Press "Enter" to skip to content

Komputer şəbəkələri bsu

İST və serverlər şəbəkənin yerləşdiyi yerlərdə öz aralarında kabel şəklində olan verilənlərin ötürülmə xətti ilə birləşirlər. Kompüterlər kabelə interfeys platası – şəbəkə adapteri (NIC – network interface card) vasitəsilə birləşdirilir.

Personal kompüter və noutbuklar üçün ucuz ehtiyyat hissələrinin satışı

Hər bir stasionar kompüter və ya noutbuk hissələrdən ibarətdir, bunlar ana plata, sərt disk, operativ yaddaş, prosessor və digər elementlərdir. Bütün bu hissələr həm yeni kompüter yığıldıqda, həm də köhnə kompüterin yenilənməsi və təmir prosesində istifadə olunur. Bizim “Gaming.az” internet mağazasında siz lazım olan bütün orijinal kompüter hissələrini ucuz qiymətə əldə edə bilərsiniz. Biz oyun kompüter texnikası və detalları istehsal edən dünya brendlərinin Azərbaycanda rəsmi idxalçısıyıq, ona görə də yalnız sertifikatlaşdırılmış orijinal məhsullar satırıq.

Kompüter hissələrini düzgün seçmə qaydaları

Kompüter hissələrini seçərkən yalnız onların qiymətini yox, həm də bir birilə uyğunlaşmasını nəzərə almaq lazımdır. Misal üçün, hər bir ana plataya yalnız bir istehsalçının prosessorları uyğun gəlir, və yaxud zəif qida bloku digər güclü hissələrlə birgə kompüteri çalışdırmaya da bilər. Buna görə də kompüter hissələrini almazdan əvvəl, seçim qaydaları ilə tanış olmaq lazımdır:

  • Prosessor – bu kompüterin beynidir və kompüterin ən bahalı detallarından biridir. Hal hazırda mərkəzi prosessorların iki istehsalçısı mövcuddur – İntel və AMD. Sistem blokunun baza konfiqurasiyası seçdiyiniz brenddən asılır.
  • Videokart – Əvvəlcədən prosessora quraşdırılmış daxili və ya diskret ola bilər. Diskret videokart qrafik dizayn işləri və ya oyun üçün mütləqdir. Təhsil, ofis işləri və multimedia üçün prosessora inteqrasiya olunmuş daxili videokart kifayət edir. Diskret videokart seçərkən prosessorun gücünü nəzərə almaq mütləqdir. Videokart və prosessorun gücü bir birinə uyğun gəlməlidir. Misal üçün güclü prosessorla zəif videokart və ya əksinə olarsa, güclü tərəf öz gücünü tam göstərməyə nail ola bilməz.
  • Ana plata – onun modeli mərkəzi prosessorun brendindən asılıdır. İntel şirkətinin məhsulları ana plataların bir soketinə, AMD şirkətinin məhsulları isə fərqli soketə uyğundur. Həmçinin ana plata alarkən, platanın əlavə imkanlarına və detalların quraşdırılması üçün yuvaların sayına diqqət etmək lazımdır. Misal üçün neçə operativ yaddaş və ya bir neçə videokart quraşdırmaq imkanı kimi məqamlar.
  • Operativ yaddaş – qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün lazımı həcmdə və seçilmiş ana plataya uyğun olmalıdır. Qənaət üçün bir neçə operativ yaddaş quraşdırmaq olar, əsas odur ki, onların ümumi həcmi platanın dəstəklədiyi həcmi keçməsin.
  • Sərt disk – Yaddaş qurğuları iki növə – HDD və SSD növlərinə bölünür. Sərt səthli disklərin qiyməti bahadır, lakin onlar yüklənməni daha sürətlə yerinə yetirirlər. Sadə sərt disklər eyni həcmdə daha ucuz qiymətə təklif olunur. İdeal vəziyyət hər iki diskin mümkün olduğu vəziyyətdir – SSD əməliyyat sistemi üçün, HDD isə oyunların və faylların saxlanılması üçün.
  • Qida bloku – onun gücü kompüterin detallarının ümümi sərf etdiyini enerjidən 20-30% çox olmalıdır. Əgər sonradan kompüteri gücləndirmək və ya yeniləmək planlaşdırılırsa, o zaman daha böyük qida bloku əvvəlcədən almağa dəyər. Həmçinin digər hissələr də qida blokundan qidalandığı üçün bu da seçimdə nəzərə alınmalıdır.

Bu qaydalar üzrə digər komponentlər də, misal üçün soyutma sistemi də seçilməlidir. Güclü oyun sistem bloklarına əlavə soyutma sistemləri və gözəl işıqlarla bəzədilmiş dizayner korpusları da əlavə etmək olar.

“Gaming.az” mağazasından kompüter hissələrini almağın üstünlükləri

“Gaming.az” mağazası Bakıda yerləşir, biz kompüter və noutbuk hissələrinin satışını həm satış salonunda, həmçinin onlayn həyata keçiririk. Evdən çıxmadan sifariş etmək üçün, sadəcə bizim satıcılar ilə onlayn çat vasitəsilə əlaqə saxlayın. O, sizi bütün məlumatla təmin edər və lazımi hissələri seçməkdə köməklik göstərər.

Bizim mağazanın kataloqunda kompüter və noutbuklar üçün ucuz prosessor, videokart, ana plata və digər hissələrin geniş çeşidi əks olunur. Əgər sizin seçdiyiniz detal hal hazırda anbarda yoxdursa, biz onu sifarişlə gətirə bilərik. Bakı sakinləri kompüter hissələrini bizim mağazada kreditlə əldə edə bilərlər. Daimi müştərilərə personal menecer və xüsusi endirimlər tətbiq olunur.

Komputer şəbəkələri bsu

LKŞ-nin aparat komponentləri kimi aşağıdakılardan istifadə edilir:

§ İnterfeys (şəbəkə) kartları (adapterləri);

İşçi stansiyalar (İST) – şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan fərdi kompüterlərdir. Bəzi hallarda İST birbaşa şəbəkə kabelinə qoşulmuş olarsa, bu halda maqnit disklərində yaddaşa ehtiyac qalmır. Bu cür İST disksiz İST adlanırlar. Lakin bu halda fayl-serverdən İST-yə ƏS yükləndikdə, şəbəkə adapterində uzaq məsafədən yükləməyə imkan verən uyğun mikrosxem olmalıdır. Bu cür disksiz İST-in əsas üstün cəhəti onların ucuz olçası və burada istifadəçinin proqramına icazə verilmədən daxil olmanın mümkünsüzlüyü və kompüter viruslarının daxil ola bilməməsidir. Mənfi cəhəti isə onun avtonom rejimdə işləyə bilməməsi, həmçinin özünün verilənlər və proqram arxivinin olmamasıdır.

LKŞ-də serverlər – şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirirlər. Adətən meynfreym funksiyasını kifayət qədər güclü olan fərdi kompüter, meynfreym və ya kompüter həyata keçirə bilər. Hər bir server həm ayrıca, həm də İST tərkibində ola bilər.

LKŞ-də bir neçə server olarsa, o zaman hər bir server ona qoşulan İST-yə xidmət göstərir. Serverin kompüterlər toplusuna və onlara qoşulmuş İST-yə domen deyilir. Bəzi hallarda bir domendə bir neçə server olur. Bu serverlərdən biri baş server, qalanları isə ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu oynayırlar.

Kompüter-server tipini seçdikdə əsas parametr kimi prosessorun tipi, əməli yaddaşın tutumu, disk kontrollerinin tipi nəzərə alınmalıdır. Serverdə əməli yaddaş nəinki öz proqramlarını yerinə yetirmək məqsədini güdür, həmçinin disk giriş-çıxışının buferlərini yerləşdirmək məqsədi üçün də istifadə edilir.

İST və serverlər şəbəkənin yerləşdiyi yerlərdə öz aralarında kabel şəklində olan verilənlərin ötürülmə xətti ilə birləşirlər. Kompüterlər kabelə interfeys platası – şəbəkə adapteri (NIC – network interface card) vasitəsilə birləşdirilir.

İstifadə olunan şəbəkə adapterləri 3 əsas xarakteristikaya malikdirlər:

1) kompüterin qoşulduğu şinin tipi

2) mərtəbələr şəbəkəsinin sayı

3) yaradılan şəbəkənin topologiyası.

Verilənlərin ötürülməsi mühitindən asılı olaraq rabitə xətləri aşağıdakı qruplara ayrılır:

§ Çəkilən (hava ilə);

§ Kabelli (mis və optik-lifli);

§ Yerüstü və peyk əlaqə radiokanalları

Çəkilən xətlərə telefon və ya teleqraf siqnallarını ötürən havada sallanan və tirlər arasında tarım çəkilmiş hər hansı bir izolyasiyası və ya ekranlaşdıran hörgüsü olmayan naqillər aiddir.

Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:

§ Koaksial kabellər

§ Burulmuş cütlü kabellər

§ Lifli – optik kabellər

Koaksial və burulmuş cütlü kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir. İki növ koaksial kabel mövcuddur:

1) diametri 0,5 sm olan nazik kabel;

2) diametri 1 sm olan yoğun kabel.

Nazik kabel yoğun kabelə nisbətən qısa məsafələrə ötürmə üçün istifadə olunur. Koaksial kabellər, əsasən, şin topologiyalı şəbəkələrdə istifadə olunurlar.

Burulmuş cütün iki əsas növü mövcuddur:

1) ekranlaşmış (STP – Shilded T wisted Pair );

2) ekranlaşmamış (UTP – Unshilded Twisted Pair).

Ekranlaşmış burulmuş cütlü Ekranlaşmamış burulmuş cütlü

Ekranlaşmış burulmuş cüt istifadə etdikdə hər bir burulmuş cüt metal hörgüdə (ekran) yerləşir. Ekranlaşmamış burulmuş cütlə xarici elektromaqnit maneələrdən zəif qorunması ilə xarakterizə olunurlar. Adətən, burulmuş cütlər ulduzvari və dairəvi topologiyalarda istifadə olunurlar.

Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalıdır, quraşdırılması çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə qiqabitlə (Gbit) ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülə bilir. Bu tip kabellər ancaq ulduz və dairə topologiyalı şəbəkələrdə istifadə olunur.

Optik-lifli kabelin iki növü mövcuddur:

1) birmodalı kabel – bahalı, keyfiyyətli;

2) çoxmodalı kabel – ucuz, aşağı keyfiyyətli.

Moda – kabelin daxili milində işıq şüalarının yayılması rejimini əks etdirir.

LKŞ-nin əlavə avadanlıqlarına fasiləsiz qida mənbələri (UPS – Uninterruptible power supply ), modemlər, transiverlər, repiterlər və müxtəlif kontaktlar sistemi kimi istifadə olunan konnektorlar, terminatorlar, şlüz, təkrarlayıcı, çevirici, körpü, marşrutlayıcı, hab və s. daxildir.

UPS – elektrik şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıldıqda serverdə olan verilənlərin itməməsini təmin edir.

Transiver – İST-ni yoğun koaksial kabelə qoşan qurğu və şəbəkə adapterinin bir hissəsidir.

Konnektorlar (birləşdiricilər) – kompüterlərin şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçündür.

Terminatorlar – açıq kabellərə şəbəkənin qoşulması üçün, həmçinin torpaqlama məqsədilə də istifadə oluna bilər.

Modem – telefon xətti vasitəsilə LKŞ və ya kompüteri qlobal şəbəkəyə qoşan qurğudur. Rəqəmli verilənlərin analoq verilənlərə çevrilməsi modulyasiya, əks proses isə demodulyasiya adlanır.

Şlüz (gateway–keçid) – müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkəni əlaqələndirən vasitədir. Həm aparat, həm də proqram şlüzləri ola bilər.

Təkrarlayıcı (repeater) – şəbəkənin iki seqmentinin və ya kabelinin birləşdirilməsi (şəbəkənin böyüdülməsi) üçün istifadə olunan sadə qurğudur. Təkrarlayıcı həm də, paketləri marşrutlaşdırmadan və ya filtrasiya etmədən bir kabeldən digərinə ötürən aralıq qurğudur.

Çevirici ( switch) – kompüter şəbəkələrində əlaqənin yaradılması üçün istifadə olunan kommutator və ya keçirmə qurğusudur. Belə kommutatorların iki növu var:

Körpü (bridge) – müxtəlif topologiyalı, lakin eyni protokol istifadə edən iki və ya daha çox lokal şəbəkəni bir-birilə əlaqələndirən aparat-proqram təminatlı qurğudur.

Marşrutlayıcı (router) – şəbəkə marşrutunun seçilməsini həyata keçirilir. Avtomatik, adaptiv, alternativ, hibrid, lokal, istiqamətlənmiş, paylanmış və s. marşrutizatorlar var.

HOST (Hybrid Open Systems Technology) – şəbəkəyə qoşulmuş və TCP/IP protokollarını istifadə edən istənilən qurğudur və ya açıq sistemlərin hibrid texnologiyası olan host resursa malik və ondan istifadə edən kompüterdir.

Hab (HUB) – şəbəkə konsentratoru, ulduzvari şəbəkə topologiyasında şəbəkənin düyünlərini (abonentləri) birləşdirməyə imkan verir.

Lokal şəbəkənin işləməsini təmin edən proqramlar kompleksinə şəbəkənin proqram təminatı deyilir. Bu proqramların əsas hissəsi serverdə, digər hissəsi isə şəbəkəyə qoşulan kompüterlərdə yerləşdirilir. Bu cür şəbəkə sistemlərindən ən çox istifadə ediləni Novell firmasının Net ware sistemidir.

İbayev Zabil – Kompüter Şəbəkələri

Kitab İbayev Zabil Vəfaddin oğlu tərəfindən hazırlanmışdır. Bu kitab kompüter şəbəkəsinin yarandığı dövrdən indiyə qədər ki şəbəkə texnologiyalarını əhatə edir. İnternetdən yığılan məlumatlar əsasında hazırlanmış kitabın yaranma səbəbi Azərbaycan dilində şəbəkə texnologiyalarını öyrənmək üçün materialların ya az olması ya da heç olmamasıdır.

Kitabı çap edərək, sataraq qazanc əldə edilməsinə Zabil İbayev Vəfaddin oğlu tərəfindən icazə verilmişdir. Tək bir şərtim var. Əgər hər hansı bir yerdə kitabdan sitat gətirilərsə Zİ-N şəklində kitabın adı göstərilsin və heç bir dəyişiklik edilməsin. Sizə uğurlar diləyirəm və kitaba uyğun bir atalar sözünü nəzərinizə çatdırıram.

Kompüter şəbəkələrinin keçmişi və bu günüKompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkəharada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar.Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiyamübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədinbütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işirahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üzqabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefinkompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyunklublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər.Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarınınüzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilkşəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim.60-cı illərdə kompüter deyiləndə ağıla böyük mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə kimainframe-lər indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru, nə dəklaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.