Iqtisadiyyat fakültəsində tədris olunan fənnlər
Avtandil Bayramov qeyd edib ki, tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılıb. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilib. Onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisləridir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir.
Iqtisadiyyat fakültəsində tədris olunan fənnlər
BDU-nun müəllimləri 2020/2021-ci tədris ilinin yekunları haqqında: “İmtahanların uğurlu təşkil edilməsi məqsədilə bütün şərait yaradılıb”
Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. Universitet rəhbərliyinin, professor-müəllim heyətinin diqqət və qayğısı, eyni zamanda tələbələrin məsuliyyətli yanaşması nəticəsində imtahanlar yüksək səviyyədə təşkil olunur. Şifahi şəkildə davam edən imtahanlarda şəffaflıq tam təmin olunub. İmtahanlarda şəffaflığın təmin olunmasına rektorluq, dekanlar və kafedra müdirləri, eyni zamanda Tələbə Nəzarət Qrupunun üzvləri nəzarət edir.
Tədris ili və yay imtahan sessiyasının gedişi barədə Universitetimizin müəllimlərinin fikirlərini öyrəndik.
Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası və turizm kafedrasının müəllimi Gülşən Sultanova: “Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində də 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Cari semestrdə tədris olunan fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdirildi. İmtahanın gedişindən və qiymətləndirmə ilə tələbələrimiz tam razı qaldılar. Coğrafiya fakültəsində də yay imtahan sessiyası tələbələrin fəal iştirakı ilə onlayn şəkildə davam edir. Professor-müəllim heyəti tələbələrə humanist, qayğıkeş münasibət göstərir. İmtahanların uğurlu təşkil edilməsi məqsədilə bütün şərait yaradılıb və Microsoft Teams platformasının tədris prosesinin məsafədən idarə edilməsi üçün verdiyi bütün imkanlardan istifadə olunub. Sessiya müddətində imtahanların öncədən təyin olunmuş qaydalara uyğun təşkil olunması məqsədilə lazımı texniki tədbirlər yüksək səviyyədə təşkil edilib.
İmtahan nəticələrinə əsasən onu deyə bilərəm ki, tələbələrin sualları elmi şəkildə cavablandırmaları və yaxşı qiymətləndirilmələri distant təhsilin lazımi səviyyədə təşkil olunduğuna əsas verir. Mən imtahanda tələbələrin hazırlıq səviyyəsindən çox razı qaldım.
İmtahan sessiyasının gedişində tələbələrin onlayn tədris prosesində əldə etdikləri bilik və bacarıqların nümayişi üçün həm universitet rəhbərliyi, həm də fənn müəllimləri tərəfindən şəffaf imtahan mühitinin yaradılmasının müsbət amil olduğunu deyə bilərəm. İmtahan prosesində imtahan götürən müəllimlə birlikdə imtahana nəzarət edən kafedra müdirinin də mövzular ətrafında müəyyən suallar verdi, bununla tələbənin bilik səviyyəsini bir daha nümayiş etdirməsinə şərait yaratdıq. Bakı Dövlət Universitetində gələcəkdə, zərurət yaranarsa, onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və peşə vərdişlərinin tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atılacağını əminliklə deyə bilərəm.”
Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev: “İyunun 7-dən Geologiya fakültəsində 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlamış və uğurla davam edir. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib. Tələbələrin imtahana qədərki semestrdaxili fəaliyyətlərdəki əldə etdikləri qiymətlərin imtahan zamanı nəzərə alınması onlarda böyük ruh yüksəkliyinə səbəb olub və buna görə minnətdarlıqlarını ifadə ediblər. Bundan başqa imtahan nəticələri ilə razılaşmayan tələbələrin nəticələrinə Apelyasiya Komissiyası tərəfindən də baxılır və müvafiq qərarlar verilir. Fakültdə keçirilən imtahanlara Universitet rəhbərliyi, dekanlıq və kafedra müdirləri tərəfindən nəzarət edilir. Ənənəvi təhsildə olduğu kimi, fakültənin müəllimləri çalışırlar ki, tədris olunan fənlərin əsas mahiyyəti tələbələr tərəfindən qavranılsın. Tələbələrə mühazirə mətnləri, ədəbiyyat, elektron materiallar semestr başlayan kimi Teams proqramı vasitəsilə çatdırılır. Əlavə suallar yarandığı halda seminar dərslərində müzakirə olunur və diskussiya şəklində sualların cavabları açıqlanır.”
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti Fərid Babayev: “Bildiyiniz kimi, Universitetdə Təhsil Nazirliyinin distant təhsillə əlaqədar qəbul etdiyi qaydalara əsalanaraq bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılmışdır. BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülmüşdür. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə prorektorlar, fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulmuşdur. Məlumdur ki, bu semestrdə də distant formada şifahi imtahanların keçirilməsinə qərar verilmişdir. İmtahanlarla əlaqədar yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha, “Qaynar xəttə” və elektron poçt vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılır.”
Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi Səbinə Vəliyeva: “Məlum pandemiya şəraitindən asılı olaraq əksər ali təhsil müəssisələrində imtahan prosesi ənənəvi formadan fərqli olaraq, onlayın şəkildə həyata keçirilir. Pandemiyanın gətirdiyi narahatlıq təhsil verənlərlə yanaşı, təhsil alanlardan da yan keçməmişdir. Univeristet tərəfindən qəbul edilən qərarlar tələbəyönümlü olduğu üçün, Universitet rəhbərliyinin hər zaman tələbələrin yanında olmalarını, onların bütün qayğılarına diqqətlə yanaşması nəinki tələbələrdə, eyni zamanda da müəllimlərdə böyük ruh yüksəkliyi yaratmışdır. Bunun nəticəsində də imtahan sessiyası boyunca başda rektor olmaqla bütün professor-müəllim heyəti tələbələrə xüsusi qayğı ilə yanaşır, onların doğru istiqamətdə inkişaflarına səy göstərirlər. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, müəllim və tələbələrin birgə səyləri bu sessiya da müvəfəqiyyətlə yekunlaşacaq. İmtahan prosesinə Universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri daim nəzarət edir, imtahanların gedişi ilə maraqlanırlar. Onlayn imtahan prosesi çətin olsa da, öyrədən və öyrənənlər üçün maraqlı təcrübədir. Onlayın təhsil və imtahan prosesi müasir dövrdə təhsilin davamlılığı üçün optimal həll kimi qiymətləndirilməlidir.”
Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Afaq Sadıqova: “Artıq üçüncü semestrdir ki, imtahanlar onlayn qaydada davam edir. Cari tədris ilinin yay imtahan sessiyası əvvəlki sessiyalardan tələbə aktivliyinə görə fərqlənir. Tələbələr onlayn dərs və imtahan qaydalarını mükəmməl mənimsəyiblər. İmtahanların təşkili və gedişi haqda heç bir qüsurla rastlaşmamışam. İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq təşkil olunur. Artıq deyə bilərik ki, onlayn dərslər və imtahanlar tələbə-gənclərin sosiallaşması, sərbəst fikir mübadiləsi aparması, daha çox virtual aləmə qoşulmasına müəyyən dərəcədə öz müsbət təsirini göstərir.”
Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müəllimi Səbuhi Abdullayev: “Qlobal problem olan pandemiyanın ilk dövründə tədris və imtahanların aparılmasında bir çox çətinliklər yarandı. Buna baxmayaraq, ali təhsil müəssisəsinin rəhbərliyi tələbələrin xeyrinə qərarlar verdi. Tədrisi aparan müəllim özü dərs dediyi qruplarda imtahan götürür və bu proses operativ formada yerinə yetirilir. Düşünürəm ki, əldə olunan təcrübə sayəsində bəzi fənlərdən əyani tədris zamanı da şifahi imtahanlar götürmək daha səmərəli ola bilər. Hazırda davam edən imtahan sessiyası əvvəldən təyin edilən qrafikə əsasən həyata keçirilir. İmtahan götürdüyüm qruplarda imtahana qoşulub cavab verən bütün tələbələrim müvəffəq qiymətlər alıb. Ümid edirik ki, növbəti tədris ilindən etibarən dərslərə Bakı Dövlət Universitetinin auditoriyalarına qayıdarıq.”
Iqtisadiyyat fakültəsində tədris olunan fənnlər
İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili, Filologiya fakültəsinin fəaliyyəti və cari məsələlər daxildir.
Modern.az bildirir ki, İnsan resurları şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib. O, bildirib ki, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Bu məqsədlə ADPU-nun Elmi Şurasının 11 iyul 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları” təsdiq olunub. Universitetdə tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az-da yerləşdirilib, eyni zamanda bu barədə sosial şəbəkələrdə və rəsmi KİV-lərdə geniş məlumatlar paylaşılıb. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılıb.
Avtandil Bayramov qeyd edib ki, tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılıb. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilib. Onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisləridir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir.
Aprelin 20-dən başlayaraq müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə açıq dərslər keçiblər. Müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə açıq dərslər videoçəkilişlər keçirilərək təşkil edilib. Keçirilmiş açıq dərslər fakültə Tədris-Metodiki Şuraları tərəfindən qiymətləndirilib.
Universitetdə insan resurslarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən yeniliklərə tanınmış və nüfuzlu təhsil ekspertləri də münasibət bildiriblər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov,Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, fəlsəfə doktoru Etibar Əliyev ADPU-da çalışmaq istəyən professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsini yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıblar.
Dosent Avtandil Bayramovbildirib ki, müsabiqənin yekunlarınaəsasən 114 yerdən 112-də müsabiqə baş tutub. 2 yer üzrə – Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmayıb. Müsabiqənin nəticələrinə əsasən qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir.
Müsabiqənin nəticələrinə əsasən, Filologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 21 nəfər qalib olub. Onlardan 2 nəfər professor, 11 nəfər baş müəllim, 7 nəfər dosent, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 10-u fəlsəfə doktorudur. Riyaziyyat və informatika fakültəsində 4 kafedrada, 8 fənn üzrə 10 nəfər qalib gəlib. Onlardan 2 nəfər professor, 4 nəfər dosent, 4 nəfər baş müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 6-sı fəlsəfə doktorudur. Fizika və texnologiya fakültəsində 3 kafedrada, 8 fənn üzrə 9 nəfər qalib olub. Onlardan 3 nəfər professor, 3 nəfər dosent, 3 nəfər baş müəllimdir. Qaliblərin 3-ü elmlər doktoru, 2-si fəlsəfə doktorudur. Kimya və biologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 20 nəfər qalib olub. Onlardan 2 nəfər professor, 8 nəfər dosent, 6 nəfər baş müəllim, 4 nəfər müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 11-i fəlsəfə doktorudur. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində 3 kafedrada, 12 fənn üzrə 16 nəfər qalib olub. Onlardan 1 nəfər professor, 8 nəfər dosent, 7 nəfər baş müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 8-si fəlsəfə doktorudur. Tarix və coğrafiya fakültəsində 7 kafedrada, 11 fənn üzrə 18 nəfər qalib olub. Onlardan 2 nəfər professor, 9 nəfər dosent, 6 nəfər baş müəllim, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 14-ü fəlsəfə doktorudur. İbtidai təhsil fakültəsində 2 kafedrada, 5 fənn üzrə 5 nəfər qalib olub. Onlardan 2 nəfəri dosent, 3 nəfəri baş müəllimdir. Qaliblərin 4-ü fəlsəfə doktorudur. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedrada, 11 fənn üzrə 15 yer ayrılsa da, 13 nəfər qalib olub. Bu fakültədə 2 yer üzrə- Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmayəb. Qaliblərdən 4 nəfər dosent, 4 nəfər baş müəllim, 5 nəfəri müəllimdir. Qaliblərin 7-si fəlsəfə doktorudur.
Elmi Şura üzvləri dosent Avtandil Bayramovun müsabiqənin nəticələri haqqında məruzəsini müsbət qiymətləndirərək yekdilliklə qəbul ediblər.
İclasda müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib.
Müsabiqədən uğurla keçən müəllimlər müsabiqənin şəffaf və obyektiv keçdiyini bildirərək, bütün namizədlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin qaliblərini təbrik edərək onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev yay semestrinin təşkili barədə məlumat verib. OŞ çıxışında yay semestrinin təşkili və keçirilməsi qaydaları öz əksini tapıb. Dosent Sənan Əliyev həmçinin tədris-yardımçı heyətin, elmi işçilərin dərs yükü ilə təmin olunmaları barədə qərarı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qərarda tədris-yardımçı heyətin, elmi işçilərin bilik və peşəkarlıq səviyyəsinin yaxşılaşdırılması və universitetin gələcəkdə yüksəkixtisaslı pedaqoji kadrlara təmin olunması məqsədilə onların dərs yükü ilə təmin edilmələri və tədrisə cəlb olunmaları öz əksini tapıb. Qərarda tədris-yardımçı heyətin tərkibindən pedaqoji kadrların qarşısında qoyulan müasir tələblərə uyğun gələn şəxslərin müəyyən edilməsi və onların dərs yükü ilə təmin olunmaları kafedra müdirlərinə həvalə edilib, habelə 2017-2018-ci tədris ilində keçiriləcək müsabiqənin keyfiyyətini yüksəltmək məqsədilə dekanlara və kafedra müdirlərinə fakültələrin tədris-metodika şuralarının tərkibini nəzərdən keçirmələri tapşırılıb, respublikamızın digər elm və ali təhsil müəssisələrindən ixtisaslara uyğun gələn mütəxəssislərin dəvət olunması tövsiyə edilib.
Elmi Şura dosent Sənan Əliyevin hər iki hesabatını qəbul edib.
Filologiya fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, professor Buludxan Xəlilov məlumat verib. Buludxan Xəlilov bildirib ki, ADPU-nun müəllim-tələbə heyəti və tədris strukturu baxımından böyük fakültələrindən biri Filologiya fakültəsidir. Fakültədə 187 nəfər müəllim çalışır. 8 kafedra-Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası, Azərbaycan və dünya ədəbiyyatı, Ədəbiyyat və onun tədrisi metodikası, İngilis dili, İngilis dili və onun tədrisi metodikası, Xarici dillər və onların tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Əyani şöbədə 1193 nəfər tələbə, qiyabi şöbədə 94 nəfər tələbə, ümumilikdə 1287 nəfər tələbə təhsil alır. Fakültə 2016-2017-ci tədris ilində də elmi fəaliyyətində bir çox uğurlar qazanıb. Belə ki, açıq dərslər, dəyirmi masa və seminarlar, Təhsil Nazirliyinin “Açıq qapı günü” layihəsi çərçivəsində fakültəyə ümumi təhsil məktəblərindən və liseylərdən dəvət olunmuş müəllimlərin ustad dərsləri keçirilib, həmçinin fakültə müəllimlərinin xarici ölkələrdə elmi ezamiyyətdə olarkən əldə etdikləri təcrübə və qazandıqları uğurlarının müzakirələri, fakültənin geniş tərkibdə elmi şuraları, ümumi təhsil məktəblərində şagirdlərlə görüşlər, fakültənin dəvəti ilə tanınmış şairlər, yazıçılar, alimlərlə görüşlər, bayram tədbirləri və elmi-praktik konfranslar təşkil olunub. Fakültənin müəllimlərinin çoxlu sayda dərslik, dərs və metodik vəsaitləri, monoqrafiyaları, məqalələri, tezisləri, habelə impakt-faktorlu jurnallarda məqalələri çap olunub, respublika və beynəlxalq miqyaslı elmi konfranslarda fəal iştirak ediblər, İELTS sertifikatı alanlar var. Fakültənin tələbələri universitet və ölkə miqyasında keçirilən ictimai-mədəni tədbirlərdə fəal iştirak edərək universiteti layiqincə təmsil ediblər. Çıxışının sonunda professor Buludxan Xəlilov fakültənin elmi-pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərlə çıxış edib.
Elmi Şura professor Buludxan Xəlilovun hesabatını qəbul edib.
İclasda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Sonda rektor Cəfər Cəfərov iclasda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.
Modern.az
Universitetlərdə kredit sistemi ilə tədrisin təşkili qaydaları təsdiqləndi
APA-nın verdiyi məlumata görə, bu qaydalar Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanıb, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir.
Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərinə hər bir təhsil alanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsil verənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi, təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması, tələbəyə sərbəst iş üçün şəraitin yaradılması, biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi, hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması, hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi, tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması, təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması daxildir. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənir. Bu Qaydalar ali təhsilin əyani və qiyabi təhsil alma formalarına şamil edilir. Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ali təhsil müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə həmin müəssisələr tərəfindən ödənişli təhsildən, sahibkarlıq fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər fəaliyyətlərdən əldə olunan vəsaitlər hesabına təmin edilir.
Ali təhsil müəssisələrində tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı əsasında həyata keçirilir. Kredit sistemində Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə ixtisasın (ixtisaslaşmanın) tədris planı, ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki, ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planından istifadə edilir. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Ali təhsilin hər iki səviyyəsində əyani təhsil alma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir.
Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi, auditoriyadan kənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi, təcrübələrdə iştirak etməsi, laboratoriya işlərini yerinə yetirməsi, kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi, imtahanlara hazırlığı və imtahanları verməsi, buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi üzrə müəyyənləşdirilir. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı, tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır. Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların tələbləri gözlənilməklə nəzərə alınır.
Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.
Yay semestri akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi, ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədlərlə təşkil olunur. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır. İmtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir. Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar.
Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur. Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər arasından seçilirlər. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur. Tyutorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir, tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verir, tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində, yay semestrinin təşkilində iştirak edirlər. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq, tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən ali təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən tanınmalıdır. Digər ali təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.