Press "Enter" to skip to content

Azrbaycanda xarici iqtisadi laqlr

AİZ-lərin faəliyyəti ilə bağlı xarici məhsulların bazara rahat və rüsumsuz çıxışının baş verəcəyi və onlarla rəqabətdə yerli istehsalın tənəzzül edəcəyi təhlükəsi haqda fikirlər də əsaslı arqument ola bilməz. AİZ yaradılsa yerli istehsal da xarici istehsalla rəqabətə girməyə və keyfiyyətli məhsul isteh etməyə məcbur olacaq. Hökumət sadəcə bunun üçün lazımi şərait yaratmalıdır.

Ələt Azad İqtisadi Zonası Azərbaycana hansı dividentlər vəd edir? – ANALİZ

Xəbər verdiyimiz kimi, iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.Ələt Azad İqtisadi Zonasının səlahiyyətli orqanının İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının (AİZ) ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının təməlini qoydu. Tezliklə burada böyük bir bir sənaye və beynəlxalq ticarət zonası formalaşacaq.

İqtisadi proqnozlara görə, bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Azad iqtisadi zona nə deməkdir?

Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 18 may 1973-cü il tarixli Kioto Konvensiyasına əsasən azad zona ölkənin ərazisinin elə hissəsini bildirir ki, burada mallar milli gömrük sərhədlərindən kənarda hesab edilir və buna görə də adi gömrük nəzarəti, rüsum və vergilərinə cəlb edilmir. Konvensiyanın imzalanmasından sonra azad iqtisadi zonalar bir çox dövlətlərdə geniş vüsət almağa başlayıb.

Keçən əsrin 90-cı illərində dünyada bir neçə min müxtəlif növlü azad iqtisadi zona fəaliyyət göstərirdi. 2000-ci ildə dünya əmtəə dövriyyəsinin 30 faizi müxtəlif azad iqtisadi zonaların payına düşürdü.

Bəzən elə başa düşülür ki, AİZ-də tamamilə vergi, gömrük rüsumları götürülür. Lakin bu, əslində, belə deyil. Vergilər Nazirliyinin “Azad iqtisadi zonaların yaradılmasına və fəaliyyətinə dair icmal məlumatı”nda qeyd olunur ki, azad ticarət zonaları ölkənin onun milli gömrük məkanından kənarda hesab edilən məhdud ərazilər olsa da, bu o demək deyil bu zonalarda tam azadlıqdır. Belə zonalarda mallar gömrük rüsumlarından, idxal vergilərindən və maliyyə nəzarətindən tam azad deyillər, sadəcə onlar xeyli yüngülləşdirilmiş olur.

Beləliklə, məlum olduğu kimi dünyanın bir çox ölkəsində fəaliyyət göstərən belə zonalarda sürətli iqtisadi inkişaf müşahidə olunur. Bunun əsas səbəblərindən biri də odur ki, həmin zonalarda fəaliyyət göstərən şirkətlərə vergi, kömrük və s rüsumlarda böyük gözəştlər verilir, müvafiq infrastruktur yaradılır, beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinə çıxışlar təmin olunur, istehsal, ticarət, idxal-ixrac əməliyyatları üçün real şərait yaradlılır. Azərbaycanda belə zonanın yaradılaması üçün imkan var və bu imanlardan istifadə olunacaq.

Azərbaycanda AİZ-in hansı perspektivləri var?

Ekspertlərin çoxu, Azərbaycanda, xüsusən də Ələt zonasında AİZ yaradılmasını məqsədəuyğun sayırlar. Belə zonaların yaradılmasının əsas şərti onun yerləşdiyi ərazinin normal infrastrukturunun olması və beynəlxalq nəqliyyat dəhlizlərinə rahat çıxışının olmasıdır. Azərbaycanın təbii resursları, coğrafi mövqeyi, nəqliyyat və infrastrukur sistemləri və s imkanları AİZ-lərin təşkil olunması üçün əlverişli şərait yaradır. Burada xarici və yerli investorların cəlb edilməsi üçün güzəştlər əlverişli olmalıdır ki, bunun da olacağı məlumdur.

Qonşu ölkələrlə sıx iqtisadi əlaqələr yaratmaq, dünya ticarət sisteminə çıxmaq üçün belə zonaların böyük əhəmiyyəti var. Bu cür zonalarda iş yerləri də çox olur, məhsul istehsalı və satışı çoxalır.

AİZ-lər iqtisadi sahədə azad rəqabət və sərbəst bazar prinsiplərini özündə ehtiva edir. Bu isə, ölkədə iqtisadi aktivliyi, rəqabət mühitini və azad biznesin inkişafı üçün imkanları artırır.

Belə zonaların fəaliyyətindən dövlətin vergi və gömrük rüsumları əldə edə bilməyəcəyi haqda fikirlərə gəldikdə isə, deməliyik ki, bu, ciddi arqument ola bilməz. Burada dövlət birbaşa deyil, dolayı dividentlər əldə edir. AİZ-lərin mahiyyəti elə bundan ibarətdir. Burda dövlət vergidən, kömrükdən itirilsə də, iqtisadin inkişafın verdiyi xeyir nəinki onları artıqlaması ilə kompensasiya edir, üstəlik dövlət bundan daha çox qazanır.

AİZ-lərin faəliyyəti ilə bağlı xarici məhsulların bazara rahat və rüsumsuz çıxışının baş verəcəyi və onlarla rəqabətdə yerli istehsalın tənəzzül edəcəyi təhlükəsi haqda fikirlər də əsaslı arqument ola bilməz. AİZ yaradılsa yerli istehsal da xarici istehsalla rəqabətə girməyə və keyfiyyətli məhsul isteh etməyə məcbur olacaq. Hökumət sadəcə bunun üçün lazımi şərait yaratmalıdır.

Ölkələr belə zonaların vasitəsilə xarici investisiyanı, aparıcı şirkətləri cəlb edə bilir, həm də ölkənin ixrac potensialını, tranzit imkanlarını, əhalinin məşğulluğunu və ümumilikdə iqtisadi inkişafı genişləndirə bilir.

Niyə Ələt?

Müasir dövrdə bir çox ölkələrdə AİZ-lər geniş yayılıb. Məsələn, Çində onlarla belə zonalar var. Bu zonalar əsasən, nəqliyyat qovşaqlarında, dəniz limanlarında təşkil olunur. Azərbaycanda ən ideal yer kimi Ələtin seçilməsi təsadüfi deyil. Ələt qəsəbəsi bu tələblərə cavab verir. Burda iri liman kompleksi, dəmiryol və avtomobil yolları qovşağı var. Buradan həm Böyük İpək yolu, həm də Şimal-Cənub nəqliyyat dəhlizi keçir. Yəni, Avrasiya üzrə həm şərq-qərb, həm şimal-cənub dəhlizləri burada kəsişir.

Bu zonaların yubanmasının səbəblərindən biri də şəraitlə bağlıdır, yəni əsas şərt hökumətin orda yüksək səviyyədə infrastruktur yaratmasıdır. Ancaq ixracın təşviqi üçün vergi dərəcəsi cüzi nəzərdə tutulmuş olsa da, dövlət burdan çox itirmir. Əvəzində ölkəyə yeni texnologiyalar gəlir, məhsul bolluğu yaranır, iş yerləri artır və s. Dolayı yolla dövlət xeyli qazanır.

AİZ-lərin yaradılması üçün digər optimal məkanlara gəldikdə isə, deyə bilərik ki, gələcəkdə İran, Rusiya və Gürcüstan sərhədlərində də analoji zonalar yaratmaq olar. Bununla dövlət həmin bölgələrin inkişafını da təmin etmiş olar.

Ələt azad iqtisadi zonası ilk təcrübədir. Burda uğur qazanılmaası, belə zonaların qeyd etdiyimiz ərazilərdə də yaradılmasını stimullaşdıracaq.

AİZ-lərin effektivliyi: uğur nədən asılıdır?

Bununla yanaşı onu da deməliyik ki, azad iqtisadi zonalar heç də hər yerdə effekt verməyib. Dünyanın demək olar ki bütün ölkələri azad iqtisadi zonaların yaradılmasına çalışırlar. Ancaq bəzi ölkələrdə bu praktiki nəticəsini vermir. Bu da o səbəbdəndir ki, həmin ölkələr buna ciddi hazırlaşmayıblar. Bir sıra ölkələr isə məhz belə zonaların yaranmasından sonra inkişaf etməyə başlayıb.

Əlbəttə, şübhə yoxdur ki, Azərbaycanda bu seçim edilərkən dünya təcrübəsi diqqətlə öyrənilib, müvafiq qiymətləndirmə aparılıb, potensial və pesrpektivlər hesablanıb, proqnozlar hazırlanıb. Azərbaycanda bu layihənin reallaşdırılması üçün yerli xüsusiyyətlər nəzərə alınıb, bu layihələri uğurla həyata keçirən ölkələrin təcrübəsi öyrənilib və müvafiq nəticələr çıxarılıb.

Beləliklə, əminliklə demək olar ki, bu layihənin həyata keçirilməsi ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək. Belə zonalara həm də xarici investorlar tərəfindən böyük investisiyalar qoyulur. Yerli investorlar da fəal iştirak edir. Dolayısı yolla həm yerli sahibkarlar, həm əhali, həm də büdcə bundan qazanır. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq.

Təbii ki, dövlət bu zonanın təşkili üçün müəyyən şərait yaradacaq və bu zaman bir qədər xərclər də ola bilər. Lakin belə zonaların yaradılması üçün dövlət büdcəsindən o qədər də çox vəsaitlər tələb olunmur. Yalnız investorların qoyduğu kapital hesabına belə zonalar yaranır və inkişaf edir. Onlar invsetisiya qoyurlar və xüsusi güzəştlər nəticəsində qoyduqları sərmayəni qısa zamanda çıxarırlar.

ƏLƏT AİZ hansı dividentlər gətirə bilər?

AİZ-in yaradılmasının iqtisadi, ticari, kommunikasiya sahələrinin inkişafını təmin etməklə yanaşı həm də digər sahələrdə faydaları var. Belə zonalarda turizm sektoru daha çox inkişaf edir. Bundan başqa, ərazi abadlaşır, inkişaf edir.

Əksər dövlətlər bu tip zonalarda istehsal müəssisələri yaradır və xarici sərmayə cəlb edib iqtisadi inkişafa nail olurlar. Ələtdə də sənaye zonası var və bunun daha da inkişafı mümkün olacaq. Nəticədə, ölkədə məhsul istehsalı, bolluq yaranacaq. Bu da bəzi məhsullar üzrə idxaldan asılılığı azaldacaq, üstəlik ixracımızı artıracaq.

Məsələnin sosial tərəfi də vacibdir. Burada yüz minlərlə iş yeri yaradıla bilər. Bu regionda məşğulluq problem həllini tapa bilər. Bu zonadakı obyektlərə xidmət göstərən, zəruri tələbat məhsulları ilə təmin edən yaxın qəsəbə və kədnlərin əhalinin gəlirləri artra bilər.

Ümumiyyətlə, Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycana böyük siyasi, iqtisadi və sosial dividentlər verəcəyinə şübhə yoxdur. Bu, ölkəmizin beynəlxalq nüfuzunu artıracaq, dövlətimizin gəlirlərini yüksəldəcək və regionun sənaye və ticarət mərkəzinə çevirəcək. Biz bu yazıda ədlə ediləcək dividentlərin hamısını qeyd etmədik, qalanlarını gələcək göstərəcək.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Azərbaycanda nəqliyyat və iqtisadi əlaqələr

Azərbaycanda müasir nəqliyyatın bütün sahələri mövcuddur. Bura dəmir yolu, su, avtomobil, hava və boru-kəməri nəqliyyatları daxildir. Nəqliyyat kompleksi yük və sərnişin daşımalarında böyük rol oynayır. Yüklər bütün nəqliyyat növləri ilə, sərnişin daşımaları isə dəmir yolu, su, hava və avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Azərbaycanda çay nəqliyyatının rolu çox azdır. Kür çayının mənsəbindən Yevlax şəhərinə qədər kiçik çay gəmiləri yerli əhəmiyyətli yüklər daşıyır.
Uzaq məsafələrə daşınan yüklər və sərnişinlər dəmir, dəniz və hava yolu ilə; orta və qısa məsafələrə isə avtomobil nəqliyyatı ilə aparılır. Yolların kəsişdiyi yerlərdə nəqliyyat qovşaqları yaranır. Nəqliyyat qovşağı avtomobil və s. nəqliyyat vasitələrinin bir yoldan o birisinə keçməsi üçün xüsusi keçidi olan bir və ya bir neçə səviyyəli yolların birləşmə yerinə deyilir. Yolların bir-birinə nisbətən tutduğu vəziyyətdən asılı olaraq 3 növ nəqliyyat qovşağı (kəsişən, qovuşan, şaxələnən) mövcuddur. Azərbaycanın ən iri nəqliyyat qovşaqları -Bakı, Gəncə, Yevlax və Şirvandır (Əli-Bayramlı).

Dəmir yolu nəqliyyatı Azərbaycanda yük daşımaları həcminə görə 1-ci yer tutur. Yük daşımanın 70%-i, sərnişin daşımanın 30%-i dəmir yolunun payına düşür. Azərbaycanda ilk dəmir yolu 1878-79-cu illərdə Bakı və Balaxanı arasında çəkilib. Azərbaycan neftini Dünya bazarına çıxarmaq üçün 1879-cu ildə Bakı-Tbilisi dəmir yolu xətti çəkilməyə başladı və 1883-cü ildə istifadəyə verildi. 1900-cu ildə Bakı-Dərbənd dəmir yolu çəkildi. 1908-ci ildə Tiflis-Yerevan-Uluxanlı-Noraşen-Culfa. 1941-ci ildə Ələt-Culfa yolu istifadəyə verildi. Sonralar Ələt-Culfa yolu üzərindəki Osmanlı stansiyasından Astaraya çəkilən dəmir yolu Azərbaycanın Cənub rayonlarının iqtisadiyyatında mühüm rol oynayır.
Sonralar Yevlax-Mingəçevir; Yevlax-Ağdam-Xankəndi; Yevlax-Balakən dəmir yol xətləri istifadəyə verilib. Azərbaycandakı dəmir yollarının uzunluğu 2008 km-dir ki, bunun da 1111 km-i elektrikləşib. Keçmiş SSRI-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti 1926-ci ildə çəkilmiş Bakı-Sabunçu yolu olub.
Azərbaycan dəmir yolunun daha çox yük daşıyan hissəsi Bakı-Dərbənd sahəsidir. Dəmir yolu vasitəsi ilə əsasən neft tikinti materialları, filiz, qara və əlvan metallar, maşın və avadanlıq, ərzaq daşınır. Hazırda Bakı-Tbilisi-Poti və Batumi istiqamətində daha çox yük daşınır.
Azərbaycanın Abşeron, Aran və Gəncə-Qazax zonasında dəmir yolu xətləri daha sıxdır.

Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür. Azərbaycanın bütün dəniz yollarının başladığı Bakı – Xəzərin ən iri limanıdır. Bakıdan Həştərxana, Maxaçqalaya, Mərkəzi Asiyaya, Iranın Ənzəli limanına üzmək olar. Azərbaycan Xəzər dənizi → Volqa çayı → Volqa – Don kanalı → Don çayı → Azov dənizi vasitəsi ilə dünya okeanına çıxa bilər. Azərbaycan gəmiləri Volqa-Don kanalından başqa Volqa-Baltik və Baltik-Ağ dəniz kanalları ilə də dünya okeanına çıxa bilər.
Bakı-Türkmənbaşı, Bakı-Aktau və Bakı-Bekdaş arasında işləyən dəmiryol bərə keçidi 11 saata iki sahil arasında əlaqə yaradır. Xəzərdə tankerlər vasitəsi ilə neft də daşınır. Qışda Xəzərin şimalı donduğundan Bakı-Həştərxan yolunda hərəkət kəsilir. Bu zaman bu xətt üzrə işləyən gəmilərin çoxu Qara və Aralıq dənizlərində yerləşən limanlara yük daşımaqla Azərbaycan büdcəsinə xeyli valyuta gətirirlər.

Ən gənc nəqliyyat sahəsi olan avtomobil nəqliyyatı ilə əsasən tez xarab olan k/t məhsulları, cihaz və avadanlıq, sərnişin daşınır. Azərbaycanın ümumi avtomobil yollarının uzunluğu 27 min km-dir.
Azərbaycanın ən mühüm avtomobil yollarından biri Bakı-Qazax yoludur. O Azərbaycanın şərq və qərbini birləşdirməklə yanaşı bir neçə qola ayrılır. Məsələn: Yevlax-Laçın və Yevlax-Balakən. Bakıdan cənuba (Astaraya qədər) və şimala (Dərbəndə qədər) avtomobil yolları çəkilib. Avtomobil yolları dağlıq rayonlarda, məsələn Talış, Qobustan, Acınohur-Ceyrançöldə daha seyrək; Abşeron və Aranda isə daha sıxdır. Bakı-Tbilisi və Bakı-Rostov avtomobil yolları beynəlxalq əhəmiyyətlidirlər.

Hava nəqliyyatı daha sürətli olduğundan sərnişin, poçt və tez xarab olan məhsullar daşınmasında istifadə olunur. Bu nəqliyyat növündən həmçinin ucqar rayonların əhalisinə təcili tibbi yardım göstərilməsində və k/t ziyanvericilərinə qarşı mübarizə üçün istifadə olunur.
Azərbaycanın ən iri hava limanları Bakı, Gəncə, Naxçıvanda; həmçinin Yevlax, Şəki, Lənkəran və s. şəhərlərdə tikilib. Mühasirə (blokada) şəraiti və başqa nəqliyyat növlərinin məhdudlaşması ilə əlaqədar son illər Bakı-Naxçıvan marşrutu ilə uçan təyyarələrin sayı kəskin artmışdır.

Boru nəqliyyatı Azərbaycanın ən qədim və inkişaf etmiş sahələrindəndir. Ilk kəmər 1878-ci ildə Balaxanı ilə Qara şəhərdəki neftayırma zavodu arasında çəkilib. 1907-ci ildə Bakı-Batumi neft kəməri çəkilib. Azərbaycandan xaricdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri çəkilib. Boru kəmər şəbəkəsi Azərbaycanın Abşeron, Aran və Quba-Xaçmaz bölgüsündə daha sıxdır.
Gələcəkdə Qazaxstan və Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana daşınması planlaşdırılıb.
Azərbaycan Avropa və Asiya arasında körpü rolu oynayaraq bu regionlara daşınan yüklərə görə xeyli gəlir əldə edir. Gələcəkdə tikilməsi nəzərdə tutulan Avrasiya (Transqafqaz) nəqliyyat yolu Abşeron, Aran və Gəncə-Qazax zonalarının ərazisindən keçəcək və Azərbaycanın büdcəsinə xeyli gəlir gətirəcək.

Daxili iqtisadi əlaqələr Azərbaycanın k/t rayonlarından Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və s. iri şəhərlərinə ərzaq və digər k/t məhsulları, xammal gətirir. Iri sənaye şəhərlərimiz isə öz növbəsində kənd rayonlarına sənaye məhsulları göndərir.

Xarici iqtisadi əlaqələr. XX-ci əsrin əvvəllərində Azərbaycan Dünya bazarına balıq, kürü, neft və ipək çıxarırdı. Hazırda Azərbaycan dünyanın çox ölkəsi ilə ticarət edir. Son dövrdə Azərbaycanın Iran, Türkiyə, Böyük Britaniya və Qərbi Avropanın digər ölkələri, ABŞ ilə iqtisadi əlaqələri genişlənmişdir.
Azərbaycan xarici ölkələrə neft, neft məhsulları və avadanlıqlar, pambıq lifi, tütün, spirtli içkilər (şərab), soyuducu və kondisionerlər, əlvan metallar və kimya məhsulları göndərir, əvəzində isə ərzaq məhsulları (yağ, un, şəkər, taxıl, sitrus meyvələr), avtomobil və sənaye avadanlıqları, metal və meşə materialları, yüngül sənaye malları (parça, paltar, ayaqqabı), mineral gübrə və məişət əşyaları alır.
Azərbaycan gələcəkdə xammal əvəzinə daha çox hazır sənaye məhsulları ixrac etməyi planlaşdırır.

Comments are closed, but trackbacks and pingbacks are open.