Press "Enter" to skip to content

İQTİsadi NƏZƏRİYYƏ

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Iqtisadi nezeriyye 2008

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

İqtisadi nəzəriyyə

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

İQTİsadi NƏZƏRİYYƏ

ORikardo deyirdi ki, dəyərə malik olan bütün məhsullar faydalı olmalıdır. Rikardo həm də əlavə edirdi ki, məhsulun və xidmətin dəyərinin formalaşmasında ona sərf edilən əməklə yanaşı həmin məhsulun və ya xidmətin məhdud olması da rol oynayır.
Bu nəzəriyyə, 19-cu əsrdə Britaniyanın aparıcı fikir məktəbinə çevrildi. Nəticədə, Klassik Məktəb tez-tez Rikardian, və ya Britaniya Məktəbi adlandırılır.
Karl Marks
19-cu əsrin ikinci yarısında iqtisadiyyat elmində inqilab etmək növbəsi Karl Marksa gəldi. Marks əvvəllər qeyd olunmamışAdam Smit, David Rikardo və digərlərinin nəzəriyyələrini daha da genişləndirərək,, tamamilə yeni “əmək-dəyər nəzəriyyəsinə” əsaslanan bütov, qapalı bir iqtisadiyyat nəzəriyyəsi formalaşdırdı. Bu nəzəriyyənin digərlərindən fərqi, demək olar ki, bütün sosial və humaninatar elm sahələrini əhatə etməsində idi.
Marks da məhsul və xidmətlərin sın dəyər formalaşması haqqında fikirləri Adam Smitə fikirlərinə çox yaxın idi. Hər ikisi dəyərinin əmək vasitəsilə formalaşdığına inanırdı. Marks həm də inanırdı ki, istehsal prosesi zamanı müəssisə sahibi heç bir əmək sərf etmədən, əməkdaşlarının istehsal etdiyi məhsulu sataraq, onun (sahibkarın) əməyi olmadan yaradılmış yeni dəyərin bir hissəsini mənimsəözünə götürüryir. Marksa görə, bu, istismardır və təsirləri nəinki iqtisadi, həm də sosial və siyasi reallıqda əks olunur.
Marksın “İistismar” anlayışı sırf iqtisadiyyata aid anlayış olsa da, insanların bir çox davranışlarını izah edirdi. Məsələn, Marks deyirdi ki, cəmiyyətin istismar edən (istehsal alətlərinin sahibi) və istismar olunan (istehsal alətlərindən istifadə edərək, yeni məhsul və xidmətləri yaradan işçilər) siniflərə qruplara bölünməsibölünür. Bazarda kəskin rəqabət sahibkarları məcbur edir ki, onlar qazancın, getdikcə daha çox hissəsini yenidən istehsala yönləndirsinlər. Beləliklə, xərcləri azaltmaq və sərmayəni artırmaq üçün həm özünün, həm də işçilərin maaşını azaltmalıdır. Zamanlaİstismar nəticəsində işçilərin maaşları zamanla azaldığına görə işçilərin, onların alıcılıq qabiliyyəti də azalır. Məhsul və xidmətləri istehlak edən əsas əhali işçi olduğundan, , beləliklə, məhsul və xidmətlərinonların da gəliri azaldığından, ticarət satışı azalır və nəticədə kapitalizm böhranla qarşılaşır. Bir neçə böhrandan sonra isə istismar olunan sinif günahın hansısa ayrıca müəssisə rəhbərliyində olmadığını, bütün sistemin dəyişməli olduğunu anlayır. Sonradan bu ideyalar əsasında sosializm hərəkatı formalaşdı.
Karl Marks öz iqtsadi təhlilini Rikardo və Smitnunin nəzəriyyələsri üzərində hazırlayıb deyə, Marksçı iqtisadi nəzəriyyəyə də Klassik Məktəb ənənəsinin bir parçası kimi yanaşılır.
Neoklassik Məktəb
Marksın nəzəriyyəsinin inkişafı ilə yanaşıəə bərabər, onun nəzəriyyəsi fikirləri ilə razı olmayan iqtisadçılar alternativ fərqli nəzəriyyələr irəli sürürdülərda yeni nəzəri təkliflər verməkdə idilər. 1871-ci ildə britaniyalı Vilyam Stenli Cevons, avstriyalı Karl Menger və fransız Leon Valras adlı üç iqtisadçı bir birindən müstəqil şəkildə, tamamilə yeni nəzəriyyə təklif etdilər. Sonradan “Marjinalist İnqilab” adlanan bu nəzəriyyə Klassik Məktəbin fikirlərini kənara atırdı. Marjinalistlərin fikrincə, dəyərin formalaşmasını məhsul və xidmətə sərf edilən əməklə deyil, bazarda olan tələb və təkliflə izah etmək lazımdır (ilk növbədə oxşar görünsə də, bu fikirlər Merkantilistlərin fikirlərindən fərqlənirdi).
Marjinalistlər yaratdığı nəzəriyyələrMəktəbi daha çox Neoklassik Məktəb kimi adlandırılır. Neoklassik Məktəbin nəzəriyyələrin bir neçə variasiyaları növü (Marşal, Valras, Avstriya, Stokholm və s.) mövcud olsa da, onların hər biri eyni nəzəri prinsiplər üzərində formalaşıb. Bu məktəb çox qısa bir zamanda aparıcı iqtisadi nəzəriyyəyə çevrildi. Neoklassik nəzəriyyə indiki dövrə qədər aktuallığını saxlayır. Onu bəzən “meynstrim,” bəzən “ortodoks,” bəzən isə “ənənəvi” nəzəriyyə adlandırırlar.
Keynez Məktəbi
1930-cu illərin iqtisadi böhranı zamanı Neoklassik Məktəb böhrandan çıxmağın yollarını təklif etməkdə çətinlik çəkirdi. Onların səsləndirdiyi yeganə təklif deyirdilər ki, hökumət bazara müdaxilə etməməlidir və və şərait yaratmalıdır ki, bazar,da tələblə -təklif tarazlaşdıraraq, qanunları qiymətlərin öz özünü tənzimləməsinə şərait yaratmaq idiqiymətləri formalaşdırsın və bununla sın və tələblə təklifi tarazlaşdıraraq iqtisadiyyatı böhrandan çıxarsın. Onların təklifinə riayət edilsə də, işsizlik artmaqda davam edirdi.
1936-cı ildə “Ümumi Nəzəriyyə” adlı işində Con Maynard Keynez, iqtisadiyyat üçün yeni yanaşma, Neoklassik Məktəbin izah etməyə çətinlik çəkdiyi sahələri də əhatə edən yeni nəzəriyyə təklifi ilə çıxış etdi. Qeyd etmək vacidbir ki, Keynez neoklassik ideyaların əvəzlənməsini təklif etmirdi. Onun fikrincə, həmin məktəbin nəzəri fikirləri doğru idi. Amma, Keynez əlavə edirdi ki, neoklassiklərin fikirləri tam deyil. Daha dəqiq olsaqdesək, Neoklassik Məktəb iqtisadiyyatım mikro səviyyədə (bazar, xüsusi bir məhsulun və ya xidmətin qiymətinin formalaşmasıqiymət, istehsalın fərdi təşkili, distribusiyaşirkətlər və s.) olan mövzularını yaxşı izah etsə də, makro səviyyədə (ümumi bazarda davranışlar, Üümumi dDaxili mMəhsulu, inflasiya, işsizlik) olan mövzuları izah etməkdə çox zəif idi.
Buna görə də Keynez iqtisadiyyatı hər iki səviyyədə izah edə biləcək Ümumi Nəzəriyyə təklif etdi. Beləliklə, neoklassiklərin ideyaları üzərində “mikroiqtisadiyyat,” Keynezin ideyaları əsasında isə “makroiqtisadiyyat” formalaşdı.
Keynez deyirdi ki, insanların pulu nəyə xərcləməsi onların gəlirlərini dəyişdirmir. Amma, dövlətin pulu necə xərcləməsi iqtisadi artımı şərtləndirir və insanların güzaranına birbaşa təsir edir. Keynez əlavə edirdi ki, böhran zamanı dövlət, büdcə siyasəti və pul siyasəti vasitəsilə gəlirlərinə nəzarət edərək iqtisadi artımı stimullaşdırmalıdır.
Keynezin inqilabinəzəriyyəsi yalnız iqtisadiyyatda deyil, real dünyada da böyük dəyişikliklərə səbəb oldu. Hökümət və iqtisadiyyat arasında münasibətlər kökündən dəyişildi. Doğrudur, Bbu dəyişikliklərin əksəriyyəti onsuz da təbii olaraq baş verməkdə də idi., . AaAmma Keynezin ideyaları həmin dəyişiklikləri nəzəri bünövrə ilə təmin etmiş oldu.
Avstriya Məktəbi
Keynezin nəzəriyyəsi dövlətin iqtisadiyyatda iştirakını artırdı. Onlarla Avropa ölkəsi İkinci Dünya Müharibəsindən sonra Sosial Rifah Dövləti yaradaraq dövlətin iqtisadiyyatda payını tarixdən misli görünməmiş qədər artırmışdı. Həmin dövrdə dövlət müdaxiləsinin yanlış olduğunu deyən və NeoKlassik məktəbə bağlı olan Avstriya İqtisadiyyat Məktəbi formalaşır.
Məktəbin ən məşhur nümayəndəsi Fridrix Hayek deyirdi ki, dövlət, təhsil kimi ictimai xidmətləri təmin etməli olsa da, dövlətin hökumətin daha dərin müdaxiləsi bazarda tələb-təklif tarazlığını pozur və iqtisadi səmərəliliyi azaldır., bBeləliklə, dövlətin müdaxiləsi, böhranın baş verməsinin və dərinləşməsinin əsas səbəbkarıdır. Hayek deyirdi ki, heç bir mərkəzləşmiş güc strukturu eyni zamanda müxtəlif bazarlarda müxtəlif məhsul və xidmətlərin qiymətini bilə bilməz. Bilməyə cəhd etsə də, və bu məlumat dövlətə gecikmiş şəkildə çatır. Nəticədə, istənilən aktiv iqtisadi siyasət gecikmiş olur və ona görə də, ziyanlıdır.
Mikro və Makro İqtisadiyyat
Post müharibə dövründə (1945-1970-lər) iqtisadiyyatın bu iki qolu davamlı olaraq inkişafda idi. Mikroiqtisadiyyatda neoklassiklərin ideyaları, makroiqtisadiyyatda isə Keynezin ideyaları dominantlıq edirdi. Əksər iqtisadçıları bu bölgü qane edirdi. Amma iki, bir-birindən fərqlənən iqtisadi məktəblərin yan-yana inkişafından razı olmayanlar da var idi. Onların əsas arqumenti bəzi mövzularda bu məktəblərin bir-biri ilə kəskin şəkildə uyğunlaşmayan yanaşmalarışmayan fikirlərimaması i idi.
1960-cı və 1970-ci illərdə mikro səviyyədəki Neoklassik nəzəriyyə ilə makro səviyyədəki Keynezi makroiqtisadian nəzəriyyəsini bir araya gətirmək cəhdləri olsa da, sonrakı dövrdə iqtisadiyyatda yaşanan çətinliklər bu iki məktəb arasında gərginliyi daha da artırdı. .
Bir tərəfdən Neoklassik Nəzəriyyədən imtina edilərək, iqtisadiyyatın mikro səviyyəsində izahının Klassik Nəzəriyyəyə etibar etməsini təklif edən, Keynezian nəzəriyyəyə yaxın olan Kembric Məktəbi (aparıcı sima – Coan Robinson), digər tərəfdən isə Keynezin fikirlərinə tam olaraq imtina edilərək, iqtisadiyyatın makro səviyyəsində izahını Neoklassik Məktəbə etibar edilməsini təklif edən Çikaqo Məktəbi (aparıcı sima – Milton Fridman) inkişaf edirdi.
1970-ci illərdə debatlar müzakirələr daha çoxdaha da sərtləşməkdə idi. Buna baxmayaraq, iqtisadi reallıq dövrün tələbinə müvafiq nəzəriyyənin müəyyən edilməsinə təsir etdi. Belə ki, 1970-ci illərdə Keynezian nəzəriyyəsininnin izah etməkdə çətinlik çəkdiyi fenomen ilə – eyni zamanda baş verən yüksək işsizlik və yüksək inflyasiya ilə yadda qaldı. Keynezian nəzəriyyəsinin tərəfdarları iddia edirdilər ki, inflasiyanın səbəbi sərt əmək bazarında işsizliyin azlamasıdır ididır və kütləvi işsizlik ümumi qiymət səviyyəsinin artması ilə (inflasiya) deyil yox, əksinə, azalması ilə (deflasiya) ilə müşaiyət edilməli ididir.
İqtisadi reallıq Keynez ian nəzəriyyəsinin təfəfdarşrlarının mövqeyini zəiflətdi. Bu zaman Milton Fridmanın Monetarist nəzəriyyəsi “meydanı ələ aldı.” Nəticədə, 1980-ci illərdən sonra ilk növbədə Qərbdə, ardınca bütün dünyada dövlətin bazara müdaxiləsinin azlaması və qlobal korporasiyaların rolunun artaraq, sürətli qloballaşma təşviq edən neo-liberal hərəkat yarandı.
İqtisadiyyat bu gün

2008-ci il Maliyyə böhranından sonra yenidən dövlətin iqtisadiyyatda aktiv iştirakını təbliğ edən nəzəriyyələr yenidən aktuallaşmağa başlayıb. Hazırda bir çox universitetlərdə iqtisiadi nəzəriyyə dərslərinəə müasir makro və mikroiqtsiadiyyat dərslərilə ilə yanaşı, Siyasi İqtisad, İqtsiadi Fikir Tarixi kimi dərsləri də tədris edirlər.

Digər tərəfdən, iqtisadiyyatın sosiologiya, psixologiya, siyasi nəzəriyyə, fəlsəfə və digər elm və humanitar sahələri əhatə edən çoxşaxəli bir elmə çevrilməsi baş verməmkədədir. Konsensus budur ki, bazar cəmiyyətdən kənarda mövcud ola bilməz və iqtisadiyyat elmi də cəmiyyəti öyrənən digər elmlərdən təcrid olunmamalıdır.

İqtisadiyyatı nə üçün öyrənməliyik?

İqtisadiyyatı öyrənməklə biz təkcə ətrafda baş verən ictimai prosesləri izah edə, müxtəlif hadisə və proseslər arasında əlaqələri görməklə kifayətlənmirik. Biz həmçinin, son 300 ildə dünyada baş verən elmi tərəqqinin fonunda inkişaf etmiş bir sahənin yeniliklərini, və bu sahənin mütəfəkkirlərinin fikirlərini öyrənirik. Bu isə, bizim fərd olaraq inkişafımızı, cəmiyyətimizi daha yaxşı anlamağımızı, onun üzləşdiyi çətinliklərə cavablar axtarmağımızı tapmağımızı və bunun üçün ictimai müzakirələr açmağımızı şərtləndirir.

Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi

Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf et­məyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçı­ların və siyasi xadimlərin ide­­yaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dün­ya­nı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iq­tisad­çı­sı­nın quludur».
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri ye­ri­nə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həya­tın­da baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan iba­rət­dir. Bu, onun idrak funksiyasıdır.
Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tət­biq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər də­yərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təs­vir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın də­rin­liklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çı­xarır və onlardan istifadə olunması yollarını göstə-rir. Bunlar iqtisadi nə­zəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikin­ci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.
Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisadi şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real ger­çəkliyi aşkara çıxarmaq və ümumi-ləşdir­mək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qal­mış prob-lemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll et­mək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan ası­lı qalır, özünün həyatiliyini itirir.
Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sə­nayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsi­lin və s. iq­ti­sa­diy­yat­la­rı) və funksional (əmək iqtisadiyya­tı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keç­mi­şin dahi iqti­sadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Mil­lin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri al­tın­da yaranmışdır.
Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrən­mək üçün vaxt ayır­ma­ğa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məş­ğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların töv­siyələrini nəzə­rə almaları adi hala çevrilmişdır. Indi iqtisad-çılar hö­ku­mət or­qanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsə­lən, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məs­lə­hət­çi­lə­rin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi mə­ru­zəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyri-bərabərlik, tədiyə ba-lansı və bey­nəl­xalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı mü­na­si­bətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qa­nun­vericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur.
Gündəlik həyatımızda rastlaşdığımız konkret prob­lem­lərin ək­sə­riyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əm­­təə və fond birjalarında qiy­mətlərin qalxıb-enməsi­nin sə­bəb­ləri, ayrı-ayrı ölkələrdə xalqın ri­fa­hı­nın səviyyəsi və «key­fiy­yəti», istehsalın «Isveç modeli»nin və Azər­bay­can Demokra­tik Respublikasının (1918-1920) iqtisadi platformasında nə­zərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində ge­dən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial mü­dafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında döv­lət mülkiyyətinin özəl­ləş­di­rilməsinin rolu, vergilər, onların məzmunu, büd­cənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən so­sial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya ma­lik olmaq, qarşıya çıxan suallara inandı­rı­cı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır.
Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öy­rə­nil­məsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iq­ti­sadi sistemin ma­hiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, hə­min dövrdə və­ziy­yətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qə­rar­lar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olun­masına iqtisadçıları daha çox cəlb edirlər ki, bun­lar da in­for­ma­si­ya­ları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul et­mək­lə məşğul olurlar.
Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik ol­sa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bun­lara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi pro­ses­lər­dən baş çıxar­maq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox bö­yük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim gör­mə­miş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proses­lərdən düzgün baş çı­xa­rır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yax­şı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, so­sial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta alda­dı­cı və təhrif olunmuş şə­kil­də göründüyü, cəmiyyətin inkişafı­na əks təsir göstərə bildiyi üçün iq­ti­sadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması ol­duq­ca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.

  • Teqlər:
  • iqtisadi nəzəriyyə
  • , iqtisadi nezeriyye

Comments are closed, but trackbacks and pingbacks are open.