Press "Enter" to skip to content

Investisiya Fəaliyyətinin Təşkili

“Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə əlaqədar müşavirədə dövlət şirkətləri haqqında söylədiyi tənqidi fikirləri əldə rəhbər tutaraq koorparativ idarəetmə sisteminin təkmilləşdirilməsi, effektiv bazar iqtisadiyyatı trendlərinə uyğun transformasiya, əməliyyat və investisya layihələrinin gəlirliyinin təmin olunması istiqamətində atdığımız addımları daha da sürətləndiririk”. “Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib. Onun sözlərinə görə, hələ bir müddət əvvəl “McKinsey” şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanıb və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək: “Strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur. Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir”. R.Abdullayev bildirib ki, “2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir: “Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsi ilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaqdır. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək biznesimizin dayanıqlığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik”. SOCAR prezidenti vurğulayıb ki, respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir: “Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq. İnanırıq ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

SOCAR yeni inkişaf strategiyasını hökumətə təqdim etməyə hazırlaşır

SOCAR yeni inkişaf strategiyasını hökumətə təqdim etməyə hazırlaşır “Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixində Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə əlaqədar müşavirədə dövlət şirkətləri haqqında söylədiyi tənqidi fikirləri əldə rəhbər tutaraq koorparativ idarəetmə s

19 Sentyabr , 2020 10:26

https://static.report.az/photo/12d51577-18bf-4f24-bd66-9b2e48c5f625.jpg

“Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə əlaqədar müşavirədə dövlət şirkətləri haqqında söylədiyi tənqidi fikirləri əldə rəhbər tutaraq koorparativ idarəetmə sisteminin təkmilləşdirilməsi, effektiv bazar iqtisadiyyatı trendlərinə uyğun transformasiya, əməliyyat və investisya layihələrinin gəlirliyinin təmin olunması istiqamətində atdığımız addımları daha da sürətləndiririk”. “Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib. Onun sözlərinə görə, hələ bir müddət əvvəl “McKinsey” şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanıb və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək: “Strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur. Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir”. R.Abdullayev bildirib ki, “2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir: “Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsi ilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaqdır. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək biznesimizin dayanıqlığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik”. SOCAR prezidenti vurğulayıb ki, respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir: “Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq. İnanırıq ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

Investisiya Fəaliyyətinin Təşkili

Azərbaycan iqtisadiyyatının inkişafı və yüksəlməsi əhəmiyyətli dərəcədə səmərəli investisiya fəaliyyətindən asılıdır. Uzunmüddətli dövrlərdə müəssisələrin səmərəli fəaliyyəti, onların yüksək inkişaf tempinin təminatı və rəqabət qabiliyyətinin yüksəldilməsi onların investisiya fəallığı və investisiya fəaliyyətinin diapazonu ilə təyin olunur. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan kompleks məsələlər investisiya strategiyasının əsaslandırılması, məqsədli yönəldilmiş real investisiyalaşdı- rılma və balanslaşdırılmış maliyyə investisiyaları portfelinin formalaşdırılmasmda səmərəli istiqamətlərin seçilməsində nəzəri və praktiki vərdişlər sahəsində dərin biliklər tələb edir. Yaxın perspektivdə investisiya siyasəti sənaye və kənd təsərrüfat istehsalı, elm və texnika, nəqliyyat, xarici iqtisadi əlaqələr sahəsində bütün səviyyələrdə idarəetmə sisteminin təkmilləşdirilməsi, istehsalın texnoloji strukturunun yaxşılaşdırılması, yüksək emal səviyyəli məhsulların payının artırılması, iqtisadiyyatın infrastrukturunun inkişafı, əmtəə, əmək və kapitalın azad hərəkəti sisteminin genişlənməsi əsasında investisiya fəaliyyətinin inkişafına istiqamətləndirilməlidir. Dövlətin maliyyə resurslarının məhdud olmasını nəzərə alaraq, onlar yüksək səmərəli innovasi- yalı layihələrə, xarici bazarlara çıxmaq qabiliyyətli məhsulların yaradılmasına, tez ödənilən, dayanıqlı, effektli, istehsalı stimullaşdıran layihələrin himayəsinə yönəldilməlidir. Qeyd etmək lazımdır ki, son illərdə investisiya layihələrinin maliyyələşdirilməsi daha çox qeyri-mərkəzləşdirilmiş mənbələr, daha az büdcə və büdcədənkənar vəsaitlər hesabına aparılır. Bazar iqtisadiyyatına keçid dövründə milli kapitalın yığımı xalq təsərrüfatının dövlət və özəl bölmələrinin qarşılıqlı əlaqəsi əsasında həyata keçirilmişdir. Mərkəzləşdirilmiş investisiya resursları əsasən özəl ölkə və xarici investisiyaların stimullaşdırılmasına istifadə edilərək, sosial və istehsal infrastrukturun lazımi inkişafını təmin etmişdir. Bu halda layihələrin birbaşa maliyyə himayəsi ilə yanaşı, dövlət müvafiq qanunvericilik və nonuativ aktların qəbulu və onlara düzəlişlər etmək yolu ilə investisiyalar üçün əlverişli investisiya mühitini təmin etmişdir. İnvestisiya layihələrinin maliyyələşdirilməsi çərçivəsində dövlət tənzimlənməsinin aparılması ilə həyata keçirilmiş ayrı-ayrı investorlara müəyyən güzəştlər edilmişdir. Müəssisələrin idarə edilməsinin investisiya fəaliyyəti funksional sistemi ilə həll olunan məsələlərin dairəsi kifayət dərəcədə genişdir. Çünki, investisiya qərarları müəssisələrin bütün əsas fəaliyyət növləri və onun həyat dövrü ilə sıx bağlıdır. İnvestisiya fəaliyyəti müəssisənin missiyası və strategiyasının realizə olunmasına yönəldilmiş, onun perspektiv təşkilatı strukturu və investisiya mədəniyyətini formalaşdırır. Son illərdə bu iqtisadi biliklər istiqaməti çox dinamik inkişaf edir. Əlverişli investisiya mühitinin formalaşması, investisiya bazarının seqmentləşdirilməsinin dərinləşməsi, investisiya əmtəələri və texnologiyalarının genişlənməsi, eləcə də müəssisələrin in- vestişiya imkanlarının artması investisiya menecerlərinə strateji və operativ investisiya qərarları qəbul etmək üçün geniş fəaliyyət sahəsi təqdim edir. Bazar şəraitində investisiya fəaliyyətinin müasir prinsiplərini, mexanizmlərini və metodlarını bilmək və onlardan praktiki istifadə etmək müəssisələrin keyfiyyətcə yeni iqtisadi inkişaf mərhələsinə keçməsinə imkan yaradacaqdır. Bazar münasibətlərinin və təsərrüfatçılıq metodlarının inkişafı, müəssisələrin investisiya fəallığının artırılmasını tələb edir. Ona görə də dövlət maliyyələşdirilməsi ilə yanaşı, dövlət və özəl bölmə müəssisələrinin xüsusi vəsaitləri investisiyaların mühüm mənbəyinə çevrilməlidir. Maliyyə alətləri investisiyaların ölkə iqtisadiyyatına yönəldilməsi probleminin həllini stimullaşdırma lıdır. Bu isə ən çox qiymətli kağızlar bazarının yaradılmasından asılıdır. Onun inkişafı isə inflyasiya proseslərinin qarşısının alınması və istehsalın stabilləşdirilməsi halında mümkündür. Bütün yuxarıda qeyd olunanlan nəzərə alaraq “İnvestisiya fəaliyyətinin təşkili” fənnində investisiyanın iqtisadi mahiyyəti və təsnifatı, əsash tikintinin investisiya prosesində rolu, investisiyaların idarə edilməsinin əsasları, müəssisənin investisiya strategiyası, real və maliyyə investisiyalarının idarə edilməsinin əsasları geniş şərh olunmuşdur. Dərslikdə investisiya layihələrinin təsnifatı, tərtibinə tələblər, iqtisadi səmərəliliyi və realizə olunmasının idarə edilməsi məsələlərinə xüsusi diqqət verilmişdir. Dərsliyin tərtibində müəssisələrin investisiya strategiyası, real və maliyyə investisiyalarının idarə edilməsi, maliyyə resurslarının formalaşması məsələlərinin işlənməsində ölkə və xarici ölkələrin müasir dövrdə təcrübələrindən, mövcud iqtisadi ədəbiyyatlardan geniş istifadə olunmuşdur. Dərslik müvafiq kursun tələbələri tərəfindən dərindən mənimsənilməsinə kömək göstərəcəkdir.

Yükləməyə Keç [1,22 Mb] [ : 728] –>

Bazar analizi (marketing analysis)

İnvestisiyaların hazırlanmasında ilk addım ölkə daxili və xarici bazarların analiz edilməsidir. Bu analiz mərhələsi böyük bir vaxt tələb edir. Qurulacaq müəssisənin böyük və kiçikliyi nəzərə alınaraq, müxtəlif müddətli bazar analizi aparılır. Əlində müəyyən bir kapitala sahib olan şəxs, hər hansı bir məqsədlə investisiyaya getmək istəyirsə (xüsusilə uzunmüddətli investisiya) planlı və diqqətli bir şəkildə bazar mühitini araşdırmalıdır. Çünki, müasir dövr dinamik və böyük təsirə malik olan bir dövrdür. Siyasi amillərin ön planda olması hər bir fəaliyyətə ciddi yanaşmağı tələb edir.
1. ALICI (MÜŞTƏRİ) ANALİZİ
Kapital qoyuluşunda hazırlanmış layihələrdə əsas məqsəd alıcıya sahib olmaqdır. Alıcı hazırlanacaq layihənin əsas hərəkət nöqtəsidir. Deyildiyi kimi, alıcı «Kraldır». Bütün bunları nəzərə alaraq, istər sözlü istərsə də anketlə olsun, alıcıya görə analizin aparılması lazımdır:
a) ALICI EHTİYACLARI
Bazar analizində əsas məqsəd, alıcı ehtiyaclarının müəyyən edilməsidir. İstehsal ediləcək məhsulun potensial saydakı alıcısı dəqiqləşdirilməlidir. Bunun üçün ilk növbədə məhsulun ortaya çıxaracağı ehtiyac səviyyəsi bəlli olmalıdır. «Alıcı nə üçün məhsulumuzu alacaq?» və ya «Məhsulumuz alıcının hansı ehtiyacını təmin edəcək?» suallarına cavab tapılmalıdır. Məhsula olan ehtiyaclar fizioloji, sosioloji və psixoloji amillərdən asılıdır. Bu amillər alıcıda məhsula olan ehtiyacların yaranmasına səbəb olur. Ehtiyaclar gizli də ola bilər. Bunun üçün bu ehtiyacları üzə çıxaran fərqli təsiredici amillərin olması lazımdır. Ehtiyacların bəlli olmasından sonra, bu ehtiyacların bazar tərəfindən təmin edilməsi lazımdır. Bazar analizində birinci ehtiyaclar müəyyənləşdirilməli ikinci isə bazarın təminatı analiz edilməlidir.
b) BAZARIN BÖLÜMLƏNDİRİLMƏSİ
Bazarın yeri (bazarın yeni və ya köhnə olması aydınlaşdırılmalıdır), istehsal ediləcək məhsulun hansı alıcılar tərəfindən istifadə ediləcəyi (dövlət, özəl müəssisələr, cəmiyyətin hansı təbəqələri), yerli və xarici vətəndaşlara məxsus olan bazarlar, bazara təsir edən amillər (ekoloji, sosial, iqtisadi, demoqrafik və s.) müəyyənləşdirilməlidir.
c) SATIN ALMA PROSESİ
Alıcılar istehsal ediləcək məhsulu, nə zaman, harada, necə və nə cür alacaqlar. Ölkə daxili və xarici alıcıların analizi geniş bir şəkildə aparılmalıdır. Məhsulu alan şəxslər ilə müəssisələrin satın alma gücləri, maliyyə vəziyyətləri, şəxslərin hansı təbəqəyə aid olmaları kimi məsələlər keçmiş, indiki və gələcəyə görə analiz edilməlidir.
2. RƏQABƏT ŞƏRAİTİNİN ANALİZİ
Bazarın idarə edilməsindəki vəziyyət (monopol, oliqapol), rəqabətin əsas şərtləri (qiymət, keyfiyyət, məhsul növünün çoxluğu, marka, reklam fəaliyyəti və s.), topdançı, pərakəndəçi və müştəriyə olan servis, məhsulun ömrü nəzərə alınmalıdır. «Rəqabətlə bağlı problemlərin tədqiqi zamanı yalnız real mövcud olan rəqibləri deyil, potensial rəqibləri də üzə çıxarmaq, onların istehsal və maliyyə imkanları, əks reaksiya vermək bacarıqları, satış, qiymət və kommunikasiya strategiyaları haqqında sistemləşdirilmiş məlumatlan əldə etmək tələb olunur.

3. BAZAR BOYÜKLÜYÜNÜN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
»Bazarda məhsula olan tələbatın təxmin edilməsi üçün bir çox metodlar mövcuddur və bunlar makro və mikro iqtisadi baxımdan, aşağıdakı mərhələlərə bölünürlər:
Makro iqtisadi:
a) Ekonometrik modellər,
b) Barometrik (indeks) metod,
c) Şifahi metod,
d) Giriş-Çıxış (input-output) modeli
Mikro iqtisadi:
a) xammal və məhsula görə,
b) iş-gücü ehtiyatına görə,
c) texnoloji amillərə görə
Həm makro həm də mikro iqtisadi baxımdan istifadə edilən metodlarda aşağıdakı hesablamadan istifadə edilir:
a) Təcrübə və düşüncə xarakterli tələb təxmini (DELPHİ metodu, Ortaq fikir mübadiləsi, idarəçi fikri),
b) Sadə riyazi-şifahi modellər (Box-Jenkins metodu, Parçalara ayırma),
c) Riyazi modellər (Sadə və mürəkkəb Reqressiya metodu, Korrelyasiya hesablaması),
d) Zamana görə tələb təxmini (Zaman aralığı, Trend analizi, Hərəkətli ortalama, Trend nisbəti, Mövsümi dalğalanmalar).
4. PLANIN HAZIRLANMASI
Plan müəyyən edilərkən, qəbul edilmiş bazar strategiyası göstərilməli, qiymətqoyma siyasəti ilə məhsulun dizaynı, paylanması, yerinin müəyyənləşdirilməsi, alıcıya çatdırılması, satışın həvəsləndirilməsi və kommunikasiya prosesinin həyata keçirilməsi üzrə tədbirlər göstərilməlidir.
Bütün informasiyalar sənəd şəklində toplanaraq, sistemli bir şəkildə yenidən qiymətləndirilməli və növbəti mərhələyə keçilməlidir.
Aşağıda bazar analizinə aid bəzi şərtlər verilir;
a) Bazar analizi böyük diqqət və vaxt tələb edir. Analizi uzun müddətə başa gələ bilər. Analiz vaxtının qısa və ya uzun olması investisiya həcminin böyüklüyünə, fəaliyyət növünə və qarşıya qoyulan məqsədə bağlıdır. Analizdəki müvəffəqiyyət, cəlb edilən mütəxəssislərdən və onların peşəkarlığından çox asılıdır.
b) Bazar analizində yuxarıdakı 8 mərhələnin hər biri müsbət nəticə verməlidir. Onların birində problem olarsa, o zaman analiz dayandırılır və növbəti mərhələyə keçilmir. Problem həll olmayınca heç bir qərar qəbul edilmir. Çünki, yanlış qərar böyük ziyana səbəb ola bilər.
Bazar analizi, ölkə daxili və xarici bazarlara görə də aparılmalıdır. İstehsal ediləcək məhsulun, xarici bazarlara çıxmasından dolayı (uzun müddətli investisiya qoyuluşunda xarici bazarlar mütləq analiz edilməlidir) xarici ölkə bazarları da araşdırılmalıdır.
Müəllif İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov

  • Teqlər:
  • bazar araşdırması
  • , bazar tədqiqi

Comments are closed, but trackbacks and pingbacks are open.