Press "Enter" to skip to content

Qorxmaz Hüseynov: Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur

Beynəlxalq ümumi hüquqda(BÜH)-dövlətlər,beynəlxalq təşkilatlar,dövlətəbənzər qurumlar və s.

Pirimov’s Blog

Do not write post if you don’t know what to write! It’s as simple as that.

Beynəlxalq Hüququn Anlayışı və Mənbələri

Beynəlxalq Hüququn Anlayışı və Mənbələri

1.Beynəlxalq Hüququn anlayışı

Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir cəmiyyətin normal fəaliyyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdə hüquq da olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövləylərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır.

Bu hüquq beynəlxalq hüquq adlanır.Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir.O,məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır.Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin,demək olar ki,hər bir aspektini əhatə edir.Bu normalar vasitəsilə dənizdən,hava məkanından və kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır; beynəlxalq ticarət həyata keçirilir, ətraf mühitin mühafizəsi, insan hüquqlarının beynəlxalq müdafiəsi,cinayətkarların təhvil verilməsi və.s. Kimi dövlətlərin ümumi mənafeyində olan məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya və xarici siyasətlə üzvi surətdə bağlıdır. Xarici siyasətin həyata keçırilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən,diplomatiya beynəlxalq hüquq normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.

Qeyd etmək lazımdır ki,”beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç də düzgün əks etdirmir.Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış ”jus gentium”(“xalqların hüququ”) ifadəsindən götürdüyünə görə,bu termin dünyanın əksər dillərində də məhz “xalqlar arasındakı hüquq”mənasında işlədilir (məsələn,ingilis dilində-international law,fransız dilində-droit international,ispan dilində-derecho international,alman dilində-Völkerrecht,türk dilində-milletlerarası hukuk,rus dilində-международное право və s.).Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarası hüquq kimi başa düşülməlidir,çünki beynəlxalq hüquq bilavasitə xalqlar tərəfindən yaradılmır və xalqlar üçün deyil,mahiyyət etibarilə dövlətlər üçün,dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür.Doğrudur,mövcud beynəlxalq hüquq normalarına görə,xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara malikdirlər,məsələn, özünümüəyyənetmə hüququ (öz müqəddəratını təyin etmək hüququ),inkişaf hüququ,sülh hüququ və s.Digər tərəfdən,sonrakı mövzulardan bizə məlum olacaqdır ki,beynəlxalq hüquq,dövlətlərin müvafiq razılaşmasından sonra,digər subyektlər üçün də,məsələn,beynəlxalq təşkilatlar,transmilli korporasiyalar,fərdlər üçün də beynəlxalq hüquq və vəzifələr nəzərdə tuta bilər.Bununla belə,öz təbiətinə görə,beynəlxalq hüquq dövlətlər tərəfindən yaradılan,əsasən,dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin özü tərəfindən təmin edilən hüquq sistemi olaraq qalır.

Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar:

Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.

2.Beynəlxalq hüququn xüsusiyyətləri

Təbii ki,obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası,bu normalar da müvafiq subyektlər üçün hüquqi,ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir.Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir.Bu xüsusiyyətlər,hər şeydən öncə,beynəlxalq hüququn mövcud olduğu və fəaliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren,formal baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlqədardır.Birincisi,fiziki və hüquqi şəxslər və dövlət orqanları arasındakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq,beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasında yaranan münasibətləri nizama salır.İkincisi,beynəlxalq sistemdə qanunverici orqan yoxdur.Heç bir beynəlxalq təşkilat və ya orqan,o cümlədən Birləşmiş Millətlər Təşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq səlahiyyətinə malik deyildir.Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən parlamentlər də (məsələn,Avropa İttifaqında-Avropa parlamenti, Avropa Şurasında-Parlament Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da,”qanunvericilik” səlahiyyətindən məhrumdurlar.Üçüncüsü,beynəlxalq sistemdə,dövlətin daxilində olduğu kimi,mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur.Beynəlxalq hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır;beynəlxalq hüququn yaradıcısı və başlıca təminatçısı dövlətlərdir.Lakin bəzi hallarda bu funksiyanı dövlətlər müqavilələr vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya orqanlara həvalə edirlər.Məsələn,BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradan dövlətə qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edə bilər.BMT-nin Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki,o,bu və ya digər işə yalnız müvafiq dövlətlər buna razılıq verdikdə baxa bilər.Sadə dillə desək,ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş dövləti belə onun razılığı olmadan Beynəlxalq Məhkəməyə vermək olmaz.

Beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək üçün olduqca mühüm bir məqama diqqət yetirmək lazımdır.Əslində biz burada beynəlxalq hüququ dövlətdaxili hüquqdan fərqləndirən daha bir cəhəti nəzərə çarpdırmaq istəyirik.Söhbət ondan gedir ki,səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən olunmuş və ya tanınmış hüquq normaları prinsip etibarilə dövlətin bütün ərazisinəvə bu ərazidə olan bütün fiziki və hüquqi şəxslərə şamil edilir.Beynəlxalq hüquq isə belə yekcins deyildir və ola da bilməz.Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbul edilməməlidir ki,söhbət burada yalnız dünyanın bütün dövlətlərini əhatə edən,bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir.Qeyd edildiyi kimi,beynəlxalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında bağlanan ikitərəfli müqavilə də,bütöv regionu əhatə edən razılaşma da və bütün dünya dövlətləri üçün məcburi olan norma da beynəlxalq hüquq deməkdir.Bunu nəzərə almaqla,beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ və partikulyar beynəlxalq hüququ ayırmaq olar.Beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan”ümumi beynəlxalq hüquq” termini vasitəsilə bütün dövlətlər üçün məcburi olan beynəlxalq hüquq normaları ifadə olunur.Bu normalara hamılıqla tanınmış prinsiplər və ya hamılıqla tanınmış normalar da deyirlər.Partikkulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir.Bu baxımdan,məsələn,hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə,biz bunu,daha dəqiq desək,həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik.

3.Beynəlxalq ümumi hüquq və Beynəlxalq xüsusi hüquq

Bəzən beynəlxalq hüquq anlamı geniş mənada işlədilir və iki müstəqil normativ kompleks və elm sahəsi olan beynəlxalq ümumi hüquq (public international law) və beynəlxalq xüsusi hüquq(private international law) buraya daxil edilir.Beynəlxalq ümumi hüquq dedikdə,yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz dövlətlərarası hüquq başa düşülür.Əslində bu terminə beynəlxalq praktikada,demək olar ki,rast gəlinmir və o,əsasən elmi tədqiqatlarda və tədris prosesində beynəlxalq xüsusi hüquqdan fərqləndirilmək üçün istifadə olunur;onun əvəzinə hamı üçün anlaşıqlı olan “beynəlxalq hüquq” termini işlədilir.Beynəlxalq xüsusi hüquqa gəldikdə isə,o,qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri,yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür.Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə mövcuddur.Belə ki, a) onların hər ikisi beynəlxalq münasibətləri nizama salır; b) hər ikisi digər döövlətin hüquq subyektliyini tanıyır; c) mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz; ç) bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır.

Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq lazımdır.Bu fərqlər aşağıdakılardır:

Beynəlxalq ümumi hüquqda(BÜH)-dövlətlər,beynəlxalq təşkilatlar,dövlətəbənzər qurumlar və s.

Beynəlxalq xüsusi hüquqda(BXH)-fiziki və hüquqi şəxslər

BÜH-də- dövlətlərarası hakimiyyət xarakterli münasibətlər;

BXH-də- beynəlxalq xüsusi hüquq xarakterli(mülki,ailə,əmək və s.)münasibətlər;

BÜH-də- beynəlxalq müqavilə,beynəlxalq adət və s.;

BXH-də- milli qanunvericilik,beynəlxalq müqavilələr,ticarət adətləri və s.;

4)nizamasalma metoduna görə:

BÜH-də- müstəqil dövlətlərin razılığa gəlməsi;

BXH-də- ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması(bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);

5)ortaya çıxan məsuliyyətin xarakterinə görə;

BÜH-də- beynəlxalq-hüquqi məsuliyyət;

BXH-də- mülki-hüquqi məsuliyyət.

4.Müasir beynəlxalq hüququn əsas cəhətləri

Nəhayət,bu mövzu çərçivəsində daha bir məqamı da qeyd etmək istəyirik.Beynəlxalq hüquq elmində və habelə praktikada”müasir beynəlxalq hüquq”ifadəsinə tez-tez rast gəmək olur.Bu ifadə təkcə zaman mənasında deyil,daha çox keyfiyyət baxımından işlədilir.Bu gün qüvvədə olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan keyfiyyətcə kəskin surətdə fərqlənir.Müasir beynəlxalq hüququn səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:

a)bu gün beynəlxalq hüquq təkcə sivil və xristian dövlətlərin deyil,bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən və beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizmi olan normativ sistemə çevrilmişdir;

b)müharibə və istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir;

c)əsas insan hüquq və azadlıqlarına hörmət ediləməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir və bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyektliyə yiyələnmişdir;

ç)beynəlxalq normativ sistemdə jus cogens normalarının və erga omnes öhdəliklərinin(yəni bütün beynəlxalq birliyə qarşı olan öhdəliklər)olması hamılıqla qəbul edilmişdir;

d)beynəlxalq cinayətlərə (təcavüz,genosid,müharibə cinayətləri,insanlıq əleyhinə cinayətlər,beynəlxalq terrorizm,narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və s.) görə dövlətlərin və fiziki şəxslərin beynəlxalq məsuliyyəti institutu yaranmışdır.

Qorxmaz Hüseynov: “Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur”

Bakı. 15 mart. REPORT.AZ/ “Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur”.
“Report” bildirir ki, bunu bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
“Erməni təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb, onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli “Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri” adlı qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoyması kimi tələblər yer alıb”, – deyə ASC sədri qeyd edib.
Q.Hüseynov vurğulayıb ki, bu gün ölkədə su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir: “Dövlət başçısı bu sahənin inkişafına xüsusi diqqət göstərir. Ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır. Əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Azərsu” tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda icra olunan su və kanalizasiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı dünyanın aparıcı maliyyə qurumları yaxından iştirak edir. Dünya Su Şurası çərçivəsində yaradılan Smart Qrupun üzvü olan “Azərsu”da yeni idarəetmə modellərinin, innovativ texnologiyanın tətbiqi məqsədilə “İdeya Laborotoriyası” adlandırdığımız tam modernləşdirilmiş StartAP sahəsinin və smart siniflərin qurulması prosesi başa çatmaq üzrədir”.
ASC sədrinin sözlərinə görə, “Aşağı axın” ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənmir: “Şirin su ehtiyatlarının 70%-ə qədəri ölkə hüdudlarından kənarda formalaşır. Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Məlum olduğu kimi çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində hamımıza məlum olan və tam həllini tapmayan bir sıra problemlər mövcuddur. Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiyayla ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İranla saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstanla ikitərəfli müqavilə üzərində iş aparılır”.
Qeyd edək ki, Su Həftəsində 40-dək ölkədən Azərbaycana gələn dövlət və özəl qurumları, elmi mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Elmi-praktiki konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Həftənin ilk gününə olan məzənnə

13 Mart 2023 09:21

Neftimiz ucuzlaşıb

11 Mart 2023 10:10

Nazir müavini Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin rəhbəri ilə görüşdü

10 Mart 2023 18:28

Azərbaycan nefti bu qiymətə satılır

10 Mart 2023 09:42

Mərkəzi Bank bu günə olan rəsmi məzənnəni AÇIQLADI

10 Mart 2023 09:17

Türk lirəsi rekord dərəcədə ucuzlaşdı

09 Mart 2023 20:26

Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
Rusiyanın YENİ PLANI:

Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA

Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm –

aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ

“Heç vaxt ölməyən insanlar var”

– 1 daşla 9 quş

“Özüm daha heç nəyə, heç kimə güvənmirəm”

– Tanınmış teleaparıcıdan İNANILMAZ cavablar

​“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər
​Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ
“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”

– Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar

“Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur”

– Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ

“Çox çətin uşaqlığım olub”

– Niyaz Niftiyevlə müsahibə / FOTOLAR

“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir”

– Səlim Babullaoğlu ilə müsahibə / FOTOLAR

​Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? –

Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR

Comments are closed, but trackbacks and pingbacks are open.