İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin mənfəəti 2% artıb
İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2021-ci ili 1,226 milyon manat mənfəətlə başa vurub. “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 1,9% çoxdur. Ötən il “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin cəmi gəlirləri 5,081 milyon manat (əvvəlki ilə nisbətən 10,4% çox), o cümlədən əsas əməliyyat gəlirləri 5,07 milyon manat (10,1% çox), sair əməliyyat gəlirləri isə 12 min manat (əvvəlki il olmayıb) təşkil edib. Hesabat dövründə qurumun cəmi xərcləri 3,856 milyon manat (illik müqayisədə 13,4% çox), o cümlədən işçi heyəti üzrə xərcləri 3,493 milyon manat (13% çox), amortizasiya xərcləri 123 min manat (2,1 dəfə çox), digər əməliyyat xərcləri isə 239 min manat (2 dəfə çox) olub.
Istehlak malları ekspertizası
Əmtəəşünas -ekspert istehlak mallarının ekspert qiymətləndirilməsi, tələb və xərclərin səmərəliliyini tədqiq edir. Tələbələrə fizika, kimya, standartlaşdırma və sertifikasiya, ekspertiza, əmtəəşünaslıq, riyaziyyat və marketinq fənləri keçilir.
“Istehlak mallarının ekspertizası və marketinqi” ixtisasının tələbələrinə öyrədilir: istehlak bazarında araşdırma aparmaq; malların ekspert qiymətləndirilməsi; qəbul və satış prosesində malların kəmiyyət və keyfiyyətinə nəzarət; malların düzgün daşınması və saxlanmasının təşkili. “Istehlak mallarının ekspertizası və marketinqi” ixtisasının məzunlarının gələcək karyerasında geniş seçim imkanı var. Bu, gömrük xidmətində və ya Ticarət Palatasında prestijli iş ola bilər. Həmçinin bu ixtisası bitirənlər ticarət firmalarında və ya mağazalarda direktor vəzifəsində çalışa bilər. Bu ixtisas üzrə ekspert-auditor və laboratoriya mütəxəssisinə böyük tələbat var.
Həmçinin bu ixtisas üzrə diplom alımış mütəxəssislər təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərə bilər.
Ətraflı məlumat
- Форма обучения: Tam vaxt, Uzaq
- Сектор: Azerbaijan
Əlaqəli
Universitet 4
- Azərbaycan Kooperasiya Universiteti
- Azərbaycan Texnologiya Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Azərbaycan Dövlət Aqrar Universiteti
“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin mənfəəti 2% artıb
“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin mənfəəti 2% artıb İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2021-ci ili 1,226 milyon manat mənfəətlə başa vurub.
6 Aprel , 2022 17:10
https://static.report.az/photo/634e978a-a574-32bc-84c6-981b1c5f8b2a.jpg
İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2021-ci ili 1,226 milyon manat mənfəətlə başa vurub. “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 1,9% çoxdur. Ötən il “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin cəmi gəlirləri 5,081 milyon manat (əvvəlki ilə nisbətən 10,4% çox), o cümlədən əsas əməliyyat gəlirləri 5,07 milyon manat (10,1% çox), sair əməliyyat gəlirləri isə 12 min manat (əvvəlki il olmayıb) təşkil edib. Hesabat dövründə qurumun cəmi xərcləri 3,856 milyon manat (illik müqayisədə 13,4% çox), o cümlədən işçi heyəti üzrə xərcləri 3,493 milyon manat (13% çox), amortizasiya xərcləri 123 min manat (2,1 dəfə çox), digər əməliyyat xərcləri isə 239 min manat (2 dəfə çox) olub.
Istehlak malları ekspertizası
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Mərkəz) əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsindən ibarətdir.
Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılması və nəticələrini təsdiq edən sənədlərin verilməsi
Azərbaycan Respublikasının gömrük ərazisindən malların ixracı zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının həyata keçirilməsi üçün malın mənşə ölkəsini təsdiq edən “mənşə sertifikatı” tərtib olunur. Malın mənşə ölkəsi dedikdə malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müvafiq qanunvericiliklə müəyyən olunmuş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür.
Malın mənşə ölkəsi ixrac olunan mallara tarif və qeyri-tarif tənzimlənməsini həyata keçirmək məqsədi ilə müəyyən olunur.
Mənşə sertifikatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra – sifarişçi) müraciəti əsasında verilir. İxrac ölkəsindən asılı olaraq sifarişçilərə aşağıda verilmiş üç formada: “CT-1”, “A” və “Ümumi” formalı mənşə sertifikatları təsdiq edilir.
- “CT-1” formalı mənşə sertifikatı malın MDB ölkələrinə ixracı zamanı;
- “A” formalı mənşə sertifikatı malın Avropa Birliyi ölkələrinə (Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə daxil olan ölkələrə) ixracı zamanı;
- “Ümumi” formalı mənşə sertifikatı malın Avropa Birliyinin və MDB ölkələrinin üzvü olmayan digər ölkələrə ixracı zamanı tərtib olunur.
Malın mənşə ölkəsi müvafiq ekspertizaların nəticələri əsasında müəyyən olunur. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən aparılır. Aparılan ekspertizaların nəticələri əsasında “Ekspertiza aktı” tərtib olunur.
Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Bakı şəhəri üzrə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 82 ünvanında yerləşən inzibati binasında, regionlarda isə Mərkəzin Gəncə-Qazax, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Abşeron regional bölmələri tərəfindən aparılır.
Ekspertiza aktı yüklənməyə hazır olan mal partiyası üçün tərtib edilir. Ekspertiza aktı iki nüsxədə tərtib edilir, bir nüsxəsi Mərkəzdə qalır, digər nüsxəsi isə Malın mənşə ölkəsini təsdiq edən sertifikatın tərtib edilməsi üçün Dövlət Xidmətinə təqdim olunur.
Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinə görə sifarişçilərdən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən olunmuş məbləğdə xidmət haqqı tələb olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.