki elmlər namizədi hazırlamışdır. Həmin institutda müxtəlif fənlərdən (nəzəri mexanika; materiallar müqaviməti; texniki mexanika; maşın hissələri və maşın mexanizm nəzəriyyəsi; hidravlika, hidravlik maşın, nasos və kompressorlar; yükqaldırıcı maşınlar) dərs demişdir. 35 adda metodik göstərişlərin və dərs vəsaitlərin müəllifidir (əsasən yuxarıda göstərilən fənlərin hamısından). 70-ə qədər elmi məqaləsi dərc olunmuş və bir neçə ixtiralar etmişdir. Mexanika və hidravliki tikintilərə aid elmi tədqiqat işləri aparmış, bir çox ixtiralarının patentlərini almışdır. R.Abuzərov həm də gözəl ailə başçısıdır. O, övladlarının hər birinin ali təhsilə yiyələnməsinə şərait yaratmış, onları ölkəmizə lazım olan peşəkar mütəxəssislər kimi yetişdirə bilmişdir. Elə bu səbəbdən də R.Abuzərovun ailəsində müxtəlif peşə sahibləri vardır.
Alməmmədov Musa Səməd oğlu
Gədəbəy rayonun Söyüdlü kəndində oxuyub alim olmaq ənənəsini bütün gədəbəylilərin idealına çevrilmiş professor Qoşqar Əhmədli qoymuşdur. Bu ənənənin davamı olaraq Söyüdlü kənd orta məktəbinin məzunları arasından onlarla tanınmış alimlər yetişmişdir. Onlardan biri də professor Alməmmədov Musa Səməd oğludur.
Alməmmədov Musa Səməd oğlu 1935-ci il dekabr ayının 20-də Azərbaycan Respublikasının Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. O, 1945-ci ildə Söyüdlü kənd orta məktəbinə daxil olmuş və 1955-ci ildə həmin məktəbi bitirmişdir. Riyaziyyat elminə olan marağı əsasında sənədlərini Azərbaycan Dövlət Universitetinin «Riyaziyyat» fakültəsinə vermişdir. Müvafiq qiymətlər alaraq Universitetin tələbəsi olmuşdur. 1960-cı ildə universiteti əla qiymətlərlə bitirib Azərbaycan Neft Kimya institutunun ali riyaziyyat kafedrasına işə düzəlmişdir. 1963-cü ildə elə həmin kafedrada müəllim vəzifəsinə seçilmişdir. Lakin 1963-cü ildə Moskva şəhərindəki E.A.Steklov adına Riyaziyat İnstitutununda əyani aspiranturaya daxil olmuşdur. Dünyanın ən məhşur riyaziyyatçısı M.A.Haymarkın rəhbərliyi altında namizədlik dissertasiyasını yazaraq 1967-ci ildə riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. M.Alməmmədov 1967-ci ildən 2001-ci ilə qədər indiki Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 2001 -ci ildən isə həmin universitetin riyaziyyat kafedrasının professoru vəzifəsində çalışır. M.Alməmmədovun indiyə qədər 45 elmi əsəri çapdan çıxmışdır. Bu elmi əsərlərdən 11-i xaricdə dünyanın ən məhşur riyaziyyat jurnallarında iri həcmdə çap olunmuşdur. Onlar müxtəlif dillərə tərcümə edilmişdir. İri həcmli 210 səhifəlik 5 pereprinti və 1 monoqrafiyası çapdan çıxmışdır. Ali riyaziyyatdan 2 dərsliyin, 7 metodik göstərişin müəllifidir. Həmçinin Respublikanın mərkəzi jurnallarında məqalələri dərc olunmuşdur. Apardığı elmi tədqiqat işləri zamanı çox parametrli nəticələr əldə edilmişdir.
Alməmmədov Dəmir Qasım oğlu
Alməmmədov Dəmir Qasım oğlu 1933-cü il mart ayının 10-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində yoxsul ailəsində doğulmuşdur.
Orta məktəbi bitirdikdən sonra, 1952-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin Məntiq və psixologiya şöbəsinə daxil olmuşdur. Ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra öz doğma kəndindəki orta məktəbdə müəllim işləmişdir. Sonra isə Azərbaycan Dövlət Elmi tədqiqat Pedaqoji İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1964-cü ildə ADU-da aspiranturaya daxil olmuş, 1967-ci ildə «Mədəniyyətin inkişafında şəxsiyyətin yaradıcı fəaliyyəti» mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1966-cı il tarixindən AzXTİ-nin «Fəlsəfə» kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir. O, elmi pedaqoji fəaliyyəti dövründə 5,5 ç/v həcmində «Sənin mənəvi gözəlliyin» adlı (Bakı-1974) kitab nəşr etdirmiş və mədəniyyətin müxtəlif sahələrinə aid 70-ə qədər elmi-publisistik yazılarla respublikanın mərkəzi mətbuatlarında çıxış etmişdir. Son məqalələri bunlardır: «Təbiət və mədəniyyət» 1,5 ç.v., “Mədəniyyətin fəlsəfi əsasları” adlı doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. Hazırda «Şəxsiyyət mədəniyyət sistemində» adlı monoqrafiya üzərində işləyir. Uzun illər fəal təbliğatçılıq işinə görə Azərbaycan Respublikasının Ali Soveti onu 1976-cı il sentyabr ayının 21 -də Rəyasət Heyətinin «Fəxri Fərmanı» ilə təltif etmişdir.
Allahverdiyev Cahangir İbrahim oğlu
Sazlı-sözlü Poladlı kəndi bir neçə elm adamlarının yetişməsi üçün doğma ana rolunu oynamışdır. Uca dağların yüksəkliyində yerləşən bu kəndin insanları da heç vaxt ağır zəhmətdən çəkinməmiş, öz həyatlarını şərəflə qurmaq uğurunda mübarizə aparmışlar. Bu mübarizə yolunu keçən şəxsiyyətlərdən biri də Allahverdiyev Cahangir İbrahim oğludur. Allahverdiyev Cahangir İbrahim oğlu 6 sentyabr 1938-ci ildə Gədəbəy rayonunun Poladlı kəndində anadan olmuşdur. 1946-cı ildə öz kəndlərində məktəb olmadığından qonşu Böyük Qaramurad kəndində Fizuli adına orta məktəbə getmiş, 1956-cı ildə isə həmin məktəbi bitirib ali təhsil almaq üçün Bakı şəhərinə gəlmişdir. Sənədlərini M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna vermişdir. О, həmin institutun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində öz istedad və bacarığı ilə fərqlənmişdir. 1961 -ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra perspektivli məzun kimi təyinatla Azərbaycan Neft Layihə İnstitutuna mühəndis-texnoloq vəzifəsinə işləməyə göndərilmişdir.
C.Allahverdiyevin pedaqoji fəaliyyətə olan həvəsi onu 1962-ci ildə məzunu olduğu M.Əzizhbəyov adına Neft və Kimya İnstitutuna qaytarmışdır. О, müsabiqə yolu ilə həmin instituta müəllim qəbul olunmuşdur. Daha səmərəli elmi-tədqiqat işi ilə məşğul olmaq üçün 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunun analitik kimya laboratoriyasına elmi işçi düzəlmişdir. bir müddət burada maraqlı təcrübələr aparmış və nəhayyət 1972-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1977-ci ildə «Adsorbsiya üsulu ilə yüksək keyfiyyətli reaktiv yanacağın və təmiz neftin turşularının alınmasının tədqiqi və texnologiyası» mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun apardığı tədqiqat işi çox böyük elmi-təcrübi əhəmiyyətə malik olduğundan xüsusi reqlament hazırlanmış, tədqiqatın nəticəsinin həyata tətbiq olunması üçün SSRİ Neft Nazirliyinin göstərişi ilə həmin iş Azərbaycan Neft Layihə İnstitutuna təqdim olunmuşdur. C.Allahverdiyev 40-a yaxın elmi əsərin, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. O, 1981-ci ildən Neft Kimya Prosesləri İnstitutunun analitik kimya laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləmişdir. 1996-cı ildən isə bu laboratoriyanın müdiri olmuşdur.
Aslanov Elbəy Aslan oğlu
Aslanov Elbəy Aslan oğlu 1951-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Arabaçı kəndinində anadan olmuşdur. Orta məktəbdə oxuduğu illərdə məktəbin bacarıqlı, sevilən şagirdlərindən biri kimi seçilib. O, məktəbin komsomol təşkilat katibi olub. Orta təhsilini əla qiymətlərlə başa vurub. Sənədlərini Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakğltəsinə verib. Qəbul imtahanlarından yüksək bal toplayaraq həmin fakğltənin əyani şöbəsinə daxil olmuşdur. Az.SSR Elmlər Akademiyasının müxbir üzvü, tanınmış riyaziyyatçı alim, böyük insan Qoşqar Əhmədovun tələbəsi olmuşdur. Elbəy burada istedad və bacarığı ilə seçilib, əlaçı olmaqla bərabər universitetin ictimai həyatında fəal iştirak edib, müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır. 1974-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Mexanika-riyaziyyat fakültəsinə Komsomol təşkilat katibi seçilib. Universitet komsomol komitəsinin büro üzvü, Oktyabr rayon komsomol konfranslarına və Azərbaycan Komsomolu təşkilatının qurultayına nümayəndə seçilmişdir. O dövrdə çox fəallıq göstərən tələbə inşaat dəstələrində komissar, komandir vəzifəsində çalışmışdır. Buna görə İttifaq Komsomolu Mərkəzi komitəsinin fəxri-fərmanı ilə təltif olunmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun aspiranturasına daxil olub, eyni zamanda «Nəzəri mexanika» kafedrasında dərs demişdir. 1979-cu ildə Alma-Atada Qazaxstan Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək Fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi almışdır. Sonralar bu universitetlə sıx elmi-əlaqə yaratmış, onlarla birlikdə elmi axtarışlar aparmışdır. Hal-hazırda işlədiyi Azərbaycan Texniki Universitetində və «Odlar Yurdu» Universitetində dosent vəzifəsində çalışır, 60-dan artıq elmi əsərin və bir neçə dərs vəsaitinin müəllifidir.
O, keçmiş SSRİ-nin bir sıra Dəhərlərində (məs: Qroznı, Alma-Ata, Riqa, Moskva, Daşkənd, Kiyev) təşkil olunmuş elmi konfrans və simpoziumlarda müvəffəqiyyətlə çıxışlar etmişdir. 3-dəfə Almaniya Respublikasına elmi ezamiyyətə göndərilmişdir. Bu ezamiyyət onun həyatında dərin iz buraxmış, elmi yaradıcılığına böyük təsir göstərmişdir.
E.Aslanov Moskvada, Alma-Atada, Kiyevdə ixtisasartırma kurslarında olmuş, qazandığı təcrübəni çalışdığı müəssənin işinə tədbiq etmişdir. O, Respublika Təhsil Nazirliyinin mükafatı, SSRİ və Azərbaycan Komsomolu Mərkəzi komitəsinin döş nişanları və fəxri fərmanları ilə təltif edilmişdir. Azərb. LKKİ-nı MK-nın üzvü və oktyabr rayon sovetinin deputatı seçilmişdir.
Aslanov Rövşən
Bir zamanlar elmi fəaliyytlə məşğul olmaq, alimlik dərəcəsi almaq çox böyük şərəf sayılırdı. Xüsusi ilə iş yerləri az olan bölgələrimizdə bu sahəyə meyl daha güclü idi. Çünkü alimin güzaranı qismən də olsa pis keçmirdi. Bu baxımdan gədəbəylilərin elmə marağı daha çox olmuşdur. Buradan elmin müxtəlif sahələri üzrə çoxlu alim yetişmişdir. Bu ənənəni davam etdirənlərdən biri də Rövşən Aslanovdur.
O, 1948-ci ildə Fərzalı kəndində dünyaya göz açıb. Məktəb illərində Şınıx mahalında yetişən alimlərin şöhrəti onun da qəlbində elm yolunu seçmək arzusu oyatmışdır. Xüsusilə də İsalı kəndində oxuduğu illərdə bütün respublikada tanınan Köçərlilər ailəsinin şöhrəti onu pərvazlandırıb. Alim olmağın nə qədər çətin və məsuliyyətli olduğunu hiss edərək, tarix kitabları oxumağa böyük maraq göstərib.
Məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verib. Bu fakültəyə maraq yüksək olduğundan qəbul imtahanlarından yüksək bal toplamaq lazım gəlirdi. Rövşən qəbul imtahanlarına inamla hazırlaşmışdı. Zəhməti öz bəhrəsini verdi, universitetin tələbəsi oldu. 1973-cü ildə təhsilini yüksək qiymətlərlə başa vurub, universitetin Asiya və Afrika ölkələri tarixi kafedrasına işə düzəldi. Sonra aspirantura həyatı başladı. Mövzusu belD idi: «XIX əsrin 20-60-cı illərində İran-Türkiyə münasibətləri». 1984-cü ildə tədqiqat işini yekunlaşdırıb tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi. Beləliklə o, Azərbaycan Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi, baş müəllimi, daha sonra dosenti oldu. Rövşən Aslanov Azərbaycan təhsil sistemində baş verən yeniləşmə ilə əlaqədar proseslərdə yaxından iştirak edir. «Siyasi tarix», «Yaxın və Orta Şərq ölkələrinin tarixi» adlı kitabların müəllifidir. Orta məktəblər üçün dərsliklərin hazırlanmasında iştirak etmişdir.
Babayev Oktay Kərəm oğlu
Babayev Oktay Kərəm oğlu 1934-cü ildə yanvar ayının 12-də Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi cəbhələrində həlak olduğundan əmisi Həmid Hacıyevin himayəsində böyümüşdür. O.Babayev 1954-cü ildə Gədəbəy orta məktəbini, 1959-cu ildə isə Gəncədə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyasının) aqronomluq fakültəsini bitirmişdir. 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitununun aspiranturasını bitirən Oktay Babayev 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Sabirabad Təcrübə Stansiyasında, prof. R.Rzazadənin şöbəsində elmi işçi kimi fəaliyyətə başlayır. Professorla birlikdə Muğan zonasını qarış-qarış gəzərək onun bitki örtüyünü dərindən öyrənmiş və heyvandarlığın yem bazasının artırılması üçün 1961 -ci ildə ilk dəfə olaraq, «Muğan zonasında topinanburun (yerarmudunun) aqrotexnikasına dair» və «Muğandan qızıl sarmaşığın növləri və onlarla mübarizə tədbirləri» adlı elmi məqalələr dərc etdirmişdir. 1960-1962-ci illərdə Azərbaycan EA-nın Torpaq ekspedisiyasında torpaqşünas-mühəndis, baş mühəndis, daha sonra isə Genetika və Seleksiya İnstitutunda Akademik Ə.Quliyevin rəhbərliyi altında kiçik və baş elmi işçi işləmiş, 1972-ci ildən akademik İmam Mustafayevin göstərişi ilə Qarbağ Elmi-Tədqiqat bazasına direktor vəzifəsinə göndərilmişdir. 1976-1983-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin rəisi işləmiş, 1983-1996-cı illər Nazirliyin Əkinçilik və İpəkçilik idarəsində ixtisasına uyğun işlərdə fəaliyyətini davam etdirmiş, 1996-cı ildən Dövlət Toxum Müfəttişliyində baş aqranom kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ildən isə yenidən həmin müfəttişliyin rəisidir. Bu sahədə çox sayılı elmi məqalələrin, tövsiyyələrin, bir ixtiranın və standartların müəllifidir. Taxıl toxumçuluğu sahəsində elmi potensialı və peşəkarlığı ilə Respublikada tanınmış mütəxəsislərdən biridir. Uğurlu əmək fəaliyyətinə görə dəfələrlə yarış qalibi olmuş, rayon və qəsəbə sovetinə deputat seçilmiş, «Əməkdə fərqlənməyə görə» medalına layiq görülmüşdür. 1997-ci ildən əmək veteranıdır.
Babayev Yaqub Məhərrəm oğlu
Babayev Yaqub Məhərrəm oğlu 1958-ci ildə Gədəbəyin gözəl təbiəti qoynunda yerləşən Dəyəqarabulaq kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra bir müddət istehsalatda çalışmış, eyni zamanda ali təhsil almaq arzusu uğrunda apardığı mübarizədən geri çəkilməmişdir. Beləki Gəncə şəhərində yerləşən H.Zərdabi adına Pedaqoji instituta daxil olmuş və 1980-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Sonra isə alim olmaq üçün səndələrini Bakı şəhərindəki indiki Nəsrəddin Tusi adına Pedaqoji Universitetinin aspiranturasına vermiş və əla qiymətlər aldığına görə müsabiqədən keçərək həmin universitetin aspirantı olmuşdur. 1988-ci ildə aspiranturanı bitirmiş və 1989-cu ildə yazdığı elmi işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Yaqub Babayevin tədqiqatçılığa böyük marağı vardır. Xüsusilə el şairləri haqqında çoxlu filoloji materiallar toplamış və 1999-cu ildə «üç el şari» adlı kitabını çap etdirmişdir. O, «Azərbaycan uşaq antalogiyası», «Pedaqoji mühit və uşaq ədəbiyyatı», «iki ustad» adlı kitabların müəllifidir. Onun 50-dən çox elmi məqaləsi dərc olunmuşdur. Yaqub Babayev hal-hazırda Nəsrəddin Tusi adına Pedaqoji Universitetin dosentidir.

Bağırov Məcid Heydər oğlu
Bağırov Məcid Heydər oğlu 1944-cü ilin dekabr ayının 8-də Gədəbəy rayonunun Əli-İsmayıl kəndində ziyalı ailəsində anadan olmuşdur. 1961 -ci ildə Əli-İsmayıl kənd orta məktəbini bitirmiş Ali məktəbə daxil ola bilmədiyindən həmin kənddə kolxozçu işləmişdir. 1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin riyaziyyat-fizika ixtisasına daxil olmuş və 1967-ci ildə tam kursu bitirərək ali təhsil almışdır. 1967-ci ildən 1970-ci ilin setyabr ayına kimi maarif nazirliyinin göndərişi ilə Səlyan rayonun Neftçala qəsəbəsində riyaziyyat-fizika müəllimi işləmişdi 1970-ci ilin sentyabr ayından 1971 -ci ilin aprel ayına qədər Bakı şəhər Kirov (Binəqədi) rayonunun 205 № li orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1971-ci ilin aprel ayından hal-hazıra kimi Azərbaycan Dövlət Neft Akademiyasının «Tətbiqi riyaziyyat» kafedrasında laborant, assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1983-cü ildə Daşkənt şəhənrində Kibernetika Elm İstehsalat Birliyində «Azərbaycan Respublikasının Sosial İqtisadi İnkişaf artım tempinin riyazi üsulların köməyi ilə uzunmüddətli proqnozlaşdırılması» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1998-ci ilin mart ayından 2004-cü ilin iyun ayına kimi ADNA «Tədbiqi riyaziyyat» Kafedrasının müdiri işləmişdir. Ali məktəblər üçün üç dərsliyin, altı metodik vəsaitin və 30-a qədər elmi məqalələrin müəllifidir. Hal-hazırda «Tədbiqi riyaziyyat» kafedrasının dosentidir.
Bağırov Rafiq Qara oğlu
1955-ci ilin fevral ayında Gədəbəy rayonundakı Əli-İsmayıl kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai məktəbi (IV sinfi) Əli-İsmayıl kənd orta məktəbində qurtarmışdır. 1967-ci ildə Bakı şəhəri indiki Rəsulzadə (keçmiş Kirov) qəsəbəsindəki 99 saylı məktəbin 5-ci sinfinə qəbul olub. 1972-ci ildə həmin məktəbin 10-cu sinfini qurtarıb. Həmin ildə də keçmiş B.L.Lenin adına Pedoqoji İnstitutunun, indiki Azərbaycan Pedoqoji Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş və həmin institutu 1981 -ci ildə müvəffəqiyyətlə bitirmişdir. O, 1981-ci ildə Neft Akademiyasının «Tədbiqi riyaziyyat» kafedrasında laborant, sonra isə həmin kafedrada müəllim işləmişdir. 1991-ci ildə «Yanan bərk maddələrin parçalanmasının riyazi modelləşdirilməsi» mövzusunda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1998-ci il 5 sentyabra kimi Neft Akademiyasında müəllim işləmişdir. Yaradıcılığının ən məhsuldar dövründə, yəni 43 yaşında cavanikən dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin.
Bağırov Arzu Heydər oğlu
Gədəbəyin Əli-İsmayıl kəndinin elə zirvəsi var ki, qartallar ondan çox aşağılarda uçur. Bu zirvədə isə qartaldan da güclü və əzimkar olan zəhmətkeş insanlar yaşayır. Bu insanlar qartallardan da güclü və daha mübarizdirlər. onların hər birində bu dağların ucalıq keyfiyyəti cəmləşib. Çünki Əli İsmayıllının hər bir övladı təkcə zirvələrdə deyil ictimai həyatda da yüksəlişə can atır və nail ola bilir. Belə övladlardan biri də Bağırov Arzu Heydər oğludur. Bağırov Arzu Heydər oğlu 1966-cı ildə anadan olmuşdur. Orta təhsilini Əli İsmayıl kənd orta məktəbində almış və 1983-cü ildə həmin məktəbi bitirərək arzularına qovuşmaq üçün uzun bir yola qədəm basmışdır. Elə həmin il Bakı şəhərinə gələrək sənədlərinin Azərbaycan Dövlət Neft Akademiyasına vermişdir. Qəbul imtahanlarından müvafiq qiymətlər alaraq «Tətbiqi riyaziyyat» ixtisası üzrə Akademiyaya daxil olmuşdur. Lakin məcburi hərbi xidmətə çağırıldığı üçün 1984-1986-cı illərdə müvəqqəti olaraq təhsildən ayrılmışdır. 1986-cı ildə hərbi xidmətdən qayıdıb təhsilini yenidən davam etdirmiş və 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.
H.Bağırov Neft Akademiyasında əvvəl laborant vəzifəsində işə qəbul edilmişdir.Sonra isə həmin Akademiyanın aspirantı olmuşdur. 1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına mütəxəsis kimi işə dəvət olunmuş, «Abituryent» jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. İndi də həmin jurnalın baş redaktoru kimi öz vəzifəsini yerinə yetirir. A.Bağırovun gündəlik işlərinin çox olması ona uzun müddət yazdığı işi müdafiəyə çıxartmaq imkanı verməmişdir. Yalnız 2002-ci ildə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir.
Bayramov Musa Rza oğlu
M.R.Bayramov 1938-ci il mart ayının 4-də Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirdikdən sonra təyinatla akademik J.H.Məmmədəliyev adına NKPİ-a göndərilmiş, orada aspiranturaya daxil olmuş və 1968-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Universiteti «Neft kimyası və kimya texnologiyası» Kafedrasına dosent vəzifəsinə seçilmiş, 1979-cu ildən bu günə qədər həmin kafedranın müdiri vəzifəsində çalışır. O, 1984-cü ildə doktorlkq dissertasiyası müdafiə etmişdir. M.R.Bayramov görkəmli almilrədən akademik S.M.Əliyevin, ak. J.J.Karşakın, ak. V.A. Sergeyevin tələbəsi olmuş, polifunksional monomerlərin sintezi və onlar əsasında xalq təsərrüfatı üçün əhəmiyyətli kompozision materialların alınması kimi mühüm işlər görmüşdür. Onun aldığı yeni növ doymamış fenol-formaldehid oliqomeri əsasında alınan VK-50 kleyi aviasiya sənayesində tətbiq olunur. Prof.M.R.Bayramovun modifikasiya olunmuş yüksək seolitlər əsasında karbohidrogen xammalının katalitik pirolivi üçün effektiv katalizatorların alınması sahəsində apardığı sistematik tədqiqatlar da diqqətə layiqidr. M.R.Bayramov 250-dən çox elmi məqalə, 37 müəlliflik şəhədətnaməsi, 3 potent, 2 dərslik, dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir. O, dəfələrlə Beynəlxalq simpoziumlarda məruzələrlə çıxış etmişdir. Onun elmi əsərləri bir sıra xarici ölkələrdə çap olunmuşdur. Onun rəhbərliyi altında 14 nəfər namizəd və elmlər doktoru müdafiə etmişdir. Prof. M.R. Bayramovun pedaqoji fəaliyyəti də diqqətə layiqdir. Onun ümumi və ixtisas kurslarında oxuduğu mühazirələr tələbələr və aspirantlar tərəfindən maraqla dinlənilir. Musa müəllim Türkiyənin bir çox universitet və şirkətlərində neft kimyasının müasir problemlərindən mühazirələr oxumuşdur.
Bayramov Əziz Rəhim oğlu
Bayramov Əziz Rəhim oğlu 1940-cı ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. O, 1957-ci ildə orta təhsilini başa vurduqdan sonra M.F.axundov adına Xarici dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdur. 1962-ci ildə həmin institutu bitirərək, Nəriman kənd orta məktəbində iki il ingilis dili müəllimi işləmişdir. Lakin fəlsəfə elminə böyük maraq göstərdiyindən yenidən Bakı şəhərinə qayıtmış və Xalq Təsərrüfatı İnstitutunun fəlsəfə kafedrasında işə düzəlmişdir. Kafedrada işləyə-işləyə dissertant olmuş və nəhayət 1975-ci ildə tədqiqat işini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, ömrünün sonuna qədər İqtisad Universitetinin dosenti vəzifəsində çalışmışdır.
Bağırov Qara Həsən oğlu
Bağırov Qara Həsən oğlu 1927-ci ildə Gədəbəy rayonundakı Əli-İsmayıl kəndində anadan olmuşdur. 1931-ci ildə Əli-İsmayıl kənd 7-illik məktəbin 1-ci sinfinə getmiş, 1938-ci ildə həmin məktəbin 7-ci sinfini qurtarmışdır. Həmin ildə Kiçik Qaramurad kənd orta məktəbinin 8-ci sinfinə qəbul edilmiş, 1941-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Müharibə dövrünün çətinlikləri ilə əlaqədar 1942-1947-ci illərdə kolxoz təsərrüfatında çalışmışdır. 1948-ci ildə Kirovabad Kənd Təsərrüfatı İnstitutunun «Aqronomluq» fakültəsinə daxil olmuş, 1951-ci ildə həmin institutu bitirmişdir. 1951-ci ildən Gədəbəy rayonunda bir müddət baş aqronom, sonra isə sahə aqronomu işləmişdir. 1962-ci ildə aspiranturaya daxil olmuş və 1965-ci ildə müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1965-ci ildən 1976-cı ilə qədər əkinçilik, çəmənçilik və otlaqlar İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildə irəli çəkilmiş, Gədəbəy rayonu Kənd təsərrüfatı idarəsinin rəisi olmuşdur, fasiləsiz olaraq 12 il bu vəzifədə çalışmış, əmək veteranı adı almış, bir neçə fəxri fərmanlarla təltif edilmişdir. 1989-cu ildən 1992-ci ilə qədər Çəmənçilik və otlaqlar İnstitutunun Gədəbəy rayonundakı Slavyanka təcrübə bazasının (dayaq mənətəqəsi) müdiri işləmişdir. 1992-1994-cü illərdən yenidən Gədəbəy rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləmişdir.
2002-ci ilin may ayında vəfat etmişdir. Allah rəhmət eləsin.
Bayramov Sayad Ibrahim oğlu
Bayramov Sayad İbrahim oğlu meşələr və dağlarla əhatə olunan mənzərli Soyuqbulaq kəndinin suyunu içmiş, havasını udmuşdur. Gədəbəyin bu dilbər guşəsinin gözəl təbiəti onun da qabiliyyətinə və xasiyyətinə öz müsbət təsirini göstərmişdir. Bütün həyat fəaliyyətini zərif sənədlərə-rəssamlığa və kinomotoqrafiya sahəsinə həsr etsə də elmi yaradıcılıq fəaliyyətindən də qalmamışdır. 1956-cı ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olan S. D.Bayramov orta təhsilini başa vurduqdan sonra rəssamlıq təhsili almaq qərarına gəlmiş və 1972-ci ildə Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbi bitirmiş, özünün istedadı ilə seçilmişdir. S.Bayramov rəssamlıq sənətinin sirlərini daha dərindən öyrənmək üçün 1976-1978-ci illərdə Tibilisi Rəssamlıq Akademiyasında da təhsil almış, 1978-1983-cü illərdə isə Moskva şəhərində Ümumittifaq Dövlət Kinoqmotoqrafiya İnstitutunda oxumuşdur. 1983-cü ildə Cəfər Cabbarlı adına «Azərbaycan film» kinostudiyasında ali dərəcəli qurluşçu rəssam vəzifəsində çalışmışdır. 1988-ci ildə elmi ad almaq üçün Moskvada Ümumittifaq Dövlət Kinomotoqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur və 1992-ci ildə oranı bitirmişdir. S.Bayramov 1996-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «Kinorejissor və kinooperator» kafedrasında müəllim vəzifəsində çalışır. S.Bayramov sənətşünaslıq elmləri namizədidir. Azərbaycan Vətən Müharibəsi veteranıdır. Eyni zamanda o gədəbyli ziyalıların bir-biri ilə ünsiyyətini yartmağa çalışan vətənpərvər bir insandır.
Bayramov Vaqif Əli oğlu
Gədəbəy rayonunun Ağamalı kəndi də öz alim və ziyalıları ilə məşhurdur. Hündür dağların əhatəsində olan bu kəndin insanları da mərdlik və qəhrəmanlıq keyfiyyətləri ilə zəngindirlər. Belə insanlardan biri də 1942-ci ildə Ağamalı kəndində anadan olan Bayramov Vaqif Əli oğludur. Vaqif Bayramovun uşaqlığı ikinici dünya müharibəsi illərinə təsadüf edir. Bu illər hər bir gədəbəyli kimi Vaqif Bayramovun həyatında da dərin izlər qoymuşdur. Lakin həyatın bütün çətinliklərinə baxmayaraq onun yüksək təhsil almaq arzusu reallaşa bilmişdir. Vaqif Bayramov həm ibtidai təhsil almaq, həm də rus dilini mükəmməl öyrənmək üçün 1960-cı ildə Ağamalıdan xeyli uzaqda yerləşən Slavyanka kənd orta məktəbində təhsilini başa vurmuşdur.
Rus dilini yaxşı bilmək ona öz təhsilini Moskva şəhərində davam etdirmək imkanı vermişdir. O, sənədlərini D.İ. Mendeleyev adına Moskva kimya-texnologiya institutuna vermiş və «Plastik kütlələrin kimyəvi texnologiyası» ixtisasına qəbul olmuşdur. 1967-ci ildə bu institutu müvəffəqiyyətlə bitirmiş və Sovet ordusu sıralarına yollanmışdır. Məcburi hərbi xidməti başa vuran kimi yenidən Moskva Kimya Texnologiya İnstitutuna qayıtmış və burada 1970-ci ildə aspiranturaya daxil olmuşdur. 1973-ci ildə «Yüksək molekullu birləşmələrin kimyası» mövzusunda naimzədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
V.Bayramov 1974-1980-ci illərdə ÜİETOL lefinləri institutunda kiçik elmi işçi vəzifəsindən başlayaraq şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1980-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyasının «Metrologiya, standartlaşdırma və keyfiyyəti idarə etmə» kafedrasında dosent vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda həmin kafedranın dosenti olmaqla yanaşı həm də «İstehsalat proseslərinin avtomatlaşdırılması» fakültəsinin dekan müavinidir. V.Bayramov bir neçə dərs vəsaitinin və 40-dan çox elmi məqalənin müəllifidir.
Cabbarov Abdulla Məşədi oğlu
Cabbarov Abdulla Məşədi oğlu Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur. O, 1968-ci ildə Gədəbəy rayonunun Slavyanka kəndində orta məktəbi rus dilində bitirmiş və həmin ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsinə daxil olmuşdur. A.Cabbarov 1973-cü ildə həmin institutu bitirdikdən sonra təyinatla Dəvəçi rayonunun Siyəzən qəsəbəsinə müəllim göndərilmişdir. 1970-ci ilə qədər Siyzəndə rus dili fənnini tədris etmişdir. 1977-ci ildə Azərbaycan Dilələr Pedaqoji İnstitutunun qiybi aspiranturasına daxil olmuş, 1981-ci ildə aspiranturanı bitirmişdir. Həmin ildən institutun rus dilinin leksikası kafedrasında fəaliyyət gösərməyə başlamışdır. A.Cabbarov 2001-ci ildə «İki-dilli rus azərbaycan leksikoqrafiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi adına layiq görülmüşdür. 20-ə yaxın elmi məqalənin müəllifidir.
Cavadov Fuad Musa oğlu
Cavadov Fuad Musa oğlu 10 fevral 1957-ci ildə Gədəbəy rayonun Mutudərə kəndində anadan olmuşdur. 1964-1974-cü ildə N.N.Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbində orta təhsil almışdır. 1974-1979-cu illərdə S.M.Kirov adına ADU-nun hüquq fakültəsində ali təhsil almışdır. 1979-1982-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant vəzifəsində işləmişdir. 1982-1985-ci illərdə SSRİ Prokurorluğunun Elmi-Tədqiqat İnstitutudunda əyani aspiranturada oxumuşdur və hüquq elmləri namizədi adı almışdır. 2001-ci ildə hüquq elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1987-1988-ci tədris ilində S.M.Kirov adına ADU-nun kriminalistika kafedrasının müəllimi (əvəzçiliklə) olmuşudur. 1988-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin N.K.Rizayev adına Bakı xüsusi orta milis məktəbində müəllim, baş müəllim, «Cinayət prosesi və kriminalistika siklinin» (kafedrasının) rəisi vəzifəsində çalışmışdır.1992-1993-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında elmi işlər üzrə rəis müavini vəzifəsində işləmişdir.1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət və Hüquq şöbəsində böyük məsləhətçi vəzifəsini icra etmişdir.1996-cı ildən hal hazıra kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun direktoru vəzifəsində işləyir. 2002-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında professor vəzifəsində fəaliyyət göstərir (əvəzçiliklə). Hüquq elmləri doktoru F.Cavadov 4 monoqrafiya və 50-dən çox məqalə müəllifidir.

Cəfərov Haqverdi Ismayıl oğlu
Gədəbəy rayonunun Miskinli bölgəsi meşələr və uca dağlar əhatəsində yerləşir. Özünə məxsus gözəllikləri olan Miskinlinin insanları da gözəl təbiətli və zəkalıdırlar. Belə insanlar arasında biologiya elmləri doktoru Haqverdi Cəfərovun xüsusi yeri vardır.
Haqverdi Cəfərov 1938-ci ildə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuşdur. О, 1957-ci ildə Miskinli kənd orta məktəbini bitirərək Bakıya gəlmiş və sənədlərini Azərbaycan Dövlət Universitetinə vermişdir. Elə həmin il universitetin biologiya fakültəsinə daxil olmuş və 1962-ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Cəfərov H.İ. universiteti bitirən kimi sənədlərini M.V. Lomonosov adına Moskva dövlət Universitetinin aspiranturasına vermiş və qəbul olunaraq biofizika ixtisası üzrə namizədlik dissertasiyası işləmişdir. 1966-cı ildə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ili Bakıya qayıdaraq Azərbaycan Dövlət Universitetinin Biologiya kafedrasında assisent, Azərbaycan Elmlər Akademiyasının Fizologiya sektorunda elmi işçi vəzifəsində çalışmışdır. 1968-ci ildə baş elmi işçi olmuş, 1972-ci ildə isə çalışdığı Fizologiya Elmi Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsinə seçilmişdir. Həmin il Selenin fotoreseptorlarının funksional aktivliyində rolunun tədqiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Mükafatını almışdır. 1974-cü ildə «Əməkdə fərqlənmə» medalı ilə təltif olunmuş, 1976-cı ildə isə «Şərəfli əmək nişanı»na layiq görülmüşdür. 1976-cı ildə RSFSR ilə aparılan tədqiqat işlərindəki nəticələrinə görə ÜXTN-nin medalını almışdır. Medalı ona SSRİ Ali Sovetinin sədri A.N.Kosigin təqdim etmişdir. H.İ.Cəfərov 1983-cü ildə biologiya elmləri doktoru dərəcəsi almışdır. 1986-cı ildə «Biofizika» ixtisası üzrə professor elmi rütübəsinə layiq görülmüşdür. 1991-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin «Biostimulyatorlar» elmi laboratoriyasına müdir və insan və heyvan fizologiyası kafedrasına professor vəzifəsinə seçilmişdir. 1992-ci ildə musabiqə vasitəsilə professoru olduğu kafedranın müdiri vəzifəsini tutmuşdur. H.İ.Cəfərov 1996-cı ildə Türkiyə Respublikasının Çanaqqala 18 mart Universitetində professor işləmiş, eyni zamanda Müdafiə Nazirliyində xüsusi proyektə rəhbərlik etmişdir. 2002-ci ildə Türkiyə Respublikasından Vətənə qayıtdıqdan sonra bir müddət Odlar Yurdu Universitetində «Biofizika və biokimya» kafedrasının müdiri olmuşdur. Səhhəti ilə əlaqədar olaraq bu vəzifədən imtina etmişdir. H.Cəfərov hal-hazırda Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda Eksperimental Oftalmologiya şöbəsinin müdiri vəzifəsində çalışır. O, 162 elmi məqalənin, 4 kitabın və 6 ixtiranın müəllifidir. 32 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır.

Cəfərov Musa Hümbət oğlu
Cəfərov Musa Hümbət oğlu 17 aprel 1949-cu ildə Gədəbəy rayonunun Böyük qarabulaq (indiki Rüstəm Əliyev) kəndində anadan olmuşdur. 1966-cı ildə Miskinli kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstilik energetika fakultəsinə daxil olmuşdur. 1971-ci ildə inistitutu bitirərək ordu sıralarına qoşuımuşdur. 1971-1973-cü illərdə hərbi xidmətdə zvod komandiri vəzifəsində qulluq etmişdir. 1973-1974-cğ illərdə Xarkov vilayətinin Zuquyev adına zavodda üz ixtisası üzrə usda vəzifəsində işləmişdir. 1974-1981-ci illərdə Gəncə şəhərində istilik elektirik stasiyasında nüvbə rəisi, laboratoriya müdiri və sex rəisi vəzifələrində çalışmışdır. 1981-ci ildən hal-hazıra kimi Azərbaycan Texnologiya Universitetinin laborant, baş laborant, assistent, baş müəllim vəzifələrində çalişmışdır.
1987-1992-ci illərdə Moskva Düvlət Toxuculuq İnstitutunun (indiki Moskva Düvlət Toxuculuq Akademiyası) dissertantı olmuşdsur. 1992-ci ildə “Sənaye İstilik Energetikası” sahəsi üzrə elmi dissertasiyasını müdafiə edərək, Texnika elimləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, Dstilik texnikası kafedrasının dosentidir. 1994-1999-cu illərdə isə bu kafedranın müdiri vəzifəsində çalışmışdır.
Hal-Hazırda Azərbaycan T.U-da Elmi tədqiqat bölməsinin rəisi vəzifəsində çalışır. 50-dən artıq elmi məqalə və tədris-metodiki işlərin müəllifidir. Universitet elmi Şurasının və həmçinin, fakültə elmi Şurasının üzvüdür.
Cəfərov Zöhrab Məhəmmədsadıq oğlu
Gədəbəy rayonu ərazisində yetişən alimlərə nəzər yetirdikdə bu yeri loğmanlar diyarı adlandırmaq olar. İndi gədəbəyli loğmanlarımız ölkəmizin hər yerində yüksək peşəkarlıqla fəaliyyət göstərirlər. Belə loğmanlarımızdan biri də tibb elmləri namizədi Cəfərov Zöhrab Məhəmmədsadıq oğludur. Cəfərov S.M. 1941-ci ildə Gədəbəy qəsəbəsində anadan olmuşdur. Qəsəbə orta məktəbində oxuyarkən kimya, biologiya fənlərini xüsusi olaraq mənimsəmiş, insan anatomiysı ilə də maraqlanmışdır. Elə buna görə də 1958-ci ildə orta məktəbi bitirərkən tərəddüd etmədən sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. Yüksək bal toplayaraq həmin institutun tələbəsi olmuşdur. Zöhrab Cəfərov seçdiyi peşəni öyrənməyə məsuliyyətlə yanaşmış, mükəmməl bir həkim kimi yetişə bilmişdir. Belə ki, Tibb İnstitutunu 1964-cü ildə fərqlənmə diplomu ilə bitirərək bir başa Gədəbəy rayonunun Novo-Sarotovka kəndindəki xəstəxanaya baş həkim təyin edilmişdir. 1969-cu ildə isə yenidən Bakıya qayıdaraq aspiranturaya daxil olmuşdur. Burada səmərəli yaradıcılıqla məşğul olmuş və 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Z.Cəfərov həkim kimi fəaliyyət göstərdiyi bütün zamanlarda özünü təkmilləşdirməyə diqqət yetirmişdir. Belə ki, hələ 1967-ci ildə Bakıda cərrahiyə üzrə dörd aylıq xüsusi cərrahiyə kursu keçmişdir. 1984-cü ildə isə Moskvada magistral damarların rekanstruksiyası üzrə iki aylıq kursda olmuşdur.
Z.Cəfərov 60-dan çox elmi məqalənin, 2 metodik tövsiyənin 4 səmərələşdirici təklifin müəllifidir. Bir çox xarici ölkələrdə keçirilən elmi simpoziumlarda, konfranslarda iştirak etmişdir. Z.Cəfərov bir həkim kimi səmərəli xidmətlərinə görə 1967-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. О, Qarabağ müharibəsində də bir həkim-cərrah kimi iştirak etmiş, yaralılara ixtisaslı tibbi yardım göstərmişdir.
Cəfərov Nizami Duman oğlu
Cəfərov Nizami Duman oğlu 15.03.1960-cı il Gədəbəy rayonunun Əli-İsmayıl kəndində anadan olub. 1967-1977-ci illərdə Gədəbəy rayonu Əli-İsmayıl kənd orta məktəbində orta təhsil alıb. 1977-ci il Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texniki Universitetin) «Avtomatika və hesablama texnikası» fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1985-ci ildə həmin institutu «Elektron hesablama maşınları» ixtisası üzrə bitirmişdir. 1977-ci ilin oktyabrından əmək fəaliyyətinə başlamış-BBTİ-nin nəzdində Elektirik quraşdırma idarəsində elektirik işləmişdir. 1978-1980-ci illərdə ordu sıralarında xidmət edib.
1982-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) hesablama mərkəzində texnik vəzifəsində çalışmışdır. 1984-1990-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin hesablama mərkəzində texnik vəzifəsində çalışmışdır. 1990-cı ildən ADNA-nın «Kompyuter texnologiyaları və proqramlaşdırma» kafedrasında əvvəlcə tədris laboratoriya müdiri vəzifəsində işləmiş və saat hesabı dərs demişdir. 1993-cü ildən assistent, 1995-ci ildən baş müəllim, 1998-ci ildən hazırkı vaxta qədər isə dosent vəzifəsində çalışır. 1996-cı ildə «İnformasiyanın emalı və idarəetmə sistemi» ixtisası üzrə «Bitkilərin ekoloji təmiz mühafizə vasitələri üzrə informasiya sistemi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 30-a qədər elmi məqalənin, 8 metodik vəsaitin və 2 dərs vəsaitinin müəllifidir. Elmi əsərləri Respublikamızda və Rusiyanın tanınmış mətbuat orqanlarında çap olunub. Bir çox müəssisələrdə avtomatlaşdırılmış informasiya sistemləri yaradıb və hazırda bu sahədə öz fəaliyyətini davam etdirir.
Cəfərov Sahib Fikrət oğlu
Cəfərov Sahib Fikrət oğlu 27 aprel 1957-ci ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Pedaqoji İnstitutun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1984-cü illər ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1984-1988-ci illərdə AMEA-nın Radiasiya Tədqiqatları bölməsində işləmişdir. 1988-1990-cı illərdə BDU-nun «Maddə Qurluşu» kafedrasının aspirantı olmuşdur. 1990-cı ildə fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Fizika» kafedrasının dosentidir. 40-a qədər elmi əsərin müəllifidir.
Dəmirov Hüseyn Əli oğlu
Dəmirov Hüseyn Əli oğlu 1932-ci ilin may ayının 15-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olmuşdur. 1939-cu ildə Miskinli kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1949-cu ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Hüseyn Əli oğlu Dəmirov 1949-cu ildə Azərbaycan Knəd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakültəsinə daxil olmuşdur. 1954-cü ildə oranı qırmızı diplomla bitirmişdir. Bir müddət Gədəbəy rayonunda zoomühəndis və rayonunn zoomühəndisi vəzifəsində işləmişdir. Sonra AKTD-də aspirant olmuşdur və kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi almışdır. Sonralar isə dosent adına layiq görülmüşdür. AKTD-də laborant vəzifəsindən kafedra müdiri vəzifəsinə qədər qalxmışdır. Müxtəlif illərdə institutun müəyyən məsul vəzifələrində çalışmışdır.
1982-ci ildən 1998-ci ilə qədər zoomühəndislik fakültəsinin «heyvanların yemlənməsi» kafedrasının müdiri işləmiş, 100-ə yaxın elmi əsəri, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Bir neçə aspiranta rəhbərlik etmişdir. 1998-ci ilin dekabrın 29-da dünyasını dəyişmişdir.
Dəmirov Azər Hüseyn oğlu
Dəmirov Azər Hüseyn oğlu 1965-ci ilin oktyabr ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhərində 1 № li orta məktəbi əla qiymətlərlə bitirmişdir və həmin il Bakı şəhərində Azərbaycan Tibb İnstitutunun I müalicə profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə həmin fakültəni bitirərək məhəkəmə-tibb eksperti ixtisası almışdır. 1992-ci ilə qədər Gəncə şəhərində məhkəmə-tibb eksperti vəzifəsində çalışmışdır. 1992-ci ildən hal-hazıra kimi Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasında müəllim işləyir.
1998-ci ildən Tibb elmləri namizədidir. 2001 -ci ildən Azərbaycan Beynəlxalq Universitetində insan anatomiyası kafedrasının müdiri, dekan müavini və hal-hazırda «Pediatriya» fakültəsinin dekanı vəzifəsində çalışır. 18 elmi məqalənin, 4 metodik vəsaitin və 2 cildlik «İnasının normal anotomiyası» adlı dərsliyin müəllifidir. 2005-ci ildə Yusif Məmmədəliyev adına medalla təltif etmişdir.
Əhmədli Cəmil Теуmur oğlu
1931-ci il oktyabr ayının 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur müəllimin ailəsində, o müqəddəs ocaqda dünyaya göz açmışdır. Uşaqlıq və yeniyetməlik illəri doğma kəndində keçmişdir. Müharibənin ağır illərində bütün uşaqlar kimi, Cəmilin də uşaqlığı qoyun-quzu, mal-qara otarmaqla, ot biçməklə, odun qırmaqla, bir sözlə yaşına uyğun olmayan ağır fiziki işlərlə məşğul olmaqla keçib. Bunlarla yanaşı, atası Mirzə Teymurla birlikdə kənddə ilk dəfə arı saxlamaq dəbini salıblar.
1938-ci ildə birinci sinfə gedən Cəmil, müharibə illərində təhsilini atasının boş vaxtlarında onunla davam etdirmişdir. Çünki müharibə illərində məktəblər çətinlik ucbatından, demək olar ki, fəaliyyət göstərmirdi. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən Cəmil respublikada keçirilən riyaziyyat olimpiadasının qalibi omuşdu. Elə həmin il Moskva Fizika-Texnika İstitutunun (o vaxt o institut yenicə yaradılmışdı) nümayəndəsi Cəmil oxuduğu Gədəbəy orta məktəbinin buraxılış imtahanlarında iştirak edir və onun həmin instituta qəbul olunduğunu elan edir. Lakin maddi çətinliklər üzündən Moskvaya gedə bilmir və sənədlərini Azərbaycan Dövlət Universitetinin Fəlsəfə şöbəsinə verir. Müvəffəqiyyətlə qəbul imtahanlarını verərək həmin ildə bütün sonrakı həyatını həsr etdiyi fəlsəfə elminin ilk pilləsinə qədəm qoyur. Bu addımın atılmasında Cəmilin böyük bacısı Hürü xüsusi rol oynamışdır. Tələbəlik illərində bütün qiymətləri əla olan Cəmil 3-cü kursdan etibarən Stalin təqadünə layiq görülür. Eyni zamanda, tələbəlik illərində fakültə və universitet komsomol təşkilatlarının bğro üzvü, katibi vəzifələrində də geniş ictimai iş aparmışdır. O, IV kursda oxuyarkən tələbə elmi işlərinin müsabiqəsinə «Elm qanunlarının obyektiv xarakteri» mövzusunda məruzə təqdim etmiş, fəxri diplom və 1000 manat mükafat almışdır. Məqalə şəklində çap edilən bu məruzə sonralar Cəmilin diplom işinin əsasını təşkil etmişdir. Universitetdə ona dərs deyən müəllimlərdən Ə.Şahmalıyevi, M.Şıxlını, Ə.Əhmədovu M.Quliyevi akademik A.Makovelskini və başqalarını bu gün də dərin minnətdarlıq hissi ilə yad edir.
Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirənn Cəmil 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verib qəbul olur. Akademik Todar Oyzermanın rəhbərliyi altında «Azadlıq və zərurət» mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi, alimlik dərəcəsi alır. 1960-cı ildə Bakıda nəşr edilən «Azadlıq və zərurət» (rus dilində) kitabı mövzusuna görə SSRİ-də ilk monoqrafiya olmaqla elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Hələ aspirant ikən Cəmil Əhmədli Moskva Dövlət Universitetinin Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının müəllimi işləmişdir. Ona Moskvada qalıb işləmək təklif olunsa da anasının təkidi ilə Bakıya qayıtmış və Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1958-ci ildən etibarən “Materialist dialektikanın qanun kateqoriyası” mövzusunda doktorluq dissertasiyası üzərində işləyən Cəmil Əhmədli 1963-cü ildə 20 çap vərəqi həcmində 2 böyük monoqrafik əsər çap etdirir. Bu əsərlər bir il sonra müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.
1966-cı ildə yenidən bərpa edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəlsəfə kafedrasının müdiri vəzifəsi ona təklif edilir. Fəlsəfə elmləri doktoru, professor Cəmil Əhmədli 1990-cı ilə qədər adı çəkilən institutda fəlsəfə kafedrasının müdiri, professor vəzifələrində işləmişdir. Cəmil Əhmədlinin təşəbbüsü və rəhbərliyi ilə 1969-cu ildə respublikada ilk sosioloji laboratoriya yaradılıb. Laboratoriyanın əməkdaşları fəaliyyət göstərdikləri 15 il ərzində 10-a qədər mühüm aktual mövzu üzrə tədqiqat keçirmiş, 100-dən çox kitab, elmi məqalə çap etdirmiş, 10-dan çox beynəlxalq və ümumittifaq konfranslarının təşkilatçıları və iştirakçıları olmuşlar. Laboratoriyanın işçilərindən 6 nəfər namizədlik dissertasiyası və onlardan 3 nəfəri sonralar doktorluq dissertasiyası müdafiə etmişdir. Bir-birinin ardınca bu illərdə Cəmil Əhmədlinin bir sıra iri həcimli monoqarfik əsərləri çapdan çıxır: «Elmi-texniki inqilab və sosial problemlər», «Elmi-texniki inqilab dövründə fəhlə», «Şəxsiyyət və əmək», «Sosiologiyaya dair söhbətlər», «Burjua sosiologiyası və ictimai qabaqgörənlik»… Bu əsərlər elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.
Cəmil Əhmədli 1990-cı ildən Bakı Dövlət Universitetində yeni yaradılmış Sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə və sosiologiya kafedrasına müdir dəvət edilmişdir.
Universitetdə işlədiyi illərdə onun «Dialektika prinsiplərinin metodoloji funksiyaları», «Zaman və məkan» «Albert Enşteyinin fəlsəfi görüşləri və metodları Prinsipi», «Cəmiyyət, siyasət, idiologiya» və başqa əsərləri çapdan çıxmışdır.
Cəmil Əhmədlinin rəhbərliyi altında 50-dən çox namizədlik dissertasiyası 9 doktorluq dissertasiyası müdafiə edilmişdir. Özü 130-dan çox doktorluq və namizədlik dissertasiyasının opponenti kimi çıxış etmişdir. O, 30-a qədər beynəlxalq, ümumittifaq, respublika və zona konfranslarında məruzəçi olmuşdur. Keçmiş SSRİ məkanında yaranan müstəqil dövlətlərin fəlsəfə və sosiologiya mərkəzləri ilə bu gün də sıx əməkdaşlıq edən Cəmil Əhmədli ayrı-ayrı respublikalar üçün də 10-a qədər alim yetişdirmişdir. C.Əhmədli əməkdar elm xadimi fəxri adını alıb Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. Professor C.Əhmədli özəl təhsil müəssisələrinin yaranmısında yaxından iştirak edən fədakar ziyalılarımızdan biridir. O, 5-6 il çox böyük perspektivə malik olan, respublikamızın mühüm fəaliyyət sahələrində uğurla çalışa biləcək, müasir intellektual və praktik keyfiyyətlərə malik dünya miqyasılı mütəxəssislər hazırlayan Avroasiya Universitetinin prorektoru ilmuşdir. Cəmil müəllim 2010 -cu ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
Əhmədli Şamil Teymur oğlu
Əhmədli Şamil Teymur oğlu 1924-cü ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub. Atasının təsiri ilə elmə, təhsilə böyük maraq göstərib. Bütün fənləri eyni dərəcədə mənimsəyib, əladan başqa qiymət almayıb. Hələ kiçik yaşlarında dərman hazırlamaq, xəstələrə kömək etmək arzusu çox güclü olub. Elə buna görə də 1938-ci ildə Bakı Əczaçılıq Texnikumuna daxil olub. təhsilini əla qiymətlərlə başa vurub və doğma Söyüdlü kəndinə qayıdıb. Bir müddət müəllmilik edib. Çünkü o dövrdə məktəblərdə müəllim çatışmırdı. Müharibənin başlaması bir müddət onu da el-obasından ayırdı, Mazdokda, Qudermesdə hərbi hazırlıq keçdi. Sonra xidmət etdiyi divizya Ermənistanın Leninakan şəhərinə köçürüldü. Burada da xeyli təlim məşqləri keçdi. Məktəblər müəllimsiz qaldığına görə ordudan tərxis olundu. 1946-cı ilə qədər atası ilə birlikdə Söyüdlüdə dərs dedi. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi oldu. Təhsilini başa vurduqdan sonra akademik Yusif Məmmədəliyevin ən sevimli tələbələrindən biri kimi onu aspiranturada saxladılar. О, 2 il yarıma dissertasiya müdafiə edib, kimya elmləri namizədi oldu. Həmin vaxtdan həyatını Azərbaycanın bu ən nüfuzlu ali məktəbi ilə bağladı. 1963-cü ildə doktorluq dissertasiyası müdafiə etdi. Yüksəldi, professor oldu. 1958-ci ildən 1992-ci ilə qədər böyük bir kafedraya rəhbərlik etdi. Neçə-neçə kitabları, monoqarfiyaları, elmi məqalələri, metodik vəsaitləri çapdan çıxdı. О, bu illər ərzində 40-dan çox müəlliflik şəhadətnaməsi alıb. Bunların əksəriyyəti böyük elmi və sənaye əhəmiyyətinə malikdir. Şamil Əhmədli onlarla namizədlik dissertasiyasının elmi rəhbəri və doktorluq dissertasiyasına opponent olmuşdur. О, qayğıkeş bir ata kimi öz övladlarının elmə yiyələnməsinə, onların da alimlər dəstəsinə qoşulmasına kömək etmişdir. Оğ1u Fəxrəddin riyaziyyat elmlər namizədi, qızı Rəna isə kimya elmləri namizədidir.
Əhmədli Qoşqar Teymur oğlu
Biri var idi, biri yox idi. Söyüdlü kəndində baxışmdan nur, danışığmdan dür tökülən zəhəmətkeş bir insan yaşayırdı. Adına Mirzə Teymur deyirdilər. Ərəb fars dillərində mədrəsə təhsili görmüş Mirzə Teymur alman və rus dillərini də bilirdi. Öz mədəniyyəti, savadı ilə camaatın hörmətini qazanmışdı. Çətinə düşən ondan öz dərdinə əlac diləyirdi. Yolunu çaşan onun məsləhətinə ehtiyac duyurdu. О, ümidsizliyə qapılanlara ümid bəxş edirdi. Külfəti ağır olduğundan əlini torpaqdan da üzmürdü. Əkin əkir, qoyun-quzu saxlayırdı. arıçılıqla da məşğul olurdu.
Səkkiz uşaq atası olan bu zəhəmətkeş insan balalarının hamısına təhsil vermək arzusu ilə yaşayırdı. Lakin Söyüdlüdə uşaqları dünyəvi biliklərə yiyələndirə biləcək məktəb yox idi. Buna görə də o, həyətindəki samanlıqdan məktəb kimi istifadə edir, meşədən ağac gətirir, taxta çəkib yazı stolları düzəldirdi. Oxumağa gələnə də öz pulu ilə dəftər, qələm, kitab alırdı. Elinin-obasının maariflənməsini istəyirdi.… Söyüdlüdə rəsmi məktəb yaratmaq üçün Mirzə Teymuru Şəki şəhərində üç aylıq kursa göndərdilər. О, kursdan qayıdan kimi şagird toplamağa başladı. Bəzi valideyinlər uşaqlarını məktəbə qoymur, Teymur müəllimi hədələyirdilər.1924-cü ildə Teymur Əhmədliyə yeni bir yoldaş da gəldi – Şuşada üç aylıq hazırlıq kursunu bitirib müəllimliyə başlayan Orucəli Məmmədov. Onlar birləşib Söyüdlüdə bir məktəbin təməlini qoydular. Sonralar bu məktəb Azərbaycan elminə onlarla alim bəxş etdi. Bu alimlər arasında Əhmədli Qoşqar Teymur oğlunun xüsusi yeri vardır. Qoşqar ailənin ilk uşağı idi. O, 1917-ci il oktyabrın 27-də anadan olmuşdu. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinə daxil oldu. Universiteti əla qiymətlərlə başa vurdu. Müharibə başlandı. Qrup yoldaşları cəhbəyə yola düşdülər. Qoşqar isə Moskvaya – Artilleriya Akademiyasına göndərildi. 1942-ci ildə akademiyanı əla qiymətlərlə bitirdi. Bakı qarnizonunda zenit artilleriyası üzrə komandir müavini kimi kapitan rütbəsinə yüksəldi. 1946-cı ildə ordudan tərxis olunduqdan sonra doğma universitetə qayıtdı. Həmin il aspiranturaya daxil oldu. 1950-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini aldı. 1960-cı ildə doktorluq dissertasiyası müdafiə etdi. 1961-ci ildə professor oldu. Güclü bir alim kimi onunla bütün İttifaq miqyasında hesablaşdılar. Qoşqar müəllim 1969-cu ildə Azərbaycan Eləmlər Akademiyasının müxbir üzvü seçildi. Onun rəhbərliyi altında Azərbaycan Dövlət Universitetində üç doktorluq dissertasiyası müdafiə edilmişdir. Orta Asiya respublikalarında, Ukraniyada, Şimali Qafqazda onun çoxlu yetirmələri vardır. Təbiəti çox sevirdi. Təbiətin gözəlliklərini bəlkə də onun qədər duyan yox idi. Doğulduğu Gədəbəyi isə “gözəlliklər məskəni” adlandırırdı. Hər yay tətilində ata yurduna gedirdi. Bütün yayı Söyüdlünün sosial-mədəni problemlərinin həlli ilə məşğul olurdu. İməcliklər təşkil edir, yolları düzəltdirirdi. Şəfalı “Sarıbulağ”ın suyunun Söyüdlüyə gətirilməsi də onun adı ilə bağlıdır.
… Xeyli müddət riyaziyyat fakültəsinin dekanı vəzifəsində işlədi. Dekanı tələbənin ikinci atası adlandırırdı. Tələbələrinin qayğısını öz qayğısı bilirdi. Onların təqaüdlərindən düşmələrinə yol vermirdi. Buna görə də tələbələr Qoşqar müəllimi ürəkdən sevirdi. Ətrafında daim çoxlu adam olurdu. Evi həmişə qonaq-qaralıydı. Onu yaxından tanıyan da, tanımayan da ən adi bir iş üçün onun qapısını açırdı. Çoxlu aşıq dostları var idi. Aşıq İmranla aşıq Əkbərin oxumaqlarını çox xoşlayırdı. Saz sənətinə vurğun idi. Etdiyi yaxşılıqları heç kəsin üzünə vurmazdı. Zahirən çox xoşbəxt görünürdü. Ürəyində isə dərdi var idi… Qardaşı Şamil kimya, Cəmil fəlsəfə elmləri doktoru, bacıları Hürü fəlsəfə, Gülnaz fizika, Gülarə isə riyaziyyat elmləri namizədləridirlər. Yalnız bircə bacısı Bəyaz xanım ali təhsil almayıb. Qoşqar Bəyazın əvəzinə onun bütün övladlarına ali təhsil vermişdir. Özünün də iki qızı və iki oğlu ali təhsil almışdır. Oğlu Nazim fizika-riyaziyyat elmləri namizədidir.
Qol-budaq atmış bu nəsil üfüqə doğru uçan durna qatarına bənzəyirdi. Bu durna qatarını arxasınca Əhmədli Qoşqar çəkib aparırdı. 1974-cü ilin payızında bu durna qatarının başçısı qəflətən yorğan-döşəyə düşdü. Onu xəstəxanaya qoydular. Eşidən bilən Qoşqar müəllimi yoxlamaq üçün axışıb gəlirdi. Xəstəxananın ətrafında gecəli-gündüzlü keşik çəkənlər də var idi. Həkimlər dava-dərman etdilər, tezliklə evə buraxılacağını söylədilər. Lakin… 1975-ci ilin fevral ayının 12-də qəlbi dayandı. Son mənzilə böyük bir izdihamın çiynində getdi. Bu matəm mərasimi sonu görünməyən insan axınına bənzəyirdi. Sanki bütün Azərbaycan onu son mənzilə yola salırdı.
Qoşqar Əhmədlinin yas mərasimləri görünməmiş hadisəyə çevirildi. Bu məclislərdə kədər üstə köklənmiş sazın müşaiyyəti ilə Bəxtiyar Vəhabzadə, Hüseyn Arif, Famil Mehdi, Aslan Aslanov, İlyas Tapdıq, Dəmir Gədəbəyli, Musa Ələkbərli, Telman Haqverdiyev və bir sıra başqa şairlərin, el sənətkarlarının şerləri oxunurdu. Azərbaycan xalq şairi Bəxtiyar Vahabzadə «Gerçək ölümlə» şerini bu misralarla bitirmişdi: Yaşadın kişitək sən yaşayırkən, Üz-üzə gəlsən də kədərlə, qəmlə, Ölmədin… bir dəfə ölümdən erkən, Sən bir dəfə öldün gerçək ölümlə. Yas mərasimi hərdən elə bil ədəbi məclisə çevirilirdi. Onun mövzusu Qoşqar ağrısı, Qoşqar kədəri idi. Onun yaxın dostu, fəlsəfə elmləri doktoru, sonralar isə akademik zirvəsinə yüksələn Aslan Asalanov kədərini belə ifadə etmişdi: Bir anda kainat dondu gözümdə, Yay odda, yaz güldə, qış qarda qaldı. Mənim Qoşqar adlı bir dostum vardı, Duruşu, baxışı Qoşqarda qaldı. Şair Hüsyen Arif isə Qoşqarın mərdlik portretini yaratdı, bu itkini elin dərdi, kədəri sandı. O, yazmışdı:
Hesab müəllimi, hesab alimi,
Hesabla düşünüb, hesabla yazdı.
Qohum-qardaş üçün itən günləri
Heç yerdə heç zaman hesablamazdı.

Əhmədli Hürü Teymur qızı
Əhmədli Hürü Teymur qızı, 1920-ci ildə Söyüdlü kəndində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlığı Mirzə Teymurun zəhməti ilə salınmış bağlı-balatlı bir həyətdə keçib. Təbiətin, musiqinin vurğunu olub. gənclik illərində tar çalmaq həvəsinə də düşüb. Həyatı boyu ürək sözünü açıq-aşkar deməkdən çəkinməyib.
İlk müəllimi atası Mirzə Teymur olub. Aydın, səlis danışmağı, sərbəs fikir yürütməyi də ondan öyrənib. Kişi qüruru ilə yaşayaraq, heç kəsin qarşısında əyilməyib. İctimai fəaliyyətə böyük maraq göstərib. Ziyalılıq, alimlik ruhunda yetginləşib.
1935-ci ildə Gəncə Pedaqoji texnikumuna daxil olub. Oranı bitirdikdən sonra öz doğma kəndlərinə qayıdıb, müəllim işləyib. 1941 -ci ildə isə Söyüdlünün yaxınlığındakı Slavyanka kənd orta məktəbinə keçib. Müəllimlik fəaliyyəti çox çəkməyib. Kişilərin müharibəyə getməsi ilə əlaqədar olaraq Rayon Partiya Komitəsində bir boşluq yaranıb. Hürü xanım kimi qadınlarımıza böyük ehtiyac duyulub. Elə buna görə də 1942-ci ilin mart ayında Gədəbəy Rayon Partiya Komitəsinin Təbliğat şöbəsinə müdir təyin edilib. Müharibə sona çatana qədər bu məsuliyyətli işin öhdəsindən bacarıqla gəlib. Müəyyən çətinliklərlə üzləşsə də öz həyat mövqeyindən dönməyib. Mənən azad, müstəqil şəxsiyyət kimi yaşayıb.
Texnikum təhsili ilə kifayətlənməyib. 1945-ci ildə Aəzərbaycan Dövlət Universitenin fəlsəfə şöbəsinə daxil olub. Universiteti bitirdikdən sonra fəlsəfə üzrə təhsil alan qadınlarımızdan biri kimi müəyyən dövlət orqanlarının diqqətini cəlb edib. Elmi-siyasi, intellektual səviyyəsini nəzərə alaraq, onu Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Rayon Kommitəsində təbilğatçı vəzifəsinə işə qəbul ediblər. 1953-cü ildə Şəhər Partiya Kommitəsinin Qadınlarla iş üzrə şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. 1957-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda müfəttiş vəzifəsinə keçib. 1959-cu ildə Xalq Təsərrüfatı İnstitutu ləğv edildikdən sonra Azərbaycan Dövlət Pedaqoji institutunda kabina müdiri olmuşdur. Sonra fəlsəfə kafedrasının müəllimi vəzifəsində çalışmışdır. 1973-cü ildə fəlsəfə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və həmin ildə dosent vəzifəsinə seçilmişdir. Ömrünün son anına qədər ADPU-nun dosenti vəzifəsində çalışmışdır.
Əhmədli Gülnaz Teymur qızı
Alim bacılardan biri də Gülnaz Teymur qızıdır. О, 1938-ci ildə anadan olub. Gülnaz 14 yaşına qədər Söyüdlüdə anası Yetər xalanın, atası Mirzə Teymurun qayğısı əhatəsində böyümüşdür. Səkkizinci sinfi bitirdikdən sonra Bakıya gəlmiş və burada 190 nömrəli məktəbə daxil olmuşdur. Bacısı Hürünün və qardaşlarının nəzarəti altında təhsilini davam etdirmişdir. Maraqlısı budur ki, həmin vaxtdan peşə istiqamətini dəqiqləşdirmiş, fizika və riyaziyyata maraq göstərmişdir. Gülnaz Əhmədli 1953-cü ildə orta məktəbi bitirib, sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə vermiş və həmin il qəbul imtahanlarını uğurla başa vurmuşdur. О, professorlardan və sevimli qardaşı Qoşqardan dərs almışdır. Öz bilik və bacarığına görə tələbələr arasında fərqlənmişdir. Buna görə də 1958-ci ildə, universiteti bitirəndə təyinatı Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna verilmişdir. Burada bir ildən artıq kiçik elmi işçi işləmiş, sonra tədqiqat işi üzərində çalışmağı qərara almışdır.
1958-ci ildə aspiranturaya daxil olmuşdur. Sonra daha məhsuldar çalışmaq üçün Leninqrada getmiş, orada görkəmli alimlərin yanında öz istedad və bacarığını sınamışdır. Apardığı təcrübələr çox uğurlu nəticələr vermişdir. 1964-cü ildə aspirantı olduğu Fizika İnstitutunda namizədlik dissertasiyasını böyük uğurla müdafiə etmişdir. Eyni zamanda gözəl ailə qurmuş, bundan sonra ana qayğıları ilə alim qayğıları bir-biri ilə qarışmışdır. Gülnaz xanım 1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna müəllim keçmişdir. Bir müddət baş müəllim işləmişdir. İndi aparıcı dosentlərdən biridir.
Əhmədli Gülarə Teymur qızı
Əhmədli Gülarə Teymur qızı o ailənin sonbeşiyidir. Uşaqlar arasında özünün sakit davranışı ilə fərqlənib. Ancaq gözləri həmişə gülüb, dodaqları təbəssümlü olub. Az danışıb, danışanda isə şirin dili ilə eşidəni valeh edib. Bacısı Gülnaz kimi səkkizinci sinfi bitirdikdən sonra Bakıya gəlib. Məhşur Pedaqoq Sona xanımın direktor işlədiyi 190 nömrəli məktəbin əlaçı şagirdlərindən biri kimi tanınıb. O da qardaşı Qoşqarın yolunu seçib. Riyaziyyat elminə dərin maraq göstərib. Məktəbi bitirəndə tərəddüd etmədən sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə verib. Qəbul imtahanlarında heç bir problem çəkməyib. Qoşqar nüfuzunun çox uca olduğu bir dövrdə oxusa da heç vaxt arxayınlaşmayıb, qardaşının başını daha uca etmək üçün əla qiymətlərlə oxuyub. Gülarə xanım 1961 -ci ildə təhsilini əla qiymətlərlə başa vurduğuna görə Aəzərbaycan Dövlət Universitetində assistent saxlanılıb. O, ilk əmək fəaliyyətinə universitetin hesablama riyaziyyatı kafedrasında başlayıb. Burada müəyyən təcrübə qazandıqdan sonra aspiranturaya daxil olub. Elə bu vaxtlar ailə qurub. Ailə qayğıları onu elmi fəaliyyətindən ayırmayıb. 1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra burada işləyib. Hal-hazırda həmin institutun bazasında yaradılmış Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
Əhmədli Nazim Qoşqar oğlu
Əhmədlilər nəsli istəsəydilər Söyüdlü kəndində böyük bir Akademiya aça bilərdilər. Əgər sağ olsaydı bu Akademiyanın başında məhşur riyaziyatçı-professor, Nazim müəllimin atası Qoşqar Əhmədli durardı. Zünkü özünün gözəl insani keyfiyyətləri ilə özünü Qoşqar müəllimlə müqayisə edə biləcək ikinci bir şəxsiyyət nəinki bu nəsildə, eləcədə bütün Gədəbəydə hələ ki, dünyaya gəlməmişdir.
Əhmədli Nazim Qoşqar oğlu isə həmişə atasına layiqli oğul kimi yaşamaq istəmişdir. O, 1954-cü ildə Bakı şəhərində anadan olsa da Vətəninə həmişə bağlı olmuşdur.
N.Əhmədli 1961-ci ildə 132 saylı Bakı şəhər orta məktəbinə daxil olmuş, 1971-ci ildə 190 nümrəli Bakı şəhər orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1976-cı ildə Universiteti bitirib Azərbaycan Elmlər Akademiyasının riyaziyyat institutunda elmi fəaliyyətə başlamışdır. N.Əhmədli 1979-cu ildə işlədiyi elmi-tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1987-ci ildə görkəmli alim-akademik Fərəməz Maqsudovun və fizika-riyaziyyat elmləri doktoru, professor Ələddin Şəmilovun rəhbərliyi ilə AE Akademiyasının Mexanika-riyaziyyat institutunda elmi-tədqiqat işini müzakirəyə təqdim etmiş və Moskva şəhərindəki Steklov adına instutda riyaziyyat elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir.
N.Əhəmədli 1981-ci ildən pedaqoji fəaliyyətə başlamışdır. Belə ki, həmin ildən müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin dosenti vəzifəsinə seçilmişdir. Hal-hazırda da həmin vəzifədə çalışır. N.Əhmədli fəaliyyət göstərdiyi dövr ərzində bir çox elmi və elmi-metodoloji əhəmiyyət kəsb edən əsərlər yazmışdır. O, bir neçə məqalənin müəllifidir.

Əhmədov Ərrəhman Xudu oğlu
Əhəmədov Ərrəhman Xudu oğlu 1958-ci il noyabr ayının 6-da Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur. Onun valideynləri öz övladlarında elmə, biliyə çox güclü maraq oyada bilmişdilər. Məhz buna görə də Ə.Əhmədov Gədəbəy rayonu İsalı kənd orta məktəbində orta təhsilini tərifnamə ilə bitirmişdir. Ali məktəbə daxil olaraq tarix ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra iki il Gədəbəy rayonu Komsomol komitəsində, sonra isə Zamanlı kənd orta məktəbində tarix müəllimi işləmişdir. 1990-cı ildə AMEA-nDn A.A.Bakıxanov adına tarix İnstitutunun aspiranturasını bitirmiş, tarix elmləri namizədidir. Aspiranturada oxuduğu illərdə Bakı şəhərinin 25 və 86 saylı Orta Texniki Peşə məktəbində müəllim, sonra isə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi çalışmışdır. Hal-hazırda ADPU-nun «Ümumi tarix» kafedrasının dosentidir.
Ə.X.Əhmədovun elmi fəaliyyəti çox şaxəli olmaqla bir sıra elmi məqalələrin və metodiki vəsaitlərin müəllifidir. Onun “Müstəqil Azərbaycan dövlətinin beynəlxalq əlaqələr tarixinə dair”, “Türk dövlətlərinin qarşılıqlı münasibətləri və Dağlıq Qarabağ problemi”, “Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlığının genişləndirilməsinin bəzi məsələləri”, “Azərbaycan Respublikasının Türkdilli dövlətlərlə qonşuluq və qardaşlıq əlaqələri”, “Azərbaycan-Qazaxıstan əlaqələri müasir dövrdə”, “Azərbaycan Respublikasının Türkdilli dövlətlərlə beynəlxalq ticarət əlaqələri” (XX yüzilliyin 90-cı illəri), “Azərbaycan Respublikasının Türkdilli dövlətlərlə beynəlxalq ticarət əlaqələr tarixi” (XX yüzilliyin 90-cı illəri) və s. elmi məqalələri dərc olunmuşdur.
Ə.X.Əhmədov bir sıra elmi konfrans və simpoziumda, o cümlədən 2004-cü il fevral aynıda Ankara şəhərində təşkil edilmiş müasir dövrdə Türk dövlətlərinin inteqrasiya prosesinə həsr edilmiş elmi simpoziumda «Azərbaycan Respublikası Türk dövlətləri ilə iqtisadi-ticarət əlaqələrinin təşkili və inkişafı» mövzusu ilə çıxış etmişdir. Ə.X.Əhmədov hal-hazırda «Azərbaycan Respublikasının Türk dövlətləri ilə Beynəlxalq əlaqələri (ХХ yüzilliyin 90-cı illəri)» adlı doktorluq dissertasiyası üzərində işləyir. Həmin adda monoqrafiyası nəşr edilmişdir

Əhmədli Rafail Ayvaz oğlu
Əhmədli Rafail Ayvaz oğlu 15.09.1965-ci ildə Gədəbəy rayonu Şurabad (indiki Şahdağı) kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirib.1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix əlavə hüquq fakultəsinin əyani şöbəsinə daxil olub. Həmin vaxt mövcud olan qanuna görə I-kursu bitirib ordu sırasına cəlb olunub. 1984-1986-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.1986-cı ildə ordu sıralarından tərxis olunub, həmin institutun II-kursundan təhsilini davam etdirib. 1990-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sonralar həmin institutda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və Fəlsəfə tarixi şöbəsinin müdiri vəzifələrində çalışmışdir. 2005-ci ildə “Seyid Əzim Şirvaninin fəlsəfi görüşləri”, 2007- ci ildə “Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi: türkçülük, islamçılıq müasirlik”, 2008- ci ildə “Azərbaycan dövlətçilik fəlsəfəsi” adlı monoqrafiyaları elmi şuranın qərarı ilə çap olunub. Ümumiyyətlə 70-ə yaxın elmi nəzəri məqalənin müəllifidir. “Azərbaycan milli–demokratik dövlətçilik məfkurəsi: türkçülük, islamçılıq, müasirlik” adlı monoqrafiyası 2007- ci ildə AME Akademiyasının humanitar elmlər bölməsinin elmi nailiyyəti kimi qəbul olunub.
AMEA FSH İnstitutunun hazırladığı 4 cilddə “Azərbaycan fəlsəfi tarixinin” III cildinin məsul katibi və 2 bölməsinin müəllifidir. Eyni zamanda AMEA- nın Tarix İnstitutunun yeni nəşrə hazırladığı 7 cilddə Azərbaycan tarixinin IV və V cildlərinin fəlsəfə bölmələrinin müəllifidir. 2010 –cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda AMEA Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Evlidir 2 övladı var. Müharibə veteranıdır.
Ələkbərov Vilayət Ələkbər oğlu
Ələkbərov Vilayət Ələkbər oğlu 1948-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində fizika ixtisasına yiyələnmişdir. O, 1970-ci ildə Universiteti bitirib ali təhsilli müəllim kimi öz doğma kəndlərinə qayıtmışdır. Bir müddət kənd orta məktəbində fizika müəllimi işləmiş, lakin yenidən Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda elmi işə başlamışdır.
Ələkbərov Vilayət Ələkbər oğlu burada dissertasiya mövzusunu müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
2001-ci ildə Türkiyəyə gedərək burada pedaqoji fəaliyyətini davam etdirməyə başlamışdır. О, 28 elmi məqalənin müəllifidir.
Ələkbərov Hidayət Əfil oğlu
Ali təhsil almış gədəbəylilər arasında harada işləməsindən asılı olmayaraq alim olmağa maraq çox güclü olmuşdur. Elə bu səbəbədən də müxtəlif təsərrüfat sahələrində çalışan xeyli gədəbəylinin də alimlik dərəcəsi vardır. Məsələn, uzun mğddət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində çalışan gədəbəyli Ələkbərov Hidayət Əfil oğlu Biologiya elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir. Apardığı elmi tədqiqatlara əsaslanaraq 1993-cü ildə özünün kəndli-fermer təsərrüfatını yarnatmışdır. H.Ələkbərov yaratdığı fermer təsərrüfatını da özünün əldə etdiyi elmi biliklərə əsaslanaraq idarə edir və yüksək mənfəət götürür.
Ələkbərov Faiq Qəzənfər oğlu
Ələkbərov Faiq Qəzənfər oğlu 1977-ci il aprelin 12-də Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1994-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinə qəbul olunub (fəlsəfə). 2001-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin magistraturasını (fəlsəfə ixtisası üzrə) bitirib. 2001-ci ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutuna aspirant kimi qəbul olunub. İnstitutun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsində «ХХ əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M.Ə. Rəsulzadənin yeri və rolu mövzusunda» dissertasiya mövzusu götürüb. Elmi rəhbərləri akademik, fəlsəfə elmləri doktoru Firudin Köçərli və fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov olub.
2004-cü ilin iyununda dissertasiya mövzusu şöbədə, daha sonra İxtisaslaşdırılış Seminarda müzakirə edilərək müdafiəyə buraxılıb. F.Ələkbərov aspirantura müddətində dissertasiya işini tamamladığı üçün 2005-ci ilin martın 25-də növbədənkənar olaraq Müdafiə Şurasına buraxılmış və uğurla dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. (09.00.03-fəlsəfə ixtisası üzrə). Dissertasiya ilə bağlı müəllifin 8 məqaləsi dərc olunub. 1997-ci ildən 2003-cü ilə qədər «Zaman», «Üç nöqtə», «525-ci qəzet» və başqa mətbuat orqanlarında çalışıb. Hal-hazırda isə Təfəkkür Universitetinin müəllimidir.

Ələkbərov Rafiq Qədir oğlu
Rafiq Qədir oğlu Ələkbərov 1938-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şurabad kəndində anadan olmuşdur. 1946-cı ildə Gədəbəy rayonunun Böyük-Qaramurad kənd məktəbinin birinci sinfinə daxil olmuş, 1956-cı ildə orta təhsilini başa vurmuşdur. həmin ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə qəbul olunmuş və 1961 -ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1961 -ci ildə tələbə ikən Azərbaycan Sənaye İnstitutunda laborant kimi başlamışdır. 1961-1964-cü illərdə BDU-nun «Neft kimyası» kafedrasının əyani aspirantı olmuşdur. 1965-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin (TN) göstərişi ilə gənc mütəxəssis kimi indiki N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Univerisitetinin (ADPU) «üzvü kimya və kimya texnologiyası» kafedrasında müəllim vəzifəsinə qəbul olunmuşdur. 1979-cu ildən ömrünün sonunadək «üzvü kimya və kimya texnologiyası» kafedrasına rəhbərlik edib. Həmçinin kafedranın nəzdində fəaliyyət göstərən «Yeni bioloji aktiv birləşmələr» problem laboratoriyasının elmi rəhbəri olub. 1965-ci ildə «Sürtgü yağlarına əlavələr almaq məqsədilə alkilfenolların xlorhidrinlərlə kondensləşməsi reyaksiya məhsullarının bəzi çevrilmələri» mövzusunda namizədlik, 1992-ci ildə isə «Əvəzli aminlər və spirtlər asasında virus inaktivatorlarının, kimyəvi mutagenlərin, biosidlərin istiqamətli sintezi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə Üzvü kimya ixtisası üzrə professor adını almışdır. Üzvü kimya sahəsində respublikada və onun hüdüdlarından kənarda yaxşı tanınan professor R.Q.Ələkbərov 30 ildən artıq yüksək ixtisaslı kimyaçı-pedaqoqların yetişdirilməsində xüsusi xidmət göstərmişdir. Onun bilavasitə rəhbərliyi ilə elmi işə vaxtı ilə cəlb olunan tələbələri indi respublikanın bir sıra elmi mərkəzlərində bacarıqla rəhbərlik edirlər. Professor R.Q.Ələkbərovun əsas elmi istiqaməti asilaziridinlər və azetidinlər, uretan və tiouretanlar, funksionaləvəzli alkanollar və aminlərin kimyası, onların tətbiqi sahələri, o cümlədən virusidil aktivliyi, kimyəvi mutagenliyi, eləcədə biosid aktivliyinin öyrənilməsinə sərf edilmişdir. Оnun apadığı tədqiqatlar nəticəsində faydalı xassələrə malik virus inaktivatorları, kimyəvi mutagenlər, nolifunksional xassəyə malik aşkarlar və pestisidlər sintez edilmişdir. Оnun elmi və pedoqoji fəaliyyəti 10 dərs vəsaitində, 170-dən artıq elmi əsərdə, o cümlədən 30 müəlliflik şəhadətnəmasində öz əksini tapmışdır. О, nəinki üzvü və bioloji kimyaya dair bir sıra dərs vəsaitlərinin və proqramlarının tərtibçisidir, həm də bu qəbildən olan materialların tərcüməçisidir.
Отт apardığı elmi-tədqiqat işlərinin nəticələri dəfələrlə ümumittifaq və respublikada keçirilən elmi konfranslarda və simpoziumlarda məruzə edilmişdir. Оnun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır. Professor R.Q.Ələkbərov dəfələrlə Respublika Təhsil Nazirliyinin və işlədiyi N.Tusi adına ADPU-nun fəxri fərmanları ilə təltif edilmişdir.
Ələsgərov Bayram Cavad oğlu
Ələsgərov Bayram Cavad oğlu 1934-cü il yanvar ayının 15-də Azərbaycan Respublikası Gədəbəy rayonun Rüstəm Əliyev kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1953-cü ilə Sovet ordusu sıralarına çağırılmış və 1956-cı ildə hərbi xidməti başa vurduqdan sonra Sovet ordusundan qayıdaraq 1959-cu ilin iyun ayına qədər doğulduğu kənddə işləmiş və həmin ildə (1959-cu il) Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olmuş. Və 1965-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir.
1965-ci ildə Unversiteti bitirdikdən sonra təyinatla Azərbaycan geoloji idarəsinə işə göndərilmişdir. B.C.Ələsgərov 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun palecoğrafiya şöbəsinə aspiranturaya daxil olmuş və 1969-cu ildə aspiranturanı bitirdikdən sonra bütün sonrakı həyat və fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə bağlı olmuşdur. 1969-cu ildə həmin İnstitutda kiçik elmi işçi, 1971-ci il yanvar ayının 28-də «Şəmkir və Zəyəm çayları hövzəsinin antropogeninin paleocoğrafiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə isə «Pleystosendə Azərbaycanın paleocoğrafiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. B.C.Ələsgərov 1971-1988-ci illərdə Azərbaycan MEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda böyük elmi işçi, 1988-1991-ci illərdə aparıcı elmi işçi və 1991 -ci ildən paleocoğrafiya şöbəsində baş elmi işçi vəzifəsində fəaliyyət göstərir. B.C.Ələsgərov 1966-cı ildən başlayaraq respublikanın müxtəlif bölgələrində, o cümlədən Kür çökəkliyində, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində Talış-Lənkəran və Naxçıvan ərazilərində paleocoğrafiya sahəsində geniş tədqiqat işləri aparmış, 20-dən çox samballı elmi hesabatların əsas icraçılarından olmuşdur. Bütün bunların nəticəsi olaraq, Azərbaycan ərazisinin dördüncü dövrün ayrı-ayrı əsrləri üçün 1:500000 miqyaslı paleocoğrafi, paleoiqlim, paleobotaniki xəritələrini, müxtəlif bölgələrin çoxsaylı spor-tozcuq diaqramlarını tərtib etmişdir.
O, Xəzər dənizinin dördüncü dövrdəki inkişaf tarixinə, səviyyə tərəddüdlərinə, transqressiya və reqressiyaların baş vermə səbəblərinə dair geniş tədqiqat işləri apararaq bu sahəyə dair çoxsaylı elmi məqalələrlə çıxış etmişdir. Onun tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Xəzər dənizinin geoloji və müasir səviyyə dəyişilmələri bilavasitə qlobal iqlim dəyişmələri ilə bağlıdır.
B.C.Ələsgərov Şərqi Qafqazda baş vermiş Pleystosen buzlaşmalarına dair geniş tədqiqat işlərini aparmışdır. Xüsusilə Pleystosenin ayrı-ayrı əsrlərdən mövcud olmuş buzlaqların yaxşı mühafizə olunmasını nəzərə alaraq palionoloji üsulla buzlaşmaların bərpa olunmasına nail olmuşdur. B.C.Ələsgəorv Azərbaycan ərazisində paleolit insanlarının məskunlaşmasına, onların paleoekologiyasına dair geniş tədqiqat işlərində yaxından iştirak edərək, sübut etmişdir ki, Azərbaycan ərazisi ən qədim svilizasiya mərkəzlərindən biri olmuşdur. Bunu Azıx paleoilit düşərgəsindən aşkar edilmiş arxeoloji tədqiqatlar (yaşı 1 milyon 200 min ildir) aydın sübut edir.
B.C.Ələsgərovun yaxından iştirakı ilə Azərbaycanın gec Kaynozoyunun ilk radiometrik şkalasının işlənməsi nəticəsində həmin dövrün startiqrafik şkalasında ciddi dəyişikliklər edilmişdir. Dördüncü dövrün startiqrafik sxemində digər tədqiqatçılarla birlikdə bir sıra dəyişikliklərin aparılmasında fəal iştirak etmişdir.
B.C.Ələsgərovun tədqiqatlarının əsas nəticələri onun çoxsaylı elmi əsərlərində, o cümlədən müəllif olduğu Londonda nəşr olunmuş iki cildən ibarət Avrasiya şelflərinin litoloji-paeocoğrafi xəritələr atlasında əksini tapmışdır.
B.C.Ələsgərovun 130-dan çox elmi əsərin o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. O, bir çox beynəlxalq və respublika miqyaslı elmi konfransların, simpoziumların iştirakçısı olmuş, Azərbaycan elmini dəfələrlə Türkiyədə, İranda, Polşada, Pribaltikada, MDB məkanında yüksək səviyyədə təmsil etmişdir.
Əliyev Vaqif Hadı oğlu
Vaxtilə «Komintern» adlanan Soyuqbulaq kəndi Gədəbəyin gündoğanında yerləşir. Günəşin nuru sübh tezdən Soyuqbulaq kəndini işıqlandırdığından onun sakinlərinin də qəlbi nurludur. Hər bir soyuq bulaqlı özünün istiqanlılığı ilə ürəklərə sərinlik, münasibətlərə isə istilik gətirməyi bacarır. Vaqif Əliyev də qəlbi nurlu, rəftarı gözəl Soyuqbulaqlıdır. V.Əliyev 1940-cı ildə anadan oqlmuş, 7-ci sinifə qədər Soyuqbulaq kənd orta məktəbində oxumuşdur. Vaqifin atası 1942-ci ildə müharibəyə getmiş və minlərlə azərbaycanlılar kimi onun da cəbhədən qara kağızı gəlmişdir. Bir yaşından atasız qalmış, Vaqifi anası Giləxanım böyütmüşdür. Bu zəhmətkeş kənd qadını min bir zəhmətə qatlaşaraq oğlunu böyüutməyə, ona ali təhsil verməyə çalışmışdır.
V.Əliyev orta təhsilini Qarabulaq kəndində davam etdirmişdir. Bütün çətinliklərə baxmayaraq Vaqif hələ orta məktəbdə elmi biliklərə yiyələnməyə böyük maraq göstərmiş, ardıcıl olaraq özünün informasiya dairəsini genişləndirməyə çalışmışdır. Xüsusilə özündən böyük olan bacısı Əsli xanım Vaqifin təhsil alması üçün daima ona qayğı göstərmişdir. Vaqif Əliyev orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki Poltexnik İnstitutuna qəbul olmuş vD bu institutu fərqlənmə diplomu ilə bitirmişdir.
Lakin uşaqlıqdan qəlbində yaşatdığı həkim olmaq arzusu mühəndislik sənətini onun gözündən salmışdır. Bu səbəbdən də 1964-cü ildə yenidən sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna vermiş və qəbul olmuşdur. О, 1970-ci ildə Tibb İnstitutunu bitirmiş və həkim işləmək üçün Azərbaycanın Daşkəsən rayonuna göndərilmişdir. 1973-cü ildə yenidən Bakı şəhərinə qayıtmış, müsabiqə yolu ilə N.Nərimanov adına Tibb İnstitutunun ümumi gigiyena kafedrasına assisent vəzifəsinə seçilmişdir.
V.Əliyev uzun müddət elmi tədqiqat işi ilə də məşğul olmuş və nəhayət 1997-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir.
Beləliklə də, Soyuqbulaq kəndindən tibb elmləri namizədi də yetişmişdir. V.Əliyev 30-dan çox elmi məqalənin və bir neçə dərs vəsaitinin müəllifidir. Hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetinin ümumi gigiyena kafedrasının dosenti vəzifəsində çalışır.
Əliyev Biləndər Cəfər oğlu
Əliyev Biləndər Cəfər oğlu 1935-ci ilin 7 avqustunda Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. 1954-cü ildə Söydlü kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutuna daxil olmuş, 1959-cu ildə həmin institutu riyaziyyat ixtisası üzrə bitirmişdir. Bundan sonra Bakı şəhərinə gələrək Azərbaycan Neft-kimya institutunun (indiki Neft Akademiyasının) riyaziyyat kafedrasına işə qəbul olunmuşdur. О, burada müəllimlik fəaliyyəti ilə yanaşı elmi tədqiqat işləri ilə də məşğul olmuş, fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasında dosent vəzifəsində işləyən B.C.Əliyev 30-dan çox elmi məqalənin müəllifidir.
Əliyev Qələndər Cəfər oğlu
1938-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur.
1947-cü ildə Söyüdlü kənd orta məktəbinin 1 -ci sinfinə daxil olmuşdur.
Orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Texniki Universitetinin «Mexanika» fakültəsinə daxil olmuş və 1962-ci ildə Universitetdə təhsil müddətini başa vurub təyinatla Gürcüstan Respublikasının Kutaisi Maşınqayırma zavodunda mühəndis mexanik vəzifəsində işləmişdir. 2-il orada işlədikdən sonra Sumqayıt şəhərində «Kimya» zavodunun mexanika sexində rəis müavini vəzifəsində çalışmışdır. 1968-ci ildə akdemik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri institutunda aspiranturaya daxil olmuşdur. Aspirantura müddəti qurtardıqdan sonra həmin institutda bir nezə il elmi işçi, 1975-ci ildən isə indiki Sumqayıt Dövlət Universitetində assistent, baş müəllim, dosent, kafedra müdirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildə NKPR-i institutunda polimerlərin mexaniki xassələrin öyrənilməsi sahəsi üzrə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. Bu müddət ərzində bir neçə metodik göstərişi, dərslik və dərs vəsaiti, 65-dən çox elmi-metodiki məqalələri çap olunmuşdur. 2002-ci ildə rəhmətə getmişdir.
Əliyev Surxay Süleyman oğlu
Əliyev Surxay Süleyman oğlu 1952-ci il martın 6-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olmuşdur. 1959-cu ildə o vaxtkı N.K.Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbinin birici sinfinə getmiş və 1969-cu ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin «Fizika» fakültəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Təyinatla 1974-cü ildən 1978-ci ilədək Gədəbəy qəsəbə orta məktəbində fizika müəllimi işləmişdir. 1978-ci ildən isə o vatkı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin) Fizika kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1979-cu ildə məqsədli aspiranturaya qəbul olub Moskvadakı Qara Metallurgiya Elmi-Tədiqiqat İnstitutuna göndərilmişdir. 1982-ci ildə aspiranturanı bitirdikdən sonra AMİU-nun Fizika kafedrasında laboratoriya müdiri və sonralar assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. Hal-hazırda Fizika kafedrasının dosenti olmaqla, «Nəqliyyat» fakültəsinin dekan müavini vəzifəsində işləyir.
1986-cı ildə «Radiasiya-termiki emalın dəmir-nikel ərintilərində atomların paylanması və faza keçidlərinə təsiri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İki müəlliflik şəhadətnaməsinin, 50-dən çox elmi məqalə və metodik göstərişlərin, iki dərs vəsaitlərinin müəllifidir.
Əliyev Çingiz Salman oğlu
Əliyev Çingiz Salman oğlu 1 sentyabr 1950-ci ildə Gədəbəy rayonunun R.Əliyev sovetliyinin Palan kəndində anadan olmuşdur.
1957-ci ildə R.Əliyev adına orta məkətəbə daxil olmuş və 1968-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1968-1969-cu tədris illərində Azərbaycan Respublikasının Gəncə şəhərində yerləşən S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mexanikləşdirmə fakültəsinin birinci kursuna daxil olmuş və 1973-cü ildə həmin fakültəni yüksək qiymətlərlə bitirərək mühəndis-mexanik ixtisası üzrə Ali təhsil diplomuna layiq görülmüşdür. 1973-cü il dekabr ayının 15-dən Kənd Təsərrüfatı Nazirliyinin əmri əsasında gənc mütəxəsis kimi Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutuna işləməyə göndərilmişdir. Həmin müddətdən hal-hazıradək institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1977-ci ildə Moskva şəhərində məqsədli aspiranturaya daxil olmuş və 1980-ci ildə aspiranturanD bitirmişdir.
Ç.S.Əliyev «Mexanikləşdirilmiş texnologiya ilə tərəvəzin becərilməsi, yığılması və çeşidlənməsi üçün texnoloji əməliyyatların işlənilməsi və texnologi proseslərdə istifadə olunan texniki vasitələrə işçi orqanların yaradılması» mövzusu üzrə Moskva şəhərində namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Ç.S.Əliyev 1985-ci ilin mart ayından hal-hazıradək Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Mexanikləşdirmə laboratoriyasının müdiri vəzifəsində işləyir. Eyni zamanda 1994-cü ildən indiyə qədər AzETTİ-nun Abşeron YTT-nın direktoru vəzifəsində çılışır. İşlədiyi müddətdə Ç.S.Əliyev keçmiş MDB məkanında o cümlədən respublikada tərəvəz, bostan və kartofçuluğun elmi əsaslarla inkişafına dair böyük səy göstərmişdir. Onun kəşf etdiyi ixtiralar Bolqarıstanda, Macaristanda və Almaniyada meyvə yığan maşınlar istehsal edən zavodlarda tətbiq edilmişdir. İsrail dövlətində keçirilən beynəlxalq simpoziumda və kursda iştirak etmişdir. O, Beynəlxalq Elm Mərkəzləri ilə daim əməkdaşlıq edir.
Ç.S.Əliyev fəal ictimayətçidir. O, «Gədəbəy inkişaf» İctimai Birliyinin yaradılmasının təsisçilərinin əsas simalarından biridir. O, işlədiyi müddət ərzində kadr hazırlığı ilə məşDul olaraq 3 nəfər aspirantın dissertasiya işinə rəhbərlik etmişdir, respublikanın bir sıra Ali məktəblərində ixtisas fənni üzrə mühazirələr oxumuşdur.
1983-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən 05.20.01. ixtisası üzrə BaD elmi işçi Atestatına layiq görülmüşdür. Ç.S.Əliyev 4 ixtiranın, 20-dən çox səmərələşdirici təkliflərin, 6 yekunlaşmış 5 illik hesabatların, 2 tövsiyənin, 4 broşuranın, 55 elmi məqalənin müəllifidir. Doktorluq dissertasiyası üzrə elmi-tədqiqat işləri başa çatmışdır.
Əliyev Sabir İsfəndiyar oğlu
Əliyev Sabir İsfəndiyar oğlu 6 may 1950-ci ildə Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olmuşdur. 1957-ci ildə Gədəbəy qəsəbə orta məktəbinin birinci sinfinə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. Həmın il H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin əyani fizika şöbəsinə qəbul olunmuş və 1971-cu ildə həmin institutu bitirmişdir. 1972-1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1973-1976-cı illərdə H.Zərdabi adına KDPİ-nin fizika kafedrasında laborant vəzifəsində işləmişdir. 1976-1979-cu illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitutunun əyani aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Texnologiya İnstitutunun fizika kafedrasına göndərilmişdir. Orada laborant, assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1984-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2005-ci ildən Gəncə Dövlət Universitetinin keçmiş Tətbiqi fizika, hal-hazırda Ümumi fizika kafedrasında dosent vəzifəsində işləyir. 1978-ci ildən başlayaraq fizika fənni üzrə keçirilən elmi seminarlarda və keçmiş ittifaq üzrə müxtəlif şəhərlərdə keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 100-dən artıq elmi-metodiki məqalənin, 4 metodiki göstərişin, 2 ədəd müəlliflik şəhadətnaməsinin və 2 dərs vəsaitinin müəllifidir. Onun elmi məqalələri respublikamızın, keçmiş ittifaqın və xarici ölkələrin elmi mətbuatında dərc olunmuşdur.
Əliyev Murğuzəli Aslan oğlu
Əliyev Murğuzəli Aslan oğlu 1941-ci ildə fevral ayının 18-də Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuşdur. O, həmin kənddə orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə vermiş, yüksək bal toplayaraq arzusuna çatmışdır. Universiteti bitirdikdən sonra Əliyev M.A. aldığı ixtisas üzrə universitetin aspiranturasına daxil olmuş, namizədlik dissertasiyası üzərində işləmişdir. Elə Bakı Dövlət Universitetində də namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Əliyev M.A. 1968-ci ildən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində dosent vəzifəsində fəaliyyət göstərir. Bir çox elmi məqalənin və metodik vəsaitin müəllifidir.
Əliyev Ramiz Ibrahim oğlu
R. Əliyev 1954-cü ildə Gədəbəy rayonunun Arısu kəndində anadan olmuşdur. 1970-ci ildə Miskinli kənd orta məktəbini, 1975-ci ildə APXDİ-ni bitirmişdir. 1975-1978-ci ildə isə Arısu kənd səkkizillik məktəbində müəllim işləmiş, 1978-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda psixologiya ixtisası üzrə əyani aspiranturaya qəbul olunmuşdur. Aspirantura müddətində iki il Moskva şəhərində Ümumi və Pedaqoji Psixologiya İnstitutunda təhsil almışdır. 1985-ci ildə Kiyev şəhərində namizədlik, 2004-cü ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Ramiz Əliyev Gədəbəy rayonunun ilk psixologiya elmləri doktorudur. O, pedoqoji psixologiya və etnopsixologiya üzrə tədqiqatlar aparır. O, «Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995), «Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları» (2000), «Psixologiya» (2003), «Məktəbə psixoloji xidmətin aktual məsələləri» (2004), «Psixologiya tarixi» (2006) və s. monoqrafiya, dərs vəsaiti, onlarla kitabça, yüzlərlə məqalənin müəllifidir. Azərbaycan, rus və ingilis dillərində əsərləri çap olunmuşdur.
Ramiz Əliyev hazırda Azərbaycan təhsil problemləri İnstitutunun psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, Azərbaycan Dillər Universiteti psixologiya kafedrasının professorudur. Ramiz Əliyev eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert Şurasının üzvüdür.
Əliyev Müseyib Həşim oğlu
Görkəmli Azərbaycan alimi, laktasiyanın müqayiləsi fiziologiya üzrə tanınmış mütəxəssisi, Azərbaycanda laktasiyanın fiziologiyası və endokrinologiya üzrə elmi məktəbin təşkilatçısı, biologiya elmləri doktoru professor Müseyib Həşim oğlu Əliyev 1923-cü ildə Gədəbəy rayonunun Miskinli kəndində anadan olmuşdur. 7 yaşında Bakıya köçüb 1№li nümunəvi orta məktəbdə oxumuş, oranı 1941 -ci ildə bitirmişdir. 1941 -1944-cü illərdə Gədəbəydə öz kəndlərində kolxozçu kimi çalışmışdır. Ali təhsilini 1944-1949-cu illərdə Moskva Baytarlıq Akademiyasında alıb. 1949-cu ildən 1953-cü ilin fevralına kimi Moskvada Rusiya KT Elmləri Akadeimyasının akademiki A.D.Sineşekovun rəhbərliyi altında aspiranturada oxumuş və namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiya akad. İ.P.Pavlovun arzusu olan bir elmi məsələyə – yemin həzm sisteminin müxtəlif bölmələrində dəyişməsini izləməyə həsr olunmuşdu. Prof. M.H. Əliyev 1 aprel 1953-cü ildən bu günə kimi A.İ.Qarayev adına Fiziologiya İnstitutunda çalışır. 1958-1995-ci illərdə yəni 37-il laboratoriya rəhbəri olub. Laktasiyanın fiziologiyası və biokimyası, təbabətin və heyvandarlığın nəzəri və təcrübi əhəmiyyətli, çox pespektivli bir elm sahəsi olduğuna görə onun inkişafına ciddi fikir vermişdir. Bununla yanaşı, endokrinologiya və fiziologiyanın başqa sahələrinə də diqqət yetirmişdir. 1963-cü ildə Moskvada doktorluq dissertasiyası müdafiə etmiş, 1969-cu ildə o, insan və heyvan fiziologiyası ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Prof. M.H.Əliyev əməkdaşları ilə birlikdə camışın südvermə refleksinin xüsusyyətlərini, əmcəyin sfinkterinin fiziologiyasını, sağıcının sağım vaxtı əlinin işləmə prinsipinin, kalçanın əmməsinin biomexanikasını öyrənmiU və bunların yekununda yüksək effektlə işləyən yeni sağım aparatlarını yartmağın fiziolji əsaslarını hazırlayıb müvafiq konstruktor bürolarına təqdim etmişdir. İngiltərənin məhşur «Fillvud və Blank LTD» şirkəti bu materiallardan camışı sağmaq aparatı yaratmaqda istifadə etdi. Yuxarıda göstərilən tədqiqatların böyük bir qismi onun doktorluq dissertasiyasının (1962) və «Camışlarda laktasiyanın fiziologiyası» (1964) monoqrafiyasının əsasını təşkil etdi. Bu tədqiqatların laktasiyanın müqaysəli fiziologiyası üçün nadir olduğunu nəzərə alaraq İngiltərə Kral Cəmiyyətinin həqiqi üzvü S.C.Follinin təqdimatı ilə M.Əliyevin 3 icmal məqaləsi beynəlxalq «Dariy Science Abstract» jurnalında çap edilmişdir. Qadınlarda hipoqalaktiya onların körpələrində bir sıra xəstəliklərə, o cümlədən immunsisteminin zəifləməsinə səbəb olur. Bu baxımdan immun sisteminin «dirijoru» çəngələ bənzər (timus) vəzin fiziologiyası və patofiziologiyasını öyrənmək aktual problem idi. Bu tədqiqatlar eksperitentdə və Pediatriya İnstitutunun klinikasında oranın alimləri ilə birilikdə aparılıb. Nəticədə timus vəzinin fiziologiyası, xüsusən onun hormonal və immun fəaliyyəti haqqında yeni elmi nəticələr alındı, timomeqaliyanın səbəbləri, patogenizi və müalicəsi əsaslandırıldı. Bu silsilədən olan tədqiqatlarının yekunu iki – prof. T.H.Qurbanov, prof. M.H.Əliyev «Timus vəzinin fizologoiyası və patologiyası» (1983) və prof. M.H.Əliyev, prof. T.H.Qurbanov, prof. Ş.H.Hüseynov «Çəngələ bənzər vəzin xəstəlikləri» adlı monoqrafiyalarda cəmlənib. 80-ci illərin ikinci yarısından etibarən prof. M.H.Əliyevin laboratoriyasında dövrün aktual problemlərindən biri olan ana və körpə uşaqların qarşılıqlı münasibətlərinin tədqiqinə başlandı. Onun təşəbbüsü və fəal iştirakı ilə 9 cild tematik məcmuələr çap olunub.
O, elmi kadrların hazırlanmasına xüsusi fikir verib. Beləki, onun rəhbərliyi altında 3 doktorluq və 25-ə qədər namizədlik dissertasiyası tibb və fiziologiya ixtisasları üzrə müdafiə olunub. Namizədlik müdafiə edənlərin 3-ü inkişaf edən ölkələrin – Misir və Koreya XDR-nın nümayəndələridir. Bundan başqa tibb profilli tədris və Elmi-Tədqiqat İnstitutlarının əməkdaşlarından dörd nəfər doktorluq və on doqquz nəfəri namizədlik dissertasiyaların hormonal müayinələrini prof. M.H.Əliyevin laboratoriyasında aparmışlar və müvəffəqiyyətlə dissertasiyalar müdafiə etmişlər. O beynəlxalq və ümumittifaq elmi yığıncaqlarda Azərbaycan elminin nailiyyətlərini təqdim etmişdir. Altı beynəlxalq konqresdə elmi məruzə ilə çıxış etmiş, onlarla ümuittifaq elmi qurultay, simpozium və konfranslarda fəal iştirak etmişdir.
Professor M.H.Əliyev Bakıda üç ümumittifaq simpoiziumun (1974 və 1990) və konfransın (1965), iki respublika elmi konfransın (1990 və 1997) keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Professor M.H.Əliyev 1995-ci ildən bəri Fiziologiya İnstitutunda elmi müşavir kimi fəaliyyət göstərir. O, fəal ictimai iş aparır. 20 ildən çox Akademiyanın biologiya və kənd təsərrüfatı ixtisası üzrə birləşmiş elmi şurasının üzvü olmuşdur. Hazırkı vaxtda o, Respublika Ali Attestasiya Komissiyasının eksperti, Dövlət Elm və Texnika Komitəsinin tibb və biologiya elmləri üzrə ekspert şurasının üzvüdür, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin məsləhətçisidir, Respublika «Döşlə əmizdirmə» Milli komitəsinin üzvüdür.
Əliyev Fəxrəddin Qurban oğlu
Alıyev Fəxrəddin Qurban oğlu 1950-ci ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olmuşdur. O, 1967-ci ildə Gədəbəy qəsəbə orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Universitetinin mexaniki-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1957-ci ildə universiteti bitirərək müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə Sumqayıt Dövlət Universitetinə assisent vəzifəsinə qəbul olunmuşdur. Burada dosent vəzifəsinə qədər yüksəlmişdir. F.Q.Alıyev 1995-ci ildə Milli Elmlər Akademiyasının Mexaniki Riyaziyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. O, hal-hazırda Sumqayıt Dövlət Universitetinin «Ümumi riyaziyyat» kafedrasının dosenti və Mexaniki Riyaziyyat fakültəsinin dekan müavini vəzifəsində çalışır.
Əliyev Əmir Səfər oğlu
Alıyev Əmir Səfər oğlu 1934-cü ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. О, burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ə.Alıyev bir müddət orta məktəbdə riyaziyyat müəllimi işləmiş, 1956-cı ildə isə ali məktəbdə aldığı ixtisas üzrə əyani aspiranturaya qəbul olmuşdur. 1966-cı ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Elə həmin ildən Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) riyaziyyat kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. Neft Akademiyasında işlədiyi 35 illik ərzində 50-yə qədər elmi məqalənin müəllifi olmuşdur. Ə.Əliyev hal-hazırda Almaniya Fedarativ Respublikasında yaşayır.

Əsgərov Bəhrəm Mehvalı oğlu
1943-cü ildə Tovuz rayonun Yanıxlı kəndində anadan olan Əsgərov Bəhram Mehralı oğlu orta təhsilini Gədəbəy rayonunun Nəriman kəndində almışdır. О, 1952 -ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. B.Əsgərov 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika insitutunun aspiranturasına daxil olmuş, 1962-ci ildə Leninqrad şəhərindəki Yarımkeçiricilər İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin malekulyar fizika kafedrasına dosent vəzəifəsinə seçilmişdir. B.Əsgərov 1971 -ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir. 1972-ci ildə professor adını almışdır. 1974-cü ildə Yarımkeçiricilərin genetek əhəmiyyətinə aid «Nauka» nəşriyyatı tərəfindən çap olunmuş monoqrafiyasına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. О, Moskvada dərc olunan bir elmi məqaləsinə görə isə Kembirc şəhərində yerləşən bioqrafiya mərkəzi tərəfindən «ХХ əsrin görkəmli alimi» fəxri adına layiq görülmüşdür. 1993-cü ildə xarici jurnallarda çap olunan məqalələrinə görə Soros Fondunun qrantını almışdır.
B.Əsgərov 1994-2004-cü illərdə BDU-nun elmi işləri üzrə prorektoru işləmişdir. О, 2001-ci ildə fizika ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. О, 130-dan çox elmi məqalənin, 4 monoqrafiyanın və 3 dərsliyin müəllifidir.
Əsgərov Akif Məcid oğlu
Əsgərov Akif Məcid oğlu bütün varlığı ilə elinə-obasına bağlı, vətənin hər qarışını sevən, kimliyindən asılı olmayaraq hər kəsə qarşı səmimi olan, yüksək ünsiyyətə girmək qabiliyyəti ilə hamıda özünə rəğbət yaratmağı bacaran gözəl şəxsiyyətlərdən biridir.
Əsgərov Akif Məcid oğlu, 1951 -ci il may ayının 1 -də Gədəbəy rayon Arabacı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1957-1967-ci illərdə orta təhsili Gədəbəy qəsəbə orta məktəbində almış, fəal ictimaiyyətçi, idmançı olmuş, müxtəlif dərnəklərin üzvü kimi fəaliyyət göstərmişdir. 1967-1968-cı ildə Gədəbəy rayon mədəniyyət şöbəsində işləmiş, tarixi abidələrin uçota alınması və təsnifatlaşdırılması ilə məşğul olmuşdur. 1968-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) maliyyə sitatistika fakültəsinə daxil olmuşdur. Təhsil dövründə tələbə elmi cəmiyyətinin işlərində iştirak etmiş fəal ictimaiyyətçi kimi seçilmiş, İnstitutun nəzdindəki iki illik xalq mədəniyyəti Universitetini bitirmişdir. 1972-ci ildə Maliyyə-kredit ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirməklə iqtisadçı peşəsinə yiyələnmişdir. Həmin ildə bu fakültənin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Respublikası Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1972-1975-ci illərdə ayrı-ayrı ixtisas kursları üzrə minimum proqramların imtahanlarını vaxtında vermiş, tələb olunan sayda əsərlər çap etdirmiş və namizədlik dissertasiyasını vaxtında başa çatdırmışdır. Bu nailiyyətə görə İnstitutda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. İnstitutda işlədiyi 1976-1991-ci illərdə kiçik, baD elmi işçi, şöbə müdiri vəzifələrində çalışmaqla yanaşı respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, ictimai işlərdə çalışmış, Əsgərov Məmməd Muxtar oğlu
Əsgərov Məmməd Muxtar oğlu 1943-cü ildə Gədəbəy rayonunun Şurabad kəndində sadə, kəndli ailəsində anadan olmuşdur. Orta təhsilini Gədəbəy rayonun Novo-İvanovka kənd orta məktəbində rus dilində almışdır. 1961-ci ildə məktəbi müvəfəqiyyətlə bitirdikdən sonar Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olur. Lakin onun şərq dillərinə böyük həvəsi olduğundan növbəti il sənədlərini Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinə verir. İmtahanlardan yaxşı və əla qiymətlər alaraq həmin fakültənin fars dili tərcüməçisi şöbəsinə qəbul olur. 1967-ci ildə Universiteti əla qiymətlərlə qurtarır. Elmə böyük həvəs göstərdiyinə görə təyinatını Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tarix institutuna alır və orada orta əsrlər şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayır. Bir ildən sonra, 1968-ci ildə Tarix İnstitutu Elmi Şurasının qərarı ilə Sankt-Peterburuq universitetində oxumaq üçün məqsədli aspiranturaya göndərilir.
Bir müddətdən sonra onun ixtisası və bacarığı nəzərə alınaraq sabiq SSRİ Müdafiə Nazirliyinin kadrlar üzrə baş idarəsi tərəfindən xarici tələblərlə işləmək üçün fars dili tərcüməçisi kimi hərbi xidmətə çağırılır. Hərbi xidmətini başa vurduqdan sonra 1971-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında olan Baş Arxiv İdarəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1972-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Xarici dillər kafedrasına müsabiqə yolu ilə müəllim vəzifəsinə seçilir. 1984-cü ildə Tibilisi Dövlət Universitetinin ixtisaslaşmış Elmi Şurasında İran və türk ixtisasları üzrə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri üzrə alimlik dərəcəsi alır. M.M.Əsgərovun fars, azərbaycan dilləri ilə yanaşı rus dilini mükəmməl bildiyini, bu dildə elmi məqalələri və dərs vəsaitləri olduğunu nəzərə alaraq Azərbaycan Pedoqoji Universitetinin rektorunun göstərişi ilə rus dili kafedrasına keçirilir və burada filologiya elmi şurasının qərarı ilə dosent vəzifəsinə seçilir. 1992-ci ildən 1996-cı ilədək Azərbaycan Respublikası Prezident Aparatı yanında Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasında məsul vəzifələrdə çalışmışdır. Müxtəlif sahələrdə çalışmasına baxmayaraq, Məmməd müəllim sevdiyi müəllimlik peşəsindən ayrılmamış, bir çox ali məktəblərdə o cümlədən BDU-da pedoqoji fəaliyyətini dəvam etdirmiş, rus, fars, azərbaycan dillərindən mühazirə oxumuş və praktik məşğələlər aparmışdır. Məmməd müəllim müntəzəm olaraq respublika və ittifaq mətbuatında elmi məqalələrlə çıxış etmişdir. Rusiya, Gürcüstan, Özbəkistan və digər ölkələrdə iranistika və turkologiya üzrə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir, İran və Azərbaycan onomastikasına aid məruzələrlə çıxış etmişdir. Məmməd müəllim 1996-cı ildən Ali Diplomatiya Kollecində Pedoqoji fəaliyyətini dəvam etdirir. Beynəlxalq münasibətlər fakültəsinin dekanıdır. Fakültə Elmi Şurasına rəhbərlik edir. 2005-ci ildə elmi pedoqoji fəaliyyəti nəzərə alınaraq ADK-nın Elmi Şurası tərəfindən ona professor adı verilmişdir.
Əjdərov Hüseyn Qədim oğlu
İqtisadçı alim Əjdərov Hüseyn Qədim oğlu 1933-cü ilin mart ayının 15-də Gədəbəy rayonunun Poladlı sovetliyinin Kəlaman kəndində anadan olmuşdur. 1951-ci ildə M.Fizuli adına Böyük Qaramurad kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1951-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutunun ticarətin-iqtisadiyyatı fakültəsinə daxil olmuşdur. 1956-cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra Azərbaycan Respublikası ticarət Nazirliyinin göndərişi ilə 26 Bakı komissarı adına rayonda (indiki Səbail rayonunda) iqtisadçı vəzifəsində çalışmışdır. 1958-ci ildə Azərbaycan KPBK yanındakı Marksizim-Leninizm Universitetini bitrmişdir. 1965-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1969-cu ildə dövlət ticarətinin maddi-texniki bazası və onun daha da inkişaf etdirilməsi yolları barədə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, iqtisad elmləri namizədi alimlik elmi dərəcəsi almışdır.
1969-cu ildə Azərbaycan Respublikası dövlət plan komitəsinin nəzdində olan elmi tədqiqat iqtisadiyyat institutunda elmi işçi vəzifəsində çalışmış və şöbə rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1972-ci ildən 1984-cü ilə qədər SSRİ-nin Ticarət Nazirliyinin Ümumittifaq elmi tədqiqat institutunun Bakı filialında şöbə rəisi, direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1976-cı ildə SSRİ Nazirlər Kabinetinin ali attestasiya komisyasının qərarı ilə Əjdərov Hüseyn Qədim oğluna baş elmi işçi (dosent) elmi rütbəsi verilmişdir. Əjdərov Hüseyn Qədim oğlu iqtisadiyyatın çox sahəli problemlərinə həsr olunmuş yüzə qədər elmi əsərin, 5-dən çox səmərələşdirici təklifin, 6 tədris və elmi metodik tövsiyənin, 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 200-ə qədər diplom işi, 6 namizədlik dissertasiyası müdafiə edilmişdir. Türkmənistanda, Özbəkistanda, Ukraynada, Qazxıstanda, Gürcüstanda, Belarusiyada, Pribaltikada, Rusiyada, elmi konfranslarda məruzələrlə çıxış edərək Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Uqtisadi sahədə göstərdiyi xidmətlərə görə əməkdar iqtisadçı fəxri adına layiq görülmüşdür. 1983-ci ildə doktorluq dissertasiya işi müzakirə edilərək, elmi şuranın iclasından keçmişdir, lakin ağır xəstəliyi ilə əlaqədar işi tam başa çatdıra bilməmiş, 1984-cü ildə vəfat etmişdir.
Əjdərov Təhmasib Hüseyn oğlu
Əsli Gədəbəy rayonundan olan Təhmasib Hüseyn oğlu Əjdərov Bakıda ziyalı ailəsində anadan olmuşdur. Hərbi partiya məktəbini, Azərbaycan Dövlət İqtisad Universitetinin (keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təssəfrrüfat İnstitutu) Maliyyə-kredit, Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirərək, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnmişdir. Əmək fəaliyyətinə fəhlə kimi başlamış, sonralar komsosol hüquq-mühafizə və maliyyə orqanlarında müxtəlif vəzifəlrdə çalışmışdır. Azərbaycanda vergi xidməti Maliyyə Nazirliyinin tərkibindən ayrıldıqdan sonra Baş Dövlət Vergi inspeksiyasında hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bir müddət sonra isə Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə Baş Dövlət Vergi müfəttişliyinin rəis müavini təyin edilmiş və uzun illər həmin vəzifədə çalışmışdır. Bu vəzifədə çalışdığı zaman birinci dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri (vergi generalı) rütbəsinə qədər yüksəlmişdir. Fransa, Almaniya, Avstriya və Türkiyədə vergi üzrə beynəlxalq ixtisasartırma kursalarını müvəfəqiyyətlə bitirərək, həmin ölkələrin sertifikatlarını almışdır. 1996-cı ildə İqtisadiyyat İnstitutunun asperanturasını əla qiymətlərlə bitirərək namizidlik dissertasiyasını müvəfəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 1997-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova İqtisad Elmləri namizədi Alimlik dərəcəsi verilmişdir. Azərbaycanda vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi prblemləri üzrə ilk tədqiqatçı alimdir. 2000-ci ildə elmi yaradıcılıq fəaliyyəti ilə əlaqədar Ukraynanın Kiyev şəhərinə getmişdir. Orada doktoranturanı bitirdikdən sonra vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri mövzusunda yazılmış Maliyyə, pul tədavülü və kredit ixtisası üzrə doktorluq dissertasiya işini müvəfiqiyyətlə müdafiə etmişdir. Ukrayna ali attestasiya komissiyasının 2002-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova iqtisad elmləri doktoru elmi dərəcəsi verilmişdir. İctimai və hüquqi məsələlərə dair çoxsaylı monoqrafiya və məqalələr müəllifidir. Təhmasib Hüseyn oğlu Əjdərovun elmi əsərləri Azərbaycanda, Rusiyada, Ukraynada, Belarusiyada, Qazaxıstanda, Özbəkistanda, İranda, və Türkiyədə nəşr edilmişdir. 15 elmi monoqrafiyanın, 10 broşğranın, 50-ə yaxın elmi məqalənin, bir sıra təlimat-instruksiya və qanun lahiyələrinin müəllifidir. Hazırda hüquq və iqtisadiyyat sahəsində elmi araşdırmalarını davam etdirir.
Fərzəliyev Islam Allahverdi oğlu
Fərzəliyev İslam Allahverdi oğlu 1920-ci il 28 apreldə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. 1936-cı ildə Kirovabad İndustrial politexnikumuna daxil olmuş və 1938-ci ildə ekstriant imtahan verib orta təhsil attestatı almışdır. Həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuşdur. 1942-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib Aqstafa rayonuna baş baytar həkim vəzifəsinə göndərilmişdir. 1942-ci ilin oktyabr ayından 1948-ci ilin iyununa qədər Tovuz rayonunda Mərkəzi baytarlıq müalicəxana müdiri, epizootik həkim vəzifəsində işləmişdir. 1948-ci ilin iyun ayından 1949-cu ilin iyun ayına qədər Zaqatala rayonlar arası baytarlıq laboratoriyasında direktor vəzifəsində çalışmışdır.
1949-cu ilin iyun ayından 1953-cü ilin sentyabrınadək Qazax rayonlar arası baytarlıq bakterioloji laboratoriyasında direktor vəzifəsində işləmişdir. İstehsalatda işlədiyi müddətdə artıq 14 məqaləsi dərc olunmuşdur. 1952-ci ildə müvəffəqiyyətlə imtahan verərək AKTİ-nin mikrobiologiya kafedrasının aspirantı olmuşdur. Sonra isə aspirantı olduğu kafedrada assistent və dosent vəzifələrində işləmişdir. 1958-1959-cu illərdə Bakı şəhərində ABETİ-a elm üzrə direktor müavini, 1959-1970-ci illərdə ABETİ-nin quşların yolxucu xəstəlikləri şöbəsinin müdiri, 1970-ci ildən ömrünün axırına dək ABETİ-a elm üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1955-ci ildə baytarlıq elmlər namizədi, 1957-ci ildə dosent, 1967-ci ildə baytarlaq elmləri doktoru, 1969-cu ildə mikrobiologiya üzrə professor elmi adlarına layiq görülmüşdür.
1975-ci ildə Moskva şəhərində K.A.Timiryazyev adına Akademiyanın nəzdində olan rəhbər kadrların ixtisas artırma kurslarını «Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili» ixtisası üzrə bitirmişdir. İ.A.Fərzəliyev elmi fəaliyyət göstərdiyi müddət ərzində öyrəndiyi nexrobatsilyoz, «şilbənd», «çiçək», bir sıra bakterioloji və virusoloji xəstəliklər haqqında məqalələr yazmışdır. Alim həmişə yeni xəstəliklərin tapılması və tədqiqatı ilə məşDul olmuş və respublikada bir sıra yolxucu heyvan xəstəliklərini ilk dəfə müəyyən etmişdir. Onlardan atların fassielyozunu, balıqların nexrobatsilyozunu, diplokokkunu, quzuların infeksion poliartritini, davarların kontagiozlu ektimasını, qaramalın rikketsioz keratokonyuktivitini, camışların və quşların çiçəyini, çoşqaların viruslu pinevmoniyasını və s. göstərmək olar. İ.fərzəliyev 65 monoqrafiyanın müəllifidir və öz tədqiqatlarının nəticəsinə aid Ümumittifaq və beynəlxalq mikrobiologiya və virusologiya konfrans və simpoziumlarda məruzələr etmişdir. Onun praktiki təkliflərinin bir çoxu böyük istehsalat əhəmiyyətinə malik olduğuna görə, ölkə əhəmiyyəti daşıyan təlimatlara, Baytarlıq qanunları kitabına və s. nəşriyyat vasitələrinə daxil edilmişdir. O, ölkədə geniş şöhrət qazanmış və quşçuluq təsərrüfatlarında geniş tətbiq olunan çiçək xəstəliyinə qarşı işlənən vaksinin əsas müəlliflərindən biridir. Bu vaksinə görə İ.fərzəliyev müəlliflik şəhadətnaməsi almışdır.
Respublikanın heyvandarlıq təsərrüfatlarnda baytarlıq elmindəki yeniliklərin təbliğinə görə İ.fərzəliyev 3 dəfə ümumittifaq və 3 dəfə isə respublika «Bilik» cəmiyyətinin təşəkkürləri ilə, 1978-ci ilin 28 dekabrında isə baytarlıq elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
Hacıyeva Maarifə Hüseyn qızı
Atalar yaxşı deyib ki, «Aslanın erkəyi, dişisi olmaz». Qız var ki 100 oğula bərabərdir. Gədəbəylilər arasında da belə xanımlarımız çoxdur. Onlardan biri də Hacıyeva Maarifə Hüseyn qızıdır. Hacıyeva Maarifə Hüseyn qızı 1938-ci ilin noyabr ayında Azərbaycanın Gədəbəy şəhərində anadan olmuşdur. Orta məktəbi də əla qiymətlərlə burada qurtarmışdır. О, 1953-cü ildə Xanlar rayonundakı pedaqoji texnikuma qəbul olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə sənədlərini Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə vermiş və imtahanlardan əla qiymətlər alaraq oraya qəbul olmuşdur. 1962-ci ildə Pedaqoji İnstitutu da fərqlənmə diplomu ilə bitirmişdir. İlk əmək fəaliyyətinə də həmin ildən başlamışdır. Çətin olsa da 1964-cü ilə qədər lal və kakrlar üçün fəaliyyət göstərən internat məktəbinin müəllimi olmuşdur M.Hacıyeva 1964-cü ildə Azərbaycan Dövlət Universitetinə işə düzəlmiş və burada da qiyabi aspiranturaya daxil olmuşdur. 1968-ci ildən isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Azərbaycan dili kafedrasında işə düzəlmişdir. Burada laborantlıqdan başlayaraq professorluğa qədər böyük bir həyat yolu keçmişdir. Özünün savadı və zəhmətsevərliyi ilə fərqlənmişdir. Elə bu keyfiyyətlərin nəticəsi olaraq 1970-ci ildə namizədlik dissertasiyası, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri doktoru Maarifə Hacıyeva işlədiyi kafedranın ən nüfuzlu professorlarından biri olmuşdur.m Professor Maarifə Hacıyeva 18 kitab yazmış, dərc etdirmişdir. Bunlar əsasən dərsliklərdən və monoqrafiyalardan ibarətdir. Eyni zamanda 160-a yaxın elmi məqalənin müəllifidir. ОNUN «XX əsr Azərbaycan ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı terminləri sözlüyü», «Müdriklik çeşməsi», «Folklor və müasir poetik proses», «Türk dünyası və qardaş ölkələr ədəbiyyatı», «Azərbaycan ədəbiyyatından praktikum», «Gizli çiçək», «İllərdən qalan», «Azərbaycan folklor və etnoqrafiya terminləri sözlüyü», «Örnəklərlə folklor, xalq ədəbiyyatı və təkkə ədəbiyyatı sözlüyü», «Ədəbi düşüncələr», «Türk aşıqları» kimi kitabları oxucuların rəğbətini qazanmışdır. M.Hacıyeva bir çox elmi metodiki konfranslarda və 15-ə yaxın beynəlxalq simpozium və konfranslarda çıxışlar etmişdir. Demək olar ki bütün məruzələri çap olunmuşdur. M.Hacıyeva 1999-2002-ci illərdə özünün əsas iş yeri ilə paralel olaraq Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin dekanı vəzifəsində də işləmişdir. Televiziya kanallarında maraqlı çıxışları olmuş, haqqında məqalələr yazılmışdır. 1992-1998-ci illərdə Türkiyənin Ondokuz Mayis Universitetinin professoru olmuşdur. O, Türkiyədə işlədiyi müddət ərzində Azərbaycana xeyli humanitar yardımlar gətirərək Səhiyyə Nazirliyinə təhvil vermişdir. Türkiyədəki Qadınlar cəmiyyətinin vasitəçiliyi ilə Türkiyə televiziya kanallarında Ermənistanınn təcavüzünü və Azərbaycan reallıqlarını əks etdirən çıxışlar etmişdir. M.Hacıyeva 1998-ci ildə yenidən Vətənə qayıtmış və Azərbaycan Dövlət İqtisad Universitetində professorluq fəaliyyətini davam etdirməyə başlamışdır. Bir neçə elmlər namizədi yetişdirmiş və bir neçə doktor və namizədin elmi opponenti olmuşdur. O, yaxşı işinə görə Azərbaycan Respublikasının 12 iyun 2002-ci il tarixli fərmanıyla «tərəqqi» medalı ilə təltif olunmuşdur.
Hacıyev Fərhad Ibrahim oğlu
Hacıyev Fərhad İbrahim oğlu 1934-cü ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra 1952-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirərək fizika ixtisasına yiyələnib. 1956-cı ildə ali təhsilini başa vuraraq öz doğma kəndlərində fizika fənnini tədris edib. F.Hacıyev kənd müəllimi kmi çalışmasına baxmayaraq elmi yaradıcılığa böyük maraq göstərərək fizikanın tədrisi metodikası üzərində tədqiqat işi apararaq bu sahə üzrə 1982-ci ildə elmlər namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
F.Hacıyev 1978-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. 1981-ci ildə Azərbaycan Respublikasının «Əməkdar müəllimi» fəxri adına layiq görülüb. 1986-cı ildə «Şərəf nişanı» ordeni ilə təltif edilib.
1981-ci ildə yerin maqnit sahəsini öyrənmək üçün yeni cihaz ixtira edib, keçmiş SSRİ-nin ixtiraçılar cəmiyyəti tərfindən müəlliflik şəhadətnaməsinə və mükafata layiq görülüb. 1997-ci ildən 2001 -ci ilə qədər Gədəbəy rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, dünyanın məşhur şəxsiyyətlərinin həyat və yaradıcılığından bəhs edən iki cildlik kitabın müəllifidir.

Hacıyev Vahid Camal oğlu
Hacıyev Vahid Camal oğlu 1951-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirərək Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə qəbul olmuşdur. 1973-cü ildə həmin institutu bitirərək ÜETTİ-də mühəndis, baş mühəndis, elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir. V.Hacıyev 1983-cü ildə aspiranturaya daxil olmuş, 1986-cı ildə namizədlik dissertasiyası müdafiə etmişdir. O, elmi tədqiqatçılıq fəaliyyətini davam etdirmiş və 2002-ci ildə texniki elmlər doktoru alimlik dərəcəsi almışdır.
V.Hacıyev 1992-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində yaradılan «Neftqazma» Azərbaycan Səhmdar Cəmiyyətinin direktoru təyin edilmişdir. 1995-ci ilədək bu vəzifəni icra etmişdir. Onun istehsalatdakı fəaliyyətinin nəticələri beynəlxaq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Məsələn, 2002-ci ilin noybrında İspanyanın Madrid şəhərində yerləşən «Ticarət liderləri klubu» tərəfindən beynəlxalq qızıl mükafata, həmin ilin dekabrında isə Kiyev şərənidəki Beynəlxalq Kadr Akademiyası tərəfindən Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafındakı fəaliyyətinə görə «Səmərəli idarəetməyə görə» qızıl medalına layiq görülmüşdür. V.Hacıyev 2003-cü ildən 2005-ci ilədək «Neftqazma» Azərbaycan Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri olmuşdur. O, 2003-cü ildən ASC-nin baş direktoru vəzifəsində çalışır. V.Hacıyev 100-dən çox elmi məqalənin, 5 sənaye əhəmiyyətli ixtiranın müəllifi olmuşdur.
Hacıyev Hikmət Fərrux oğlu
Hacıyev Hikmət Fərrux oğlu 1956-cı ildə Gədəbəy rayonu «Düz Rəsullu» kəndində ziyalı ailəsində anadan olmuşdur. 1963-1973-cü illərdə Gədəbəy şəhər orta məktəbində oxumuş və həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1979-cu ildə «Fizika» fakültəsinin «Atom molekullarının kvant mexanikası» ixtisasını bitirmişdir. 1979-1983-ci illərdə Abşeron rayonu 1 saylı orta məktəbdə fizika müəllimi işləmiş, 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Fizika» kafedrasında laborant kimi işə başlamış, assistent, dosent vəzifələrinə qədər yüksəlmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin hazırlıq fakültəsinin dekanı, fizika-riyaziyyat təmayüllü litseyin direktoru vəzifələrində çalışır. 1995-ci ildə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda «Dəmir, manqan, evropium aşqar atomlarının deffektli Ga2Se3, Ga2S3 kristalları ilə qarşılıqlı təsiri» mövzusunda dissertasiya işi müdafiə etmişdir. 30 elmi əsərin, dərs vəsaitinin, bir neçə metodik göstərişin müəllifidir.

Hacıyev Fərrux Rəhim oğlu
Hacıyev Fərrux Rəhim oğlu 1930-cu il may ayının 1-də Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Pedoqoji Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Gədəbəy rayonunun Çayrəsullu kəndində müəllim, tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Azərbaycan Pedoqoji Universitetinin aspiranturasına daxil olmuş və 1966-cı ildə «Heterotsiklik aminnospirtlərin və onların törəmələrinin alkoksimetil efirlərinin sintezi və tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, elmi işini Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akdemiyasının) Neft-Kimya Prosesləri institutunun bioloji aktiv birləşmələrinin sintezi laboratoriyasında yerinə yetirmişdir. Fərrux Hacıyevin dissertasiyasının müdafiəsi Elmlər Akdemiyasının Neft-Kimya Prosesləri İnstitutunun elmi şurasında müdafiə olunmuşdur. Tədqiqatçının 100-dən artıq yeni birləşmələr və maddələri əhatə edən məqalələri dərc olunmuşdur. Onun akademik Vahab Səfərov, akademiyanının müxbir üzvü Sahib Əliyevlə apardığı birgə elmi işləri SSRİ məkanında müxtəlif sahələrə tətbiq olunmuşdur. Fərrux müəllim uzun müddət institutun nəzarət komitəsinin sədri vəzifəsində işləmişdir. Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür. 2000-ci ilin noyabrın 5-də dünyasını dəyişib.
Hadıyev Yusif Cahangir oğlu
Hadıyev Yusif Cahangir oğlu 1957-ci il yanvar ayının 22-də anadan olmuşdur. 1973-cü ildə Gədəbəy rayonunun Novosaratovka kənd orta məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-1980-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1981-1984-cü illərdə Coğrafiya İnstitutunun əyani aspiranturasinda təhsilini davam etdirmiş, nimizədlik dissertasiyası müdafiə edərək, coğrafiya elmləri namizədi alimlik dərəcəsi almDşdır. 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya institutunda işləyir. Hal-hazırda institutun aparıcı elmi işçisidir. İqlimin nəzəriyyəsi və modelləşməsi, iqlimin proqnozu, atmosfer fizikası və s. problemlərlə məşğul olur. 40-dan artıq elmi məqalənin və xəritənin müəllifidir. Bir neçə elmi əsəri Finlandiyada, Almaniyada, Rusiyada və Gürcüstanda çap olunmuşdur. Coğrafiya institutunda yerinə yetirilən 10-dan çox işi icra etmiş o cümlədən «Son 2000-ci ildə Azərbaycan ərazisində iqlimin dəyişmələri və tərəddüdləri», «İqlimin regionol dəyişməsi üzrə mövcud modellərin Azərbaycan şəraitində tətbiqi» adlı elmi hesabatların əsas icraçılarından biri olmuşdur. Elmi tədqiqatlarında respublika ərazisində müasir iqlim dəyişmələri ilə atmosfer dövranı tərəddüdləri, günəş aktivliyinin dəyişməsi və Xəzər dənizinin səviyyəsinin tərəddüdləri arasında əlaqələr aşkar etmişdir və bu əlaqələrin riyazi şərhini vermişdir. Y.C.Hadıyevin iştirakı ilə iqlim şöbəsində hazırlanan iqlimin proqnozunun fiziki statistik modeli əsasında, yaxın 50 il üçün əsas iqlim elementlərinin dəyişilmələrinin ssenarisi hazırlanmışdır. 1998-2005-ci illərdə bir neçə elmi layihələrin, o cümlədən BMT-nin iqlim dəyişmələrinə dair Çərçivə konvensiyası üzrə Birinci Milli Hesabatın hazırlanmasında ekspert kimi iştirak etmişdir.
Haqverdiyev Telman Şaban oğlu
Haqverdiyev Telman Şaban oğlu 1945-ci il sentyabr аушп 13-də Gədəbəy rayonun Söyüdlü kəndində anadan olub. 1961-ci ildə Söyüdlü kənd orta məktəbini bitirib. 1961-1963-cü illərdə Bakıda müxtəlif sahələrdə işləyib. 1963-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsinə daxil olub. 1967-ci ildə unversiteti bitirərək M.Əzizbəyov adına Äzərbaycan Neft və Kimya institutunda klub müdiri vəzifəsinə düzəlib. 1968-1974-cü illərdə Qobustan Dövlət Tarixi-Bədii Qoruq muzeyində baş elmi işçi və elmi katib vəzifəsində çalışıb. Gədəbəydə olan bir çox qədim abidələr haqqında məqalələr yazıb. Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna kiçik elmi işçi düzəlib. Azərbaycan Neft və Kimya İnstitutunun fəlsəfə kafedrasında saat hesabı müəllim işləyib. 1978-1982-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində rektor köməkçisi işləyib. 1982-ci ildə çalışdığı universitetin mədəni-maarif kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət Universitetində mğdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-1995-ci illərdə Mədəniyət və İncəsənət Universitetinin mədəniyyət və muzey işi kafedrasının müdiri, 1996-1998-ci illərdə «Sənətşünaslıq» fakültəsinin dekanı işləyib. Hazırda Azərbaycan Müəllimlər İnstitutunun ictimai elmlər kafedrasının dosenti və ixtisasartırma və yenidən hazırlanma fakültəsinin dekanıdır. «Abidələr tarixin sirdaşıdır», «İslam və müasir burjua ideologiyası», (müştərək), «Daşların hekayəti», «Bədii-kütləvi işin təşkili və metodikası» (dərslik), «Gədəbəy-ulu yurdun yaddaşı» və «Gədəbəy həqiqətləri adlı kitabları nəşr olunubdur.
Haqverdiyev Həbib Həmzə oğlu
Gədəbəy rayonunda onu tanımayan yox idi. O, təkcə cərrah həkim kimi yox, həm də xeyirxah bir insan kimi hörmət qazanmışdı. Zaman keçdikcə bütün Azərbaycanda məhşur cərrah kimi şöhrətlənmişdi. Dərdinin ağrılarından üzülən gədəbəylilər onu arayıb tapır, bu böyük loğmandan əlac istəyirdilər. Bütün Gədəbəy elinə şöhrət gətirən bu unudulmaz insan Haqverdiyev Həbib Həmzə oğlu idi. Haqverdiyev. H.H. 1926-cı ildə Gədəbəy rayonunun Çaldaş kəndində anadan olmuşdur. Orta təhsilini isə Gədəbəy qəsəbəsində almışdır. Uzun illər piyada rayon mərkəzinə yol gedib gəlmişdir. Təhsilə olan həvəsi yol yorğunluqlarını ona hiss etdirməmişdir.
İkinci dünya müharibəsi qurtardığı ili, yəni 1945-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun müalicə-proflaktika fakültəsinə daxil olmuşdu. Elə həmin ildə bütün zaldaşlılar həmkəndlilərinin tibb institutuna qəbul olunmasını sevinclə qarşılamışlar. 1949-cu ildə Həbib Haqverdiyev Tibb İnstitutunu bitirərək peşəkar bir cərrah kimi fəaliyyətə başlamışdır. Özü də doğma rayonunun ilk cərrahı olduğundan fəxarət hissi duymuşdur. Az bir müddət ərzində həkim-cərrah kimi Gədəbəy rayonunda şöhrət tapan Həbib Haqverdiyev onu yaxından tanıyan müəllimləri tərDfindən Bakıya təhsil aldığı Tibb institutuna dəvət olunmuşdur. O, 1954-cü ildə müsabiqədən keçərək Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasında klinik ordinaturaya qəbul edilmişdir. Sonrakı illərdə də əsas fəaliyyətini bu kafedraya həsr etmiş, assisent və dosent vəzifələrində çalışmışdır. Eyni zamanda Semaşqa adına xəstəxananın cərrahiyə şöbəsində yüzlərlə insanları ölümün pəncəsindən xilas etmişdir. 1972-ci ildə H.Haqverdiyev «Gədəbəy və Şamxor rayonlarında endemik ur» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Həbib Haqverdiyev Respublikanın əməkdar həkimi kimi fəxri ada layiq görülmüşdür.
Haqverdiyev Oktay Həmzə oğlu
Haqverdiyev Oktay Həmzə oğlu 1928-ci ildə Gədəbəy rayonunun Çaldaş kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək Bakıya gəlmiş və sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. Elə həmin ildə bu nüfuzlu institutun tələbəsi olmuşdur. O.H.Haqverdiyev institutu bitirdikdən sonra 1950-1953-cü illərdə Daşkəsəndə həkim işləmişdir. 1953-1955-ci illərdə Qorki şəhərində hərbi həkim olmuş, 1955-ci ildə isə Bakıya qayıdaraq 27 №-li şəhər xəstəxanasında, sonralar isə Respublika xəstəxanasında, Semaşko adına xəstəxanada, Kasparın xəstəxanasında həkim sənətində çalışıb. 1964-cü ildə «Bakı şəhərinin hava şəraitində yaşlı adamların qanın hemodinamikası və qanda xolestrinin vəziyyəti» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Haqverdiyev O.H. 1982-ci ildə dünyasını dəyişmişdir.
Haqvevdiyeva Tahirə Həbib qızı
Gədəbəy rayonunun Çaldaş kəndinin yetirməsi məşhur cərrahın qızı Haqverdiyeva Tahirə Həbib qızı, 2 may 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1966-cı ildə A.S.Puşkin adına 23 №-li məktəbi qızıl medalla bitirmişdir. Həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə həmin institutu əla qiymətlərlə bitirmişdir.
Tələbə ikən institutun Gənc Alimlər Cəmiyyətinin fəal üzvü olmuşdur, dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. 1972-ci ildən indiyə qədər M.Topçubaşov adına Respublika Elmi Cərrahlıq mərkəzində əvvəl aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildə Moskva şəhərində müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. Müxtəlif dövrlərlə institutun Gənc Alimlər Cəmiyyətinin sədri və elmi katib olmuşdur. Hal-hazırda həmin institutun funksionaldiaqnostika laboratoriyasının rəhbəri vəzifəsində işləyir.
T.H.Haqverdiyeva 80-dən çox elmi əsərin, o cümlədən metodik tövsiyyələr və 1 monoqrafiyanın müəllifidir. Onun elmi axtarışları ankologiyanın ən aktual problemlərinə həsr olunmuşdur. 6 səmərələşdirici təklifin müəllifidir.
Dəfələrlə yaxın xaricdə və Türkiyədə keçirilən beynəlxalq konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişdir. Respublika Patofizioloqlar Elmi Cəmiyyətinin üzvüdür. «Aşağı ətrafların obliterəedici xəstəlikləri zamanı periferik qan dövranın xüsusiyyətləri» adlı doktorluq dissertasiyası müdafiə üçün təqdim etmişdir.
Həsənov Afiq Rəşid oğlu
AMEA – nın müxbir üzvü texnika elmləri doktoru, professor

07 may 1951-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur. 1958÷1968-ci illərdə həmin rayonun İsalı kənd orta məktəbində oxumuş, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1972-ci ildən təhsilini prof. Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitutunda davam etdirmiş və 1974-cü ildə həmin institutu “radiorabitə və radioyayım” ixtisası üzrə bitirmişdir.
Ordu sıralarında xidmətdən sonra, 1975-1984-cü illərdə müxtəlif qapalı və açıq elmi tədqiqat müəssisələrində radioelektron avadanlıqlarının layihələndirilməsi və tətbiqi ilə məşğul olmuş, o cümlədən Rusiya Federasiyasının Pulkovo, Samara, Rostov, Simferopol, Adler və digər hava limanlarında havada hərəkətin idarəsi üçün avtomatlaşdırılmış sistemlərin quraşdırılmasında və istismara verilməsində aktiv iştirak etmişdir.
1984-1993-cü illərdə Azərbaycan Texniki Universitetində baş müəllim, 1993-1996-cı illərdə isə AMEA-nın Fizika institutunda aparıcı elmi işçi vəzifələrində işləmiş, 1993-cü ildə “Akustooptik ləngitmə xətləri və onların rabitə sistemlərində tətbiqi” mövzulu texnika üzrə fəlsəfə doktoru, 2003-cü ildə isə “Fotoelastik mühitlərdə optik və akustik dalğaların qarşılıqlı təsiri. Məlumatın işlənməsinin akustooptik metodları və vasitələri” mövzulu texnika elmləri doktoru dissertasiyalarını müdafiə etmişdir. 1997-ci ildə dosent, 2007-ci ildə isə professor elmi adı almışdır.
2009-cu ildə Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
Elmi tədqiqat işləri əsasən şüşəvari və kristallik fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərinin tədqiqinə və onların radiotexniki məsələlərin həllində tətbiqinə həsr olunmuşdur. Bu sahədə aparılan elmi tədqiqat işləri nəticəsində siqnalların səlis tənzimlənməsini təmin edən bir başa detektorlamalı və heterodin tipli akustooptik ləngitmə xətləri yaradılmış, onların nəzəri əsasları işlənmişdir. Həmin ləngitmə xətləri siqnalların zaman təhriflərinin kompensasiyası, radioşüalanma mənbələrinin geniş zolaqlı monitorinqi, tezlik modulyasiyalı siqnalların izləyici qəbulu və digər məsələlərin həlli üçün istifadə olunmuş, uyğun qurğu və sistemlər yaradılmışdır.
Elmi tədqiqat işlərinin nəticələri 160-dan çox məqalə, tezis (xaricdə 47-dən çox, indeksli jurnallarda 37-dən çox məqalə), preprint (4 ədəd) və monoqrafiyalarda (4 ədəd) nəşr etdirilmiş, təklif olunmuş üsul və qurğulara 12 müəlliflik şəhadətnaməsi və patent alınmışdır.
Elmi məqalələr əsasən Rusiya Federasiyasında nəşr olunan «Радиотехника», «Радиотехника и электроника», «Приборы и системы управления», «Специальная техника», «Альтернативная энергетика и эко¬логия» jurnallarında və Ukraynada nəşr olunan «Радиоэлектроника» jurnalında dərc edilir.
Texnika üzrə beş fəlsəfə doktorunun elmi rəhbəri olmuş, bir nəfər elmlər doktoru iddiaçısının elmi məsləhətçisi və texnika üzrə beş fəlsəfə doktoru iddiaçısının elmi rəhbəridir. Milli Aviasiya Akademiyasının “Radioelektronika” kafedrası yanında məsafədən müşahidə və idarə sistemlərinin yaradılması həyata keçirilən “Radioelektron vasitələrinin işlənməsi və tətbiqi” adlı elmi tədqiqat laboratoriyasına rəhbərlik edir.
1996-cı ildən Milli Aviasiya Akademiyasında “Radioelektronika” kafedrasının müdiri vəzifəsində, 2005-ci ildən isə, həmçinin, elmi işlər üzrə prorektor vəzifəsində çalışır. «Nəqliyyat radioavadanlığının texniki istismarı» ixtisası üzrə mühəndis, bakalavr və magistr hazırlığında aktiv iştirak edir. Üç dərslik, doqquz dərs vəsaiti və dörd metodik vəsaitin müəllifidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmri ilə elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Milli Aviasiya Akademiyasında yaradılmış Dissertasiya şurası sədrinin müavinidir.

Həsənov Ilham Yaqub oğlu
Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbinin yüzlərlə istedadlı yetirmələri olmuşdur. Bu kənddən Azərbaycan Elmləri Akademiyasının müxbir üzvü, onlarla professor, dosent yetişmişdir. Söyüdlünün belə istedadlı övladlarından biri də Həsənov İlham Yaqub oğludur. Həsənov İlham Yaqub oğlu 1959-cu il may ayının 24-də anadan olmuşdur. O, 1966-cı ildə Söyüdlü kənd orta məktəbinə daxil olmuş və 1976-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Məktəbi bitirdiyi il Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və buranı 1980-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır. Onu təyinatla İsmayıllı rayonunun Qalacıq kənd orta məktəbinə göndərmişlər. İ.Həsənov 1981-ci ildə ordu sıralarına çağırılmış, 1983-cü ildə hərbi xidməti borcunu yerinə yetirib yenidən əmək fəaliyyətinə başlamışdır. Elmi yaradıcılığa olan həvəsi onu 1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının A.Bakıxanov adına tarix institutuna gətirib çıxarmış, həmin ildə bu institutun aspirantı olmuşdur.
İ.Həsənov 1989-cu ildə «Azərbaycanda ali – texniki təhsil» (1976-1985-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Bu nailiyyətlə kifayətlənməyərək doktorluq dissertasiyası üzərində işləyərək onu müdafiə şurasına təqdim etmişdir. İ.Həsənovun 40-dan çox elmi məqaləsi dərc edilmişdir. 1 monqrafiyanın müəllifidir. Mətbuat səhifələrində müxtəlif mövzularda elmi-kütləvi məqalələri də çap olunmuşdur. İstedadlı alim İ.Həsənov pedaqoji fəailliyyətdən də aralı düşməmişdir. O, 1992-ci ildən indiyə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şamaxı filialında tarix kafedrasının yarımştat müdiridir. Əsas iş yeri isə AMEA-nın Tarix institutudur. Həmin institutda aparıcı elmi işçi vəzifəsində çalışır.
Həsənov Nurəddin Nəsir oğlu
Həsənov Nurəddin Nəsir oğlu 16 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Şınıx mahalının Zamanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olaraq 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ilk məzunu fəslini başa vurmuş, yüksək ixtisaslı «Əmtəəşünaslıq» peşəsinə yiyələnmişdir. İnstitutu bitirdikdən sonra təyinat bölgüsünə müvafiq olaraq həmin institutuda əvvəlcə «Sənaye malları əmtəəşünaslığı» kafedrasında laboratoriya müdiri və sonra isə assistent vəzifəsində çalışmışdır. 1970-1973-cü illərdə əyani şöbə üzrə Moskva şəhərində Ümumittifaq Elmi-tədqiqat Süni gön və plyonka materialları institutunda aspiranturada təhsilini davam etdirmiş, 1975-ci ildə Moskva Kooperasiya İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında «Süni gön və plyonka materiallarının çirklənməsinin tədqiqi» mövzusunda dissertasiya müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1982-ci ildən «Qeyri-ərzaq malları» kafedrasının dosenti vəzifəsində çalışır. 1980-1987-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Əmtəəşünaslıq» fakültəsinin axşam şöbəsinin dekan müavini vəzifəsində işləmiş, 1990-1994-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialının «Qeyri-ərzaq Malları Əmtəəşünaslığı kafedrasının müdiri və 1994-cü ildən 2000-ci ilə qədər Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun «Qiyabi» fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2000-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin «Texniki və texnoloji ixtisaslar» fakğltDsinin qiyabi şöbəsinin dekanı vəzifəsində çalışır. 100-ə yaxın elmi əsərin, o cümlədən 2 dərsliyin 8 dərs vəsaitinin müəllifidir.
Həsənov Arzu Nəcəf oğlu
Gədəbəy rayonunun Söyüdlü kəndi bir çox görkəmli alimlər yetişdirmişdir. Özünəməxsus, tarixi ənənəsi olan bu kəndin orta məktəbində böyük biliyə və peşəkarlığa malik olan, dövlət tərəfindən zəhmətləri yüksək qiymətləndirilən nüfuzlu müəllimlər dərs demişdir. Bu müəllimlər arasında texnika elmləri namizədi Arzu Həsənovun valideyinləri də vardır. Təbii ki, belə bir mühitdə Arzu Həsənov alim olmaya bilməzdi. Həsənov Arzu Nəcəf oğlu 8 avqust 1965-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. Orta məktəbi müəllim ata və anasının nəzarəti altında Söyüdlü kəndində 1982-ci ildə bitirib, təhsilini davam etdirmək üçün Gəncə Texnologiya İnstutunu seçmişdir. O, müvafiq qiymətlər alaraq 1982-ci ildə Texnologiya İnstitutunun «Yeyinti istehsalının texnologiyası» fakültəsinin tələbəsi olmuşdur. Tələbəlik illərində özünün biliyi və intellektual səviyyəsi ilə müəllimlərin diqqətini özünə cəlb etmişdir. İnstitut tələbə elmi cəmiyyətində də fəallıq göstərmiş, elmi-nəzəri konfranslarda maraqlı çıxışlar etmişdir. Elə buna görə də onun potensialı üzə çıxmış, rektorluq A.Həsənovu institutda saxlamaq qərarı vermişdir. Belə ki, Arzu Həsənov 1991 -ci ildə Azərbaycan Texnologiya İnstitutunun «İaşə, ət və süd məhsullarının texnologiyası» kafedrasına laboratoriya müdiri vəzifəsinə işə qəbul olmuşdur. Arzu Həsənov daima öz üzərində işləmiş, elmi-tədqiqat fəaliyyətindən qalmamışdır. Vaxtilə tələbə kimi əyləşdiyi auditoriyalarda bacarıqlı bir müəllim kimi fəaliyyət göstərmişdir. Arzu Həsənov 1998-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə başa çatdırmış, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda dosent Arzu Həsənov Gəncə şəhərindəki Azərbaycan Texnologiya İnstutunu «İaşən» mhsullarının texnologiyası və turizm» kafedrasının müdiridir. O, 47 elmi, metodik əsərin müəllifidir.
Həsənov Fərrux Dəmir oğlu
Onun uşaqlığı möhtəşəm «Koroğlu» qalasının divarlarD üstündə, ulu şəmkir çayının güllü-çiçəkli sahillərində keçmişdir. Yarpızlı bulaqlardan su içmiş, qayalı dağlardan qürurlu dayanmağı öyrənmişdir. Yaşadıqca Miskinli elinin nüfuzlu şəxsiyyətlərindən birinə çevirilmişdir. Bu şəxsiyyət 1947-ci il iyul ayının 1-də Rüstəm Əliyev kəndində anadan olmuş, Həsənov Fərrux Dəmir oğludur.
Həsənov F. 1965-ci ildə Miskinli kənd orta məktəbini bitirmişdir. Hələ məktəb illərində fizika fənninə böyük maraq göstərmiş, bu elmə aid yeni məsələlər həll etməyi xoşlamışdır. Bu həvəs onu 1966-cı ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna gətirib çıxarmışdır. Həmin ildə o, bu institutun fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə bu fakültəni bitirmiş və hərbi xidmətə çağırılmışdır. 1971-1972-ci illərdə keçmiş Sovetlər ordusunda hərbi xidməti borcunu yerinə yetirmişdir.
Həsənov F. ordudan tərxis olunduqdan sonra Bakı şəhərindəki Əzizbəyov rayonundakı orta məktəblərdən birində fizika müəllimi işləmişdir.
1979-cu ildə isə elmi yaradıcılığa olan maraq onun taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna bağlamışdır. O, burada «Analitik işlər» şöbəsinə böyük mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. F. Həsənov 1985-1986-cı illərdə A.A. Jdanov adına Lenenqrad Dövlət Universitetinin «təbii sərvətlərin səmərəli istifadəsi və ekalogiya» fakültəsinin «rentgen metodu ilə analiz» ixtisasını bitirmişdir.
1990-cı ildə akademik Ş.F.Mehtiyevin rəhbərliyi taltında «Cənubi-Xəzər çökəkliyinin orta pliosen çöküntülərinin kiçik kimyəvi elementlərə görə əmələ gəlmə şəraiti və korrelyasiya» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmlər namizədi adı almışdır. Həsənov F. hal-hazırda AME Akademiyasının Geologiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin Geologiya fakültəsində isə pedaqoji fəaliyyətini davam etdirir. O, 35-dən artıq elmi əsərin müəllifidir.
Həsənov Baxşəli Sarı oğlu
Həsənov Baxşəli Sarı oğlu 1938-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin İsalı kəndində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra xeyli müddət kolxozda işləmiş və nəhayət 1962-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun alman dili Döbəsinə daxil olmuşdur. Təhsil müddətində Lenin təqaüdü ilə oxuyaraq 1967-ci ildə institutu «Qırmızı diplomla» bitirərək həmin ildə alman dili kafedrasında müəllim saxlanılmışdır. 1972-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda xarici dillər üzrə ilk dəfə təşkil edilən aspiranturaya daxil olmuş (istehsalatdan ayrılmaqla) və 1975-ci ildə alman dili ilə türk dilləri arasındakı qarşılıqlı əlaqə probleminə həsr edilmiş «Dildə söz alınması və alınma sözlərin mənimsənilməsi xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Hələ beDinci əsrdə hun və qot tayfalarının Qara dənizin Şimal sahillərində eyni ərazidə məskunlaşdığı dövrdən ta bizim zəmanəmizə qədər alman xalqı ilə türkdilli xalqlar arasında mövcud olan müxtəlif tərzli əlaqələrin nəticəsi kimi alman dilinə daxil olan 435 türk mənşəli leksik vahidin alınma tarixinə, onların alman dilində kəsb etdiyi formal və funksional xüsusiyyətlərinin geniş şərhinə həsr edilən bu dissertasiya işinin yüksək səviyyəli elmi əhəmiyyətini nəzərə alaraq bir çox görkəmli dilçi alimlər, o cümlədən Moskvadan akad. Serebrennikov, Berlindən prof. Q.F.Meyer və başqaları onun rus və alman dillərinə tərcümə olunaraq çap olunmasını tövsiyə etmişlər. B.S.Həsənovun dilçiliyə dair müxtəlif elmi ədəbiyyatlar və dövrü mətbuatda 40-dan artıq elmi məqaləsi və müxtəlif konfrans və simpoziumlarda edilən elmi məruzələrin tezisləri, eləcədə Almaniyada dərc edilən «Zeitsehtift für Phonetik, Sprachşissensehaft und Kommunikaationsforschung» kimi beynəlxalq miqyaslı jurnalda 5 geniş həcmli və dərin məzmunlu elmi məqaləsi çap olunmuşdur. B.S.Həsənov müxtəlif dərsliklərin, dərs vəsaitlərinin, alman dilindən azərbaycancaya tərcümə edilmiş bədii əsərlərin, «Dədə Qorqud Dastanları»nın tədqiqinə həsr edilmiş məqalə və monoqrafiyaların rəyçisi və redaktoru olmuşdur. B.S.Həsənov 1964-cü ildən baDlayaraq Azərbaycandan ADR-ə və AFR-ə göndərilən, eləcə də həmin ölkələrdən Azərbaycana gələn dövlət və hökumət nümayəndə heyətlərinin tərkibində tərcüməçi kimi iDtirak etmiD, həmçinin görkəmli coğrafiyaçı alim akad. H.Əliyevin rəhbərliyi ilə ADR və Azərbaycan coğrafiya cəmiyyətlərinin müxtəlif elmi tədbirlərində və digər görüşlərdə tərcüməçilik etmiş və bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilmişdir. B.S.HDsDnov Azərbaycan Dövlət Dillər İnstitutunda «Alman dilinin leksikalogiyası və üslubiyyatı» kafedrasının müdiri vəzifəsində də çalışmışdır.

Hüseynov Kamal Qəşəm oğlu
Hüseynov Kamal Qəşəm oğlu 1941 -ci il dekabr ayının 10-da Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Rüstəm Əliyev) kəndində dünyaya göz açmışdır. Hələ erkən yaşlarından elmə, təhsilə böyük həvəsi və marağı olan Kamal Qəşəm oğlu 7 yaşından Böyük Qarabulaq 7-illik natamam orta məktəbinə getmişdir. Orta təhsilini isə Miskinli məktəbində bitirmişdir. Qəşəm kişi 8 övlad böyüdürdü. Körpəlikdən ailənin bu ağır vəziyyətini dərk edən Kamal məcburiyyət qarşısında qalaraq ailənin və evin qayğılarının bir hissəsini öz üzərinə götürürdü. Ailəyə kömək məqsədi ilə orta məktəbdə təhsilini davam etməklə yanaşı, fiziki işlə məşğul olurdu. O, orta məktəbi bitirdikdən sonra iki il fəhlə işləmişdir. Təhsilini davam etdirmək üçün indiki Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakültəsinə daxil olmuş, 1966-cı ildə oranı bitirmişdir. Kamal Hüseynov ali məktəbi bitirdikdən sonra Gədəbəydə işləməyi qərara alır. 6 il rayon Komsomol Komitəsində məktəbli gənclər şöbəsinin müdiri işləyir. Kamal Hüseynov 1972-ci ilin noyabrında elmi işlə məşğul olmaq qərarına gəldi. Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başladı. Beləliklə də, o, həyatında yeni bir dövrə qədəm qoydu. K.Hüseynov Bakı Dövlət Universitetində aspiranturaya qəbul olunur və bir neçə ildən sonra fəlsəfə elmləri namizədi elmi dərəcəsi alır. Kamal Qəşəm oğlu 1988-ci ildə dosent vəzifəsinə seçilmişdir. Onlarca elmi əsəri və məqaləsi jurnal və qəzetlərdə çap olunmuşdur.
Hüseynov Akif Rza oğlu
Hüseynov Akif Rza oğlu 1944-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. O, 1962-ci ildə Qaramurad kənd orta məktəbini bitirərək Mirzə Fətəli Axundov adına Xarici Dillər İnstitutuna daxil olmuşdur. Lakin ikinci kursda hərbi xidmətə çağrılmışdır. 1966-cı ildə hərbi xidmətdən tərxis olunaraq təhsilini yenidən davam etdirmiş, 1970-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurduğuna görə institutda saxlanılmışdır. A.R. Hüseynov 1980-ci ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetində “İngilis, Azərbaycan və rus dillərində müəyyənlik kateqoriyasının kontekstual təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-1999-cu illərdə fəaliyyət göstərdiyi institutda kafedra müdiri vəzifəsində çalışmışdır. Dosent A.R.Hüseynov 30-dan çox elmi məqalənin və proqramın müəllifidir. İki elmlər namizədi yetişdirmiş, 4 namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur. Hal-həzırda Azərbaycan Dillər Universitetinin ingilis dilinin qramatikası kafedrasında dosent vəzifəsində çalışır.

Hüseynov Emin Bəhram oğlu
Hüseynov Emin Bəhram oğlu 1935-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1952-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gələrək Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Hüseynov E.B. 1958-ci ildə Tibb İnstitutunu bitirərək həkimlik fəaliyyətinə başlamışdır. O, müxtəlif tibb mğəssisələrində çalışmış, eyni zamanda elmi yaradıcılıq fəaliyyətini də davam etdirmişdir.
1962-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almış və həkim olmaqla yanaşı müəllimlik bacarığını da nümayiş etdirə bilmişdir. Belə ki, o 1967-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Gigiyena kafedrasına əvvəl assistent vəzifəsinə qəbul olunmuş, sonra isə həmin kafedranın dosenti seçilmişdir. Hüseynov E.B. 60-dan çox elmi məqalənin müəllifidir, 2 dərslik yazmış və çap etdirmişdir. Bir çox dərsliyin elmi redaktorudur.
Hüseynov Vahid Qəşəm oğlu
Hələ XIX əsrin ortalarında dağ-mədən sənayesi üzrə Azərbaycanın inkişaf etmiş ərazilərindən biri olan Gədəbəy Sovet dövründə əsasən alimləri ilə tanınmağa başlandı. Gədəbəy qəsəbəsinin özündə də Nürəddin Rzayev, Həmid İmanov və başqa bu kimi tanınmış alimlər yetişdi. Bu ənənə qırılmadan həmişə davam etdi və Vahid Hüseynov kimi gənc alimlər də bu ənənənin davamçısı oldu.
Hüsynov Vahid QəDəm oğlu 1958-ci ilin avqust ayının 11-də Gədəbəy Dəhərində anadan olmuşdur. 1964-cü ildə o, Gədəbəy qəsəbə orta məktəbinə daxil olsa da sonralar Şəmkir şəhərinə köçərək burada 4 saylı orta məktəbi bitirmişdir. 1974-cü ildə orta məktəbi bitirən kimi sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-proflaktika fakültəsinə vermiş və oraya qəbul olmuşdur. 1980-ci ildə Tibb institutunu bitirdikdən sonra bir il internatura keçmiş və həkim işləmək üçün Şamaxı rayon mərkəzi xəstəxanasına göndərilmişdir. V.Hüseynov burada əvvəlcə təcili yardım şöbəsində işləmiş, sonra isə Göylər kənd Sahə xəstəxanasına baş həkim təyin edilmişdir. 1986-1988-ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun Daxili xəstəliklər kafedrasında kliniki ordinatura kursu keçmiş, həm də bu müddət ərzində elmi yaradıcılıqla da məşğul olmuşdur. 1989-cu ildə həmin institutda əyani aspiranturaya girmiş və 1991 -ci ilin sonunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, vaxtından əvvəl dissertasiyanı bitirib müdafiə etdiyinə görə Səhiyyə Nazirinin əmri ilə Daxili xəstəliklər kafedrasına assistent təyin edilmişdir. Elə həmin ildən ali dərəcəli həkimdir. 18-ə yaxın çap olunmuş elmi məqalənin və bir metodiki vəsaitin müəllifidir.

Hüseynov Zakir İsa oğlu
Gədəbəy rayonunun hər kəndində maarifçiliyin inkişafına xüsusi xidmət göstərən qabaqcıl ziyalılar olmuşdur. Bu ziyalılar arasında əməkdar müəllim, xidmətlərinə görə bir çox orden və medallarla təltif olunmuş İsa Hüseynovun böyük əməyi vardır. Onun övladları respublikanın tanınmış alimləri və pedoqoqlarıdır. Qumlu kəndinin sakinləri həmişə özlərinin həmkəndliləri ilə fəxr etmişlər. Zakir Hüseynov da özünün elmi-intelektual səviyyəsinə görə fəxarət hissi doğuran alimlərimizdən biridir. Hüseynov Zakir İsa oğlu 1935-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1954-cü ildə N.K.Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbini əla qiymətlərlə bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Burada oxuduğu müddət ərzində əlaçı olduğuna görə Stalin təqaüdü almışdır.1959-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Z.Hüseynov elə universiteti bitirdiyi il sənədlərini Voronej Dövlət Universitetinin aspiranturasına vermiş və qəbul olunmuşdur. Öz biliyi və qabiliyyəti ilə rus alimlərini heyrətə salmış, diferensial tənliklər nəzəriyyəsinin ən yeni sahəsi üzrə vaxtından əvvəl fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir. 1967-ci ildən Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində dosent vəzifəsində çalışır. Dekan müavini və başqa ictimai vəzifələrdə də olmuş, universitet kollektivinin böyük nüfuzunu qazanmışdır. İşlədiyi dövrdə 35-dən çox əsərin müllifi olmuşdur. Onun məqalələri bir çox ölkələrdə dərc edilmişdir. Riyaziyyatdan 435 səhifəlik müsabiqə məsələlərinə aid kitabı nəşr olunmuşdur (müştərək).
Hüseynov Seyfəddin Kamal oğlu
Hüseynov Seyfəddin Kamal oğlu 1935-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1953-cü ildə Bakı şəhərindəki Azərbaycan Dövlət Sənaye İnstitutuna daxil olmuş və 1958-ci ildə isə həmin institutu əla qiymətlərlə bitirmişdir. S.Hüseynovun elmi yaradıcılığa olan marağı onu alimlik zirvəsinə də yüksəltmişdir. Belə ki, 1961 -ci ildə aspiranturaya qəbul olmuş, 1965-ci ildə isə Moskva şəhərində kandidatlıq dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun dosenti vəzifəsinə seçilmişdir. S.Hüseynovun istedad və bacarığı hakimiyyətin də diqqətini özünə cəlb etmiş, maşın mexanizmlərinin nəzəri əsaslarını yaxşı bildiyinə görə onu Əlcəzair Respublikasına göndərmək qərarına gəlinmişdir. Bu məqsədlə o fransız dilini öyrənmək üçün Leninqrad Universitetinin nəzdindəki 10 aylıq kursa göndərilmişdir. 1970-ci ildə həmin kursu əla qiymətlərlə başa vurduqdan sonra 1971-ci ildə Əlcəzair Ərəb Respublikasına göndərilmişdir. O, bir müddət Əlcəzairdə işlədikdən sonra yenidən doğma institutuna qayıtmış və yenidən dosent kimi işləməyə başlamışdır. Ən maraqlısı odur ki, 32 elmi məqaləninin müəllifi olan S.Hüseynovun fransız dilində 5 kitabı çap olunmuşdur.
Hüseynov Qəmət Sarı oğlu
Hüseynov Qəmət Sarı oğlu 1947-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1965-ci ildə indiki Neft Akademiyasının geoloji kəşfiyyat fakültəsinin axşam şöbəsinə qəbul olunub. О, 1967-ci ildə Mərkəzi Elmi Tədqiqat Dağ Kəşfiyyatı İnstitutunun Azərbaycan şöbəsində işə düzəlir. Burada baD elmi işçi vəzifəsinə qədər yüksəlir. Q.Hüseynov 1986-cı ildə alimlik dərəcəsi almaq üçün «Kiçik Qafqazın Comxit-Qarabağ struktur formasiya zonasının mis-kolçedan yataqlarının qızıllığı» mövzusunda disertasiya işi yazmağa başlayır. 1989-ci ildə o, həmin mövzuda dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adına layiq görülür. Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi Tədqiqat institutunda laboratoriya müdiri vəzifəsində çalışan Q.Hüseynov 25-ə qədər elmi məqalənin müəllifidir.
Hüseynov Cahangir Hüseyn oğlu
Qəribədir ki, insana xas olan irsiyyət çox zaman peşə seçməkdə də özünü büruzə verir. Xüsusilə övlad valideyinin peşəsindən şərəf duyduqda özünü ona bənzədir, bəzən özünün uşaq oyunları ilə onun peşəsini yamsılayır. Bu yamsılama isə zaman keçdikcə reallığa çevirilir. Uşaq böyüyüb atasının və ya anasının həyat yolu ilə gedir.
Millət vəkili olmuş və hüquq elmləri namizədi Cahangir Hüseynov da uzun illər məhkəmə sədri işləmiş, respublikada tanınmış hüquqşünas atası Hüseyn Hüseynovun peşəsinin şöhrəti işığında formalaşmış, hələ məktəb illərində hüquqşünas olmaq arzusu ilə yaşamışdır. O, atasının apardığı məhkəmə iclaslarında çox iştirak etmiş, atası məhkəmə zalına daxil olarkən hamının ayağa qalxması onu qürürlandırmışdır.
Cahangir Hüseynovun atası Gədəbəy rayonunun Nəriman kəndində anadan olsa da peşəsi ilə bağlı coğrafi məkanını tez-tez dəyişdirməli olmuşdur. Elə bu səbəbədən də Hüseynov Cahangir Hüseyn oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1971-ci ildə orta məktəbi bitirib Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Natariat və VVAQ idarəsində əmək fəaliyyətinə başlamışdır. Bir il əmək təcrübəsi qazandıqdan sonra onun sənədlərini Bakı Dövlət Univerisetinin hüquq fakültəsinə qəbul etmişlər. 1972-ci ildə imtahanlardan əla qiymətlər alaraq hüquq fakültəsinə qəbul olmuşdur. C.Hüseynov 1978-ci ildə Bakı Dövlət Univerisetinin hüquq fakültəsini bitirərək təyinatla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sərəncamına göndərilmişdir. 1978-dən 1983-cü ilə qədər Bakı şəhər Səbail rayonunun Daxili İşlər Şöbəsində müstəntiq vəzifəsində işləmişdir. 1983-cü ildə onun vəzifəsi artırılmış, Əzəzbəyov rayon DİD -nin İstintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1985-ci ildə Moskva şəhərinə gedərək SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə 1987-ci ildə Akademiyanı bitirib Bakıya qayıdan kimi Ağdaş rayon Daxili İşlər Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1992-ci ildən 1993-cü ilə qədər Biləsuvar rayon Polis idarəsinin rəisi olmuşdur. 1993-cü ildə qazandığı təcrübəni baD müəllim işlədiyi Polis Akademiyasında gənclərimizə öyrətməyə başlamışdır.
C.Hüseynov 1993-cü ilin avqust ayından 1996-cı ilə qədər Bakının Abşeron rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1997-ci ildən 2000-ci ilə qədər isə Sabirabad rayon Polis Şöbəsinin rəisi olmuşdur. Respublikanın Ali Sovetinin deputatı seçilmişdir. 2000-ci ildə isə 83 saylı Sabirabad, Saatlı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvu seçilmişdir. Cahangir Hüseynov göstərilən qədər ictimai-siyasi yükün altında olmasına baxmayaraq Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmağa da vaxt tapmış, buranı bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir. Bununla yanaşı Cahangir Hüseynov Moskva Mədəniyyət Universitetini də bitirmişdir. O, Qarabağ döyüşlərində də iştirak etmiş və müharibə veteranıdır.
Həsənov Həsən Məhəmməd oğlu
Həsənov Həsən Məhəmməd oğlu 1941-ci il oktyabr ayının 24-də Azərbaycanın Gədəbəy rayonun Arıqıran kəndində anadan olub. 1950-ci ildə həmin kənddəki 7 illik məktəbin I sinfinə daxil olub. 1958-ci ildə Əli-İsmayıl kənd orta məktəbinin 8-ci sinfinə daxil olub. 1951-ci ildə 10-cu sinfi bitirib. Azərbaycan Neft Kimya İnstitutunun kimya texnologiya fakültəsinin I kursuna daxil olub. 1957-ci ildə həmin institutu əyani qurtarıb, sonra təyinatla Sumqayıt «Üzvi sintez» zavoduna göndərilib.
1969-cu il avqust ayında Azərbaycan Neft Kimya institutunun Sumqayıt filialında əyani olaraq aspiranturaya girib.1976-cı ildə müdafiə edib. «Kimya elmləri namizədi» elmi dərəcə alıb. 1978-ci ildə konkurs üzrə baD elmi işçi keçib. 1989-cu ildən mühəndisləri təkmilləşdirmə institutunda kafedra müdiri işləyib. 1995-ci ildə Azərbaycan EA-nın xüsusi konstrutor bürosunda bölmə müdiri işləyib. Həsən müəllim 4 elmi ixtiranın, 23 patentin 100-dən çox elmi məqalənin müəllifidir.
«Akademik Yusif Məmmədəliyev» kitabının müəllifidir. İxtisası texnoloq olan Həsən Həsənov həm də əkinçilik sahəsində maraqlı axtarışlar aparmış və yüksək nəticələr əldə etmişdir.

Hüseynov Elşən Kamal oğlu
Hüseynov Elşən Kamal oğlu 1972-ci il fevral ayının 2 də Gədəbəy rayonunun Gədəbəy şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1979-cu ildə Binəqədi rayonu 115 saylı orta ümumtəhsil məktəbinin birinci sinfinə getmiş və 1989-cu ildə Dla qiymətlərlə həmin məktəbi bitirmişdir.Elşən Hüseynov daha sonra fəaliyyətini «Tale» Qadın Xeyriyyə Cəmiyyətində hüquqşünas kimi davam etdirmişdir.
1994-cü ildə Elşən Hüseynov bir qrup təhsil işçiləri və tələbələrin iştirakı ilə Təhsil İşçiləri və Tələbələrin Xeyriyyə Fondunu təsis etmişdir. Elşən Hüseynov Pedoqoji Universiteti əla qiymətlərlə bitirərək aspiranturaya daxil olmuş, tarix elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir. Elşən Hüseynov 1995-ci ildə ölkədə dövlət gənclər siyasətini həyatə keçirən Gənclər və İdman Nazirliyində Gənclər təşkilatları ilə iş şöbəsində təlimatçı kimi əmək fəaliyyəti göstərmişdir. Elşən Hüseynov gənclərin ali toplantısı olan I, II və III Forumun təşkilatçılarından və iştirakçılarından biri olmuşdur. Nazirlikdə işlədiyi bu illər ərzində o, elmi fəaliyyətini də durmadan genişləndirmişdir. O, respublika üzrə keçirilən elmi-nəzəri konfranslarda yaxından iştirak etmişdir, məqalələr çap etdirmişdir. 2001-ci ildə Azərbaycan Səfəvilər dövlətinin yaranmasının 500 illiyi ilə Nazirlik tərəfindən keçirilən konfransın təşkilatçılarından biri olmuşdur. O, müxtəlif beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Belə ki, 2004-cü il may ayında 28 may Respublika gününə həsr olunmuş «Dünyada yeni inkişaf meylləri istiqamətində türk dünyası, Azərbaycan və Türkiyə» mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik simpoziumda iştirak və çıxış etmişdir. 1994-cü ildən bu günə kimi Elşən Hüseynov 30-dək elmi məqalə və tezisin, 1 tədris proqramınDn müəllifi, bir neçə proqramın isə elmi redaktoru, metodiki tövsiyələrin tərtibatçısı olmuşdur. O, gənc olmasına baxmayaraq, 2003-cü ildə Naxçıvan Dövlət Universitetində Müdafiə Şurasında rəsmi opponent kimi iştirak etmişdir. Hal-hazırda Elşən Hüseynov Gənclər vD İdman Nazirliyinin Elm və təhsil şöbəsində dövlət qulluğunun kiçik müşaviri, sektor mğdiri vəzifəsində çalışır. O, eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Pedoqoji fəaliyyətlə də məşğuldur.
Hümbətli Oktay Ağəli oğlu
Hümbətli Oktay Ağəli oğlu 23 iyul 1942-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1948-1958-ci illərdə Gədəbəy rayonunun şəhər məktəbində (N.K.Krupskaya adına) əla qiymətlərlə oxumuş, 1958-ci ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1963-cü ildə nəzəri fizika ixtisasını fərqlənmə diplomu ilə bitirməklə AMEA-nın qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir. Kimya İnstitutunda görkəmli Azərbaycan alimi Xudu Məmmədovun rəhbərlik etdiyi «Kristal kimya laboratoriyasında» bir il işlədikdən sonra BDU-da kimyəvi fizika kafedrasında kvant kimyası ixtisası üzrə aspiranturaya daxil olmuD, vaxtından əvvəl tanınmış professor İsrafil Hüseynovun rəhbərliyi altında respublikada kvant kimyasından ilk namizədlik dissertasiyasını müdafiə etmiş və 1966-cı ildən Azərbaycan Texniki Universitetinin Fizika kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. 1987-1990-cı illərdə Əlcəzair Xalq Respublikasının Oran Texnoloji Universitetində Ali Fizika kursunu fransız dilində tədris etmişdir. Həmin dövrdə dalğa və kvant optikasına dair laboratoriya işlərinə rəhbərlik etmiş, praktikum və mühazirə dərsliklərini çap etdirmişdir (fransız dilində). Hal-hazırda AzTU-nun Fizika kafedrasında dosent vəzifəsində çalışır. 30 dan çox elmi məqalənin və ümumi fizika kursunun müxtəlif bölmələrindən yazılmış tədris vəsaitlərinin müəllifidir.
«Demkritayanını İnkişaf Problemləri-Analitik Araşdırma Mərkəzi» ictimai birliyinin direktoru vəzifəsində ictimai-siyasi fəaliyyətlə məşğuldur. Onlarla ictimai siyasi həyatımıza həsr olunmuş analitik qəzet məqalələrinin müəllifidir.

Hümbətov Məhəmməd Oruc oğlu

Hümbətov Məhəmməd Oruc oğlu 1949-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. 1965-ci ildə Əli-İsmayıl kənd orta məktəbini, 1971 -ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda başlamış, Bakı Neftayırma və Sumqayıt Superfosfat zavodunda müxtəlif vəzifələrdə işləmiş, həmin dövrdə Moskva şəhərində (RF) «Mineral gübrələr və insektofungisidlər üzrə elmi-tədqiqat institutu»nda namizədlik dissertasiyası müdafiə etmiş, texniki elmlər namizədi, alimlik dərəcəsi almışdır. Elmi maraq dairəsinə qeyri üzvi maddələrin texnologiyası, mikroelementlərlə modifikasiya edilmiş mineral gübrələr, sənaye ekologiyası və təhlükəsizliyi və s. daxildir. Dosent M.O.Hümbətov 245 elmi əsərin (o cümlədən 78 ixtiranın), 1 publistik kitabın, 2 dərsliyin (Analitik kimyanın əsasları, Texnoloji proseslərin təhlükəsizliyi) ,21 səmərələşdirici təklifin müəllifidir. 2 dəfə (1982, 1983) apardığı elmi-tədqiqat işlərinin nəticəsinə görə D.İ.Mendeleyev adına SSRİ Kimyaçılar Cəmiyyətinin diplomlarına layiq görülmüşdür. Bir çox şəhərlərdə (Bakı, Kiyev, Moskva, Sankt-Peterburq, Qomel, Sumı, Krasnodar, Beloreçensk, Voskresensk, Maykop və s.) elmi məruzələrlə çıxış etmişdir. M.O.Hümbətov 1993-2000-ci illərdə «Azərikimya» Dövlət Şirkətinin İxtisasartırma İnstitutunda kafedra müdiri, 2000-2011-ci illərdə Sumqayıt Dövlət Universitetində “Texnoloji maşınlar və avadanlıqlar “ və «Analitik kimya» kafedralarında dosent vəzifəsində işləmişdir. 2012-ci ildən Azərbaycan Memarlıq və İnşaat Univrsitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasında dosent işləyir. 1 qızı , 3 nəvəsi (Məhəmməd, Nadir və Ülvi) var.

Hüseynov Səlahəddin İslam oğlu
Hüseynov Səlahəddin İslam oğlu 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1956-1967-ci illərdə kənd orta məktəbində təhsil alıb.
1980-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülüb.
Elmi fəaliyyətini davam etdirən S.Hüseynov hal-hazırda «Kiçik Qafqazın vulkanogen tipli yataqlarında sərbəst qızılın tipomorfik xüsusiyyətləri» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 25-ə qədər elmi məqaləsi Respublikanın və yaxın xarici ölkələrin elmi jurnallarında dərc olunmuşdu. Hal-hazırda Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi Tədqiqat İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. Eyni zamanda pedaqoji fəaliyyətini də davam etdirir. Bakı Dövlət Universitetində saat hesabı müəllim işləyir. Faydalı qazıntılar kafedrasında yuxarı kurs tələbələrinə və magistrlərə ixtisas fənnindən dərs deyir.
Hüseynov Bəhruz Əlixan oğlu
Hüseynov Bəhruz Əlixan oğlu 1956-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Orta təhsilini 1963-1970-ci illərdə Şəmkir şəhərində almışdır. Hələ uşaqlıqdan həkim olmaq, insanların sağlamlığının keşiyində durmaq arzusu ilə yaşamışdır. Yaxşı deyiblər «Niyyətin hara, mənzilin ora». Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini N.Nərimanov adına Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Akademiyasına) müalicə-proflaktika fakültəsinə vermiş və qəbul olmuşdur. 1980-ci ildə adı çəkilən təhsil ocağında təhsilini başa vurmuşdur.
1980-ci ildə Tibb Universitetini bitirdikdən sonra iki il müddətində Bakı şəhəri, 3 saylı xəstəxanada klinik internaturaya göndərilmişdir.Təhsil müddətində aldığı bilik və internaturada qazandığı zəngin elmi-praktiki təcrübə onun bir həkim kimi formalaşmasında mühim rol oynamışdır.1981-1983-cü illərdə azad təyinatla Rusiya Federasiyasına gedən B.Hüseynov 3 il Moskvanın Tver vilayətinin Konakovo şəhərində fəaliyyət göstərən şəhər klinik xəstəxanasının reanimasiya şöbsində həkim kimi çalışmışdır. Sonradan Leninqrad (indiki S.Peterburq) şəhərinə köçmüş və 1986-cı ildə adı çəkilən şəhərin müxtəlif klinikalarında həkim-reanimatoloq fəaliyyətini davam etdirmişdir.1986-1988-ci illərdə B.Hüseynov S.Peterburuq həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya-reanimatologiya üzrə iki illik tam kliniki ordinaturada oxumuşdur. Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirdikdən sonra, S.Peterburuq şəhərində qalıb, bir müddət şəhərin klinik xəstəxanalarında həkim reanimatoloq kimi çalışmışdır.Elmi işə, elmi araşdırmalara maraq göstərən B.Hüseynov hələ 1986-cı ildən S.Peterburq şəhərinin Mərkəzi tibbi jurnalında tibbi-elmi sahəsinə aid məqalələrlə çıxış etməyə başlayır. 1988-ci ildə keçmiş SSRİ Nazirlər Soveti yanında Kəşflər və İxtiralar İnstitutunda «Ürəyin vurğu tutumunun impedansın ölçülməsi yolu ilə hesablanması» ciddi ixtirası yüksək qiymətləndirilmiş və təsdiq edilmişdir. 1988-1990-cı illərdə «Kardiologiya», «Anesteziologiya-reanimatologiya», «İnsanın fiziologiyası» fundamental elmi jurnallarda 10-dan artıq elmi məqaləlDri və 30-dan artıq tezis şəklində elmi işləri nəşr edilmişdi.
B.Hüseynov öz elmi işini tamalayaraq (dissertant kimi) 1990-cıildə «Stress vaxtı insanın ilkin fiziki imkanlarının mərkəzi qan dövranı göstəricilərinə təsirinin öyrənilməsi» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, tibb elmləri namizədi adına layiq görülmüşdür. Xalqımız erməni daşnaklarının təcavüzünə məruz qalanda, gənc alim-reanimatoloq Vətənə dönməyə və ağrılı-acılı günlərdə cəbhələrdə döyüşən vətən övladlırının köməyinə gəlməyə qərar vermiş və 1991-ci ildə S.Peterburqda işlərini yarımçıq qoyub Vətənə-doğma Azərbaycana qayıtmışdır. Qısa müddətdə Gəncə şəhərində müasir tipli reanimasiya şöbəsini yaradıb. Ağır yaralılar cəbhə zonasından bir başa bu şöbəyə göndərilirdi. Gecəli-gündüzlü ağır yaralılara xidmət edən, onları həyata qaytaran həkim-reanimatoloq B.Hüseynovun xidmətləri Respublika Səhiyyə Nazirliyi tərəfindən qiymətləndirilmiş və o, Gəncə şəhərinin baD reanimatoloqu vəzifəsinə təyin edilmişdi.B.Hüseynov 1994-cü ilədək bu vəzifədə çalışmış və öz xidməti borcunu şərəf və ləyaqətlə yerinə yetirmişdi. 1995-ci ildə yenidən S.Peterburqa qayıtmışdı. 1998-ci ildə yenidən respublikaya gəlmişdir. Hal-hazırda Respublika Əlilləri Bərpa Mərkəzinin «qanın təmizlənməsi və immunokorreksiya yolu ilə xəstələrin və reabilitasiyası» şöbəsinin müdiri (baş həkim) vəzifəsində çalışır. B.Hüseynov son illərdə çapdan çıxmış «Qanın ultra bənövşəyi şüalarla şüalandırılmasının praktiki təbabətdə rolu», «Ultra fioletovoe obluçenie krovi», «Atlas riqidnoqo ritma» və «İnteqralığına reoqrafiə» monqrafiyaların müəllifidir. Hal-hazırda doktorluq işi üzərində işləyir.
Hüseynov Xanbuta Qəşəm oğlu
Hüseynov Xanbuta Qəşəm oğlu 1939-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1958-ci ildə orta təhsilini Nəriman kənd orta məktəbində başa vuran X.Hüsyenov 1960-cı ildə Bakı Kooperativ texnikumuna daxil olub. 1962-ci ildə adı çəkilən texnikumu fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə ali məktəbdə təhsilini davam etdirmək məqsədi ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinə verib və qəbul olunub.
1967-ci ildə ali təhsilini başa vuran X.Hüseynov təyinatla Azərittifaqın Mərkəzi mühasibatlığında uçotun mexanikləşdirilməsi idarəsinə təftişçi-mühasib vəzifəsinə göndərilir. Öz bilik və işküzarlığı ilə fərqlənən X.Hüseynov qısa müddət ərzində idarənin baD mühəndisi kim məsul vəzifəyə irəli çəkilir.
1970-ci ildə X.Hüseynov Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda (indiki İqtisad Universitetinə) əmək fəaliyyətini davam etdirir. İnstitutun Statistika kafedrasında baş laborant vəzifəsinə qəbul edilən X.Hüseynov baş müəllim vəzifəsinə kimi yüksəlir. Mükəmməl biliyə və zəngin iş təcrübəsinə malik olduğundan elm sahəsində də özünü sınamaq qərarına gəlir. Bu məqsədlə işlədiyi kafedrada dissertant kimi elmi iş götürüb dissertasiya üzərində işləməyə başlayır. 1990-cı ildə «Aqrar-sənaye birliklərində təsərrüfat hesabının təkmilləşdirilməsi» mövzusunda dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülür. Elə həmin ildən də Dövlət İqtisad Universitetinin «Mühasibat üçotu və audit» kafedrasında baş müəllim vəzifəsində çalışır. Respublikanın iqtisadiyyatına, onun inkişafına, yüksəlməsinə aid 30-dan çox elmi məqalənin müəllifidir.
Həsənov Nürəddin Əli oğlu
Həsənov Nürəddin Əli oğlu 1939-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1957-ci ildə kənd orta məktəbini bitirən N.Həsənov sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsinə versə də, müsabiqədən keçmir. Ancaq ruhdan da düşmür. Yenidən doğma kəndinə qayıdan N.Həsənov bir müddət kolxozda işləyir. Elə oradan da hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən sənədlərini Universitetin biologiya fakültəsinin qiyabi şöbəsinə verir və qəbul olunur. Qiyabi təhsil almaq onu Qane etmədiyindən III kursda Universitetin rəhbərliyinə ərizə ilə müraciət edərək əyani şöbəyə keçir. Hələ tələbə ikən, Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda keçdiyi təcrübə işləri onun gələcək elmi fəaliyyətində mühüm rol oynayır. İnstitutun rəhbərliyi N.Həsənovun nadir istedadını və biologiya elminə hədsiz həvəsini nəzərə alaraq, onun universitetin son kursunda laboratoriyada iDə qəbul edir. 1970-ci ildə aspiranturaya daxil olan N.Həsənov 1974-cü ildə «Ekaloji şəraitdən və qamma şüasının təsirindən asılı olaraq müxtəlif buğda sortlarının boy, inkişaf, orqanogenez və dəyişkənlik xüsusiyyətlərin öyrənilməsi» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülür. Subtropik bitkilərdən əncirin, narın, innabın, püstənin biomorfoloji xüsusiyyətləri Azərbaycanda kifayət qədər öyrənilmədiyindən bu iş institutun rəhbərliyi tərəfindən N.Həsənova həvalə edilir. Qısa zaman kəsiyində o, rəhbərliyin etimadını doğruldaraq respublikada ilk dəfə olaraq, biologiyada fiziki təsir və kimyəvi mutagenlərin müxtəlif dozalarından istifadə edərək yeni dəyişkən formalar alır. Gənc alimin bu müvəffəqiyyəti nəinki, respublikada hətda respublika hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Görkəmli rus tədqiqatçısı İ.A.Rapoport onun bu nailiyyətini yüksək qiymətləndirmiş və biologiya elmində yenilik adlandırmışdı.
N.Həsənov elmi işlərini davam etdirərək nar, əncir, innab genefondunun toplanması, öyrənilməsi ilə yanaşı eyni zamanda subtropik bitkilərin eksperimental mutaqenez metodu ilə hibrid, mutant, aromikt formalar almışdır. Bunlardan «Xurmayi» innab, «İri gilə», «Qara gilə» nar sortları rayonlaşdırılıb, «Bol əncir», «Puskəndə», «Lənkəran-2», «Aslani» kimi əncir sortları Dövlət sort sınağındadır. «Şəlalə», «Vüqarlı», «Vilayəti», «Gəncə-1», «Gəncə-3» əncir formalarını yetişdirib genetek fondumuzu zənginləşdirmişdir. N.Həsənovun Genetika və Seleksiya İnstitutunda çalışdığı müddətdə 65 elmi məqaləsi çap olunmuşdur. Onlardan 16-sı yaxın və uzaq xarici ölkələrin elmi jurnallarında dərc edilmişdi. «Azərbaycanda əncir» adlı kitabı çap olunmuşdur. Hal-hazırda N.Həsənov öz elmi işini davam etdirərək Azərbaycan Milli Elmlər Akademiyasının Genetika ehtiyatlar institutunda doktorluq işi üzərində çalışır.
Hüseynov Nizami Süleyman oğlu
Hüseynov Nizami Süleyman oğlu 1940-cı ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gədəbəy şəhərində anadan olmuşdur. N.Hüseynov 1947-ci ildə N.K.Krupskaya adına Gədəbəy şəhər orta məktəbinə daxil olmuş, 1957-ci ildə həmin məktəbi bitirmişdir. Hələ məktəbdə oxuyarkən kimya elminə böyük maraq göstərmiş, bu səbəbdən də 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1965-ci ildə həmin fakültəni bitirmiş və bir müddət istehsalatda işlədikdən sonra elmi yaradıcılıq fəaliyyətini davam etdirmək arzusunu reallaşdırmağa başlamışdır. Sənədlərini Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya prosesləri İnstitutunun aspiranturasına təqdim etmişdir. İmtahanları müvəffəqiyyətlə verərək 1973-cü ildə aspiranturaya qəbul olmuşdur. İşlədiyi mövzu ilə əlaqədar olaraq uzun müddət tədqiqatlar aparmış, elmi işini təcrübədə sınamaq imkanı əldə etmişdir. 1982-ci ildə Kimya Elmləri namizədi alimilik dərəcəsi adına layiq görülmüşdür.
1985-ci ildən indiyə kimi Neft Kimya İnstitutunun baş elmi işçisi vəzifəsində çalışıb. Bir neçə yeniliyin və elmi əsərlərin müəllfidir.
Hüseynov İsrafil İsa oğlu
Hüseynov İsrafil İsa oğlu 1932-ci ildə Gədəbəy rayonun Qumlu kəndində anadan olmuşdur. 7-ci sinifi doğulduğu Qumlu kəndində bitirmişdir. Burada 10-illik məktəb olmadığından, sonra Gədəbəy qəsəbəsindəki orta məktəbə getməli olmuşdur. 1950-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Seçdiyi ali məktəb Azərbaycan Neft və Kimya institutu olmuşdur. Məktəbi bitirən il həmin instituta daxil olmuşdur. Professor Qoşqar Əhmədli istedadını hiss etdiyindən onu 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə dəvət etmişdi. İsrafil Hüseynov fizika və riyaziyyatın sirlərinə yiyələndikcə Qoşqar müəllimin yanılmadığını daha aydın hiss edirdi. 1955-ci ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdi və tərddüd etmədən Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil oldu. Moskvanın bu qədim təhsil ocağının elmi mühüti onun dünya görüşünə çox böyük təsir göstərdi. İsrafil Hüseynov vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib, 1958-ci ildə Bakıya qayıtdı. Respublikamızda nüvə fizikası üzrə müdafiə edən ilk mütəxəssis olduğuna görə onu Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna göndərdilər. O, burada baş elmi işçi vəzifəsində işləyərək, tədqiqatlarını davam etdirdi. Məqalələri, konfranslardakı çıxışları ilə ölkə alimlərinin nəzərini cəlb etməyə başladı. Onu Moskvadakı Kurçatov adına Atom Fizikası İnstitutuna dəvət etdilər. O, burada tədqiqat və yaradacılıq fəaliyyətini daha da genişləndirdi. Xasiyyətcə çox mülayim insan olan İsrafil müəllim bir müddət Maxaçqala Dövlət Universitetinin dəvəti ilə Dağıstan paytaxtında işlədi. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Universitetinin auditoriyalarına baş müəllim kimi daxil oldu və tezliklə dosent keçdi. Görkəmli alim Xudu Məmmədov onu kvant kimyası üzrə tədqiqat işləri aparmağa həvəsləndirdi. 1971-ci ildə «Kommunist» qəzetində onun barəsində «İlk çığır»adlı məqalə dərc etdirdi. O, bu məqalədə fəxarət hissi ilə kvant kimyasının ilk ünvanının Azərbaycanda olduğunu bildirdi.
Azərbaycan Dövlət Universitetində «Atom və molekulların kvant kimyası» kafedrası yaradıldı. rəhbərlik etmək təbii ki, bu sahənin ilk bilicisinə – İsrafil Hüseynova tapşırıldı. О, bu sahə ilə məşğul olarkən fikir mübadiləsi üçün 1969-cu ildə İngiltərənin Kral Akademiyasına dəvət aldı. Orada bir ilə yaxın fəaliyyət göstərib bir çox görkəmli alimlərlə əlaqə yaratdı. Onların arasında kvant kimyası ilə məşğul olan dünya şöhrətli alim Koulsonun adı birinci sırada durur. Azərbaycan aliminin elmi fikirləri Koulsonun diqqətini çəkmişdi. İngiltərədə olarkən «Atom və molekulyar fizika» jurnalında məqalə dərc etdirdi. Dünyanın bir sıra ölkələrinə yayılan bu jurnalda çıxışı onun nüfuzunu xeyli artırdı. Amerika, İngiltərə, Fransa, Kanada, Çili, Polşa, Çexoslovakiya və bir sıra ölkələrdən məktublar gəldi.
Elmlər namizədi olsa da kəşfləri dünya şöhrəti qazanmışdı. «Kvant kimyasında Hüsyenov metodu» anlayışı meydana gəlmişdi. Nəhayət, Kiyevdə doktorluq dissertasiyası müdafiə etdi. Bundan sonra professor İsrafil Hüseynov dünyanın bir sıra ölkələrinə dəvət olundu. Sovet dövrünün qadağaları səfərlərini müəyyən qədər məhtudlaşdırsa da 1985-ci ildə Amerika Birləşmiş Ştatlarına yarımillik ezamiyyətə getdi. Ölkənin bir sıra nüfuzlu Universitetində, təhsil ocaqlarında silsilə mühazirələr oxudu. Azərbaycan aliminin çıxışları hər yerdə böyük maraq doğururdu.
Aradan xeyli keçəndən sonra Amerika alimləri onun haqqında öz fikirlərini məktubla SSRİ Ali və Orta Təhsil Nazirliyinə də bildirdilər. Professor Duqlas Poland yazır: «Professor Hüseynov kvant kimyası kursu üzrə bizə yeni məlumatlar verdi. Kimya fakültəsinin professoru Silvkrtson cənab İsrafil Hüseyn oğlu elmi işlərindən çox faydalanmışdır. ОNUN fəaliyyəti təkcə bizim universitetlə məhdudlaşmayır. О, Florida Universitetində təşkil edilmiş beynəlxalq konfransda məruzə etdi və müxtəlif ölkələrdən gəlmiş həmkarları ilə elmi mübahisələr apardı. Biz professor Hüseynovun ABŞ-a dəvət olunmasına çox şad olduq. Ümid edirik ki, o yenidən Amerikaya gələcək, bu böyük alimin şəxsində hər iki ölkənin alimləri belə faydalı elmi görüşləri davam etdirəcəklər». Şair Famil Mehdinin 1989-cu ildə «Sovet kəndi» qəzetində dərc etdiyi «Evimizdə və evimizdən kənarda, yaxud üstümüzdə Azərbaycan adı var» adlı məqaləsi buna bir sübutdur. O, yazırdı: «Azərbaycan Dövlət Universitetinin kafedra müdiri, professor İsrafil Hüseynov İngiltərə, Amerika, Çin ali məktəblərində son vaxtlar fizikanın müasir problemlərinə dair ingilis dilində oxuduğu mühazirələr barədə özü heçnə danışmır. Ancaq onun gətirdiyi sənədlər, ünvanına gələn məktublar çox şeydən xəbər verir». Bu ölkələr isə çoxdur: ABŞ, İngiltərə: Fransa, Almaniya, İspaniya, Kanada, Misir, Türkiyə… İ.Hüseynov 45 elmlər namizədi və 20 elmlər doktoru yetişdirmişdir. 5 monoqrafiyanın və 214 elmi məqalənin müəllifidir.
Hüseynov Məhərrəm Məhəmməd oğlu
Gədəbəy rayonunda yetişmiş görkəmli alimlərdən biri də Hüseynov Məhərrəm Məhəmməd oğlu olmuşdur. Tibb Elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar həkim M.M.Hüseynov Gədəbəy rayonunun Qala kəndində anadan olmuşdur. O, giminaziya təhsili aldıqdan sonra Moskva Dövlət Universitetinin tibb fakültəsini 1925-ci ildə bitirərək Azərbaycana qayıtmışdır. Vətənə qayıdan kimi Ağdaş dəri-zöhrəvi xəstəxanasına baş həkim təyin edilmiş, sonra isə həmin ərazi üzrə səhiyyə şöbəsinin müdiri seçilmişdir. M.M.Hüseynov 1927-ci ildə elmi biliyini daha da zənginləşdirmək üçün Almaniyaya ezam edilmişdir. Almaniyadan qayıtdıqdan sonra Azərbaycan dəri-zöhrəvi xəstəlikləri İnstitutunu yaratmış və ona rəhbərlik etmişdir. Həmçinin Azərbaycan Tibb İnstitutunda dəri-zöhrəvi xəstəlikləri kafedrasının dosenti olmuşdur. M.M.Hüseynov Bakı şəhər dəri-zöhrəvi xəstəlikləri dispanserini yaratmış və 1942-1948-ci illərdə onun baş həkimi olmuşdur. 1935-ci ildən ömürünün sonuna qədər özünün təşkil etdiyi dəri və zöhrəvi xəstəliklər kafedrasına rəhbərlik etmişdir.
Professor M.M.Hüseynov dəri və zöhrəvi xəstəliklərin müalicəsi və proflaktikası haqqında 80-ə yaxın elmi məqalənin müəllifi olmudur. Minlərlə insan onun əllərindən şəfa taparaq həyata qayıtmışdır. Professor M.Hüseynov bir sıra dəri və zöhrəvi xəstəliklərinin müalicəsinin yeni vasitələrini hazırlamış və təbabətə tətbiq etmişdir. Bir sıra xarici dilləri bilməsi onun informasiya dairəsinin genişlənməsinə və dünya təbabətində baş verən yenilikləri öyrənməsində ona yardımçı olmuşdur.
Professor M.M.Hüseynov yüksək ixtisaslı tibb işçilərinin hazırlanmasında fəal iştirak etmiş, onun rəhbərliyi altında 6 nəfər tibb elmləri namizədi yetişmişdir.
O, bütün Azərbaycanda dəri və zöhrəvi xəstəliklərinin aradan qaldırılmasında yaxından iştirak etmiş, bu sahə üzrə çalışan həkimlərə daima məsləhətlər vermişdir. Onun müalicə və metod üsulları keçmiş SSRİ-nin hər yerində tətbiq olunmuşdur.
Professor M.M.Hüseynov bir sıra ictimai fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 1962-ci ildə Azərbaycan dermatologiya-zöhrəvi xəstəlikləri üzrə elmi cəmiyyətin sədri seçilmiş, həmçinin bu sahə üzrə ümumittifaq elmi cəmiyyətin fəxri üzvü olmuşdur. Onun xidmətləri bir sıra dövlət mükafatları ilə qiymətləndirilmişdir.
Professor Hüseynov Məhərrəm Məhəmməd oğlu 1981 -ci ilin yanvar ayının 28-də dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin.

Hüseynov Firudin Hüseyn oğlu
Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, rus dilçiliyi sahəsində tanınmış alim Hüseynov Firudin Hüseyn oğlu 1937-ci ildə Gədəby rayonun Novo-İvanovka kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş, həmin il M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuşdur. 1960-cı ildə İnstitutun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. M.U.Lomonosov adına MDU-nun nəzdində aspiranturaya qəbul olmuşdur. 1963-cü ildən 1965-ci ilədək doğma institutunda müəllm, 1965-ci ildən 1990-cı ilədək ADU-da baş müəllim, dosent (1972), professor (1983), praktiki rus dili, rus dilçiliyi kafedralarının müdiri, prorektor vəzifələrində çalışmışdır. 1967-ci ildə namzədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycanda rus dilçiliyi sahəsində ilk elmlər doktorlarından biridir. Tarixi frazeologiya üzrə keçmiş SSRİ-də ən tanınmış mütəxəssis kimi prof. F.H.Hüseynov bir çox dissertasiyaların elmi opponenti olmuşdur. Onun «Ruskaya frazeologiya» (1976) adlı əsərinə «Ruskiy yazık» (Moskva) jurnalının səhifələrində ən yüksək qiymət verilmişdir. (№ 6, 1978). F.H. Hüseynov 60-dan artıq elmi əsərin müəllifidir. «Rus dili-Azərbaycan məktəbləri üçün lüğət» (1983), Azərbaycan məktəblərinin IX sinifləri üçün «Rus dili» (1973), Azərbaycan məktəblərinin X sinifləri üçün «Rus dili» (1965) və bir çox sanballı elmi əsərlər Firudin müəllmin qələminin məhsuludur.
F. Hüseynovun tədris sahəsində müstəsna xidmətləri var. Belə ki son on ildə rus dilinə aid bütün proqram və dərsliklər onun elmi rəhbərliyi və redaktorluğu ilə yaranmışdır. Bu sahədə görülən işlərdən biri də 1999-cu ildə Firudin müəllimin rəhbərliyi ilə yazılmış tədris rus dilində aparılan «məktəblər» Ədəbiyyat proqrammı olmuşdur.
Firudin müəllim 15 ildən artıq Azərbaycan dilinin çoxcildlik frazeoloji lüğəti üzərində çalışmışdır. Ana dilinin müəyyən problemlərinə aid maraqlı axtarışların müəllifi olan alim bu barədə «Rus dilində olan -aç şəkilçisinin türk mənşəyi haqqında», «Rus dilinin türk mənşəli-cik(cuk) şəkilçisi» adlı məqalələr dərc etmişdir.
Həyatının son dövründə prof. F.Hüseynov institutun «lüğət sektor»na rəhbərlik etmişdir. Prof. F.Hüseynovun rəhbərliyi ilə 6 namizədlik və 1 doktorluq dissertasiyası müvəfəqiyyətlə müdafiə olunmuşdur. 1990-1992-ci illərdə doktorluq dissertasiyaları üzrə ixtisaslaşmış şuranın sədri, 1992-1997-ci illərdə namizədlik dissertasiyaları üzrə ixtisaslaşmış müdafiə şurasının sədri kimi çalışmışdır. Prof. F.Hüseynov 1990-1997-ci il illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutunun rektoru vəzifəsində çalışmışdır. 1980-ci illərdə prof. F.Hüseynov SSRİ Maarif nazirliyi nəzdində rus dili üzrə metodik şuranın üzvü olmuşdur. Həmin illərdə Firudin müəllim Azərb. SSRİ Maarif nazirliyindəki tədris metodik şuraya rəhbərlik etmişdir.

Hüseynov Токау Məhərrəm oğlu
Hüseynov Tokay Məhərrəm oğlu 1945-ci il oktyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Tanınmış Gədəbəyli alim Məhərrəm Hüseyinovun övladı olan T.M.Hüseynov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmişdir. O, 1971-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının fizika institutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1989-1998-ci illərdə isə Molekulyar biologiya və biotexnika institutunda laboratoriya müdiri vəzifəsində işləmişdir. 2000-ci ildən AMEA-nın fizika institutunda elmi fəaliyyətdə olmuşdur.
Hüseynov T.M 1980-ci ildə Tiflis şəhərində namizədlik dissertasiyası, 1993-cü ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. O, biologiya sahəsində tanınmış görkəmli alimlərdən biridir. 70-ə yaxın elmi əsərin müəllifidir. Əsasən biofizika sahəsində tədqiqatlar aparan Tokay Hüseynov selenin ilk dəfə olaraq antioksidant təsirini öyrənməklə məşğul olmuşdur. T.H.Hüseynov hal-hazırda elektromaqnit sahələrini və şüalanmanın hüceyrələrə və canlı orqanizmlərə təsirini öyrənir. O, iki elmlər namizədinin elmi rəhbəri olmuşdur. 1996-2003-cü illərdə Ali Attestasiya Komissiyasının biologiya elmləri üzrə Ekspert Şurasının üzvü və sədri olmuşdur.
Hüseyinli Nazim Ziyad oğlu
Nazim Ziyad oğlu Hüseynli 1956-ci ilin aprelində anadan olub. Məktəbdə oxuyarkən öz istedadı ilə riyaziyyat müəllimlərinin diqqətini cəlb edib. Bakıda yaşayan dayısı Hidayət Rüstəmov da bacısı oğlunun riyazi qabiliyyətindən xəbardar olub, 8-ci sinifi bitirən kimi Nazimi 70-saylı politexnik təmayüllü məktəbə düzəldib.
Nazim burada təhsilini davam etdirmiş, davranışı və zəhmətsevərliyi ilə fərqlənmişdir. 1973-cü ildə orta məktəbi bitirəndə sənədlərini Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə verib və uğur qazanıb. təhsil illərində atasına, nə də dayılarına yük olmaq istəməyib, öz əlinin zəhməti ilə yaşamaq yolunu seçib. Buna görə də 1 -ci kursu başa vuran kimi qiyabi şöbəyə keçib və 2№ mebel fabrikində işə düzəlib. Fəhləliklə təməli qoyulan şərəfli əmək yoluna beləcə qədəm qoyub. Bu, ona öz qüvvəsinə inamını daha da artırdı. 1976-cı ildə hərbi xidmətə çağırıldı. Krasnoyarskda və Sibirin başqa yerlərində mənfi 45 dərəcəyə çatan şaxtaya dözdü, mətinləşdi… Hərbi xidməti başa vurub, doğma Azərbaycana qayıtdı. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində işə düzəldi. O, 1984-cü ilə kimi burada operator, baş operator, mühəndis-proqramçı və baş riyaziyyatçı vəzifələrində çalışdı. Fəaliyyəti alimlərin diqqətindən yayınmadı. Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü Arif Babayev onun yüksək riyazi biliyə malik olduğunu söylədi. Və buna görə də Nazimi aspirant götürmək istədi. Ancaq Nazim başqa yol seçdi.
O, dünyanın bir sıra körkəmli filosoflarının dəqiq elmlər sahəsindən yetişdiyini yaxşı bilirdi. Dayısı fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov onun riyaziyyatdan uzaqlaşmaq fikirinə etirazını bildirdi. Lakin inadından döndərə bilmədi. Beləliklə, o, qətiyyətli addım ataraq, 1984-cü ildə Azərbaycan Elmlər Akdemiyasının Fəlsəfə və hüquq İnstitutunun dissertantı oldu. Ümumi elmi anlayışların və fəlsəfi kateqoriyaların əlaqəsi problemləri üzərində çalışaraq 1987-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi. Nazim Hüseynli dissertant olduğu illərdə «Azərittifaq»ın hesablama mərkəzində aparıcı mütəxəssis kimi çalışırdı. Sonra SSRi Tikinti Bankı Azərbaycan şöbəsində qrup rəhbəri və şöbə müdiri vəzifələrində işlədi. Onu təhsil, müəllimlik çox çəkirdi. 1989-cu il bu arzuya gedən yolun başlanğıcı oldu. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetində əvvəlcə laborant kimi işə başladı, sonra dosent kimi Universitetin nüfuzlu müəllimlərindən biri oldu. Təbiətən yeni ideyalara meyl göstərən Nazim Hüseynli 1994-cü ildə müstəqil Azərbaycanın tələblərinə cavab verə biləcək yeni özəl təhsil müəssisəsi yaratmaq fikrinə düşdü. O, tanınmış alimlərlə, pedaqoqlarla məsləhətləşdi. Ümumi fikir bu oldu ki, Azərbaycan dövlətinin beynəlxalq diplomatik əlaqələrinin inkişafı sahəsində fəaliyyət göstərə biləcək yüksək ixtisasalı mütəxəsislərin hazırlanmasına böyük ehtiyac vardır. Birgə müzakirələr zamanı bu özəl təhsil ocağının ixtisasları, maliyyə imkanları müəyyənləşdirildi. Riyaziyyatçı və hesablama proqramçısı olması hər addımda köməyinə çatırdı. Maddi imkanların məhdudluğuna baxmayaraq, cəsarətli addım atdı. Borc hesabına olsa da Ali Diplomatiya Kollecinin ilkin maddi-texniki bazasını yarada bildi. Böyük bir çeviklik və qətiyyətlə diplomatları, görkəmli alimləri kollecin işlərinD cəlb etdi. Qısa müddətdə tədris planları, dərs proqramları hazırlandı. Beləcə, yəni bir təhsil ocağının təməli qoyuldu. Nazim Hüseynli respublikamızın tanınan, seçilən ziyalılarından biri olmaqla Beynəlxalq Sosial və Pedoqoji Akademiyanın həqiqi üzvüdür. O, fəlsəfənin və özəl təhsilin bir sıra problemlərinə həsr olunmuş çoxsaylı məqaqələrin müəllifidir. Ən böyük əsərini isə Ali Diplomatiya Kolleci hesab edir. (İndiki Avro-Asiya universiteti) Nazim Hüseynli 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, fəlsəfə e.d. alimlik dərəcəsi almışdır.
Xəlilov Əziz Musa oğlu
Əziz Musa oğlu Xəlilov 1935-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuşdur. 1953-cü ildə Gədəbəy rayon orta məktəbini əla qiymətlərlə bitirmişdir. Həmin ildə Azərbaycan Politexnik İnstitunun (AzPİ) Mexanika fakültəsinə daxil olmuşdur. Qeyd etmək lazımdar ki, o, 1950-ci ildə yaradılan Azərbaycan Politexnik institutuna qəbul olan ilk Gədəbəyli tələbə olmuşdur. 1958-ci ildə AzPİ-nin Mexanika fakültəsini «Dəzgahlar, alətlər və maşınqayırma texnologiyası» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca mühəndis-mexanikdir. 1958-1960-cı illərdə Bakı Neft Maşınqayırma zavodunda mühəndis işləmişdir. 1960-cı ilin fevral ayında fəaliyyətini Azərbaycan Politexnik İnstitutunda davam etdirmişdir. O, 1960-1962-ci illərdə AzPİ-nin «Maşın və mexanizmlər nəzəriyyəsi» kafedrasında assistent vəzifəsində çalışmışdır. 1962-1972-ci illərdə həmin kafedrada baş müəllim vəzifəsində işləmişdir. 1963-1967-ci illərdə Gürcüstan Politexnik İnstitutunun «Maşın və mexanizmlər nəzəriyyəsi» kafedrasının aspirantı olmuşdur. O, 1970-ci ildə «Çıxış bəndi dayanma ilə işləyən yastı oynaqlı mexanizmlərin sintezinin bəzi məsələləri» mövzusunda dissertasiya işini müdafiə edib, texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1971-1977-ci illərdə AzPİ-nin axşam Mexanika fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
1972-ci ilədək Azərbaycan Texniki Universitetinin «Maşın və mexanizimlər nəzəriyyəsi» kafedrasında dosent vəzifəsində işləmişdir. O, öz elmi araşdırmalarını davam etdirmiş və «Fəza linkli mexanizmlərin analitik sintezi» mövzusunda doktorluq işi üzərində işləmişdir. 1994-cü ildə «Yönəldici fəza linkli mexanizmlərin analitik sintez üsullarının nəzəri əsaslarının işlənməsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru elmi dərəcəsini almışdır.
Əziz Xəlilov 1991 -ci ildən hal-hazıra kimi AzTU-nun «Maşın və mexanizmlər nəzəriyyəsi» kafedrasında professor vəzifəsində çalışır. 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona professor attestatı verilmişdir. Professor Ə.M. Xəlilov kafedrada uzun illər dövlət büdcəli və təsərrüfat hesablı elmi tədqiqat işinə rəhbərlik edib. Hazırda isə «Mexanika sistemlərinin analizi və sintezi» problemi elmi istiqamətində iş aparır. Onun elmi işlərinin nəticələri robotexniki sistemlərdə, avtomat maşınlarda, elektrotexniki qurğularda və dərs prosesində tətbiq edilir. O, 2003-2004-cü illərdə kafedranın nəzdindəki «Avtomatlaşdırmış layihələndirmə» elmi-tədqiqat laboratoriyasının rəhbəri olmuş, hazırda isə həmin laboratoriyanın aparıcı elmi işçisidir. Professor Ə.M. Xəlilov 140-dan çox elmi əsərin, o cümlədən 20-dən çox dərs vəsaitinin müəlifidir. Onun 40-dan çox elmi məqalələri xaricdə nəşr edilmişdir. O, Moskva, Xarkov, Tiflis, Bişkek, Bursa, Ankara, Lvov, Milan, Tələviv və başqa şəhərlərdə keçirilən Beynəlxalq Konfrans və Simpoziumlarda məruzələrlə çıxış etmişdir. Onun elmi əsərləri Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan, Türkiyə, Rumıniya, Polşa, Yuqoslaviya, İtaliyada çap edilmişdir.
Professor Ə.M.Xəlilovun əsərləri keçmiş SSRİ-nin «Ali məktəblərinin xəbərləri», «Maşın və mexanizmlər nəzəriyyəsi» üzrə elmi əsərlərin məcmuəsi, Gürcüstan Elmlər Akademiyasının «Xəbərləri», Azərbaycan Dövlət Neft Akademiyasının «Elmi əsərləri», Azərbaycan Milli ElmlDr Akademiyasının «Xəbərləri», Beynəlxalq Konfrans və Simpoziumların materiallarında, Azərbaycan Texniki Universitetinin «Elmi əsərləri» jurnallarında çap edilmişdir. O, 1996-1997-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında ali Attestasiya Komissiyasının üzvü olmuşdur. Professor Ə.M. Xəlilov bir neçə namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur. O, «Maşın və mexanizmlər nəzəriyyəsi» üzrə Beynəlxalq Federasiyanın (İFTOMM), Azərbaycan Milli Komitəsinin üzvüdür. Professor Ə.M. Xəlilov dəfələrlə AzTU-nun və «Texnoloji maşınlar» fakültəsinin Elmi Şuralarının üzvü olmuşdur.
ОПШП səmərəli pedaqoji və elmi fəaliyyəti AzTU-nun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. О, 1970-ci ildə «Şərəfli əməyə görə» medalı ilə təltif edilmişdir. 1979-cı ildə «Sosializim yarışı qalibi» döş nişanı almışdır. 1968-ci ildə vicdanlı əməyinə görə ona rektorluq tərəfindən təşəkkür elan edilmişdir.
İsmayılov Yusif Вауrаm oğlu
Yusif Bayram oğlu İsmayılov 1950-ci il may ayının 19-da Gədəbəy rayonunun Kominter (indiki Soyuqbulaq kəndi) kəndində anadan olmuşdur Komintern kənd 8-illik məktəbi və Miskinli kənd istehsalat təlimi verən orta məktəbi əla qiymətlə bitirərək 1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Univerisitetinin (hazırda Bakı Dövlət Univerisiteti) biologiya fakültəsinə daxil olmuş və 1976-cı ildə oranı bitirmişdir. Y.B.İsmayılov 1969-1971-ci illərdə Almaniya demokratik Respublikasında (indiki Almaniya Federativ Respublikası) Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1971-1972-ci illərdə Daxili İşlər Nazirliyində çalışmışdır. O, 1976-cı ildə Universiteti bitirən kimi Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına fiziologiya İnstitutunda kiçik elmi işçi vəzifəsinə seçilmişdir. Y.B.İsmayılov 1978-1982-ci illərdə A.İ.Qarayev adına Fiziologiya İnstitutunda aspirant olmuş və 1982-ci ildə «Fiziologiya» ixtisası üzrə biologiya elmlər namizədi alimlik dərəcəsi almışdır. O, 1986-cı ildə baş elmi işçi vəzifəsinə seçilmişdir. Ona 1991 -ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Alfestasiya Komissiyası «Fiziologiya» ixtisası üzrə «baş elmi işçi» (hazırda dosent) diplomu vermişdir.
Y.B.İsmayılov elmi fəaliyyətlə yanaşı pedoqoji fəaliyyətlə də məşğul olmağa başlamışdır. Belə ki, o, 1991-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (hazırda Gəncə dövlət Universiteti) Qazax filialında dosent vəzifəsinə seçilmişdir və 1991-1995-ci illərdə həmin filialın Elmi katibi və Şura üzvü olmuşdur.
O, 1996-cı ildən Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat mərkəzində çalışır.
Y.B.İsmayılov həmçinin 1998-ci ildən Bakı Ali Pedaqoji Qızlar Seminariyasında dosent vəzifəsində işləyir. 2000-ci ildən isə Azərbaycan Beynəlxalq Universitetində dosent vəzifəsində çalışır. Y.B.İsmayılov uzun müddətli tədqiqatlarının nəticələrini 2002-ci ildə ATU-da doktorluq dissertasiyası işi kimi təsdiq etdirmiş və hal-hazırda həmin işi yekunlaşdırmaq üzrədir (ilkin müzakirəyə təqdim etmək üzrədir).
Y.B.İsmayılov 120-ə yaxın elmi əsərin, o cümlədən bir monoqrafiyanın iki metodiki tövsiyələrin, bir məlumat vərəqinin müxtəlif fənlər üzrə 6 proqramın müəllifidir. Bu əsərlərdən bir neçəsi xaricdə çap olunmuşdur. Y.B.İsmayılov fiziologiya neyrofiziologiya və neyroendokrinologiyanın bir sıra aktual sahələrinə həsr olunmuş geniş miqyaslı tədqiqat işləri aparır. Xüsusilə, o, gənclik illərindən başlayaraq neyrogen mənşəli hipoqalaktiyanın (süd azlığı) etiologiya, patogenez və profillaktikasına həsr olunmuş geniş elmi araşdırmalarla məşğul olur. Bu araşdırmaların bir qismi kliniki təbabətdə və heyvandarlıqda da tətbiq olunmuşdur. ОNUN apardığı elmi tədqiqat işlərinin nəticələri 1978-1981-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Akademik katibinin məruzəsinə düşmüşdür.
Y.B.İsmayılovun əmək fəaliyyəti yalnız Respubilikamızda deyil, həmçinin o, Moskva, Sankt-Peterburq, Alma-Ata, Petrozavdoskı, Xarkov, Kişinyov, Krasnodar, Erevan və digər şəhərlərdə müxtəlif elmi qurultay, simpozium və konfranslarda, geniş məruzələrlə çıxışlar etmişdir. Yusif.B.İsmayılovun elmi naliyyətlərinin nəticələri 1983-cü ildə Ümumittifaq Xalq Təsərrüfatının Naliyyətləri Sərgisində bürunc medala layiq görülmüşdür. О, 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100-illiyinə həsr olunmuş yubiley medalı ilə təltif edilmişdir.
İsmayılov Хəlil İsmayıl oğlu
Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1952-1959-cu illərdə Düzrəsullu kənd 7-illik məktəbində 7-ci sinfi, 1959-1963-cü illərdə Çayrəsullu kənd orta məktəbində 11-ci sinfi bitirib. Xəlil ismayılov 1964-1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1967-ci ildə Bakı şəhərinə gələrək Yeni Bakı Neft Emalı Zavodunda fəhlə kimi işə başlamış, eyni zamanda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə Universiteti bitirdikdən OADKYC-nin mərkəzi komitəsində təlimatçı, baş təlimatçı, təşkilat şöbə müdiri əvəzi vəzifələrində çalışmışdır. 1974-cü ildə Xəlil İsmayılov Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasına dəvət edilmiş, laborant kimi işə başlamışdır. 1976-1979-cu illərdə kafedranın əyani aspiranturasında təhsil almış və 1984-cü ildə Moskva Mədəniyyət və İncəsənət Universitetində ixtisaslaşdırılmış müdafiə şurasında «Azərbaycan Partiya Kitabxanaları Sovet hakimiyyəti illərində» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Xəlil İsmayılov 2004-cü ildə «Azərbaycan Respublikasında Kitabxana işinin metodik təminat sistemi (1918-1920-ci illər)» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Xəlil İsmayılov 1979-cu ildən bu günədək Kitabxanaşünaslıq kafedrasında çalışır. Hazırda kafedranın professorudur. Universitetdə müxtəlif illərdə 1990-1993-cü illərdə Kitabxanaşünaslıq kafedrasının müdiri, 1993-cü ildən bu günədək Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsində çalışır. Xəlil İsmayılov Azərbaycanda 1997-ci ildən nəşr olunan “Kitabxanaşünas-biblioqraf” elmi, nəzəri və təcrübi jurnalının təsiscisi və baş redaktorudur. 1999-cu ildə Xəlil müəllmin təşəbbüsü ilə Kitabxana İşinin İnkişafı Assosasiyası yaradılmış, həmin ildən o Assosasiyanın prezidentidir. Xəlil müəllim dünyanın inkişaf etmiş bir sıra ölkələrində ABŞ, Fransa, Belçika, Norveçdə təhsil, elm-maarif və kitabxana-informasiya problemləri üzrə məruzələr söyləmiş, müzakirələrdə iştirak etmişdir. Xəlil İsmayılov 100-ə qədər elmi məqalə, monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.
Ismayılov Xitab Mehralı oğlu
Tibb elmində, ginekologiya sahəsində tanınmış alimlərdən biri də tibb elmləri doktoru, professor İsmayılov Xitab Mehralı oğlu olmuşdur. İsmayılov Xitab Mehralı oğlu Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuş, orta təhsilini isə həmin rayonun Slavyanka kəndində almışdır. Bu məktəbdə təhsil rus dilində olduğundan o, daha geniş məkanda fəaliyyət göstərmək imkanı əldə etmişdir.
X.İsmayılov 1956-cı ildən Slavyanka kənd orta məktəbini bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Tibb İnstituna vermiş və qəbul olunmuşdur. Elə institutda tələbə olarkən elmi yaradıcılığa böyük maraq göstərmişdir.
Xitab İsmayılov 1963-cü ildə Tibb İnstitunu bitirən kimi aspiranturada saxlanılmış və çox az bir müddətdə, yəni 1967-ci ildə elmi işini müdafiə edərək Tibb elmləri namizədi olmuşdur. Elə həmin vaxt istedadlı həkim alim kimi respublikada böyük nüfuz qazanmışdır. Ən çətin ginikoloji cərrahiyə əməliyyatları aparmışdır.
X.İsmayılov doktorluq işini Kazan şəhərində müdafiə etmişdir. Bir çox elmi məqalələrin, kitabların müəllifi olmuş, yiyələndiyi bilikləri Tibb İnstitutunda təhsil alan tələbələrə də öyrətmişdir. Xüsusilə ginikologiya sahəsində yetişən bir çox alim və həkimlərə rəhbərlik etmişdir. Eyni zamanda Xitab İsmayılov Azərbaycan Respublikasının baş akuşer-ginikoloqu kimi fəaliyyət göstərmişdir.
İsmayılov Xitab Mehralı oğlu 1989-cu ilədə dünyasını dəyişərək əbədiyyata qovuşmuşdur. Allah rəhmət eləsin.
Ibrahimov Nürəddin Əziz oğlu
Nürədin Əziz oğlu İbrahimov 5 mart 1942-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində anadan olmuşdur. О, 1951-1955-ci illərdə Qumlu kənd 7-illik orta məktəbində oxumuşdur. 1955-1961-ci illərdə Gədəbəy rayonunun Qəsəbə (keçmiş M.K.Krupskaya adına) orta məktəbində təhsilini davam etdirmişdir. 1961-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirmiş və Bakı (keçmiş S.M.Kirov adına) Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.
1962-1965-ci illərdə Azərbaycanın Zəngilan rayonunun Minçivan stansiyasındakı sərhəd qoşun sıralarında xidmət etmişdir. 1965-ci ildə hərbi xidməti borcunu yerinə yetirdikdən sonra yenidən BDU-nun fizika fakültəsində təhsilini davam etdirmişdir. О, 1970-ci ildə həmin fakültəni bitirmişdir. 1970-ci ildə Fizika fakültəsini bitirdikdən sonra həmin fakültənin nəzdində olan «Maddələr qurluşu» kafedrasında mühəndis vəzifəsinə işə götürülmüşdür. Onun, «Atom» «Nüvə» və «Optika» laboratoriyalırının yaradılmasında və onların işlək olmasında böyük əməyi olmuşdur. О, bu vəzifədə çalışmaqla yanaşı elmi işlə də məşDul olmuşdur. 1985-ci ildə «Bir oxlu deformasiyanın Cu2 S və Cu2 Sl birləşməsinin optik və fiziki xassələrinə təsiri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik adını almışdır. 1991-ci ildə müsabiqə yolu ilə fizika «fakültəsinin maddələr qurluşu» kafedrasına müəllim, müəyyən müddətdən sonra baD müəllm keçmişdir. 2001-ci ildən həmin kafedrada dosent vəzifəsinə seçilmiş. Hal-hazırda da həmin vəzifədə işləyir. N.Ə.İbrahimov Azərbaycanın, Rusiyanın, Türkiyənin elmi jurnallarında dərc olunmuş 30 elmi məqalənin, 1 metodik vəsaitin, 1 dərs vəsaitinin müəllifidir.
Imanov Həmid Rza oğlu
İmanov Həmid Rza oğlu 1932-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirdikdən sonra BDU-nun tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
H.İmanov 1958-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 1971 -ci ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun elmi axtarışları sosial fəlsəfəyə aid olmuşdur. Eyni zamanda «Orta əsr İslam Şərqində fəlsəfi fikir», «Fəlsəfə» adlı dərs vəsaitlərinin müəllifidir.
Həmid İmanov uzun illər Bakı Dövlət Universitetində «Sosioloji tədqiqatlar» laboratoriyasına və fəlsəfə kafedrasına rəhbərlik etmişdir. O, «Azərbaycanda təhsil və onun proqnozlaşdırılması», «Azərbaycanda sosial strukturun dəyişmə meyilləri və ona təsir edən amillər», «Sosial gərginliyi törədən obiyektiv və subyektiv amillər və onların həlli yolları» və başqa mövzular istiqamətində tədqiqat işləri aparmışdır. Azərbaycan fəlsəfi fikrinə aid iki monoqrafiyası nəşr olunmuşdur.
Professor Həmid İmanov 40-dan çox namizədlik müdafiə edən dissertantın elmi rəhbəri olmuşdur. Onların çoxu hal-hazırda elmlər doktoru dərəcəsinə yüksəlmişlər.
Onlarla kitabın, yüzlərlə elmi məqalənin müəllifi olan H.İmanovun 2007-ci ildə «Fəlsəfənin əsasları» adlı çox sanballı kitabı nəşr olunmuşdur. 50-ildən artıqdır ki, Bakı Dövlət Universitetində çalışır.
Ismayılov Valeh Mehvalı oğlu
Mehralı kişi yan-yörəsinə baxıb, istəyirdi ki, uşaqları rus dilində təhsil alsın. Çünkü bu dili yaxşı bilən, bu dildə oxuyan mütəxəssislərin fəaliyyət meydanı daha geniş idi. Arıxdam kəndində isə belə bir məktəb yox idi. Slavyanka kəndi isə çox da uzaq deyildi. Uşaqları məktəb yaşına çatdıqda onların üzünü bu kəndə döndərdi. 1943-cü ildə Novruzqabağı dünyaya göz açmış Valehin də taleyinə Slavyanka kəndində təhsil almaq düşdü. Valeh düz 10 il yazın yağışında, qışın qarında hər gün Slavyanka kəndinə gedib-gəldi. Burada biliklərə yiyələndi, rus dilini mükəmməl öyrəndi. Bu, onun imkanlarını genişləndirdi. SSRİ-nin hər yerində təhsil ala bilərdi. O, Kazan Kimya Texnologiya İnstitutunu seçdi. 1961-ci ildə məktəbi bitirən kimi sənədlərini həmin instituta verdi. İmtahanları müvəfəqiyyətlə verib tələbə adını qazandı. Tələbəlik illərində biliyi, davranışı ilə hörmət qazandı. Təhsilini başa vuranda ona burada qalıb işləmək təklif olundu. Lakin doğma yurda olan məhəbbəti onu Vətənə qayıtmağa səslədi. Beləliklə, 1967-ci ildə Valeh İsmayılov Azərbaycan Neft Kimya İnstitutunda müəllimliyə başladı. 1970-ci ildə təhsil aldığı Kazan Kimya Texnologiya İnstitunun aspirantı oldu. Çox çəkmədi ki, namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Ona yenə Kazan Kimya Texnologiya İnstitunda qalıb işləməyi təklif etdilər. Lakin o, bu dəfə də təklifi qəbul etmədi, vətənə qayıdıb, Azərbaycan Dövlət Universitetinin müəllimləri cərgəsinə qoşuldu. O, 1985-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə edərək professor oldu. Kimya fakültəsinin dekanı vəzifəsinə seçildi. Valeh İsmayılov indiyə qədər 10-dan çox aspiranta elmi rəhbərlik etmiş, 3 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. Kəşflərinə görə 10 müəlliflik şəhadətnaməsi almışdır. O, 2 dərslik və bir neçə kitab nəşr etdirmişdir. Dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfransların, simpoziumların iştirakçısı olmuşdur. Son illərdə İran və Türkiyənin bir sıra ali məktəblərində mühazirələr oxumuşdur. Hal-hazırda M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin professorudur.
Ismayılov Fizuli Cahangir oğlu
İsmayılov Füzuli Cahangir oğlu 1975-ci ilin iyun ayının 22-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1992-ci ildə həmin kənddə orta məktəbi bitirmiş və sənədlərini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinə vermişdir. Yüksək bal toplayaraq həmin instituta daxil olmuşdur.
1997-ci ildə həmin institutu bitirərək «Politoloq, ali və orta ixtisas təhsili müəssisələrində sosial-siyasi fənlər müəllimi» ixtisası üzrə fərqlənmə diplomu almışdır. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyinə görə ona Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına imtahan verməsini məsləhət bilmişlər. İsmayılov Füzuli 1997-ci ildə imtahanları müvəffəqiyyətlə verərək aspiranturaya daxil olmuş, 2000-ci ildə «Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ABŞ-nın mövqeyi» mövzusunda namizədlik dissertasiyasını müzakirəyə təqdim etmişdir. Azərbaycan Ali Attestasiya Komissiyasında bəzi islahatların aparılması ilə əlaqədar olaraq elmi müdafiənin vaxtı bir qədər uzanmışdır. Nəhayət ki, 2005-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Aspiranturanı bitirdikdən sonra AzTV-nin «Xəbərlər» redaksiyasında böyük redaktor vəzifəsində çalışmışdır. Sonralar Azərbaycan Müəllimlər İnstitutunun kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmçinin elmi-pedaqoji fəaliyyətini indi də davam edir. Gənc alim Füzuli İsmayılov hal-hazırda Azərbaycan İctimai Televiziyasının «Xəbərlər» proqramında fəaliyyət göstərir.
Israfilov Mahir Mənsur oğlu
İsrafilov Mahir Mənsur oğlu 1936-cı ildə Gədəbəy rayonun Şınıx mahalının Çayrəsullu kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1954-1955-ci tədris ilində Çayrəsullu kənd orta məktəbini əla qiymətlərlə qurtarmışdır. 1955-1956-cı illərdə həmin kənddəki K.Marks adına kolxozda işləmişdir. Arzusu xalqına, millətinə vicdanla, namusla xidmət edəcək hüquqşünas olmaq olsa da, tale onu indiki BDU-nun tarix fakültəsinə gətirib çıxartmışdır. 1957-1962-ci illərdə BDU-nun tələbəsi olmuşdur. Tələbəlik illərində müxtəlif dərnəklərdə, konfranslarda fəal çıxış edən və dərs əlaçısı olan Mahir müəllim Universitetin o vaxtkı rektoru gözəl insan, elm təşkilatçısı akademik Ş.Mehdiyevin məsləhətilə Universitetdə saxlanılıb, lakin vokant (boş) yer olmadığından o vaxtkı Ali və orta ixtisas komitəsinin sədri akademik A.Qarayevin məsləhətilə indiki Mədəni Maarif texnikumuna ictimaiyyət-tarix müəllimi göndərilir. Elmi işə həvəsi olan Mahir müəllim 1966-cı ildə BDU-nun fəlsəfə elmləri üzrə əyani aspiranturasına daxil olur. Aspiranturanı qurtardıqdan sonra orada saxlanılır, ali məktəbdə müəllimlik fəaliyyətinə başlayır. Hazırda onun yetişdirmələri ali məktəblərdə respublikamızın müxtəlif sahələrində, məhkəmə sistemində və digər yerlərdə işləyir. Mahir müəllimin elmi fəaliyyəti də çoxşaxəli və zəngindir. Onun 1980-ci ildə «Mənəvi zənginlik» haqqında ilk kitabı çapdan çıxmışdır. M.İsrafilov universitetdə fəlsəfənin ağır, həm də maraqlı sahəsi olan məntiq sahəsindəki boşluğu hiss edərək 1969-cu ildən o sahəyə keçir. Prinsipial, elmdə güzəştə getməyən Mahir müəllim çox vaxt təzyiqlərə, hədələrə də rast gəlmişdir. Onun respublikamızın ali məktəbləri üçün yazdığı «Məntiq» dərsliyi 3 il (1983, 1984, 1985) nəşriyyat planından çıxarılmışdır. 1984-cü ildə universitetdən indiki Mədəniyyət və İncsənət Universitetinə köçürülmüşdür. 1987-ci ildə onun yazdığı «Məntiq» dərsliyi gözəl alim, insan və böyük ziyalı-şəxsiyyət olan komitənin o vaxtkı sədri Qurban Əliyevin təkidi ilə nəşriyyat planına daxil edilmiş və 1987-ci ildə işıq üzü görmüşdür. Biz nə qədər insanların Mahir müəllimin kitablarından,
dərsliklərindən faydalandığını, tərbiyələndiyini önə çəkmək istəmirik. Alimin elmi bioqrafiyasına qısaca nəzər yetirək :
1. «Mənəvi zənginlik», Bakı, 1980-ci il. 2. «Məntiq» (dərslik), Bakı, 1987-ci il.
3. «Təfəkkür: formal və dialektik aspektlərin nisbəti» (monoqrafiya) Bakı 1998-ci il. 4. «Məntiq kursu» (dərslik), Bakı, 2001-ci il. 5. «Məntiq sual və cavablarda», Bakı, 2003-cü il. 6. «Məntiq və onun tədrisi metodikası», Bakı, 2005-ci il.
Gözəl alim pedaqoq, ailə başçısı Mahir müəllim bu gün də elmi yaradıcılıqla məşDul olur, onun əsas və ali məqsədi xalqının azad və firavan yaşamasıdır, gənclərimizin intellektual səviyyəsinin yüksəkliyidir. «Elmin, mədəniyyətin yüksəkliyində durmaq istəyən millət heç vaxt məntiqi təfəkkürsüz keçinə bilməz» kəlamı Mahir müəllimin yaradıcılığının alfa və omeqasıdır desək, heç də yanılmarıq.
Ismayılov Fərhad Abbas oğlu
İsmayılov Fərhad Abbas oğlu 1941-ci ilin dekabr ayında Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. 1949-cu ildə Söyüdlü kəndində anadan olmuşdur. 1949-cu ildə Söyüdlü kənd orta məktəbinə daxil olmuş, 1959-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1959-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutun Kimya-bialogiya fakültəsinə daxil olmuş. 1964-cü ildə həmin institutu əla qiymətlərlə qurtarmışdır. 1964-cü ildə Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim işləmiş, 1968-ci ildə Söyüdlü kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Müəllim işlədiyi dövrdə orta məktəblərdə kimya dərslərində tədrisin keyfiyyətinin yüksəldilməsilə əlaqədar olaraq «Kimya və biologiya tədrisi» jurnalında və qəzet səhifələrində məqalələri çap edilmişdir. 1969-cu ildə Neft-Kimya İnstitutunun Sumqayıt filialına aspiranturaya daxil olmuşdur. 1972-1974-cü illərdə M.Əzizbəyov adına Neft-Kimya institutunda işləmişdir. 1974-1986-cı illərdə Neft-Kimya prosesləri istitutunun Sumqayıt filialında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1985-ci ildə «Halogenidftal turşularının bəzi törəmələrinin sintezi və xassələrinin tədqiqi» mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdayiə etmişdir. 1986-cı ildən Neft-Kimya prosesləri istitutunda kiçik elmi işçi, sonra elmi işçi vəzifələrində fəaliyyət göstərir. Hal-hazırda «Mono-, bi-, poli-alitsiklik, aromatik dikarbon turşularının müxtəlif polifunksional törəmələrinin sintezi və onların tətbiq üsullarının axtarılması» mövzusunda tədqiqat işi üzərində çalışır. Bu turşuların halogenli törəmələri, müxtəlif polifunksional törəmələri polimerə əlavə edildikdə işığa, istiyə və oda davamlılıq verir. Sintez olunan maddələrdən polimerlər üçün plastifikator, modifikator, stabilizator, bərkidici və antipiren kimi istifadə edilə bilər. Apardığı tədqiqat işinin nəticələrinə görə 10 müəlliflik şəhadətnaməsi almış, 15 dəfə beynəlxalq və respublika konfranslarında çıxış etmiş, 30 çap olunmuş elmi əsərin müəllifidir.
Isgəndərov Oruc Isaq oğlu
İnsan duyğuları həmişə gözəl təbiətdən bəhrələnmiş, təkamül etmişdir. Xüsusilə ecazkar təbiət mənzərələri şair olmayanlara da bədii duyğular aşılamışdır. Təbiətdən zövq alan insanlar həmişə romantik olmuş, bədii yaradıcılığa meyillənmişdir. Elə dahi Səməd Vurğun «Təbiət ilhama çağırır məni» deməklə gözəl mənzərələrin estetik duyuma təsirini obrazlı şəkildə ifadə etmişdir. 1965-ci ilin fevral ayının 4-də Gədəbəy rayonunun Qasımağalı kəndində dünyaya gələn İsgəndərov Oruc İsaq oğlu da təbiətin poetik lövhələrindən bəhrələnmişdir. Buna görə də həm pedaqoji elmlər namizədi kimi müəyyən uğurlar əldə etmişdir, həm də Respublikanın mətbuat səhifələrində şeirləri, hekayələri və publissistik yazıları dərc olunmuşdur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra dissertasiya üzərində işləmiş və 1999-cu ildə pedaqoji elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991 -ci ildən isə bir sıra ali məktəblərdə, xüsusilə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində və Ali Diplomatiya Kollecində müəllimlik fəaliyyəti ilə məşğul olur. Hal-hazırda Ali Diplomatiya Kollecinin tədris şöbə müdiridir. (İndiki Avro-Asiya Universiteti)
O.İsgəndərov «Fizika və insan orqanizmi» adlı metodik vəsaitin və bir neçə elmi məqalənin müəllifidir.
Kərimov Mahir Qəşəm Oğlu
Kərimov Mahir Qəşəm oğlu 1962-ci il 26 noyabrda Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə Söyüdlü kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il Gədəbəy rayonunun Söyüdlü kəndində Savxozda fəhlə işləmişdir. 1980-ci ildə S.Ağamalı oğlu adına AKTİ-nin Yerqurluşu şöbəsinə daxil olmuş və 1985-ci ildə həmin İnstitutu əla qiymətlərlə bitirərək Yerqurluşu mühəndisi ixtisasına yiyələnmişdir. 1985-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin nəzdində Baş Geodeziya və Kartoqrafiya idarəsinin 16 saylı təşkilatında mühəndis vəzifəsində işləmişdir. 1987-1989-ci illərdə ordu sıralarında kəşfiyyat komandiri olmuşdur. 1989-cu ildə AETKTMEİ-də elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən H.Zərdabi adına GDPİ-nin Kimya və Təbiətşünaslıq kafedrasında müəllim vəzifəsinə başlamışdır. 1993-cü ildən 1997-ci ilə qədər Biologiya və Kimya fakültəsində dekan vəzifəsində işləmişdir. 1994-cü ildə «Pedaqoji İnstitutlarda yerşünaslıq kursunun ekalogiya və təbiəti mühafizə kursları ilə əlaqəli tədrisinin tələbələrin ekaloji mədəniyyətinin inkişafına və pedaqoji hazırlığına təsiri» adlı dissertasiya işini müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1996-cı ildən Coğrafiya kafedrasının dosenti seçilmişdir. 2001-ci ildən hal-hazıradək GDU-nun Coğrafiya kafedrasının müdiri vəzifəsində işləyir.
M.Q.Kərimov 2002-ci ildən «Pleystosendə Azərbaycanın təbii şəraiti və insanın paleoekologiyası» adlı doktorluq dissertasiya mövzusu təsdiq edilmişdir.
Hal-hazırda dissertasiya işini başa çatdırmış və müdafiəyə təqdim etmişdir.
M.Q.Kərimovun 50-ə yaxın elmi əsəri vardır. Onlardan 2-si monoqrafiya, 3-ü dərslik və dərs vəsaiti, 7-si metodik göstəriş və tövsiyyələrdir. «Geodeziya və Topoqrafiyanın əsasları» adlı kitabı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.04.2001-ci il tarixli 214 saylı əmri ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir. «Ekaloji tarazlıq və insan sağlamlığı», «Gənc ekoloq» adlı əsərləri isə dərs vəsaiti kimi nəşr edilmişdir.
Kərimov Tofiq Qədir oğlu
Kərimov Tofiq Qədir oğlu 28 avqust 1937-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olmuşdur. 1945-ci ildə Söyüdlü kəndində birinci sinifə daxil olub, 1955-ci ildə həmin məktəbi bitirmişdir. 1955-1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyat fakültəsinin riyaziyyat şöbəsinin I kursuna daxil olmuş, 1960-cı ildə həmin Universitetin mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsini bitirmişdir. 1960-cı ildə Sumqayıtda yerləşən NİPİ Neftximavtomat institutunda mühəndis riyaziyyat ixtisasına göndərilmişdir. Az sonra Azərbaycan Neft Kimya İnstitutuna müəllim vəzifəsinə keçmişdir. Buradan da Az. SSRİ Elmlər Akademiyasının aspiranturasına qəbul olmuşdur. Kanditatlıq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat alimlik dərəcəsi almışdır. 1968-ci ildə Gəncə Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlamışdır. Hal-hazırda həmin Universitetin Riyazi analiz kafedrasının dosentidir.
Tofiq Kərimov öz ixtisasına aid olan bir çox elmi mə qalDlD rin və metodik göstərişlərin müəllifidir.
Kərimov Ibrahim Qurban oğlu
Kərimov İbrahim Qurban oğlu 1959-cu ilin noyabr ayının 14-də Gədəbəy rayonunun Dördlər kəndində anadan olmuşdur. 1965-ci ildə İsalı kənd orta məktəbinin 1 -ci sinfinə daxil olmuş, 1975-ci ildə həmin orta məktəbi bitirmişdir.
1977-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinin birinci kursuna daxil olmuşdur. 1982-ci ildə SSRİ-nin 50-illiyi adına APXDİ-nin alman dili fakültəsini bitirmiş və alman-ingilis dilləri müəllimi ixtisasına yiyələnmişdir. 1982-ci ildən 1990-cı ilə qədər təyinatla öz doğma kəndində müəllim işləmişdir. 1990-cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş və APXDİ-nin praktik alman dili kafedrasında laborant, baD laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir. Hal-hazırda ADU-nun Qərbşünaslıq kafedrasında baD müəllim vəzifəsində çalışır. 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmlər namizədi alimlik dərəcəsi almışdır.
Dəfələrlə Almaniya Federativ Respublikasında kurslarda və seminarlarda iştirak etmişdir.
Kərimov Fərhad Şamil oğlu
Qaraqoyunlular Gədəbəy rayonunun Söyüdlü kəndində ayrıca bir tayfadır. Qaraqoyunluların demək olar ki, əksəriyyətinin ali təhsili vardır. Elmi dərəcəsi olanların çoxu da Qaraqoyunlular arasında yetişmişdir. Kərimovlar da, bu tayfanın tanınmış nəsillərindən biridir. Hidayət Kərimov, Tofiq Kərimov, Mahir Kərimov kimi alimlər də bu nəslin nümayəndələridir. Kərimov Fərhad Şamil oğlu isə 1954-cü ildə anadan olmuş və orta təhsilini Gədəbəy şəhərində almışdır. О, 1976-cı ildə Lenin adına Azərbaycan Pedaqoji institutunun fizika fakültəsini bitirmişdir.
F.Kərimov 1985-ci ildə Azərbaycan Texniki Universitetinin fizika kafedrasının aspiranturasına daxil olmuşdur. Dissertasiya mövzusu üzərində inamla çalışaraq 1988-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Elə həmin ildə Azərbaycan Texniki Universitetinin fizika kafedrasına assistent təyin edilmişdir. Hal-hazırda isə həmin kafedranın baş müəllimidir. F. Kərimov işlədiyi müddət ərzində 3 müəlliflik, 2 dərs vəsaitinin və 35 elmi məqalənin müəllifi olmuşdur. İxtirasına görə ordenə layiq görülmüşdür.
Köçərli Firudin Qasım oğlu
Akademik Köçərli Firudin Qasım oğlu 1920-ci ildə dekabr ayının 28-də Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır. F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. O, tələbə ola-ola universitet üzrə tələbə elmi cəmiyyətinə rəhbərlik etmiş, universitetinin tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər fəlsəfə və hüquq inistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anı olan 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.
F.Köçərli 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. 1968-ci ildə SSRİ AEAK-nın qərarı ilə ona fəlsəfə tarixi üzrə professor elmi adı verilmişdir. F.Köçərli 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Eyni zamanda F.Köçərlinin apardığı bu tədqiqatlar Moskvada nəşr olunan «SSRİ də fəlsəfə tarixi» adlı kitaba daxil edilmişdir. Akademik F.Köçərlinin «Nəriman Nərimanovun həyatı, fəaliyyəti, dünyagörüşü» adlı əsəri ictimaiyyət arasında böyük maraq doğurmuşdur. «M.F.Axundovun dünyagörüşü» adlı əsəri də elm aləmində maraqla qarşılanmışdır.
Akademik F.Köçərli uzun illər SSRİ fəlsəfə cəmiyyətinin Azərbaycan bölməsinin sədri olmuşdur. O, Azərbaycan fəlsəfə elmini bütün dünyaya tanıtmaq üçün böyük işlər görmüşdür. Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində şərq fəlsəfi problemlərinə dair maraqlı məruzələrlə çıxışlar etmişdir. Akademik F.Köçərlinin rəhbərliyi altında çoxlu filosof və hüquqşünas alimlər yetişmişdir. O, sözün əsl mənasında böyük insan, yüksək səviyyəli ziyalı və bacarıqlı elm təşkilatçısı olmuşdur.
Köçərli Tofiq Qasım oğlu
Tarix boyu güclü şəxsiyyətlər öz xalqına arxa, dayaq olmuş, onun qayğıları ilə yaşamış və yaşadıqları torpağı şöhrətləndirmişlər. Xalq həmişə belə şəxsiyyətlərlD fəxr etmiş, öyünmüşdür. Tofiq Köçərli 1929-cu ildə tanınmış xalq maarifçisi Qasım müəllimin ocağında dünyaya göz açmışdır. O, böyük qardaşı Firudinin yolu ilə getmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur.
1950-ci ildə Universiteti bitirdikdən sonra Quba və Ağdam müəllimlər institutlarında, Kirovabad Dövlət Pedoqoji İnstitutunda müəllim, 1957-ci ildən Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baD elmi işçi işləmişdir.
1965-1972-ci illərdə respublikalararası Bakı Ali Partiya məktəbində kafedra müdiri, 1972-1991-ci illərdə isə həmin məktəbin rektoru olmuşdur. 1955-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası, 1965-cı ildə Sov. İKP MK yanıda Marksizm-Leninizm İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1966-cı ildən professor, 1981-ci ildən Azərb. EA-nın müxbir üzvü, 1989-cü ildən EA-nın həqiqi üzvü olmuşdur. Əməkdar elm xadimidi adına layiq görülmüşdür.
Əmək fəaliyyəti üç əsas istiqamətdə olmuşdur: pedoqoji fəailiyyət, elmi iş və ictimai-siyasi iş. Elmi fəaliyyətini şərti olaraq iki mərhələyə bölmək olar. Birincisi, 1990-cı ilə qədər olan mərhələdir. Bu mərhələdə Sov. İKP və AKP tarixinə dair bir sıra monoqrafiya, kitabça və məqalələri, o cümlədən Moskvada bir kitabçası, «Voprosı istorii KPSS» jurnalında səkkiz məqaləsi, Kiyevdə kollektiv bir monoqrafiyada onun yazdığı fəsil çap olunmuşdur. Müəllif «Sov. İKP tarixi»nin IV cildinin, «Azərbaycan KP tarixinin oçerkləri», «Azərbaycan tarixi» (III cild) kitablarının yazılmasında iştirak etmişdir. 80-ci illərin axırlarından T.Köçərlinin elmi fəaliyyətində iki istiqamət üstünlük təşkil edir: 1) Qarabağ və Naxçıvanın tarixini saxtalaşdıranlar cavab vermək; 2) Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bəzi məsələrini tədqiq etmək. Bu problemlərə dair onun onlarca məqaləsi, «Qarabağ: yalan və həqiqət» kitabı, habelə Z.Balayanın Naxçıvan barədə «Nezavisimaə qazeta»dakı (29 mart 1997) kitabçası və Aəzrbaycan Cümhuriyyətinin 80 illiyinə həsr edilmş «İstiqlal və suverenlik» (1998) adlı kitabçası çap olunmuşdur. T.Köçərli ictimai-siyasi fəaliyyətdə də öz müstəqil fikiri, öz mövqeyi və sözü ilə fərqlənmişdir. – «Moskovski novosti» həftəliyinin təşəbbüsü ilə 1990-cı il sentyabırın 11 -də Moskvada Azərbaycan və Ermənistan deputatlarının görüşü keçirildi. Görüşdə hər tərəfdən üç deputat və redaksiyadan da üç nəfər iştirak edirdi. Azərbaycan Tofiq Köçərli, Cəmil Quliyev və Maqsud İbrahimbəyovla təmsil olunmuşdu. Orada Aəzərbaycan deputatları Dağlıq Qarabağ haqqında həqiqətləri çatdırmaq istiqamətində fəal iş görmüşdülər. Görüşdə Tofiq Köçərli demişdi: «Coğrafi qonşuluqda özünü üstün tutmaq, öyünmək ədəbsizlikdir, qonşuluqda düşmənçilik etmək üçün ağıl tələb olunmur. Gəlin sərhəd rayonlarına birgə gedib camaatımızı barışığa, qonşuluq münasibətlərini bərpa edib, dinc yaşamağa, sülh və əmin-amanlığa çağıraq…» Nəhayət, Tofiq Köçərli təklif edir ki, «Evlərimizə qayıdan kimi altımız da bir yerə yığışıb Azərbaycanın Qazax rayonuna, Ermənistanın İçevan rayonuna və indi sakit olmayan digər yerlərə gedək.» («MH», №38, 1990). Onun bu təklifi qəbul olunmuşdur. Tofiq Köçərli bir sıra yazılarında, SSRİ rəhbərlərindən bəziləri ilə olan görüşlərində İttifaq rəhbərliyinin Dağlıq Qarabağ məsələsində iki tərəfin bərabər təqsiri, bərabər məsuliyyəti siyasəti yetirməsini, mərkəzin həmin məsələnin həllində acizliyini açıq və kəskin tənqid etmişdir. “Bakinskiy raboçiy”, 11 fevral 1990 və s.). 30 avqust 1991 -ci ildə Ali Sovet Azərbaycanın müstəqilliyi haqqında tarixi bəyannamə qəbul etdi. Bəyannaməni Ali Sovetin yüksək kürsüsündən elan etmək şərəfi akademik Tofiq Köçərliyə nəsib oldu…. Tofiq müəllim qardaşı F.Köçərli kimi regionzuluqdan həmişə, hər zaman uzaqda durmuşdur. Kimliyindən asılı olmayaraq şəxsiyyətin istedad və bacarığına daha çox üstünlük vermişdir. Bir çox alim və rəhbər işçilərin yetişməsində onun böyük xidmətləri vardır. T.Köçərli uzun müddət rəhbər vəzifələrdə çalışmış, ən çətin məqamlarda belə vətəndaş kimi hərəkət etmiş, sözünü demiş, öz sadiqliyi, təvazökarlığı ilə seçilmişdir. Xalqımızın tanınmış, mötəbər ziyalısı akademik Tofiq Köçərli 2007-ci ildə dünyasını dəyişmişdir.
Köçərli Xəlil Süleyman oğlu

Köçərli Maqsud Qasım oğlu
Köçərlilər özlərinin elmi potensialı ilə bütün respublikada məşhur olan bir nəsildir. Təkcə bu nəsildən yetişən alimlərlə elə Gədəbəyin özündə bir institut yaratmaq olar. Demək olar ki, elmin bütün sahələri üzrə Köçərlilər naslində də alim tapmaq mümkündür. Hətda onlar arasında İradə Köçərli kimi musiqişünas alim də var. Köçərli Maqsud Qasım oğlu isə tibb elmləri namizədidir. Akademiklər olan Fürudin və Tofiq Köçərlilərin kiçik qardaşıdır. M.Köçərli 1946-cı ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Müqəddəs bir ocaqda böyüyüb tərbiyə alan Maqsud müəllim öz bilik və bacarığı ilə orta məktəbdə oxuyanda da yoldaşlarından fərqlənmiş və həkim olmaq arzusu ilə Nəriman Nərimanov adına Tibb İnstitutuna gəlmişdir. Əla qiymətlər alaraq bu instituta daxil olmuş və 1970-ci ildə fərqlənmə diplomu ilə ali təhsilli həkim olmuşdur. Lakin o da ailə ənənəsinə sadiq qalaraq yüksək elmi dərəcə almaq üçün namizədlik dissertasiyası üzərində işləmiş, 1977-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
M.Köçərli Azərbaycan Dövlət Tibb Universitetinin Normal Fiziologiya kafedrasının dosenti olmuşdur. О, uzun müddət, Müalicə-proflaktika fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
Köçərli Revmira Xəlil qızı
Revmira Xəlil qızı Köçərli 6 noyabr 1955-ci ildə Gədəbəy rayonunun Novo-İvanovka kəndində anadan olmuşdur. 1963-cü ildə Bakı şəhərindəki 158 saylı orta məktəbin birinci sinfinə gedib. Oranı 1973-cü ildə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakültəsinə qəbul olub.
1977-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirib. Oxuduğu müddətdə elmi konfranslarda məruzələrlə çıxış edib. 1977-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fiziologiya İnstitutuna daxil olub. İşlədiyi müddətdə baş laborant vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlib. Bir neçə qabaqcıl fizioloji, biokimyəvi üsulları öyrənərək, elmi təcrübələrdə tətbiq edib.
1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, biologiya elmlər namizədi alimlik dərəcəsi alıb. 40-dan çox elmi əsərləri respublika və beynəlxalq elmi mətbuatda çap olu
Köçərli Şahvələd
Gədəbəyin Şınıx bölgəsi XX əsrin sonunda erməni təcavüzünə məruz qalsa da öz tarixi əzəmətini saxlamışdır. Təbii ki, insanları əzəmətli, qeyrətli, zəhmətkeş olan torpağın da şöhrəti şanı artır. Bu bölgənin şöhrətini artıranlar içərisində orada yetişən alimlərin də zəhməti böyükdür. Bu alimlərin hər biri ilk növbədə gədəbəylidir – şınıxlıdır. Şahvələd Köçərli də bu bölgədə şöhrət zirvəsinə yüksəlmiş böyük bir nəslin övladıdır. O, 1937-ci ildə İsalı kəndində anadan olub. Tarixin məşəqqətli illərinin ağrılı-acılı anlarını o da yaşayıb. Orta məktəbi bitrdikdən sonra Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olub və 1959-cu ildə fərqlənmə diplomu ilə bitirib. Ş.Köçərli Universiteti bitirdikdən sonra uzun müddət neft sənayesinin müxtəlif sahələrində çalışıb. Alimlik dərəcəsinə yiyələnməyin vacibliyini də unutmayıb. Aspiranturaya daxil olub və 1965-ci ildə aspiranturanı bitirərək Geologiya-mineralogiya elmləri namizədi olub. İlk əmək fəaliyyətinə fəhləlikdən başlayan Ş.Köçərli Azəri-geofizika İB-nin baş direktoru vəzifəsinə qədər yüksəlib. Hazırda həmin müəssisənin baş geoloqu vəzifəsində çalışır. 100-dən artıq elmi və publisistik əsərlərin müəllifidir.
Köçərli Ənvər Süleyman oğlu
Bütün Şınıx bölgəsində böyük bir nəsil kimi tanınan Köçərlilərdən biri də Ənvər Süleyman oğlu Köçərlidir. Köçərli Ənvər 1934-cü ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Hələ orta məktəbdə oxuyarkən onda təbabətə böyük maraq yaranmış və 1949-cu ildə Bakı şəhərinə gələrək buradakı Feldşerlik Texnikumuna daxil olmuşdur. 1952-ci ildə hDmin texnikumu bitirmiş və Gədəbəyə qayıdaraq Şınıx kənd xəstəxanasında feldşer vəzifəsində işləmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olmuş, burada təhsilini davam etdirərək 1959-cu ildə Baytarlıq ixtisasına yiyələnmişdir. Bu ixtisasla da 1959-cu ildən 1964-cü ilə qədər fəaliyyət göstərmiş, əldə etdiyi nəzəri bilikləri təcrübə prosesinə tətbiq edə bilmişdir. Ənvər Köçərli 1966-cı ildə aspiranturanı bitirmiş və vaxtında müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Uzun müddət Respublikanın quşçuluq sənayesində məsul vəzifələrdə çalışmışdır.
1971-1982-ci illərdə Eksperimental Kolbasa-Konserv Zavodunun direktoru vəzifəsində işləmişdir. Ə.S.Köçərli 1982-ci ildən 1989-cu ilə qədər Elmi tədqiqat institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Ə.Köçərli 1989-cu ildən indiyə qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunda aparıcı elmi işçi – ekspert kimi fəaliyyət göstərir.
O, 40-dan artıq elmi əsərin və 1 ədəd müəlliflik şəhadətnaməsinin müəllifidir.
Köçərli Akif Firudin oğlu
О, böyük filosof, akademik Firudin Köçərlinin övladı olmasına baxmayaraq öz təvazükarlığı ilə həmişə fərqlənmişdir. Köçərli Akif Firudin oğlu 1944-cü ildə Gədəbəy rayonunu İsalı kəndində anadan olmuşdur. Rus dilini öyrənmək üçün Gədəbəy qəsəbəsindəki orta məktəbin rus dili bölməsinə daxil olmuş, sonra isə Bakı şəhərinə köçdükləri üçün 8 saylı Bakı şəhər orta məktəbində təhsilini başa vurmuşdur.
A.Köçərli 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1967-ci ildə həmin universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə götürülmüşdür. 1967-ci ilin sonunda isə Moskva şəhərindəki SSRİ Elmlər Akademiyasının V.A.Setklov adına riyaziyyat institutunda aspiranturaya daxil olmuşdur. Elə bu institutda da dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1972-ci ildə müsahibə yolu ilə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin həndəsə kafedrasına baş müəllim təyin olunmuşdur. Akif Köçərli 1984-cü ildə dosent diplomu almış və işlədiyi kafedranın dosenti seçilmişdir. Hal-hazırda həmin kafedranın dosentidir. Onun «Hama olmayan sahəyə bəzi daxiletmə teoremləri» mövzusu ətrafında bir çox elmi məqalələri dərc olunmuşdur. Bir neçə vəsait və metodiki göstərişin müəllifidir.
Köçərli Mais Xəlil oğlu
Bütün bəşər tarixi boyu insanlar özlərinin yaradışları ənənələrinə sadiq qalmışlar. Xüsusilə ailə ənənələri varislik prinsipinin əsasını təşkil etmişdir. Belələrindən biri də M.Köçərli olmuşdur. Köçərli Mais Xəlil oğlu 1954-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuşdur. 1971 -ci ildə Bakı şəhərində orta təhsil almışdır. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir. 1975-1977-ci illərdə ordu sıralarında olmuşdur. 1977-1979-cu illərdə komsomol işində çalışmışdır. 1979-1986-cı illərdə AMEA-nDn Kibernetika İnstitutunun baş laborantı vəzifəsində çalışmışdır. 1986-cı ildə Azərbaycan Respublikasının xirici ticarət əlaqələrinin modelləşdirilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1986-1990-cı illərdə Azərbaycan EA ASU şöbəsində böyük mühəndis, qrup rəhbəri, layihənin baD mühəndisi işləmişdir. 1990-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali təhsil və elm idarəsində böyük inspektor, baD inspektor vəzifələrində fəaliyyət göstərmişdir. Təhsil Nazirliyində işlədiyi müddətdə ali məktəblərdə aparılan bütün elmi-tədqiqat işlərinə dair normativ hüquqi aktların hazırlanmasında bilavasitə iştirak etmişdir. 1994-cü ildən indiyədək Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsində baD məsləhətçi vəzifəsində işləyir. Milli Məclis Aparatında işlədiyi müddət ərzində iqtisadiyyat və büdcə, ekologiya, yerli özünüidarə, elm və təhsil, hüquq siyasəti məsələlərinə dair qəbul olunmuş 30-a yaxın qanunvericilik aktının hazırlanmasında yaxından və bilavasitə iştirak etmişdir. 1996-cı ildə müsabiqə yolu ilə Beynəlxalq Valyuta Fondunun Vyana İnstitutunun Makroiqtisadi siyasət mövzusunda 3 aylıq kursların dinləyicisi olmuş, müvafiq sertifikat almışdır. 13 elmi əsərin müəllifidir.
Qarayev Bədir Cəmil oğlu
Qarayev Bədir Cəmil oğlu 1942-ci il dekabr ayının 19-da Arabaçı kəndində anadan olmuşdur. O, böyüyüb məktəb yaşına çatdı, kəndlərində məktəb olmadığından düz 7 il qonşu Zamanlı kəndinə üz tutdu. 10 illiyi bitirmək üçün İsalı kəndinə də gedib gəlməli oldu. 60-cı ildə orta məktəbi bitirdi. Kamal attestatı alan kimi Bakıya yollandı. Bakı ona yeni bir dünya kimi göründü. Bu izdiham içində ömür çığırını axtardı. Onu Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin maliyyə-kredit ixtisasında tapdı. Məqsədinə nail olmaq üçün biliyinə və bəxtinə bel bağladı.
5 il beləcə gəlib keçdi. Universitet diplomu ilə doğma yurda qayıtdı. 1965-ci ildə Gədəbəy Dövlət Bankında kredit üzrə müfəttiş işləməyə başladı. Çox keçmədi ki, öz bacarığı, analtik ağılı, zəkası ilə güclü maliyyəçi kimi tanındı. Onu Azərbaycan Tikinti Bankının iqtisadçı vəzifəsinə dəvət etdilər. Bu, böyük yolun başlanğıcı oldu. Səsi-sorağı tezliklə Azərbaycan Maliyyə Nazirliyinin rəhbərliyinə də çatdı. 1967-ci ildə onu nazirlikdə baD iqtisadçı vəzifəsinə təyin etdilər. Bu vəzifədə də yüksək peşəkarlıq göstərdi. O, bir yerdə dayanmağı sevmirdi. Həmişə irəliyə, gələcəyə baxırdı. Elmi dərəcəyə yiyələnmək üçün 1969-cu ildə Azərbaycan Milli Elmlər AkademiyasınDn İqtisadiyyat İnstitutunun aspiranturasına daxil oldu. O, buradan da SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna ezam edildi.
Bir müddət Moskvada yaşadı, elmi tədqiqat işini yekunlaşdırdı. 1972-ci ilin yazında iqtisad elmlər namizədi elmi dərəcəsinə yiyələnib, yenidən əvvəlki iş yerinə qayıtdı.
Vəzifə işləri başlandı. Böyük iqtisadçı, Ştat və Büdcə İdarəsinin rəis müavini, şöbə rəisi… Gərgin zəhməti və istedadı sayəsində respublikanın nüfuzlu şəxsiyyətlərindən biri kimi 1980-ci il oktyabr ayının 13-də Maliyyə nazirinin müavini vəzifəsinə təyin olundu. Düz 7 il nazir müavini kürsüsündə əyləşdi. Maraqlıdır ki, oktaybr ayının 13-ü ona ikinci bir sevinc də gətirdi. 1987-ci il oktyabr ayının 13-də Azərbaycan Respublikasının Maliyyə naziri vəzifəsinə yüksəldi. О, hökumət üzvü kimi səmərəli fəaliyyət göstərərək, respublikada xalq təsərrüfatının, elm və mədəniyyətin inkişafı üçün əlindən gələni əsirgəmirdi. 1992-ci ilin oktyabr ayınadək nazirliyə rəhbərlik edən Bədir Qarayev Gədəbəy rayonunda Asfalt Zavodunun tikintisi üçün maliyyə imkanları yaratdı. Bundan sonra Gədəbəy-Şınıx yolu asfaltlaşdırıldı. О, əhalinin təbii qazdan istifadə edə bilməsi üçün öz köməyini əsirgəmədi. İnşası nəzərdə tutulan bir sıra tikinti obiyektləri üçün vəsait ayırdı… 1992-ci ildə hakimyyət dəyişdikdən sonra maliyyə işi sahəsində çox böyük təcrübəyə malik olan Bədir Qarayev vəzifəsindən azad edildi. «Azərittifaq» da idarə rəisi vəzifəsində çalışdı. 1994-cü ilin əvvəlində Respublika Nazirlər Kabinetində Regionlar arası İqtisadi Əlaqələr Şöbəsinə müdir vəzifəsinə təyin olundu. Lakin bu vəzifədə işləməyə macal tapmadı. Amansız ölüm öz qara əllərini ona Sarı uzatdı. 1994-cü ilin fevralında arzularla dolu ürəyi əbədi olaraq dayandı.
Qasımov Ikram Ziyad oğlu
İkram Ziyad oğlu Qasımov. Filologiya elmləri doktoru, prof. Qasımov İkram Ziyad oğlu 20 noyabr 1950-ci ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universi¬tetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. 1978-1982-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspirantı olmuşdur. 1984-cü ilin noyabrında “Müasir Azərbaycan dilində şərt kateqoriyasının sintaktik ifadə vasitələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2003-cü ilin noyabrında “Azərbaycan dilində hərbi leksika (təşəkkülü, inkişafı və sabitləşməsi)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2004-cü ilin iyun ayında AAK ona filologiya elmləri doktoru alimlik dərəcəsi vermişdir. 2006-cı ilin noyabrından ADU-nun Azərbaycan dilçiliyi kafedrasının professorudur. İlk elmi məqaləsi (“Şərtin sadə cümlələrlə ifadəsi”) 1982-ci ildə Azərbaycan SSR EA “Хəbərlər”i (Dil, ədəbiyyat və incəsənət seriyası) çap olunmuşdur. İlk dərs vəsaiti isə 1998-ci ildə nəşr olunmuş dos. K.B.Hacıyevlə birgə yazdığı “Azərbaycan dilindən praktikum”dur. Bu dərs vəsaiti Ali məktəbin filologiya fakültələrində tədris olunan “Müasir Azərbaycan dili” və rus qruplarında “Azərbaycan dili” dərslərində praktik məşğələ toplusu kimi əhəmiyyətlidir. Kitab respublika mətbuatında yüksək qiymətləndirilmişdir.
İkram Qasımovun 2000-ci ildə çapdan çıхmış “Müasir Azərbaycan dilində hərbi terminlərin yaranma yolları” və 2001-ci ildə nəşr olunmuş “Azərbaycan dilində hərbi terminoloji leksikanın təşəkkülü və inkişafı” adlı monoqrafik səciyyəli tədqiqat işləri Azərbaycan Respublikasında müstəqil ordu quruculuğu dövründə mühüm əhəmiyyət daşıyan hərbi terminoloji qatın meydana gəlməsi, inkişafı və zənginləşməsi yolları haqqında geniş təsəvvür yaradır. Bu sahənin terminoloji sistemi linqvistik baхımdan təhlil edilir. Müəllif öz araşdırmalarında Azərbaycan dili hərbi terminologiyasının qədim ümumtürk yazılı mənbələrindən qaynaqlanaraq müstəqil inkişaf yoluna qədəm qoyması tariхini araşdırır, bu qatda baş verən dəyişiklikləri хronoloji ardıcıllıqla izləyən hərbi terminologiyanın mənzərəsini yarada bilir. O bu sahədəki tədqiqatlarını davam etdirir və terminologiyanın tədrisi zamanı хüsusi ehtiyac duyulan dərs vəsaiti və onun proqramını da hazırlayıb çap etdirir. Onun 2007-ci ildə nəşr etdirdiyi “Azərbaycan terminologiyası” adlı dərs vəsaiti magistratura təhsil pilləsində bir neçə ildir ki, tədris olunur. Prоf. İkram Qasımov Azərbaycan dilinin tədrisi və öyrədilməsi sahəsində də müəyyən işlər görmüşdür. Onun S.Əliyeva ilə birlikdə hazırlayıb 2003-cü ildə çap etdirdiyi “Müstəqil öyrənənlər üçün Azərbaycan dili” və 2006-cı ildə nəşr etdirdiyi “Azərbaycan dili” (Ali məktəblərdə təhsil alan хarici tələbələr üçün dərs vəsaiti) kitabları dilimizin təbliği və öyrədilməsi sahəsində dəyərli vəsaitlər hesab edilir. Ümumiyyətlə, İkram Qasımovun 60-dan yuхarı elmi məqaləsi, elmi-tənqidi yazıları vardır. Indiyə qədər 10-a yaхın elmi əsər və lüğətə redaktorluq etmiş, 3 doktorluq, 2 namizədlik dissertasiyası müdafiəsində rəsmi opponent kimi çıхış etmişdir. prоf. İ.Qasımovun gənc elmi kadrlar hazırlanması sahəsində də müəyyən хidmətləri vardır. İndiyə kimi onun rəhbərliyi ilə 1 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 1 nəfərin dissertasiyası müdafiəyə buraхılmış, 2 nəfərin elmi işi hazırlıq mərhələsindədir. Onlarla namizədlik və doktorluq dissertasiyasına rəy vermiş, rəsmi rəyçi kimi müzakirələrdə çıхış etmişdir.
Qasımov Şəmil Hüseyn oğlu
Qasımov Şmid Hüseyn oğlu 1951 -ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1967-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Ş. Qasımov elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. O, tələbəlik illərində fakültə tələbə elmi cəmiyyətinin fəal üzvlərindən biri olmuş, elmi konfranslarda daim iştirak etmişdir. Ş.Qasımov 1972-ci ildə Universiteti bitirdikdən sonra iki il müddətində hərbi xidmətə cəlb edilmişdir. 1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) «Kimya Texnologiyasının Nəzəri Problemləri» institutunda əmək fəaliyyətini davam etdirir. Bir neçə il bu institutda çalışdıqdan sonra aspiranturaya daxil olaraq Moskva şəhəri, A.N.Nemsmeyanov adına «Element Üzvü Birləşmələr Kimyası» institutuna ezam olunur, elmi tədqiqat işlərini davam etdirir. 1980-ci ildə isə «Tərkibində manqan olan metallotsenil karbokationlarının sintezi və xassələrinin tədqiqi» mövzusu üzrə namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri namizədi adına layiq görülür.
Doğma instituta qayıtdıqdan sonra Ş.Qasımov 1999-cu ilə qədər orada çalışmışdır. 1999-cu ildə Ş. Qasımov Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin ATU ETM dəvəti ilə işə qəbul edilir. Qısa müddətdə yeni iş yerində bacarıqlı tədqiqatçı alim kimi özünü göstərir. Ş.Qasımov ilk dəfə olaraq bioloji fəal liqandlarla aldığı qarışıq liqandlı çox nüvəli palladium kompleksinin quruluşunu RQA-metodu vasitəsi ilə oyrənmiş və onların quruluşu ilə bioloji fəallığı arasındakı asılılıq müəyyən edilmişdir. Ş.Qasımov hal-hazırda doktorluq dissertasiyası işi üzərində çalışır. Onun aldığı yeni kompleks birləşmələrinin ilkin bioloji xüsusuiyyətlərə malik olması sübut edilmişdir. Azərbaycanda ilk dəfə aparılan bu yeni elm sahəsinin inkişafında, onun böyük xidmədləri olmuşdur və bu gün də var.
S.Qasımovun Elmi tədqiqat işləri nəticəsində aldığı uğurlu nəticələr mütamadi olaraq respublikanın və yaxın xarici ölkələrin elmi jurnallarında dərc edilir. О, 46- elmi məqalənin, iki dərs proqramının, bir metodik dərs vəsaitinin müəllifidir.
Qasımov Binnət Əliş oğlu
Qasımov Binnət Əliş oğlu 1947-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur. 1966-cı ildə kənd orta məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün sənədlərini Azərbaycan Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Kimya-Texnologiya fakültəsinə verir. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək elə həmin il Neft Akademiyasına daxil olur. 1971-ci ildə ali təhsilini başa vurub, təyinatla Sumqayıt Superfosfat zavoduna göndərilən B.Ə.Qasımov, 1973-cü ilədək orada işləyir. 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş və 1976-cı ildə Bakı şəhərinə dönərək Y.Məmmədəliyev adına Neft və Kimya prosesləri İnstitutunun heterogen katalizator laboratoriyasında elmi işçi kimi əmək fəaliyyətini davam etdirir və baş elmi işçi vəzifəsinə qədər yüksəlir. Qısa müddətdə o, öz bilik və bacarığı ilə fərqlənir. Gənc kimyaçının istedadı və elmə olan həvəsi laboratoriya müdiri və Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü B.A.Dadaşovun nəzəri diqqətindən yayınmır və onu elmi işə cəlb edir.
1977-ci ildə istehsalatdan ayrılmadan aspiranturaya daxil olur və 1984-cü ildən “C5-C8 alkanların və qaz kondensatının izomerləşməsi prosesi üçün polimetall-seolit katalizatorlarının sintezi və tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək, kimya elmləri namizədi adına layiq görülür. Xalq Təsərrüfatında yüksək oktanlı benzinə gündən-günə təlabatın artdığını nəzərə alan B.Qasımov bu problemin həlli yollarını axtarıb tapmaq məqsədi ilə elmi araşdırmalar aparır və buna nail olur. О, müəyyən edir ki, yüksək oktanlı benzini almaq üçün onun tərkibində olan izokomponentlərin çoxluğu gərəkdir. Ən nəhayət, qarşısına qoyduğu məqsədə çatır. Respublikada ilk dəfə olaraq benzinin tərkibində izokomponentlərin çoxaldılması üsulu tapılır ki, bu da oktan ədədini 69-dan 85-ə qədər artırmağa imkan verir. Bu kəşfinə görə gənc alimə müəlliflik şəhadətnaməsi verilir. Ümumiyyətlə, aparılan elmi tədqiqat işi zamanı o, 4 məxfi şəhadətnaməyə layiq görülüb. 18 elmi məqaləsi elmi jurnallarda dərc olunub. 1972-1977-ci illərdə qiyabi olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirərək ikinci ixtisas-müəllimlik peşəsinə sahib olur. Və beləliklə də gələcək taleyini bir pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsinə həsr etmək qərarına gəlir. 1991-ci ildə Yerli Sənaye Texnologiya Texnikumuna dəvət olunur və Polimer maddələr və plastik kütlələrin kimya və texnologiyası ixtisası üzrə dərs deyir. О, paralel olaraq 1989-cu ildən orta məktəbdə kimya, fizika və riyaziyyat fənləri üzrə Xətai rayonun 194 saylı məktəbində müəllim işləmişdir. 1999-cu ildən Nizami və Nərimanov rayon təhsil şöbəsində metodist, metodika mərkəzinin direktoru kimi məsul vəzifələrdə çalışmışdır.
Hal-hazırda Bakı şəhərinin 272 saylı orta məktəbində təlim-tərbiyə üzrə direktor müavini işləyir.
Qasımov Şəfəq Hüseyn oğlu
Qasımov Şəfəq Hüseyn oğlu 1948-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini əla qiymətlərlə bitirən Ş.Qasımov elə həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika fakültəsinə qəbul olunur. 1971-ci ildə təhsilini başa vurduqdan sonra təyinatla Ağsu rayonuna fizika müəllimi göndərilir və 1975-ci ilə qədər adı çəkilən rayonda pedaqoji fəaliyyətini davam etdirir. Təbiətcə sakit, eyni zamanda ciddi və özünə qarşı tələbkar olan Ş.H.Qasımov müəllimliyə hörmət və məhəbbətlə yanaşsa da, elmi fəaliyyətə daha çox üstünlük vermiş və 1975-ci ildə o, Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olmuşdur. 1984-cü ildə «TL, Se yarımkeçirici birləşməsini və onların analoqlarını qalvanomaqnit xassələrinə yüksək hidrostatik təzyiqin təsiri» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına layiq görülmüşdür.
Hal-hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərir.
Ş.Qasımov Moskvada, Sankt-Peterburqda, Latviyada, Türkiyədə, Yunanıstanda keçirilən Beynəlxalq simpoziumlarda Azərbaycanı təmsil etmişdir.
30-dan çox elmi məqaləsi respublikanın, xarici ölkələrin müxtəlif fizika jurnallarında çap olunmuşdur. Elmi fəaliyyətini davam etdirən Ş.Qasımov hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir.
Qasımov Eldar Əliş oğlu
Qasımov Eldar Əliş oğlu 1960-cı ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1977-ci ildə kənd orta məktəbini bitirən E.Qasımov elə həmin ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsinə qəbul olur. Fakültənin əlaçı tələbələrindən olduğundan 3-cü kursdan biologiya kafedrasının tövsiyəsi ilə Universitet tərəfindən Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Unversitetinə göndərilir.
Sankt-Peterburqda təhsilini müvəffəqiyyətlə başa vuran E.Qasımov təyinatla Moskva şəhərinə göndərilir. Bir müddət Elmi tədqiqat institutunda işlədikdən sonra 1980-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Moskva Dövlət Universitetində apiranturaya daxil olur. 1983-cü ildə dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülür. E.Qasımov elmi biliklərini praktik cəhətdən əsaslandırmaq məqsədi ilə Moskva şəhərində «Dezinfeksionid» Şirkətində işə düzəlir və daha sonra şirkətin prezidenti seçilir. Şirkətin qarşıya qoyduğu ən vacib məsələlərdən biri də gəmiricilərə və digər ziyanvericilərə qarşı dərman və preparatlarının hazırlanması olmuşdur. Şirkət zaman kəsiyində böyük müvəffəqiyyət qazanır. Belə ki, şirkətin hazırladığı dərman və preparatlar Rusiya Federasiyasının bir çox şəhər və rayonlarında sınaqdan çıxmış və əlaqədar Nazirliklər tərəfindən kütləvi istehsalına Lisenziya verilmişdir. Bu gün həmyerlimizin ixtirası əsasında kütləvi halda istehsal edilən dərman preparatlar artıq Almaniya, İtaliya, Türkiyə, İspaniya kimi nüfuzlu xarici ölkələrə ixrac edilir. E.Qasımovun ixtiraları bununla bitmir. Bu günlərdə kütləvi istehsalına və satışına lisenziya verilmiş, xüsusi texnologiya ilə hazırlanmış, quru şampunlar onun ixtiralarındandır. Müasir tələbələrə cavab verən bu tip şampunlar hərbi hissələr üçün çox sərfəli və əvəz edilməzdir. Belə ki, quru şampunlardan istifadə edilərkən su tələb olunmur. Yuyunmaq lazım gələndə quru şampunu sadəcə olaraq başa və bədənə sürtmək kifayətdir. E.Qasımov elmi yaradıcılıqla da ciddi məşğul olur. Öz sahəsi üzrə 50-ə yaxın elmi məqaləsi, tezisləri Rusiya Federasiyasında və bir çox xarici ölkələrin elmi jurnallarında çap edilmişdir. Doktoluq dissertasiyası hazırdır və yaxın günlərdə Sankt-Peterburq (keçmiş Leninqrad) Universitetinin elmi şurasında müzakirəyə çıxarılacaq.
Qurbanov Mehdi Qədim oğlu
Qurbanov Mehdi Qədim oğlu 1942-ci il dekabr ayının 31-də Gədəbəy rayonunun Kalaman kəndində anadan olmuşdur. Təvazükar alim və həkim uşqalığında orta təhsil almaq üçün uzun illər Böyük Qaramurad kəndinə gedib gəlmişdi. 1959-cu ildə orta məktəbi əla və yaxşı qiymətlərlə bitirərək uşaq həkimi olacağına qətiyyətlə söz vermişdir. Bu istəklə də 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq ilk həyat arzusuna çata bilmişdir. 1966-cı ildə İnstitutu bitirdikdən sonra həkim işləmək üçün Azərbaycanın Qəbələ rayonunu seçmişdir. Həmin ilin avqust ayının 2-də həkim-pediatr kimi Qəbələ rayon uşaq xəstəxanasında işə başlamışdır. Az müddət ərzində bir həkim və xeyirxah insan kimi bütün qəbələlilərin hörmətini qazanmışdır. Elə bu səbəbdən də 1968-ci ildə rayon uşaq məsləhətxanasının müdiri vəzifəsinə irəli çəkilmişdir. Öz sahəsini daha dərindən öyrənmək marağı onu 1969-cu ildə yenidən Tibb institutuna qaytarmışdır. О, xüsusi konkurs yolu ilə institutun uşaq infeksion xəstəlikləri kafedrasına klinik ordinator təyin edilmişdir. Elə həmin ildə namizədlik dissertasiyası üzərində işləmək üçün müdafiə şurasında «Virus henafiti zamanı simpafik-adrenal sisteminin vəziyyəti» adlı mövzunu elmi-tədqiqat işi kimi təstiq etdirmiş və 1981 -ci ilin iyun ayının 21 -də Moskva şəhərindəki SSRİ Tibb Elmləri Akademiyasının Pedriatriya institutunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. M. Qurbanov 1985-ci ildə konkurs yolu ilə Azərbaycan Tibb Elmləri İnstitutunun uşaq infeksion xəstəlikləri kafedrasına dosent seçilmişdir. О, indiyə qədər də həmin vəzifədə çalışır. Mehdi müəllim 115-dən ratıq elmi məqalənin müəllifidir. Onun Rusiyada, İngiltərədə, İsraildə, Türkiyədə, Fransada və başqa yerlərdə məqalələri dərc olunmuşdur. M.Qurbanovun 5 metodik tövsiyyəsi, «Uşaq infeksiyon xəstəlikləri» adlı dərslik kitabı çap olunmuşdur. M.Qurbanov müalicə etdiyi yüzlərlə uşaqların valideynlərinin diqqətindən də yayınmamışdır. Onun bacarığını və xeyirxahlıqlarını şerlərlə, məqalələrlə və kitablarla qiymətləndirmişlər. Tanınmış filoloq alim, şair Şamil Əsgərov ona «Körpələrin münəccimi» adlı çox maraqlı bir kitab həsr etmişdir. M.Qurbanovun «О qalalarda izim qaldı» Şerlər kitabı da çapdan çıxmışdır. О, hal-hazırda Yuneskonun fəxri professorudur.
Qədimov Valeh Əli oğlu
Qədimov Valeh Əli oğlu, 1947-ci il fevral ayının 23-də Gədəbəy rayonunun Leşgər kəndində anadan olmuşdur. 1955-1956-cı tədris ilində Gədəbəy rayon orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1965-1966-cı tədris ilində həmin məktəbin 11-ci sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra müxtəlif müəssisələrdə əmək fəaliyyətində olmuşdur. 1968-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1974-cü ildə orada biologiya ixtisası üzrə tam kursu bitirmişdir. 1974-cü ilin yanvar ayından Azərbaycan Respublikası EA Zoologiya İnstitutunda həşəratların ekalogiyası və fiziologiyası laboratoriyasında laborant vəzifəsinə qəbul edilmiş, həmin ilin oktyabr ayında baş laborant vəzifəsinə keçirilmişdir. 1976-cı ilin mart ayından 1995-ci ilin fevral ayına qədər həmin laboratoriyada kiçik elmi işçi vəzifəsində işləmişdir. Eyni zamanda, biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün həmin İnstitutun dissertantı olmuşdur. 1994-cü il iyun ayının 10-da «Azərbaycanın əsas himar arı növləri və onların təsərrüfat əhəmiyyəti» mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 8 noyabr 1994-cü il qərarı ilə ona biologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1995-ci il fevral ayının 16-dan 2002-ci il yanvar ayına qədər Zoologiya İnstitunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1997-ci ilin dekabr ayında ona Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə Entomologiya ixtisası üzrə baU elmi işçi adı verilmişdir. Qədimov Valeh Əli oğlu 1976-2005-ci illər ərzində Azərbaycanın müxtəlif zonalarında bal arısının təhlükəli yırtıcıları olan müxtəlif növ arıların bioekoloji xüsusiyyətlərini və davranışlarını, yem bitkilərinin toxum məhsuldarlığının artırılmasında bal arısının rolu və Azərbaycanda arı ailəsinin mövsümi inkişaf dinamikasını öyrənmişdir. Bu müddət ərzində 4 təsərrüfat müqaviləli işin yerinə yetirilməsində fəal iştirak etmişdir. Apardığı elmi-tədqiqat işlərindən birinin nəticəsi arıçılıq təsərrüfatlarında sınaqdan keçirilmiş və tədbiq edilmişdir. 2002-ci ilin yanvar ayından Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında dosent vəzifəsinə işə qəbul edilmişdir. Həmin ilin fevral ayında elmi şuranın qərarı ilə «Təbiət elmləri» kafedrasının müdiri vəzifəsinə təyin edilmiş və bu günə qədər o vəzifədə çalışır. Bu müddət ərzində V.Ə.Qədimovun dövrü mətbuatda «Arıçılığın və heyvandarlığın əsasları»ndan 4 proqramı (Təhsil nazirliyinin xətti ilə orta ümumtəhsil məktəblərinin VIII-IX, Х-Х1 sinif şagirdlərinin peşə təlimi proqramı) və 41 elmi əsəri nəşr olunmuşdur.
Qəmərli Faiq Mahmud oğlu
Övladın tərbiyə olunmasında, onun şəxsiyyət kimi formalaşmasında valideynin rolu böyükdür. Elə valideynlər də vardır ki, o təkcə övladları üçün yox, bütöv bir kənd üçün örnək mənbəyidir. Belə valideynlərdən biri də Faiq Qəmərlinin atası, əməkdar müəllim Mahmud Qəmərli olmuşdur. bütün övladlarının ali təhsilə yiyələnməsində böyük əməyi olan Mahmud müəllim oğlu Faiqi də alim görmək istəmişdir.
Qəmərli Faiq Mahmud oğlu 1951 -ci ilin iyun ayının 11 -də Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olmuşdur. О, hələ Söyüdlü kənd orta məktəbində oxuyarkən fizika və riyaziyyat fənlərinə böyük maraq göstərmiş, orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. Arzusuna çatmaq üçün 1972-ci ildə Bakıya gələrək sənədlərini indiki Nəsrəddin Tusi adına Pedaqoji Universitetin fizika fakültəsinə vermişdir. Heç bir çətinlik çəkmədən qəbul olunmuş və fizika müəllimi ixtisasına yiyələnmişdir. Orta təhsil məktəblərində müəllimlik etməklə yanaşı elmi tədqiqat işinə də böyük maraq göstərmişdir. Nəhayət ki, 1994-cü ildə elmi-tədqiqat işini sona çatdıraraq, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Uzun müddət işlədiyi Bakı şəhər Baş Təhsil idarəsində inspektor vəzifəsindən ayrılmışdır.

Quliyev Vaqif İbrahim oğlu
Quliyev Vaqif İbrahim oğlu 25 oktyabr 1943-cü ildə Gədəbəy rayonunun Düzyurd kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə həmin rayonun Gər-gər kənd orta məktəbini bitirmiş və 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya texnologiya fakültəsinə daxil olmuşdur. Həmin institutu 1968-ci ildə qurtarmışdır. İnstitutu bitirdikdən sonra AMEA-nın Neft Kimya prosesləri institutunda mühəndis vəzifəsi ilə işə başlamışdır. 1969-cu ildə M.Əzizbəyov adına ANKİ-nun «Ümumi kimya» kafedrasına laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmişdir. 1980-ci ildə kimya elmlər namizədi adı almaq üçün dissertasiya işini müdafiə etmişdir. Bundan sonra kafedrada assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. O, 30 elmi əsərin müəllifidir. Onun əsərləri Moskva, Kiyev, Bakı və s. şəhərlərdə çap edilmişdir. Onun kimya fənni üzrə tələbələr üçün yazmış olduğu «4» dərs vəsaiti və «Ümumi və qeyri-üzvi kimya» dərslik kitabı nəşr edilmişdir.
Qəmbərov İdris Cabbar oğlu
Qəmbərov İdris Cabbar oğlu 1934-cü ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, və 1959-cu ildə oranı bitirmişdir. 1963-cü ildə Əkinçilik İnstitutunda aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra burada kiçik elmi işçi vəzifəsində çalışmışdır. Qəmbərov İdris 1969-cu ildə namizədlik dissertasiyası müdafiə edərək biolgiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1971-ci ildən 1993-cü ilə qədər əkinçilik institutunda elmi işlə məşğul olmuş, 1993-ci ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Yerquruluşu layihə institutunda 1 -ci dərəcəli aparıcı mühəndis vəzifəsində çalışmışdır.
Quliyev Vaqif İbrahim oğlu
Quliyev Vaqif İbrahim oğlu 25 oktyabr 1943-cü ildə Gədəbəy rayonunun Düzyurd kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə həmin rayonun Gər-gər kənd orta məktəbini bitirmiş və 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya texnologiya fakültəsinə daxil olmuşdur. Həmin institutu 1968-ci ildə qurtarmışdır. İnstitutu bitirdikdən sonra AMEA-nın Neft Kimya prosesləri institutunda mühəndis vəzifəsi ilə işə başlamışdır. 1969-cu ildə M.Əzizbəyov adına ANKİ-nun «Ümumi kimya» kafedrasına laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmişdir. 1980-ci ildə kimya elmlər namizədi adı almaq üçün dissertasiya işini müdafiə etmişdir. Bundan sonra kafedrada assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. O, 30 elmi əsərin müəllifidir. Onun əsərləri Moskva, Kiyev, Bakı və s. şəhərlərdə çap edilmişdir. Onun kimya fənni üzrə tələbələr üçün yazmış olduğu «4» dərs vəsaiti və «Ümumi və qeyri-üzvi kimya» dərslik kitabı nəşr edilmişdir.
Quliyeva Rəna Vaqif qızı
Quliyeva Rəna Vaqif qızı 1 iyun 1972-ci ildə Gədəbəy rayonunun Düzyurd kəndində anadan olmuşdur. 1989-cu ildə Suraxanı rayonunun Hövsan qəsəbəsində 76 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Moskva Sənaye Akademiyasına daxil olmuş və 1994-cü ildə həmin Akademiyanı bitirmişdir. 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının «analitik kimya» kafedrasında işə başlamış və 1995-ci ildən isə Neft Akademiyasının «Ümumi kimya» kafedrasına elmi işçi vəzifəsinə götürülmüşdür. Və həmin kafedranın dissertantı olmuşdur. 2004-cü ildə dissertasiya işini müdafiə edərək kimya elmlər inamizədi alimlik dərəcəsi almışdır. Onun müdafiə etdiyi mövzuya aid 26-dan çox əsərləri nəşr edilmişdir. Bunların arasında Moskva, UFA, Almaniya və Türkiyə ölkələrində də çap olunmuş əsərləri vardır. Onun «Dispers sistem» lər haqqında köməkçi dərs vəsaiti və «Ümumi və qeyri üzvi kimya» dərslik kitabı nəşr edilmişdir. Rəna hal-hazırda kafedrada «elmi işçi» vəzifəsində işləyir.
Quliyeva Sevda Vaqif qızı
Quliyeva Sevda Vaqif qızı 1970-ci ildə Gədəbəy rayonunun Düzyurd kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsi 76 saylı orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1987-ci ildə Moskva Dövlət Universitetinin «Biologiya» fakültəsinin biologiya ixtisasına daxil olmuşdur. 1992-ci ildə həmin universiteti əla qiymətlərlə bitirmişdir. 1996-cı ildə biologiya elmləri namizədi, alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmiş və biologiya elmləri namizədi alimlik adına layiq görülmüşdür. Azərbaycan Dövlət Tibb Universitetində elmi işçi vəzifəsində işləyir. 15 elmi əsərin müəllifidir. Hal-hazırda elmlər doktoru olmaq üçün tədqiqat işlərini davam etdirir.
Quliyeva İnci Arif qızı
Əsli Gədəbəy rayonunun Söyüdlü kəndindən olan Quliyeva İnci Arif qızı 01.02.1972-ci ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Quliyevlər ailəsinin ən kiçik evladı olub, sevilmiş və çox mehriban bir qız olmuşdur.
İnci 1979-cu ildə Bakıdakı 211 saylı məktəbin 1 -ci sinfinə daxil olmuş, və həmin məktəbi qızıl medalla qurtarmışdır. О, hələ uşaq ikən özünü həkim rolunda göstərirdi. Elə bu həvəslə də o, 1989-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna müvəffəqiyyətlə imtahan vermiş və oranın ən yaxşı tələbəsi kimi seçilmişdir. İnstitutda oxuyarkən o, müəllimlərini sevmiş və eyni zamanda əla qiymətlərlə oxumuşdur. İnci İnstitutu qırmızı diplomla başa vurmuş, 2 illik internaturanı qurtarandan sonra, 1996-1998-ci illərdə Moskva şəhərinin Rusiya Tibbi Elmlər Akademiyasının Göz İnstitutunda ordinaturada oxumuş və oranı bitirdikdən sora, 1998-ci ildə oftalmologiya sənəti üzrə həmin institutun aspiranturasına daxil olmuşdur 2001 -ci ildə «Göz arxası xəstəliklərinin müalicəsində bəzi maddələrin endonazal elektroforezi» mövzusunda müdafiə etmişdir və tibb elmləri namizədi adına layiq görülmüşdür. Hal-hazırda həmin institutun lazer şöbəsində lazer cərrahı vəzifəsində çalışır və eyni zamanda doktorluq mövzusu üzrə elmi tədqiqat işi aparır.
Quliyeva Sevinc Arif qızı
Əsli Gədəbəy rayonunun Söyüdlü kəndindən olan Quliyeva Sevinc Arif qızı 27.09.1961-ci ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Bu qız hələ lap kiçik yaşlarından elmlə məşğul idi, anası ilə eksperiment aparır, kitablarla məşğul olub, mütaliə edirdi 1968-ci ildə o, Bakıdakı 211saylı (rus-dili) məktəbin 1 -ci sinfinə daxil olmuş və həmin məktəbi qızıl medalla bitirmişdir. Elə həmin ildə də yalnız kimya fənnindən imtahan verərək Azərbaycan Tibb İnstitutunun müalicə proflaktika fakültəsinə daxil olmuş və 1985-ci ildə institutu bitirmişdir. Sevinc institutun komsomol komitəsində fəal iştirak etmişdir. İnstitutu bitirdikdən sonra o, tibb institutunun mamalıq-ginekologiya kafedrasında laborant vəzifəsində çalışmışdır. Sonralar isə həmin kafedranın aspirantı olmuş, ginekologiya-mamalıq üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra da həmin kafedranın assistenti vəzifəsində çalışır.
Quliyev Fövzi Manaf oğlu
Quliyev Fövzi Manaf oğlu 22 mart 1976-cı ildə Gədəbəy rayonunun Arabaçı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1983-cü ildə Gədəbəy rayonunun Arabaçı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1994-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Şəhər bələdiyyə tikintisi və təsərrüfatı» ixtisasına daxil olmuşdur. 1998-ci ildə həmin universitetin bakalavr pilləsini bitirmiş və həmin il həqiqi hərbi xidmətə getmişdir. 2001-ci ildə ordudan təxris olunmuş, həmin ildən «Şəhər bələdiyyə tikintisi və təsərrüfatı» kafedrasının rəhbərliyi tərəfindən kafedraya dəvət edilmişdir.
2002-ci ildən «Şəhər bələdiyyə tikintisi və təsərrüfatı» kafedrasının assistentidir. 3 elmi məqalənin müəllifidir və namizədlik dissertasiyasını işləyib sona çatdırmışdır.

Quliyev Həsən Kərəm oğlu
Filologiya Elmləri doktoru, professor Həsən Kərəm oğlu Quliyev 1938-ci il avqust ayının 1-də Azərbaycan Respublikası Gədəbəy rayonun Zamanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Zamanlı kənd 7-illik və İsalı kənd 10-illik məktəblərində orta təhsil almışdır. 1956-cı ildə Bakıda M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində alman və Azərbaycan dilləri şöbəsinə daxil olmuş, 1961 -ci ildə həmin institutu bitirmişdir. 1961-1962-ci illərdə o, həmin institutda baş laborant və baş müəllim olmuşdur. H.Quliyev 1962-ci ilin noyabrında Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunda aspiranturaya daxil olmuş, həmin ayda ordu sıralarına çağırılmışdır. 1964-cü ilin sentiyabr ayında ordudan qayıdıb Türkmənistan EA-nın Məhtimqulu adına Dil və Ədəbiyyat İnstitutunda Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun məqsədli aspirantı olmuşdur. Aşqabadda türkmən dilini öyrənməklə bərabər, «Azərbaycan və türkmən dillərində fellərlə idarə» mövzusunda namizədlik dissertasiyası yazıb, 1967-ci ildə Bakıya qayıtdıqdan sonra Nizami adına Ədəbiyyat və Dil İnstitutunda Müasir Azərbaycan dili şöbəsində kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. H.K.Quliyev 1969-cu il iyunun 30-da Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbəyyat və Dil İnstitunun müdafiə şurasında namizədlik dissertasiyası, 1992-ci il dekabr ayının 27-də Nəsimi adına Dilçilik İnstitutunun doktorluq dissertasiyaları üzrə müdafiə şurasında «Türk dillərində felin semantikası» mövzusunda dissertasiya müdafiə edib, 10.12.06-türk dilləri ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. О, 1971-85-ci illərdə Nəsimi adına Dilçilik İnstitunda elmi katib, 1986-1989-cu illərdə isə həmin institutun Türk dilləri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1989-cu il fevral aynın 23-də o, Türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilmiş və 2001-ci il fevral ayının 7-nə kimi həmin şöbəyə rəhbərlik etmişdir. AMEA-da işlədiyi müddətdə o, müasir Azərbaycan dili, nitq mədəniyyəti və türkologiyanın bir sıra problemlərinin tətqiqi ilə məşğul olmuşdur. «Sovetskaya tyurkoloqiya» («Türkologiya») jurnalında onun 20-dən artıq məqaləsi çap olunmuşdur. Həsən müəllim 1998-ci ildən 2001-ci ilədək Azərbaycan dillər Universitetinin alman dilinin fonetikası, qramatikası və tarixi kafedrasında yarımştat professor vəzifəsində işləmiş, 2001 -ci il fevral ayının 7-də müsabiqə yolu ilə ADU-nun alman dili tərcümə kafedrasına professor vəzifəsinə seçilmişdir. Azərbaycan Pedaqoji Universitetində «Müasir türk dillərinin müqayisəli qarmmatikası» və «Türk dillərində felin semantikası» problemlərindən magistrantlara mühazirələr oxumuşdur. Universitetlərdə çalışdığı müddətdə həsən müəllim 50-dən artıq magistrin elmi rəhbəri olmuşdur. O, bir sıra namizədlik dissertasiyalarına rəy yazmış, bir neçə namizədlik dissertasiyasına opponentlik etmiş, 10 nəfər aspirant və dissertantın elmi rəhbəri və bir neçə doktorantın məsləhətçisi olmuşdur.
Professor H.K.Quliyev Moskva, Leninqrad, Daşkənd, Alma-Ata, Ufa, Çeboksar, Ujqorod, Svertlovsk, Kişinyov şəhərlərində keçirilən beynəlxalq türkoloji konqreslərdə türkologiyanın aktual problemlərinə aid məruzələr etmişdir.
Quliyev Qəzənfər Razım oğlu
Bu kitabı hazırlayarkən evlərinin telefon nömrəsini hörmətli şairimiz İlyas Tapdıqdan aldım. Zəng edib ömür yoldaşı Lidiya xanımla görüşdüm. O, 40 il Dağüstü İstirahət və Mədəniyyət parkında mədəni-kütləvi işlərə baxıb, əmək veteranıdır. Deyir: «Qəzənfər sazı-sözü çox sevdiyinə görə məni də oraya işə düzəltmişdi, həmişə deyirdi, şairlərlə, aşıqlarla tez-tez görüş keçir. Elə yerliniz şair İlyas Tapdıqla nə qədər hərarətli görüşlər keçirmişəm orada; oda özü ilə tanınmış aşıqları, müğənniləri gətirərdi. Bir dəfə qızı gözəl müğənnimiz Şəbnəmin konsertini təşkil etmişdi. Qəzənfər buna çox sevinirdi. Dostları ilə, eloğulları ilə tez-tez görüşürdü, toydan-yasdan qalmazdı. Hətta küsülüləri də barışdırardı. Biz bir toya getsək, hamı Qəzənfərdən saz çalıb oxumasını xahiş edirdi. Mən bəzən etiraz edərdim, bizi toya çağırıblar, aşıqlığa çağırmayıblar deyirdim… O isə deyirdi, adamların ürəyini qırmaq olmaz… Çalardı, oxuyardı, lətifə söyləyərdi … Nə isə Artıq bunların hamısı oldu, keçdi, xatirəyə çevrildi…» Ömür yoldaşı bu sözləri çox dərin kədərlə söylədi, qəzaya düşməsə idi, indi çoxdan akademik idi. 1983-cü ildə sənədləri Azərbaycan Elmlər Akademiyasının müxbir üzvlüyünə təqdim olunmuşdu, qəza imkan vermədi.
Qəzənfər 1928-ci ildə Gədəbəydə doğulmuşdu. Hamının yaxşı tanıdığı Kazım Quliyevin oğlu idi. 1949-cu ildə Moskva Baytarlıq Akdemiyasının baytarlıq fakültəsini bitirmişdi. Həmin ildə Moskva Timuyazyev adına Kənd Təsərrüfat Akademiyasının aspiranturasına daxil olmuşdu. 1953-cü ildə namizədlik, 1996-cı ildə isə genetika mütəxəsisi kimi professor adına layiq görülmüşdür.
Əziz ömür yoldaşı, gözəl və sağlam bir insan olan Qəzənfər Quliyev haqqında danışanda Lidiya xanım kövrəldi: «Şəmkir-Gədəbəy yolunda qəzəya düşdü, bizə bir sazı qaldı bir də bu şəkilləri. Onun əziz xatirəsi dünyada bizim üçün ən müqəddəs bir yadigardır». Qəzənfər Quliyev 1953-cü ildən Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda böyük elmi işçi kimi çalışmışdır. Son illərdə isə institutda
heyvanların morfoloji və tsitogenetik laboratoriyasına rəhbərlik edirdi. O, respublikamızda morfogenetik sahədə aparılan elmi tədqiqatların əsasını qoyanlardan biridir. Öz sahəsi üzrə tez-tez radioda, televiziyada çıxışlar edir, bununla əlaqədar yazdığı məqalələri qəzetlərdə çap etdirdi. O, çox görkəmli alim olmaqla, həm də təvazökar və sadə təbiətli bir insan idi. Elini-obasını çox sevirdi,çoxlu dostları vardı. Eloğlusu, o zaman M.A.Əliyev adına İncəsənət İnstitutunun prorektoru işləyən İbrahim Abbaszadə, böyük alim Qoşqar Əhmədli, tanınmış alim Abbas Hacıyev, şair İlyas Tapdıq, alim-həkimlər Oktay və Həbib Haqverdiyevlər, Cəmil Əkbərov, Dəmir Alməmmədov və başqaları Qəzənfərin sazına, sözünə vurğun idilər. Onlar üçün darıxar, tez-tez zəng edərdilər. Professor Qəzənfər Quliyev Azərbaycan Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin, habelə «Bilik» Cəmiyyətinin üzvü idi. Respublikada elmi biliklərin təbliği sahəsində yorulmaq bilmədən çalışırdı. O, eyni zamanda institutun həyatında fəal bir ictimaiyyətçi kimi çox iş görür, seminarlar aparırdı.
O, mehriban bir ailə başçısı idi. İki övladı var. İndi böyük oğlu Tərlan Ankara Dövlət Opera və Balet Teatrında bir skripkaçı olaraq çalışır. Kiçik oğlu Telman isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, həkim işləyir.
Mahmudov Rəşid Mahmud oğlu
Mahmudov Rəşid Mahmud oğlu 1938-ci il noyabr ayının 28-də Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1945-ci ildə Qaraməmmədli kənd 7-illik kənd məktəbinədaxil olmuş, həmin məktəbin VII sinfini əla qiymətlərlə bitirmişdir. 1952-ci ildə Fizuli adına Böyük Qaramurad kənd orta məktəbinin VIII sinfinə daxil olmuş və 1955-ci ildə həmin məktəbin Х sinfini əla qiymətlərlə qurtarmışdır. Həmin ildə (1955) Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində elmə böyük maraq göstərmiş və 2 elmi məqaləsi çap olunmuşdur. Tələbə elmi cəmiyyəti xətti ilə elmi konfranslarda çıxışlar etmişdir. 1961 -ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirərək, Səhiyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmişdir. R.M.Mahmudovun səyi nəticəsində buradakı 15 çarpayılıq xəstəxana genişləndirilmiş, çarpayıların sayı artırılaraq 25-ə çatdarılmışdır. 1961-1963-cü illərdə Rəsullu kənd xəstəxanasında baş həkim işlədikdən sonra, elmə olan marağı onu elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna çəkib gətirdi (indiki Azərbaycan Tibb Universiteti). Burada normal fiziologiya kafedrasının aspirantı olmuş və 1966-cı ildə aspiranturanı bitirmişdir. 1966-cı ildən 1971 -ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında müəllim (assistent) kimi çalışmışdır. 1971 -ci ildə normal fiziologiya kafedrasında baş müəllim seçilmişdir. Hələ aspirant dövründə institutda fiziologiya fənnindən tələbələrə mühazirələr oxumuşdur. 1983-cü ildə elmi araşdırmalarını Moskva şəhərində kardioloji mərkəzdə aparmış və həmin ildə «Aterosklerozun yarananmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu» mğvzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1991 -ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda dosent seçilmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. 50-dən çox elmi əsərin müəllifidir. 1985-ci ildə dünyanın ən aparıcı jurnalı olan «Cor et Vaza» (Ürək və damar) jurnalında 9 səhifədən ibarət elmi məqaləsi çap olunmuşdur. R.M.Mahmudov Azərbaycan dilində nəşr olunan «Normal fiziologiya» adlə dərsliyin müəllfidir. Əsərləri Çexoslovakiyada, Moskvada, İsveçdə, Türkiyədə çap olunmuş və bir çox elmi konfranslarda çıxışlar etmişdir.

Mehdiyev Novruz Həbib oğlu
Mehdiyev Novruz Həbib oğlu 1961-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirən N.Mehdiyev sənədlərini M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə versə də, müsabiqədən keçə bilmir. Bu müvəffəqiyyətsizlik onu ruhdan salmır, əksinə qarşısına qoyduğu məqsədə çatmaq üçün əzmlə çalışır. Və nəhayət hərbi xidməti başa vurduqdan sonra 1986-cı ildə sənədlərini yenidən hüquq fakültəsinə təqdim edir və qəbul imtahanlarını əla qiymətlərlə verərək ən yüksək balla arzusunda olduğu ali məktəbə qəbul olunur.
Təhsil aldığı müddətdə dəfələrlə Ümumittfaq elmi olimpiyadaların iştirakçısı və qalibi olmuşdur. Moskva şəhərində keçirilən XII Ümumittifaq Elmi Olimpiyadada fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ikinci dərəcəli diplomuna layiq görülmüşdür. 1991-ci ildə Universitetin hüquq fakültəsini əla qiymətlərlə bitirən N.Mehtiyev təyinatla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir və 1993-cü ilədək adı çəkilən Nazirlikdə zabit kimi fəaliyyət göstərir.
N.Mehdiyev Daxili İşlər Nazirliyində işləsə də, təhsil aldığı Universitetlə daim əlaqə saxlayır. Hüquq elminə olan hədsiz həvəsi onu yenidən doğma Universitetə qaytarır. Çalışqanlığını, özünə qarşı tələbkarlığını və ən başlıcası yüksək bilik səviyyəsini nəzərə alan «Beynəlxalq hüquq və xarici ölkələrin Dövlət Hüququ» kafedrası onu kafedrada işləməyə dəvət edir. Beləliklə, N.Mehdiyevin Universitet həyatı başlayır. О, kafedrada siravi müəllim kimi işə başlasa da, bilik və bacarığı sayəsində qısa müddətdə baş müəllim vəzifəsinə yüksəlir. N.Mehtiyev pedaqoji işlə yanaşı elmlə də ciddi məşDul olur. 1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq kafedrasının aspirantı olan N.Mehtiyev 2003-cü ildə «Cinayətkarlıqla mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlığının hüquq formaları» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, hüquq elmləri namizədi adına layiq görülür. Hazrda adı çəkilən kafedranın dosentidir. N.Mehdiyev iki elmi tədris proqramın, metodik dərs vəsaitin və «Xarici ölkələrin konstitusiyası hüququ», «Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti və Azərbaycan Respublikasının Qanunvericiliyi» kitablarının müəllifidir. “Cinayətkarlıqla mübarizədə dövlətlərin Beynəlxalq əməkdaşlığının formaları” adlı Elmi monoqrafiyası artıq çapdan çıxıb və dərs vəsaiti kimi tələbələrin istifadəsinə verilmişdir..
Mehdiyev Əsəd Əli oğlu
Mehdiyev Əsəd Əli oğlu oğlu 9 aprel 1937-ci ildə Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olmuşdur. O, 1946-1956-cı illərdə N.K.Kurupskaya adına Gədəbəy orta məktəbində oxumuşdur. 1957-1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində «Riyaziyyatçı» ixtisası üzrə təhsil almışdır. 1971-1975-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında «Məlumat ölçmə və hesablama texnikası» kafedrasının aspirantı olmuşdur. O, 1976-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasında «Kimya və kimya texnologiyası üzrə avtomatlaşdırılmış məlumat-axtarış sisteminin qurulmasının bəzi məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1983-cü ildən dosentdir. Ə.Ə.Mehdiyevin elmi nəticələri kimya (keçmiş SSRİ kimya sənayesi nazirliyi, informasiya-arayış fondu), Neftayırma (Azərbaycan Dövlət Neft şirkəti, «Azərneftyanacaq» İB), elmi-texniki potensial (Azərbaycan Dövlət Elm və Texnika Komitəsi) və digər sahələrdə tətbiq olunur. Ə.Ə.Mehdiyev Bakı, Omsk, Moskva, Ordjonikidze, Daşkənd və digər şəhərlərdə regional konfransların iştirakçısı olmuşdur. Ə.Ə.Mehdiyev ADU-nu bitirdikdən sonra təyinatla SSRİ-nin müdafiə nazirliyinin tərkibində olan 284 saylı konstruktor bürosunda işləmişdir. O, hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının «Kompüter texnologiyaları və proqramlaşdırma» kafedrasında dosent vəzifəsində işləyir. Ə.Ə.Mehdiyev Azərbaycan, Rusiya və başqa ölkələrdə çap olunmuş 60-dək elmi əsərin, o cümlədən 15-dək çap olunmuş metodiki vəsaitlərin müəllifidir. O, sənədli faktoqrafiq informasiya axtarış sistemlərində linqvistik və proqramtəminatının yaradılması, inteqrallaşdırılmış informasiya sistemlərinin yaradılması prinsipləri sahəsində aparıcı mütəxəssisdir. Ə.Ə.Mehdiyev Azərbaycan Dövlət Neft Akademiyasının müxtəlif ictimai vəzifələrində çalışıb, hazırda isə fakültə Elmi Şurasının üzvüdür.
Məmmədov Yaqub Cavad oğlu
1941-ci ildə Alnavat (Əli-İsmayıllı kəndində) bir uşaq dünyaya göz açdı. Yaqub deyə çağırdılar onu. Müharibənin məhrumiyyətlərinə dözə-dözə böyüdü. Məktəbə getdi, bacarığı, istedadı ilə müəllimlərini valeh etdi. Rayon qəzetində, «Azərbaycan pioneri» qəzetində barəsində yazılar dərc olundu. Orta məktəbi bitirdikdən sonra iki ildə kolxozda işlədi, əmək təcrübəsi qazandı.
1960-cı ildə isə təhsilini davam etdirmək üçün Bakıya üz tutdu. Uşaqlıqdan ən böyük arzusu həkim olmaq idi. Buna görə də sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə verdi. O, birinci kursdan elmi-tədqiqat işlərinə böyük maraq göstərməyə başladı. tələbəlik illərində müxtəlif jurnal və məcmuələrdə məqalələri dərc olundu, bununla yanaşı, Ümumittifaq tələbə elmi konfranslarında məruzələrlə çıxış etdi, mükafatlar, diplomalar aldı. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyinə və elmi işə böyük həvəsi olduğuna görə onu aspiranturada saxladılar. Patoloji fiziologiya kafedrasının aspirantı kimi «Naftalan neftinin simpatoadrenal sistemə təsiri» mövzusunda dissertasiya üzərində işləyərək, onu 1969-cu ildə müdafiə edib, tibb elmləri namizədi oldu. Naftalan neftinin bir sıra xəstəliklərin müalicəsində yüksək təsirini elmi əsaslarla sübut etdi. O, elmi tədqiqat işlərini davam etdirməklə, müxtəlif vəzifələrdə çalışırdı: 1971-ci ildən 1973-cü ilə qədər Pediatriya fakültəsinin dekanı, 1973-cü ilədən 1981-ci ilə qədər isə Tibb İnstitutu kimi böyük bir təhsil müəssəsinin Partiya Komitəsinin katibi olmuşdur. Bu illərdə öz xeyirxahlığı vD səmimiliyinə görə bütün tələbə və müəllimlərin böyük hörmətini qazandı. 1979-cu ildə müsabiqə yolu ilə patoloji fizioloiya kafedrasının müdiri seçildi. O, paralel vəzifələr aparmasına baxmayaraq, yorğunluğun nə olduğunu bilmir, tibb sahəsi üzrə bacarıqlı, savadlı mütəxəssislərin yetişməsi yolunda inadla çalışırdı. Yaqub müəllim bunlarla yanaşı həkim kimi praktik fəaliyyətindən də qalmırdı. Bu sahədə xidmətlərinə görə 1976-cı ildə SSRİ «Səhiyyə əlaçısı», 1981¬-ci ildə isə «Əməkdar həkim» fəxri adına layiq görüldü. Elə həmin il tibb eliminin və səhiyyənin inkişafında, eləcə də tibb kadrlarının hazırlanmasındakı xidmətlərinə görə «Qırmızı Əmək Bayrağı Ordeni» ilə təltif olundu. Daim yaradıcılıq həvəsi ilə çalışan, heç vaxt arxayınlaşmayan J.Məmmədov 1981-ci ildə Tibb İnstitutunun tədris hissəsi üzrə prorektor vəzifəsinə irəli çəkildi. Elmi səviyyəsinə və yüksək idarəçilik qabiliyyətinə malik olduğunu bu vəzifədə bir daha təsdiq etdi. İnstitutun tədris işləri sahəsində dönüş yarandı. O, 1982-ci ildə patoloji fiziologiya sahəsi üzrə Moskvada doktorluq dissertasiyası müdafiə etdi. Elə həmin ildə də professor oldu. Sonra isə Ümumittifaq Patofizioloqlar Cəmiyyəti idarə heyətinin üzvü seçildi. Gərgin əməyin nəticəsi olan «Praktik limfologiya» adlı monoqrafiyası çapdan çıxdı. Yaqub müəllim tədqiqatında «Limfa damarlarının daxilində limfanın laxtalanması» kimi mürəkkəb bir işin elmi həllini vermişdi. Onun bu sahədə apardığı tədqiqatların nəticələri rus alimlərinin də diqqətini cəlb etmişdi. Bu tədqiqatlırın nəticələrini görkəmli rus alimləri Y.Ştıxno, V.Kaznaçeyev, Q.Andreyenko, N.Malinovski, A.Kudrin və başqaları çox yüksək qiymətləndirmişlər. A.Kudrin yazmışdır: «Yaqub Məmmədovun elmi işi ən yüksək qiymətə layiqdir. Heç şübhə yoxdur ki, bu tədqiqat müasir biologiyanın və tibbin bir sıra yeni sahələrinin inkişafı üçün həll edici əhəmiyyətə malikdir». 1985-ci ildə çap edilmiş «Qanın və limfanın laxtalanması, venatrombozo zamanı onun korreksiyası» adlı monoqrafiyası, 1989-cu ildə Moskvada nəşr olunmuş «Miokard infarktı» kitabı və çox saylı məqalələri geniş miqyaslı axtarışların nəticəsi kimi öz müəllifinə geniş şöhrət qazandırmışdır. 1983-cü ildən 1992-ci ilə qədər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuş Yaqub Məmmədov özünün obyektivliyinə, bacarığına, qayğıkeşliyinə görə təkcə tələbə və müəllimlərin deyil, eləcə də bütün xalqın dərin rəğbətini qazanmışdır. Ömrü boyu ədalət prinsipləri əsasında çalışan bu insanın sadəliyi, insanlarla yüksək etika ilə davranışı olan böyük ehtiram gətirmişdir. Elə buna görə də 1988-ci ildə respublikamızda yaranan 8 cəmiyyətin idarə heyyətinə üzv seçilmişdir. 1989-cu ildə isə İngiltərədə ürəyin tədqiqi üzrə Beynəlxalq Cəmiyyətə və Azərbaycan Elmlər Akademiyasına müxbir üzv seçilmişdir. 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyyətinin fərmanı ilə «Xalqlar dostluğu» ordeni ilə təltif olunmuşdur. Yaqub Məmmədovun elmi fəaliyyəti təkcə nəzəri xarakter daşımır. О, eyni zamanda Azərbaycan Elmlər Akademiyasının Xlor və Üzvü Sintez İnstitutunun əməkdaşları ilə birlikdə yeni peraparatlar hazırlanmasında da səylə çalışmışdır. 300-dən çox elmi məqalənin, Azərbaycan dilində ilk iri həcimli dərsliyin və bir neçə dərs vəsaitinin müəllifi olan Yaqub Məmmədovun rəhbərliyi ilə 25-dən çox elmlər doktoru və elmlər namizədi müdafiə etmişdir. Apardığı tədqiqatlardan 30-una müəlliflik şəhadətnaməsi verilmişdir. Bunlar miokard infarktının, leykozun, şişlərin dioqnostikası, qanın laxtalanmasını ziflətmək, və sürətləndirmək və s. vacib məslələrlə bağlıdır. 1982-ci ildə Akademik Q.Zedkenidze «Pravda» qəzetində dərc olunmuş məqaləsində dövlət mükafatına təqdim olunmuş şəxslərin arasında Yaqub Məmmədovun adına rast gəlmədiyi üçün öz təəccübünü bildiridi. О, yazırdı: «Klinik limfologiyanın ən yeni və çox mühüm sahələrindən birini mütəxəssislər bakılı professor Y.C.Məmmədovun adı ilə bağlayırlar… Dövlət mükafatına təqdim edilən müəlliflər kollektivinin heyyətinə Y.Məmmədovu da daxil etməyi vacib hesab edirəm». Qalina Kulikovskaya isə həmin qəzetdə 1990-cı ildə «Kəşfə aparan yol» oçerkində bu faktı bir daha xatırlamışdı. Heç təsadüfi deyil ki, professor Yaqub Məmmədov 1991 -ci ildə Ümumittifaq Limfoloqlar Cəmiyyətinin sədr müavini seçilmişdir. Öz bilik və qabiliyyəti ilə addım-addım yüksələn Yaqub müəllim 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçildi. 1991 -ci ildə Ümumittifaq «Bilik» Cəmiyyətinin Vavilov adına medalını aldı və Azərbaycan Respublikasının «Əməkdar elm xadimi» fəxri adına layiq görüldü. 1992-ci ilin fevralında onu Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçdilər. Azərbayan Elmlər Akademiyasının müxbir üzvü Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, əməkdar elm xadimi professor Yaqub Cavad oğlu Məmmədov indi də tibb universitetinin professoru kimi çalışır.
Məmmədov Nəriman Rəhim oğlu
Məmmmədov Nəriman Rəhim oğlu 10 may 1936-cı ildə Gədəbəy rayonunun Miskinli kəndində anadan olmuşdu. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutunun mexanikləşdirmə fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Gəncə şəhərində yerləşən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. O, 1965-ci ildə Moskva şəhərində yerləşən Dövlət Ümumittifaq elmi-tədqiqat maşın-traktor parkının təmiri və istismarı institutu nəzdində aspiranturaya daxil olmuş və 1968-ci ildə onu müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsi almışdı. Məmmədov N.R. 1968-1980-ci illərdə Minsk şəhərində yerləşən Ümumittifaq elmi-tədqiqat heyvandarlıq və quşçuluq fermalarının maşın və avadanlıqlarının quraşdırılması, istismarı və təmiri institunda şöbə müdiri vəzifəsində çalışmışdır. O, eyni zamanda 1972-1980-ci illərdə kənd təsərrüfatı obyektlərinin maşın və avadanlıqlarının quraşdırılması üzrə SSRİ «Dövlətkəndtexnika» Komitəsinin Baş texnoloqu vəzifəsini icra etmişdir. Bu dövrdə o, doktorluq dissertasiyası hazırlamışdır. Məmmədov N.R. 1980-ci ildə Respublikaya işləmək üçün dəvət olunmuş və Bakı şəhərinə köçmüşdür. Respublikaya qayıtdıqdan sonra o, 1980-1981-ci illərdə «Azərkəndlayihə» institutunun direktoru vəzifəsində çalışmışdır.
1982-ci ilin yanvar ayında o, partiya işinə irəli çəkilmişdir. 1982-1986-cı illərdə Aəzərbaycan KP Mərkəzi Komitəsində bölmə müdiri, sonra isə Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsi müdirinin müavini vəzəifələrində işləmişdir.
1986-1988-ci illərdə Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi Sədrinin müavini, 1988-1990-cı illərdə isə Azərbaycan KP Yevlax şəhər Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1992-ci ildən təhsil sistemində işləməyə başlamışdır. 1992-1996-cı illərdə Azərbaycan Texniki Universitetinin «Metrologiya və standartlaşdırma» kafedrasının professru, 1996¬ cı ildən isə Bakı Dövlət Əmtəşünaslıq-Kommersiya İnstitunda «Standartlaşdırma və sertifikasiya» kafedrasının müdiri vəzifəsində işləyir. 1990-cı ildən texnika elmləri doktorudur, professordur. Prof. Məmmədov N.R. 180-dən çox çap olunmuş elmi əsərlərin və ixtiranın müəllifidir. Onlardan 40-ı elmi-istehsalat xarakterli kitablar, 3-ü dərs vəsaiti, 12-i monoqrafiya, qalanları isə elmi məqalələr və broşüralardı. Əsərlərinin 150-dən çoxu Moskva və Minsk şəhərlərində çap olunmuşdur. O, əldə etdiyi naliyyətlərə görə Belarusiya SSR Ali Soveti Rəyasət heyətinin və Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Məmmədli Nürəddin Musa oğlu
Məmmədli Nürəddin Musa oğlu 24 aprel 1946-cı ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. Hələ Kiçik Qaramurad kənd orta məktəbində oxuyarkən fizikaya böyük maraq göstərmiş, müəllimləri ilə müxtəlif məsələlər haqqında dialoqa girməkdən də çəkinməmişdir. Fizika fənninə olan marağı orta məktəbi bitirən kimi onu indiki Nəsrəddin Tusi adına Pedaqoji Universitetə çəkib gətirmişdir. Burada fizika fakültəsinə daxil olmuş və universiteti bitirən kimi aspiranturaya daxil olub, alimlik dissertasiyası müdafiə etmək fikrinə düşmüşdür. 1972-ci ildə «biofizika» ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fizologiya İnstitutunun aspiranturasına daxil olmuşdur. Bakı şəhərində namizədlik dissertasiyası müdafiə etmək üçün 1979-cu ildə Özbəkstanın Daşkənd şəhərinə getmiş və burada elmlər namizədi alimlik dərəcəsi almışdır. N.Məmmədli 1993-cü ildə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. Səmərəli elmi fəaliyyətinə görə 1993-cü ildə Nyu-York Elmlər Akademiyasının üzvü olmuşdur. N.Məmmədli 1994-1999-cu illər arasında Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında ekspert kimi fəaliyyət göstərmişdir. Fizioloq alim olsa da 1992-ci ildən fəal siyasətə qoşulmuş, Azərbaycan Demokrat Partiyasının ideoloji-siyasi işlər üzrə katibi, 1993-cü ildən isə onun Ali Şurasının sədri olmuşdur. 2005-ci ildə isə bu partiyanı tərk etmişdir.
Nürəddin Məmmədli 1996-cı ildən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi də tanınmışdır. İntellektual siyasi mübarizəyə üstünlük vermişdir.
Məmmədhəsənov Rafiq Musa oğlu
Gədəbəy alimlərinin sorağına düşüb ünvanlarını gəzərkən bu ərazidən çıxmış çoxlu tibb elmləri doktorları və namizədləri ilə görüşməli olduq. Bu alimlər sanki təbabətin müxtəlif sahələrini öz aralarında bölüşdürmüşdülər. Xalqımızın sağlamlıq keşiyində duran bu alimlərin hər birinin Respublikasmızda öz şöhrəti və imici vardır. Belə alimlərdən biri də Tibb Universitetinin professoru Məmmədhəsənov Rafiq Musa oğludur.
Məmmədhəsənov.R.M. 1945-ci ilin sentyabr ayının 26-da Gədəbəy şəhərində anadan olmuşdur. O, 1963-cü ildə Gədəbəy qəsəbə orta məktəbini bitirərək Bakı şəhərinə gəlmiş və sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. Elə həmin ildə imtahanlardan əla qiymətlər alaraq müalicə fakültəsinə daxil olmuşdur. R.Məmmədhəsənov 1969-cu ildə Tibb İnstitutunu bitirərək Naftalan sanatoriyasında həkimlik fəaliyyətinə başlamışdır. Buradan isə Bakı şəhərinə qayıdaraq Mərdəkan sanatoriyasında həkim terapevt vəzifəsində işləmişdir. Lakin elmi biliklərini artıraraq, alimlik dərəcəsinə çatmaq arzusu onu rahat buraxmamışdır. Bu arzu ilə N.Nərimanov adına Tibb İnstitutunun daxili xəstəliklər kafedrasının aspirantı olmuş və elmi-tədqiqat işi ilə məşğul olmuşdur. O, bu tədqiqat prosesi zamanı böyük uğurlar əldə edərək namizədlik dissertasiyasını vaxtından qabaq başa çatdırmışdır.
Rafiq Məmmədhəsənov tibb elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra da yeni elmi tədqiqatlara baş vurmuşdur. Belə ki, 1986-1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinologiya və Hormonlar kimyası institutunun doktoranturasında doktorluq dissertasiyası üzərində işləmişdir. 1990-cı ildə həmin institutda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir.
Tibb elmləri doktoru Rafiq Məmmədhəsənov hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetinin professoru və elmi işlər üzrə prorektoru vəzifəsində çalışır. O, 150-dən çox elmi əsərin müəllifidir. Professor Rafiq Məmmədhəsənov 2005/2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı seçilmişidr. 2000-ci ildə prezident Heydər Əliyev Tərəfindən əməkdar elm xadimi adına layiq görülmüşdür.
2005-ci ildən Azərbaycan Tibb Jurnalının baş redaktorudur. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Tibb üzrə ekspert şurasının sədri işləmişdir. 250-dən artıq elmi əsərin müəllifidir. Tibb Universitetinin tələbələri üçün “Daxili xəstəliklər” və “Endokrinologiya” fənnlərindən dərsliklər yazmışdır. Əsərlərin bir çoxu xarici olkələrdə çap olunmuşdur.
Azərbaycan Respublikasının baş endokrinoloqu kimi Rusiya, Almaniya, Türkiyə, Meksika, Belçika, İsrail, İran və başqa ölkələrdə keçirilən konqreslərdə Azərbaycanın endokrinologiya elmini elmini təmsil etmişdir. Ailəlidir, 2 övladı var.
Məmmədov Eldar Hüseynqulu oğlu
Məmmədov Eldar Hüseynqulu oğlu 1941 -ci il yanvar ayının 22-də Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arısu kəndində anadan olmuşdur. 1957-ci ildə Minskli kənd orta məktəbini bitirmişdir. Həmin vaxtdan 1960-cı ilədək Gədəbəy rayonu Arısu kəndində Xanlar adına kolxozda işləmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) əczaçılıq fakültəsinə daxil olub. 1965-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Gədəbəy rayonunda yerləşən 112 saylı rayon mərkəzi aptekində reseptar işləmişdir. 1996-cı ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində yeni açılmış 400 saylı aptekə müdir təyin edilmişdir.
1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) Neft-Kimya Prosesləri İnstitutunda istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur. Aspiranturanın axırıncı təhsil ilini (1970-ci il) Moskva şəhərində SSRİ EA Kimyəvi-Fizika İnstitutunda işləmişdir. Aspiranturanı bitirdikdən sonra 1971-ci ildə Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt Filialında kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1978-ci ildə SSRİ EA Element-Üzvi Birləşmələr İnstitutunda «Tsikloheksen və norbornen törəmələrinin asimetrik dien sintezi» mövzusunda “Üzvi kimya” ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. 1981 -ci ildən təşkil olunmuş Azərbaycan EA Xlor Üzvi sintez İnstitutunda (Sumqayıt ş.) baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1983-cü ilin may ayında SSRİ EA Prezidentinin qərarı ilə E.H.Məmmədova «Üzvi kimya» ixtisası üzrə baş elmi işçi diplomu verilmişdir. 1986-cı ildə Azərbaycan SSR EA Prezidentinin qərarı ilə Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2002-ci ilin aprel ayından NKPİ-də aparıcı elmi işçi vəzifəsini tutur. Hazırda həmin İnstitutda aparıcı elmi işçi vəzifəsində işləyir.
2004-cü ilin iyun ayının 12-də Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Şurasında «Üzvi kimya» ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün «С4 – C5 Dienlərlə aktivləşdirilmiş dienofilmlərin asimmetrik Dils-Alder reaksiyalar» mövzusunda dissertasiya müdafiə etmişdir. 2005-ci ildə Respublika Prezidenti yanında AAK-nın qərarı ilə ona kimya elmləri doktoru alimlik dərəcəsi verilmiş və işinin xülasəsi ilin ən yaxşı işi kimi AAK-nın Bülletenində çap olunması qərara alınmışdır. 80-dən çox elmi məqalələri, müxtəlif patentləri və müəlliflik şəhadətnamələri vardır. Bir çox əsərləri xarici ölkələrdə (Rusiyada və Avropada) çap olunmuşdur. Üzvi kimya elminin müasir variantlarından biri olan asimmetrik sintez sahəsində çalışan dünyanın bir çox görkəmli alimləri: yaponiyalı K.Koqa, amerikalı alimlər Q.B.Kakan (Nobel mükafatı laueratı) və S.H.Rent, fransalı O.Riant, macarıstanlı M.Noqradi, E.H.Məmmədovun işlərini yüksək qiymətləndirmiş, onun bu sahədə yenilikçilərdən biri olduğunu qəbul etmiş və öz işlərində istinad kimi göstərmişlər.
E.H.Məmmədov bir çox elmi publisistik məqalələrin də müəlifidir.
Məmmədov Ismayıl Oruc oğlu
İsmayıl Oruc oğlu Məmmədov 1946-cı ilin noyabr ayının 15-də İravan vilayətinin Göyçə mahalının Basarkeçər rayonunun Sədanaxac (sonradan Güney adlandırılmışdır) kəndində Aşıq Oruc Aşıq Vəli oğlu Əhmədovun ailəsində anadan olmuşdur. 1948-1953-cü illərdə Ermənistan adlanan respublikadan türklərin deportasiyası zamanı ailələri Azərbaycan respublikasının Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. İ.Məmmədov 1952-1962-ci illərdə Zəhmət kənd orta məktəbində oxumuş, 1962-ci ildə M.F.axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun alman-Azərbaycan dilləri şöbəsinə qəbul olmuş və 1967-ci ildə oranı bitirmişdir. 1967-1970-ci illərdə Azərbaycan Ensiklopediyası Baş redaksiyasında əvvəlcə transkripsiyası-redaktoru, sonra böyük elmi redaktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyanı aspiranturasında oxumuşdur. 1974-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. İ.Məmmədov 1993-cü ildə «Azərbaycan dilinin etnoqrafik leksikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş itimai elmlər sahəsində xüsusən də filologiya sahəsində müstəqil Azərbaycan respublikasında ilk milli elmlər doktoru alimlik dərəcəsi almışdır. İ.O.Məmmədov 1974-1980-ci illərdə Dilçilik İnstitutunda kiçik elmi işçi, 1980-1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmış, 1989-cu ildən isə lüğət və terminologiya şöbəsinin müdiridi.
Azərbaycan dilinin leksikologiyası və leksikoqrafiyası problemlərinin araşdırılması sahəsində işləyir. İsmayıl Məmmədovun tədqiqatlarının «Azərbaycan dilinin izahlı lüğəti», «Azərbaycan dilinin orfoqrafiya lüğəti», «Frazeologiya və məcazlar» lüğətlərinin tərtibi işində xüsusi xidmətləri vardır. İsmayıl Məmmədovun əsas tədqiqatları Azərbaycan dilçiliyi üçün, habelə türkologiya üçün olduqca mühüm və aktual bir problemin-sahə leksikaları içərisində qədimliyi, zənginliyi, milliliyi, məhsuldar söz yaratma və üslubi imkanları ilə seçilən etnoqrafik leksikanın öyrənilməsinə həsr olunmuşdur. O, ilk dəfə olaraq sahə leksikaları üzrə monoqrafik yolla araşdarmalar aparmışdır. Xüsusi ilə İsmayıl Məmmədov «Azərbaycan dilinin etnoqrafik leksikası» mövzusunda tədqiqat əsəri ilə Azərbaycan xalqının soykökü, qədim maddi və mənəvi mədəniyyəti, habelə ana dilimizin zəngin söz yaradıcılığı prosesi kimi problemlərini dərindən araşdırmış, azərbaycanşünaslığa dəyərli bir töhfə bəxş etmiş, dilçiliyimizdə etnolinqvistika kimi yeni bir elmi istiqamət açmışdır. İsmayıl Məmmədov 1989-cu ildən Dilçilik institutunda lüğət və terminologiya şöbəsinə rəhbərlik edir. Şöbə öz ənənələri ilə institutun elmi həyatında özünə məxsus yer tutur. Bu müddət ərzində «Azərbaycan dilinin izahlı lüğəti» (3 cilddən), «Yeni sözlər lüğəti», «Azərbaycan dilinin orfoqrafiya lüğəti» (təkmilləşdirilmiş, artırılmış yeni nəşri), «Azərbaycan dilinin məcazlar lüğəti» hazırlanmışdır. «Azərbaycan dilinin izahlı lüğəti»nin (1997, «Çıraq» nəşriyyatı, 452.səh.) I cildi çap olunmuşdur. Prof. A.Axundovun redaktəsi ilə nəşr olunmuş bu lüğətdə İ.Məmmədov tərtibçidir. Hazırda şöbə «Səməd Vurğunun bədii dilinin lüğəti» üzərində işləyir, eyni zamanda «Azərbaycan dilinin ictimai-siyasi terminləri» lüğəti də başa çatmaq üzrədir.
İsmayıl Məmmədovun şöbəyə rəhbərliyi dövründə 5 nəfər namizədlik dissertasiyası, 2 nəfər doktorluq dissertasiyası müdafiə etmiş, 3 nəfərinin isə doktorluq dissertasiyası müzakirə olunaraq müdafiəyə məsləhət görülmüşdür. İ.Məmmədov 150 elmi əsərin müəllifidir. Bunlardan 5-i monoqrafiya və lüğətlərdir. Onun elmi araşdırmalarının nəticələri olan 71 əsəri jurnal və məcmuələrdə nəşr olunmuş, həmçinin dövrü mətbuat səhifələrində dərc edilmişdir. İ.Məmmədov müasir dilçiliyin müxtəlif problemlərinə aid keçirilmiş beynəlxalq konfranslarında məruzələrlə çıxış etmiş, materialları nəşr olunmuşdur. İ.Məmmədovun Azərbaycan dilinin təbliği işində də xidmətləri vardır. O, 1981-1998-cu illərdə Azərbaycan Dövlət Teleradio şirkətində «Azərbaycan dili» və «Dil xalqın mənəvi sərvətidir» (dünya azərbaycanlıları üçün) televiziya və radio proqramlarını hazırlamış və aparıcısı olmuşdur. İ.Məmmədov hazırda Azərbaycan Təhsil Nazirliyi və Elmlər Akademiyasının Dilçilik üzrə elmlər doktoru alimlik dərəcəsi verən Birləşmiş müdafiə Şurasının üzvü, İnstitut Elmi Şurasının üzvü, Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasının üzvü və Azərbaycan EA Terminologiya Komitəsinin üzvüdür.
Məmmədov Musa Nəsib oğlu
Gədəbəy rayonunun Şınıx bölgəsində yetişən alimlərdən biri də Məmmədov Musa nəsib oğludur. 1942-ci ildə Şınığın Hacılar kəndində dünyaya göz açan M.Məmmədov ikinci dünya müharibəsinin yaratdığı məhrumiyyətlərə baxmayaraq 1960-cı ildə qonşu Çayrəsullu kəndində orta təhsilini başa vurmuşdur.
M.Məmmədov elə həmin il Bakı şəhərinə gəlmiş və Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsinə daxil olmuşdur. 1966-cı ildə oranı bitirərək mühəndis-geoloq ixtisası üzrə diplom almışdır. Şınıx bölgəsində yaranan elmlərə yiyələnmək ənənəsinə o da sadiq qalmış, namizədlik dissertasiyası üzərində işləmişdir. Bəhrəsini isə 1984-cü ildə görmüş, Moskva Dövlət Universitetinin elmi şurasında metroloq ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Lakin böyük elmi potensialı olan Musa Məmmədov bununla da kifayətlənməmiş doktorluq dissertasiyası üzərində səmərəli iş aparmışdır. Zamanın çətinliklərinə baxmayaraq maniələri keçə bilmiş, 1999-cu ildə Tibilisi şəhərində Gürcülərin müdafiə şurasında «Metroloq geokimyaçı» İxtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda «Geokimya» şöbəsinin müdiridi. Həmçinin Bakı Dövlət Universitetinin Geokimya fakültəsində dərs deyir. 5 monoqrafiyanın və 80-dən çox elmi məqalənin müəllifidir.
Məmmədov Cahangir Rza oğlu
O, 1940-cı ildə Gədəbəyin ən səfalı obalarından biri olan Yenikənddə anadan olmuşdur. Atası Rza kişi uşaqlarından hər birinin rus dilini bilməsini çox arzulayır, «çox dil bilənin çox da dostu olar» deyirdi. Buna görə də 1949-cu ildə oğlu Cahangiri Yeni Saratovka kənd orta məktəbinə qoydu. Cahangir çox tezliklə rus dilini öyrəndi və seçilən şagirdlərdən biri oldu. 1959-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub, sənədlərini M.Axundov adına APİ-nin rus dili və ədəbiyyatı fakültəsinə verdi və heç bir çətinlik çəkmədən qəbul olundu. 1964-cü ildə ali təhsilini başa vurub Yeni Saratovka kəndində müəllim və direktor müavini işlədi. Elə buradan da hərbi xidmətə getdi. Vətən qarşısında borcunu verib, 1968-ci ildə bir vaxt təhsil aldığı instituta qayıtdı. Fəlsəfə kafedrasında baş laborant kimi işləməyə başladı. Leninqrad Dövlət Universitetilə əlaqə yaratdı, professor A.Novikovun rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində çalışdı. 1979-cu ildə müdafiə edib, fəlsəfə elmləri namizədi oldu. Kafedraya işə düzələn gündən Cahangirin istedadı və təşkilatçılığı hamının diqqətini özünə cəlb etmişdi. Ona görə də tezliklə müəllim keçirildi. Sonra baş müəllim, daha sonra dosent oldu. Eyni zamanda rus dili və ədəbiyyatı fakültəsinin dekan müavini işlədi. Elmi yaradıcılığının nəticəsi olan «Mənəvi həyatın beynəlmiləlləşməsi, Tarix və müasirlik» adlı monoqrafiyasını nəşr etdirdi. Leninqradda, Moskvada, Bakıda çoxsaylı məqalələri dərc olundu. Bu sıradan «Fəlsəfə, siyasət, mədəniyyət», «Fəlsəfənin sosial vəzifələri», «Mədəni-tarixi prosesdə din və azadfikirlilik» və s. göstərmək olar. O, Gədəbəydən Bakıya böyük arzularla gəlmişdi. Arzularına çatmaq üçün var-qüvvə ilə çalışırdı. 1985-ci ildən Leninqrad Dövlət Universitetinə yenidən get-gəli başladı. Uzaq yollar, çətinliklər onu yormadı. 1989-cu ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Məmmədov Cahangir Rza oğlu növbəti məzuniyyətində doğma Yenikəndə fəlsəfə elmləri doktoru kimi gəldi. Onun keçmiş İttifaqda bir sıra tanınmış alimlərlə, o cümlədən akademik A.Fedoseyev, Q.Vornsov və B. Jemelyanovla sıx elmi əlaqəsi yarandı. Ən yaxın dostu və təəssübkeşi isə professor Yusif Rüstəmov olmuşdur. Böyük alim və xeyirxah insan olan Yusif Rüstəmov Cahangir müəllimin yetişməsində xüsusi rol oynamışdır. 1989-cu ildə M.F.Axundov adına APİ-də Politologiya kafedrasının yaradılması təşəbbüsünü də Yusif müəllim irəli sürmüşdür. Bu yeni kafedrada ilk müdir Cahangir Məmmədov seçildi. Bu, onun üçün həyatda yeni bir yüksəliş mərhələsi oldu.
Məmmədov Məcid Abbas oğlu
Məmmədov Məcid Abbas oğlu 1924-cü ildə Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirərək könüllü olaraq Böyük Vətən müharibəsinə getmiş və müharibənin sonuna qədər müxtəlif cəbhələrdə alman-faşist qoşunlarına qarşı mübarizə aparmışdır. İştirak etdiyi döyüşlərə görə orden və medallarla təltif olunmuşdur. M.Məmmədov 1946-1950-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə təhsil almış və ömrünü bu elmə həsr etmişdir. M.Məmmədov 1950-1954-cü illərdə M.Lomonosov adına Universitetin əyani aspiranturasında təhsilini davam etdirmişdir. Həmin dövrdən başlayaraq tarix elminə dair bir sıra elmi-tədqiqat işləri yerinə yetirmişdir. Bunun nəticəsi olaraq götürdüyü dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülmüşdür.
H.Zərdabi adına GDİ-də 35 ildən artıq müddətdə müəllim, baş müəllim, dosent, «Tarix» kafedrasının müdiri və İnstitutun həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. Pedaqoji və elmi fəaliyyəti uzun müddət davam etdirərək Azərbaycan tarixinin qədim, orta əsrlər və xüsusilə yeni tarix dövrlərini ardıcıl surətdə öyrənərək, özünə məxsus tərzdə təhlil və tədqiq etmişdir. M.Məmmədov öz tədqiqatlarında Böyük Vətən müharibəsi illərində xalqımızın alman işğalçıları ilə mübarizəsini və arxa cəbhədəki əzmkarlığını əks etdirmişdir. Daha sonra XIX əsrin sonu və bütövlükdə XX əsrdə yaşamış və fəaliyyət göstərmiş Azərbaycan xalqının görkəmli elm və dövlət xadimlərinin, tarixi şəxsiyyətlərin həyatına dair bir sıra sanballı monoqrafiyalar, məqalələr nəşr etdirmişdir. Onun elmi metodiki əsərləri Moskvada, Kiyevdə və respublikamızın sanballı dövrü mətbuatında nəşr olunmuşdur. Dosent M.Məmmədov 100-dən artıq elmi-məqalənin müəllifi olmuşdur. M.Məmmədov 1988-ci ildə dünyasını dəyişmiş və Gəncə şəhərində Fəxri Xiyabanda dəfn olunmuşdur.
Məmmədov Nizami Cəlil oğlu
Məmmədov Nizami Cəlil oğlu 1947-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1954-cü ildə kənd orta məktəbinin I sinfinə daxil olan N.Məmmədov oxuduğu müddət arzində öz çalışqanlığı və fitri istedadı ilə müəllimlərin sevimlisinə çevirilmişdir. 1965-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə verir və yüksək balla qəbul olunur. II kursda oxuyarkən öz dərin bilik və zəkası ilə seçilən N.Məmmədov Universitetin Tələbə Elmi Cəmiyyətinin xətti ilə konfranslarada maraqlı məruzələrlə çıxışlar edir. Çıxışları Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun elmi şurası tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
1970-ci ildə Universiteti müvəffəqiyyətlə bitirən N.Məmmədov təyinatla AMEA-nın Fizika İnstitutuna göndərilir. Əmək fəaliyyətinə laborant kimi başlasa da qısa müddətdə baş elmi işçi vəzifəsinə kimi yüksəlir. İşlədiyi müddət ərzində elmdə məlum olmayan bəzi element Cd, Cn, Ga, Sn birləşməsində qeyri tarazlıq proseslərinin öyrənilməsi ilə məşDul olur. Bu istiqamətdə apardığı elmi tədqiqat işlərinə olan marağını və potensial elmi biliyə malik olmasını nəzərə alan İnstitutun rəhbərliyi ona aspiranturaya daxil olmağı və elmi tədqiqat işlərini davam etdirməyi təklif edir. Təklifi qəbul edən N.Məmmədov 1973-cü ildə AMEA-nın Fizika İnstitutunda aspiranturaya (əyani) qəbul olunur və 1978-ci ildə «Cd, Cn, Ga, Sn birləşməsində qeyri-tarazlıq proseslərinin tədqiqi» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına layiq görülür. Bir müddət AMEA-da çalışdıqdan sonra 1982-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasından dəvət alır və həmin ildən də qeyd edilən Universitetdə pedoqoji fəaliyyətə başlayır. Kafedrada assistent kimi işə başlayan N.Məmmədov öz bilik və bacarığı sayəsində qısa müddətdə kafedrada baU müəllim, daha sonra isə dosent kimi fəaliyyət cöstərir.
Hal-hazırda adı çəkilən Universitetin tədris şöbəsinin mğdiri vəzifəsində çalışır, eyni zamanda elmi yaradıcılıq işlərini də davam etdirən Nizami müəllim 60-a qədər elmi məqalənin, müəlliflik şəhadətnamələrinin və bir sıra tədris metodik əsərlərin müəllifidir.
Məmmədova Sevda Muxtar qızı
Məmmədova Sevda Muxtar qızı 1953-cü ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1971 -ci ildə kənd orta məktəbini müvəffəqiyyətlə bitirən S.Məmmədova elə həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) ümumi iqtisad fakültəsinə daxil olmuşdur.
Universitetin ikinci kursunda oxuyarkən, tələbə elmi cəmiyyətinin üzvü olan S.Məmmədova cəmiyyətin keçirdiyi elmi konfranslarda fəal iştirak edir, ölkə iqtisadiyyatının yüksəlməsinə aid elmi məruzələrlə çıxış edir. Hələ II kursda “K.Marksın «Kapital» əsərində məntiq və dialektika məsələlərinin şərhi” adlı tələbə elmi işi ilə respublika müsabiqəsinin qalibi olaraq Moskvada keçirilən Ümumittifaq Tələbə konfransına vəsiqə almış, II dərəcəli diplomla vətənə qayıtmışdır.
Məmmədova təyinatla Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) göndərilir. Akademiyanın siyasi iqtisad kafedrasında elmi pedaqoji fəaliyyətə başlayan Sevda xanım, qısa bir müddətdə iqtisadiyyat sahəsində öz bilik və bacarığı ilə seçilir. Onun iqtisad elminə bağlılığı və hədsiz marağı işlədiyi kafedranın rəhbərliyinin diqqətindən yayınmır və ona işindən ayrılmamaq şərti ilə aspiranturada təhsilini davam etdirməyi tövsiyə edirlər. Bu Sevda xanımın çoxdankı arzusu olduğundan, çox götür qoy etmədən sənədlərini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iqtisadiyyat İnstitutunun aspiranturasına (qiyabi şöbəyə) verir və qəbul olunur. 1980-ci ildə isə «İctimai istehsalın səmərəliliyinin yüksəldilməsinin iqtisadi stimullaşdırılması» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülür.
Sevda xanım bu gün də tükənməz enerji ilə öz əmək fəaliyyətini onun üçün doğma olan ADNA-da davam etdirir. «Yanacaq enerji kompleksi sahələrinin iqtisadiyyatı və menecment» kafedrasının dosenti və eyni zamanda bölmə rəhbəridir. 50-dən çox elmi məqalənin, iqtisad elminin müxtəlif sahələrinə aid bir sıra metodik vəsaitin, proqramın və mühazirələr toplusunun müəllifidir.
Məmmədov Mahir Məcid oğlu
Məmmədov Mahir Məcid oğlu 1956-cı ildə ziyalı ailəsində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan İqtisad Universitetinin «Ümumiqtisad» fakültəsində təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1978-ci ilin avqustunda Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq institutuna işə göndərilmiş və «İqtisadi tədqiqatlar» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb. 1979-cu ildə Ukraynanın Krım Vilayətinin Yalta şəhərində Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq «Maqaraç» İnstitutunun məqsədli aspiranturasına qəbul olunub. 1983-cü ildə Ukrayna Respublikasının Kiyev şəhərində Elmi-Tədqiqat «Üzümçülük-şərabçılıq istiqamətli aqrar-sənaye müəssisələrinin və birliklərinin təşkilatı-iqtisad strukturlarının əsaslandırılması» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqitsad elmləri namizədi alimlik dərəcəsi alıb. Dissertasiya mövzusunun və elmi-tədqiqat işlərinin materialları Moskva, Kiyev, Odessa, Nikolay, Tiblisi, Qroznı, Mahaçkala, Yalta, Simferopol, Bakı və Gəncə konfranslarında dinlənilib və nəşr olunub. 1985-1989-cu illərdə AzETÜŞ İnstitutunun «İqtisadi tədqiqiatlar» şöbəsində baş elmi işçi, sektor rəhbəri, elmi katib və eyni zamanda Elmi Şuranın üzvü kimi çalışıb. 1989-cu ildən Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) fəaliyyət göstərən M.Məmmədov hal-hazırda adı çəkilən Universitetin «İqtisadiyyat və İdarəetmə» fakültəsinin dekanı, «Sənayenin iqtisadiyyatı» kafedrasının dosenti vəzifəsində çalışır. M.Məmmədovun 100-dən artıq məqaləsi respublikanın və xarici ölkələrin elmi jurnallarında dərc olunmuşdur.
Məmmədov Eldar Islam oğlu
Cərrah alim Məmmədov Eldar İslam oğlu Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Eldar Məmmədov təhsilini əla qiymətlərlə başa vurub. Sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verib. Qəbul zamanı böyük müsabiqə olmasına baxmayaraq bütün fənlərdən əla qiymətlər alaraq, çoxları üçün həmişə əlçatmaz görünən Tibb İnstitutunun tələbəsi olub. Təhsil aldığı illərdə cərrahlığa xüsusi maraq göstərib. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyindən onu kafedraların birində saxlamaq istəyiblər. Lakin bir cərrah kimi doğma torpağa qayıdıb, həmyerlilərinə şəfa verməyi müəllimlikdən daha üstün tutub. Bu barədə arzusunu rektorluğa, Respublika səhiyyə Nazhirliyinə bildirib. Onun xahişinə əməl etdilər. 1978-ci ildə Gədəbəy Mərkəzi Xəstəxanasında cərrahlığa başlayıb. Qayğıkeşliyi, səmimiyyəti və həssaslığı ilə az müddətdə Gədəbəy camaatının hörmətini qazanıb, barmaqla göstərilən cərrahlardan biri olub. 1982-ci ilə kimi burada çalışıb. Lakin o, bir yerdə dayanıb-durmaq istəmirdi. Tibb elminin yeniliklərini daha dərindən öyrənmək üçün oxuyur, öyrənir, təcrübəsini artırırdı. 1982-ci ildə Moskvaya gedərək sənədlərini Seçenov adına Moskva Dövlət Tibb İnstitutunun aspiranturasına verdi və çətinlik çəkmədən aspiranturaya daxil oldu. O, burada nəzəri biliklərə yiyələnməklə, bir sıra maraqlı eksperimentlər aparmaq imkanı da əldə etdi. Görkəmli rus alimlərindən cərrahlığın yeni sirlərini öyrəndi. Dissertasiya ğzərində böyük səylə çalışaraq vaxtından əvvəl tibb elmləri namizədi alimlik dərəcəsi aldı. Gözləmək olardı ki, o, Tibb İnstitutunun kafedralarının və ya Bakının böyük xəstəxanalarının birinə işə düzələcəkdir. Lakin o, yenidən doğma rayona qayıtdı. Gədəbəy Mərkəzi Xəstəxanasının baD həkimi təyin olundu O, rayonda elmi dərəcə ilə işləyən ilk həkim oldu. Yenidən doğma yurda qayıtması imkansız xəstələrin qəlbində ümid qığılcımı alovlanırdı. O, fəaliyyətə başlayan kimi xəstəxananın avadanlığını qismən də olsa yeniləşdirməyə müvəffəq
oldu. Bununla yanaşı, müasir tələblərə cavab verə bilən yeni binanın tikintisi üçün məsələ qaldırdı. Çox keçmədi ki, 200 nəfərlik xəstəxana binasının tikintisinə başlandı. Bir sıra kəndlərdə tibb məntəqələri və ambulatoriyalar yaradıldı. Səhiyyə xidmətinin xeyli dərəcədə yaxınlaşdırılması sayəsində uşaq ölümünün qarşısı müəyyən qədər alındı. Səhiyyə xidmətinin yaxınlaşdırılması ilə əlaqədar bir sıra başqa tələblər yerli hakimiyyət orqanları tərəfindən yerinə yetirilmədi. Bu səbəbə görə də müəyyən vəzifə sahibləri ilə toqquşmalı oldu… 1989-cu ildə Bakıya qayıtdı. Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olundu. О vaxtdan da burada çalışır. İnsanların sağlamlığı üçün bilik və bacarığını əsirgəmir. Hər dəfə «sağ ol, Eldar həkim, əllərin var olsun!» sözlərini eşidəndə dünyalar qədər sevinir.
Məmmədov Pərviz Zöhrab oğlu
Pərviz Məmmədovun atası Zöhrab Hüseynqulu oğlu urologiya üzrə ölkənin tanınmış cərrahlarından biri idi. Gədəbəyin Arısu kəndində anadan olan Zöhrab həkimin dünyadan vaxtsız getməsi onu tanıyanların hamısını məyus etmişdi. Belə bir atanı itirən Pərvizin kədəri yerə-göyə sığmırdı. Atasının boş qalmış yerini doldurmaq arzusu isə onu tərk etmirdi. Pərviz Məmmədov 1969-cu ildə Bakı şəhərində dünyaya gəlsə də, ata xatirələrinə qovuşmaq üçün boş vaxtlarını Gədəbəyə səyahətə həsr edirdi, atasının doğulduğu məkanı görüb təsəlli tapırdı. Pərviz Məmədova irsi olaraq atasından kifayət qədər istedad və qabiliyyət keçmişdi. Elə bu səbəbdən də o, 1986-cı ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Tibb Universitetinin müalicə proflaktika fakültəsinə daxil oldu. Ən çox atasının ümidlərini doğrultduğu üçün sevindi, onun adına laiq həkim olmaq üçün gecə-gündüz çalışdı. Lakin universitetin ikinci kursunda onu Sovet Ordusu sıralarına çağırdılar. 1989-cu ilə qədər təhsilindən ayrılmalı oldu. 1989-cu ildə ordudan tərxis olunaraq yenidən Tibb Universitetinə bərpa olundu. 1994-cü ildə Tibb Universitetini bitirərək cərrah ixtisasına yiyələndi və atası Zöhrab həkimin ruhunu şad etdi.
Pərviz Məmədov hələ tələbə olarkən 1992-ci ildə Azərbaycanın bütövlüyü uğrunda gedən bir çox döyüş əməliyyatlarında da iştirak etmişdir. Universiteti bitirən kimi dissertasiya üzərində işləməyə başlamış və çox az bir müddət ərzində onu sona çatdırıb, 1996-cı ildə tibb elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir.
Pərviz Məmmədov 1997-2000-ci illərdə Respublika elmi cərrahlıq mərkəzində məqsədli doktoranturada olmuşdur. 1997-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Dövlət Attestasiya müfəttişliyi şöbəsinin rəisi vəzifəsində çalışmışdır. O, Azərbaycan Silahlı qüvvələrində xidmət etmək işindən də ayrılmamışdır. Hal-hazırda Mərkəzi Hərbi Klinik Hospitalın rəisinin elmi işlər üzrə müavini vəzifəsində işləyir. 100-ə yaxın elmi əsərin, 6 ixtiranın və 1 dərsliyin müəllifidir.
Məmmədov Kərəm Cahangir oğlu
Gədəbəyin Əli-İsmayıl kəndi uca dağ zirvələrinin birində yerləşir. Bu zirvədə Yaqub Məmmədov kimi dövlət xadimi, İlyas Tapdıq kimi xalq şairi və onlarla başqa görkəmli şəxsiyyətlər yetişib. Məmmədov Kərəm Cahangir oğlu da, bu zirvədə dünyaya göz açıb, qartalların gərilmiş qanadları altından keçərək oxumaq üçün dağların bütün sərtliklərinə sinə gərməyi bacarıb. Məmmədov Kərəm 1967-ci ilin oktyabr ayının 2-də anadan olub. 1984-cü ildə orta məktəbi bitirərək Bakı şəhərinə gəlib sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə verib. Elə həmin ildə öz arzusuna çataraq tarix fakültəsinin tələbəsi olub. 1991 -ci ildə Universitetin tarix fakültəsini müvəffəqiyyətlə bitirərək «Beynəlxalq münasibətlər» kafedrasına əvvəl laborant, sonra müəllim və baş müəllim vəzifələrinə düzəlib.
Kərəm Məmmədov bu müqəddəs ali təhsil ocağında dissertasiya mövzusu üzərində işləyərək 1999-cu ildə siyasi elmlər namizədi alimlik dərəcəsi müdafiə edib, Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifəsinə yüksəlib.
Hal-hazırda doktorluq dissertasiyası da hazır olan Kərəm Məmmədov 30-dan çox elmi məqalənin müəllifidir.
Məmmədov Lətif Vilayət oğlu
Məmmədov Lətif Vilayət oğlu 1958-ci il mart ayının 3-də Gədəbəy rayonunun Zamanlı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1965-ci ildə Zamanlı kənd orta məktəbinə daxil olmuşdur. (indi həmin məktəb şəhid qardaşı Şaiq Məmmədovun adını daşıyır). Məktəbi bitirdikdən sonra sənədlərini Moskva Aviasiya İnstitutuna vermişdir. Həmin İnstitutun «Təyyarə quraşdırma» ixtisasına qəbul olmuşdur. Bir il sonra müəyyən səbəblərdən təhsilini davam etdirə bilməmiş və yenidən Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir. 1981-ci ildə həmin institutu bitirdikdən sonra Tofiq İsmayılovun rəhbərlik etdiyi «Kosmik Tədqiqatlar İnstitutuna» təyinat almışdır. Kosmik Tədqiqatlar institutunda gənc mütəxəssis kimi 3 il kiçik elmi işçi işləmişdir. İşlədiyi şöbədə SSRİ- EA-nın Kosmik Tədqiqatlar institutu üçün «Rentgen spektrometri» quraşdırıb hazırlamışlar. Həmin spektrometr SSRİ-Fransa SSRİ-Hindistan birgə uçuş müqaviləsi üzrə həyata keçirilmişdir. Uçuşdan sonra müsbət nəticələrinə görə dəfələrlə əmək kitabçasına yazılmaq şərti ilə pul mükafatı ilə mükafatlandırılmışdır. 1984-cü ildə Moskvada aspiranturaya daxil olmuşdur. Aspiranturanı qurtardıqdan sonra «Rentgen vericilərinin işlənib hazırlanması» mövzusu üzrə müdafiə edərək Texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1988-ci ildə EA-sı Kosmik Tədqiqatlar institutundan çıxaraq İnşaat Mühəndisləri İnstitutunun fizika kafedrasında işləmişdir. 1990-cı ildə isə yenidən AzTU-ya qayıdaraq orada öz təhsil aldığı kafedrada assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Hal-hazırda EAKE (Elektron aparatlarının konstruksiya edilməsi) kafedrasının dosentidir. Bu illər ərzində 47 elmi məqalənin, 6 metodiki göstərişin və 3 dərs vəsaitinin müəllifidir.
Məmmədov Tofiq Cavad oğlu
Onun uşaqlığı dünyanın ən qanlı müharibəsi dövrünə təsadüf etmişdir. Bu müharibənin acı məşəqqətləri Gədəbəyin əlçatmaz dağlarında da hiss olunmuşdur. Ancaq dağların sərt təbiətinə dözən insanlar müharibənin vurduğu yaralara da dözə bilmişlər. Bir çox gədəbəyli oğul və qızları bütün çətinliklərə sinə gərərək özlərinin nələrə qadir olduğunu aləmə göstərə bilmişlər. O da öz məqsədinin ali cığırına düşərək dağlardan arana enib, oradan da Azərbaycanın ürəyi olan izdihamlı Bakı şəhərinə gəlib… Məmmədov Tofiq Cavad oğlu 1936-cı ildə Gədəbəy rayonunun Əli-İsmayıl kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra 1953-cü ildə Bakıya gələrək sənədlərini Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun Ticarət iqtisadçısı fakültəsinə verib. Elə həmin il arzu etdiyi instituta daxil olub və 1957-ci ildə oranı bitirərək əmək fəaliyyətinə başlayıb. Əsasən 1962-ci ilə qədər Sumqayıt şəhərində müxtəlif vəzifələrdə çalışıb. Elmi yaradıcılığa olan həvəs isə onu 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat institutuna gətirib çıxarmışdır. O, burada aspiranturaya daxil olmuş və 1966-cı ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyası müdəfiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Tofiq Məmmədov 1967-ci ildən 1972-ci ilə qədər Sumqayıt şəhərində ticarət sahəsində müxtəlif rəhbər vəzifələrində çalışmışdır. 1972-ci ildən Azərbaycan Dövlət İqtisadiyyat institutunda pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. O, burada «Marketinq və ticarət» kafedrasının müdiri vəzəifəsinə qədər yüksəlmişdir.
Məmmədov Nizami Hüseyn oğlu
Məmmədov Nizami Hüseyn oğlu 9 dekabr 1955-ci ildə Gədəbəy rayonunun Miskinli bölgəsinin Rüstəm Əliyev kəndində anadan olmuşdur. Miskinli kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuş 1979-cu ildə fərqlənmə diplomu ilə həmin fakültəni bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi təyinatla mərhum alim və ictimai xadim Tofiq İsmayılovun rəhbərlik etdiyi Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində (indiki AMAKA Azərbaycan Milli Aerokosmik agentliyi) elmi fəaliyyətə başlamışdır. Burada əvvəlcə, Kainat nəzəriyyəsi sahəsində, sonra isə atmosfer fizikası sahəsində çalışmışdır. 1983-1985-ci illərdə elmi fəaliyyətini Moskva şəhərində SSRİ EA Kosmik Tədqiqatlar İnstitutunda davam etdirmişdir. 1985-1988-ci illərdə bu elm ocağının aspirantı olmuş və 1989-cu ildə orada Yer səthinin və atmosferinin məsafədən tədqiq edilməsinin aktul problemlərinə həsr olunmuş elmi iş müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi adına layiq görülmüşdür. Daha sonra Bakıya qayıdaraq doğma AMAKA-da çalışmış və bir sıra beynəlxalq kosmik proqramlarda iştirak etmişdir. N.H.Məmmədov 15 elmi məqalənin müəllifidir və kosmik araşdırmalara həsr olunmuş bir çox beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. Hələ Moskvada işlədiyi vaxt elmi-kütləvi biliklərin yayılmasında müstəsna rolu olan SSRİ «Bilik» cəmiyyətinin mühazirəçisi kimi Moskva şəhərinin ən müxtəlif kollektivlərində ətraf mühit və ekalogiyanın aktual problemlərinə həsr olunmuş mühazirələrlə çıxışlar etmişdir. Bakıda da elmi fəaliyyəti ilə yanaşı ekaloji biliklərin yayılmasına, geniş kütlələr arasında ekaloji mədəniyyətin formalaşmasına daim diqqət yetirmiş, dövrü mətbuatda çıxışlar etmişdir. N.H.Məmmədov hal-hazırda AMAKA Ekalogiya İnstitutunda elmi fəaliyyətini davam etdirir.
Məmmədov Ələddin Qədir oğlu
Məmmədov Ələddin Qədir oğlu 1936-cı ildə Gədəbəy rayonunun Şınıx kəndində anadan olmuşdur. О, 1942-ci ildə Çayrəsullu kəndindəki orta məktəbdə oxumağa başlamış, 1953-cü ildə məktəbi bitirmişdir. Elə həmin il Gəncə şəhərindəki Kənd Təsərrüfatı institutunun aqranomluq fakültəsinə daxil olmuşdur. 1958-ci ildə həmin institutu bitirmiş, insitutun Qarabağ elmi tədqiqat bazasında aqranom – elmi işçi kimi fəaliyyətə başlamışdır. Ə.Məmmədov 1960-cı ildə Genetika və seleksiya İnstitutunun aspiranturasına daxil olmuş, 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun elmi rəhbəri məşhur akademik İmam Daşdəmir oğlu Mustafayev olmuşdur. Əsasən mədəni ilə yabanı buğda növünün bioloji münasibətlərini tədqiq etmiş, bu mövzu ətrafında 40-dan artıq elmi məqalə yazıb dərc etmişdir. 1973-cü ildən ölkə təsərrüfatının inkişafına kömək məqsədi ilə Azərbaycanın bir çox rayonlarında rəhbər vəzifələrində çalışmışdır. Sonralar isə Sumqayıt şəhərində yaşıllaşdırma idarəsinin rəisi, Abşeron rayonunda «Zəfəran» savxozunun direktoru vəzifələrində işləmişdir.
Ə.Məmmədov 1986-cı ildən 1988-ci ilə qədər Kürdəmir rayonundakı təcrübə-sınaq təsərrüfatına rəhbərlik etmişdir. Hal-hazırda isə təqaüdçüdür.
Məmmədova Elmira Həbib qızı
Gədəbəy torpağı özünün intellektual səviyyəsi ilə fərqlənən, cəsarət və mərdlik təcəssümü olan çoxlu alim qadınlar da yetirmişdir. Belələrindən biri də Məmmədova Elmira Həbib qızıdır. Məmmədova Elmira Həbib qızı 1947-ci il avqust ayının 5-də Gədəbəy şəhərində anadan olmuşdur. O, 1965-ci ildə Gədəbəy qəsəbə orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuşdur. E.Məmmədova 1971-ci ildə Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdiyi üçün rektorluğun diqqətindən yayınmamış və aspiranturada saxlanılmışdır. O, 1976-cı ildə aspiranturanı bitirmiş və 1979-cu ilə qədər Tibb İnstitutunun anatomiya kafedrasında çalışmışdır. Sonra isə ailə vəziyyəti ilə əlaqədar olaraq Moskva şəhərinə köçmüş və İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının anatomiya kafedrasında işləmişdir. 1984-cü ildə isə burada namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. E.Məmmədova 1990-cı ildən isə yenidən Vətənə qayıtmış və N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin anatomiya kafedrasında saat hesabı müəllim işləmişdir. 1991-1993-cü illərdə kafedranın baD müəllimi seçilmişdir.
1993-1998-ci illərdə isə Elmira Məmmədova Türkiyənin Samsunq şəhərindəki, On doqquz Mayis Universitetinin anatomiya kafedrasında dosent vəzifəsində çalışmışdır. O, burada işləyərkən müsabiqəyə təqdim etdiyi elmi işi birinci diploma və mükafata layiq görülmüşdür. 1988-ci ilin sentyabr ayında yenidən Vətənə qayıtdı və Ə. Əliyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə İnstitutunun anatomiya kafedrasının dosenti oldu. E.Məmmədova 1999-cu ildə Odlar Yurdu Universitetində saat hesabı müəllim kimi əmək fəaliyyətini davam etdirmiş, 2000-ci ildə elə həmin universitetin tibbi biologiya kafedrasının müdiri və tibb fakültəsinin dekanı kimi fəaliyyət göstərməyə başladı. 2002-ci ildən 2004-cü ilə qədər isə universitetin tibb fakültəsinin morfologiya və anatomiya bölməsinin rəhbəri oldu. 2004-cü ildən isə öz xahişi ilə tutduğu vəzifədən azad olmuşdur. E.Məmmədova «İnsanın anatomiyası» adlı dərsliyin müəlliflərindən biridir. Onun «Böyüyən orqanizmdə qan dövranı dəyişkənliyi şəraitində periferik sinirlərin regenerasiya və miesinizasiya prosesi» mövzusuna aid Rusiyada, Türkiyədə və başqa yerlərdə elmi məqalələri dərc olunmuşdur. E.Məmmədova əməkdə qazandığı nailiyyətlərə görə dəfələrlə fəxri fərmanlara və mükafatlara layiq görülmüşdür.
Məmmədov Səməndər Cəfər oğlu
Məmmədov Səməndər Cəfər oğlu 1940-cı ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. 1948-ci ildə Söyüdlü kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin «Fizika» fakültəsinə daxil olmuş və 1964-cü ildə Universitetdə Təhsil müddətini başa vurub təyinatla Sumqayıt şəhər orta məktəblərində fizika müəllimi, tədris hissə üzrə direktor müavini vəzifələrində işləmişdir. 1968-ci ildə Y.Məmmədəliyev adına «Neft Kimya Prosesləri» institutunda aspiranturaya daxil olmuşdur. Aspirantura müddəti qurtardıqdan sonra həmin institutda bir neçə il elmi işçi, 1977-ci ildən isə indiki Sumqayıt Dövlət Universitetində «Fizika» kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1979-cu ildə Maldova Respublikasında «Tətbiqi fizika» institutunda «Kristalloqrafiya və Kristallofizika» sahəsi üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Bü müddət ərzində 2 metodik göstərişin, 2 dərslik kitabınDn (dərs vəsaitinin) və 70 dən çox elmi-metodiki məqalələrin müəllifidir. Hal-hazırda SDU-nun «Ümumi fizika» kafedrasında dosent, «Fizika və riyaziyyatın tədrisi metodikası» kafedrasında isə kafedra müdiri müavini vəzifəsində işləyir.
Məmmədov Ilqar Səməndər oğlu
Məmmədov İlqar Səməndər oğlu 1972 -ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. 1979-cu ildə Sumqayıt şəhər orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1989-cu ildə 12 saylı Sumqayıt şəhər riyaziyyat təmyüllü orta məktəbi bitirib, həmin il indiki Azərbaycan Neft Akademiyasının «İqtisadiyyat» fakültəsinə daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasını bitirdikdən sonra bir neçə il kommersiya ilə məşğul olmuşdur. 1977-ci ildən isə indiki Sumqayıt Dövlət Universitetində «Müəssisələrin iqtisadiyyatı və təşkili» kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 2001-ci ildə SDU-nun dissertantı olmuş və 2005-ci ildə Milli Elmlər Akademiyasının “İqtisadiyyat” institutunda Azərbaycanda investisiya fəaliyyətinin istiqamətləri yollarının öyrənilməsi sahəsində namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Hal-hazırda SDU-da «Müəssisələrin iqtisadiyyatı və təşkili» kafedrasında dosent vəzifəsində işləyir. 2 metodiki göstərişi və 30-dan çox elmi məqaləsi çap olunmuşdur.
Məmmədov Fuad Hüseyn oğlu
Məmmədov Fuad Hüseyn oğlu 1956-cı il iyul ayının 20-də Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur. 1963-cü ildə Nəriman kənd orta məktəbinə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir.
1973-cü ildə Gəncə şəhərindəki S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq ixtisası üzrə birinci kursuna daxil olmuş və 1978-ci ildə oranı bitirərək alim-aqronom ixtisasına yiyələnmişdir. 1978-ci ildən 1982-ci ilə kimi təyinat üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Yer Qurluşu Layihə institutunda mühəndis – torpaqşünas vəzifəsində çalışmışdır. 1982-ci ildə Elmi-tədqiqat Eroziya və Suvarma İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir.
F.H.Məmmədov «Böyük Qafqazın cənub-şərq yamacının eroziyaya uğramış dağ boz-qəhvəyi torpaqlarında mineral gübrələrin və mikroelementlərin üzümün məhsuldarlığına, keyfiyyətinə və torpağın münbitliyinə təsiri» mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.F.H.Məmmədov 1985-ci ilin fevral ayından 1994-cü ilin iyun ayına kimi Kənd təsərrüfatı nazirliyinin mərkəzi aparatında baş mütəxəssis vəzifəsində çalışmışdır.1994-cü ilin iyun ayından Azərbaycan Elmi-tədqiqat Tərəvzçilik İnstitutunun direktoru, oktyabr ayından həmin institutun bazasında yaradılmış «Tərəvəz toxum» Elmi-istehsalat Birliyinin Baş direktoru, 2000-ci ildən hal-hazıra kimi struktur dəyişkənliyi ilə əlaqədar yenidən AzET Tərəvəzçilik institutunun direktoru vəzifəsində işləyir.İşlədiyi müddətdə F.H.Məmmədov respublikada tərəvəz, bostan və kartofçuluğun elmi əsaslarla inkişaf etdirilməsinə, institutun alimlərinin fermer təsərrüfatları ilə əlaqələrinin qurulması və məhsul istehsalının artırılması işinin təşkilinə böyük səy göstərmiş, daim yerlərdə olmuş, tarla-seminar günlərində fəal iştirak etmişdir. Polşada, Türkiyədə, Misirdə, Macarıstanda keçirilən beynəlxalq seminarlarda iştirak etmiş və respublikamızı təmsil etmişdir.
O, Beynəlxalq Elm Mərkəzləri və Regional Elm Mərkəzləri ilə elmi əməkdaşlıq göstərilməsinə daim səy göstərir. F.Məmmədov AzET Tərəvəzçilik İnstitutunun Elmi Şurasının sədri, Aqrar Elm Mərkəzinin Rəyasət Heyətinin və «Azərbaycan Aqrar Elmi» jurnalının redaksiya heyətinin üzvüdür. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası F.Məmmədova dosent adı vermişdir.
F.H.Məmmədov 3 broşuranın, 30 elmi əsərin müəllifi, 5 broşuranın elmi redaktorudur.
Məhərrəmov Bakir Ismayıl oğlu
Məhərrəmov Bakir İsmayıl oğlu 1960-cı il may ayanın 7-də Gədəbəy rayonu Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur.
Məhərrəmov Bakir İsmayıl oğlu 1977-ci ildə orta məktəbi, 1987-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə «Yeni Bakı Neftayırma zavodu» nda qablayıcı vəzifəsi ilə başlamışdır. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuş, 1981-1984-cü illərdə isə «Qırmızı Oktyabr» Bakı mebel fabrikində bəzəkçi vəzifəsində işləmişdir. 1984-cü ildə B.İ.Məhərrəmov Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə institutunda böyük texnik, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə «Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı» ixtisası üzrə aspiranturaya daxil olmuşdur.
Bakir İsmayıl oğlu Məhərrəmov 1994-1995-ci illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və tağım komandiri vəzifəsində xidmət etmişdir. 2004-cü ildə «Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsi və Şamaxı-Qobustan rayonunun onunla həmsərhəd zolağının geoloji qurluşu və neft-qazlılığı» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakir İsmayıl oğlu Məhərrəmov 19 elmi məqalənin müəllifidir. Bir sıra konfranslarda və beynəlxalq simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Hal-hazırda o, «Azərbaycan Dövlət Neft-Qaz Sənayesi Elmi-Tədqiqat və Layihə institutu»nun (Az NQSDETLİ) «Geoloji-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi» laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır. Elmi fəaliyyət Azərbaycanın çöküntütoplanma hövzələrində karbohidrogenlərin əmələgəlmə, toplanma, miqrasiya edərək yataq əmələgətirmə qanuna uyğunluqlarının öyrənilməsi və axtarış-kəşfiyyat işlərini istiqamətləndirmək üçün perspektivli sahələrin seçilməsi istiqamətindədir.
Məhərrəmov Islam Məşədi oğlu
Məhərrəmov İslam Məşədi oğlu 1940-cı ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. О, orta təhsilini 1958-ci ildə rayonun Slavyanka kəndində başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatD fakültəsinə daxil olub. 1963-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. О vaxtdan doğma kəndlərində rus dili fənnini tədris edir.
İ.Məhərrəmov 1965-ci ildə rus dili və ədəbiyyatı İnstitutunun dissertantı olur. 1969-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, pedoqoji elmlər namizədi alimlik dərəcəsinD yiyələnir. İ.MəhərrDmov Moskvada keçirilən XI, Bakıda keçirilən VII müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Onun xidmətləri qiymətləndirilərək «Xalqlar dostluğu» ordeni və «Qırmızı əmək bayrağı» ordeni ilə mükafatlandırılmışdır. О, 36 elmi məqalənin müəllifi olmuşdur.
İ.MəhərrDmov 1997-ci ildə qəflətən ürək çatışmamazlığından vəfat etmişdir.
Məşədiyev Qara İbrahim oğlu
Haqqında bir iki kəlmə xoş söz demək istədiyimiz adam filologiya elmləri doktoru, professor Qara Məşədiyevdir. Qara müəllim 1939-cu il mayın 15-də Gədəbəyin Şınıx mahalında, el ağsaqqalı İbrahim kişinin ailəsində dünyaya göz açmışdır. Başqaları kimi Qara müəllimin də uşaqlıq illəri müharibənin dəhşətli dövrünə düşüb. Q. Məşədiyev hazırda Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun onomastik və tətbiqi dilçilik şöbəsinin müdiri işləyir. Xatırladaq ki, o elmi fəaliyyətə bu şöbədə başlamışdır. 1974-cü ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun doktorluq dissertasiyası belə adlanır: “Qafqaz ərazi və tayfaların təsviri materiallarının məcmuəsində türk məişəti toponimləri”. Burada çox böyük elmi əhəmiyyəti olan Azərbaycan (türk) mənşəli toponimlərin tarixi linqvistik təhlili verilib. Son 30-40 ildə Ermənistan və Gürcüstan ərazilərində, ümumən bütün Qafqazda türk mənşəli coğrafi adların kütləvi şəkildə dəyişdirilərək türklaylı toponimlərin məqsədli şəkildə məhv edilməsi prosesi gedir. Buna görə də Qara müəllim yer-yurd adlarının araşdırılmasına daha çox diqqət yetirir. Dilçilik sahəsində professorlar A.Qurbanov, S.Mollazadə, T.Hacıyev, H.Mirzəyev. N.Məmmədov və başqaları Q. Məşədiyevin doktorluq dissertasiyasının elmi məziyyətlərini yüksək qiymətləndirmişlər. Q.Məşədiyev 3 monoqrafiyanın – «Azərbaycan dilinin onomastikası» (R.İsnrafilovla, Q.Cəfərovla birlikdə) «Zaqafqaziyanın Azərbaycan toponimləri», monoqrafiyalarının müəllifidir. Sintaksiz, semasiologiya, onomastika və etimologiya ilə bağlı 50-dən çox elmi məqaləsi var. «Zaqafqaziyanın Azərbaycan toponimləri» monoqrafiyası mütəxəssislər tərəfindən yüksək qiymətlindirilmişdir. Q.Məşədiyevin elmi yaradıcılığında dilçiliyin ən çətin, gərgin araşdırma tələb edən, dərin məntiqə söykənən bir sahəsi-etimologiya mərkəzi yer tutur. O, Gəncə, Goranboy, Gorus, Gurgan (Qorqan), Quba, Alpan, Atropaten, Midiya, Muğan, Koylasar və başqa toponimlərin mənşəyini açıqlamağa çalışmış, dəyərli mülahizələr söyləmişdir. Bu qədim yer adlarının etimoloji şərhi təkcə toponomika elmi üçün əhəmiyyətli deyil, həmçinin Azərbaycan türklərinin qədim təsəvvürləri, dünya görüşü, məskunlaşma-yayılma arealı, Qafqazın ən qədim aborigen əhalisindən olması və. s. məsələləri açıb göstərməkdə də misilsiz rol oynayır. ОNUN doktorluq dissertasiyası Azərbaycan tarixşünaslığı baxımından daha çox əhəmiyyətlidir. Tədqiqatçı toponimlərin mənşəyini izləyərkən bütün hallarda məsələyə dilimizin tarixi nöqteyi-nəzərindən yanaşmış və buna görə də həmin toponimləri sadəcə etimologiyasını aşkar etməklə kifayətlənməmiş, həm də müqayisəli-tarixi üsula əsaslanaraq onların yaranma və fəaliyyət tarixini müəyyən etməyə çalışmışdır.
Muradov Məhəmməd Musa oğlu
Muradov Məhəmməd Musa oğlu 1940-cı ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Rüstəm Əliyev) kəndində anadan olmuşdur.
1947-ci ildə həmin kənddə orta məktəbə daxil olmuş və 1957-ci ildə orta təhsilini başa vuraraq Bakı şəhərinə gəlmiş və M.A.Əliyev adına Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Mədəni-Maarif fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Bakı şəhərində qalaraq bir sıra vəzifələrdə çalışmışdır.
M.M.Muradov 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuş, 1976-cı ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1970-1984-cü illərdə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetinin Fəlsəfə kafedrasında müəllim, baD müəllim və dosent vəzifələrində çalışmışdır. M.M.Muradov 1984-ci ildən Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə kafedrasında pedaqoji fəaliyyətini davam etdirmişdir. O, bir neçə metodik vəsaitin və dinşünaslığa dair bir dərs vəsaitinin müəllifidir.

Mustafayev Mustafa Rəhim oğlu

Aviyasiya Akademiyasında Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsinin rəisi,Texnika elmləri doktoru, professor Mustafa Rəhim oğlu Mustafayev 3 may 1948-ci ildə Gədəbəy rayonunun Moruxlu kəndində anadan olmuş, 1965-ci ildə Gədəbəy rayonunda Samanlıq kənd orta məktəbini bitirmiş və Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Mexanika fakültəsinə qəbul olunmuşdur. 1970-ci ildə həmin institutu «Yeyinti sənayesinin maşın və aparatları» ixtisası üzrə bitirmişdir. 1970-1973-cü illərdə Respublika tütün sənaye birliyində mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1973-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunda «İstilik texnikasının nəzəri əsasları» ixtisası üzrə aspiranturada oxumuşdur. 1977-1982-ci illərdə Yeyinti Sənayesi nazirliyinin aparatında böyük aparıcı mühəndis və nazirliyin nəzdindəki elmi-tədqiqat laboratoriyasında direktor vəzifələrində çalışmışdır. 1982-ci ildən Azərbaycan texniki Universitetinin «Mühəndis qrafikası» kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmış və 2002-ci ildən kafedra müdiri vəzifəsində işləyir.

M.R.Mustafayev, t.e.d., professor Naziyev Yaşar Mövlud oğlunun rəhbərliyi və elmi məsləhəti ilə 1979-cu ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun Bakı Dövlət Universitetində müdafiə etmiş olduğu «Perftorkarbonların istilik-fiziki xassələri və onların ölçülməsi üçün aparaturanın işlənib hazırlanması» mövzusunda doktorluq dissertasiyası mütəxəssislər və Ali Attestasiya komissiyası tərəfindən yüksək qiymətləndirilmiş, bu haqda Ali Attestasiya komissiyasının bülletenində xüsusi məqalə də çap olunmuşdur.
Mustafa müəllimin elmi fəaliyyətində əlamətdar olan xüsusiyyətlərdən biri haqqında, müəllimi professor Y.M.Naziyev belə demişdir «O, heç vaxt mövcud üsul və qurğularla işləməyi sevmir, ya onlara köklü dəyişiliklər edir və ya yenisini yaradır. Onun mühəndis olması və riyaziyyat və kompüter texnikasını yaxşı bilməsi bu işi məharətlə həyata keçirməyə imkan verir. Məhz buna görə də ounun dissertasiyalarında nəzəri və parktiki əhəmiyyət kəsb edən yeniliklər çoxdur».
Mustafayev M.R. 120-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin müəllfidir. elmi məqalələri əsasən REA-nın «Yüksək tempuraturlu istilik fizikası» jurnalında çap olunmuşdur (bu jurnal ingilis dilinə tərcümə edilərək dünyanın inkişaf etmiş bütün ölkələrinə yayılır). «Tərsimi həndəsə» kursundan yazmış olduğu dərslik «Humay-2004» Milli Mükafatına layiq görülmüşdür. Respublikada «Maşın qrafikası» fənninin tədris metodiki bazasının yaradılmasında xüsusi yeri vardır. Bu sahədə 2 dərs vəsaitinin müəllifidir. O, gənc alimlərin hazırlanmasında da fəal iştirak edir. Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvüdür.

Mustafayev Akif Rəhim oğlu
Akif Rəhim oğlu Mustafayev 1954-cü il iyun ayının 29-da Gədəbəy rayonunun Moruxlu kəndində anadan olmuşdur. O, 1971-ci ildə Gədəbəy rayonunun Nəriman kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş və institutda oxuyarkən dövrünün ən yüksək təqaüdçüsü – Lenin təqaüdçüsü olmuşdur. 1977-ci ildə o, «Daxili yanma mühərrikləri» ixtisası üzrə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Hələ institutda oxuyarkən özünün ilk ixtirasını etməyə nail olmuşdur. A.R.Mustafayev 1977-ci ildən əmək fəaliyyətinə Respublikanın Nef-qaz Sənayesi müəssisələrində mühəndis mexanik vəzifəsindən başlamışdır. 1984-1987-ci illərdə aspiranturada oxumuş və 1989-cu ildə Leninqrad Kənd Təsərrüfatı Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək «istilik mühərrikləri üzrə» texnika elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1987-ci ildən bu günə qədər «Dənizneftqazlayihə» Dövlət Elmi-tədqiqat layihə institutunda elmi işçi, baD elmi işçi vəzifələrində işləmişdir. İşlədiyi müddətdə özünü yaradıcı mütəxəssis kimi göstərmiş, 1988-1990-cı illərdə Layihə Baş Konstruktor vəzifəsinə təyin edilmişdir. Bu illərdə o, 8 ixtira etmişdir. Hidrotexniki qurğuların rənglənməsi üçün xüsusi qurğu və sualtı boru kəmərlərinin təmiri üçün manipulyator ixtira etmişdir ki, bunlar da qısa bir müddətdə istehsalata vəsiqə almışdır. A.R.Mustafayev tərDfindən yaradılmış yeni rəng püsgürdücülərinin yüksək səviyyəsini və istehsalat üçün vacibliyini nəzərə alaraq bu qurğular ilk dəfə Moskva vilayətinin Xarkov şəhərində Maşınqayırma zavodunda hazırlanmış və sonralar yüksək göstəricilərinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin qızıl medalına layiq görülmüşdür. 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının Qaz Neft Mədən fakültəsinin «Neft və qaz yataqlarının işlənməsi və istismarı» ixtisasını bitirərək ikinci diplom almışdır. A.R.Mustafayev baD elmi işçi olmaqla yanaşı 12 ilə yaxındır ki, Neft və qaz yataqlarının avadanlıqlaşdırılması üzrə kompleks şöbənin Elmi-tədqiqat, layihə və konstruktor şöbəsinin müdiri vəzifələrində çalışır. A.R.Mustafayev Respublikada Neft və qaz hasilatının artırılması, yığım və nəql sistemlərinin təkmilləşdirilməsi konsepsiyalarının işlənməsində və Dövlət Neft Şirkətinin Beynəlxalq Şirkətlərlə birgə layihələrin yerinə yetirilməsində aparıcı mütəxəssis kimi fəal iştirak edir. Xuyston, London, Paris, Oslo şəhərdlərində yerinə yetirilən beynləxalq layihələrin yerinə yetirilməsində Dövlət Neft Şirkətini layiqincə təmsil etmişdir.
Akif müəllimin rəhbərliyi altında son illər bir sıra yüksək ixtisaslı kadrlar hazırlanmış və hazırda onlar istehsalatda və bir neçə xarici firmalarda çalışırlar. O, bir nəfər əcnəbi aspirantın yetişdirilməsində elmi rəhbər olmuşdur. Onun əldə etdiyi nailiyyətlərin nəticələri 50-dən çox elmi məqalədə, o cümlədən 18 ixtirada və 3 patentdə öz əksini tapmışdır. 1987-ci ildə Akif müəllimə istehsalatda tətbiq olunmuş ixtiralarına görə SSRİ ixtiraçısı medalı təqdim olunmuşdur.
Musayev Yaqub Səməd oğlu
Musayev Yaqub Səməd oğlu 11 sentyabr 1941-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1948-ci ildə İsalı kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1958-ci ildə həmin orta məktəbi bitirmişdir. Həmin ildə Gəncə şəhərində İnşaat texnikumuna daxil olmuş, 1961-ci ildə hDmin texnikumu əla qiymətlərlə bitirmişdir. 1961-ci ilin mart ayından noyabr ayına kimi Ağstafa rayonunda 7 nümrDli su tikintisi idarəsində işləmiş həmin ilin noyabr ayında Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. 1964-cü ilin dekabrında hərbi qulluqdan tərxis olunub Bakı şəhərinə gəlmiş, Lenin neft təmir-tikinti idarəsində işləmişdir. 1965-ci iln avqust ayında Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə «Sənaye və mülki tikinti» ixtisası üzrə qəbul olunmuşdur. 1970-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, rektorluğun qərarı ilə «Materiallar müqaviməti» kafedrasında saxlanılmışdır. Həmin kafedrada baD laborant, aspirant, assistent, nəhayət, dosent vəzifəsində işləmişdir. İnşaat və Memarlıq Universitetinin yaranması ilə əlaqədar olaraq həmin institutun «Materiallar müqaviməti» kafedrasında dosent vəzifəsində işləyir. 1978-ci ildə Moskva inşaat mühəndisləri institutunda «İçiboş və armirlənmiş brusların bəzi əyilmə və burulma məsələləri» adlı dissertasiya müdafiə edib, texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. 30-dan çox elmi məqalənin müəllifidir. Materiallar müqaviməti məsələlərinin həllinə və laboratoriya işlərinin yerinə yetirilməsinə aid metodiki vəsaitlərin müəlliflərindən biridir.
Muradov Rafiq Həsən oğlu
Miskinli ərazisi Gədəbəyin qədim yaşayış məskənlərindən biridir. Tarixin müxtəlif mərhələlərində bu ərazidə yaşayan insanlar öz istedad və bacarıqlarını nümayiş etdirərək möhtəşəm qalalar, körpülər, məbədlər və s. inşa etmişlər. Miskinlinin hər bir övladı özünə məxsus istedad və qabiliyyətə malikdir. Onlardan biri də Muradov Rafiq Həsən oğludur. Muradov Rafiq Həsən oğlu 02.01.1941-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuşdur. 1957-ci ildə Gədəbəy rayon mərkəzində orta məktəbi bitirmiş və onda kənd təsərrüfatının heyvandarlıq sahəsinə böyük maraq yaranmışdır.
1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Kənd Təsərrüfatı Nazirliyinin təyinatı əsasında Gədəbəy rayonuna işə göndərilmiş, 1965-ci il fevral ayından 1968-ci ilədək Gədəbəy rayonunda baytarlıq idarəsində dezinfeksiya dəstəsinin rəisi olmuş, K.Qaramurad, Gər-Gər və Söyüdlü baytarlıq sahələrində işləmişdir. İşlədiyi müddət ərzində emprik biliklərə yiyələnmiş, onda elmi fəaliyyətlə məşğul olmaq həvəsi yaranmışdır. 1968-ci ilin dekabr ayında Azərbaycan Elmi Tədqiqat baytarlıq institutunun aspiranturasına daxil olaraq 1972-ci ildə «Davarların yolxucu aqalaktiya xəstəliyinin müalicəsində bir sıra antibiotiklərin və qlobulin preparatlarının effektliyi» mövzusunda dissertasiya müdafiə edərək baytarlıq elmləri namizədi dərəcəsi almışdır. 1974-cü ilədək Baytarlıq institutunda baş elmi işçi işlədikdən sonra həyatını Kənd Təsərrüfatı nazirliyi baytarlıq idarəsində işləməyə həsr etmişdir. Dövrü mətbuatda 30-dan çox elmi əsəri çap olunmuş və aqalaktiya xəstəliyinin müalicəsində təklif etdiyi dərman maddələri işlənilməkdədir.
R.Muradov Kənd Təsərrüfatı Nazirliyi baytarlıq idarəsində baş toksikoloq – baytar həkim, respublikanın baş baytar həkimi, Gədəbəy rayon baytarlıq
idarəsinin rəisi, Kənd Təsərrüfatı Nazirliyi Epizootiya Əleyhinə Respublika Ekspedisiyasında rəis vəzifəsində işləmişdir.

Mustafayev Firuz Qədimalı oğlu
Mustafayev Furiz Qədimalı oğlu 1952-ci il fevral aynın 18-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta təhsilini 1959-1960-cı illərdə almışdır. F.Mustafayev 1970-1971-ci illərdə BEMZ zavodunda fəhlə işləmiş, 1971-1975-ci illərdə isə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fiologiya fakültəsində ali təhsil almışdır. O, 1975-1977-ci illərdə Saatlı rayonunda müəllim işləmişdir. 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. F.Q.Mustafayev 1978-1980-ci illərdə Azərbaycan Teleradio komitəsinin və «Azərbaycan gəncləri» qəzetinin əməkdaşı olmuşdur. 1980-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq institutunun aspiranturasına qəbul olunmuşdur. 1980-ci ildə Akademiyanın fəlsəfə kafedrasında kabinə müdiri işləmiş, 1985-ci ildə fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi fəaliyyətini Fəlsəfə və Hüquq institutunda davam etdirmişdir. 1987-1992-ci illərdə Akademiyanın fəlsəfə kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.F.Mustafayev 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. F.Mustafayev onlarla elmi-tədqiqat əsərinin müəllifidir. Onun Freydin, Nitşenin, N.Berdyayevin həyat fəaliyyətinə həsr etdiyi əsərləri möcuddur. «Avesta» ilə əlaqədar olan məqalələri vardır. «Mənəvi təlabatın inkişaf dialektikası» adlı monoqrafiyası, «Sərhədsiz dünya» traktatı böyük marağa səbəb olmuşdur. O, həmçinin bir çox tərcümələrin və pyeslərin müəllifidir. F.Mustafayev hal-hazırda Azərbaycan Respublikası Elm fondunun sədri, Rusiya Fəlsəfə Cəmiyyətinin, Azərbaycan yazıçılar və jurnalistlər birliyinin bir sıra qəzet və jurnallarının redaksiya heyətinin üzvüdür.
Musayev Fəxrəddin Həmid oğlu
Musayev Fəxrəddin Həmil oğlu 1947-ci ilin yanvarın 25-də Azərbaycan Respublikası Gədəbəy rayonunun Böyük Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. 1965-ci ildə Böyük Qaramurad kənd orta məktəbini bitirib Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1970-ci ildə həmin institutun əyani şöbəsini bitirməklə zootexnik ixtisası almışdır. 1970-ci ildən Gədəbəy rayonunun «Qırmızı Oktyabr» sovxozunda zootexnik vəzifəsində işləmiş, öz biliyi və bacarığı ilə kənd zəhmətkeşləri arasında böyük nüfuz qazanmışdır.
1973-cü ildə təhsilini artırmaq məqsədilə Ryazan vilayəti Rıbnaye şəhərində ümumittifaq elmi-tədqiqat arıçılıq institutunun əyani aspiranturasına daxil olmuşdur.
1982-ci ildə “Bal arılarından zəhər almanın bioloji əsasları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 26 adda elmi əsərləri çap olunmuşdur. 2002-ci ildən Abşeron heyvandarlıq təcrübə stansiyasında elmi katib və hal-hazırda isə direktor vəzifəsində işləyir.
Musayev Sabir Hüseyn oğlu
Musayev Sabir Hüseyn oğlu 6 mart 1952-ci ildə Gədəbəy rayonu, Gədəbəy şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1959-cu ildə orada orta məktəbin birinci sinfinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. 1969-1971-ci illərdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki 13 saylı Dəmir-beton məmulatları zavodunda çilingər işləmişdir. 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1976-cı ildə tarixçi, tarix və ictimaiyyat müəllimlik ixtisası alaraq Cəlilabad rayonuna təyinatla müəllim göndərilmişdir. 1976-1979-cu illərdə Cəlilabad rayonu, Sərhəd-abad kənd orta məktəbində tarix, ictimaiyyat müəllimi vəzifəsində işləmişdir. 1980-1995-ci illərdə Azərbaycan Ensiklopediyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1981-1985-ci illərdə BDU-nun fəlsəfə kafedrasında qiyabi aspiranturanı bitirmiş, 1987-ci ildə «Fəlsəfə elmləri namizədi» alimlik dərədəsi almışdır.
1995-ci ildən hal-hazıradək Azərbaycan Beynəlxalq Universitetinin «Humanitar fənlər» kafedrasında «Baş müəllim» vəzifəsində çalışır.
Nağıyeva Elmira Əli qızı
Əsli Gədəbəy rayonundan olan Nağıyeva Elmira Əli qızı 1946-cı ildə yanvarın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 202-saylı orta məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin axşam şöbəsinə qəbul olmuşdur. 1971 -ci ildə isə Universitet təhsilini bitirmişdir. O, əmək fəaliyyətinə tələbə olarkən 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda (AEA AKİ) laborant kimi başlamışdır. 1966-2001-ci illərdə laborant, texnik, böyük texnik, kiçik elmi işçi, böyük elmi işçi, 2001 -ci ildə aparıcı elmi işçi vəzifəsində işləmişdir. 1979-cu ildə «Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və sürtgü yağlarına aşqar kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə «Mineral və sintetik yağlarını alkimfenollar və aminlər əsasında azküllü və külsüz aşqarlar» mövzusunda «Neft kimyası» ixtisası üzrə texnika elmləri doktoru dərəcəsini almışdır. E.Nağıyevanın fəaliyyətinin əsas elmi istiqamətini mineral və sintetik yağlara əlavə olunan aşqarlarının sintezi və tədqiqi təşkil edir. Onun bilavasitə iştirakı ilə BFK, İXP-101, İXP-21, İXP-114 və s. kimi çoxfunksialı alkilfenolyat aşqarları sintez edilmişdir. Nağıyeva E.Ə. həm də yüksək temperaturaya davamlı (225-240 0C) aviasiya yağlarının yaradılması istiqamətində antioksidləşdirici aşqarların sintezi ilə məşquldur. O, müxtəlif markalı motor yağları yaratmaq üçün daha effektli yüksəkqələvili alkilfenolyat aşqarlarının (AKİ-130, AKİ-150, AKİ-154, və s.) sintezi ilə məşğuldur Sintez edilmiş birləşmələrdən istifadə etməklə mineral və sintetik yağları əsasında motor yağlarının istismar xassələrinə görə müasir tələblərə cavab verən kompozisiya tərkibləri işləyib hazırlamışdır.
Nağıyeva E.Ə. Bakı və Şərq neft yağları əsasında yaradılan M-8B, M-12B2, M-8 Q1və M-10 Q2 motor yağlarının yaradıcı müəlliflərindəndir. O, həm də müasir aviasiyanın tələblərinə cavab verən qaz-turbin mühərikləri üçün 225 0C¬-də işləyə bilən antioksidləşdirici aşqarların iştirakı ilə sintetik motor yağları (pentaeritrit efiri əsasında) hazırlanmışdır. E.Ə.Nağıyevanın elmi yaradıcılığının əsas istiqaməti böyük elmi və xalq təsərrüfatı əhəmiyyətli tədqiqatlardır. E.Nağıyevanın elmi tədqiqat işlərinin nəticələri 90 elmi əsərdə, o cümlədən 31 müəlliflik şəhadətnaməsində, 11 Rusiya və Azərbaycan patentlərində öz əksini tapmışdır. O, dəfələrlə Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, məruzələrlə çıxış etmişdir.
Nağıyev Əli Mustafa oğlu
Professor Nağıyev Əli Mustafa oğlu 19 fevral 1905-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olmuşdur.
1916-cı ildə, 11-yaşında Gədəbəydə Simens-Şukorrt kompaniyasında mis əritmə zavodunda fəhlə işləmişdir. 1927-ci ildə dağ-mədən ittifaqı tərəfindən Bakı Şəhəri fəhlə fakültəsinə təhsil almağa göndərilmişdir. Fəhlə fakültəsini bitirdikdən sonra Ə.M.Nağıyev 1931-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (ASİ) qəbul olmuşdur. 1935-ci ildə ASİ-ni neftin emalı üzrə kimyaçı-mühəndis ixtisası ğzrD bitirmiDdir. Ə.M.Nağıyev işləməklə yanaşı təhsilini də davam etdirmişdir. O, laborant, mühəndis, rəis köməkçisi, sex rəisi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələrində işləmişdir. Ə.M. Nağıyevin əsas elmi fəaliyyəti Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunda (ÜTTETİ) olmuşdur. (1937-1966-cı illər). 1950-ci ildə Ə.M.Nağıyev «Neft zavodları cihazlarının təmirə hazırlanması prosesində karbohidrogen buxarlarının çıxarılması üçün tüstülü qazlardan istifadə məsələləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1950-ci ildən 1965-ci ilədək «Xüsusi geyimlər və mühafizə cihazları» laboratoriyasının rəhbəri vəzifəsində çalışmışdır.
Ə.M. Nağıyev müvəffəqiyyətli işlərinə görə bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir. Ə.M. Nağıyevin elmi işi pedoqoji fəaliyyətilə uyğunlaşmışdır. 1935-ci ildən 1968-ci ilədək M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda və S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində təhlükəsizlik texnikası üzrə mühazirələr oxumuşdur. 1953-cü ildən ASİ-da «Təhlükəsizlik texnikası» kafedrasında dosent vəzifəsində çalışmış, 1966-cı ildən isə ömrünün axırına kimi «Əməyin mühafizəsi» kafedrasına rəhbərlik etmişdir.
1967-ci ildə «Neft emalı zavodlarında qaz və toz tullantıların zərərsizləşdirilməsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsinə layiq görülmüşdür, 1968-ci illdə professor adı almışdır.
Ə.M.Nağıyev tərəfindən təklif edilən neft sənayesində çalışan fəhlələr üçün xüsusi paltarlar, zərərli qazlara qarşı əleyhqazlar, əmək şəraitinin sağlamlaşdırılması, atmosfer havasının zərərləşdirilməsi, qaz və toz tullantılarını zərərsizləşdirərək istifadə olunması üçün qurğular böyük əfhəmiyyətə malikdir.
O, adi fəhləlikdən tanınmış alimə qədər şərəfli həyat yolu keçmişdir. Onun elmi əsərləri neft və qaz sənayesi işçilərinin əmək fəaliyyətinin təhlükəsizliyinin təminatı məsələlərinə həsr olunmuşdur. Ə.M.Nağıyev elmi fəaliyyətlə yanaşı böyük ictimai işlərlə də məşğul olmuşdur. 1955-ci ildən 1962-ci ilədək ÜTTETİ partiya təşkilatının katibi, 1962-1965-ci ilədək dövlət katibi partiya qrupunun sədri, ÜTTETİ elmi şurasının sədri, 1955-ci ildən 4 dəfə Bakı Rayon Sovetinin deputatı, seçilmişdir. Etibarlı şəxs kimi SSR Ali Sovetinin seçkilərində iştirak etmişdir.
Ə.M.Nağıyev 64 elmi əsərin, o cümlədən müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun yazdığı və 1954-cü ildə çap edilmiş «Neft sənayesində fərdi mühafizə vasitələri» kitabı neft istehsalı sahələri üçün ilkin dərslik olmuşdur.
Ə.M.Nağıyev 10 may 1968-ci ildə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.
Nağıyev Yaqub Mehdi oğlu
Nağıyev Yaqub Mehdi oğlu 22 noyabr 1954-cü ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Dikdaş kəndində anadan olmuşdur. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun kimya fakültəsini bitirmişdir.
1984-cü ildə aspiranturaya daxil olaraq, elmi işini V.D.Lenin adına Kazan Dövlət Universitetinin «Üzvi kimya» kafedrasında yerinə yetirmişdir.
1988-ci ildə «Dixlormalein turşusunun N-əvəzli imidlərinin tsiklopentadien və 1,3-tsikloheksadienlə dien kondenləşməsi» mövzusunda 02.00.03-«Üzvi kimya» ixtisası üzrə müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
30-dan artıq elmi əsərin və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutunda çalışır.
Nəbiyev Qələndər Məhəmməd oğlu
Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində yetişən alimlərdən biri də Nəbiyev Qələndər Məhəmməd oğlu olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi olan Qələndər Nəbiyev 1935-ci ildə Gədəbəy rayonunun R.Əliyev kəndində dünyaya gəlmişdir. О, hələ uşaqlıq illərində kənd təsərrüfatı işlərinə böyük maraq göstərmiş, yeni məhsul növləri yetişdirmək üçün elə öz həyətyanı sahələrində müəyyən işlər görmüşdür. Bu maraq onu məktəbi bitirdikdən sonra Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı institutuna aparıb çıxarmışdır. Q. Nəbiyev seçdiyi instituta daxil olaraq 1958-ci ildə oranın aqranomiya fakültəsini bitirmişdir. Bu sahənin mütəxəssisi kimi indiki Beyləqan rayonunun suvarma idarəsində baD mütəxəssis kimi fəaliyyətə başlamışdır.
1961-ci ildə Azərbaycan Əkinçilik Elmi tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1966-cı ildə tədqiqat işini sona çatdıraraq namizədlik dissertasiyası müdafiə etmiş və kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi almışdır.
1967-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Kənd təsərrüfatı institutuna dosent vəzifəsinə seçilmişdir. Onun səmərəli fəaliyyəti nəticəsində institutda «Suvarma əkinçilik» kafedrası yaradılmışdır və Q.Nəbiyev bu kafedraya rəhbərlik etmişdir.
1985-ci ildə Moskvada Doktoranturanı müvəffəqiyyətlə bitirsə də amansız ölüm ona elmlər doktoru alimlik dərəcəsi müdafiə etməyə imkan verməmişdir.
Nəbiyev Izzət Süleyman oğlu
Nəbiyev İzzət Süleyman oğlu 1942-ci ildə Gədəbəy rayonunun Zəhmət kəndində anadan olmuşdur. O, 1949-cu ildə kənd orta məktəbinə daxil olmuş, 1959-cu ildə həmin məktəbi bitirmişdir. İ.S.Nəbiyev 1961-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1967-ci ildə hDmin institutu bitirərək Naftalan elmi tədqiqat laboratoriyasına kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır.
1972-ci ildə həmin laboratoriyada «Podaçra və revmatizmalı xəstələrdə» «Zülal fraksiyalarının dinamikası» adlı namizədlik dissertasiyası yazmış və müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetində Daxili xəstəliklər kafedrasında dosent vəzifəsində çalışır.
İ.S.Nəbiyev 1996-2006-cı illərdə Türkiyənin 100-il İnstitutunun Daxili xəstəliklər kafedrasında dosent vəzifəsində çalışmışdır. 50-dən çox elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.
Orucov Zahid Məlik oğlu
Fəlsəfə tarixi, dialektik məntiq, sosial idrak metodikası sahəsində kifayət qədər tanınmış fəlsəfə elmləri doktoru, professor Orucov Zahid Məlik oğlu 1932-ci ildə əslən Gədəbəy rayonunun Şınıx bölgəsindən olan tarix elmləri doktoru, porfessor Məlik Orucovun ailəsində dünyaya göz açmışdır. О, 50-60-cı illərdə Azərbaycan Dövlət Universitetində fəlsəfədən dərs demiş, sonra isə Moskva elektron texnikası üzrə dövlət institutunda kafedra müdiri işləmişdir. Z.Orucov 1962-ci ildən 1985-ci ildədək Azərbaycan Elmlər Akademiyasının dəvəti ilə Fəlsəfə və hüquq institutuna direktor təyin edilmişdir. Z.Orucov bir filosof alim kimi xarici ölkələrdə də diqqəti cəlb etmişdir. Belə ki, hələ 1976-cı ildə qastprofessor kimi Berlin Universitetinin fəlsəfə fakültəsində dialektik məntiqdən mühazirələr söyləmişdir. 1980-ci ildə vizitinq-professor qismində (senator Fulbraytın proqramı üzrə) ABŞ-ın Ohayo ştatının paytaxt universitetinin fəlsəfə departamentində dialektik məntiqdən silsilə mühazirələr oxumuşdur. Z.M.Orucov fəlsəfə tarixi və dialektik məntiq üzrə yazılmış bir çox sanballı əsərlərin müəllifidir. Onlardan bəziləri Avropada, ABŞ-da, Kubada, Meksikada, Yaxın Şərqdə və digər ölkələrdə çap olunmuşdur.
Paşayev Nəriman Əziz oğlu
Paşayev Nəriman Əziz oğlu 27 may 1960-cı ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Hacılar kəndində anadan olmuşdur. 1967-ci ildə hacılar kəndində birinci sinfə daxil olmuş və 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1977-1978-ci illərdə Bakı Alminium Prokat zavodunda (BAPZ) fəhlə işləmiş və 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 1981-1982-ci illərdə yenidən BAPZ-da fəhlə kimi fəaliyyətə başlamışdır.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinə daxil olmuş və 1987-ci ildə həmin fakültəninin coğrafiya ixtisasını əla qiymətlərlə bitirmişdir. N.Ə.Paşayevin institutu yüksək qiymətlərlə bitirdiyini nəzərə alaraq, onu təyinatla AMEA-nın Coğrafiya İnstitutuna işə göndərmişdilDr. Coğrafiya İnstitutunda elmi fəaliyyətə baD laborant kimi başlamış və onun elmi fəallığı nəzərə alınaraq, 1988-ci ildə institutun elmi şurasının qərarı ilə «Azərbaycanın Böyük Qafqaz ərazisində təbii dağıdıcı hadisələrin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri» mövzusunda namizədlik dissertasiya işi təsdiq olunmuşdur. 1995-ci ildə 11.00.02 iqtisadi və sosial-coğrafiya ixtisası üzrə göstərilən mövzudan dissertasiya işini müdafiə etmiş və coğrafiya elmləri namizədi alimlik dərəcəsini alşmışdır. Elmi yaradıcılığında ilk dəfə olaraq Böyük Qafqaz ərazisində daha çox yaranan və təkrarlanan sel, sürüşmə və dolu vurma hadisələrinin sənaye, kənd təsərrüfatı və sosial infrastruktur sahələrə təsir dairəsini, onlara dəyən ziyanın həcmini müəyyənləşdirmiş və əhalinin yaşayış məntəqələrində təbii fəlakətdən ziyan çəkmə dərəcəsinin bir sıra parametrlərini nəzərə almaqla rayonlaşdırma aparmışdır. Bu sahədə əldə olunan elmi nəticələr təcrübi əhəmiyyət daşıdığından müvafiq tövsiyə və təkliflər respublika və beynəlxalq miqyaslı konfransda dinlənilmiş və çap olunmuşdur. 2003-cü ildə isə tədqiqatçının bu sahəyə olan marağı professor N.A.Babaxanov ilə birgə çap olunmuş «Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi» adlı monoqrafiyada daha aydın əksini tapmışdır. O, respublika ərazisində hökm sürən təbii fəlakətlərin əhali və onun təsərüffat fəaliyyətinə təsirini öyrənib, tətbiqi əhəmiyyət daşıyan tövsiyyələr verməklə yanaşı, 1987-ci ildən indiyə qədər «İqtisadi və sosial coğrafiya» şöbəsində aparılan elmi hesabatlarda əvvəllər köməkçi, 1990-cı ildən isə müstəqil icraçı kimi iştirak etmişdir. Eyni zamanda iqtisadi-sosial və siyasi coğrafiya elminin ayrı-ayrı sahələri üzrə nəzəri problemlərin araşdırılması ilə də məşğul olur.
2000-ci ildən AMEA «İqtisadi və sosial coğrafiya» şöbəsinin müdiri vəzifəsində işləyir. Paşayevin rəhbərliyi ilə 2000-ci ildən indiyə qədər Azərbaycan regionlarının inkişafı ilə əlaqədar olaraq 4 iqtisadi rayon üzrə elmi hesabat işi hazırlamış, İnstitutun və AMEA Yer elmləri bölməsinin geniş elmi şurasında yüksək elmi nəticələri ilə qəbul edilmişdir. N.Ə.Paşayevin iqtisadi, sosial və siyasi coğrafiyanın müxtəlif problemlərinə dair indiyə qədər 70-dən çox elmi, 22 elmi publissistik əsəri, 1 monoqrafiyası və 2 ali məktəb proqramı çap olunmuşdur. O, elmi fəaliyyətlə yanaşı 1988-ci ildə BDU-nin «iqtisadi və sosial coğrafiya» kafedrasında paralel olaraq pedaqoji fəaliyyətlə də məşğuldur.
Paşayev Faiq Heydər oğlu
Paşayev Faiq Heydər oğlu 1955-ci ildə mart ayının 27-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1972-ci ildə Böyük Qaramurad kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərinə gəlmiş və sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin əyani şöbəsinə vermişdir. Müvəffəqiyyətlə qəbul imtahanlarını verərək həmin fakültəyə qəbul olmuşdur. F.Paşayev 1977-ci ildə Universitetin fizika fakültəsini bitirmiş və onu təyinatla Lənkəran rayonunun Liman qəsəbəsindəki 1 saylı orta məktəbə müəllim göndərmişlər. O, 1980-ci ildə yenidən Azərbaycan Dövlət Universitetinə qayıtmış və burada işə düzəlmişdir. Laborant vəzifəsindən baş müəllim vəzifəsinə yüksələn Faiq Paşayev elmi-tədqiqat işi üzərində də işləmiş, 1988-ci ildə «Seyter funksiyalarının köçürülməsi metodu və onun bəzi tətbiqləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.Paşayevin Respublikada və xarici ölkələrdə atom və molekulların elektron quruluşunun tədqiqinə dair 50-dən çox elmi məqaləsi çap olunmuşdur.
Piriyev Abbas Musa oğlu
Dövlət Universitetində sosial-siyasi fənlərin tədrisinə həsr etmişdir.
Priyev Abbas Musa oğlu 1940-cı ildə fevral ayının 5-də Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur. O, Nəriman kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərinə gəlmiş, sənədlərini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə vermiş və imtahanlardan əla qiymətlər alaraq tələbə olmaq arzusuna çatmışdır.
A.Piriyev 1965-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş və öz doğma kəndi olan Nəriman kənd orta məktəbinə müəllim göndərilmişdir. 1973-cü ildə yenidən Bakı Dövlət Universitetinə gələrək aspiranturaya daxil olmuşdur. 1975-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin vaxtdan Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlamışdır. A.Piriyev hal-hazırda Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosentidir. O, bir çox elmi məqalələrin və “Siyasi strategiya və milli təhlükəsizlik” adlı monoqrafiyanın müəllifidir.
Piriyeva Elnarə Abbas qızı
Piriyeva Elnarə Abbas qızı 1973-cü ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Orta təhsilini də Nəriman kənd orta məktəbində alıb. 1990-cı ildə adı çəkilən məktəbi əla qiymətlərlə bitirən E. Piriyeva elə həmin ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinə daxil olub. 1995-ci ildə BDU-nun «Sosial elmlər və psixologiya» fakültəsini fərqlənmə diplomu ilə bitirib. Kafedranın məsləhəti ilə kafedrada qalıb. E.Priyeva işdən ayrılmamaq şərti ilə kafedranın dissertantı kimi fəaliyyətini davam etdirib. «Siyasi proseslərdə milli psixologiya amili» mövzusunda olan dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Psixologiya elmləri namizədi adına layiq görülmüşdür. Hal-hazırda E.Piriyeva BDU-nun psixologiya kafedrasında müəllim işləyir. Pedaqoji fəaliyyəti ilə yanaşı elmi araşdırmalarını da davam etdirir. 11 elmi məqaləsi respublikanın müvafiq elmi jurnallarında çap edilmişdir
Piriyev Sahib Aydın oğlu
Piriyev Sahib Aydın oğlu 27 avqust 1975-ci ildə Gədəbəy rayonunun Əmiraslanlı kəndində anadan olmuş, 1992-ci ildə Sarıhəsənli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsinin mexanika ixtisasına daxil olmuş, 1997-ci ildə həmin universiteti bitirmiş və 1998-ci ildə «Deformasiya olunan bərk cismin mexanikası» ixtisası üzrə BDU-nun aspiranturasına daxil olmuşdur. 2001-ci ildə aspiranturanı bitirmişdir. 21 dekabr 2004-cü ildə «Təsadüfi əyrilikli laylı strukturlardan təşkil olunmuş kompozitlərin hesablanması» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda BDU-nun Kompüter mərkəzində proqramçı vəzifəsində çalışmaqla bərabər, Mexanika-riyaziyyat fakültəsində «Nəzəri mexanika» fənnindən mühazirə dərslərini aparır.
Kazımov Cavanşir Kazım oğlu
Kazımov Cavanşir Kazım oğlu 1950-ci il 27 dekabrda Gədəbəy rayonunun Ağamalı kəndində anadan olmuşdur. 1968-ci ildə Ağamalı kənd orta məktəbini bitirərək həmin ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1973-cü ildə mexanika-riyaziyyat fakültəsini bitirərək, universitetin hesablama mərkəzinə təyinat almışdır. 1975-ci ildə Universitetin aspiranturasına qəbul olunaraq «Qarışıq tibb tənliklər üçün Trikomi məsələsinin və Qursa məsələsinin təqribi həlli» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Hazırda Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində dekan müavini vəzifəsində çalışır. 2 dərs vəsaitinin, 2 metodik tövsiyyənin və 35-dən çox elmi məqalənin müəllifidir.
Rəsulov Tofiq Əli oğlu
Tofiq Əli oğlu Rəsulov 1930-cu ilin may ayının 21-də Şınıx mahalının Düzrəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə imtahan vermiş, yüksək qiymətlərlə tələbə adını qazanmışdır. 1952-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və təyinatla H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstitutuna işləməyə göndərilmişdir. O, burada iki il kabinə müdiri və müəllim işləmişdir. Təhsilini davam etdirmək və elmi iş üzərində çalışmaq onu rahat buraxmırdı. Elə buna görə də 1954-cü ildə SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasına daxil olur.
Aspiranturada oxuduğu illərdə pozitivist sosiologiyanın tənqidinə dair məqalələr yazmış, mətbuat səhifələrində çıxışlar etmişdir. 1958-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
O, həmin vaxtdan 1961 -ci ilin may ayınadək Azərbaycan Elmlər Akademiyasının Fəlsəf və Hüquq İnstitutunda əvvəl kiçik elmi işçi sonra isə baş elmi işçi vəzifələrində çalışmışdır. Burada işlədiyi illərdə siyasi hazırlığı və yüksək bilik səviyyəsi ilə diqqəti cəlb etmişdir. 1961-ci ilin avqust ayından isə «Azərbaycan kommunisti» jurnalının səhifələrində elmi-fəlsəfi biliklərin yayılmasına geniş yer verirdi.
O, 1966-cı ilin fevralından 1969-cu ilin sentyabr ayınadək Bakı Ali Partiya məktəbində baş müəllim, sentyabrında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin mühazirəçilər qrupunun rəhbəri vəzifəsinə irəli çəkildi. Bundan sonra o, respublikada elmi-siyasi biliklərin təbliğində yorulmadan çalışmışdı, uzun illər Azərbaycan «Bilik» cəmiyyətinin Rəyasət Heyətinin üzvü olmuşdu. Həmin illərdə bir sıra elmi-nəzəri, elmi-təcrübi konfransların həm təşkilatçısı oldu həm də bu konfranslarda müxtəlif mövzularda çıxışlar etdi. 1981-ci ilin sentyabr ayında isə yenidən Bakı Ali Partiya məktəbinə qayıtdı. Fəlsəfə kafedrasına müdir seçildi. Həm pedaqoji, həm də elmi xidmətlərinə görə 1985-ci ildə professor adına layiq görüldü. Onun elmi yaradıcılığındakı bəzi məqamlar keçmiş ittifaq miqyasında da alimlərin diqqətini cəlb etmişdir. «Voprosı filosofii» jurnalının 1962-ci ildə çıxan 4-cü nömrəsində alimin pozitivist sosiologiyanın tənqidinə həsr etdiyi monoqrafiyası haqqında yüksək fikirlər bildirilmişdir. Professor T.Rəsulovun əsərləri arasında sosiologiyanın tarixinə dair məqalələr xüsusi maraq doğurur. O, 1956-cı ildə, hələ aspiranturada oxuyarkən belə bir məqalə ilə çoxları üçün əl çatmaz olan «Voprosı filosofii» jurnalında yazı çap etdirmişdir. həmin məqalə «Pitirim Sorokinin türkiyəli həmfikiri» adlanırdı. Bu məqalədə o, İstambul Uinversitetinin professoru Nurettin Şazi Kosemihalın «Sosiologiya tarixi» əsərində P.Sorokinin təsirinin olduğunu elmi əsaslarla şərh etmişdir. O, Kant, H.Spenser, K.Marks, F.Engels, P.Lavrov, N.Mixaylevski, V.Lenin kimi dünya miqyasında tanınmış görkəmli alimlərin fəlsəfi və sosioloji görüşlərinə dair çap olunmuş bir çox məqalələrin müəllifidir. Professor T.Rəsulov ictimai-siyasi fəaliyyəti ilə də böyük nüfuz qazanmış, səmərəli əmək fəaliyyətinə görə medallarla və Azərbaycan Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdu.
Professor Tofiq Rəsulov hal-hazırda Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun fəlsəfə kafedrasının müdiridir.
Rəsulov Rafiq Əli oğlu
Rəsulov Rafiq Əli oğlu 1932-ci ildə Şınıx mahalının Düz-Rəsullu kəndində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Zəngilan rayonunda orta məktəbi müvəffəqiyyətlə bitirmiş və həmin ildə Azərbaycan Neft Sənayesi İnstitutuna daxil olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla «Stalinneft» neft-mədəni idarəsində mexanik, mühəndis, rəis müavini vəzifələrində çalışmışdır. 1959-cu ildə Rafiq Rəsulov öz təhsilini Azərbaycan Neft Sənayesi İnstitutunun aspirantura şöbəsində davam etdirmiş və 1962-ci ildə texniki elmlər doktoru professor Yurkiyevskinin elmi rəhbərliyi ilə «Neft-mədən avadanlıqlarının tətbiqi» mövzusunda dissertasiya işini müdafiə edərək texniki elmlər namizədi adını almışdır. Ona Azərbaycan Neft Sənayesi İnstitutunda çalışmaq təklif ediləndə Rafiq Rəsulov böyük sevinc hissi ilə razılaşır, ailələrində böyük ehtiram və hörmət bəslədikləri müəllim peşəsinə yiyələnmək üçün əlindən gələni əsirgəmir. O, zaman Neft Sənayesi İnstitutu nəinki doğma respublikamızda, keçmiş SSRİ-də, həmçinin xarici ölkələrdə də öz elmi potensialı, professor-müəllim heyətinin yüksək nüfuzu, yetişdirdiyi mütəxəssislərin peşəkarlığı ilə sayılıb seçilən təhsil ocaqlarından idi. Burada işlədiyi müddətdə Rafiq müəllim sözün əsl mənasında «Müəllim» kimi formalaşır. «Maşın və mexanizmlərin nəzəriyyəsi» kafedrasında müəllim, baD müəllim, dosent vəzifələrində çalışaraq «Mexanika», «Maşın detalları» fənlərini tədris edib. Çalışdığı müddət ərzində neft sənayesində bir çox yerli və xarici mütəxəssislərin yetişdirilməsində əvəzsiz rolu olmuşdur. Elmi yeniliklər və axtarışlarla maraqlanan Rafiq müəllim Azərbaycan, Moskva, Leninqrad vD ABŞ-nın elmi dərgilərində maraqlı fikirlərlə mütəmadi olaraq çıxışlar etmişdir.
Rəhimova Dürdanə Mirzə qızı
Əsli Gədəbəy rayonunun Söyüdlü kəndindən olan Rəhimova Dürdanə Mirzə qızı 1965-ci il martın 5-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə oranı bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya yakültəsinə daxil olmuş, 1988-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildən 1996-cı ilə qədər Azərbaycan Neft-Kimya İnstitutunun Azərbaycan dili kafedrasında əvvəlcə, baş laborant, sonra müəllim işləmişdir. 1996-ci ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasında müəllim işləyir. 1999-cu ildən «Müasir fars dilində Azərbaycan-türk sözləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bir monoqrafiyanın, metodik vəsaitin və 20-yə qədər elmi məqalənin müəllifidir. Monoqrafiyası 2003-cü ildə İran İslam Respublikasında fars dilinə tərcümə olunaraq çap edilmişdir. Hazırda “XX əsrin son rübündə İranda Azərbaycan dilinin inkişafı xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Rüstəmova Elba Ehsan qızı
Rüstəmova Elba Ehsan qızı 1957-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1974-cü ildə Tovuz rayonundakı A.S.Puşkin adına məktəbdə orta təhsilini başa vurmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aspiranturaya daxil olub. «Örtülü qurunt şəraitində gübrələrin pomidor bitkisinin məhsuldarlığına və keyfiyyətinə təsiri» mövusunda dissertasiya işi müdafiə edib kənd təsərrüfatı elmləri namizədi alimlik dərcəsi adı almışdır. Apardığı elmi-tədqiqat işləri 30-elmi əsərdə öz əksini tapmışdır. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzivəsində çalışır
Rüstəmov Çingiz Izzət oğlu
Rüstəmov Çingiz İzzət oğlu 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə 29 saylı Bakı şəhər orta məktəbini bitirb. 1984-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1984-cü ildən başlayaraq 7 il müddətində Fotoelektronika İnstitutunda mühəndis vəzifəsində işləyir. Bir müddət Azərbaycan Dövlət Neft Akademiyasında Fizika kafedrasının əməkdaşı olub.
2000-ci ildə Bakı Dövlət Universitetində «ТП nSe2 sistemi bərk məhlulların istilik-fiziki xassələri» mövzusunda dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Apardığı elmi tədqiqat işləri 8 elmi əsərdə öz əksini tapmışdır. Hazırda TQDK-da mütəxəssis vəzifəsində işləyir.
Rüstəmov Çingiz orta və ali məktəbdə təhsilini rus dilində alıb. Lakin Azərbaycan dilini də mükəmməl bilir. İngilis dilini də mükəmməl bilməsi xüsusi Sertifikatla təsdiq olunmuşdur. Çingiz Rüstəmov müasir informasiya texnologiyaları sahəsində dərin biliyə malikdir. 3 övlad atasıdır. Oğlu Gəray 2004-2005-ci dərs ilində Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə də Beynəlxalq hüquq ixtisası üzrə magistaturaya qəbul olunmuşdur.
Rüstəmova Rübabə Ehsan qızı
Rüstəmova Rübabə Ehsan qızı 1964-cü ildə Gədəbəy rayonunun Düz-Rəsullu kəndində müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Düz-Rəsullu kənd orta məktəbini qurtarıb. 1988-ci ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini bitirib. 1988-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında laborant, baş laborant və laboratoriya mğdiri vəzifəsində işləyib. 2003-cü ildə AMEA-nın Gelogiya İnstitutunun İxtisaslaşmış Dissertasiya Şurasında «Cənubi Xəzərin qərb cinahının məhsuldar qat çöküntülərinin litologiyası və əmələgəlmə şəraiti» mövzusunda dissertasiya müdafiə edib, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi-tədqiqat işləri II elmi əsərdə öz əksini tapmışdır. Hazırda ADNA-nın «Minerologiya-petroqrafiya və litologiya» kafedrasında müəllim işləyir. 2005-ci ilin sentyabrından Bakı Dövlət Universitetinin Geologiya fakültəsində müəllim kimi fəaliyyətə başlayıb.
Rüstəmova Nigar Rafiq qızı
Əslən Gədəbəyli olan Nigar Rafiq qızı Rüstəmova 1965-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin əyani şöbəsini bitirmişdir. Ailə ənənəsinə sadiq qalaraq o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Ədəbiyyat və Azərbaycan dili» kafedrasında müəllim kimi çalışır. Hələ tələbəlik illərindən XX əsrin nəsr problemləri ilə maraqlanmış və bunun məntiqi nəticəsi olaraq 2002-ci ildə «Süleyman Rəhimovun yaradıcılığı milli-ədəbi ənənə» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. İşinə ciddi yanaşan, intellektual səviyyəsilə seçilən Nigar xanım həm işlədiyi kollektivin, həm də tələbələrin dərin rəğbətini qazanmışdır. O, 2004-cü ildən Universitetin Elmi Şurasının katibi kimi fəaliyyət göstərir. Bir çox elmi məqalələrin və «Epik nəsr və milli ənənə» adlı monoqrafiyanın müəllifidir. Nigar Rüstəmova 1994-cü ildə Azərbaycan Beynəlxalq Qadınlar Klubunun yaradıcılarından biri olmuşdur. Yerli və əcnəbi xanımların birliyindən ibarət olan bu təşkilat öz üzvlərinin vəsaiti hesabına xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur və əsas diqqəti uşaq evlərinə və internat məktəblərinə yönəldir. Nigar xanım həm də 3 övlad anasıdır.
Rüstəmov İzzət Əşrəf oğlu
Rüstəmov İzzət Əşrəf oğlu 1932-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. Hələ uşaqlıq yaşlarında coşqun təbiəti ilə fərqlənən Rüstəmov 1949-cu ildə orta məktəbi bitrmiş, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin Fəlsəfə şöbəsinə daxil olmuşdur. Müharibədən sonrakı illərin çətinliklərinə baxmayaraq, o, təhsilini əla qiymətlərlə başa vurmuşdur, fərqlənmə diplomu almışdır. Onu fəlsəfə kafedrasında saxlamışlar. 1961 -ci ildə dissertasiya müdafiə edib, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi aldı. 5 il sonra kafedranın dosenti oldu. 1972-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etdi. 1977-ci ilin may ayının 13-də kafedranın professoru elmi adına layiq görüldü.
İzzət Rüstəmovu 1984-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Fəlsəfə kafedrasına müdir vəzifəsinə dəvət etdilər. Bir il istisna olmaqla (bir il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdindəki Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir). 1994-cü ilin dekabrına qədər burada fəlsəfə kafedrasının müdiri olmuşdur. O, 1994-cü ilin dekabrında Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edildi. Azərbaycan prezidenti Heydər Əliyev yüksək insani keyfiyyətlərini və mənəvi saflığını nəzərə alaraq, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Dövlət Komissiyasının sədri vəzifəsini də ona tapşırdı. Eyni zamanda Narkomanlığa və narko biznesə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri vəzifəsi də onun öhdəsinə düşdü. Burada işləyərkən ulu öndərimiz Heydər Əliyev onun haqqında demişdir: İzzət Rustəmovu bu vəzifəyə təyin etdim. İzzət Rüstəmov çox saf mənəviyyatlı bir adamdır, namuslu insandır, fədakar adamdır, onun oğlu da Vətən uğrunda şəhid olubdur, şəhid atasıdır, alimdir. Bu keyfiyyətinə görə onu bu vəzifəyə təyin etmişəm. Bax: «.. .Mənim bir nömrəli problemim», s.152; «QAPP-POLİQRAF». NPK, Bakı, 1998. Heydər Əliyevin bu sözləri 1998-ci ilin iyun ayında qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş Ümumrespublika müşavirəsində söylənilmişdir. Belələiklə, alim Rüstəmov ömrünün ən müdrik çağında dövlət xadimi kimi fəaliyyət göstərməyə başladı. O, bir sıra çox nüfuzlu beynəlxalq görüşlərdə iştirak etdi. Azərbaycan hökumətinin nümayəndəsi kimi Romada, Belçikada, Cenevrədə, Kuveytdə, Sudanda, Tehran və Təbrizdə, Londonda Ümumdünya Ərzaq Proqramı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı qurumunun müşavirələrində iştirak edib, danışıqlar aparıb, Azərbaycan Respublikası prezidentinin tapşırıqlarını yerinə yetirmişdir. İzzət Rüstəmov 1998-ci ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Narkomanlığa və nakobiznesə qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasında Azərbaycan respublikasının nümayəndə heyyətinə başçılıq etmiş və özü də məruzə ilə çıxış etmişdir. İzzət Rüstəmov BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının 75 ölkə üzrə Cenevrədə keçirilən Beynəlxalq konfransında Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir. İzzət Rüstəmov 1996-cı ilin dekabr ayında Odessada Azərbaycan, Gürcüstan və Ukryna arasında nəqliyyat dəhlizinin açılması üzrə ölkələr arasında bağlanılmış müqaviləni Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri kimi imzalamışdı. İzzət Rüstəmov 1999-cu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərancamı ilə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru təyin edildi. İzzət Rüstəmov 2004-cü ilin iyul ayına qədər bu vəzifədə çalışdı. Həmin ilin iyul ayında Bakı Dövlət Universitetində yenicə yaradılmış «Sosiologiya» kafedrasına professor və müdir əvəzi təyin edildi. Sonra da Universitetin Elmi Şurasında Sosiologiya kafedrasının yekdilliklə müdiri seçildi. Hal-hazırda bu vəzifədə çalışır. O, çoxsaylı kitabların müəllifi olmaqla, bir sıra fəlsəfi kitabları Azərbaycan dilinə tərcümə etmişdir. İzzət Rüstəmov «Ateizmə dair kütləvi mühazirələr», «Estetikaya dair müxtəsər lüğətin», «Ateistin cib lüğətinin», «Elmin gəncliyinin» Azərbaycan dilinə tərcüməsinin müəllifidir. Bu yaxınlarda Azərbaycan Ensiklopediyası «Nəşriyyat-poliqrafiya birliyi» İzzət Rüstəmovun Sədrliyi ilə «FƏLSƏFƏ» ensiklopedik lüğətini çapdan buraxmışdır. 40-cı illərdə akad. H.Hüseynovun «Fəlsəfə lüğəti» istisna olmaqla Azərbaycan dilində bu sahədə nəşr olunan ilk böyük lüğətin meydana gəlməsi professor İzzət Rystəmovun adı ilə bağlıdır. «ХХ əsrin əvvələrində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti», «Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri» monoqrafiyası müəllifinə şöhrət gətirmişdir. İ.Rüstəmov eyni zamanda Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Abbsaqulu Ağa Bakıxanov və bir sıra başqa mütəfəkkirlərin fəlsəfi baxışlarını araşdırmış, Hüseyn Cavid və Məhəmməd Hadi haqqında sanballı məqalələr yazmışdır. İzzət Rüstəmovun Azərbaycan dilinə Anikinin «Elmin gəncliyi Marksa qədərki mütəfəkkirlərin həyatı və ideyaları» adlı tərcümə əsəri hazırda ali məktəblərdə dəyərli dərs vəsaiti kimi öyrənilir. Yaxud İzzət müəllimin mərhum Akad. A.Aslanovla birlikdə Azərbaycan dilinə tərcümə etdiyi «Estetikaya dair qısa lüğət» oxucular tərəfindən yüksək qiymətləndirilmişdir.
İzzət Rüstəmovun qələmindən həm də dialektika və idrak nəzəriyyəsinə dair bir sıra çox dəyərli elmi məqalələr çıxmışdır. İzzət Rüstəmov respublikamızda fəlsəfə kadrlarının hazırlanmasında da yaxından iştirak etmişdir. İzzət müəllim 80 dəfədən çox istər namizədlik və istərsə də doktorluq dissertasiyaları üzrə rəsmi opponent olaraq çıxış etmişdir. О, təxminən 30 il müddətində namizədlik və doktorluq elmi dərəcələri üzrə dissertasiya şuralarının üzvü və yaxud həmsədri olmuşdur. Eyni zamanda İzzət müəllim bir vaxtlar Respublika Ali Attestasiya Komissiyasında fəlsəfə elmləri üzrə Ekspert Şurasının sədri işləmişdir. Hazırda o, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda Fəlsəfə tarixi üzrə müdafiə qabağı Elmi seminarın rəhbəridir.
İzzət Rüstəmov elmi biliklərin yayılmasında böyük xidmətlərinə görə Ümumittifaq Bilik Cəmiyyətinin Fəxri Fərmanları ilə, həmçinin akad. S.İ.Vavilov adına medalla təltif olunmuşdur. İzzət müəllim müxtəlif illərdə Respublika Təhsil nazirliyinin Fəxri Fərmanlarına layiq görülmüşdür. İzzət Rüstəmov «Azərbaycanın 100 görkəmli alimi» kitabına daxil edilmişdir.İzzət müəllim 2001-ci ilin 22 sentyabrından Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademikidir. İzzət müəllim Respublikanın Əmək Veteranı medalı ilə təltif olunmuşdur.
Rüstəmov Rüfət Əşrəf oğlu
Rüfət Əşrəf oğlu Rüstəmov 1 noyabr 1945-ci ildən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində tamamladıqdan sonra bir il təsərrüfatda çalışmışdır. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyasının axşam şöbəsinə daxil olmuş, həmin il ordu sıralarına çağırılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra (1967) həmin il axşam şöbəsi ləğv olunduğu üçün birinci kursun əyani şöbəsində təhsilini davam etdirmişdir. Azərbaycandan ilk dəfə olaraq tələbə kimi 1972-1973-cü illərdə Türkiyə Respublikasında tərcüməçi işləmişdir. 1973-cü ildə diplom müdafiəsindən sonra fakültə elmi şurasının qərarı ilə Yaxın Şərq dilləri kafedrasında laborant vəzifəsinə təyin edilmişdir. R.Rüstəmov həm də ictimai əsaslarla dekan müavini vəzifəsində çalışmışdır. O, 1976-cı ildə həmin kafedrada baş laborant, müəllim vəzifəsində işləməklə yanaşı Yaxın Şərq dillər kafedrasının dissertantı olmuşdur. R.Rüstəmov 1980-ci ildə Tbilisidə «Müasir türk dilində nidalar» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Prof. R.Rüstəmov 1985-1987-ci illərdə ikinci dəfə Türkiyə Respublikasında çalışmışdır. Prof. R.Rüstəmov respublikada ilk «Türk dili» dərsliyinin müəllifi kimi tanınmışdır. Onun 1989 və 1991-ci illərdə kütləvi tirajla Azərbaycan dilində nəşr olunmuş «Türk dili» kitabı bütün türkoloqların stolüstü kitabı olmuşdur.
Prof. R.Rüstəmov 1996-cı ildə türk dili üzrə «Türk dilində köməkçi nitq hissələri» mövzusunda respublikada ilk dəfə doktorluq dissertasiyası müdafiə etmişdir.
Prof. R.Rüstəmov 1990-cı ildən Azərbaycan Respublikasında yeni açılan Türk filologiyası kafedrasının müdiridir. İndiyə qədər prof. R.Rüstəmovun 50-dən çox elmi məqaləsi, 8 monoqrafiya, dərslik və dərs vəsaiti çap olunmuşdu.
Prof. R.Rüstəmov eyni zamanda, Türk filologiyası kafedrasında bütün fənlər üzrə hazırlanmış proqramların elmi redaktoru və çoxsaylı elmi konfransların, simpozium və konqreslərin iştirakçısıdır. О, 1990-cı ildə Kiprdə keçirilən beynəlxalq elmi simpoziumda fəal iştirak etdiyi üçün xüsusi diploma layiq görülmüşdür. Prof. R.Rüstəmovun elmi rəhbərlik etdiyi beş nəfər dissertant və bir aspirant müvəfəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. О, hal-hazırda 8 nəfərin disertasiya işinin elmi rəhbəridir. О, respublikada 10.02.06. Türk dilləri ixtisası üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvüdür. Prof. R.Rüstəmov bu şurada müdafiəyə təqdim olunmuş 5 dissertasiyanın rəsmi opponenti olmuşdur. Prof.R.Rüstəmov türkologiya sahəsi üzrə çoxsaylı dərslik və monoqrafiyaların redaktoru və rəyçisidir. Prof. R.Rüstəmov Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin daha da möhkəmlənməsi və inkişafında fəal iştirak edir. Onun yetirmələri bir sıra dövlət strukturlarında və Türkiyədə uğurla fəaliyyət göstərirlər.
Rüstəmov Mahmud Əli oğlu
Gədəbəy ərazisində məhşur rəssamların təsvir etdiyi gözəl mənzərəyə bənzər bir kənd vardır. Əsrlər boyu burada arıçılıqla məşğul olunduğuna görə bu kəndin adına «Arıqıran» deyirlər. Əli İsmayılov kəndindən dağı o yana aşanda nabələd baxışlar uzun bir vadinin əlvan rənglərindən heyrətə gəlir. Təbiətin bu əlvanlığı Arıqıran kəndinin səmimi insanlarında da özünü büruzə verir. Bu səmimi insanlardan biri də professor Rüstəmov Mahmud Əli oğlu olmuşdur. Şərəfli həyat yolu keçən M.Rüstəmov 1938-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş, 7-illik təhsilini öz kəndələrində alsa da yuxarı sinifləri də bitirmək üçün qonşu Əli İsmayıl kəndinə gedib-gəlməli olmuşdur. Qışın soyuğundan, yazın şıdrığı yağışından çəkinmədən Əli İsmayıl kəndində təhsilini davam etdirmişdir, 1957-ci ildə orta məktəbi bitirib sənədlərini Azərbaycan Dövlət Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsinə vermişdir. Elə həmin il instituta qəbul olunmuş və 1962-ci ildə oranı bitirmişdir. M.Rüstəmov Sənaye İnstitutunu bitirdikdən sonra ilk əmək fəaliyyətinə 1962-ci ildə Sumqayıt Sintetik Kalçuk və Superfosfat zavodlarında başlamışdır. O, bu zavodlarda mühəndis-texnoloq vəzifəsində işləmişdir. Lakin elmi yaradıcılığa olan həvəsi və marağı onu yenidən Neft və Kimya institutuna qaytarmışdır. M.Rüstəmov 1965-ci ildə bu institutun aspiranturasına girmiş və 1968-ci ildə oranı bitirmişdir. 1968-ci ildən 1971-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları institutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. M.Rüstəmov 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi olmuş və Azərbaycan Texniki Universitetinin Kimya kafedrasında assisent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
1988-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1991 -ci ildə üzvü kimya ixtisası üzrə professor adına layiq görülmüşdür. M.Rüstəmovun apardığı elmi-tədqiqatlar nəticəsində kənd təsərrüfatı, texnika və elektrotexnika sahələrində əhəmiyyətli olan boya maddələri, səthi aktiv və maye kristal xassəyə malik maddələr sintez edilmişdir. M.Rüstəmov səmərəli elmi-tədqiqat işləri apararaq 80-dən çox elmi əsərin, 6 müəlliflik şəhadətnaməsinin sahibi olmuşdur. Onun rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır. Bir neçə dərs vəsaiti və metodik göstərişin müəllifidir.
О, bir sıra Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Rzayev Salman Qədimalı oğlu
S.Rzayev Gədəbəy rayonunun Qızıltorpaq (Dikdaş) kəndində 19 aprel 1949-cu ildə anadan olmuşdur. 1971-ci ildə Rusiyada, Vladiqafqazda Şimali Osetiya Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə həmin universitetdə başlamışdır. 1974-cü ildə Azərbaycan Elmələr Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olub, Moskvada Molekulyar Elektronika ET İnstitutunda «Defektlərin inteqral mikrosxemlərin elektofiziki parametirlərinə təsiri» mövzusunda elmi tədqiqatlar aparmışdır. 1980-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun elmi tədqiqat sahəsi yarımkeçiricilər fizikasının ən aktual problemi olan «Mikrosxemlərin etibarlığının və uzun ömürlüyünün artırılmısı» problemini və fizikanın fəlsəfi problemlərini əhatə edir. O, yarım keçiricilər fizikasında «Defektlərin p-n keçidlərdə elektron proseslərə təsiri» yeni elmi istiqamətin əsasını qoymuş və «Dislokasiyanın elektirik aktivliyi» kimi mühüm problemi həll etmişdi. S.Q.Rzayev inkişaf etdirdiyi elmi istiqamətdə aldığı nəticələri yarımkeçiricilər fizikasının mühüm probleminin həllinə yönəltmişdir. O, dislokasiyaların və aşkar topaların, elektrik aktivliyin əvvələr məlum olmayan aspektlərini öyrənmiş və yeni məlumatlar əsasında defektlərin yarımkeçiricilərdə yaratdığı dərin səviyyələrin elektron modelini qurmuş, p-n strukturların, dielektriklərin deşilmə gərginliyini aşkar topaların yükündən və ölçülərindən asılılığının düsturunu almış, dielektriklərdə qeyri-bircinsliyin üzərində mikroplazmanın yaranması üçün zəruri və kafi şərtləri müəyyənləşdirmiş, təklənmiş dislokasiyanın keçiriciliyində metal-dielektrik keçdiyini aşkar etmiş və onun mikromexanizminin modelini vermişdir. Hazırladığı üsullara 5 müəlliflik şəhadətnaməsi və patent almışdır. O, relyativist effektlərin və dalğa-korpuskulyar dualizmin yeni konsepsiyasını irəli sürmuş, Eynşteynin nisbilk nəzəriyyəsinin bəzi müddəalarını dəqiqləşdirmiş, onlara dəyişikliklər və düzəlişlər etmiş, zaman, məkan və materiyanın fiziki məğzini açmış və onların yeni tərifini vermişdir. Vaxtilə Nyuton zaman, məkan və materiyanı bir-birindən ayırıb müstəqilləşdirmişdi, Eynşteyn məkan-zaman simmetriyasını qəbul edib onların hər ikisinin materiyanın atributu olduğunu təsbit etmişdi. S.Rzayev isə məkanın substansiya olduğunu, ondan cisimlərin yaranmasını, cisimlərin də zamanı yaratdığını müəyyənləşdirib, onların iyerarxiyasını təyin etmiş, fiziki sahənin efirin coşmuş halı olduğunu göstərmiş və fotonlorun mövcudluğunun prinsipcə mümkün olmadığını isbat etmişdir. O, Lorentsin «Uyğun hallar» teorimini isbat və bununla da Lorentsin və Eynşteynin ixtilafda olduqları «mütləq hərəkət» və «mütləq-zaman» anlayışlarına tam aydınlıq gətirmişdir. 110 elmi əsərin müəllifidir. S.Q.Rzayev elmi nailiyyətlərinə və dəyərli ixtiralarına görə 2007-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı ilə təltif edilmişdir. 1995-ci ilin əvvəlində Nyu-York EA-nın həqiqi üzvü seçilmişdir. Hazırda AMEA-nın Fizika institunda əsasını qoyduğu elmi istiqamətə uğurla rəhbərlik edir, 2003-cü ildən «fizika elektronika» seminarının sədridir, dissertant və aspirantlara «fizikadan xüsusi kurslar» tədrisinə rəhbərlik edir, Azərb. ET və Layihə-Axtarış Energetika İnstitutunun nəzdində dissertasiya Şurasının üzvüdür və 2004-cü ildən «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzində redaksiya müdiri vəzifəsində çalışır. 1993-cü ildən 1996-cı ilədək Respublikasızın prezidenti Heydər Əliyevin çağrışına cavab olaraq könüllü Azərbaycan ordusu sıralarında Ölkəmizin ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə aktiv iştirak etmişdir. 1988-ci ildən Qurani-Kərimin, Tövratın, İncilin, Zəburun və bütövlükdə Bibliyanın müqayisəli elmi tədqiqatına başlamışdı. Bu sahədə çoxsaylı elmi məqalələrin və 3 monoqrafiyanın müllifidir. Bir ençə ayənin yeni elmi məğzini açmış və onların müasir elmin nəticələrilə uzlaşdığını göstərmişdi. Özünün etirafına görə, əldə etdiyi ən mühüm elmi nəticəsi Quranın İlahi Kitab olduğunu elmi dəlillərlə isbat etməsidi.

Rzayev Nürəddin Rza oğlu
Nürəddin Rzayev 1929-cu ilin iyun ayının 26-sında Azərbaycanın ucqar dağ rayonu Gədəbəydə anadan olmuşdur. Uşaqlıqdan ədəbiyyatla, tarixlə və bioloji elmlərlə maraqlanmışdır. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1945-ci ildə Azərbaycan Tibb İnstitutunun müalmcə-praflaktika fakültəsinə daxil olmuşdur. Onun tələbə elmi cəmiyyətində fəaliyyəti, elmi məruzələri böyük alim, müəlllim, cərrəah Fuad Ələddin oğlu Əfəndiyevin diqqətindən yayınmamışdır. Professor Ə.Ə.Əfədiyev gənc Nürəddini yanına dəvət etmiş, istiqamətləndirmiş və N.Rzayevin sonrakı bütün elmi-təcrübi işi bilavasitə sevimli müəllimi ilə bağlı olmuşdur. 1955-ci ildə Tibb institutunu əla diplomla bitirən N.Rzayevə institutun nəzəri kafedrasına aspiranturaya daxil olmaq təklif olunmuşdur. Ancaq cərrahlığa, sərbəst işə olan həvəsi onu bu təklifdən imtina etməyə sövq etmiş və müəllimi F.Əfəndiyevin xeyir-duasını aldıqdan sonra N.Rzayev Türkmənistana getmişdir. Ucqara Taxta rayonunda cərrah kimi fəaliyyətə başlamışdır. Vilayət mərkəzində cərrahlıq üzrə ixtisaslaşma keçdikdən sonra Taxta rayonuna qayıtmış, o vaxta qədər olmayan cərrahi şöbə təşkil edib təcrübi fəaliyyətə -əməliyyatlar aparmağa başlamışdır. Türkmənistanda 4 il sərbəst işlədikdən sonra N.Rzayev yenidən Bakıya qayıtmışdır və müəllimi F.Ə.Əfəndiyevin rəhbərliyi altında «Mezatonun cərrahlıqda tətbiqi» mövzusunda tədqiqat işi ilə məşDul olmuşdur. 1958-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra Azərbaycan respublikasının hematologiya və qan köçürmə institutunda elmi işçi kimi fəaliyyətə başlamışdır, antikoaqulyantların, xüsusən fibrinolizinin qanın laxtalanmasına təsirini öyrənmişdir.
1956-cı ildən başlayaraq cərrahlıqla yanaşı N.M.Rzayev anesteziologiya və reanimatologiya məsələləri ilə də məşğul olmuş və həmin il respublikada birinci olaraq traxeya daxili narkozu tətbiq etmiş və ilk anestezioloqlar qruppası hazırlamışdır. 1959-cu ildə professor F.Ə.Əfəndiyevin rəhbərliyi ilə 4 saylı şəhər kliniki xəstəxanasında köks cərrahlığı şöbəsi təşkil olunmuş və N.Rzayev həmin şöbənin ilk həkimlərindən biri seçilmişdir. Sevimli müəllimi ilə birlikdə N.Rzayev köks və damar cərrahlığı, qanın laxtalanma sistemi xəstəlikləri ilə əlaqədar elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. O, dövrdə bir sıra ürək-damar sistemi xəstəliklərinin, aterosklerozun, miokardın infarktının əsas səbəblərindən biri sayılan qanın laxtalanma sisteminin fiziologiyası və patologiyasını öyrənməyə başlayır. Ürək-damar cərrahlığının inkişafı üçün bu məsələlərin öyrənilməsi çox vacib idi. Çünki ateroskleroza uğramış damarların protezləşməsi, anadan gəlmə və qazanılma ürək qüsurlarının cərrahi müalicəsi, tromboz və emboliya kimi ağır fəsadların qarşısının alınmasında antikoaqulyantlarla-fibrinolitiklərlə müalicəsiz ötüşmək qeyri-mümkün idi. Bu məsələlərin yüksək elmi səviyyədə öyrənilməsi üçün akademik M.A.Topçubaşovun və onun tələbəsi F.Ə.Əfəndiyevin təşəbbüsü ilə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Eksperimental-kliniki təbabət institutu yaradılmışdır. F.Ə.Əfəndiyev yenicə yaradılmış institutun ilk direktoru, N.Rzayev isə elmi katib olmuşdur. İnstitutda köks cərrahlığı, ürək damar, cərrahi endokrinologiya, kardiologiya, patomorfologiya şöbələri, patofiziologiya, biokimya, funksional diaqnostika və qanın laxtalanma sistemini öyrənən laboratoriyalar təşkil olunmuş, elmi kadrlar seçilmişdir. İnstitutun yeni binasının tikilməsinə başlanmışdır. Sonralar N.Rzayev elmi işlər üzrə direktor müavini olmuşdur. 1963-cü ildə institutun direktoru, N.Rzayevin müəllimi professor F.Ə.Əfəndiyev qəfil dünyasını dəyişir və institutun sonrakı fəaliyyətinin məsuliyyəti N.Rzayevin üzərinə düşür. 1964-cü ildə N.Rzayev institutun direktoru təyin edilmişdir. 1965-ci ildə N.Rzayev «Ağ ciyər arteriyalarının trombozu və emboliyaları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1966-cı ildə professor N.Rzayevin təşəbbüsü ilə qanın laxtalanma sistemi ilə əlaqədar Bakıda ikinci Ümumittfaq elmi-təcrübi konfrans keçirilmişdir. 300-ə qədər nümayəndənin iştirakı ilə keçirilən bu konfransda Bakı qanın laxtalanma sistemi ilə məşDul olan bir mərkəz kimi tanınmışdır. 1973-cü ildə institutun yeni binası tikilib istifadəyə verilmiş, arterial və venoz damar cərrahlığı, köks, endokrin, ürək, mədə-bağırsaq və mikrocərrahlıq, eksperimental cərrahlıq şöbələri, patomorfologiya, anesteziologiya, reanimatologiya, ürəyin ritm pozğunluqlarının müalicəsi, rentgenradiologoya, angioqrafiya, endoskopiya, ekstrakorporal detoksikasiya, hiperbaric oksigenasiya laboratoriyaları, elmi-tibbi məlumat mərkəzi açılmış və elmi təcrübi tədqiqat işləri davam etdirilmişdir. Bu illər ərzində institut professor N.M.Rzayevin təşəbbüsü ilə elmi-təcrübi mərkəzə çevirilmişdir: ürəkdə, damarlarda, ağ ciyərlərdə, divararalığında, yemək borusunda, tənəffüs sistemli üzvlərdə, endokrin vəzilərdə böyük cərrahi əməliyyatlar və elmi tədqiqat işləri davam etdirilmişdir. Rayonlardan cərrahlar təcrübə mübadiləsinə və ixtisaslaşdırmaya dəvət olunmuşdurlar. 1978-ci ildə institutun bazasında N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun ikinci ümumi cərrahlıq kafedrası açılmış və 1992-ci ilə qədər professor N.Rzayev həmin kafedranın müdiri olmuşdur. N.Rzayev 1982-ci ildə Azərbaycan respublikasının əməkdar elmi xadimi adına layiq görülmüşdür.
Professor N.Rzayevin rəhbərliyi altında 5 doktorluq və 31 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O, 250 elmi məqalənin, tibbə aid monoqrafiyaların «Ağ ciyər arteriyalarının trombozu və emboliyaları», «Antitrombotikoterapiya və profilaktika», «Qan damarlarının cərrahi xəstəlikləri» ədəbi populyar kitabların «Xudu açarı», «Yaşamaq yanğısı», «Ömürdən pay» əsərlərinin müəllifidir və ölməz şair Məhəmməd Fizulinin «Leyli və Məcnun» poemasını müasir Azərbaycan dilində şərti bədii nəşrlə işləmişdir. Professor N.Rzayev 14 institut sesiyasında, 37 institutlararası konfrans və simpoziumlarda, 30 ümumittifaq, beynəlxalq simpozium və qurultaylarda iştirak etmiş və respublika cərrahlıq elmini təmsil etmişdir. Professor N.Rzayev 1978 və 1983-cü illərdə 2 dəfə Azərbaycan respublikası cərrahlar cəmiyyətinin sədri seçilmişdir. 1966-cı ildən respublika səhiyyə nazirliyinin elmi şurasının, 1975-ci ildə ümumittifaq cərrahlar cəmiyyətinin idarə heyyətinin üzvü olmuşdur.
Professor N.Rzayev 1994-cü ildə 31 il rəhbərlik etdiyi institutdan getmişdir. 1994-1996-cı illərdə «Xəzər» Universitetində elmi işlər üzrə direktor müavini və cərrahlıq kafedrasının müdiri olmuş və ingilis dilində cərrahlıqdan mühazirələr oxumuş, təcrübi dərslər keçirmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının professorudur. Eyni zamanda Azərbaycan Ali Dipolmatiya kollecində «Türkoloji araşdırma mərkəzi»nin müdiridir. Professor N.Rzayev Beynəlxalq cərrahlar cəmiyyətinin, Avropa təxirə salınmaz cərrahlıq və travmatologiya assosasiyasının, Nyu-York akademiyasının və Azərbaycan yazıçılar birliyinin üzvüdür. Çoxlu medallar və fəxri adlarla təltif olunmuşdur. Professor N.Rzayev bir sıra ölkələrdə: İngiltərə, Amerika, Polşa, Türkiyə, İran müxtəlif universitelərdə elmi mühazirələr oxumuşdur.
Sadıqov Mirzə
SSRİ Dövlət mükafatı laureatı, görkəmli alim, dövlət xadimi, pedaqoq Mirzə Sadıqov 1897-ci ildə Yelizovetpol quberniyasınDn Miskinli kəndində anadan olub. Uşaqlıq və gənclik illəri Museyib Hüseynov, Rəhim Hüseynov, İslam Əliyev kimi tanınmış dövlət xadimlərinin mühitində keçdiyindən dünyaya baxışı, elmi-biliyi ilə də başqalarından seçilir. 14-15 yaşlarında Gədəbəy miss mədənlərində çalışıb, 6-7 min nəfərlik kollektivdə həmkarlar təşkilatına rəhbərlik edib. Fəhlələrin hüquqlarını müdafiə etməyi bacarıb. İlk təhsilini də mutərəqqi fikirini müəllimlərdən alıb.
Uşaq yaşlarından ağır zəhmətə alışan Mirzə, bərkdən-boşdan çıxaraq siyasi fəallığını da artırmağa başlayıb. Elə buna görədə Gədəbəy Mis Mədənləri fəhlələri adından Tiflisdə və Bakıda keçirilən mötəbər məclislərə, xüsusən 1919-cu ildə Şərq Xalqlarının birinci qurultayında nümayəndə kimi iştirak edib.
Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Mirzə Sadıqov fövqəladə komissar vəzifəsində çalışmış, bir ay sonra Şamxor qəza icraiyyə komitəsinin sədri işləmiş, eyni zamanda Gədəbəy zavod və mədənlərinin siyasi komissarı vəzifəsini icra etmişdir. O, 1923-cü ildən siyasi fəaliyyətini başa vuraraq Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olur. Oxumaqla yanaşı «Yeni kənd» jurnalının və «Kəndli qəzeti»nin məsul katibi vəzifələrində də fəaliyyət göstərir. 1927-ci ildə İnstitutu bitirib Ağdaş, Xanlar rayonlarında müxtəlif vəzifələrdə çalışır və Elmi-Tədqiqat İnstitutunda direktor, Azərbaycan Kənd Təsərrüfatı İnstiutunda müəllim və kafedra müdiri vəzifəsində işləyir.
Mirzə Sadıqov elmi işlərlə məşğul olduğu qısa bir dövrdə özünü bacarıqlı elmi işçi kimi göstərərək 1941 -ci ildə dissertasiya müdafiə edir və Kənd təsərrüfatı elmlər namizədi adına layiq görülür. Həmin il İkinci Dünya Müharibəsi iştirakçılarından biri olur. İranda yerləşən Sovet Qoşunlarında siyasi rəhbərlərdən biri təyin edilir. Kapitan rütbəsi alır. Ordu qəzetlərində müntəzəm olaraq məqalələr dərc etdirir. Maraqlıdır ki, görkəmli alim Cənubi Azərbaycanın tarixinə, mədəniyyətinə də biganə qalmır. Mirzə müəllimin arxivindəki qovluqların biri Cənubi Azərbaycan barədə materiallarla doludur. Görünür müəllif bu materialları işləyib sanballı bir əsər yazmaq fikirində imiş. Onun dəyərli bir alim olması nəzərə alınaraq müharibə qurtarmazdan əvvəl 1944-cü ildə ordudan tərxis olunur. Yenidən Gəncə şəhərinə qayıdaraq elmi işlərini davam etdirir və qısa bir zamanda Zərif Yunlu qoyun cinsi yetirdiyinə görə SSRİ Dövlət mükafatına layiq görülür. Onun yetişdirdiyi qoyun cinsləri 20-dən artıq rayonda yayılmağa başlayır. Mirzə Sadıqov Azərbaycanda ilk SSRİ Dövlət Mükafatları alanlar sırasındadır. 1952-ci ildə doktorluq dissertasiyası müdafiə edən görkəmli alimin «Kəhraba-10» adlı buğda sortu yetişdirməsi də onun ən böyük uğurlarından biridi. Ümumiyyətlə isə 54 elmi əsərin, bir neçə kitabın müəllifidir. Ömrünün sonrakı dövrü isə Həsən bəy Zərdabi adına pedoqoji institutla bağlıdır.
Mirzə Sadıqovun elmi əsərlərilə yanaşı “Nəriman Nərimanov”, Gədəbəy Mis mədənləri barədə yazdığı məqalələr, eyni zamanda 300 səhifəlik memuarı o dövrün tarixini araşdıranlar üçün son dərəcə əhəmiyyətlidir. Nərimanov haqqında xatirələri görkəmli dövlət xadimi haqqında yazılmış ən dəyərli məqalə adlandırmaq olar. Müəllif bu məqalədə Nərimanovun insani keyfiyyətlərini göstərməklə yanaşı, eyni zamanda ona qarşı çıxanların, Sərkisin və başqalarının hiyləgər, yaltaq simalarını ustalıqla açıb oxuculara çatdırmışdı. Gənclik illərində Gədəbəy mis mədənlərində ağır işlərdə çalışan Mirzə Sadıqov fəhlə işləməklə yanaşı, Simens qardaşlarının fəaliyyətini, mis mədənlərinin tarixini, istehsal gücünü və həmin dövrün ictimai-siyasi vəziyyətini də dəqiq faktlarla qələmə alıb. Mirzə Sadıqovun xatirələri bir neçə dəfə respublika mətbuatlarında dərc olub. Sonuncu dəfə 1997-ci ildə doğma vətəni Gədəbəydə görkəmli alimin 100 illik yubileyi təntənəylə qeyd olundu. Rayon İcra hakimiyyəti tərəfindən onun adının əbədiləşdirilməsi yaşadığı binanın önünə xatirə lövhəsinin vurulması barədə qərar qəbul olundu.
Sadıqov Ismayıl Əkbər oğlu
İsmayıl Sadıqov 1950-ci ildə Moskva baytarlıq Akademiyasını bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunun «Parazitologiya» şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1956-cı ildə İ.Sadıqov məhşur rus alimi A.Petrovun rəhbərliyi ilə «Azərbaycanda xəzdərili heyvanların helmint faunası» adlı namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, bu sahədə daha dərin və geniş tədqiqat apararaq, «Azərbaycanda xəzdərili sənaye heyvanlarının helmintləri (faunası, təsnifatı, ekoloji landşaftlar üzrə xarakteristikası və.s) mövzusu üzrə akademik S.Əsədovun məsləhətçiliyi ilə doktorluq dissertasiyasını hazırlanmış və onu 1974-cü ildə müdafiə etmişdir. Həmin ildən bu günə qədər Helmintlərin ekeologiyası laboratoriyasına rəhbərlik etmişdir. 1989-cu ildə ona Helmintologiya ixtisası üzrə professor adı verilmişdir. 1991-ci ildə Azərbaycanın bir qrup parazitoloq alimləri ilə birlikdə «Azərbaycanda heyvan, quş və balığın başlıca parazit xəstəlikləri və profilaktikanın elmi əsaslarının işlənməsi və tətbiqi» adlı işə görə İ.Sadıqov Azərbaycan Dövlət Mükafatı laureatı almışdır. O, Azərbaycanda ilk dəfə olaraq sənaye əhəmiyyətli heyvanların, yarasaların, cücüyeyən və digər xırda məməlilərin helmint faunasını məqsədyönlü tədqiq etmişdir. Həmin heyvanlarda 173 helmint növü aşkar edilmişdir. Onlardan 10 növü elm üçün yenidir və dünya ədəbiyyatında öz əksini tapmışdır. Vəhşi məməlilərdə 104 helmint növü Azərbaycan faunası üçün yeni kimi qeyd olunmuşdur. 2 növü isə MDB dövlətləri üçün ilk dəfə göstərilir. 24 növ helmint üçün xəzdərili heyvanların yeni sahib olması ilk dəfə göstərilir. Bunlardan başqa ceyranda fassiolyoz xəstəliyinin törədicilərindən biri olan nəhəng fassiolanı ilk dəfə professor İ. Sadıqov göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq o, yoluxmadan qorxmayaraq cəsarətlə insan üçün ən qorxulu xəstəliklərin (exinokokkoz, alveokokkozu, senurozu, trixinellyoz və digərlərinin təbii ocaqlarını və onun əmələgəlmə sirlərini aşkar etmiş və onların təbiətdəki dövriyyəsində vəhşi məməlilərin rolunu aşkarlamışdır. Belə ki, həmin heyvanlarda tapılmış helmintlərdən 35 növü insanda, 76 növü isə ev heyvanlarında qeyd edilmişdir. Оnun tədqiqatı göstərir ki, xəzdərili heyvanların helmintofaunistik kompleksi öz aralarında nəinki iri ekaloji zonalar üzrə, eyni zamanda yarım zona və ayrı-ayrı landşaft sahələrində də fərqlənir. Оnun rəhbərliyi və iştirakı ilə kənd təsərrüfatı heyvanlarının başlıca helmintozlarına qarşı bir çox profilaktik tədbirlərin elmi əsasları hazırlanıb, təsərrüfatlarda tədbiq edilmişdir. Professor, əməkdaşları ilə birlikdə ilk dəfə olaraq qoyunlarda ağ ciyər nematoduna qarşı acı yovşanın qətranı və helmintlərin aralıq sahibi olan quru ilbizlərə qarşı Naxçıvanda çıxan Darıdağ suyunun təsiri öyərənilmişdir. İ.Sadıqov başqa alimlərlə birlikdə 3 müəlliflik şəhadətnaməsi və səmərələşdirici vəsiqəsi almışdır. Aparılmış elmi-tədqiqat işlərinin nəticəsi 178 elmi əsərdə öz əksini tapmışdır. Onlardan 4-ü monoqrafiya, 4-ü isə elmi kütləvi kitabçadır. Ошт müxtəlif qəzetlərdə 10-dan yuxarı publisist məqalələri çapdan çıxmışdır. Bundan başqa İ.Sadıqov bir çox elmi kitabların redaktoru və rəyçisi olmuşdur. Оnun rəhbərliyi və iştirakı ilə laboratoriyada 16 elmlər namizədi, 2 elmlər doktoru hazırlanmışdır. 50-yə qədər namizədlik və doktorluq dissertasiyalarının rəsmi və qeyri-rəsmi opponenti olmuşdur. Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunun «Azərbaycan və həmsərhəd ərazilərdə hevanlar aləminin öyrənilməsi, qorunması və səmərəli istifadəsi» problemi şurasının üzvü, Azərbaycan helmintoloqlar cəmiyyətinin sədr müavini və Zoologiya institutunda «Ziyalılar» cəmiyyətinin sədri seçilmişdir. Alim iki dəfə keçmiş Çexoslovakiya Respublikasında (1976-cı ildə III Beynəlxalq helmintologiya simpoziumunda) apardığı elmi tədqiqat işlərinin nəticəsi haqqında məruzə ilə çıxış etmişdir. Onun elmi məruzələrinin tezis və mətnləri keçmiş SSRİ respublikalarında, Polşada, Yuqaslaviyada, Macarıstanda, Türkiyədə, Bolqarıstanda keçirilmiş elmi konfranslarının materiallarında çap edilmişdir. O, əmək fəaliyyətinə görə 3 medal, Azərbaycan Elmlər Akademiyasının fəxri fərmanı və akademik K.Skryabinin 100 illiyi medalı ilə təltif olunmuşdur. İ.Sadıqov öz sahəsində böyük təcrübi və elmi biliyə malik olan, öz ixtisasına sönməz maraqla ciddi münasibət bəsləyən, apardığı tədqiqatları vicdanla yerinə yetirən, yüksək mənəvi insani xüsusiyyətlərə malik alimdir. İsmayıl müəllim vətəninə, xalqına sadiq, sadəlik, təvazökarlıq timsalı olan gözəl bir insandır.
Sadıqov Şahmalı Qoşqar oğlu
Sadıqov Şahmalı Qoşqar oğlu 1927-ci il oktyabrın 14-də Gədəbəy rayonun Böyük Qarabulaq kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi bitirmişdir. 1946-cı ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə daxil olmuş və oranı 1951 -ci ildə başa vurmuşdur. Təyinat üzrə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində Neftayırma zavoduna işləməyə göndərilmişdir. 1958-ci ilədək həmin zavodda müxtəlif vəzifələrdə işləmişdir. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyası (EA) Neft İnstitutunun aspiranturasına daxil olmuş və sonralar həmin institut əsasında yaradılan Azərbaycan EA Neft-Kimya Prosesləri institutunda elmi fəaliyyətini davam etdirmişdir. 1970-1996-cı illərdə «Tsikloalkilfenollar» laboratoriyasına rəhbərlik etmişdir. 1963-cü ildə «Neft əsaslı tsikiloheksan və metilsikloheksanın bəzi viniləvəzli tsikloheksan karbohidrogenlərinin sintezi» mövzusunda namizədlik, 1967-ci ildə isə «Alkilhalogenid- tsikloheksanların olefinlər və halogenido-lefinlər ilə kondensləşməsi sahəsində tədqiqat və reaksiya məhsullarının bəzi çevrilmələri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə «Neft-kimyası» ixtisası üzrə professor adını almışdır.
Professor Ş.Q.Sadıqovun əsas elmi tədqiqat işləri tsikloalkanların, tsikloalkenlərin alınması və onların müxtəlif çevrilmə məhsullarının tədqiqinə və tətbiq sahələrinin müəyyən edilməsinə həsr edilmişdir. Onun tərəfindən ilk dəfə alkiltsikloheksanların halogenli birləşmələri ilə olefinlərin kondensasiya reaksiyaları sistemli öyrənilmişdir. Onun rəhbərliyi ilə müxtəlif tsikloolefinlərin alınması texnologiya prosesləri işlənib hazırlanmış və sənayedə sınaqdan keçirilmişdir. Alınmış tsikloolefinlərin fenola, p-krezolla və anilinlə alkilləşmə reaksiyaları tədqiq edilmişdir. Alkilləşmə reaksiyaları üçün səmərəli heterogen katalizatorlar işlənib hazırlanmışdır. Onun tərfindən alkilləşmə məhsulları əsasında polimer materiallara, yağlara, yanacaqlara, kauçuklara yeni növ kimyəvi əlavələr sintez edilmiş və onların istehsal texnologiyası işlənib hazırlanmış və sənayedə sınaqdan çıxarılmışdır. Professor Ş.Q. Sadıqovun apardığı tədqiqatların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 50 müəlliflik şəhadətnaməsində öz ifadəsini tapmışdır. Onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 15 elmlər namizədi yetişdirilmişdir. О, 1996-cı ildə Bakıda vəfat etmişdir.

Sadıqov Nürəddin Salman oğlu
Sadıqov Nürəddin Salman oğlu 1937-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. 1946-cı ildə Nəriman kənd orta məktəbində təhsil almağa başlayıb. Orta təhsilini başa vurduqdan sonra üç il kolxozda işləyib. Lakin, təhsilini davam etdirməyə olan həvəsi sönməmiş, 1959-cu ildə Bakı şəhərinə gələrək sənədlərini Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə verimşdir. Həm orta məktəbi əla qiymətlərlə bitirməsi, həm də qəbul imtahanlarından yüksək qiymətlər olması onun arzusunu reallaşdırmışdır. N.Sadıqov 1964-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirdiyinə görə kimya kafedrasına laborant vəzifəsində saxlanılrmış, kafedra müdiri, professor Şamil Əhmədlinin rəhbərliyi altında elmi tədqiqat işi üzərində işləməyə başlamışdır. N.Sadıqov 1970-1994-cü illərdə universitetinin kimya fakültəsində müəllim, baş müəllim, dosent və laboratoriya müdiri vəzifələrində işləmişdir. O, 1971-ci ildə «Alkilləşmə və hallogenləşmə reaksiyaları əsasında Tsikloheksilbenzol, difenil, difenil alkan sırası alkinil aromuk karbohidrogenlərin sintezinin öyrənilməsi» mövzusunda kandidatlıq dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. N.Sadıqov 1993-cü ildə «b» Dikabonilli birləşmələr və «a, b» doymamış ketonlar funksional əvəzli heterotsikillərin sintezi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
N.Sadıqov 1994-cü ildə elm sahəsində əldə etdiyi uğurlara, yüksək səviyyəli pedoaqoji fəaliyyətinə görə professor adına layiq görülmüşdür.
N.Sadıqov 80-ə qədər elmi məqalənin müəllifi olmşdur. Bir çox beynəlxalq konfranslarda və simpoziumlarda məruzələr etmişdir.
Sarıyev Kutais Abuzər oğlu
Gözəl təbiəti olan Gədəbəydən elmin müxtəlif sahələri üzrə yüzlərlə alim yetişmişdir. Saya nəzər yetirdikdə, eyni zamanda bu insanların elmi fəaliyyətini yalnız sözlə ifadə etdikdə onların zəhməti bəziləri üçün çox adi görünə bilər. Lakin alim olmaq üçün ən azı 20-30 il ömür sərf edildiyini bildikdə alimliyin çox ağır, zəhmətli bir sahə olduğunu görürük. Alimlik peşəyə çevrildikdə isə hər bir adam bütün həyatını elmə həsr edir, ömrünün sonuna qədər bu sahədə çalışır. Alimin zəhməti bizi əhatə edən real gerçəkliyin bütün tərəflərində özünü biruzə verir. Alim tanınmasa da onun kəşfləri, elmi fikirləri cəmiyyətin həyatına təsir edir. Bütün bunları nəzərə alsaq, Azərbaycan elminin inkişafında həmyerlimiz olaraq alimlərin də xidmətlərini yüksək qiymətləndirməliyik. Onların böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər birinin öz yeri, mövqeyi vardır. Sarıyev Kutais Abuzər oğlu da gədəbəyli alimlər siyahısına daxil olan hörmətli ziyalılardan biridir. O, 1951-ci ildə Nəriman kəndində anadan olub. 1967-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyinə görə ona Azərbaycan Dövlət Plan Komitəsi nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna təyinat verilib. Burada «Norma və normativlər» şöbəsində iqtisadçı vəzifəsində işləyib. Əsgərlik xidmətini Almaniya Demokratik Respublikasında çəkib. Vətənə qayıdandan sonra əvvəlki iş yerində çalışıb. O, 1974-cü ildə Azərbaycan Dövlət Unversitetinin siyasi iqtisadiyyat kafedrasına baş laborant vəzifəsinə keçmiş, sonra isə kabinə müdiri vəzifəsinə təyin edilmişdir. Burada elmi fəaliyyətlə məşğul olması üçün geniş imkanlar qazanmışdır. Elmi səviyyəsi, bacarığı sayəsində tezliklə müəllimlər cərgəsinə qoşulmuşdur. K.Sarıyev Azərbaycan Dövlət Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985-ci ildə isə işlDdiyi kafedranın dosenti olmuşdur. Hazırda BDU-nun Gmumi iqtisadiyyat kafedrasının dosentidir.
O, qəlbinin təmizliyi, elmliliyi və xeyirxahlığı ilə həmişə seçilir. Buna görə də elmi ictimaiyyətin dərin hörmətini qazanaraq, istedadlı müəllim, zəhmətkeş alim və xeyirxah insan kimi daim sayılır, diqqət mərkəzində durur.
Elmi nüfuzuna görə Universitetdə iqtisadi nəzərriyə üzrə ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi seçilmişdir. K.Sarıyev 40-dan çox elmi əsərin müəllifidir. «İqtisadi nəzəriyyə» adlı dərsliyin yazılışında yaxından iştirak etmişdir. Bununla yanaşı bir neçə kitabın müəllifidir.
Sadıqov Buta Pənah oğlu
Dilçi alim, şair və dramaturq Sadıqov Buta Pənah oğlu 1929-cu ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur.O, Fərzalı kəndində orta məktəbə daxil olsa da ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmişdir. Bakıda əvvəlcə, 161 saylı məktəbə daxil olmuş, sonra isə 132 nömrəli məktəbdə orta təhsilini başa çatdırmışdır. B.Sadıqov 1947-ci ildə sənədlərini Azərbaycan Dövlət Pedoqoji institutunun Dil və ədəbiyyat fakültəsinə vermişdir. İmtahanlardan müvafiq qiymətlər alaraq həmin instituta daxil olmuş, 1951-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Gədəbəy rayonunun Çayrəsullu kəndində müəllimlik fəaliyyətinə başlamışdır. B.Sadıqov 1960-cı ildə yenidən Bakı şəhərinə qayıtmış, Nizami adına Ədəbiyyat və dil institutunda kiçik elmi işçi vəzifəsinə düzəlmişdir. Həmçinin, Azərbaycan Dövlət Universitetində, Pedoqoji institutda, Teatr İnstitutunda dil və ədəbiyyat fənnindən dərs demişdir. B.Sadıqov 1964-cü ildə «Azərbaycan dilinin Gədəbəy rayonu şivəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Filologiya elmlər namizədi Buta Sadıqov 1978-ci ildə Azərbaycan Dövlət Pedoqoji institutuna dosent vəzifəsinə qəbul olunmuşdur. Bununla yanaşı 1980-1981-ci illərdə Azərbaycan Dillər İnstitutunun nəzdində yaradılmış Alman və İngilis dili kurslarını da bitirmişdir. O, 1985-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universiteti üçün «Nitq mədəniyyətinin əsasları» adlı fənnin proqramını hazırlamış və onu tədris etmişdir. B.Sadıqov müxtəlif mövzulara aid olan onlarla məqalənin və bir neçə kitabın müəllifidir. O, həmçinin «Afaqın məhəbbəti» adlı televiziya tamaşasının müəllifidir. «Azərbaycan dilçiliyi tarixi», «Türk dilinin müqayisəli morfologiyası» və. s fənlərdən mühazirələr oxumuşdur. Onun mətbuatda bir çox şeirləri də dərc olunmuşdur
Sadıqov Firudin Salman oğlu
Sadıqov Firudin Salman oğlu 1941-ci ildə Gədəbəy rayonun Nəriman kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. F.Sadıqov 1963-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirdiyinə görə təyinatla Azərbaycan Neft və Kimya institutuna göndərilmişdir. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda əyani aspiranturaya daxil olmuşdur. 1970-ci ildə «Molekulların elektron qarışığının kvant mexaniki tədqiqi» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yiyələnmiDdir. F.Sadıqov 1970-ci ildə Azərbaycan Tibb İnstitutunun Fizika kafedrasına müəllim dəvət olunmuşdur. О, burada kafedranın dosenti vəzifəsinə yiyələnmişdir. F.Sadıqov fizikaya aid dərs vəsaitinin və 35-dən artıq elmi məqalənin müəllifidir.
Süleymanov Paşa Səməd oğlu
Süleymanov Paşa Səməd oğlu 1930-cu ildə Gədəbəy rayonun Nəriman kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra indiki İqtisadiyyat Universitetinə qəbul olmuşdur. Buranı əla qiymətlərlə bitirdiyinə görə Gəncə şəhərindəki Kənd Təsərrüfatı institutuna müəllim göndərilmişdir. Lakin o, 1954-cü ildə pedoqoji fəaliyyətdən uzaqlaşaraq Gədəbəy rayonunun Qızıl Torpaq kəndində kolxoz sədri vəzifəsində işləməyə başlamışdır. P.Süleymanov 1964-cü ildə Kənd Təsərrüfatının İqtisadiyyatı və təşkili Elmi Tədqiqat institutunda elmi işə qəbul olunmuşdur. O, 1967-ci ildə «Dağlıq Qarabağ Muxtar Vilayətində üzümçülük təsərrüfatının inkişafı» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. P.Süleymanov İqtisad Universitetində yenidən pedoqoji fəaliyyətə başlamış, dosent, xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı vəzifəsində çalışmışdır. O, 1 monoqrafiyanın, bir neçə dərsliyin və 70-dən çox elmi məqalənin müəllifi olmuşdur.
Vəliyev Şamil Qəşəm oğlu
Dosent Vəliyev Şamil Qəşəm oğlu 10 avqust 1937-ci ildə Azərbaycanın dilbər guşəsi olan Gədəbəy rayonunun Böyük Qarabulaq (R.Əliyev) kəndində ziyalı ailəsində anadan olmuşdur. О, Həmin kənddə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və həmin institutu 1962-ci ildə bitirmişdir. Təhsil aldığı illərdə məktəbin və institutun ictimai həyatında fəal iştirak etmişdir. IV kursda oxuyarkən Bakı Qənnadi fabrikində işləyən fəhlələr üzərində elmi-tədqiqat işi aparmış, nəticələri barədə Tələbə Elmi Cəmiyyətinin kezirdiyi 30-cu Respublika konfransının plenar iclasında məruzə etmişdir. Alimlər tərəfindən məruzə yüksək qiymətləndirilmişdir. Ona fakültə tələbə elmi cəmiyyətinə rəhbərlik etmək həvalə olunmuşdur. О, institutu bitirdikdən sonra işləmək üçün təyinatla öz doğma kəndlərindəki kənd sahə xəstəxanasına həkim göndərilmişdir. Şamil müəllim öz üzərində daim işləməyi və mütaliə etməyi unutmamışdır. Ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Səhiyyə naziri onun iş yerini Bakıya dəyişdirir. Şamil müəllim Bakı şəhərində 1967-ci ilə kimi həkim işləyir. Bununla yanaşı Bakı şəhər 1 saylı Baza tibb məktəbində də dərs aparmışdır. Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda aspiranturaya daxil olmuşdur. Şamil müəllimə aspiranturada görkəmli alimlər-akademiklər A.İ.Qarayev, H.H.Həsənov və Leninqradlı professor V.N.Tuqolukov rəbərlik etmişdir. Şamil müəllim gərgin əməyi sayəsində elmi-tədqiqat işini 2 il yarıma başa çatdDrmışdır. Şamil müəllim 1971-ci ilin may ayında müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasına assistent seçilmişdir. 1971 -ci ilin noyabr ayında tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. Uzun illər I-müalicə proflaktika fakültəsinin dekan müavini və dekanı işləmişdir. Fakültə elmi və institut Böyük Elmi Şuralarının üzvü olmuşdur. Yaxşı işinə görə dəfələrlə institut rəhbərliyi tərəfindən təşəkkürlər və pul mükafatları almışdır. Şamil müəllim respublikanın həyatında da fəal iştirak etmişdir. О, dərs deməklə yanaşı Azərbaycan Ensiklopediyasında tibb redaksiyasının böyük redaktoru və Respublika radiosunda «Sağlamlıq» radio jurnalının məsləhətçisi və aparıcısı işləmişdir. Radio vəsaitilə təbabətin aktual mövzularına aid onlarla maraqlı çıxışlar etmişdir, dinləyicilərin rəğbətini qazanmışdır. O, Azərbaycan dilində ilk dəfə yazılmış, «Kütləvi tibb ensiklopediyasının tərtibçilərindən biridir. Bu ensiklopediyaya görə Şamil müəllim akademik Y.Məmmədəliyev mükafatı ilə təltif olunmuşdur. O, dərs deməklə yanaşı həm də insan anatomiyasına aid bir sıra dərs vəsaitləri və dərsliklər yazmışdır. O, 5 dərs vəsaitinin müəllifidir, 8 dərsliyin isə həmmüəllifidir. Şamil müəllimin ğmumi redaktorluğu və müəllifliyi ilə 2 cildlik «İnsanın normal anatomiyası” adlı dərsliyi çap olunmuşdur. Bu dərsliyə görə Şamil müəllim ikinci dəfə akademik Y.Məmmədəliyev mükafatı ilə təltif olunmuşdur. Şamil müəllim 150-dən artıq elmi və elmi-kütləvi məqalələrin də müəllifidir. Dosent Vəliyev Şamil dəfələrlə elmi mövzularla konfranslarda, simpoziumlarda və qurultaylarda çıxışlar etmişdir. O, 1978-ci ildə Polşa Xalq Respublikasına gedən tələbə-mübadilə qrupuna rəhbərlik etmişdir. Universitetdəki morfologiya elmi üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvi və elmi katibi olmuş, hazırda insan anatomiyası kafedrasının nəzdində fəaliyyət göstərən respublikanın tibb məktəbləri anatomiya müəllimlərinin ixtisas artırma kursunun rəhbəridir. Şamil müəllim Respublika Komsomolunun və institutun Fəxri fərmanları və «SSRİ-nin səhiyyə əlaçısı» döş nişanı ilə təltif olunmuşdur.
Veysova Səltənət Əkbər qızı
Veysova Səltənət Əkbər qızı 1963-cü ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Valideynlərinin iş yerini dəyişməsi ilə əlaqədar olaraq orta məktəbə qonşu Ağamalı kəndində gedib. 1973-cü ildə isə Veysovlar ailəsi daimi yaşamaq üçün Bakı şəhərinə köçdüyündən, Səltənət Veysova 3-cü sinifdən təhsilini Bakı şəhərində davam etdirmişdir. Orta məktəbi əla qiymətlərlə bitirən Səltənət Veysova 1987-ci ildən sənədlərini Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə vermiş və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, Universitetə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə riyaziyyat elminin incəliklərini dərindən öyrənmiş, elmi konfrans və dərnəklərdə fəal iştirak etmişdir. Bu isə onun gələcəkdə bir riyaziyyatçı alim kimi yetişməsində mühüm rol oynamışdır. Universiteti bitirdikdən sonra kafedrada qalıb, elmi iş götürmüşdür.
1995-ci ildə S. Veysova elmi işini tamamlayaraq, müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi adına laiq görülmüşdür.
Gənc riyaziyyatçı alim 1996-cı ildə H.Əliyev adına Hərbi Ali məktəbin Riyaziyyat kafedrasında müəllim kimi pedoqoji fəaliyyətə başlamışdır.
Hal-hazırda həmin kafedranın dosentidir.
Veysov İsa Əkbər oğlu
Veysov İsa Əkbər oğlu 1947-ci ildə Qazax rayonun Daşsalahlı kəndində anadan olmasına baxmayaraq, Gədəbəy rayonunun Nəriman kənd orta məktəbinin yetirməsi hesab olunur. Belə ki, o, 1953-cü ildə Nəriman kənd orta məktəbinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə vermş və imtahanları müvəffəqiyyətlə verərək qəbul olmuşdur. İ.Veysov 1969-cu ildə universiteti bitirdikdən sonra təyinatla Xaçmaz rayonuna riyaziyyat müəllimi kim göndərilmişdir. Burada iki il işlədikdən sonra Bakı şəhərinə qayıtmış, ADU-nun qiyabi aspiranturasına daxil olmuşdur. О, dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı almışdır. ADU-da saxlanılmış, burada assisent, baş müəllim və dosen vəzifələrində çalışmışdır. ADU-da işlədiyi müddət ərzində 50-dən çox elmi məqalənin, dərs vəsaitinin və metodik göstərişlərin müəllifi olmuşdur. İ.Veysov 1991-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin Qazax filialının direktoru vəzifəsinə təyin edilmişdir. 2000-ci ildən həmin institut Azərbaycan Müəllimlər İnstitunun filialı kimi fəaliyyət göstərir. İ.Veysov 2003-cü ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. İ.Veysov səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı və «Tərəqqi medalı» ilə təltif edilmişdir.
Yusubov Yunis Əmiraslan oğlu
Yunis Yusubov nəinki Azərbaycanda, eləcə də bir çox xarici ölkələrdə də tanınan alimdir. Onun stomotologiya cərrahiyyəsi sahəsində böyük xidmətləri vardır. Yusubov Yunis 1942-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. O, 1956-cı ildə orta məktəbi qurtarıb və həmin ili Azərbaycan Tibb İnstitutunun stomotologiya fakültəsinə qəbul olmuşdur. 1964-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra ümumi təyinat əsasında Tacikistan Respublikasında stomotoloq işləyib. 1970-1972-ci illərdə Daşkənd həkimləri təkmilləşdirmə institutunun stomotologiya kafedrasında klinik ordinaturada çalışıb.
1972-ci ildə Kiyev həkimləri təkmilləşdirmə institunun cərrahi-stomotologiya kafedrasında aspiranturaya qəbul olub. 1975-ci ildə tibb elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib. Yusubov Y.Ə. 1978-ci ildən 1989-cu ilin avqust ayına qədər A.A. Boqiolos adına Kiyev Tibb İnstitutunun cərrahi-stomotologiya kafedrasında assisent işləyib. 1988-ci ilin sentyabrında tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertaisiya müdafiə edib və 1989-cu ilin yanvar ayında tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.1989-cu ilin 26 avqustda müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun cərrahi-stomatologiya kafedrasının professoru vəzifəsinə seçilib. Yusubov Y.Ə. 200-dən çox elmi məqalənin, 1 dərsliyin, 1 monoqrafiyanın, 18 ixtiranın, 4 patentin, 6 səmərələşdirici təklifin, 8 metodik tövsiyələrin, 5 metodik tövsiyələrin, 5 metodik işləmənin müəllifidir. İlk dəfə 1996-cı ildə Azərbaycan dilində cərrahi-stomatologiya üzrə dərslik çap etdirmişdir.
1989-cu ildə SSRİ döş nişanı ilə təltif olunub. O, bir çox Beynəlxalq konqreslərin iştirakçısı olub. 1999-cu ildən Amerikada yerləşən «İnternational Assosiation of oral and Maxillofocial surgeons» cəmiyyətinin həqiqi üzvüdür.
Son beş ildə Yusubov Y.Ə. 23 elmi məqalə, 2 tədris metodik vəsait çap etdirib, ixtira üzrə 2 patent alıb. O, üz-çənə cərrahiyyəsində bir neçə yeni orijinal cərrahi üsulları ixtira edib. Bir çox cərrahi əməliyyatlar klinikada onun təklif etdiyi yeni üsullarla aparılır. Onun rəhbərliyi altında 3 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Prfessor Yusubov Y.Ə. yüksək səviyəli müəllim, elmi işçidir, tanınmış mütəxəssisdir.
Yusubov Y.Ə. stomatoloji fakultənin elmi şurasının, problem komissiyanın və metodik komissiyasının üzvüdür. Professor Yunis Yusubovun bir çox əcnəbi alimlərlə də elmi-təcrübi əlaqələri vardır.
Yolçuyev Mehbalı Şamil oğlu
İnəkboğan kəndi Gədəbəy rayonunun Dədəqorqud məkanıdır. İnəkboğan sözünün mənasını da Qazan xanın «inağının», yəni yavərinin adı ilə əlaqələndirirlər. Müəyyən mənbələrdə Qazan xanın inağı olan Aruz bəyin məhz buralı olduğu qeyd olunur. İnəkboğan tarixin müxtəlif dövrlərində igidlər məskəni kimi tanınsa da, XX əsrin ikinci yarısında buradan bir çox alimlər də yetişmişdir. Onlardan biri də biologiya elmləri namizədi Yolçuyev Mehbalı Şamil oğludur.
Yolçuyev Mehbalı Şamil oğlu 1944-cü ildə İnəkboğanda anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərinə gəlmiş, sənədlərini Bakı Dövlət Universitetinin biologiya fakültəsinə vermişdir. 1974-cü ildə biologiya fakültəsini bitirib Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunun Helminitlərin ekologiyası laboratoriyasında işə başlamışdır. O, burada elmi tədqiqat işi ilə məşğul olaraq professor İ.Ə.Sadıqovun rəhbərliyi ilə namizədlik dissertasiyasını işləyib sona çatdırmışdır, 1984-cü ildə biologiya elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir. Hal-hazırda AMEA-nın Zoologiya İnstitutunda helmintlərin ekologiyası laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.
Yusifov Bakir Məhəmməd oğlu
Yusifov Bakir Məhəmməd oğlu 1949-cu ildə Gədəbəy rayonunun Ağamalı kəndində anadan olmuşdur. 1966-cı ildə Ağamalı kənd orta məktəbini bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1971 -ci ildə ali təhsilini başa vuraraq, Sumqayıt Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır. O, burada assistent vəzifəsindən dosent vəzifəsinə qədər yüksələ bilmişdir. B.M.Yusifov 1982-ci ildə Azərbaycan Elmlər Akademiyasının Mexaniki Riyaziyat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi almışdır. O, 1 kitabın, 34 elmi-metodik məqalənin müəllifidir. B.M.Yusifov hal-hazırda Sumqayıt Dövlət Universitetinin «Diferensial tənliklər və optimallaşdırma» kafedrasında dosentdir.
Qədimov Valeh Əli oğlu
Qədimov Valeh Əli oğlu, 1947-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Leşgər kəndində anadan olub. 1955-1956-cı tədris ilində Gədəbəy rayon orta məktəbinin birinci sinfinə daxil olmuş, 1965-1966-cı tədris ilində həmin məktəbin 11-ci sinfini qurtarmışdır.
Orta məktəbi bitirdikdən sonra müxtəlif müəssisələrdə əmək fəaliyyətində olmuşdur. 1968-ci ildə S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1974-cü ildə orada biologiya ixtisası üzrə tam kursu bitirmişdir.
Universiteti bitirdikdən sonra onun 35 illik elmi-pedaqoji fəaliyyətim olmuşdur. 1974-cü ilin yanvar ayında Azərbaycan Respublikası MEA Zoologiya İnstitutu cücülərin ekologiyası və fiziologiyası laboratoriyasında laborant vəzifəsinə qəbul olmuşdur. 1976-cı ilin mart ayından 1995-ci ilin fevral ayına qədər həmin institutda kiçik elmi işçi vəzifəsində işləmiş, eyni zamanda biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün həmin institutun dissertantı olmuşdur.
1994-cü il iyun ayının 10-da “Azərbaycanın əsas himar arı növləri və onların təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 8 noyabr 1994-cü il (protokol № 58) qərarı ilə biologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1995-ci il fevral ayının 16-dan 2002-ci il yanvar ayına qədər AMEA Zoologiya İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.
1997-ci ilin dekabr ayında (protokol № 54) Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə Entomologiya ixtisası üzrə baş elmi işçi elmi adı verilmişdir. 1976-2009-cu illər ərzində Azərbaycanın müxtəlif zonalarında bal arısının təhlükəli yırtıcıları olan müxtəlif növ arıların bioekoloji xüsusiyyətlərini və davranışlarını, yem bitkilərinin toxum məhsuldarlığının artırılmasında bal arısının rolunu, Azərbaycanda arı ailəsinin mövsümi inkişaf dinamikasını, Azərbaycanın müxtəlif zonalarında bal arısının akarapidoz və başqa təhlükəli yoluxucu xəstəliklərini törədən zərərvericilərin bioekoloji xüsusiyyətlərini tədqiq etmişdir.
Bu müddət ərzində 4 təsərrüfat müqaviləli işin yerinə yetirilməsində fəal iştirak etmişdir. Apardığı elmi-tədqiqat işlərindən birinin nəticəsi arıçılıq təsərrüfatlarında sınaqdan keçirilmiş və tətbiq edilmişdir. 2002-ci ilin yanvar ayında Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında dosent vəzifəsinə işə qəbul edilmişdir. Həmin ilin fevral ayında Elmi Şuranın qərarı ilə “Təbiət elmləri” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin sentyabr ayında Elmi Şura və Həmkarlar təşkilatının ümumi yığıncağının qərarına əsasən “Təbiət və humanitar fənlər” fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin fakültənin dekanı vəzifəsində çalışır. Bu müddət ərzində dövrü mətbuatda arıçılığa aid 26 çap vərəqi həcmində 3 kitabı (“Arıçı nələri bilməlidir” Bakı, 2006, 71 s.; “Arıçılıq təsərrüfatlarında biznes planlaşdırma” Bakı, 2007, 63 s.; “Arıçılığın əsasları” Bakı, 2010, 78 s.) çapdan çıxmışdır. Həmçinin “Arıçılığın və heyvandarılığın əsasları”ndan 4 proqramı (Təhsil nazirliyinin xətti ilə orta ümumtəhsil məktəblərinin VIII-IX, X-XI sinif şagirdlərinin peşə təlimi proqramı) və 50 elmi əsərim nəşr olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2009-cu il tarixli Sərancamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Hal-hazırda Azərbaycan Respublika Zooloqlar cəmiyyətinin, “Azərbaycan Ekologiya və ətraf mühitə Nəzarət Mərkəzi” İctimai Birliyinin və Azərbaycan Respublika Arıçılar birliyi idarə heyətinin üzvüdür.
2010-cu ildə Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin təklifi ilə əlaqədar olaraq Gədəbəy rayonunda “Arıçılıq” kursunun təşkil olunmasında və kursun müvəffəqiyyətlə başa çatdırılmasında arıçı-alim kimi yaxından iştirak etmişdir.
Ailəlidir, iki oğlu var. Həyat yoldaşı-Həsənova Nahidə İmran qızı, 1958-ci il təvəllüdü, Bakı şəhəri 2 saylı Baza tibb məktəbində müəllimə işləyir.
Oğlanları: 1. Qədimov Elşən Valeh oğlu, 1983-cü il təvəllüdü, Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir, Şirvan Müalicə Diaqnostika Mərkəzində həkim-cərrah vəzifəsində işləyir. 2. Qədimov Elxan Valeh oğlu, 1985-ci il təvəllüdü, Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirmişdir, hal-hazırda Avrasiya bankında böyük xəzinədar vəzifəsində işləyir.
Vəliyev Nizami Əhməd oğlu

N.Ə.Vəliyev 1 dekabr 1957-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olmiuşdur.1964-1974-cü illərdə orta məktəbi. 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmişdir.1981-ci ildən 1990-cı ilə qədər təyinat üzrə keçmiş SSRİ-nin Tatarıstan Muxtar Respublikasının Naderejniye-Celnı, Kamskoye Ustye, Kazan şəhərlərində həkim-cərrah, cərrahiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir.1987-1990-cı illərdəKazan şəhərində tanınmış cərrah alim, professor O.S.Koçnevin klinikasında aspiranturanı müvəffəqiyyətlə bitirərək tibb elimləri namizədi alimlik dərəcəsinin almışdır. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasına müsabiqə yolu ilə assistent vəzifəsinə seçilir. 1992-ci ildən 2010-cu ilədək Ə.D.Məlikov adına 6 saylı Bakı Birləşmiş Xəstəxanasında cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu illər ərzində cərrahiyə şöbəsində 15000-ə qədər xəstə müalicə almışdır. 2005-ci ildə Kazan şəhərində tibb elimləri üzrə doktorluq dissertasiyası müdafiə edərək tibb elimləri doktoru alimlik dərəcəsi almışdır. 2008-ci ildə azərbaycanda doktorluq dissertasiyası müdafiə edərək hər iki ölkənin elimlər doktoru diplomunu almışdır. N.Ə.Vəliyev fəaliyəti dövründə 6000-dən çox cərrahi əməliyyat həyata keçirmişdir. O, elmi işini həmişə davam etdirir, onun rəhbərliyi altında onlarla cərrah yetişdirilmişdir. Bu cərrahların bir çoxu xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil edirlər. N.Ə.Vəliyev 150-dən çox elmi məqalənin , 3 monoqrafiyanın, 3 praktitki rəhbərliyinin. 2 metodiki göstərişin, 1 kəşfin və 4 patentin müəllifidir. Tibb elimləri doktoru N.Ə.Vəliyev hal-hazırda Azərbaycan Tibb Universitetinin 3-cü cərrahiyə xəstəliklər kafedrasında çalışır. Ailəlidir, 2 qızı var.

Həsənov Mahir
Fizika Riyaziyyat Elmleri Doktoru, Professor Mahir Həsənov- 1961 ci ildə Gədəbəy Rayonunun Arıqıran kəndində anadan olub. 1978-ci ildə Arıqıran kənd orta məktəbi, 1984-cü ildə isə Sankt- Peterburg (Leninqrad, Rusiya) Dövlət Universitetinin, Mexanika-Riyaziyyat fakültəsini bitirib.
1989-cu ildə Fizika Riyazıyat elmləri namizədi (Sankt- Peterburg Universiteti), 1992-ci ildə Fizika Riyaziyat elmləri Doktoru (Sankt Peterburg Universiteti), elmi dərəcələrini almışdır. İşlədiyi Universitetlər:
1992-2005: İstanbul Texnik Universiteti, İSTANBUL, TÜRKİYƏ
2005-2007: Kalgary Universiteti (The University of CALGARY, CANADA) , Riyaziyat və Statistika Fakültəsi, , KALQARİ, KANADA
2008: Kalgary Universiteti , (The University of CALGARY, CANADA) , Mexanika və Mühəndislik Fakültəsi , KALQARİ, KANADA
2008-2009: Cənubu Alberta Texnalogiya Institutu , ( Southern Alberta Institute of Technology, CALGARY, CANADA), KALQARİ, KANADA
2009 ilindən etibarən – Doğuş Üniversiteti, İSTANBUL, TÜRKİYƏ
Cavadov Elçin Məhəmməd oğlu
İnsan var ki,həyatda nə məramı bilinir,nə də məqsədi.Ömür boyu çalışır,dəridən-qabıqdan çıxır,hara gəldi üz tutur,ancaq həyatda özünü tapmır ki,tapmır.İnsanda var ki,məramı da aydın,məqsədi də.Ömür yolu nə qədər daşlı-kəsəkli,nə qədər enişli-yoxuşlu olsa da,bütün çətinliklərə sonsuz iradə ilə sinə gərir,axır ki,həyatda bir insan kimi özünü tapır,bir şəxsiyyət kimi sayılıb seçilir,ətrafındakılara nümunə göstərilir.Həyatda özünü tapan belə insanlardan biri də Elçin Məhəmməd oğlu Cavadovdur.
Elçin Məhəmməd oğlu Cavadov,3 iyun 1969-cu ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində ziyalı ailəsində anadan olmuşdur.1986-cı ildə İnəkboğan kənd orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Kənd Təsərrufatı Akademiyasının kənd təsərrufatının mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur.Tələbəlik illərində riyaziyyat fənnindən keçirilən respublika olimpiadasında 1-ci yeri tutmuşdur.1993-cü ildə Azərbaycan Kənd Təsərrufatı Akademiyasını Lenlin təqaüdü və fərqlənmə diplomu ilə bitirmişdir.Elmi yaradıcılıqla tələbə vaxtlarından məşğul olmuş,hələ tələbə ikən 10-a qədər elmi məqaləsi dərc olunmuşdur.
1993-cü ildən Gəncə Dövlət Universitetinin müəllimidir.Riyaziyyat fənnini çox sevdiyi üçün E.M.Cavadov BDU-nun tətbiqi riyaziyyat fakültəsini də bitirmişdir.
2002-ci ildən Elmi-Tədqiqat “Aqromexanika”İnstitutunda dissertant olmuş,görkəmli professor Həsən Quliyevin rəhbərliyi ilə dissertasiya işi yerinə yetirmiş,2005-ci ildə müdafiə edərək,texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
E.M.Cavadovun 50-dən artıq elmi əsəri,bir neçə ixtirası və dərs vəsaiti var.Bundan başqa E.M.Cavadov ali məktəblərə hazırlaşanlar üçün “Riyaziyyat” adlı dərs vəsaitinin də müəllifidir.Ədəbi yaradıcılıqla məşğuldur,”Duyğu yarpaqları” adlı şeir kitabı çap olunmuşdur. Gəncə Dövlət Universitetində işlədiyi müddət ərzində özünü məsuliyyətli,işgüzar,savadlı bir müəllim kimi göstərmiş, bütün tələbə və müəllim kollektivi arasında hörmət qazanmışdır. Hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür,ailəlidir,iki övladı var.
Əliyev Vilayəddin Səyad oğlu
Əliyev Vilayəddin Səyad oğlu 31 dekabr 1946-cı ildə Gədəbəy rayonunun Düzyurd kəndində anadan olmuşdur. 1954-cü ildə Gədəbəy qəsəbə orta məktəbinə daxil olmuş, 1965-ci ildə həmin məktəbi bitirmişdir.
1965-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin “riyaziyyat” ixtisasına qəbul olunmuş və 1969-cu ildə həmin institutu bitirmişdir. 1969-cu il avqustdan 1969-cu ilin sonuna kimi Salyan rayonunun Marışlı kəndində, 1970-ci ilin martından 1971-ci ilin mayına kimi Gədəbəy rayonunda müəllim işləmişdir. 1971-1972-ci illərdə Sovet Ordusu hissəsində hərbi xidmətdə olmuşdur. 1972-ci ilin sentyabr ayından 1975-ci ilin mart ayına kimi Gədəbəy rayonunda müəllim işləmişdir. 1975-ci ilin martından H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Həndəsə və Cəbr kafedrasında baş laborant, laboratoriya müdiri işləmişdir. 1995-ci ilin yanvarından Gəncə Dövlət Universitetinin Həndəsə və Cəbr kafedrasında müəllim, baş müəllim və dosent işləmişdir. V.S.Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında “Həndəsi qeyri xəttiliyi nəzərə almaqla qeyri bircins ortotrop materialdan hazırlanmış müstəvi maşın lövhələrinin dayanıqlığı və rəqsləri” mövzusunda dissertasiya müdafiə etmiş və 11 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilmişdir.25 oktyabr 2002-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir.
100-dən artıq elmi-metodiki məqalənin, 4 metodiki göstərişin, 3 ədəd dərs vəsaitinin müəllifidir. Onun 30-dan artıq elmi məqaləsi xarici ölkələrdə dərc olunmuşdur. V.S.Əliyev 27 avqust 2011-ci ildə kəskin ürək çatışmamazlığından vəfat etmişdir. Gözəl bir ziyalı, yaxşı bir müəllim, nəcib keyfiyyətlərə malik bir insan kimi V.S.Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Tağıyev Bəşir Məhərrəm oğlu
Tağıyev Bəşir Məhərrəm oğlu (Bəşir Tağıyev – müəllim, pedaqoji elmlər namizədi, 1967- ci ildən müəllimlik fəaliyyətinə başlamış, “Şifahı xalq ədəbiyyatı nümunələrinin öyrədilməsində şagirdlərin şifahi nitqinin inkişafı yolları” (ibtidai siniflər üzrə) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, elmlər namizədi, alimlik dərəcəsinə layiq görülmüş.
Qaynaqları (mündəricat)
1. Həyatı və yaradıcılığı (iş təşrübəsi)
2. Elmi məqalələri
3. Pedaqoji kitabları
4. Toponimikaya aid əsərləri
5. Şeir kitabları
1. Həyatı
Bəşir Məhərrəm oğlu Tağıyev 1939 –cu ildə avqustun 12-də Azərbaycan
Respublikası, Gədəbəy rayonunun Arısu kəndində anadan olmuşdur. Ümumi orta təhsil məktəbi (VIIsinfə qədər) Arısu kənd məktəbində oxumuş, VIII-X sinifləri Misginli 1 saylı məktəbini bitirdikdən sonar Sovet Ordu sıralarında Vətənə xidmət etmişdir.
Təhsil – APDU- də (APU-V.İ.Lenin adına) təhsil almış (1964-1969)
1.1 İxtisası – müəllim
1.2 Yaradıcılığı
1.3 İş təcrübəsi
– Hazırda Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Humanitar fənlər və onların tədrisi metodikası”kafedrasında Baş müəllim
– Azərbaycan Respublikası Saatlı rayonu Ağarəhimli kəndində müəllim işləmiş (1967-1972)
– Qobustan Dövlət Tarix- İncəsənət qoruğunda elmi işçi (1973-1974)
– Azərbaycan Respublikası, Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azkomplektli sinif və məktəblər üzrə ilk konfrans Massalı (1974 yanvar) rayonu və işin davamı başqa rayonlarda təşkil olunmuşdur. Dərs cədvəlinin tərtibi, gün¬dəlik dərs icmalı, metodbirləşmənin iş planı,proqram materialların komplektlər üzrə planlaşması, müəllimlərlə metodik göstərişlərin verilməsi, ixtisasartırma kurs¬ların təşkili və başqaları (1974-1985).
-Azərbaycan Respublikası, Tədris Metodika Mərkəzinə metodist vəzifəsində (1988- 1991).
-Azərbaycan Respublikası, Təhsil Problemləri üzrə Respublikası Elmi Metodik Mərkəzə Böyük metodist vəzifəsində (1991-1994)
-Təhsil Problemlərı İnstitutunda,Yeni pedaqoji texnologiyalar şöbəsinə Baş meto¬¬dist (1994-2001).
-Təhsil Problemləri İnstitutu Pedaqoji texnologiya şöbəsində “Baş metodist” (2001–2005).
– Təhsil Problemləri İnstitutunun “İbtidai təhsil kurikulum şöbəsinə dillər üzrə aparıcı elmi işçi” (2005-2008).
-Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Humanitar fənlər və onların tədrisi metodikası”kafedrasına “Baş müəllim” (2008-)
2. Elmi məqalələri.
1. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmusi 1975 № 3.səh.37-39
2. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1976 № 1. səh.31-34
3. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1976 № 5-6. səh. 34-69
4. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1979 №4. səh.31-33
5. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1980 № 2.səh.62-63
6. “Atalar sözləri və məsələlərin tədrisinə dair”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1976,” №4. səh. 31-33
7. “Folklor nümunələrinə geniş yol”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi” 1979, № 2.səh. 62-63
8. “Tapmacalar üzrə iş”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1980, № 1. səh. 24-28
9. “Şagirdlər təmsilləri necə öyrənirlər”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1981, № 3. səh. 8-14
10. “İbtidai siniflərdə nağılların öyrədilməsı yolları”,“İbtidai məktəb və məktəbəqədər tərbiyə”məcmuəsi 1982, , № 2. səh. 18-20
11. “Azkomplektli siniflərdə dərs cədvəlinin tərtibi haqqında”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1982, № 4. səh.35-39
12. “Azkomplektli siniflərdə tədrisin bəzi məsələləri”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1984, № 1. səh.169- 174
13. “Azkomplektli siniflərdə dərslərin aparılmasına dair” “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1991, № 1. səh. 171-173
14. “Azkomplektli siniflərdə sinif və məktəblərarası metodbirləşməsinə dair”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi 1994, № 4. səh. 35-39
15. “Bayatıların tədrisi haqqında”, “Filologiya məsələlərinə dair tematik toplu” №1. səh. 169-174
16.“Yanıltmacların öyrədilməsi yolu”, “Filologiya məsələlərinə dair tematik toplu”, 1999, №7. səh. 99-102
17. “Zəhmətsevər müəllim”, “Filologiya məsələlərinə dair tematik toplu”, 1999, №8. səh.29-31
18. “Atalar sözünün işlədilməsi üzrə işin təşkili”, “Filologiya məsələlərinə dair tematik toplu”, 2000, №1. səh. 63-69
19. “Yeni texnologiya modelinin bəzi elementlərı haqqında”, “Filologiya məsələlərinə dair tematik toplu”, 2001, №7. səh. 78-84
20. “Məktəblərdə informasion və komminativ texnologiyalara dair”, “Filologiya məsələlərinə dair tematik toplu”, 2001, , № 4. səh. 78-83
21. “Təhsil prosesində pedaqoji texnologiyalar”, “Pedaqoji tətqiqatlar” 2001, № 4, səh. 143-148
22. “Yeni texnologiya modelinin bəzi elementləri” “Sənətkar” jurnalı 2003 № 2. səh. 28-31
23. “Dədə- Qorqudun Gədəbəy izləri ”, “Dədə- Qorqud ”jurnalı 2001 № 2.
səh. 25-29
24.“Tarixi mövzuların tədrisinə dair”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə”jurnalı 1982, № 2. səh.14-17
25. “Məktəb astanasında yeni pedaqoji texnologiyaya dair”, “Sənətkar” jurnalı 2003, № 3. səh. 34-38
26. “Pedaqoji texnologiyalar təhsilin sabahını müəyyən edir”, “Sənətkar” jurnalı 2004, № 3. səh. 17-19
27. “Təhsil konsepsiyasının yerləşmənin texnologiyaları”, “Sənətkar jurnalı”2006, № 1. səh. 16-18
28. “Təhsil yeniləşmə dövrünün tələbidir”, “Sənətkar” jurnalı 2006, № 1. səh. 25-28
3. Pedaqoji kitablar
Dərs vəsaiti
3.1. Şəkilli əlifba- “Maarif nəşriyyatı 1982”
3.2. Hesabla tap- “Maarif nəşriyyatı 1986”
3.3. Hərif şəkildədir- “Lelinqrad şəhəri 1992”
3.4. Hərif şəkildədir- “Təkrar, ADPU nəşriyyatı 2003”
3.5. Hərfi şəkildə tap- “Çaşıoğlu nəşriyatı2010”
Dərslik
3.6. Azərbaycan dili (Rus bölməsi üçün) ADPU- nun nəşriyyatı 2004
Metodik vəsaitlər
3.7. Azkomplektli sinif və məktəblərdə metodiki birləşmənin iş planı- “Təhsil Nazirliyinin nəşriyyatı 1989”
3.8. İbtidai siniflərdə folklor nümunələrinin öyrədilməsinin bəzi məsələləri- “Təhsil Nazirliyinin mətbəəsi 1990”
3.9. Azkomplektli siniflərdə təlim işinin təşkili yolları –“Öyrətmə nəşriyyatı 1991”
3.10.İbtidai siniflərdə nağılların öyrədilməsi – “Nərgiz nəşriyyatı 1998”
3.11. Oxu təlimində söz və onun mahiyyətinə dair – “Nurlar nəşriyyatı 1999”
3.12. Folklor nümunələrinin öyrədilməsində işin təşkili- “Nərgiz nəşriyyatı 2000”
3.13. Oxu təliminin səmərəli yolları- “Nərgiz nəşriyyatı 2001”
3.14. Oxu təlimi – “ADPU nəşriyyatı 2006”
3.15. Ana dili İbtidai təhsil pilləsində – “Nərgiz nəşriyyatı 2008”
3.16. Ana dilinin ifadəli oxu təlimi- “ADPU nəşriyyatı 2009”
3.17. Əməli yazılar- “ADPU nəşriyyatı 2010”
3.18. Ana dilinin toponimikası (hazırlanır)
4. Toponimika əsərləri
1. Gədəbəy-“Nərgiz nəşriyyatı 2000”
2. Gədəbəyin yer adları- “Azərnəşr 2007”
3. Gədəbəyin toponimi (hazırlanır)
6. Şeir kitabları
1. Mənim dünyam- “Nərgiz nəşriyyatı 2000”
2. Bizim alimlərimiz buklet- “ADPU nəşriyyatı 2005”
3. Sözlü dünya (hazırlanır)
15. “Bayatıların tədrisi haqqında”, “Filologiya məsələlərinə dair tematik toplu” №1. səh. 169-174
Məmmədov Rauf Bəhlul oğlu
Məmmədov Rauf Bəhlul oğlu 26 sentyabr 1981-ci ildə Gədəbəy rayon Göyəlli kəndində anadan olmuşdur. 1999-cu ildə Göyəlli kənd orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının Kimya texnologiyası fakultəsinə daxil olmuş və 2003-cü ildə «Neft, qaz və alternativ enerji texnologiyası» ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Elə həmin il ordu sıralarına getmiş və 2004-cü ildə hərbidən tərxis olunmuşdur. 2005-ci ildə Bakı Dövlət Universiteti kimya fakultəsinin magistraturasına daxil olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ilə bitirərək «Neft və qaz emalı» ixtisası üzrə magistr dərəcəsi almışdır. 28.07.2007-ci ildə təhsildə yüksək nailiyyətlər əldə etdiyinə görə AR Təhsil naziri M.Mərdanov və AR Gənclər və İdman naziri A.Rəhimov tərəfindən «Fəxri fərman»la təltif edilmişdir. 29.07.2007-ci ildə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə BDU-nun rektoru, akademik A.M.Məhərrəmov tərəfindən «Fəxri fərman»la təltif edilmişdir. Bundan başqa R.B.Məmmədov 31 oktyabr 2011-ci ildə AMEA NKPİ-nin gənc alimlərin ən yaxşı tədqiqat işlərinin müsabiqəsində II yerə layiq görülmüşdür. Elə həmin il o, 28.07.2012-ci ildə Gənc alimlərin II İnnovativ İdeya Yarmarkası çərçivəsində təşkil olunmuş Elmi İnnovativ İdeyalar Müsabiqəsində uğurlu təqdimatına görə «Diplom»la təltif edilmişdir. Həmçinin 2012-ci ildə ADNA Sənaye Müəssələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu bitirərək «İqtisadçı-menecer» ixtisası almışdır. O, 2007-ci ildə AMEA Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş və 10.07.2011-ci ildə «Yağ fraksiyalarının ion-maye əsaslı ekstragentlə təmizlənməsi prosesinin texnologiyası» mövzusunda texnika elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. Ona 11.04.2012-ci ildə AR Prezidenti yanında AAK-ın qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Xaricdə və ölkəmizdə çap olunmuş 50-dən çox elmi əsərin müəlifidir. Hal-hazırda AMEA NKPİ-də böyük elmi işçi vəzifəsində çalışır. Eyni zamanda ARDNŞ-da mühəndis vəzifəsində işləyir. Ailəlidir, bir qızı var.
Şəmiyev Ruslan Əmrah oğlu
Ruslan Əmrah oğlu Şəmiyev 24 yanvar 1987-ci ildə Gədəbəy rayonunun Kəlaman kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi Gədəbbəy rayonunda yerləşən Etibar isgəndərov adına Hacıalılar kənd orta məktəbində əla qiymətlərlə bitirmişdir. 2004 cü ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olmuşdur. 2008-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir və magistraturaya qəbul olunmuşdur.2008-2009 cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.2009- cu ildə magistr təhsilini davam etdirmişdir . 2009-cu ildə magistraturada oxuduğu müddətdə ”Bakı Dövlət Universiteti və Azərbaycan elmı tədqiqat və təhsil şəbəkələri Assosasiyası” tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş tytor hazırlıq kursuna getmiş ”Azərbaycan respublikası təhsil nazirliyinin Əsasnamələrinə uyğun , tədrisin baloniya prosesi və kredit sistemi ilə təşkilinin əsasları və tədrisin idarə olunması” prosesini tam mənimsəmiş və fərlənmə sertifikatı almışdır və 2010-cu ildə Bakı dövlət Universitetinin Geologiya fakültəsinin dekanlığında Akademik məsləhətçi ( dekan köməkçisi ,tyutor) vəzifəsində əmək fəaliyyətinə başlamışdır.2011-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə 2011- cu ildən 1-ci dərəcəli tyutor vəzifəsinə keçrilmişdir, bununla bərabər BDU-nun Geologiya fakültəsinin ” Faydalı qazıntılar” kafedrasında ”Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası ” və ”filiz sahələrinin strukturası ”fənnlərindən dərsləri tədris etmişdir.Tələbələrin yay təcrübəsi və praktika rəhbərləi olmuşdur. BDU-nun professor müəllim heyyəti ilə birlikdə Elmi tədqiqat işləri aparmaq üçün Respublikamızın müxtəlif regionlarında təcrübə keçmişdirlər, o cümlədən bir sıra xarci şirkətlərlə( AİMC, AİMROC və.s) birlikdə. 2013-cü ildə BDU-nun Faydalı qazıntılar kafedrasında disertanturaya qəbul olmuşdur. 2013-cü ilin aprel ayından Fövqaladə Hallar Nazirliyinin Akademiyasının Tədris şöbəsində baş metodist vəzifəsində çalışır,leytenantdır. Disertant təhsilini davam etdirir ”Bittibulaq mis-mərgümüş yatağının geologiyası və filizliliyi ” mövzusunda elmi tədqiqat işləri aparır. BDU-da “Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası” Fövqaladə Hallar nazirliyinin Akademiyasında isə “Ekologiya” fənnindən hal hazırda dərsləri tədris edir.1 monoqrafiya 5 tezis 30 dan çox məqalənin müəlli və həmmüəllifidir.

Azərbaycan tarixi. Yeddi cilddə. III cild (2007)

Azərbaycan tarixi. Yeddi cilddə. III cild: XIII – XVIII əsrlər. Məsul redaktor: O. Əfəndiyev; AMEA A. Bakıxanov adına Tİ. Bakı: “Elm” nəşriyyatı, 2007, 592 [ 56] s. ISBN 978-9952-448-39-9

Faylın formatı: PDF
Faylın ölçüsü: 7.46 Mb

➤ [Kitabın mətnini] Pulsuz yüklə : yandex

Related posts:

  • Süleymanov M. S. Səfəvilər. VIII cild: I Şah Abbas (2023)
  • Süleymanov M. S. Səfəvilər. VII cild: I Şah Abbas (2023)
  • Süleymanov M. S. Səfəvilər. VI cild: II Şah İsmayıl, Şah Məhəmməd Xudabəndə (2021)
  • Süleymanov M. S. Səfəvilər. V cild: Şah Təhmasib (2020)
  • Süleymanov M. S. Səfəvilər. IV cild: Şah Təhmasib (2020)
  • Süleymanov M. S. Səfəvilər. III cild: Şah İsmayıl Səfəvi (2021)
  • Süleymanov M. S. Səfəvilər. II cild: Şah İsmayıl Səfəvi (2021)
  • Süleymanov M. S. Səfəvilər. I cild: Şeyx Səfiəddin Ərdəbili (2019)
  • Fatma Aslışen. Şah İsmail’in Türk siyaseti ve kültürel yeri. Yüksek lisans tezi (2006)
  • Mihriban Artan. Türk-İslam düşüncesinde Mehdîlik: Osmanlı Devleti’nde Şahkulu örneği. Doktora tezi (2022)

Azərbaycan tarixi iii cild

“Azərbaycan” xüsusi cildi (rus) (1. ОБЩАЯ ИНФОРМАЦИЯ – 14.2. ГОСУДАРСТВЕННЫЕ ДЕЯТЕЛИ АЗЕРБАЙДЖАНА (1918–2005 годы))

3.1.2. Дальнейшие этапы этнического развития азербайджанцев

Дальнейшие этапы этнического развития азербайджанцев

В средние века население Азербайджана подразделялось на множество племен и племенных объединений, у которых было мало общего с древним населением. По мере стабилизации и укрепления традиций государственности, а также вследствие интенсивных этнических и этнокультурных процессов их структура и функция подвергались к серьезным изменениям, в частности стирались межплеменные этнические различия вплоть до формирования азербайджанцев как нации. Вместе с тем указанные этнические структуры сохраняли чувства принадлежности и к своим племенам. Аналогичная ситуация была и среди этнографических групп азербайджанцев – падаров, шахсевенов и айрумов.

В период монгольских нашествий Азербайджан продолжал оставаться один из крупных культурных центров Востока. 13–14 вв. характеризуется как завершающий этап формирования современного литературного языка. Общность вероисповедания, самобытные обычаи и обряды, тесные торгово -экономические связи – все это способствовало внутриэтической консолидации и сплоченности.

В начале 15 в. Ширваншах Ибрагим I (1382–1417) объединил под своей власти значительную часть северных территорий страны и развернул большие строительные работы. Завоеванная еще при Ширваншахах независимость страны открывала широкие перспективы для возрождения городской культуры.

Исключительно важное место в истории этнического развития азербайджанцев занимали государства Гарагоюнлу (1410–1468) и Аггоюнлу (1468–1501). Было восстановлено огузско-тюркские традиции. Указанный период можно считать и очередным этапом этноязыковом строительстве.

Столица вышеуказанных государств Табриз стал культурным и политическим центром в Передней Азии. При государе Аггоюнлу Узун Гасане Азербайджан вел активную международную политику. С ним считались влиятельные государства Востока и Запада. Все это благотворно влияло на Азербай джанской общество.

Созданный в 1501 г. Шахом Исмаилом (1501–1524) могучего государства Сефевидов важная веха в истории азербайджанского народа.

Огромная территория от Евфрата до Аму-Дарьи оказалась под влиянием Сефавидов, со столицей Табриз. При Сефавидах абсолютное большинство населения составляли зербайджанцы, которые представляли собой единую этническую и культурную общность. Они играли ведущую роль в общественно-политической жизни государства. Все основные должности во дворце, военное командование, управление в провинциях, финансы были сосредоточены в руках азербайджанской знати.

Главным средством общения во дворце, в армии и в дипломатической переписке служил азербайджанский язык. Велика была роль в обогащении и развитии азербайджанского языка Шах Исмаила, который сочинял свои стихи на родном язаке. Значительную роль в развитии национального мышления азербайджанцев сыграло творчество поэтов Шюрури, Гасими, Шахи, Габиби. Они внесли неоценимый вклад в развитие азербайджанского литературно- художественного языка и повышении его общественной и этнической функции. Объединение азербайджанцев в рамках единой государственности, формирование общенародного литературного языка и культуры, укрепление межрайонных и торгово-экономических связей в значительной степени способствовали интенсификации внутриэтнических процессов, самобытной культуры и этнической стабилизации в пределах своей исторической территории.

18 в. можно характеризовать как значительный шаг вперед на пути к дальнейшей стабилизации и совершенствовании этнических ценностей и этнопсихологического мышления азербайджанцев. В Азербайджане стремительно развивается наука, культура, образование, открываются школы и медресе, издаются работы по истории страны. Поэзия Ништата Ширвани, Видади, Вагифа и др. отличается непосредственности описания народной жизни, лиричностью и поэтичностью. В духовном обогащении народа занимает важное место средневековые эпосы, насыщенные патриотическими идеями. Азербайджанское ашугское искусство оказало сильное воздействие на грузинское и армянское музыкальное творчество.

В 19 в. произошли заметные изменения в этнической и демографической ситуации страны. Северная часть Азербайджана была захвачена Россией. Началась политика интенсивной русификации. Южной части страны, оказавшейся за Араксом, стали проводить политику иранизации. Начиная с 30-х гг. в 19 в. из различных губерний с целью “укрепления и защиты южных границ”, русификации христианизации коренного населения переселяются русские вероотступники – сектанты. Последствия Русско-Иранских и Русско-Турецких войн были весьма губительны для Азербайджана. При активной поддержке России из Персии и Турции в Азербайджан были переселены более двухсот тысяч армян. Местное азербайджанское население в принудительном порядке было выселено со своих родных, плодородных земель. Несмотря на раздел страны торгово-экономические и культурные взаимосвязи между Южным и Северным Азербайджаном продолжались.

К концу 19 в. в связи с развитием капиталистических отношений, интенсификацией консолидационных интеграционных процессов, высокой ментальности, азербайджанцы вступили на новый этап своего этнического развития -этап формирования национальной буржуазии и азербайджанской нации.

Издание ряда газет и журналов в городах Баку, Тифлисе и Табризе в значительной степени способствовали идей азербайджанизма, усилении тенденций этнического самоутверждения народа.19 в. как в азербайджанской та и русской периодической печати все чаще употреблялись понятия “азербайджанцы” и “азербайджанский язык”. В этом отношении особое место занимает известный азербайджанский философ и просветитель Мирза Казембек и его труд, посвященной грамматике азербайджанского языка. Как и в прошлых веках в 19 в. быт и культура язык азербайджанского было в центре внимания европейских ученых и путешественников.

На протяжении всей истории азербайджанцы оказывали сильное культурное влияние на соседнее народом. Об этом красноречиво свидетельствуют нижеследующее высказывание известного французского географа и социолога Элизе Реклю (1830–1905): “Татары (азербайджанцы – Э.К.) в некотором отношении являются цивилизаторами Кавказа, и их язык, собственное наречие Азербайджана, служит для взаимных отношений между различными пародами Кавказа. Замечательной чертой тюркского населения Закавказья его крайняя веротерпимость. Шииты здесь преобладают, но они не притесняют мусульман-суннитов”. Исключительно важную роль играли в дальнейшем развитии азербайджанского общества культуры, искусства распространении национальной идеи, повышении общественной функции родного языка выдающиеся просветители, поэты, писатели и ученые А.Бакиханов, М.Ш.Вазех, М.Казембек, М.Ф.Ахундзаде, Г.Зардаби, С.А.Ширвани, М.А.Сабир и многие другие.

Открытие в 70-х гг в Баку национального театра, постановка спектаклей в Шуше, Нахчыване, Шеки и в других городах усилило процессы этноидентификации народа. Расширение благотворительности также влияло на темпы развития идей единства сопереживания

Лит: Aşurbəyli, Şirvanşahlar dovləti, В. 2006; Azərbaycan tarixi. Yeddi cilddə, с.З., В. 1999.; Элиза Реклю, Земля и моди, Т.VI, Сиб, 1898.; Əfən diyev О. Azərbaycan Səfəvilər dovrundə, В. 1993.

Похожие статьи

  • Azərbaycan tarixi mehman abdullayev bdu 2-ci hissə

    Masallıı ensiklopediyası” – 20-ci yazı. Şərəfə İnzibati Ərazi Dairəsi (Tan yenidən işlənib) 1928-ci ildə Masallı rayonunun Şərəfə kəndində doğulub….

  • Azerbaycan tarixi 1 cild

    Azerbaycan Tarixi – Wikipedia Təxminən e.ə. I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi…

  • Azərbaycan tarixi ziya bünyadov

    Azərbaycan Tarixi Sənədlər və Nəşrlər Üzrə – История Азербайджана по документам и публикациям Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin…

  • Azərbaycan tarixi.sənədlər və nəşrlər üzrə

    Azərbaycan Milli Elmlər Akademiyası Hər şeydən əvvəl Şavrov 1819-cu ildə Vyurtemberq almanlarının 500 ailəsinin köçürdüklərini qeyd edir. Hansı ki,…

  • Azərbaycan tarixi süleyman əliyarlı

    Azərbaycan Tarixi Üzrə Qaynaqlar – Süleyman Əliyarli Azərbaycan Türkcəsi Azərbaycan tarixi süleyman əliyarlı Azərbaycanın dəyərli ziyalısı, taixçi alim…

Comments are closed, but trackbacks and pingbacks are open.