Press "Enter" to skip to content

Işlək orfoqrafiya lüğəti

Bugün Azərbaycan dili işləklik mənasında olduqca qaynar və mürəkkəb mərhələsini yaşayır. Proseslər o qədər sürətli gedir ki, bəzi hallarda elmi çərçivə və dil nəzəriyyəsi fərqli dil situasiyalarını qiymətləndirib, qaydalaşdıraraq ifadə etməkdə çətinlik çəkir. Ona görə də indi ana dilinə xidmət edə biləcək, istifadə zamanı dil daşıyıcılarının karına gələcək praktik əhəmiyyəti olan hər hansı elmi araşdırma, lüğət, dərs vəsaiti çox qiymətlidir. Bu baxımdan yaxınlarda işıq üzü görmüş və daha çox vətəndaş təşəbbüsünün bəhrəsi olan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü (Bakı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 2017; Tərtibçi Afaq Məsud, redaktoru Nizami Cəfərov) qiymətli nəşr kimi qiymətləndirmək olar. Düzdür, bizdə əvvəllər məktəblilər üçün ayrıca və yığcam orfoqrafiya lüğətləri çap edilib, amma geniş oxucu auditoriyası üçün işlək sözlük ölkəmizin nəşriyyat təcrübəsində ilk hadisədir.

Işlək orfoqrafiya lüğəti

Tərcümə Mərkəzi “İşlək orfoqrafiya lüğəti” üzərində apardığı iş istiqamətində yenidən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer alan yüzlərlə lazımsız sözləri ayıraraq müəyyənləşdirib. Modern.az saytı Mərkəzə istinadən xəbər verir ki, həmin yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılan, bəzən iki-üç şəkildə verilən ifadələrin, eləcə də sahə lüğətlərinə aid terminlərin, dərman, kimyəvi element adlarının bir qismini təqdim edir.

Siyahıda daramb-daram, daram-durum, daramp-durump, daraşdırtma, daraşdırtmaq, darbazı, dar-darkeş,dardöşlülük, darqanad, darqanadlı, darqələm, darsağrı, darsağrılı, darsağrılıq, darsağrılılıq, daşaxor, dazı-dazı, dazılama, dazılamaq, dazmaq, dəbəli, dəbəlilik, dədəsiniyanma, dəfnolunmaz, dəfnolunmazlıq, dəhrəburunluluq, dəliqarın, dəlmə-surətçıxarma, dəmbərcəklənmək, dəməklik, dəmələklik, dəndənəsiz, dən-düş, dənilik, dənizaşırılı, dənizaşırılıq, dənizcik, dəsmalvarılıq, dəstəvarılıq, dəst-paça, dəyərəsığmaz, dəyərəsığmazlıq, dəyməağlarlıq, dəyməaşar, depeşa, dəbbəkarlıq, dəbbəkarolma, dəfəatla, dəhşətnaklıq, ədəm, ədəmgah, ədəmli, ədəmsiz, ədəsə, ədim, ədl, ədlli, ədna, ədu, əfkar, əfkari-ümumi, əfkari-ümumiyyə, əflak, ekspirasiya, ekspirator, ekstemum, ekstraktiv, ekstraktivlik, ekstruder, ektima, ektogenez, ekzogen, eqofuturist, eqofuturizm, eqopsixologiya və s. yüzlərlə belə sözlər yer alıb.

Modern.az

İŞLƏK

прил.
1. работящий (охотно и много работающий). İşlək adam работящий человек
2. рабочий:
1) производящий полезную работу (о животных, насекомых). İşlək qaramal рабочий скот, işlək arılar рабочие пчёлы, işlək atlar рабочие лошади
2) обеспечивающий действие, функционирование чего-л. тех. işlək boru рабочая труба, işlək çarx рабочее колесо, işlək hissə рабочая часть (инструмента)
3. предназначенный для работы. İşlək sahə строит. рабочая зона
4. ходовой:
1) непосредственно выполняющий работу, рабочий. İşlək hissə ходовая часть, işlək vint ходовой винт
2) такой, по которому ходят, ездят, оживлённый (о дороге и т.п. ). İşlək yol оживлённая дорога
3) находящийся на ходу, способный двигаться. İşlək nəqliyyat ходовой транспорт
4) лингв. обиходный, широко употребительный. İşlək danışıq dili обиходная разговорная речь, işlək ifadə ходовое выражение
5) разг. имеющий наибольший спрос. İşlək (tez satılan) mal ходовой товар

Digər lüğətlərdə

işlək

işlək Tam oxu »

İŞLƏK²

сущ. рах. кил. işdək. Tam oxu »

İŞLƏK¹

прил. 1. кӀвалахдай, кӀвалахунал (зегьметдал) рикӀ алай, зегьмет кӀани, вахт кӀвалахал акъуддай; алахъдай; // зегьметкеш, фяле; 2 Tam oxu »

işlək

sif. efficient, -e, acti//f, -ve ; ~ fəhlə ouvrier m efficient Tam oxu »

İŞLƏK

s. 1. efficient, hard working; ~ fəhlə efficient work; ~ adam a hard-working person, an industrious person; 2 Tam oxu »

İŞLƏK

İŞLƏK – TƏNBƏL Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. (M.Süleymanzadə); İş görməkdə tənbəl, amma yeməkdə alıcı quşdur Tam oxu »

İŞLƏK

işlək bax Əməksevən Tam oxu »

İŞLƏK

əngəl — kələk Tam oxu »

İŞLƏK

fəal — çalışqan Tam oxu »

işlək

işlek Tam oxu »

İŞLƏK₂

is. dan. bax işdək. [Leylək Ələmdar] yırğalana-yırğalana Müqim bəy Cavanşirin həyətinə girəndə birdən-birə çar pristavını görüb, özünün bütün işləklər Tam oxu »

İŞLƏK₁

sif. 1. Zəhməti, işləməyi sevən, çox işləyən, daim işləyən, vaxtını işdə keçirən; fəal, çalışqan. İşlək adam Tam oxu »

İŞLƏK

1. дельный, работящий, работоспособный, трудолюбивый; 2. рабочий; 3. оживленный (о дороге, об улице); 4 Tam oxu »

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında -EKSPERT

Hazırda orfoqrafiya qaydaları ilə bağlı davam edən qızğın müzakirələr bir daha sübut edir ki, milli varlığın ifadəsi olan dil mövzusu çox həssasdır. Ona görə də bu sahə ilə bağlı hər hansı fundamental vəsait çap edəndə hədsiz diqqətli və məsuliyyətli olmaq lazım gəlir ki, çəkilən əziyyət hədər getməsin.

Bugün Azərbaycan dili işləklik mənasında olduqca qaynar və mürəkkəb mərhələsini yaşayır. Proseslər o qədər sürətli gedir ki, bəzi hallarda elmi çərçivə və dil nəzəriyyəsi fərqli dil situasiyalarını qiymətləndirib, qaydalaşdıraraq ifadə etməkdə çətinlik çəkir. Ona görə də indi ana dilinə xidmət edə biləcək, istifadə zamanı dil daşıyıcılarının karına gələcək praktik əhəmiyyəti olan hər hansı elmi araşdırma, lüğət, dərs vəsaiti çox qiymətlidir. Bu baxımdan yaxınlarda işıq üzü görmüş və daha çox vətəndaş təşəbbüsünün bəhrəsi olan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü (Bakı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 2017; Tərtibçi Afaq Məsud, redaktoru Nizami Cəfərov) qiymətli nəşr kimi qiymətləndirmək olar. Düzdür, bizdə əvvəllər məktəblilər üçün ayrıca və yığcam orfoqrafiya lüğətləri çap edilib, amma geniş oxucu auditoriyası üçün işlək sözlük ölkəmizin nəşriyyat təcrübəsində ilk hadisədir.

İlk dəfədir ki, ölkənin bir nüfuzlu yaradıcı qurumu uğursuz hesab etdiyi orfoqrafiya lügətini tənqid etməklə kifayətlənmir, həm də qüvvədə olan mövcud dil qaydalarına istinadla ana dilinin işlək sözlüyünü hazırlayıb təqdim edir. Yəni Tərcümə Mərkəzi bu nəşrlə buddizmdə deyildiyi kimi, qaranlığı söyməkdəndirsə, oraya bir şam yandırıb qoymaq prinsipini əsas tutduğunu göstərir. Əminəm ki, bu şamın işığı təkcə Azərbaycan dilinin söz mənzərəsini aydınlatmır, həm də orfoqrafiya sözlüyünə yanaşmada leksik qırıntılar hesabına lüğətdə kəmiyyət amilini şişirtmək kimi yanlış təsəvvürləri dəyişir.

Son 2-3 ildə elmi-mədəni həyatımızın gündəliyində ən çox müzakirə edilən, məclis və toplantılarda haqqında danışılan, mediada barəsində ən çox yazılan mövzu orfoqrafiya problemidir. Bunun bir səbəbi müstəqillik dövründə ana dilimizin statusundan irəli gələn işləkliyin artması, ikincisi bu işləkliklə bağlı ortaya çıxan dil-nitq mübahisələri, üçüncüsü isə, bu mübahisələri həll etməli olan düzgün yazı qaydalarının – orfoqrafiya lüğətinin dinamik dil proseslərindən nisbətən geri qalmasıdır. Bəzən həmin lüğətlərdə bu və ya başqa formada diqqəti dərhal cəlb edən aşkar qüsurların olması həmin müzakirələri bir az da qızışdırır. Bu mənada elmi ictimaiyyətin sərt tənqidləri ilə üzləşmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (Bakı, Şərq-Qərb, 2013) sonuncu – 6-cı nəşri dilçilik elmimizin bugünü ilə yanaşı, ana dilimizin yazı qaydaları və leksik fondu barədə də ciddi düşünməyə əsas vermişdir.

Hər bir ölkədə, o cümlədən bizdə də orfoqrafiya lüğətinin hazırlanması və nəşri dövlət əhəmiyyətli məsələdir, çünki bu lüğət “dilin konstitusiyası”, onun güzgüsüdür. Burada hər şeyə məsuliyyətlə yanaşılmalı, hər söz və cümlə yüz ölçüb bir biçilməlidir. Təəssüf ki, sonuncu nəşrdə yol verilmiş bəzi nöqsanlar, xüsusən həcmin süni şəkildə şişirdilməsi, əvvəlki nəşrlə müqayisədə birdən-birə lüğətdə 30 mindən (?!) çox leksik vahidin peyda olması, həm də dil praktikası üçün yararlı olmayan minlərlə süni söz və sözcüyün burada yer alması haqlı etirazla qarşılanmışdır. Çünki süni söz artımı təkcə dilin leksik layını bulandırmır, həm də lüğətdən istifadənin özünü çətinləşdirir. Elə buna görə də Tərcümə Mərkəzi və qurumun dil məsələlərinə hədsiz həssas olan rəhbəri, yazıçı Afaq Məsud göstərilən nöqsanlardan xali, dil istifadəçisi üçün asan və çatımlı, funksional “İşlək sözlük” ideyasını irəli sürdü. Nəsimi adına Dilçilik institutuna da birgə əməkdaşlıq təklif olundu. Həmin elm ocağının əməkdaşlarının da iştirak etdiyi ilk toplantılarda sözlüyün tərtib prinsipləri və strukturu müəyyənləşdirildi, daha sonra lüğət üzərində çətin, əzablı və üzücü yaradıcı proses başlandı. İşin sonrakı mərhələsində nədənsə institutun alimləri müzakirədən geri çəkildi, lakin Afaq xanım Mərkəzin əməkdaşları ilə birlikdə prosesi inadla sonadək apardı.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”, ilk növbədə klassik lüğətlərə xas olan ciddiliyi, elmi çəkisi və leksik vahidlərin seçilməsinin aydın prinsipi ilə diqqəti cəlb edir. Əvvəla, sonuncu orfoqrafiya lüğətindəki lazımı sözlərin axtarışına mane olan qurama və qüsurlu sözlər ixtisar edilib. Yəni əvvəlki lüğətdə gen-bol yer almış adamcığazlıq, adamoynatmaz, adiatımlı aerofotoşəkilcəkmə, ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağızdanolma, bəstiqoyma, butulkaboğaz, buynuzaməxsus, cordanabənzərlər, cırrıtgetmə, cəmdəkyemə, çəngəlvarılıq, dodaqaltıazaylanma, donuzbala, çoşqabala, əndə-məndə, əngəbəngə, əsəbiyyəçi, fısafısetmə, fahişəolma, fisqü-ficurluq, gəzmələrdənolma, göbəkyazma, konfranszəng, lortçulökdodaq kimimənasız qurama leksik tullantılara bu sözlükdə rast gəlməzsiniz.

İkincisi, həmin lüğətdə yer almış yüzlərlə lüzumsuz səs və həmin səsdən törəmələr ixtisar edilərək yalnız ayrılıqda məna kəsb edən cikkilti, şıqqıltı, tıqqıltı, gurultu, uğultu kimi sözlər saxlanılıb.

Üçüncüsü, ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxssislərin dar ünsiyyət dairəsinə mənsub abaksial, abandon, abatment, aberrasiya, abilitasiya, abiogenez, abiotik, abisin, dagerrotip, dedveyt, demensiya, dzeren və s. kimisöz-terminlər də lüğətə daxil edilməyib. Amma müasir dövrdə terminologiyanın beynəlmiləlləşməsi nəticəsində meydana çıxmış atom, kreativ, diskret, modern, makro, mikro, media, stereo və s. kimi ümumişlək, populyar terminlər sözlükdə yer almışdır.

Dördüncüsü, əvvəlki (2013) orfoqrafiya lüğətlərində yazılışı səhv verilmiş sözlər düzgün yazılış qaydası ilə verilmişdir. Məsələn, spazma – spazm, xokkey – hokkey, çalal– cəlal, kollej – kollec, lal-cavahirat – ləl-cavahirat, nökərçi – nökər və s.

Beşincisi, Azərbaycan dilinin iltisaqi təbiətindən irəli gələn söz törəmələri lüğətə daxil edilməmişdir. Yəni “ağac” və “çıxmaq” kimi “sabit” sözlərdən törəyən “ağacaçıxan” (eləcə də damadırmaşan, dağaqalxan, divaraçıxan, gözdənitən və s.) tipli sözlər normal söz yox, sadəcə törəmə sayılmışdır. Feil kökünə artırılan şəkilçilər hesabına yaranmış sözlərə də eyni prinsiplə yanaşılmışdır. Buna görə də “silah” və “silahlanmaq”dan törəyən silahsızlaşdırılma, silahsızlaşdırılmaq, silahsızlaşdırılmış, silahsızlaşdırma, silahsızlaşdırmaq, silahsızlıq tipli sicilləmələr orfoqrafiya sözlüyünə daxil edilməmişdir.

İşlək sözlüyün bir məziyyəti də odur ki, sonuncu orfoqrafiya lüğətinin əsas qüsurlarını aradan qaldırmaqla yanaşı, buraya populyarlığı heç bir mübahisə doğurmayan adət-ənənə, akkreditə, aktuallıq, aqressiv, aqressiya, alabəzək, alatoran, anestezioloq, antiterror, aydın, bloger, buzlaşma, cümləbəcümlə, deşifrə, dəmiryolu, dəst-xətt, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, əyarlama, filmoqrafiya, gedişat, gödəkçə, gündöyən, güvən, güvənli, həmmüəllif, hissiyyatlı, hürkmək, xoreoqraf, ilginc, qamçı, qaraçuxa, qaragüruh, qavram, moratori, multikulturalizm, nəmər, ödəyici, önəm, publika, sağın, salat, seysmoloq, sərdabə, soyqırım, südçörəyi, sürreal, uca, yayımlama, yayınlanma və s. bu kimi yüzlərlə yeni söz əlavə etmişdir.

Müasir texnologiya, sosial-mədəni, siyasi, idman və s. sahələrdə işləklik qazanmış yeni söz və terminlər də “İşlək sözlük”də öz əksini tapmışdır. Moratori, multikulturalizm, antiterror, anestezioloq, aqressiv, aqressivlik, aqressiya, antiterror, publik,publika, filmoqrafiya,etno-caz, gid,prelüdiya,piar, pilates, pin-kod, amilitud, ambulator, avroviziya, islamiada,, islamofobiya və s.sözlər bu qəbildəndir.

Sözlükdə oxşar və yaxın köklü sözlərin dürüst anlanması, dəyişik salınmaması və düzgün tətbiq edilməsi məqsədi ilə zəruri hallarda mötərizədə hansı sahəyə aid olmasının göstərilməsini də müsbət cəhət hesab etmək olar. Məsələn, qulam (qul) – qulan (dayça), abses (tibb) – absis (riyaz.),amplua (teatr) – ampul (dərman şüşəsi), sumax (xalça) – sumaq (bitki) və s. Tarixə aid olan bəzi leksik vahidlərin, qədim qəbilə, sülalə, dövlət və tayfa adlarının də bu formada təqdimatı, əsasən özünü doğruldur. Məsələn: sarmat(lar) (tayfa), sasani(lər)(dövlət), avşar(lar) (tayfa), bayandur(lar) (sülalə) və s.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ilk təcrübə olduğu üçün gələcəkdə faydalı ola biləcəyini nəzərə alıb bəzi qeydlərimi də demək istərdim. İlk növbədə belə sözlüklərdə dilin qüvvədə olan “Orfoqrafiya qaydaları”nı verməyin vacibliyini qeyd edərim. İkincisi, sözlükdə qrammatik formaların yazılışında vahidlik prinsipi gözlənilsə də bir neçə yerdə “varı” şəkilçisinin “vari”formasına da rast gəlinir. Qaydaya görə “varı” bir cür yazılan şəkilçidir və ahəng qanununa tabe olmur. Üçüncüsü, dildə geniş işlənməyən bir sıra yeni leksik vahidlərin sözlüyə daxil edilməsi mübahisəlidir. Düzdür, bunların eksperimental səciyyə daşıması və söz yaradıcılığı texnikası baxımından faydalı olacağını güman etmək olar. Amma bütün hallarda sözlər həssaslıqla seçilməlidir.

Əlbəttə, işlək lüğətə girış sözü yazmış görkəmli alim, akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, orfoqrafiya sözlüyünə hansı sözlərin daxil edilib- edilməməsi nə qədər mühüm məsələ olsa da, “sözlüyün əsas missiyası mümkün qədər mükəmməl orfoqrafiya qaydalarına (prinsiplərinə) əsaslanmaqla sözün düzgün yazılışını təsbit etməkdən ibarətdir”. Bu mənada böyük yazıçımız Afaq Məsudun təşəbbüsü və rəhbərliyi ilə Tərcümə Mərkəzində hazırlanmış “İşlək sözlük” ana dilimizin yazı qaydalarını təsbit etmək, lüğət fondumuzun zənginliyini və duruluğunu ifadə etmək, dil istifadəçilərinin karına gəlmək baxımından çox qiymətli əsərdir. Bu addm, həm də ana dilinə təmənnasız xidmət nümunəsidir.

Comments are closed, but trackbacks and pingbacks are open.