Press "Enter" to skip to content

İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya

1985-ci ildə İsa Hüseynovun tarixi və müasir düşüncələrini vəhdətdə birləşdirən «İdeal» romanı çapdan çıxmışdır. Bu romanı yazıçı özünə götürdüyü yeni təxəllüslə – Muğanna imzası ilə çap etdirmişdir. «İdeal» romanı daha bir cəhəti nümayiş etdirirdi: tarixi mövzulara keçəndən yazıçı lirik-psixoloji nəsrdən tamam uzaqlaşıb. İndi onun nəsr dili 60-cı illərdə olduğundan köklü şəkildə fərqlənirdi.

Isa Huseynov Kimyaci – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Elmi əsərləri
    • 3.1 Elmi məqalələri
    • 3.2 Müəllif şəhadətnamələri
    • 3.3 Patentləri

    İsa Şahruddin oğlu Hüseynov 1957-ci il dekabrın 17-də Balakən rayonunun Qazma kəndində ziyalı ailəsində anadan olmuşdur. Qazma 1 saylı orta məktəbin 8-ci sinfindən sonra Bakı şəhər 5 saylı kimya-biologiya təmayüllü məktəbə qəbul ounmuş və 1975-ci ildə həmin məktəbi bitirərək Balakən rayon sanitar-epidemoloji stansiyasında əmək fəaliyyətinə başlamışdır.

    1977-ci ildə Ukrayna Respublikasının Lenin komsomolu adına Lenin ordenli Lvov Politexnik İnstitutunun “Üzvi birləşmələrin kimyəvi texnologiyası” fakültəsinə qəbul olumuş və 1982-ci ildə adı çəkilən fakültəni bitrirərək “Aktiv-bioloji birləşmələrin kimyəvi texnologiyası” ixtisası üzrə mühəndis- kimyaçı-texnoloq kvalifikasiyası almışdır.1982-ci ildə təyinat üzrə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutuna işə qəbul olunmuş, 1986-cı ildə AEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna keçirilmişdir.

    1986-91-ci illərdə adı çəkilən institutun aspiranturasının qiyabi şöbəsində təhsil almış, 1993-ci ilin fevral ayında həmin institutun ixtisaslaşmış elmi şurasında “Kimyəvi kinetika və kataliz” və “Neft kimyası” ixtisasları qovşağında namizədlik dissertasiyası müdafiə etmişdir. İsa Hüseynov 1991-2005-ci illərdə Bakı şəhərinin müxtəlif kimya müəssisələrində- Bakı kimya əczaçılıq zavodunda sex ustası, texnoloq və istehsalat – texniki şöbənin rəisi, 1 saylı əcza-depoda bioloq, AR Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibb Sənayesi Birliyində kimyaçı-texnoloq, Suraxanı r-n 411 saylı aptekdə kimyaçı-analitik vəzifələrində çalışmışdır.

    2005-2015-ci illərdə AMEA akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutunda (indi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) böyük emi işçi olmuşdur. 2015-ci ildən AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna keçmiş və hazırda həmin institutun 2 saylı “Mühərrik yağlarına yuyucu-dispersedici aşqarlar” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır.

    2011-2016-cı illərdə AMEA akad. Ə.Quliyev adına AKİ-nin kimya üzrə elmlər doktoru hazırlığı üçün doktoranturada təhsil almış, doktorluq dissertsiysını tamamlamışdır.

    Elmi fəaliyyəti

    İsa Hüseynov iştiraki ilə AMEA akad. M.Nağıyev adına KPİ-də işlədiyi laboratoriyanın tematik planına əsasən epixlorhidrinin aminlər, sulfo- və aminsalisil turşuları ilə, aminsirkə turşusunun bir və ya iki əsaslı spirtlərlə reaksiyaları əsasında polifunksional üzvi birləşməlrin, epixlorhidrin əsasında epoksid birləşmələrin sintezi və fiziki-kimyəvi xassələrinin öyrənilməsi üzərində tədqiqat işləri aparmış və sintez edilmiş fenoksi birləşmələrin lipidlərin parçalanmasında aktiv bioloji birləşmələr kimi və β-adrenoblokatorlar qismində istifadə edilməsi öyrənilmişdir.

    AMEA akad. Ə.M.Quliyev adına AKİ-də kimya elmlər doktorluğu hazırlığı üzrə doktoranturada təhsil müddətində doktorluq işinin mövzusu ilə əlaqədar izoksazol, oksazol, triazol, pirrol, pirazolpiridinlər və s. kimi birləşmələrin tətbiqi ilə heterotsiklik sulfamid birləşmələrinin yeni alınma üsullarının işlənib hazırlanması, bioloji-aktiv heterotsiklik sulfamid birləşmələrinin sintezi, onların fiziki-kimyəvi, bio-aktiv, antioksidant, antikorroziya, antimikrobvə bakterisid xassələrinin öyrənilməsi və alınan sulfamid birləşmələrinin sürtkü yağları və sürtkülərə əlavə edilən aşqarlar kimi tədqiqi üzərində çalışmışdır.

    Elmi əsərləri

    İsa Şahruddin oğlu Hüseynov 67 elmi əsərin, o cümlədən 1 müəlliflik şəhadətnaməsi, 5 patent, 35 məqalə və 26 tezisin müəllifidir.

    Elmi məqalələri

    • И.Ш.Гусейнов, С.К.Шарифова, С.Б.Зейналов. Исследование реакции эпихлоргидрина с сульфо- и аминосалициловой кислотами.// Журнал хим. проблемы, Баку, 2006, №3, с.544
    • И.Ш.Гусейнов, С.Б.Зейналов, Ф.А.Кулиев, С.М.Багирзаде, Н.А.Касумова.// Исследование влияния аминометил производных пространственно-затрудненных фенолов на процесс перекисногo окисления липидов. Журнал хим. проблемы, Баку, 2006, № 4, с.678
    • И.Ш.Гусейнов, С.Б.Зейналов, Ф.А.Кулиев, М.И.Абдуллаева, С.Б.Касумова. // Изучение 1-фенокси-3-аминопропанолов-2 на -адреноблокирующую активность. Журн. хим. проблемы, Баку, 2007, № 1, с.95
    • И.Ш.Гусейнов.// Продукты реакции глицина с двухатомными спиртами и синтез эпоксифиров на их основе. Азерб. xим. журн., Баку, 2008,
    • И.Ш.Гусейнов, С.Б.Зейналов,Ф.А..Кулиев.// Новые данные реакции оксида этилена с кетонaми. Всесоюзный Институт Научной и Технической информации ВИНИТИ. №102115214/28а-39 Библиографическая Карточка «648-В 2009. 23.10.2009. Москва.
    • И.Ш.Гусейнов, С.А.Мамедов, С.И.Мамедова, Ф.А.Кулиев, Н.П.Ладохина.// Синтез N,N1 –алкилен-бис-сульфамидов и исследование их свойств. Азерб. хим. журнал, Баку, 2011, № 2, с.59
    • И.Ш.Гусейнов, С.А.Мамедов, С.И.Мамедова, Н.П.Ладохина, З.Р.Агаева.// Полиаминопроизводные сульфамидов в качестве ингибиторов коррозии стали Азерб. хим. журнал. Баку, 2012, № 2, с.48
    • И.Ш.Гусейнов, С.А.Мамедов, С.И.Мамедова, Н.П.Ладохина, М.Ф.Фарзалиев, Ф.А.Фатализаде.// Синтез N-замещенных производных арилсульфонилгидразидов и исследование их в качестве присадок к смазочным маслам. РАН, «НЕФТЕХИМИЯ», Москва, “Наука”, 2012, Т.52, № 4, с.317
    • И.Ш.Гусейнов, С.А.Мамедов, Л.М.Шахгельдиева, С.И.Мамедова, Н.П.Ладохина.//Синтез 1- (арилсульфонил )-пиразоло[1,5-а]пиридинов РАН, Журнал Oрганической Xимии, Санкт-Петербург,“Hаука”, 2012, Т.48, вып.10, с.1385
    • И.Ш.Гусейнов, В.М.Фарзалиев, С.А.Мамедов, Ф.А.Фатализаде, Н.П.Ладохина.// Влияние структуры базовых kомпонентов на свойства пластичных смазок Азерб. жим. Журнал, Баку, 2013, № 2, с.26
    • И.Ш.Гусейнов, С.А.Мамедов, С.И.Мамедова, Н.П.Ладохина, Ф.А.Фатализаде, Ш.К.Казимзаде.// Арилсульфонил-2-карбамилгуанидины в синтезе гетарилсульфамидов и исследование свойств полученных соединений. РАН, «НЕФТЕХИМИЯ», Наука, 2014, т.54, № 3, с.230

    Müəllif şəhadətnamələri

    • И.Ш.Гусейнов, А.Б.Кулиев, М.М.Джавадов, Б.А.Абушова. // N--фенилизопропил (N1-диэтил-карбомоил)-тиоацетамид в качестве противоизносной и противокоррозионной присадки к маслам № 1319515, Москва, 1987, Aвторское Свидетельство.

    Patentləri

    • İ.Ş.Hüseynov, S.M.Bağır-zadə, S.B.Zeynalov, N.Ə.Qasımova.// Aminturşuların aminlərinin alınma üsulları. Azərbaycan patenti İ 2008 0133,Bakı, 2008

    Beynəlxalq konfranslarda iştirakı

    • Bitki yağlarının təbiətinin kipləşdirici-yağlayıcı sürtkülərin keyfiyyətinə təsiri. VIII Beynəlxalq Neftkimya üzrə Məmmədəliyev konfransı, Bakı ş, 3-6 oktyabr 2012, s 406-407. F.A. Fətəlizadə, İ.Ş.Hüseynov, S.Ə.Məmmədov, N.P.Ladoxina
    • N-β-xlorpolialkilarilsulfamidlərin törəmələrinin sintezi və aşqarlar kimi tətbiqi. I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı, Bakı şəhəri, 2013, s 28-29. İ.Ş.Hüseynov, N.P.Ladoxina, Ş.K. Kazimzadə, S.Ə. Məmmədov

    Xarici keçidlər

    İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya

    Xalq yazıçısı İsa Hüseynovun Azərbaycan ədəbiy-yatında böyük yeri və sanballı xidmətləri vardır. Tanınmış sənətkarın yaradıcılığını ədəbi cəhətdən iki mərhələyə ayırmaq olar. Heç şübhəsiz, birinci mərhələ onun 1950-1980-ci illərdə yazdıqları ilə şərtlənir. Bu dövrdə İsa Hüseynov üçün ən xarakterik cəhət yaşadığı keçmiş sovet ideologiyasını mümkün qədər toxunmadan gerçək həyatı və real insanları əks etdirmək əsasında cəmiyyətə öz sözünü deməkdən ibarət olmuşdur. Etiraf etmək lazımdır ki, çətin və mürəkkəb mərhələdə İsa Hüseynov canlı həyat nəfəsi üstündə köklənmiş maraqlı, cəlbedici əsərləri ilə real gerçəkliklərin təsviri və sadə insanların adi həyatı ilə ifadə olunan ciddi, mühüm mətləblərin böyük ədəbiyyatını yarada bilmişdir. İsa Hüseynovun qeyd olunan dövrdəki hekayələri ilə sanki bu janr təzə mərhələdə yenidən doğulmuşdur. İsa Hüseynovun sayca çox olmayan hekayələri həyatın elə seçilmiş anlarına, yaxud da sadə insanların dünyasının elə dərin qatlarına işıq sala bilir ki, bunlar yalnız məhz onun müşahidələri əsasında yazıla bilərdi. Bütövlükdə isə İsa Hüseynov əsərləri ilə çətin ideoloji mühit çərçivəsində də ciddi yazıçı sözü deməyin mümkünlüyünü isbat edə bilmişdir. İsa Hüseynovun «Bizim qızlar», «Yanar ürək», «Teleqram», «Tütək səsi», «Kollu koxa» povestləri Azərbaycan ədəbiyyatında bu janrın bənzərsiz nümunələridir. İsa Hüseynov povestlərində həyatı roman miqyasında dərin və əhatəli şəkildə göstərmişdir. Yazıçı insan talelərini həqiqətən yanar ürəklə təsvir etmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. «Doğma və yad adamlar» romanı povestlərdən ibarət roman təəssüratı yaradır. İsa Hüseynov sözünü povest həcmində və lakin roman dərinliyində deməyin ustadıdır. «Doğma və yad adamlar» romanında yazıçı povestlərində müəyyən cəhətləri ilə təsvir edilmiş obrazlarını tam, bütöv halda təqdim etmişdir. «Doğma və yad adamlar»la İsa Hüseynov povest həcmində və roman qavrayışında düşünmək və əks etdirmək imkanlarını ümumiləşmiş şəkildə nəzərə çarpdırır. Yazıçı «Doğma və yad adamlar»dan keçərək «Məşhər» romanı mərhələsinə gəlib çatmışdır. «Məşhər»lə İsa Hüseynovun yaradıcılığının birinci mərhələsi tamamlanır. Eyni zamanda, İsa Hüseynovun yaradıcılığında «İdeal»a keçid də «Məşhər»dən başlanır.

    İsa Hüseynov yaradıcılığını xarakteri etibarilə məşhur qırğız yazıçısı Çingiz Aytmatovun povestləri ilə müqayisə etmək olar. Bu əsərlərdə gerçəkliyin yaratdığı gərginliklər yazıçı müşahidəsindən və sənətkar təxəyyülündən doğan mükəmməl bir lirizmlə müşayiət olunur. İsa Hüseynovun həyatın və insan mənəviyyatının dərinliklərinə qədərki axtarışlarında son dərəcə səmimi, təbii, inandırıcı, real və eyni zamanda obrazlı görünür.

    Bu mənada İsa Hüsenovun yaradıcılığı Azərbaycan bədii nəsrinin böyük ustadı Cəlil Məmmədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasında körpü funkiyasını daşıyır. İsa Hüseynovun əsərləri Azərbaycan altmışıncılarının möhtəşəm bir proloqudur. Sanki İsa Hüseynov doğma və yad adamlar haqqındakı qənaətlərini, yazıçı təəssüratlarını Azərbaycan altmışıncılarına təhvil verib, özü tamam yeni bir sahə ilə, «İdeal» romanı ilə və onun davamı olan yeni dünyanı təsvir etməklə məşğul olmağa keçmişdir. «İdeal» yalnız İsa Hüseynovun yaradıcılığında deyil, geniş mənada Azərbaycan ədəbiyyatında özünəməxsus bir istiqamətdir. «İdeal»a hər şeydən çox İsa Hüseynovun dünyası kimi baxmaq olar. Ədəbiyyat gözü ilə baxanda «İdeal» mücərrəd görünür. Lakin «İdeal» romanı çap olunduqdan sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov bu qəbildən olan əsərlərində inandığı və sanki hətta yaşadığı dünyanı təqdim edir. «İdeal»da və sonrakı əsərlərində İsa Hüseynovun inanaraq formalaşdırdığı Saf Ağ dünyası ədəbiyyat üçün utopiya kimi görünsə də, İsa Hüseynov üçün gerçəkliyin ifadəsidir. Əgər bu fəlsəfə «İdeal»la bitmiş olsaydı, onda Saf Ağ yolu İsa Hüseynovun yaradıcılığında keçici bir ovqat, yaxud keçid dövrü romanı kimi qəbul etmək olardı. Lakin yazıçının bundan sonra yazdığı «Qəbiristan», «Cəhənnəm» “GurÜn” “İsahəq, Müsahəq”, “İlan dərəsi” kimi əsərlərində «İdeal»-da təqdim olunan dünyanın daha da sistemləşdirdiyinin, dərinləşdiyinin şahidi olduqdan sonra bütün bunlara İsa Muğanna dünyası kimi baxmaqdan başqa yol qalmır. İsa Hüseynov Saf Ağ Yola haradan gəlib çıxmışdır? Nə üçün İsa Hüseynov «Tütək səsi»nin davamını yox, «İdeal»ın dərinliyini yazmağı zəruri saymışdır? Hətta bəzən İsa Hüseynovun «İdeal»a qədərki əsərlərindən imtina etmək barədə fikirlər səsləndirməsi Saf Ağ elminə nə qədər üstünlük verdiyini, inandığını diqqətə çatdırır. Bütün hallarda «İdeal» romanından sonra Xalq yazıçısı İsa Hüseynovun yaradıcılığında yeni bir mərhələnin, İsa Muğanna dövrünün başlandığını və otuz ilə yaxın davam etdiyini, yeni əsərlərlə daha da möhkəmləndiyini görürük. Bu mərhələnin həm ayrıca ciddi tədqiqata, həm də bütövlükdə İsa Hüseynovun yaradıcılığı ilə tam olaraq bir yerdə tədqiqinə böyük ehtiyac vardır. Fikrimcə, Azərbaycan tənqid və ədəbiyyatşünaslığı hələ ki bu mərhələyə seyrici kimi yanaşır. Artıq İsa Hüseynov da, İsa Muğanna da, əsərləri də ədəbiyyat tarixi hadisəsinə çevrilmişdir. İndi ciddi tədqiqatçı sözünə ehtiyac vardır.

    Son illərdə artıq İsa Muğannanın «İdeal» romanı və sonrakı əsərləri haqqında yeni tipli tədqiqatlara başlanılmışdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqovun İsa Muğannanın yaradıcılığı ətrafındakı araşdırmaları bu mərhələnin elmi təhlili baxımından maraq doğurur. Şəmil Sadıqovun «İdeal»dan sonrakı ədəbiyyata dair baxışlarında məsələnin mahiyyətinə varmaq mənasında əhəmiyyətli səslənən fikirlər və mətləblər çoxdur. Şəmil Sadıqov «İdeal»a və sonrakı əsərlərə İsa Muğannanın gözü ilə baxır. Bəs bu əsərlərə İsa Hüseynov bucağından yanaşılarsa, hansı nəticə meydana çıxa bilər? Varilsliyi, əlaqəni, bağlılığı tərcümeyi-halın və sənətin harasında, hansı qatında axtarmaq lazımdır? Şəmil Sadıqovun Saf Ağ elmi barədə sistemli elmi baxışlara malik olması bütövün, tamın parçalarının da tapılıb müəyyən olunacağına nikbin baxmağa çağırır. Şəmil Sadıqovun tədqiqatları İsa Muğannanı elmi şəkildə öyrənməyin ümid verici bir başlanğıcıdır. Onun oxuculara «Ölümündən sonrakı həyat» adı ilə təqdim etdiyi materiallar İsa Muğanna həqiqətini müəyyən etməyə işıq salan düşüncələri əks etdirir. Xüsusən, İsa Muğannanın bir səhifəlik axırıncı əlyazmasının oxuculara təqdim edilməsi ilə bir çox mətləblərin elmi surətdə təsəvvür olmasına ümid yeri çoxalır. Bu əlyazma Saf Ağ elminin proqramı və yaxud da İsa Muğanna sənətinin ümumiləşmiş bir manifestidir. İsa Muğannanın dünyasının üfüqləri də, konturları da, məntiqi də axırıncı əlyazmasında xüsusi ilə hiss olunur. Ona görə də bütövülkdə «Ölümdən sonrakı həyat» məqalələr toplusu, o cümlədən bu toplunun əsas sənədi olan bir səhifəlik əlyazma İsa Muğanna dünyasını öyrənmək üçün əsas verir. Bu əlyazma mücərrəd olsa da, həm də İsa Muğannanın əbədiyyətə aparan yolunun da məramnaməsidir. Haradan baxsaq, «Ölümdən sonrakı həyat»da toplanan materiallar «İdeal»dan sonrakı ədəbiyyatı və bütöv bir dünyanı doğru-düzgün öyrənməyə şərait yaradır. Doğrudur, «Ölümdən sonrakı həyat» məqalələr toplusunda «İdeal»dan sonrakı İsa Muğannaya ideal kimi baxmaq meyli də hiss olunmaqdadır. Bəlkə də, İsa Muğannanın sənət dünyasının sirləri də bu məqamda, yeni təqdim olunan materiallar əsasında və ya axırıncı əlyazmanın diktə etdiyi həmin nöqtənin ətrafında açılacaqdır? Bütün hallarda Şəmil Sadıqovun «İdeal»dan sonrakı ədəbiyyatın da və həyatın da içərisində olması onun İsa Muğanna həqiqəti barədə dərin və əsaslandırılmış elmi söz deməyə köklənməsini şərtləndirmişdir. Bu mənada «Ölümdən sonrakı həyat» bəlkə də bütövülkdə nəticə etibarilə «İdeal»dan sonrakı ədəbiyyatın açarı ola biləcəkdir.

    Isa hüseynov əsərləri

    Həyatı və fəaliyyəti. İsa Hüsey­nov 1950-60-cı illərdə lirik nəsrin əsas yaradıcılarından biri olmuşdur. Onun tarixi mövzu və kinodra­ma­tur­giya sahəsində də əsərləri böyük rəğ­bət­lə oxunur və sevilir.

    İsa Mustafa oğlu Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Mu­ğanlı kəndində anadan olmuşdur. Gə­lə­cək yazıçının atası Mustafa kişi ədə­biy­yatla, saz və sözlə maraqlanan kənd müəllimi idi. İsa kiçik yaşla­rın­dan mütaliəyə meyl etmiş və orta mək­təbdə fərqlənən şagirdlərdən ol­muş­du. O, ciddi, müstəqil düşüncəsi olan emosional bir gənc kimi böyü­müşdür. 1945-ci ildə kənd orta məktəbini bitirdikdən sonra İsa Bakıya gəlir və N.Nərimanov adına Tibb İnstitutuna daxil olur. Bu addımı atmasında onun valideynlərinin əsas rolu olmuşdu. Üç-dörd ay mühazirələri dinlədikdən sonra İsa tibbə heç bir marağı qalmadığını hiss edir. Ürəyincə olmayan təhsil onun əsəblərini də gərginləşdirir. Nəticədə gələcək yazıçı qəti qərar qəbul edib Tibb İnstitutundan çıxır və kəndə qayıdır. Hiss edir ki, kəndsiz yaşamaq onun üçün çətindir: səmimi, istiqanlı bir gənc olan İsa kəndə, oradakı doğma və əzizlərinə, qohum və qonşulara dərindən bağlı idi. Şəhərin soyuqluğu, adamlar arasındakı yadlıq və formalizm onda güclü daxili etiraz yaradırdı.

    Kəndə qayıdan İsa daxili rahatlıq tapır və çox sevdiyi ədəbiy­yatla məşğul olur, bu dəfə Universitetin filologiya fakültəsinə hazırlaşır, ara-sıra şeirlər yazırdı. Kəndə nə qədər bağlı olsa da o, Bakıya gedib orada təhsil almağın labüdlüyünü hiss edir: onun sinif yoldaşlarının hamısı orada ali məktəblərdə oxuyurdular. İsa da 1946-cı ilin yayında Bakıya gəlib BDU-nun filologiya fakültəsinə daxil olur. Universitetdəki dərnəklərə gedir, şeirlərini uzaq qohumu olan Mehdi Hüseynə göstərir, ədəbi mətbuatı oxumaq barədə ondan tövsiyələr alır.

    1946-50-ci illərin əvvəlləri konfliktsizlik nəzəriyyəsinin geniş yayıldığı bir dövr idi. Yuxarıdakı ədəbiyyat məmurları ədəbiyyatdan ancaq tikintilərdə çalışan fəhlələrin əmək «igidliyi»ni göstərməyi tələb edirdi. Qəzetlər tikintilərdən yazılan oçerklərlə dolu idi. İsa bunları oxuyandan sonra oçerk sahəsində qələmini sınamaq qərarına gəlir: mətbuatda çıxan oçerklər ona asan bir şey kimi görünür. O, oçerklər yazmağa başlayır və bu janrda «Anadil oxuyan yerdə» əsəri yazıçı M.Hüseynin köməyi ilə «İnqilab və mədəniyyət» jurnalında işıq üzü görür. İsanın yazıb-yaratmaq həvəsi qat-qat çoxalır.

    Mehdi Hüseyn onun qələmindəki səmimiyyəti hiss edir və onu himayə etməyə başlayır: BDU-nun IV kursundan o, təhsilini davam etdirmək üçün Moskvaya – M.Qorki adına Ədəbiyyat İnstitutuna köçürülür. Moskva mühiti səmimi kənd uşağı olan İsanın dünyagörüşünə və mütaliəsinə müsbət təsir göstərir. Bakıya qayıdan İsa 1952-1954-cü illərdə «Azərnəşr»də redaktor işləməyə başlayır.

    Moskva mühitində daha gərgin işləməyə adət etmiş İsa ge­cə­lər yorulmadan hekayə və povestlər yazır. Ədibin yara­dıcı­lı­ğı­nın ilk mərhələsində konfliktsizlik nəzəriyyəsinin təsiri var idi. Hə­lə Moskvada oxuyarkən yazmağa başladığı «Bizim qızlar», «Dan ulduzu» kimi povestlərin qəhrəmanları onların kəndlərinin sa­kin­ləri, onun yaxşı tanıdığı kolxozçu tay-tuşları idi. Bu po­vest­lər­də oçerkçiliyin əlamətləri çox qüvvətlidir, lakin o zaman bu, qü­sur sayılmır və istehsalatdan yazmaq, ölkənin bərpası mövzusu bü­tün ədəbi və hətta siyasi mətbuat üçün də səciyyəvi idi.

    Lakin ədəbi mətbuatı dolduran saysız-hesabsız oçerklərin için­də İsa Hüseynovun əsərləri iki məziyyəti ilə – lirizmə meyl və səm­imiyyəti ilə seçilirdi. Hər iki keyfiyyətin əsasında yazıçının insana, onun hissiyyat və fikir aləminə qarşı həssaslığı idi. Belə psixologizm o zamankı «istehsalat» nəsrində nadir bir hadisə idi. Cavan yazıçının şirin, yığcam, canlı danışığın şirəsi ilə zəngin olan dili həm lirik hissiyyatların, həm də psixoloji detalların bədii ifadəsini dərinləşdirirdi. Lakin mövzu baxımından cavan yazıçının povestlərində o zamankı kənd nəsrindən fərqli bir şey yox idi. Yazıçı öz kəndlərindəki kolxozu, oradakı işçilərin əmək yarışını qələmə alırdı.

    «Bizim qızlar» povestinin konflikti sadədir: əmək qabaqcılı olan Minayə uşaqlıqdan deyiklisi olan oğlana ərə getmək istəmir. O, əmək cəbhəsində özünü təsdiq etdikdən sonra dəyişmişdir. Əlbəttə, gənc qızın öz uşaqlıq deyiklisindən imtina etməsi istənilən vəziyyətdə, istənilən mühitdə ola bilərdi. Lakin konfliktsizlik dövrünün təsəvvürünə görə, adi məişət faktını əmə­yin müsbət təsiri ilə, gənc qızın xarakterini müstəqilləş­dirməsi ilə bağ­la­maq doğru hesab edilirdi. Ona görə yazıçının 1953-cü ildə «Bi­zim qızlar» adlı povestlər kitabının çıxması adi ədəbi hadisə de­yil­di. İsa Hüseynovun o zaman cəmi 25 yaşı vardı. İki il sonra yazı­çının «Dan ulduzu» adlı ikinci iri kitabı kütləvi tirajla çapdan çıxdı.

    İsa Hüseynovun ilk hekayə və povest kitabları onu lirik nəsrin istedadlı nümayəndəsi kimi tanıtdı. Belə nəsrin ilk nü­mu­nə­lə­rini hələ müharibədən əvvəl İlyas Əfəndiyev və Ənvər Məm­məd­xanlı yaratmışdı. Onlar adətən lirik, sentimental, gənclik hiss­lə­ri ilə bağlı süjetləri daha çox qələmə alırdılar. İsa Hüseynovda isə insan hissiyyatlarının əhatəli təsviri kolxoz həyatı və əmək ba­rə­də süjetlərdə verilirdi. Bu, nəsrimizdə lirik istiqamətin, ilk növ­bə­də, mövzu və material baxımından zənginləşməsi idi.

    1960-cı ildə İsa Hüseynovun «Yanar ürək» povesti onun di­gər əsərləri ilə birgə kitab şəklində çap olundu və yazıçının ciddi ya­ra­dıcılıq inkişafından xəbər verdi. Burada artıq əmək mövzusu yox idi, üstəlik əsərdə lirik nəsr üçün əsas mövzu olan məhəbbət xətti aparıcı idi.

    Bu illərdə İsa Hüseynov Azərbaycan yazıçılarının rus dilində əsərlərini çap edən «Literaturnıy Azerbaydjan» jurnalında nəsr şöbəsinin müdiri (1960-1964), Kinostudiyada baş redaktor (1964-1968) vəzifələrində çalışırdı. Yazıçı C.Cabbarlı adına Kinostudiyada ştatdankənar redaktor (1968-1974), 1979-cu ildən isə Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışmışdır.

    İsa Hüseynov kino sahəsində çalışaraq milli kinomuzun inkişafına böyük töhfələr vermişdir. Onun ssenariləri Azərbaycan gerçəkliyini kinoya gətirmək baxımından çox uğurlu olmuş və yüksək bədii keyfiyyətləri, kinonun spesifikasına yüksək bələdliyi ilə seçilmişdir. Onun ssenariləri əsasında çəkilmiş «26 Bakı komissarları», «Ulduzlar sönmür», «Nəsimi» kimi filmlər kinomuzun klassik nümunələrinə çevrilmişdir.

    Bu sırada onun ilk uğurlu işi Bakı komissarlarına həsr olunmuş ssenarisi idi. Həmin işlə İsa Hüseynovun tarixi-bioqrafik mövzu ustası olduğu meydana çıxdı. Ədib özünə, qələminə tənqidi yanaşan, tələbkar bir insan olduğu üçün 26-lar barədə filmin ssenarisini yazarkən tarixi materialları dərindən öyrənmiş və partiyalı mövzunu xalqın nöqteyi-nəzərindən işləyə bilmişdi. Bu filmin əsas uğuru orada Azərbaycan xalqının 1918-ci ildə yaşadığı faciələrin dərindən, faktlar əsasında açılıb göstərilməsi idi. Erməni-rus təcavüzünə məruz qalan, qırılan, təbii sərvətləri əlindən alınan hüquqsuz, savadsız xalq obrazı filmin əsas qəhrəmanı kimi səslənmişdi. Düzdür, əsərdə o dövrün tələblərinə uyğun olaraq, Bakı Komissarlarının da obrazları var idi. Lakin bunlar yazıçı tərəfindən doğma xalqımızın taleyi prizmasından verilmişdi.

    Tarixi mövzu. «26 Bakı Komissarları» filmi İsa Hüseynovun tarixi mövzularda işləmək, sənədlər əsasında bədii filmlərin ssenarisini yaratmaq istedadını ortaya qoydu. Sonralar ona böyük dövlət xadimi N.Nərimanovun həyat və fəaliyyətindən bəhs edən «Ulduzlar sönmür» bədii filminin ssenarisini yazmağı tapşırdılar. Yazıçı artıq həmin dövrü gözəl öyrənmişdi, ona görə N.Nərimanovun bioqrafiyasını əks edən bədii film də onun ssenarisi əsasında uğurlu çıxdı. Filmdə N.Nərimanov obrazının əsas cəhəti onun maarifçi bir xalqçı olması idi. Burada milli tərəqqi ideyası Nərimanın əsas amalı kimi verilir.

    Filmdə onun düşmənləri və əleyhdarları da çoxdur. Ermənilər onun xalqı üçün yanan ürəyini ləkələməyə çalışır, onu millətçi kimi qələmə verirlər. Azərbaycan İnqilab Komitəsinin sədri olarkən öz səlahiyyətlərindən, ilk növbədə, maarif və məktəbimizin inkişafı üçün istifadə edən bu böyük xalq adamı millətin savadlanması və müasirləşməsi üçün misilsiz işlər görmüşdür. Məhz bu işlərə yol verməmək üçün N.Nərimanov 1922-ci ilin sonunda Moskvaya böyük vəzifəyə aparılır. Yazıçı böyük dövlət və xalq adamının oradakı həyatının ikili xarakterini, orada da millətçilərlə toqquşmalarını və mənəvi əzablarını konkret detallar əsasında ekran dilində ifadə etmişdir.

    İsa Hüseynovun tarixi mövzuda yazdığı üçüncü ssenari böyük şairimiz, mürtəcelər tərəfindən XV əsrdə qətlə yetirilmiş mütəfəkkir Nəsimiyə həsr edilmişdir. XIV əsr hadisələrini əks etdirən bu ssenarini yazmaq üçün yazıçı böyük fədakarlıqla külli miqdarda tarixi faktları və materialları araşdırmışdır. «Nəsimi» ssenarisi iki hissəli idi. Bu monumental əsərin əsas uğuru yazıçının Nəsimi bioqrafiyasında xalqımızın taleyi barədə bəhs açması idi. Ona görə ssenaridə hadisələr XIV əsrin sonu, XV əsrin əvvəllərində Azərbaycanda gedən siyasi hadisələrin – Teymur istilalarının qanlı konteksti fonunda qələmə alınmışdır.

    Ssenarini yazarkən topladığı materiallar əsasında sonradan yazıçı Nəsimiyə həsr olunmuş «Məhşər» romanını yazdı. Roman 1979-cu ildə kütləvi tirajla çapdan çıxdı. Bu roman yazıçının yaradıcılığının yeni mərhələsi idi. Burada İsa Hüseynovun lirik üslubundan çox az əlamət qalmışdı. Bunun bir sıra mürəkkəb, yazıçının yaradıcı inkişafı ilə bağlı səbəbləri var idi.

    Nəsimi haqda əsərin roman variantında iki yeni cəhət özünü büruzə verirdi. Bunlardan biri Azərbaycan xalqının ictimai və dini fikir tarixi məsələsi idi. Yazıçı bu yöndə ənənəvi elmdən fərqli olan şəxsi konsepsiyasını irəli sürür. Bu konsepsiyaya görə, yazıçı qədim azərbaycanlıların ilk dini kitabların yaradılmasındakı rolunu və iştirakını əsaslandırmaq istəyir.

    «Məhşər» romanındakı ikinci motiv yazıçının qədim fəlsəfi məktəblərə, dini fəlsəfəyə dərin marağı idi. Bu maraq əsasında yazıçı çox maraqlı və eyni zamanda, mürəkkəb və ziddiyyətli fəlsəfi görüşlərin şərhinə gəlib çıxmışdı. İsa Hüseynov Nəsiminin mənsub olduğu hürufilik təriqətini dərindən öyrənmiş və onun yaranmasında azərbaycanlı mütəfəkkirlərin rolunu aşkarlamağa çalışmışdır.

    1985-ci ildə İsa Hüseynovun tarixi və müasir düşüncələrini vəhdətdə birləşdirən «İdeal» romanı çapdan çıxmışdır. Bu romanı yazıçı özünə götürdüyü yeni təxəllüslə – Muğanna imzası ilə çap etdirmişdir. «İdeal» romanı daha bir cəhəti nümayiş etdirirdi: tarixi mövzulara keçəndən yazıçı lirik-psixoloji nəsrdən tamam uzaqlaşıb. İndi onun nəsr dili 60-cı illərdə olduğundan köklü şəkildə fərqlənirdi.

    Lakin yazıçının lirik üslubdan uzaqlaşması təsadüfi deyildi: bu, onun ssenarilər yazarkən sənədli nəsr prinsiplərinə keçməsindən irəli gəlirdi. Belə keçid onun yazı üslubunu da labüd olaraq dəyişməli idi və belə də oldu. Bir cəhət isə mübahisəsizdir: İsa Hüseynov lirik nəsrdən uzaqlaşsa da, 60-cı illər ədəbiyyatında məhz bu nəsr cərəyanının rəhbərlərindən biri olaraq ədəbiyyat tariximizə daxil olmuşdur.

    «Yanar ürək» povesti. Yazıçının 1958-ci ildə yazdığı bu po­vest həm bizim lirik nəsrdə, həm də yazıçının öz yara­dı­cı­lığın­da əsaslı yer tutur. Yazıçı həm «Doğma və yad adamlar» po­ves­tində, həm də yaradıcılıq axtarışlarını yekunlaşdıran əsər kimi nə­zərdə tutduğu «İdeal» romanında «Yanar ürəy»in süjetinə və əsas qəh­rə­manlarına yenidən qayıtmışdır.

    «Yanar ürəy»in süjeti və qəhrəmanı o dövr nəsrində maraqlı hadisə və konfliktsizlik nəzəriyyəsindən prinsipial uzaqlaşma idi. Povestin qəhrəmanı Sultan Əmirli Rayon İcraiyyə Komitəsinin sədri, qocaman inqilabçı və kommunistdir. Povestdə ona qarşı qardaşı oğlu Səməd durur. Səməd yetimdir və onu əmisi böyütmüşdür, Bakıda tələbədir. Qış imtahanlarını verəndən sonra evə qayıdan Səməd ilk məhəbbəti olan Gülgəzi əmisi evində onun arvadı kimi görür. Əsər belə həlledilməz ziddiyyət əsasında qurulmuşdur.

    Səməd tipik lirik nəsr qəhrəmanıdır: o hissiyyatlı, emosio­nal bir gəncdir. İlk məhəbbəti onun üçün müqəddəsdir. O biri tərəfdən Səməd əmisi Sultan Əmirlini də dünyalar qədər sevir. Beləliklə, Səməd klassik sentimental qəhrəmanları xatırladır: onda borc və sədaqət hissləri sevgi hissləri ilə bərabərdir. Əmisi, rayonun ikinci rəhbər şəxsi onun sevgilisi Gülgəzi zorla özünə arvad etsə də, qızı yerində olan gəncin taleyini sındırsa da, Səməd əmisinə nifrət edə bilmir, o yalnız iztirab çəkir, əmisi arvadı rolunda olan Gülgəzlə görüşməkdən çəkinir.

    İsa Hüseynovun yaratdığı lirik qəlbli Səməd obrazı dövrün aparıcı lirik qəhrəmanlarından fərqlidir: İlyas Əfəndiyevin lirik nəsrinin əsas qəhrəmanları xəyalpərvər gənc qızlar idi, yazıçı onların məhəbbət və tale axtarışlarını qələmə alırdı. Amma İsa Hüseynov nəsrində lirik məhəbbət üçbucağında iki rəqib kişi və bir qadın durur, həm də qadınlar bu üçbucaqda aparıcı deyil. Səməd sevən, lakin nifrət etməyi bacarmayan kəndli gəncdir. Onun bütün dəyərləri kənd əxlaqının və tərbiyəsinin təmənnasız sadəliyindən gəlir.

    Sultan Əmirli surətində stalinist rəhbərlik üsullarının və psixologiyasının tənqidi aşkar duyulur. Nüfuzlu ağsaqqal kimi onda feodal özündən razılığı çox güclüdür. Səmədin sevdiyi bu əmi öz qəddarlığını bütün hallarda ədalətli sayır. O vəzifədə olmağa, adamları idarə etməyə, onların üstünə qışqırmağa o qədər öyrəşib ki, özünə nəzarət hissini itirib. O, stalinizmin bir uzaq rayonda balaca timsalıdır. Maraqlıdır ki, İsa Hüseynovun gənc qəhrəmanı ilk məhəbbətini oğurlayan bu feodaldan ancaq inciyir, ona qarşı mübarizə niyyəti ilə heç bir addım atmır və ya qərar qəbul etmir.

    Öz məhəbbət rəqibinə belə ikili münasibət süjeti «İdeal» romanında da qalmışdır: hətta sonuncu variantda Səmədin öz əmisinə pərəstiş hissləri bir qədər də dərinləşir, yazıçı ona bəraət qazandırmaq dərəcəsinə yaxınlaşır. Burada biz Sultan Əmirlini həm də milli idealların və dəyərlərin daşıyıcısı kimi görürük. O, Azərbaycan dini-fəlsəfi fikri tarixində xüsusi yeri olmuş Ərdəbil şeyxləri ailəsinin davamı kimi təqdim olunur. Əsərdəki bu xətt yazıçının tayfa köklərinə pərəstiş ideyalarına bağlı olduğunu təsdiqləyirdi.

    Lirik nəsrin müharibə mövzusunda davamı. 60-cı illərin əvvəllərində rus və digər sovet xalqlarının ədəbiyyatlarında müharibə nəsrinin ikinci dalğası özünü göstərməyə başladı. Birinci dalğa müharibə iştirakçısı olan yazıçıların yaratdığı müharibə nəsri idi. Bu nəsrin ilk nümunələri müharibənin gedişində yaradılmağa başlamışdı. İkinci dalğa müharibə nəsri isə 1956-cı ildə stalinizmin ifşasından sonra formalaşmağa başladı. Onun yaradıcıları dava vaxtı arxa cəbhədə olmuş yeniyetmələr idi. Onların yaşı cəbhəyə yollanmaq üçün azlıq edirdi.

    Stalinizmin ifşasından sonra Böyük Vətən Müharibəsi haqqında ancaq qələbəyə aparan yol kimi danışmaq ənənəsi geridə qaldı. Stalin rejimi və onun görünməmiş qəddarlığı dava illərindəki bir sıra hərbi uğursuzluqların əsas səbəblərindən idi. Bunlar N.S.Xruşşovun çıxışlarında da qeyd edilmişdi. Ona görə ədəbiyyatda da müharibə faciələrinin təsviri üçün yol açılmışdı.

    Davanı təsvir edən nəsrin ikinci dalğası məhz bu imkan sayəsində ortaya çıxa bildi: yeniyetməlik dövrü 1941-1947-ci illərdə arxa cəbhədə keçmiş cavan yazıçılar bu dövrə müraciət et­mə­yə başladılar. Azərbaycan nəsrində bu istiqamətdə ilk addımı 60-cı illərin lap əvvəllərində, «Yanar ürəy»in uğurları barədə söh­bət­lər hələ səngiməmiş İsa Hüseynov atdı. O, kənd həyatından bəhs edən digər əsərlərinin qəhrəmanları yaşayan öz doğma kən­di­nə müraciət etdi. Qəhrəmanların, insan münasibətlərinin əsər­dən əsərə keçməsi yazıçını qorxutmurdu: o nəsrin əsas bir tələbini göz­lə­məyə çalışırdı. Nəsrdə yazıçı yaxşı bildiyi həyat materialını və faktlarını göstərməlidir. Bu halda oxucu yazıçıya, onun təsvir etdiyi hadisə və süjetlərə inanır, özü də onlarla yaşaya bilir. Ona görə, İsa Hüseynov dava vaxtının arxa cəbhə həyatını təsvir edən «Tütək səsi», «Teleqram» və «Saz» povestlərində yenidən doğma kəndində yaşayan insanlara, onların dava vaxtı keçirdikləri ağır, çətin həyata müraciət edir. Biz yenə Qılınc Qurbanın kolxoz sədri, Sultan Əmirlinin isə RGK sədri olduğu rayonun və kəndin təsərrüfat başçıları ilə üzləşirik.

    İsa Hüseynovun müharibə nəsrinin lirizmini təmin edən əsas əlamət burada təhkiyəçinin yazıçının özü olmasıdır. Hissiyyatlı, istiqanlı, mərhəmətli bir şəxs olan İsa Hüseynov milyonlarla insanın içindən keçdiyi arxa cəbhə həyatının aclığını, əsgərlərdən gələn qara kağızların bütün kəndi elliklə faciəyə düçar etməsini öz şəxsi müsibəti kimi yaşamış və bunlar onun yeniyetmə yaddaşında izlər qoymuş, zədəyə çevrilmişdi. Ona görə yazıçı əvvəllər ədəbiyyata gətirilməsi ağlasığmaz olan həyat həqiqətlərini ədəbiyyata gətirirdi. Məsələn, «Saz» povestində təsvir edilən poçtalyon qızın surəti belə idi. O, cəbhədən gələn qara kağızları gizlədib əsgər ata-analarına vermir. Müharibə dövründə yaradılan nəsr əsərlərində bunu yazmaq yolverilməz sayılırdı. Çünki qara xəbəri gizlətmək, guya sovet adamının zəifliyini ortaya qoymaq idi. Müharibə vaxtı yazılan əsərlərdə valideynlər çox zaman övladlarının şəhid olması ilə fəxr edən kimi göstərilirdilər. Lakin davadan iyirmi il sonra çap olunan «Saz» povestində belə poçtalyon və kövrək ata surətləri artıq lirik nəsrin prinsiplərinə uyğun idi. İki oğlunu davaya yola salmış İsfəndiyar kişi bütün rahatlığını itirib: o, dözümsüz, ürəksiz, övladcanlılıq hissləri ilə yaşayan, oğullarının qayıtmamasına çətinliklə dözən bir insan kimi verilir. Məhz insana – ataya belə münasibət lirik-psixoloji müharibə nəsrinin prinsipi idi: davanı qəhrəmanlıq, hünər kimi yox, uzun, üzüntülü, faciəli, övlad itkisinin yanğısı ilə keçən bitməz-tükənməz illər kimi qələmə almaq.

    Poçtalyon qızın obrazı da, İsfəndiyar kişinin surəti də lirik nəsr üçün səciyyəvi olan kövrək və təbii xasiyyətli, sadəlövh kəndli obrazlarıdır. Əlbəttə, yazıçı rəsmi tənqidin iradlarını nəzərə alaraq «polad» qəhrəmanlar da yaratmışdı. Soltan Əmirli, Qılınc Qurban onların əsas nümayəndələri idi. Yazıçı onları şəxsi hisslərdən məhrum, dövlət və xalq qarşısında borcunu icra etmək naminə yaşayan adamlar kimi təsvir edirdi. Lakin sərt xarakterli, əzazil və duyğusuz qəhrəmanlar, əslində İsa Hüseynovun lirik nəsrinin orijinal xüsusiyyətlərini təmsil etmirlər. Əksinə, onun «Saz» və «Tütək səsi» kimi əsərlərini sevdirən qəhrəmanlar – poçtalyon qız, gecə-gündüz oğulları üçün af-uf etməkdən yorulmayan İsfəndiyar kişilər, anası ərə getdiyi üçün ata evindən qaçaq düşən Cümşüdlərdir.

    Yazıçı nə üçün onları əsas surət, təsvir obyekti seçir? Yazıçının məqsədi arxa cəbhədə dörd il ac-yalavac yaşamış milyonlarla kolxoz kəndlisinin faciəsini göstərmək idi. İkinci dalğa müharibə nəsrinin əsas missiyası əvvəlki dövrlərdə stalinçi rejimin yazmağa imkan vermədiyi dava faciələrini, milyonlarla dinc adamın dava ucbatından çəkilmiş iztirablarını ədəbiyyata gətirmək idi. Belə təşəbbüslər 1941-1953-cü illərdə – Stalin ölənə qədər yaradılmış müharibə obrazını kökündən təzələyir, onu qəhrəmanlıqlar və qələbələr sırası kimi göstərməyin təhrif olduğunu ortaya qoyurdu.

    «Tütək səsi»nin süjeti də əlamətdar idi. Bu süjet arxa cəbhə qadınlarının başdan-başa mərdlik və qəhrəmanlıqdan ibarət obrazını kənara atırdı. Sədr Cəbrayıla ərə gedən və bunu ərinin öldü-qaldısı aydınlaşmadan edən qadın surəti arxa cəbhə əxlaqına yeni və daha obyektiv baxış idi. Çoxları öz gözləri ilə görüb əmin olmuşdu ki, dava dəhşətli aclıq və qıtlıqla yanaşı, əxlaqi deqradasiya gətirir. Bunu insanlar çox qədimlərdən müharibələr tarixində müşahidə etmişlər. Dava və aclıq şəraitində, ilk növbədə, insanın özü dəyər kimi gözdən düşür, onun həyatı və ölümü dəyərsiz olur.

    Bunun özü əxlaqın deqradasiyası, insanların humanist dəyərlərə laqeydləşməsi demək idi. «Tütək səsi» davadan iyirmi il sonra çap olunanda, kolxoz sədri Cəbrayılla iki iri oğlu olan əsgər arvadının evlənməsi süjetinə heç kəs tənqidi yanaşmaq fikrinə düşmədi, heç kəs onu sovet adamının «zəif» göstərilməsi kimi tənqid etmədi. Hamı bilirdi ki, müharibə illərində belə faktlar kifayət qədər olmuşdur: evini atıb bir parça çörək üçün əxlaqsızlığa gedən, övladlarından imtina edən, öz qarnı üçün bütün dəyərlərə arxa çevirən də kifayət qədər olmuşdur.

    Arxa cəbhə mühitindəki əxlaqi deqradasiya, ümumiyyətlə ikinci dalğa müharibə nəsrinin mərkəzi mövzularından biri idi. Bu, digər milli ədəbiyyatlarda, dava süjetləri əsasında çəkilən filmlərdə də qabarıqdır. Rus və Avropa kinosundakı neorealist cərə­yanın əsas ideya prinsipi bu idi: müharibəni insanlarda izah­olun­maz bir əxlaqi kütləşmənin, əxlaqi təsəvvürlərin qeyb olma­sı­nın səbəbi kimi göstərmək. Davanın ağlasığmaz antihumanizmi, hər­bi əməliyyatların adi insan qırğınına çevrilməsi bu müddətdə heç kəsi narahat etmir, insanlar ölümə öyrəşirlər.

    Lakin «Saz» və «Tütək səsi» povestlərinin əsas qəhr­ə­man­la­rı – məhz davanın gətirdiyi əxlaqi deqradasiyanın antipodları, ona qarşı duran adamlardır. İsfəndiyar kişi ədalət rəmzi olan el sazı ilə, Cümşüd ələm və dərd ucaldan tütək səsi ilə sanki insanlara üz tutub onları yenidən humanist və insani dəyərlərə tərəf dəvət edirlər. Onların sayəsində oxucu inanır ki, davanın gə­tir­diyi ucdantutma əxlaqsızlıq müvəqqətidir, insanlar gec-tez sa­zın və tütəyin səsini eşidəcəklər. Onların səsi həm də elin bir­li­yi­nin, xalqın vəhdətinin rəmzidir. Davanın qeybə çəkdiyi insan əx­la­qı elə insanların birliyindən doğmuşdur: əxlaq – ailə, tayfa, el də­yərləridir, onların çətin gündə və şadlıqlarda bir-birinə arxa və simsar durmasıdır.

    Dava isə ayıran, təkləyən, insanı bir parça çörəyə görə fərdiyyətçi edəndir. Cümşüdün anası uşaqlarını atıb kolxoz sədri Cəbrayıla arvad olmaq fikrinə düşəndə, ilk növbədə, özünü düşünür. O, elə bilir ki, bir qarın çörək üçün insanların bir-birinə qənim kəsilməsi, ananın övladdan, övladın ata-anadan əl üzməsi əbədi olacaqdır. Lakin yazıçı insanları inandırmaq istəyir ki, insanların birliyi əbədidir: bu iki povestin əsasında çəkilmiş bədii filmdə bütün kənd İsfəndiyar kişinin ardınca yüyürür: onlar da onun oğlunun qayıdışından yaranacaq sevincə şərik olmaq istəyirlər. İnsan və xalq ruhunun timsalı və zənguləsi olan saz səsi də onları bu məqsədə – insan mahiyyətinin təzahürü olan dinc, sakit, əxlaqlı ellik həyata dəvət edir.

    İsa Hüseynovun müharibə nəsri 50-60-cı illər nəsrində fəxri bir yer tutur. Onun «Saz» və «Tütək səsi» povestlərinə qədər Ə.Əbülhəsən və digər yazıçılar müharibə haqda xeyli əsərlər yazmışdılar. Lakin onların sosialist realizmi və konfliktsizlik nəzəriyyəsi məcrasında yazdıqları əsərlər Böyük Vətən Müharibəsinin faciəli həqiqətlərini o vaxtkı siyasi senzuranın icazə verdiyi dərəcədə göstərirdilər. Ona görə davanın həqiqi tragik obrazı ancaq 60-cı illərin lirik nəsrində – ilk növbədə, İ.Hüseynovun və onun ardınca Ə.Əylislinin və başqa yeni nəsil yazıçılarının əsərlərində yaradıldı.

    İsa Hüseynov nəsrinin xüsusiyyətləri. Yazıçının yaradıcılığının əsasını onun lirik nəsr məcrasında yazdığı «Yanar ürək», «Doğma və yad adamlar», «Teleqram», «Kollu koxa», «Saz», «Tütək səsi» kimi ən yaxşı roman və povestləri təşkil edir. Bu əsərlərdə İsa Hüseynov kənd adamları və mövzuları barədə ya­zan yazıçı kimi diqqəti cəlb edir. O, sözün geniş mənasında kəndli əxlaqının, torpaqla bağlı mənəvi dəyərlərin tərən­nüm­çüsüdür. Şəhər onun qəhrəmanlarının ezamiyyətdə olduğu bir yer təsiri bağışlayır. Ona görə İsa Hüseynov 50-70-ci illərdə kənd nəsrinin əsas nümayəndələrindən biri sayılır.

    Lakin 60-70-ci illər ədəbiyyatında aparıcı olan lirik-psixoloji cərəyan kənd nəsrindən daha geniş və mürəkkəb hadisə idi. O zaman lirik nəsr sadə, zəif, qəhrəmanlıq iddiasından uzaq adamların həyatını əsas bədii tədqiqat obyekti etməklə, rəsmi ədəbiyyatın əsas mövzusu olan əmək adamına və müsbət qəhrəmana qarşı əks qütbdə dururdu. Sosialist realizmi ideoloqları ədəbiyyatdan kommunist əxlaqının şüurlu daşıyıcısı olan qəhrəman tələb edirdilər. Həyatda isə əslində belə qəhrəman yox idi. Sovet partiya məmurları xalqdan ayrılmış və harın bir hakim sinfə çevrilmiş insanlar idi. Onları müsbət qəhrəman kimi vermək həyatı bəzəmək və sünilik olardı. Ona görə İsa Hüseynov «Dan ulduzu», «Bizim qızlar» kimi konfliktsiz əsərlərdən sonra, həyat həqiqətini, öz kəndində real olaraq gördüyü adamları və süjetləri ədəbiyyata gətirməyə başladı.

    İsa Hüseynov lirik-psixoloji nəsrin nümayəndəsi olsa da, sənədli tarixi mövzular 70-ci illərdən sonra onun yaradıcılığında daha üstün səslənir və onun yaradıcılığının əsas xəttinə çevrilir. Bu da təsadüfi deyildi. İsa Hüseynov bir kənd yazıçısı kimi prinsipial bir xalqçı idi. 50-ci illərdə rus xalqçılarının əsərlərinin geniş tərcümə və çapı ədəbiyyatımızda milli ovqatları ifadə edən xətlərdən biri idi. Torpağı və öz doğma kəndi Muğanlını dərindən sevən İsa Hüseynov xalqçılıq ideyalarına böyük rəğbət bəsləyir. Onun kənd əxlaqına və mənəvi dəyərlərinə məhəbbəti və sədaqəti o zaman rəsmi təbliğ edilən kommunist əxlaqına qarşı bir protest, bu əxlaqın antipodu idi. Kommunist əxlaqı insanların şüurlu­lu­ğu­nu, kənd nasirləri və xalqçılar isə kənd əxlaqının təbiiliyini aparıcı sayırdılar.

    İsa Hüseynov sənədli-tarixi mövzulara keçəndə onun xalqçılığı inkişaf edib fəal bir azərbaycançılığa çevrildi. «26 Bakı Komissarları», «Ulduzlar sönmür» ssenarilərində, «Məhşər», «İdeal» romanlarında İsa Hüseynovu artıq müharibədən sonra S.Vur­ğun, M.İbrahimov, M.Şəhriyar, B.Vahabzadə kimi ədibləri­mizin formalaşdırdığı milli cərəyanın əsas davamçılarından biri kimi görürük.

    «Məhşər» və «İdeal» romanlarında İsa Hüseynovun xalq taleyi ideyalarına bağlılığı özünəməxsus, bəzən isə ziddiyyətli şəkildə meydana çıxır. O, Azərbaycan xalqının ən qədim tarixi ilə maraqlanır və rəsmi tarixçiliyin bir sıra ideyaları ilə polemikaya girir.

    Yazıçının lirik nəsrinin qəhrəmanları onun doğma kəndi Muğanlının sakinləridir. Digər ədəbiyyatlarda da bir qəsəbə, kənd, ailə materialı üzərində çoxlu əsərlər yazılmasına təsadüf edilmişdir. İsa Hüseynovun lirik əsərlərini də bir kənd və onun sakinləri haqda əsərlər hesab etmək olar. Yazıçının üslubundakı lirizm, kövrəklik də həmin kəndə qarşı həsrət və xiffət hissləri ilə bilavasitə bağlı idi.

    Lakin öz kəndi ilə bağlı həyat materialından və insan surətlərindən uzaqlaşandan sonra yazıçının yazı üslubu da dəyişdi. Lirikanı ciddiyyət, publisistik bir üslub əvəz etdi. Xalqımızın çətin, mübarizə və faciə dolu taleyi onun bədii düşüncəsinin əsası oldu. Artıq «Məhşər» və «İdeal» romanlarında onun vətənpərvərlik və azərbaycançılıq əqidəsi açıq, bədii publisist çılpaqlıqla ifadəsini tapdı.

    70-ci illərdən sonra İsa Hüseynov nisbətən az yazmışdır. Bunun əsas səbəbləri ölkəmizdə baş verən Qarabağ müharibəsi, həm­çinin yazıçının özünə qarşı həddən artıq tələbkarlığıdır. Onun ədəbiy­yatımız qarşısındakı xidmətləri yüksək qiymətləndiril­mişdir. Ədib 1976-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1988-ci ildə 60 illiyi münasibəti ilə «Xalq yazıçısı» fəxri adına layiq görülmüş, müxtəlif vaxtlarda orden və medallarla təltif edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.