Press "Enter" to skip to content

İKT dersleri

3) paketlərin kommutasiyası.

Komputer şəbəkələri

Qlobal şəbəkələr müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarındakı məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən serverləri, ayrı-ayrılıqda kompüterləri birləşdirirlər.

Qlobal şəbəkələr çox saylı son abunəçilərə İnternet xidmətlərini təqdim etmək üçün istifadə olunurlar. Ona görə də buna qlobal İnternet şəbəkəsi də deyilir.

Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:

1) Verilənləri ötürmə şəbəkəsi – VÖŞ;

3) Terminal şəbəkəsi .

VÖŞ əlaqə kanalları və əlaqə qovşaqlarından ibarət olub EHM-lər arasında informasiya mübadiləsini yerinə yetirmək üçün nəzərdə tutulub; EHM və Terminal şəbəkələri VÖŞ-lər vasitəsilə bir-biri ilə birləşdirilmiş əsas EHM (ƏHM) və terminal EHM-lərdən (THM) ibarətdir. Əsas EHM-lər abonent məsələlərinin həlli üçün nəzərdə tutulub. Terminal EHM-lər isə abonent kompüterlərini VÖŞ-lərə birləşdirmək üçündür.

İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

1) kanalların kommutasiyası;

2) məlumatların kommutasiyası;

3) paketlərin kommutasiyası.

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir. Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir. Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementlərinə – paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.

Hər hansı bir məlumatın çatdırılma vaxtı paket kommutasiyası üsulunda ən kiçik olur.

Hesablama şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin VÖŞ vasitəsilə ötürülməsi zamanı gecikmələrin az olmasına və aşağıdakı səbəblərə əsaslanır.

Birincisi , kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni öturmə qabiliyyətinə malik olsun, bu da VÖŞ-ün strukturuna olan tələbi sərtləşdirir. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir.

İkincisi , verilənlərin paket şəklində ötürülməsi verilənlər axınının multipleksləşdirilməsi üçün ən yaxşı şərait yaradır, yəni kanalın iş vaxtının bir neçə verilənlər axınının eyni vaxtda ötürülməsi üçün öz aralarında bölünməsini təşkil edir.

Üçüncüsü , paketlərin kiçik ölçülü olması verilənlərin aralıq qovşaqlarda yadda saxlanılması üçün kiçik ölçülü yaddaş ayırmağa imkan verir. Bundan əlavə paketlərdən istifadə edilməsi verilənlər axınının idarə edilməsi məsələsini də asanlaşdırır.

Dördüncüsü , əlaqə xətləri ilə verilənlərin ötürülmə etibarlığı böyük deyil. Tipik əlaqə xətti hər bitə 10 -4 – 10 -6 xəta ehtimalı ilə verilənlərin ötürülməsini təmin edir. Ötürülən məlumatların uzunluğu nə qədər böyük olsa onun əngəllərlə korlanma ehtimalı artır.

Qlobal şəbəkələr onlardan əvvəl yaradılmış telefon şəbəkələrindən çox şeyi irsən qəbul ediblər. Buna baxmayaraq, uzun müddət telefon şəbəkələrində uğurla istifadə olunan kanalların kommutasiyası prinsipindən imtina edilməsinin əsası elə ilk qlobal kompüter şəbəkələrinin yaradılması zamanı qoyulmuşdur.

Qlobal kompüter şəbəkələrinin ənənəvi abunəçiləri – müxtəlif şəhər və ölkələrdə yerləşən dövlət və özəl müəssisələrinin birləşmiş və ya ayrı-ayrılıqda mövcud olan lokal şəbəkələridir. Bu baxımdan, qlobal şəbəkələr tərəfindən göstərilən İnternet xidmətlərinin təşkilində ayrı-ayrı kompüterlərdən və onların birgə əmələ gətirdiyi şəbəkələrdən də istifadə edilir. Adətən, qlobal kompüter şəbəkələri və onların alt şəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətlərin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar.

Şəbəkənin işini dəstəkləyən şirkətlər şəbəkənin operatoru adlanır. İnternet xidməti təklif edən şirkətə isə, adətən, provayder deyilir.

İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin bilavasitə kompüterlər və ayrıca giriş-çixiş qurğuları qoşula bilər.

Komputer şəbəkələri haqqında ümumi məlumat

Salam əziz oxuyucular bu meqalede adından da göründüyü kimi ümumi məlumat verməyə çalışacam. Ümid ederirəm bu məlumatlar kifayət qədər faydalı olacaq.
Şəbəkələri dedikdə verilənlərin ötürülmə vasitələri öz aralarında birləşmiş kompüterlər toplusu başa düşülür. Verilənlərin ötürülmə vasitələri aşağıdakı elementlərdən ibarət ola bilər: bir-biri ilə kabellə əlaqələndirilən kompüterlər, peyk, telefon, lifli-optik radio və s. digər ötürücülər arasında qurulmuş çevricilərinin müxtəlif tipləri, həmçinin digər element və qurğular.
Kompüter şəbəkəsinin arxitekturası şəbəkə elementlərinin aparat və proqram təminatının işləmə və qurulma pirinsiplərini təyin edir.
Müasir şəbəkələri bir sıra əlamətlərə görə təsnifata bölmək olar: kompüterlər arasındakı məsafəyə; topologiyaya; təyinatına; göstərdiyi xidmətlər sayına; məkəzləşdirilmiş və ya qeyri məkəzləşdirilmiş idəarə prinsiplərinə; kommutasiyasısz; telefon kommutasiyalı; dövrələr kommutasiyası məlumatların, paketlərin və deytaqramların kommutasiya üsullarlına; ötürmə mühitinin növlərinə görə və s.
Kompüterlər arasındakı məsafəyə görə şəbəkələr lokal və qlobal olmaqla iki yerə ayrılır.
İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr və həmçinin, uzaq məsafələrdə olan kompüter və digər giriş çıxış qurğuıarı qoşula bilər.
Qlobal şəbəkələrcür olurlar: şəhər, regional, milli, transmilli.Giriş-çıxış qurğuları kimi bir- birindən uzaq məsafələrdə yerləşən çap və ya surət çıxarma qurğulrından, kassalar və bankaparatlarından, dipleylərdən və fakslardan istifadə oluna bilər.

Lokal komputer şəbəkələrində (LKŞ) komputerlər arasındakı məsafə bir neçə kiometrə qədər ola bilər və onlar bir-biri ilə adətən mübadilə sürəti dən ona və daha cox Mbit/s sürətli rabitə xətləri ilə əlaqələndirilirlər.

Hər hansı bir komputerin hansı şəbəkədə işləməsindən aslı olmayaraq, həmin kompüterdə qoyulmuş proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompüterin öz resuslarını idarə edən və digər kompüterlərlə mübadiləni idarə edən.
Adətən kopmüterin öz resuslarını əməliyyat sistemi idarə edir.Şəbəkənin resuslarını isə şəbəkədə proqram təminatı idarə edir ki, bu da ya şəbəkə proqramı şəkilində ayrıca paket, ya da şəbəkə əməliyyat sistemi vasitəsi ilə həyata keçirilir.
Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompüter sistemlərinin işləməsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat ( İnternational standart Organization İSO) açıq sistemlərin qarşılıqı əlaqəsini təmin edən Etalon model ( Open Sytem İnterconnection OSİ) təklif etmişdir.
İSO etalon modeli aşağıdakı yeddi seviyyeni teyin edir:
Fiziki səviyyə (pyscal layer)
Şəbəkə səviyyəsi (network layer)
Kanal səviyyəsi ( data link)
Nəqliyyat səviyyəsi (transport layer)
Seans səviyyəsi ( session layer)
Nümayiş səviyyəsi ( presentation layer)
Tətbiq səviyyəsi ( application layer)
Bütün bu şəbəkə səiyyələri haqqında növbəti məqalə dərsimizdə məlumat verəcəyik. Ümüd edirəm ki, bu meqalədə verdiyimiz məlumatlar kifayət qədər faydalı oymuşdur.

  • Tweet
  • Share
  • Pin it
  • Comment
  • > https://iktdersleri.blogspot.com/2017/10/komputer-sbklri-haqqnda-umumi-mlumat.html’ rel=’nofollow’ target=’_blank’> Whatsapp

Əbülov Murad

Blogda siz maraqlandığınız mövzularda informasiyalar əldə edə bilərsiniz

Lokal Kompüter Şəbəkələri

Bu məqalə kompüterlərin bir məkanda necə birləşməsi vasitələrinə həsr olunacaq. Kompüter mütəxəssislərinin sözü ilə desək, kompüterlə digər avadanlıqların birləşməsi lokal kompyuter şəbəkəsi adlanır. Kompüter şəbəkəsi kompüter və printer arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə kabellər, şəbəkə adapterləri, modemlər və s. ilə birləşirlər. Protokol kompüter şəbəkəsində informa siya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir.

Kompüterləri lokal şəbəkədə necə birləşdirməli

Kompüterlərin şəbəkə şəklində birləşməsinin bir necə əsas səbəbi var: 1) İstifadəçilər arasında informasiya şəbəkəsin sürətləndirilməsi. 2) İş yerin tərk etmədən məlumatların internetlə qəbulu və ötürülməsi. 3) Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü. 4) Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü.

Gündəlik ofislərdə istifadə olunan kompüter şəbəkələri əsasən lokal şəbəkələrdir. Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arasındakı məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif struktur üzrə qurulur. Lokal şəbəkələrin bir necə növü var şinlə birləşmə, halqavari və ulduzvari.

Şinlə birləşən lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu strukturlarda bütün kompüterlər paralel olaraq şinə qoşulur. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində hər iki tərəfə ötürülür. İnformasiyanı göndərmək istəyən kompüter şinin boş olub-olmamasını yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Bu sistem əslində köhnəlmiş hesab olunur və hazırda demək olar ki, istifadə edilmir.

Ən müasir şəbəkə sistemləri haqqında

Halqavari strukturlu lokal şəbəkələrdə hər bir kompüter bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s. , sonuncu kompüter isə birinci kompüterlə birləşirdirilir. Nəticədə halqa yaranır. Bu tipologiyalı kompüter şəbəkələrində məlumatlar müəyyən bir istiqamətdə bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi kompüterə çatdırılır. Bu kompüter şəbəkəsinin çatışmayan cəhəti odur ki, hər kompüter informasiya ötürülməsində birbaşa iştirak edir. Buna görə də hər hansı bir kompüter sıradan çıxarsa şəbəkənin işinin pozulması ilə nəticələnər. Bir sözlə şəbəkənin işin davam etdirmək üçün bütün kompüterlər işlək vəziyyətdə olmalıdır. Ulduzvari lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xəttlə birləşir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə edirlər. Ulduzvari lokal şəbəkələrin əsas üstün cəhətləri ondan ibarətdir ki, kompüterlərarası informasiya mübadiləsi çox sadə olur və çətinlik törətmir. Ulduzvari şəbəkələrin çatışmayan cəhəti ondan ibarətdir ki, şəbəkənin etibarlılığının mərkəzi qovşağdakı kompüterdən asılı olmasıdır. Belə şəbəkələr saniyədə 100 meqabayt informasiya ötürmək imkanı verir. Məhz buna görə də əksər idarələrdə bu növ şəbəkədən istifadə olunur. Bu şəbəkə ən müasir sistemlərdən sayılır.

Lokal şəbəkədə istifadə olunan kabellər

Lokal şəbəkələr qurularkən müxtəlif növ kabellərdən istifadə olunur. Bunlara əsasən koaksal kabellər, burulmuş çütlü kabelləri misal gətirmək olar. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir. Yüksək keyfiyyətli optik kabellər hesab olunur. Optik kabellər vasitəsi ilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərindən istifadə olunur. İnforamsiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalı kabellərdir və quraşdırılması çox çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinsə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən inforamsiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatı yayılması sürəti saniyədə bir neçə geqabit ilə ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülür.

Comments are closed, but trackbacks and pingbacks are open.