Press "Enter" to skip to content

Ingilis dili lüğti tqdk

– Your grade is below average. (Qiymətlərin ortalamanın aşağısındadı .)

Ingilis dili lüğti tqdk

İxtisas iki dil arasında tərcümə işini öyrənir. Verbal ünsiyyətin formasına görə tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri də mövcuddur.

  • Ardıcıl tərcümə – tərcüməçi danışanın nitqinə bir neçə dəqiqə qulaq asır, qeydlər götürür, sonra isə həmin hissəni tərcümə edir.
  • Sinxron tərcümə – tərcüməçi onun üçün nəzərdə tutulmuş köşkdə oturaraq, qulaqcıq vasitəsilə natiqi dinləyir və eyni zamanda tərcümə mətnini qarşısındakı mikrofona danışır.
  • Pıçıltı ilə tərcümə – sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirdikdə tərcüməçi köşkündə yox, öz müştərisinin yanında duraraq danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır.

İxtisasın tarixi

Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. İlk yazılı tərcümə nümunələrinə qədim Misirdə rast gəlinmişdir. Qədim Şumer eposu Gilqamışdan bəzi parçaların bir neçə asiya dillərinə tərcümələri tapılmışdır. Şifahi tərcümənin tarixi isə yəqin ki, yazılı tərcümədən daha qədimdir.

Azərbaycanda tərcümə işi orta əsrlərdə dini ədəbiyyatın tərcüməsindən başlamışdır. Rus istilasına məruz qalandan və Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmişdir. Hazırda Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən “Tərcümə”kafedrası 1966-cı ildə yaranmış və onun ilk müdiri İsmixan Rəhimov olmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Yazılı tərcüməçi terminologiyanı bilməli və dünya bilgisinə (world knowledge, background knowledge) malik olmalıdır. Eyni xüsusiyyətləri dilmanc (şifahi tərcüməçi) da bilməlidir, lakin o, tərcüməçiyə nisbətən daha çevik olmalıdır, çünki dilmancın fikirləşməyə zamanı azdır. Bütün bunlardan əlavə, sinxron tərcümənin öz qanunları vardır ki, onlar tərcümənin qızıl qanunları (golden rules) adlanır. Dilmancın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • ➝ Konfrans salonunda oturanlar və natiqlər arasında ünsiyyəti təmin etməlidir;
  • ➝Texniki vasitələrdən maksimum istifadə etməlidir;
  • ➝ Natiq və zaldakıların onu yaxşı eşitdiyinə əmin olmalıdır;
  • ➝ Eşitmədiyi, yaxud pis eşitdiyi nəyisə tərcümə etməməlidir;
  • ➝ Diqqətini maksimum cəmləməlidir;
  • ➝ Bilmədiyi ayrı-ayrı sözlərə vaxt ayırmaqla diqqətini əsas məsələdən yayındırmamalıdır;
  • ➝ Diqqətini dəqiq bölərək, həm yaxşı dinləməyi, həm də tərcüməsinə nəzarət etməyi bacarmalıdır;
  • ➝ Mümkün qədər sadə, qısa cümlələr işlətməlidir;
  • ➝ Hər bir cümlə müəyyən bir fikri ifadə etməli, tamamlanmış olmalıdır;
  • ➝ SDL Trados Studio və ya MemoQ kimi tərcümə alətlərindən istifadə ehtiyac olduqda istifadə etməlidir;
  • ➝ Cümlələri məntiqi səsləndirməlidir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Azərbycan Kooperasiya Universiteti
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Qərb Universiteti
  • ➝ “Naxçıvan” Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ “Odlar Yurdu” Universiteti

Qeyd: Yalnız Kooperasiya Universitetində bu ixtisas həm əyani, həm də qiyabi şəkildə tədris olunur. Digər universitetlərdə isə yalnız əyani şəkildə tədris olunur.

Bu ixtisas üzrə dövlət sifarişi ilə təhsil almaq isə Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti və Xəzər Universitetində mümkündür. Digərlərində isə bu imkan yoxdur.

Bu ixtisas üzrə harada çalışmaq olar?

Bu ixtisas üzrə məzun olanlar aşağıdakı sahələrdə tərcüməçi kimi fəaliyyət göstərə bilərlər:

  • ➝ Dövlət orqanları;
  • ➝ Müxtəlif tipli yerli və beynəlxalq təşkilatlar;
  • ➝ Səfirliklər;
  • ➝ Xarici şirkətlər;
  • ➝ İxtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İxtisas bilikləri mükəmməl olmalı;
  • ➝ Söz bazası olduqca geniş olmalı;
  • ➝ Sinxron tərcümə üçün sürətli düşünmək və analiz etmək qabiliyyəti olmalı;
  • ➝ Bədii tərcümə üçün mükəmməl təsvir qabiliyyəti olmalı;
  • ➝ Müxtəlif sahələrdə çalışmaq üçün həmin sahələrə aid texniki biliklərə malik olmalı;
  • ➝ Həm doğma dilinin, həm də xarici dilin çalarlarını bilməli;
  • ➝ Müxtəlif mədəniyyətlər haqqında məlumatlara sahib olmalı;
  • ➝ Fon bilikləri;
  • ➝ Vaxtın düzgün idarə olunmasına nəzarət etməli;
  • ➝ Kompüter biliklərinə yiyələnməli;
  • ➝ Yazılı və şifahi nitq qabiliyyətinı formalaşdırmalı;
  • ➝ Yaradıcı təfəkkürə sahib olmalı;
  • ➝ Həm məxəz, həm də hədəf dili mükəmməl bilməli;
  • ➝ Müşahidə bacarığına malik olmalıdır.

İxtisasın gələcəyi

Son zamanlar maşın tərcüməsi ətrafında çoxlu səs-küy müşahidə olunur. Həqiqət isə ondan ibarətdir ki, ixtisaslı insanlar tərəfindən yerinə yetirilən tərcümə ən yaxşı maşın tərcüməsini üstələməkdə davam edir və çox güman ki, bu hələ uzun müddət, bəlkə də həmişə belə olacaqdır. Bugünkü gündə, demək olar ki, hər kəs istər kompüter, istərsə də mobil telefonların köməyilə maşın tərcüməçi proqramlarından istifadə edə bilir, lakin maşın tərcüməçi proqramlarının nə qədər qabaqcıl olmalarından asılı olmayaraq, insan əməyi ilə tərcümə ən yaxşı seçim qalmaqda davam edəcəkdir. Çünki maşın tərcüməçi proqramları insanların linqvistik incəliklərini tərcümə edə bilmir və yaxın gələcəkdə də bunu mümkün görünmür.

Əmək haqqı

  • ➝ Yazılı tərcümə: 1səhifə 5 AZN-dən artıq olmur;
  • ➝ Ardıcıl (şifahi) tərcümə: 3-4 saatı (tədbirlərin ortalama müddəti) 50-100 AZN;
  • ➝ Sinxron tərcümə: 1 günü 300-600 AZN.
  • ➝ Ümumilikdə isə əmək haqqı şirkətlərə əsasən dəyişir.

Prepositions – Sözönləri

Azərbaycan türkçəsində sözlərin sonuna gətirdiyimiz və hərəkətimizə (xəbər vəya fel) məna olaraq yer, yön ( istiqamət) və fərqli xüsusiyyətlər qazandıran əlavəliklər olan ədatlar ( sözönləri) , İngilis dilində prepositions olaraq adlandırılmaqdadır.

Ən vacib fərq, Azərbaycan türkçəsində sonda gələn bu əlavəliklər İngilis dilində isimlərin əvvəlinə gəlməsidir. Məsələn

Azərbaycan türkçəsində “ bağçada ” sözünə nəzər yetirsək, burada əvvəlcə bağça ismi və ardından – da ədatı ( sözönü) istifadə olunur. Ancaq İngilis dilində əvvəlcə in preposition’ı və daha sonra garden ismi sıralanaraq in garden olaraq əmələ gəlir.

İngilis dilində ən çox istifadə olunan sözönlərini izahlandıracaq və nümunələr vermiş olsaq;

in: -də, –da, içində

  • in the train: qatarda
  • in my bag: çantamda, çantamın içində
  • in the restaurant: restoranda
  • in the fridge: soyuducuda, soyuducunun içində

in eyni zamanda illərdən , aylardan və əsrlərdən əvvəl istifadə olunur;

in sözönünün bir digər xüsusiyətidə də səhər , günorta və axşam zaman formalarını müəyyən edərkən istifadə olunmasıdır;

  • in the morning: səhər vaxtı (səhər vaxtı içində)
  • in the afternoon: günortadan sonra (günorta vaxtı içində)
  • in the evening: axşam vaxtı (axşam vaxtı içində)

in eyni zamanda müəyyən bir zaman dilimi içərisində müddət bildirərkən içində və sonra mənasında da istifadə olunur;

  • in two weeks: iki həftə içində, iki həftə sonra
  • in two hours: iki saat içində, iki saat sonra
  • in two months: iki ay içində, iki ay sonra

on : -də, -da, üzərində, üstündə

on sözönünün ilk mənası konkret olaraq üzərində, üstündədir . Çox zaman düz səthlərdən bəhsedərkən on ədatından (sözönü) daha çox istifadə edirik.

  • on the table: stolun üstündə
  • on the roof: damın üstündə
  • on Republic Street: Respublika küçəsində (küçənin üstündə)

on eyni zamanda günlərdən əvvəl gəlir;

  • on Monday: Bazar ezərtəsi
  • on 7th of May, 1992 (1992 ci ilin 7 Mayında, bu nümunə də il də olmasına baxmayaraq, vurgulanan zaman dilimi gün olduğu üçün on istifadə etməliyik.)
  • on my mother’s birthday: anamın doğum günündə

at : -də, -da

at sözönünün ən bilinən xüsusiyəti saatlardan əvvəl istifadə olunmasıdır;

Tam günorta vaxtı və gecə zaman dilimləri üçün at istifadə edirik;

  • at noon: günorta vaxtı
  • at night: gecə (gecə müddətində mənasında)

Müəyyən tətillərdən əvvəl at istifadə edirik;

to :-ə, -a

To sözönü İngilis dilin ən çox istifadə olunan sözönlərindən biridir. İstiqamət bildirir;

for : üçün, -dir, -dır

For sözönüsünün ilk mənası bir şey üçün ’dür ;

For ədatı müəyyən bir müddətdir, zamandır mənasındada istifadə olunur;

of : -(n)in, -(n)ın

of sözönü İngilis dilinin ən çox istifadə olunan sözönlərindəndir. Mənsubiyyətlilik bildirir;

  • colour of the house: evin rəngi
  • picture of my cat: pişiyimin rəsmi

of ədatı miqdar müəyyən edərkən ölçü vahidi və əşyanın arasına girir;

  • two bottles of milk: iki butulka süt
  • a piece of cake: bir parça tort

until : …qədər

until ədatı bir yerə qədər ya da bir zamana qədər mənasını verir;

  • until June: İyuna qədər
  • until 3 o’clock: saat 3’ə qədər
  • until the King Street: King Küçəsinə qədər
  • until last month: keçən aya qədər
  • until the evening: axşama qədər

under : altında

under sözönü həm konkret həm də mücərrəd olaraq altında mənasında istifadə olunur;

  • under the table: masanın altında
  • under pressure: təzyiq altında

with : ilə

  • with you: səninlə
  • with my friends: dostlarımla
  • with some support: biraz dəstək ilə

by : ilə, yanında, qədər

by birçox fərqli məna daşıyan bir sözönü olmasına baxmayaraq, funksiyası başa düşüldüyündə istifadəsi olduqca asandır.

By ədatının ilk mənası gələcəkdə bir zaman diliminə qədər ’dir;

  • by tomorrow: sabaha qədər
  • by this time next year: gələcək il bu zamana qədər (ən gec mənada.)

By ədatının bir digər mənası ilə’dir. Nəqliyyat vasitələr ilədə istifadə olunur.

By sözönü bir digər mənası yanında (n))dır.

  • by the door: qapının yanında
  • by your house: evinin oradan, evinin yanından
  • by the lake shore: göl kənarında

İngilis dilində sözönlərinin çox dəyişik formaları vardır. Bu səbəbdən sözönlərinin öyrənilməsi üçün mütləq nümunələr üzərindən işləmək lazımdır. Azərbaycancası bəzən fərqli olacağından Azərbaycan dilində izahlı İngliscə nümunələr üzərindən işləmək daha faydalı olar.

Yer bildirən sözönləri

• Across

– Her house is across the street. (Evi küçənin qarşısındadır )

– They live across the street from you. (Sizin qarşınızdakı küçədə yaşayırlar.)

• After

– The first street after the bridge is our street. (Körpüdən sonrakı ilk küçə bizimkidir.)

– Put a period after each sentence. (Hər cümlədən sonra bir boşluq qoyun.)

• Against

– His bicycle was leaning against the fence. (Velosipeti hasar a qarşı söykənirdi.)

– Don’t lean against the stove. (Soba ya qarşı söykənmə.)

• Among

– The house is among pine trees. (Ev şam ağaclarının arasında .)

– The letter might be among those papers. (Məktub bu kağızların arasında olabilər.)

• Around

– The shop is just around the corner. (Mağaza elə oradaca tinin çevrəsindədir ( ətrafında ).)

– Let’s take a walk around the park. (Gəlin parkın çevrəsində yürüyüş edək.)

• At

– She is at the store. (O mağaza da dır.)

– She is a student at a small university. (O, balaca bir universitet də tələbədir.)

• Before

– I have your assignment before me now. (İndi bu dəqiqə ev tapşırığın qarşımdadır .)

– In giving dates, place the month before the day. (görüş verərkən gündən əvvəl ayı yazın .)

• Behind

– The garage is behind the house. (Garaj evin arxasında .)

– There is something behind the tree. (Ağacın arxasında birşey var.)

• Below

– They live in the apartment below yours. (Onlar sizin mənzilin aşağısındakı mənzildə yaşıyırlar.)

– This land is below sea level. (Bu ərazi dəniz səviyyəsinin aşağısındadır .)

– Your grade is below average. (Qiymətlərin ortalamanın aşağısındadı .)

• Above

– This city is three thousand feet above sea level. (Bu şəhər dəniz səviyyəsindən üç min fit yuxarıda yerləşir.)

– Your name is above mine on the list. (Sənin adın siyahıda mənimkinin üstündədi .)

• Between

– His house is between the bank and the school. (Onun evi bankla məktəbin arasındadır .)

– Helen is sitting between Jack and Tom. (Helen Jack ilə Tom arasında oturur.)

• By

-• The matches are over there by the cigarettes. (Kibritlər orada siqaretlərin yanındadır .)

– That house by the lake is her dream house. (Gölün yanındakı bu ev onun xəyalındakı evdir.)

• In

– She is sitting in a leather chair in the lobby. (O, lobidə dəri bir stul da oturur.)

– She was sleeping in an armchair. (O bir kreslo da yatırdı.)

– She lives in a small village. (O balaca bir kən də yaşayır.)

• In front of

– The ball stopped in front of the car. (Top maşının qarşısında durdu.)

– There is a car parked in front of my house. (Evimin qarşısında saxlanmış( park edilmiş) bir maşın var.)

• In back of

– Helen is standing in back of Martha. (Helen Martha’nın arxasında dayanır.)

• Inside

– It is warmer inside the house. (Evin içi daha istidir.)

– These plants should be kept inside the house. (Bu bitkilər evin içində muhafizə edilməlidir.)

• Beside

– The napkin is placed beside the plate. (Salfetka boşqabın yanına qoyulur.)

• Near

– You shouldn’t smoke near gasoline. (Gazolinin yaxınında siqaret çəkməməlisən.)

– They are sitting near the window. (Onlar pəncərənin yanında otururlar.)

• On

– She sat on the sofa. (O divanın üstündə oturdu.)

– Put a stamp on the envelope. (Zərfin üzərinə pul yapışdır.)

– He found the book on the table. (Masanın üzərində bir kitap tapdı.)

• On top of

– She wants whipped cream on top of her pie. (O, peroqun üstünə krem istiyir.)

– The carpenter is on top of the house. (Təmirçi evin üzərində .)

• Opposite

– The school is opposite the park. (Məktəb parkın qarşısındadır .)

• Outside

– There’s a bird’s nest outside my window. (Pəncərəmin çölündə bir quş yuvası var.)

– The flowers were left outside the house all night. (Çiçəklər bütün gecə evin çölünə qoyuldu.)

• Over

– The window is over the radiator. (Pəncərə radyatorun üzərindədir .)

– A plane flew over the school at noon. (Günorta məktəbin üstündən bir təyyarə keçdi.)

• To

– Martha went to school today. (Martha bugün məktəb ə getdi.)

• Under

– The dog is under the desk. (İt iş masasının altındadır .)

– Put it under the table. (Masanın altına qoy.)

• Underneath

– The book is underneath the papers. (Kitab kağızların altında .)

• Up

– I saw her walking up the street. (Onu küçədən yuxarıya yeriyərkən gördüm.)

• Down

– There is a small restaurant a mile down the road. (Yolun bir mil aşağısında balaca bir restoran var.)

• Through

– She took a walk through the park. (Parkın içindən getdi.)

Yön bildirən sözönləri

• Across

– I am going across the street to see my friend. (Dostumu görmək üçün küçənin qarşısından gedirəm.)

• At

– The child threw a stone at the dog. (Uşaq it ə bir daş atdı.)

• By way of

– Can we drive to Agdash by way of Samakhı? (Ağdaşa Şamaxı üzərindən gedə bilərik?)

– You can go there by way of the Shirvan Canal. (Oraya Şirvan Kanalın dan keçib gedə bilərsən.)

• Into

– We saw her going into the theater. (Onu teatır a girərkən gördüm.)

– The dog ran into the room. (İt otağın içərisinə doğru qaçdı.)

• Down

– We saw you walking down Oxford Street. (Səni Oxford küçəsindən aşağıya doğru gəzərkən gördük.)

• Out of

– She took some money out of her purse. (Çantasın dan ( içindən) biraz pul çıxartdı.)

– The children ran out of the burning building. (Uşaqlar yanan bina dan qaçaraq çıxdılar.)

• To

– She went to the supermarket. (O süpermarket ə getdi.)

• Through

– The bird flew through the open window. (Quş açıq pəncərə dən uçub getdi)

• Towards

– This road leads towards the sea. (Bu yol dəniz ə doğru gedir.)

– He walked towards the post office. (O poçt məntəqəsin ə doğru etdi.)

• Up

– The fish were swimming up the river. (Balıq çaydan yuxarıya doğru üzürdü.)

Məqsəd/ Səbəb bildirən sözönləri

• For

Take this medicine for your headache. (Başının ağrısı üçün bu dərmanı at.)

• Of

– She died of a heart attack. (O, ürək tutmas ın dan öldü.)

• Due to

– More people are using public transportation due to the fuel shortages. (Yanacaq mənbələrinin azalmasıyla bağlı olaraq birçox insan artıq ümümi nəqliyyatdan istifadə edir.)

Zaman bildirən sözönləri

• About

– I think she will be away about a week. (Düşünürəm o təxminən bir həftə uzaqda olacaq.)

• After

– Would you please call after 9? (Zəhmət olmasa saat 9’dan sonra zəng edə bilərsinizmi?)

• Around

– I will get to my office around nine. (Ofisimə saat 9 arası çatacağam.)

• At

– She told me to meet her at six o’clock. (Saat 6′ da onunla görüşməmi söylədi.)

• Before

-You should take this medicine before mealtime. (Bu dərmanı yeməkdən əvvəl atmalısan.)

• By

– She should be back by seven. (Saat 7′ yə qədər qayıtmalıdı.)

• During

-I think I will be in Agdash during the winter. (Düşünürəm qış boyunca Ağdaşda olacağam.)

• Until

– I work from nine until five every day. (Hərgün saat 9’dan 5′ ə qədər işləyirəm.)

• In

– I can meet you in an hour. (Bir saat içində səninlə görüşəcəyəm.)

– She will graduate in 1989. (1989′ da məzun olacaq.)

Tərz bildirən sözönləri

• By

– I enjoy going there by bus. (Oraya avtobus la getməyi sevirəm.)

• In

– You can’t go to school in jeans. (Məktəbə jins lə gedə bilməzsən.)

• Like

– This boy is walking like a duck. (Uşaq ördək kimi yeriyir.)

• With

– She is writing with a pencil. (O bir qələm lə yazır.)

Mövzuyla əlaqəli İngilis dili TQDK tipli test sualları

Comments are closed, but trackbacks and pingbacks are open.