İsmayıl Şıxlı- Dəli Kür ( Nərgiz Babayeva )
Sizlərlə bir müddət əvvəl oxuduğum klassik yazıçımız olan İsmayıl Şıxlının “Dəli Kür” romanı haqqında öz fikirlərimi, təəssüratlarımı bölüşmək istəyirəm.
TƏHSİL KOMPASI
CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020
SON YAZILAR
Post Top Ad
- AZƏRBAYCAN DİLİ
- BİOLOGİYA
- COĞRAFİYA
- FİZİKA
- İBTİDAİ SİNİF
- İNFORMATİKA
- İNGİLİS DİLİ
- KİMYA
- RİYAZİYYAT
- TARİX
- MƏNTİQ
- KURİKULUM
- DÖVLƏT QULLUĞU
- MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
- HAZIRLIQ KURSLARI
- REPİTİTORLAR
- DƏRSLİKLƏR
- BƏDİİ ƏDƏBİYYAT -PDF
- BƏDİİ ƏDƏBİYYAT PDF 2
- HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
- ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
- KİTAB GÖNDƏR
- XƏBƏR
- ARAŞDIRMA
- MARAQLI
- BLOG YAZILARI
- DÜNYA TƏHSİLİ
- SƏNƏDLİ FİLMLƏR
- FORUM
- Haqqımızda
- KSQ , BSQ , TESTLƏR
Home Bədii ədəbiyyat İSMAYIL ŞIXLI “DƏLİ KÜR” -YÜKLƏ PDF
İSMAYIL ŞIXLI “DƏLİ KÜR” -YÜKLƏ PDF
İSMAYIL ŞIXLI “DƏLİ KÜR” -YÜKLƏ PDF
Share This
Bədii ədəbiyyat
Hiç yorum yok:
Yorum Gönder
Post Top Ad
BLOGREKLAMEDU 2017 -2018 -BÜTÜN HUQUQLARI QORUNUR.. Blogger tarafından desteklenmektedir.
SON YAZILAR
Populyar
Zülfiyyə Veysova “Kurikulum” kitabı. KİTABI YÜKLƏMƏK ÜÇÜN SAĞDA KÜNCDƏKİ OX İŞARƏSİNƏ KLİK EDİN VƏ YENİ AÇILMIŞ PƏNCƏRƏDƏN YÜKLƏY.
Mübariz Namazov 4 – cü sinif riyaziyyat kitabı ( çalışmalar ) MÜBARİZ NAMAZOV 4- sinif- YÜKLƏ
Kimya testləri pdf formatda cavablı və cavabsız testlər .
İzahlı kurikulum və pedaqogika pdf variantda yükləyin. Fayl 1 Fayl 2
KURİKULUMA AİD TEST SUALLARI VƏ CAVABLARI KURİKULUM TESTLƏRİ. KURİKULUMA AİD 54 TEST SUALI CAVABLARI İLƏ BİRLİKDƏ.TƏHSİLƏ AİD REKLAM VƏ E.
İsmayıl Şıxlı- Dəli Kür ( Nərgiz Babayeva )
Sizlərlə bir müddət əvvəl oxuduğum klassik yazıçımız olan İsmayıl Şıxlının “Dəli Kür” romanı haqqında öz fikirlərimi, təəssüratlarımı bölüşmək istəyirəm.
Əsər Göytəpə kəndinin ən sayılıb seçilən adamlarından bəlkə də birincisi olan Cahandar ağanın evli bir gəlini – Allahyarın arvadını qaçırması ilə başlayır. Gəlinin gözəlliyinə bir anda aşiq olan Cahandar ağa onu qaçırıb evinə gətirir. Qeyd etmək lazımdır ki, Cahandar ağa evlidir və 2 oğul 1 qız atasıdır. 1 oğlu Əşrəf o dövr üçün əlçatmaz sayılan Qori müəllimlər seminariyasında təhsil alır. Digər oğlu Şamxal isə kənddə ailəsi ilə yaşayır. Cahandar ağanın Mələyi evə gətirməsi ilə təbii ki ailə arasında çox böyük söz söhbətlər baş qaldırır. Şamxal atasına hər vəchlə qarşı çıxır, anasının üstünə təzə qadın gətirməsini qəbul edə bilmir və sonda evi tərk edir. Atasının varlı olmasına baxmayaraq o atasından heç nə istəmir və öz həyatını qurmağa çalışır. Yaxın dostu Çərkəzin bacısı Güləsəri qaçırır və evlənir… Bacısı Salatın və bibisi Şahnigar xanım onlara köməklərini əsirgəmirlər. Cahandar ağanın birinci arvadi Zərnigar xanım bütün dünyası başına uçmuş bir vəziyyətdə bütün bu olanları izləyir. Təhsil alan oğlu Əşrəf bütün bunlardan bixəbərdir…
Əsəri yeni oxumağa başlayanda elə bu mövzuda gedəcəyini düşünsəm də, bu fikrimdə yanıldım. Çünki əsərdə həm də o dövrün ən böyük problemlərindən biri olan təhsil almaq mövzusuna geniş yer verilib. Heç kimə sirr deyil ki, 19-20ci əsrlərdə Azərbaycanda təhsillə bağlı çox böyük problemlər vardı. Molla camiəsi hər vəchlə insanların təhsildən yayındırılmasına, ancaq məscidlərdə “dini təhsil” adı ilə xurafatlatlarla bilgiləndirilməsinə çalışırdılar. Göytəpə kəndinin biraz fərqli sakini poçt Əhməd uşaqları tahsilə, oxumağa həvaslandirməyə çalışır. Elə Əşrəfi də oxumağa o göndərmişdi. Qori seminariyasından gələn Osipoviç kəndbəkənd gəzib oxutmağa uşaq axtarışına çıxır. Gəzə gəzə gəlib Göytəpə kəndinə çıxır. Burda da təbii ki, Molla Sadıq adlı mollanın etirazları ilə qarşılaşır. Molla Sadıq kimilərinin yeganə “vəzifəsi” insanları kor kimi təhsildən bixəbər yaşamağı, oxumağın günah olduğunu, şeytan əməli olduğunu təlqin etməkdir. Sadə kəndli camaatı da təbii ki ona inanırlar və uşaqlarını Osipoviçə əmanət etməyə çəkinirlər… Hətta Əhməd, Molla Sadıqla üz üzə də dayanır. Cagandar ağanın müdaxiləsi ilə vəziyyət yüngülləşir. Amma bunlara baxmayaraq bəzi insanlar övladlarını oxumağa göndərirlər…
Əsərdəki Cahandar ağa obrazi zaman zaman çox xoşuma gəlsə də ümumilikdə qınaq obyektimə çevrilən bir obraz oldu. Düzdür, o ” köhnə kişi ” obrazıdır, amma başqasının arvadını götürüb qaçmasını heç bəyənmədim. Ancaaq Mələyin taleyinin də elə də gözəl olmadığını görəndə tərəddüd etdim doğrusu doğru edibmi, etməyibmi deye… Yenə də haqq qazandıra bilmədim ən azından başqasının halal ailəsini haram etmək mənə doğru gəlmədi. Sonra onun əsərdə baş verən səbəblərdən bacısı Şahnigarı boş səbəbdən öldürməsini də heç sevmədim. Çünki o günahsız idi. Lap günahkar olsa belə insan öldürülməsinə mən haqq qazandıra bilmirəm. Allahyar da təbii ki, dinc qalmır və arvadını qaçıran Cahandar ağaya sataşmağa başlayır. Hətta qızı Salatını qaçırmaqdan belə çəkinmir. Qardaşı Şamxal yaxşı ki qızı geri qaytara bilir. Allahyara bu işlərdə köməkçi yenə Molla Sadıq olur. Satqınçılıq edir… Hətta iş Cahandar ağanın göz bəbəyi olan atının saçının, quyruğunun kəsilməsinə qədər gəkib çıxır. Ağa bunlara dözmür və Allahyarla qarşı qarşıya dayanır…
Oğlu Əşrəf tətil üçün kəndə qayıdır və yoxluğunda baş verənləri öyranir… Gəl gör ki, Əşrəf də gəlib Cahandar ağanın düşməni, Şahnigarın ölümünə səbəb olan Molla Sadığın qızına aşiq olur… Bacısı Salatın isə içindəki hisslərə qalib gələ bilməyib, rus Əhmədə aşiq olur…
Əsərdə həddindən artıq çox maraqlı hadisələr baş verir. Daha artıq danışıb maraq azaltmaq istəmirəm. Amma bir şeyi qeyd edim ki, əsərin yazı üslubu doğrudan da çox gözəldir. Bu əsərə eyniadlı film də çəkilib nə hikmətdisə mən izləməmişəm hələ də. Nə yaxşı ki, izləməmişəm. Çünki əsər özü elə film dadında yazılıb. Hər cümlə, hər sətir gpzünüzün önündə film səhnəsinə çevrilir… Bu cür yazılmış əsərlərə hərdənbir rast gəlmək mümkündür… Heç bir əsərin sonu ilə bağlı məlumat verməyi heç sevmədiyim üçün bu əsərdə də sonda nələr olduğunu deməyəcəm ki, oxumamış kitabsevərlərin marağı azalmasın… Hər kəsə təbii ki, oxumamış kitabsevərlərə bu əsəri məsləhət görürəm. Ədəbiyyatımızın maraqlı nümunəsidir. Xoş mütaliələr, dəyərli kitabsevərlər
Dəli Kür
Roman, o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır. Əsərin süjet xətti də bu hadisədən sonra cərəyan edir. Cahandar ağanın bu hərəkətinə görə oğlu Şamxal evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının israrına baxmayaraq, Qori seminariyasına oxumağa gedir…
Əsərdə mövhumatçıların at oynatması, maarifçilərin isə bunun qarşısını almaq cəhdləri və yorulmaz fəaliyyətləri təsvir olunur.
Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır. “Dəli Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir.
First published January 1, 1983
Book details & editions
Loading interface.
Loading interface.
About the author
İsmayıl Şıxlı
8 books 13 followers
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983-cü ildən bəri), Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü (1968-1970), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. Xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına (1976) və Almaniya Federativ Respublikasına (1982) göndərilən Sovet nümayəndə heyətinin tərkibində olmuşdur.
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Ratings & Reviews
What do you think?
Rate this book
Write a Review
Friends & Following
Community Reviews
196 ratings 8 reviews
Search review text
Azərbaycan dili
Displaying 1 – 6 of 6 reviews
12 reviews
Azərbaycan ədəbiyyatından oxuduğum ən gözəl əsərlərdən biri.
Görəsən, Şıxlının bu əsərini antiutopiya janrında əsər saymaq olar?! Tənqidçilərin bu məsələ ilə bağlı fikirləri maraqlı olardı. Mənə elə gəldi ki, bu əsər antiutopik əsərdir.
Qısa yazdım, amma ümid edirəm ki, tezliklə fikrimi cəmləyib əsər barədə düşüncələrimi aydın, uzun bir şəkildə yazaram.
Hər kəsə “Dəli Kür”ü oxumağı məsləhət görürəm. Çox axıcı və hər birimizə yaxın ola bilən bir əsərdir.
Comments are closed, but trackbacks and pingbacks are open.