Press "Enter" to skip to content

Azərbaycanda elektron kitabxanaların mövcud durumu necədir

Kopenhagen Kral Kitabxanası
Kopenhagen Kral Kitabxanası Danimarkanın milli kitabxanası sayılır və Skandinaviya ölkələrində ən böyük kitab saxlancıdır. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb. İndiki rəsmi adı isə Danimarka Kral Kitabxanasıdır.

Dünya kitabxanaları haqqında

ABŞ Konqres Kitabxanası:ABŞ-ın tarixi və elmi mərkəzi hesab edilən Konqres Kitabxanası dünyanın ən nəhəng kitabxanası kimi “Ginnesin rekordlar kitabı”na düşmüş ilk kitabxanadır. ABŞ-ın milli kitabxanası, milli biblioqrafiyanın və ölkənin digər kitabsaxlayıcılarında saxlanılan çap olunmayan materialların qeydiyyatı mərkəzi, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində elmi tədqiqat mərkəzidir.
Konqres Kitabxanasının əsası ABŞ-ın II prezidenti Con Adamsın 1800-cü ildə imzaladığı Konqres üzvləri üçün kitabxananın təsis edilməsi haqqında qanunla qoyulmuşdur. Vaşington şəhərində təşkil olunan bu kitabxana konqresmenlərin sorğularını yerinə yetirən müəssisə kimi nəzərdə tutulmuşdur. Fəaliyyətə başlayarkən burada cəmi 3 min nüsxə kitab vardı.
1814-cü ildə paytaxt Vaşingtonda ağalıq edən ingilis işğalçıları Konqres Kitabxanasını yandıraraq burada saxlanılan kitab sərvətini külə döndərdilər.
Dünyanın əksər ölkələrindən fərqli olaraq ABŞ-da məcburi nüsxələr sistemi mövcud deyil.
XIX əsrin sonlarında Konqres Kitabxanasının fondunda müxtəlif elm sahələrinə dair 800 min cild kitab saxlanılırdı.
Kataloqlar fondun təxminən 1\3 hissəsini əks etdirirdi.
1942-ci ildə ABŞ Konqres Kitabxanası toplu milli kataloq kartoçkalarının mikrofilmləşdirilməsini həyata keçirməyə başladı.
XX əsrdə, xüsusi ilə II dünya müharibəsindən sonra dünyanın nəhəng universal kitabxana-informasiya sistemi kimi məhşurlaşmışdır.
1965-ci ildə Konqres Kitabxanasının mütəxəssisləri informasiyanın “ Maşınla oxunan katoloqlaşdırma”-MARC proqramını işləyib hazırladı.
MARC formatının hazırlanması və tətbiqi dünya kitabxanaçılıq sisteminin inkişafına böyük töhfə verdi.
MARC proqramı əvvəllər yalnız ingilis dilində olan kitabları əhatə edirdi.
1968-ci ildə Konqres Kitabxanası MARC-II formatı haqqında kitab nəşr etdirdi.
1971-ci ildə Konqres Kitabxanasında MARC sisteminin inkişafı üzrə Büro yaradıldı və MARC formatının stuktru rəsmi dövlət standartı kimi qəbul edildi.
Konqres Kitabxanasının “ Amerikanın yaddaşı” lahiyyəsi müasir dövrün ən yaxşı kitabxanaçılıq proqramlarından biridir.
Konqres Kitabxansının fondunda dünyanın 470 xalqının dilində, o cümlədən artıq “ölü dillər” sırasına daxil olan və çoxdan istifadə olunmayan dillərdə xeyli ədəbiyyat və digər materiallar toplanmışdır.
Hazırda ABŞ Konqres Kitabxanasında 500 min nəfərdən çox işçi çalışır. Konqres Kitabxanasının fondu soraq tipli 3 əsas kataloqda-1 xidmət və 2 oxucu kataloqunda əks olunmuşdur. Oxucular informasiyanı əsasən kompüterlər vasitəsi ilə alırlar.
Konqres Kitabxabasını dünya milli kitabxanalarından fərqləndirən əsas cəhədlərindən biri də qanunverici orqanla sıx əlaqə saxlamasıdır.
2000-ci ildə ABŞ Konqres Kitabxanası özünün 200 illiyini qeyd etmişdir.

İngiltərə kitabxanaları: Böyük Britaniyada kitabxana işinin inkişafınında ən mühüm hadisə Milli Kitabxananın yaradılmasıdır. 1753-cü ildə İngiltərə parlamenti Britaniya muzeyinin və onun kitabxanasının yaradılması haqqında qanun qəbul etdi.
Bir çox ölkələrdən fərqli olaraq Böyük Britaniyada bir neçə milli kitabxana yaradılmışdır. Onlardan ən qədiminin əsası 1753-cü ildə Londonda qoyulmuş Britaniya Muzeyi Kitabxanasıdır. 1757-ci ildə İngiltərə hökmdarı II Georq Kral Kitabxanasını muzey kitabxanasına birləşdirdi.
Kitabxananın fondlarının yerləşdirilməsi və tərtibatı üçün də böyük işlər görülmüşdü.
Qaydalara görə muzeyə daxil olan hər bir şəxs kitabxananın oxu zalına daxil ola bilməzdi. Muzeyə daxil olmaq üçün giriş bileti almaq lazım gəlirdi, lakin bu bilet oxu zalına girmək hüququ vermirdi. Kitabxanaya daxil olmaq üçün əvvəllər himayəçilər şurasından, sonralar isə kitabxananın direktorundan icazə almaq tələb olunurdu. Britaniya Muzeyi Kitabxanası elmi işlərlə məşğul olan şəxlər üçün nəzərdə tutulmuşdu.
1759-cu ildə kitabxana geniş oxucu kütləsi üçün də açıq elan olundu, lakin 1831 ci ildən bazar və bayram günləri istisna olmaqla hər gün işləməyə başladı.
Görkəmli İngilis kitabxanaçısı Antonio Cenezio Panizzinin misilsiz xidmətləri sayəsində Britaniya Muzey Kitabxanası dünyanın ən yaxşı kitabxanalarından birinə çevrilmişdir. XX əsrin əvvəllərində İngiltərənin ümumi kitabxanalarında açıq rəf üsulu qəti şəkildə öz təsdiqini tapdı. Buna görə də fondların düzülüşündə yeni növ və formaların axtarışı, real kataloqların təşkili sahəsində fəal iş aparılırdı.
Hazırda İngiltərənin kütləvi kitabxana şəbəkəsinə yerli özünüidarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən 167 mərkəzi kitabxana daxildir.
İngiltərənin bütün kütləvi kitabxanalarının fondunda 137 milyon nüsxə çap məhsulu saxlanılır.
Bu gün Böyük Britaniyada kitabxanalar çoxsahəli mədəniyyət komplekslərinin bir hissəsi deyil, başlıca tərtib hissəsi kimi böyük nüfuza malikdir.

İtaliya kitabxanaları: XX əsrin əvvəllərində xalq kitabxanalarının vəziyyəti nisbətən yaxşılaşmışdır. Bu dövürdə İtaliya əhalisinin
əksəriyyəti şəxsi kitabxana yaratmaq imkanından məhrum idi. Hazırda İtaliyada bir neçə kitabxana şəbəkəsi fəaliyyət göstərir. İtaliyada fəaliyyət göstərən elmi kitabxanaları 2 qrupa ayırmaq olar:
a)Muxtar ( müstəqil) kitabxanalar.
b)Maliyyə yardımı alan kitabxanalar.
İtaliyada bütün kitabxanalara vahid mərkəzləşdirilmiş rəhbərlik mövcud deyil.
Hazırda İtaliyada 6 kitabxana milli kitabxana statusuna malikdir. Bu milli kitabxanallardan ikisi – Romadakı Mərkəzi Milli Kitabxana və Florensiyadakı Milli Kitabxana daha yüksək ümummilli statusa malikdir və ölkədə aparıcı yer tutur.
Romadakı II Viktor – Emmanuil adına Mərkəzi Milli Kitabxanın əsası 1876 cı ildə qoyulmuşdur. Roma Mərkəzi Kitabxanası İtaliya Krallığının milli kitab arxivi kimi formalaşmışdır. 1975-ci ildə Romadakı Milli Kitabxana üçün yeni bina tikilmişdir. 2001-ci ildə Milli Kitabxananın binası müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir. Hazırda Milli Kitabxana Xidmətinin sistemli elektron kataloquna müxtəlif məlumat bazaları daxil edilmişdir.
2008 – ci ilin məlumatına görə, kitabxananın fondunda 6 milyon ədəbiyyat saxlanılır. Romadakı Milli Kitabxanada 340 nəfər daimi əməkdaş çalışır.
Milli Kitabxanadan gündə orta hesabla 1000 nəfərdən çox oxucu istifadə edir.

Danimarka kitabxanaları:Kopenhagendəki Kral Kitabxanası Skandinaviya ölkələrinin ən böyük kitabxanası və Danimarkanın Milli Kitabxanasıdır. Kral Kitabxanası XVII əsrin ortalarında – 1648-ci ildə kral III Federik və onun ailəsi tərəfindən Avropa əsərləri kolleksiyası əsasında təşkil edilmişdir. Kral Kitabxanası oxucuların üzünə 1793-cü ildə açılmışdır. 1849-cu ildən o, kral ailəsinin mülkiyyətindən çıxmış və dövlət kitabxanasına çevrilmişdir. Kral Kitabxanası fondunda sistemli və əlifba kataloqları tərtib edilmişdir. Kral Kitabxanasında daimi kitab muzeyi fəaliyyət göstərir. O, müntəzəm olaraq müxtəlif sərgilər təşkil edərək öz fondunu oxucular qarşısında nümayiş etdirir. 2005-ci ildə Milli Kitabxananın fondu 3 milyon nüsxəyə çatmışdır.
Milli Kitabxana 4 binada yerləşir. Onlardan 3-ü Kopenhagen Universitetində, əsas bina isə Slotsxolmen adasındadır.
Danimarkanın 2-ci böyük şəhəri Orxusda fəaliyyət göstərən Dövlət Kitabxanası 1902-ci ildə təşkil edilmişdir. Öz profilinə görə Dövlət Kitabxanası universal xaraktere malikdir. XX əsrin 60-cı illərində onun fondunda çox diqqətlə seçilmiş 760 mindən artıq kitab və musiqi əsərləri toplanmışdır. 1930-cu ildə Orxusda universitet təşkil olunarkən Dövlət Kitabxanasına əlavə bir vəzifə olaraq bu təhsil ocağının kollektivinə xidmət göstərməsi də tapşırılmışdır.

Rusiya Dövlət Kitabxanası: Moskva şəhərində yerləşən Vladimir İliç Lenin adına Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. Kitabxanaya hər gün orta hesabla 4000 ziyarətçi gəlir, 200 nəfər yeni oxucu üzv yazılır. Kitabxananın virtual oxu zalları fəaliyyət göstərir. 1992-ci ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb. Kitabxananın ayrı-ayrı fondları Moskvanın müxtəlif yerlərində yerləşir.

Azərbaycanda elektron kitabxanaların mövcud durumu necədir?

1971-ci ildə amerikalı professor Maykl Hart “Qutenberq layihəsi” adlı ilk elektron kitabxananın əsasını qoydu.

APA-nın məlumatına görə, layihə Amerika üçün milyonlarla dollara başa gəlsə də, sonralar bütün dünyada məhz Amerika təcrübəsinin uğurla tətbiq olunması ölkə büdcəsinə çəkilən xərclərdən dəfələrlə artıq vəsait qazandırdı.

1992-94-cü illərdə ABŞ və Avropada ilk dəfə elmi əsaslar üzərində elektron kitabxanaların yaradılması işinin ardınca, Rusiyada alternativ kitabxanalar meydana gəldi.

Azərbaycanda ilk elektron kitabxana yaratmaq təşəbbüsləri 1980-ci illərin sonlarına təsadüf edir. Bu işə musiqi alətlərinin elektron kitabxanasının yaradılması ilə start verildi. Sahənin kompleks inkişafı isə son on ilə təsadüf edir. Azərbaycanda “Anl.az”, “Preslib.az”, “Kitabxana.net”, “Kitab.az” və s. kimi elektron kitablar təklif edən saytlar fəaliyyət göstərsə də, mütəxəssislərin fikrincə, onların hazırkı fəaliyyəti qənaətbəxş deyil. Məsələn, Türkiyə, Rusiya, ABŞ kimi ölkələrdə fəaliyyət göstərən “Amazon.com”, “Lit.ru”, “Epubkitap.com” və s. kimi kommersiya tipli e-kitabxanalar fəaliyyətindən dövlət büdcəsinə vergi ödəsələr də, Azərbaycan təcrübəsində, necə deyərlər, bu haqda danışmağa dəyməz.

Xəlil İsmayılov: “Köhnə ittifaq respublikalarının çoxunda vəziyyət bizdən daha yaxşıdır”

Bakı Dövlət Universiteti Kitabxanaçılıq-İnformasiya fakültəsinin “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının müdiri, professor Xəlil İsmayılovun fikrincə, e-kitabxananın yaradılması istiqamətində müəyyən başlanğıc olsa da, bu, “Azərbaycanda elektron kitabxana var” deməyə əsas vermir: “Heç bir oxucunun bu gün evində oturub elektron kitabxanadan material götürmək imkanı yoxdur. Proqramlar və kitabların elektron versiyaları hazırlansa da, işlər çox aşağı səviyyədə, hətta yox dərəcəsindədir. Düzdür, bu problemləri dilə gətirmək çox adamın xoşuna gəlmir, amma bir həqiqət var: elektron kitabxana işində bizim vəziyyətimiz xarici ölkələrlə müqayisə olunmaz səviyyədədir. Dövlət tərəfindən Azərbaycanda kitabxana işinin yaxşılaşdırılması istiqamətində böyük addımlar atılıb. Məsələn, “Kitabxana işinin yaxşılaşdırılması haqqında” prezidentin fərmanları var, ali məktəblər elektron kitabxanalarını yaratmaq üçün çalışırlar və s. Amma bu istiqamətlərdə problemlərin aradan qaldırılması üçün ilk növbədə dünya təcrübəsi ciddi şəkildə öyrənilməlidir. İdarə və müəssisələr haqqında mənim konkret fikir söyləməyim yaxşı çıxmaz, fakt budur ki, bizim görməli olduğumuz işlər çoxdur. Məsələn, Litva bu işlərdə bizdən xeyli irəlidədir. Axşam kitab sifariş versən, səhər öz rəfində həmin kitabı görəcəksən. İstəsən, hansısa səhifəsini çıxar, istəsən, tam olaraq elektron versiyasını əldə et. Bu cür texnoloji proses Azərbaycanda yoxdur”.

Professor X.İsmayılov əlavə edib ki, bu sahədə olan pərakəndəlik ardıcıl iş aparmağa imkan vermir. Onun fikrincə, aidiyyəti nazirliklər güc tətbiq etməli, mütəxəssislər cəlb olunmalıdır: “Azərbaycanda 4500-dən yuxarı dövlət kitabxana şəbəkələri var. Təxminən bu qədər də məktəb kitabxanaları mövcuddur. Nazirliklər güc tətbiq etməli, vəsait sərf etməlidir ki, problemlər aradan qaldırılsın. Bilirsiniz, vəsait sərf olunmadan bu işləri görmək mümkün deyil. Məsələn, ABŞ-ın bir sıra təşkilatları, səfirlik on rayonda informasiya mərkəzi yaradıb. Amma həmin mərkəzlərdə də iş getmir. Yəni koordinasiya yoxdur, korporativ kitabxana sistemi yaradılmır, mütəxəssis rəyi öyrənilmir. Milli Kitabxanadan, Prezidentin Kitabxanasından, Bakı Dövlət Universitetinin kitabxanasından hansı işlərin görülməsi haqqında hesabat alınmır. Qonşu Gürcüstanda, yaxud keçmiş sovet respublikalarının çoxunda vəziyyət bizdən daha yaxşıdır”.

Dövlət kitabxanaları ilə nəşriyyatların “20 qəpiklik disk” söhbəti.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov hesab edir ki, nəşriyyatlar çap etdikləri kitabların elektron variantını Milli Kitabxanaya göndərmədiyi üçün bu sahənin inkişafı, şəbəkənin genişlənməsi sual altına düşür: “Elektron kitabxana sahəsində ən böyük problem müəllif hüquqları məsələsidir. Bu problem bütün dünyada mövcuddur. Türkiyənin Milli Kitabxanası nəşriyyatda çap olunan kitabın elektron variantını diskdə məcburi nüsxə kimi hazır alır. Amma biz məcbur oluruq kitabları sonradan skanerdən keçirib elektron versiyasını hazırlayaq. Ona görə də Milli Məclisə müraciət edib bildirmişik ki, “Kitabxana işi haqqında” qanuna düzəliş edilsin ki, nəşriyyatlar çap etdikləri kitabların elektron variantını Milli Kitabxanaya məcburi göndərsinlər. Nəşriyyatların hansısa kitabın elektron variantını 20 qəpiklik diskə yazıb göndərməsi çətin iş deyil. Biz isə həmin kitabın hazırlanmasına həftələrlə vaxt sərf edirik. Düşünürəm ki, Milli Məclis bu məsələni müsbət həll edəcək. Bu, bütün dünyada qəbul olunan formatdır. Təəssüf ki, bizdə bu problemlər mövcuddur. Milli Kitabxananın elektron kitabxanasında 1,5 milyondan artıq informasiya resursu var. Biz Milli Kitabxanaya daxil olan kitabların elektron versiyasını yaradıb lokal şəbəkədə yerləşdiririk. Arxiv fondunda olan materialların tam şəkildə elektron kitabxanasını yaratmışıq. Hətta qəzetlərin elektron versiyalarını yaradırıq. Məsələn, “Azərbaycan”, “Kommunist”, “Ədəbiyyat qəzeti”, hətta ötən əsrin əvvəllərində çap olunan “Əkinçi”, “İrşad”, “Həyat” qəzetlərinin elektron versiyalarını hazırlayırıq”.

Kərim Tahirov: “Mexanizm yaratmalıyıq ki, insanlar “dövlət kitabxanası pulla kitab satır” kimi fikirlərə düşməsinlər”.

K.Tahirovun fikrincə, e-kitabxana resurslarını yaratmaq üçün geniş texniki imkanlara, külli miqdarda vəsaitə ehtiyac yoxdur. O, bu sahədə yaranan problemlərin əsas səbəbini ümumi prosesin gec başlaması ilə əlaqələndirir: “2012-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihə həyata keçirdik. Həmin layihəyə uyğun olaraq kitabxanada bütün proseslərin avtomatlaşdırılması baş tutdu. Mədəniyyət və Turizm Nazirliyinin regionlardakı kitabxanalarını vahid sistemə qoşacağıq. Rayon kitabxanaları bu sistem vasitəsilə istədiyi kitabı götürüb oxuculara təqdim edəcəklər. Bu ildən etibarın işə başlanacaq. Düşünmürəm ki, Azərbaycanda elektron kitabxana sistemini yaratmaq üçün külli miqdarda vəsait lazımdır. Sadəcə, ixtisaslı kadrlara ehtiyac var. Hesab edirəm, Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-İnformasiya” fakültəsi də kadr hazırlığını bu istiqamətə yönəltməlidir.

Təəssüf ki, ixtisaslı kitabxanaçı kadrlar bu işləri bilmirlər. Fakültəni bitirən tələbələr gəlib bizim kitabxanada təcrübə keçir, öyrənirlər. İki-üç ildən sonra onlar püxtələşir və bu işləri həmin kadrların köməkliyi ilə həyata keçiririk. Kimsə deyirsə ki, biz elektron kitabxana məsələsində qonşu ölkələrdən geri qalırıq, belə deyil. Bu gün kitabxanaya daxil olan kitabın elektron variantını yaradırıqsa, bu geri qalmaqdır? Sadəcə, biz bu işlərə gec başlamışıq. Azərbaycanda “Kitabxana.az” və “Kitab.az” saytları var. Amma onların bazaları qənaətbəxş deyil. Vahid baza olmalıdır və bu işi biz görməliyik. Özəl təşkilatların elektron kitabxana yaradıb kitab satmaqla ondan gəlir mənbəyi kimi istifadə etməsi bizim təcrübəmizdə yoxdur. Daha doğrusu, bizim oxucularımız buna hələlik psixoloji hazır deyillər. Məsələn, 3-4 il əvvəl Milli Kitabxanada pullu xidmətlə bağlı layihə həyata keçirmək istədik, amma cəmiyyətdə mənfi rezonans yarandığına görə, ondan imtina etdik. Bu saat cəmiyyət buna hazır deyil. Qəzetlər yazdı ki, kitabxana pullu olacaq-filan. Bizim heç vaxt belə fikrimiz olmayıb. Gec-tez, bu məsələlərə yenidən qayıdacağıq. Sadəcə, bu gün onun mexanizmini yaratmalıyıq ki, insanlar “dövlət kitabxanası pulla kitab satır” kimi fikirlərə düşməsinlər”.

Azərbaycanda müstəqil e-kitabxanadan pul qazanmaq mümkündürmü?

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu dövlət kitabxanaları ilə özəl nəşriyyatların işgüzar münasibətindən narazıdır. Naşir düşünür ki, dövlət kitabxanaları müstəqil nəşriyyatların çap etdiyi məhsulları razılıq olmadan elektron bazalarında yerləşdirə bilməz: “Dövlət kitab xidmətini pulsuz elan etsə də, bu o demək deyil ki, mənim kitablarımdan pulsuz istifadə olunmasına şərait yaratmalıdır. Dövlət kitabı özəl nəşriyyatdan alandan sonra onu insanların istifadəsinə verməlidir. Amma bu cür olmur. Dövlət kitabxanası kitabları götürüb skanerdən keçirir, kitabxanaya yerləşdirir və bunun əvəzində mənə pul ödəmir. Bizim bu kimi hallarla mübarizə aparmaq imkanımız yoxdur. Dövlət kitabxanalarında oturuşmamış çox problemlər var. Kitabxanaların arasında ən çox kolleksiyası, şəraiti olan Milli Kitabxanadır. Bu kitabxanada sanballı arxiv var və həqiqətən insanlar bundan istifadə edirlər. Amma eyni amanda Milli Kitabxanada çatışmayan xeyli qüsurlar var. Fonddan istifadə şəraitinin yaranmasından tutmuş, digər məsələlərə qədər. Azərbaycanda “Kitabxana işi haqqında” qanun mövcud olsa da, biz onun real həyatda tətbiqini görmürük. O mənada ki, alternativ kitabxanalar yoxdur. Bu tip kitabxanalar dəstəklənməlidir. Məsələn, Gənclər Fondu, Mədəniyyət Fondu fəaliyyət göstərir. Bəlkə bu fondlar bundan sonra bu cür kitabxanaların yaranmasına köməklik edəcəklər. Dünyanın hər yerində alternativ kitabxanalar var. Tutalım, mən Niderlandda alternativ kitabxananın fəaliyyətindən istifadə etmişəm. Biz nəşriyyat olaraq kitablarımızın elektron kitabxanaya yerləşdirilib ondan pulsuz istifadə edilməsinin əleyhinəyik. Məsələn, Kitabxana.net portalı türkcə pirat kitabları götürüb onları istifadəyə verir. Yaxud bizim kitablardan bir neçəsini yerləşdirmişdilər, danışıq apardıq, aradan qaldırıldı. Müəllifin, yaxud nəşriyyatın icazəsi olmadan kitabları elektron şəbəkəyə yerləşdirmək yolverilməzdir. Bu, o zaman mümkündür ki, aramızda anlaşma olsun. Yəni bu işlər oğurluq yox, düzgün yolla olmalıdır”.

Ş.Xuduoğlu kommersiya tipli e-kitabxanaların yaradılmasını, ondan gəlir əldə edilməsini mümkün hesab etmir: “Bizdə müəyyən arxiv var və bəlkə gələcəkdə müstəqil elektron kitabxana yaratmaq fikrimiz oldu. Gəlir perspektivləri olmadığı üçün hazırda müstəqil elektron kitabxana yaradıb ondan pul qazanmaq mümkün deyil. Nəinki pul qazanmaq, hətta işçi saxlamaq da imkansızdır. Bu sahə inkişaf etməyib və inanmıram ki, yaxın vaxtlarda işlək, perspektivi olan sahəyə çevrilsin. Deyək ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız kitab oxumaq üçün e-kitabxanalardan istifadə edəcəklər-filan, bu xəyallara düşmək əbəsdir. Hələ mən görməmişəm ki, dünya azərbaycanlılarından kimsə kitab sifariş etsin. Mənim nəşriyyatçılıq təcrübəm dövrümdə bir dəfə Belçikadan gələn azərbaycanlı uşaqları üçün yeddi nüsxə kitab ayrılsa da, heç biri alınmadı”.

Aydın Xan: “Azərbaycanda e-kitabxanaların yaradılması üçün ayrılan vəsaitin çox hissəsi vergiyə və əmək haqqına sərf olunur”

“Kitabxana.net” e-kitabxanasının rəhbəri, kulturoloq Aydın Xan Əbilov qonşu ölkələrin təcrübəsində yaradılan müstəqil e-kitabxanalara ayrılan maliyyə vəsaitinə diqqət çəkib. O, qeyd edib ki, inkişaf etmiş qabaqcıl ölkələrdə bu tip kitabxanaların yaradılması prioritet sahədir: “Qonşu ölkələrdə – məsələn, Rusiya və Türkiyədə 30-40 min elektron kitabxana olduğu halda, Azərbaycanda normal elektron kitabxana sayıla biləcək ona qədər kitabxananı göstərə bilərik. Təəssüf ki, Azərbaycanda bu proses çox ləng gedir. Vaxtilə dövlət bununla bağlı proqramlar işləyirdi. 2013-cü il İKT ili elan olunandan sonra dövlət proqramlarının bir çox bölümləri həyata keçirildi. Kitabxana.net olaraq biz son üç ildə 600-dən çox yeni kitab hazırlayıb internet istifadəçilərinin ixtiyarına vermişik. Azərbaycanda bu prosesin ləng aparılmasının bir sıra səbəbləri var. Məsələn, bizim kadr və maliyyə bazamız çox zəifdir. Bu işləri həyata keçirmək üçün dövlətin xüsusi proqramı olmalıdır. Bu, iki üç-nəfərin fədakarlığı ilə həyata keçirilən iş deyil. Bizdə elektron kitabların sayı həddən artıq azdır. Ona görə tələbələr və şagirdlər ingilis, rus və türk dilli saytlardan kitablar oxuyur. Əlbəttə, bu dillərdə kitab oxuyan adamlar azərbaycanlılıqdan çıxmış olur. Ya qloballaşır, ya da ingilisdilli, yaxud rusdilli kontingentin üzvünə çevrilir. Təklif edirik ki, bu işlərlə bağlı xüsusi dövlət proqramı olsun”.

A.Xan bildirib ki, qonşu Rusiyada prezident tərəfindən e-kitabxananın saxlanılması, şəbəkəsinin genişlənməsi üçün hər il 100 min avro məbləğində vəsait ayrılır: “Dünyanın hər yerində dövlət istər ictimai, istərsə də dövlət kitabxanalarına maliyyə köməkliyi edir. ABŞ, Avstraliya, Kanadada internetin inkişafı və onun bir hissəsi olan elektron kitabxanaların inkişafı ilə bağlı milyardlarla maliyyə vəsaitləri ayrılır. Məsələn, “Lit.ru” saytına Rusiya prezidenti tərəfindən hər il 100 min avro məbləğində birdəfəlik yardım edilir. Azərbaycanda isə bu sahəyə cüzi məbləğli layihələr ayrılır və vəsaitin çox hissəsi vergiyə, əmək haqqına sərf olunur. Elektron kitabların hazırlanması, onun biznes məhsulu olaraq istehsalı ilə bağlı Azərbaycanda da müəyyən proqramlar həyata keçirilməlidir. Çünki hər yeni yaranmış əsər intellektual mülkiyyətdir və o, müəllifə xeyir gətirməlidir”.

Yarı yolda qalan layihə.

E-kitabxanaların əsas komponentindən biri kimi qəzetlərin elektron variantının işlənib hazırlanması, bazasının yaradılması xüsusi önəm kəsb edən məsələdir. Bəs “divarsız” kitabxana hesab olunan e-kitabxanaların problemlərindən mətbuat tarixinə, qəzetlərə də pay düşürmü? Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya bildirib ki, Şuranın vaxtilə başladığı layihəni başa çatdırmaq mümkün olmayıb: “Biz Mətbuat Şurası olaraq qəzetlərin elektron variantının hazırlanması üçün kitabxanalarla birgə layihə başlamışdıq. Çox böyük layihə olduğu üçün təəssüf ki, başa çatdıra bilməmişik. Yəni hazırda layihə işlək vəziyyətdə deyil. Hazırda Mətbuat Şurası XIX əsrdən çap olunmağa başlayan qəzetlərin latın əlifbasına transliterasiya olunub elektron bazasının hazırlanması istiqamətində iş aparır. Məsələn, bizim təşəbbüsümüzlə “Ziya” qəzeti transliterasiya olunub. Bundan sonra “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Kəşkül”, “Həyat” qəzetlərinin elektron bazasını hazırlamaq istiqamətində iş aparılacaq. Daha sonra Sovet və müstəqillik dövründə çıxan qəzetlərin elektron bazasının hazırlanması məsələsinə baxıla bilər. Müasir dövrdə çıxan qəzetlərin əksəriyyətinin elektron versiyaları var, amma mənə elə gəlir ki, işə kompleks yanaşmaq lazımdır. Ona görə də Mətbuat Şurası məsələnin kökündən başlayıb. Bu təcrübə artıq dünya ölkələrində mövcuddur. Məsələn, Rusiyada, Ukraynada, Amerikada tarixən çıxan qəzetlərin elektron variantı işlənib hazırlanıb. Bu iş tələbələr və bu sahədə tədqiqat aparan mütəxəssislər üçün önəmli olur. Layihəni başa çatdırmaqdan ötrü ixtisaslı kadrlar, vaxt və maliyyə lazımdır. Amma məsələ təkcə yaratmaqdan getmir, bu bazanı qoruyub saxlamaq, onun mühafizəsini təşkil etmək daha vacibdir”.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Dünya kitabxanaları

Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Bu yazıda dünyanın müxtəlif şəhərlərində yerləşən tanınmış kitabxanaların bir neçəsi haqqında qısa söhbət açacağıq.

Kopenhagen Kral Kitabxanası
Kopenhagen Kral Kitabxanası Danimarkanın milli kitabxanası sayılır və Skandinaviya ölkələrində ən böyük kitab saxlancıdır. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb. İndiki rəsmi adı isə Danimarka Kral Kitabxanasıdır.

Rusiya Dövlət Kitabxanası
Moskva şəhərində yerləşən Vladimir İliç Lenin adına Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. Kitabxanaya hər gün orta hesabla 4000 ziyarətçi gəlir, 200 nəfər yeni oxucu üzv yazılır. Kitabxananın virtual oxu zalları fəaliyyət göstərir. 1992-ci ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb. Kitabxananın ayrı-ayrı fondları Moskvanın müxtəlif yerlərində yerləşir.

ABŞ Konqres Kitabxanası

Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ – 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır.
1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-da heç kimdə yox idi.
Konqres Kitabxanası dünyanın ən böyük kitabxanası hesab olunur. Onun fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir. Ümumi kitab fondu 142 milyondan çoxdur. Əlavə olaraq 32 milyondan çox digər çap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.

Comments are closed, but trackbacks and pingbacks are open.