Текст книги Leyli və Məcnun
Ле́йли и Маджну́н (араб. مجنون و ليلى , перс. لیلی و مجنون , азерб. Leyli və Məcnun , англ. Layli va Majnun , узб. Layli va Majnun ) — трагическая история любви, популярная на Ближнем и Среднем Востоке, в особенности в Иране, Азербайджане и Узбекистане. История основана на реальных событиях и описывает жизнь арабского юноши по имени Каис аль-Мулаввах, жившего в VII веке на территории современной Саудовской Аравии.
Azərbaycan şairi Nizami/Leyli və Məcnun
Ey nam-e to behtərin sərağaz,
Bi nam-e to name key konəm baz?!
(Ey adı ən yaxşı başlanğıc olan,
Sənin adın olmadan naməni neçə aça bilərəm?! – red.)
Əslində bir ərəb əfsanəsi olsa da, işləndiyi ədəbi forma baxımından, bu mövzunun Azərbaycanla sıx və ənənəvi bir əlaqəsi vardır.
Azərbaycanın qədim hökmdarlarından Şirvan şahı Axsitan bu mövzunun nəzmə alınmasını arzu etmişdir.
Azərbaycanın böyük şairi gəncəli Nizami bu arzuya əsasən onu ilk dəfə farsca işləyərək nəzmə çəkmişdir.
Sonralar, Nizaminin bu əsərinə farsca və türkcə yazılan bənzətmələr arasında özünəməxsusluğu və dəyəri etibarilə, türk ədəbiyyatının böyük nümayəndəsi, həmçinin azəri şerinin dahi ustadı Füzulinin yazdığı “Leyli və Məcnun” poeması müstəsna bir yer tutmaqdadır.
Nəhayət, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin (Hacıbəyovun – red.) sayəsində bu mövzuya musiqi yazılaraq opera yaradılmış və Azərbaycan səhnəsinin repertuarında “həmişəbaharlığını” itirməyən əsərlərdən olmaqla, bu klassik mövzunun geniş xalq kütlələri tərəfindən də mənimsənilməsinə və böyük bir şöhrət qazanmasına səbəb olmuşdur.
“Leyli və Məcnun” operası təkcə Azərbaycan səhnəsində qalmayaraq, başqa dillərə, o cümlədən, bu yaxınlarda ruscaya tərcümə edilmişdir.
Hicri 584-cü il rəcəb ayının sonunda [1] (miladi 1188-ci il sentyabr ayının sonunda) 4613 beytdə Nizaminin qələmə aldığı bu eşq dastanının qısa məzmunu aşağıdakılardan ibarətdir:
Ərəbistanda, Amiri qəbiləsinin şeyxinin övladı olmurdu. Bir çox yalvarış və dualardan sonra Tanrı ona bir oğul bəxş edir.
Gözəlliyi ilə qonşu qəbilələr arasında da məşhur olan bu uşağa Qeys adı verirlər. Qeysi böyük bir qayğı ilə bəsləyirlər. Onun yaxşı tərbiyə alması üçün heç bir maddi və mənəvi şəraiti əsirgəmirlər. Yaşı ona çatdıqda Qeysi bir məktəbə verirlər.
Məktəbdə müxtəlif qəbilələrdən oğlanlı-qızlı çoxlu şagirdlər vardır. Bunlar arasında Amirilərə qonşu olan qəbiləyə mənsub gözəl bir qız var – Leyli. Qeys ilə Leylidə qarşılıqlı bir meyl oyanır. Getdikcə güclənən bu meyl əvvəlcə səmimi bir dostluğa, sonra da alovlu sevgiyə çevrilir. Günü-gündən artan bu sevgi, çox keçmədən, qarşısıalınmaz bir eşq şəklini alır.
Uşaqların bu qarşılıqlı vurğunluğu yoldaşlarının diqqətini çəkərək, söz-söhbət mövzusuna çevrilir; nəticədə gənclərin adları dillərə düşür.
Yoldaşları Qeysə, Leyliyə vurğunluğu üzündən göstərdiyi qəribəliklərlə əlaqədar olaraq, “Məcnun” – deyə müraciət edirlər. Bu ləqəb ağızdan-ağıza keçərək, Qeys adını tamamilə unutdurur.
Artıq haqqında danışılan Qeys ilə Leyli deyil, Məcnun ilə Leylidir.
Leylinin ailəsi məsələni bilən kimi qızlarını məktəbə getməyə qoymur. Leyli evə bağlanmış, artıq Məcnun ilə görüşə bilmir. Lakin Məcnun sevgilisinin ayrılığına tab gətirmir. Hər gün Leylinin yaşadığı məhəlləyə gedərək, uzaqdan da olsa onu görməyə və “kuyi-yardan buy” almağa çalışır.
Övladının bu halını görən Amiri şeyxi qəbilənin ağsaqqallarından bir neçəsini də götürüb, Leylinin atasının yanına gedir, onun qızını öz oğlu üçün istəyir. Amma “yox” cavabı alır. Ona: “oğlun məcnundur, biz yeganə qızımızı dəli kimi ad çıxarmış birisinə necə rəva görüb verə bilərik?” – deyirlər. Məcnunun atası ümidsiz halda Leyligilin evindən geri qayıdır.
Bu mənfi cavab Qeysin “məcnun”luğunu daha da artırır. Məcnun xəstələnir. Atası onu Həccə aparır, Kəbəyə üz tutub oğlu üçün şəfa və səadət diləyir. Lakin zəhməti hədər gedir. Eşq dərdi əlac götürmür. Məcnun özündən keçmiş bir halda hər gün Leylinin məhəlləsinə gedir, saatlarla gözləyir, sevgilisini görmək üçün fürsət axtarır. Leylinin adına qəzəllər qoşaraq təsirli bir səslə oxuyur. Bu qəzəllər ağızdan-ağıza dolaşaraq qəbilələr arasında yayılır.
Leylinin yaşadığı məhəllənin əhalisi “Məcnun”un bu halından təngə gəlir. Onlar öz heysiyyətlərini təhqir olunmuş hesab edirlər: dəlinin biri onların qəbiləsindən olan qızın məsum adını dilə-dişə salmış, mahnılara mövzu etmişdir. Qəbilə cavanlarının bir neçəsi bu “dəlinin şərini dəf etmək” qərarına gəlirlər. Amiri şeyxinə xəbər göndərirlər ki, Məcnunun ayağını məhəlləmizdən kəs, yoxsa onu öldürəcəyik.
Şeyx oğluna öyüd verir. Amma öyüdlə qarşısı alınacaq halda deyil. Hər halda fəlakətin önünü almaq üçün – Məcnunun Leylinin yaşadığı səmtə getməməsi üçün tədbirlər görülür.
Bu dəfə Leyli Qeysi görməyə və axtarmağa cəhd edir. Məhəllə qızları ilə bərabər bir xurmalığa çıxır. Burada uzaqdan-uzağa olsa da, Leyli də Məcnun kimi ayrılıq dərdi ilə ah-fəğana başlayır.
Bu zaman İbn Salam adlı bağdadlı bir tacir Leyliyə elçi gəlir. Valideynləri “hə” desələr də, toy üçün möhlət istəyirlər. Qızlarının səhhəti bunu tələb edir. Bu xəbər Məcnunun dərdini daha da artırır.
Nofəl adlı igid bir sərkərdə Məcnunla dostlaşır. Ona təsəlli verir. “Leylini necə olursa-olsun sənə alacağam”, – deyir. Nofəl qoşun toplayıb Leylinin qəbiləsinə hücum edir. Leylini Məcnun üçün istəyir. Rədd cavabı aldıqda hərbə başlayır. Döyüş çətin bir nöqtəyə çatır. Leylinin qəbiləsi güclü müqavimət göstərir. Vəziyyəti belə görən Nofəl barışığa əl atmalı olur, “biz sizdən qızı könül xoşluğu ilə istəməyə gəldik, qan tökməklə yox” – deyə sülh təklif edir. “Bal vermirsiniz, barı sirkə də verməyin”, – deyir. Nofəl əsgərləri ilə geri çəkilir. Bu vəziyyəti görən Məcnun Nofəli tənələyir: “Sən mənə Leylini alacaqdın, onun məhəlləsinə getmək imkanını da aradan qaldırdın. Əhdini beləmi yerinə yetirdin?” – deyir.
Nofəl dostuna təsəlli verir: “Bu, vaxt qazanmaq üçün bir fənd idi” – deyir. “Sözümü yerinə yetirib qızı mütləq sənə alacağam” – deyə Məcnuna yenidən ümid verir. Bu dəfə Nofəl “Mədinədən Bağdada” qədər adamlar göndərir, daha böyük bir qüvvə toplayır. Yenidən Leylinin qəbiləsinin üstünə gəlir. Qanlı bir vuruş başlayır. Döyüşün gedişində Məcnunun tutduğu mövqe qəribədir. O, özü üçün vuruşanların deyil, əks-tərəfin qələbəsi üçün dua edir. Əks tərəfdən ölənlərin başlarını dizləri üstə alıb oxşayır. “Bu nə deməkdir?” – deyə soruşanlara “yar tərəfin məğlubiyyətini necə istəyim?!” – deyə cavab verir. [2]
Döyüşün ən şiddətli və kəskin vaxtında Leylinin atası Nofəlin yanına gəlir və deyir: “Nə istəyirsən edim. Qızımı kimə istəyirsən ver, razıyam. Amma övladımı dəlinin birinə vermək üçün israr etmə! Israr etsən, gedib başını kəsər, bədənini itlərə yem edərəm. Sərsəri bir dəliyə qismət olmaqdansa, qoy onu köpəklər yesin!”. Atanın bu kəskin sözləri ilə Məcnunun vuruş zamanı göstərmiş olduğu, doğrudan da, dəlicəsinə hərəkətləri zehnində qarşılaşdıran Nofəl fikrə gedir: təklifi yaxşı bir fürsət sayaraq, o saat döyüşün dayandırılmasını əmr edir. Çünkü vuruşun mənasız olduğuna inanmağa başlayır.
Bu hadisədən sonra insanlardan büsbütün üz döndərən Məcnun, qəbiləni tərk edib çöllərə düşür. Özbaşına sərgərdan şəkildə dolanarkən Məcnun İbn Salamın Leyli ilə evlənməsi xəbərini alır. Bu xəbərlə can evi xaraba qalan Məcnun Leylinin vəfasızlığı barədə yanıqlı qəzəllər söyləyir.
Bu arada atası oğlunu tapır, bir daha öyüd verir, evə çağırır. Bu, onun oğlu ilə son görüşü olur. Məcnun atasının ölüm xəbərini alır. Məzarı üstünə gəlir, mərsiyyələr deyir. Yenidən çöllərə düşür. Məcnunun artıq insanlara heç bir bağlılığı qalmamışdır. Oturub-durduğu yalnız heyvanlardır. Çölün vəhşi heyvanları ona alışmışlar, onun dalınca düşüb hər cür təhlükədən qoruyurlar. Quşlar ondan hürkmür, üstünə kölgə salır, başına, çiyinlərinə qonurlar. Ilanlar-çayanlar belə ona xətər yetirməyib diqqət göstərirlər. Yalnız heyvanlar deyil, ağaclar da onunla danışır, həsbi-hal edirlər. Bütün kainat onunla dost və aşinadır. Göydəki ulduzlar da onu anlayan “müsahiblər”idir.
Beləcə insanlardan və insani əlaqələrdən tamamilə uzaqlaşaraq özünü təbiətə vermiş, tam şəkildə təcrid olunmuş bir vəziyyətdə ikən Leylinin yanından qasid gəlir və ona bir məktub verir. Bu məktubda Leyli sözdə ərə getsə də, əslində Məcnuna sadiq qaldığını, könlünün daim onunla bir olduğunu bildirir.
Dayısı ilə anası Məcnunu görməyə gəlirlər. Onu evə çağırırlar. Anası: “oğlum, gəl, başsız qalmış ailənə böyüklük et!” – deyir. Faydası olmur. Qayıdandan sonra dayısı ölür. Anası bir də oğlunun yanına gəlir, yenə nəsihət verir, evə qayıtması üçün yalvarır. Amma əbəs. Ana məyusluq içində geri dönür. O da vəfat edir. Məcnun anasının məzarı üstünə gəlir. Ağladıqdan və mərsiyyələr söylədikdən sonra yenidən ətrafındakı heyvanlarla birlikdə çöllərə dönür.
Leyli fürsət tapıb Məcnunu axtarmağa başlayır. Bir çəmənlikdə olarkən ona xəbər göndərir. Görüşürlər. Platonik bir görüşdən ibarət olan bu səhnədə Məcnun Leyliyə şer oxuyur. Vaxt çatanda təzədən ayrılırlar. Leyli ərinə qəlbən bağlı olmasa da, şəriət baxımından bir qəbahət işlətməyi də özünə rəva görmür. Məcnun isə həqiqi aşiqdir; bu eşqdə qərəzə yer yoxdur.
Burada şair Məcnunu qəlbən anlayan iki hal əhli ilə tanış edir. Bunlardan biri bağdadlı Salamdır ki, başına gələn macəradan, eşqin nə olduğundan xəbəri vardır. Bu şəxs Məcnunun halını bilib onu ziyarət etmiş, dediyi şerləri yazıya alaraq Bağdada aparmış və ədiblər arasında yaymışdır. Ikincisi də, əmisi qızı Zeynəbə aşiq ikən arzusuna yetməmiş Zeyddir ki, Məcnunla yaxınlaşaraq onu duymuş və ona ürəkdən xidmət etmişdir.
Ibn Salam Leylidən muradını almadan xəstələnib ölür. Ərəb adətinə görə, dul qalmış Leyli hamıdan ayrılıb özü-özü ilə qalmaq imkanı əldə etmişdir. Leyli üzdə ölən ərinə, əslində isə sevdiyi yarından ayrı düşməsinə doyunca ağlayır.
Nəhayət, Zeyd gəlib İbn Salamın öldüyünü Məcnuna xəbər verərək, indi azad olmuş Leylinin onu qovuşmağa çağırdığını yetirmişdir.
Zeydin bələdçiliyi və arxasınca hərəkət edən heyvanlardan ibarət məiyyəti ilə Məcnun Leylinin çadırına gəlir, yar tərəfindən qarşılanır və şairin misilsiz bir qələmlə təsvir etdiyi kimi, iki sevgili bir-birinə sarılırlar, özlərini unudub məst və bihuş düşürlər.
Məcnun getdikdən sonra Leyli xəstələnir. Ölüm ayağında anasına deyir ki, əgər Məcnun gəlsə, deyərsən Leyli ölərkən səni istədi. Leylinin son sözləri də bu olur.
Məcnun vəfalı dostu Zeydin bələdçiliyi ilə Leylinin məzarı başına gəlir, günlərlə ağlayır, torpağı öpür, başına sovurur, öz-özünü döyəcləyir. Nəhayət, sevgilisinə qovuşmaq üçün ruhunu təslim edir.
Bu kədərli mənzərə Nizami tərəfindən çox təsirli bir tablo kimi təsvir edilmişdir.
Bu qəmli hekayət belə qəmli bir ehtimalla sona yetir. Aşiq özündən ayrı təsəvvür etmədiyi məşuquna qovuşmaq üçün o biri dünya yolunu tutur, həyatı tərk edir.
Bu vəziyyətdə Məcnunun əhatəsində olan heyvanlar da dağılışıb təbiətlərinin tələb etdiyi səmtlərə üz tutmuşlar.
Zeydin təşəbbüsü və qəbilə əhalisinin iştirakı ilə Məcnunu Leylinin yanında bir məzarda dəfn edirlər. Iki pak sevgilinin yan-yana duran məzarları ərəblər arasında ziyarətgaha çevrilir.
Az sonra Zeyd yuxusunda Məcnun ilə Leylini cənnətdə, gözəl bir qəsrdə, qol-qola, nəşə, sevinc və səadət içində görür.
Nizaminin təsvir etdiyi Məcnun bütünlüklə özünü idealına bağlamış, fədakar və səmimi bir idealist simvoludur. Aşiq – mömin və ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Adi insanların “Məcnun” adlandırdıqları Qeys özündən keçmiş bir mömin, bir mücahiddir. Fəna – fillahlığın və ya ideal vurğunluğunun bir təcəssümüdür. Bu surət Şərq ədəbiyyatının, Əzraya vurulmuş Vamiq kimi müxtəlif adda və formalarda təkrar etdiyi bir aşiq obrazıdır. Eynilə, Nizaminin digər əsərində, Sasani padşahı Xosrovun rəqibi Fərhadın Şirinə olan bağlılığı da bu növdəndir.
Məcnunun məhz belə bir timsal olduğu fərağət, təcərrüd və qənaətdən ibarət “dəlilik” həyatında rast gəldiyimiz bir çox hərəkət və ifadələri ilə də sübut olunur. Belə tutarlı misallardan biri yuxarıdakı xülasədə qeyd olunmuşdur. Nofəlin qoşunu ondan ötrü vuruşduğu halda, Məcnun Leylinin qəbiləsinin qələbəsinə dua edir. Fədakarlıq və məhəbbətin dəli bir ifadəsi olan bu kimi sirli hallar, Məcnun tərəfindən müxtəlif şəkillərdə göstərilir.
Məsələn, bir kağızda Leyli ilə Məcnunun birgə şəklinin çəkildiyini görən Məcnun dərhal Leylinin əksini pozur. Səbəbini soruşurlar. “Biz iki deyil, birik” – deyir. “Elə isə bəs niyə özünü yox, onu pozursan?”. “Çünkü o ruhdur, mən qəlib; ruh qəlibimdə gizlənir”.
Zeyd ona rəqibi İbn Salamın öldüyünü xəbər verdikdə: “ömrünü sənə bağışladı” deyir. Məcnun dərhal: “Olmadı, Zeyd, səhv etdin, mənə yox, Leyliyə bağışladı deməliydin” – deyə düzəldir. Zeyd ona: “Leyli ilə Məcnunun başqa-başqa, iki vücud deyil, iki qəlibdə bir can olduğunu elə səndən öyrəndiyim üçün, “İbn Salam ömrünü Məcnuna bağışladı” – deməklə, “Leyliyə bağışladı” demək arasında fərq görmürəm” – deyə izah etdikdə, Məcnun Zeydi haqlı sayır və onun özünü, həqiqətən, başa düşən bir dost olmasından razı qalır.
Böyük və ülvi eşqin bəxş etdiyi qüvvə və ilhamdan məhrum adi adamların yetə bilmədikləri məqama çatan Məcnunun vəhşi və yırtıcıları özünə ram etməsi, şübhəsiz, dastanı zinətləndirən bir bəzəkdir. Amma Nizami özünəməxsus misallarla bu “bəzəy”in “doğru”ya bənzədiyini bizə təlqin edir.
Məcnun onun üçün gətirilən yeməkləri başına toplanmış heyvanlara yedirtmək və amansız ovçuların toruna düşmüş heyvanları tapdıqca azad etmək yolu ilə onların etimad və sevgilərini qazanmış, onlarla dost olmuşdur.
Belə bir dostluq, Nizamiyə görə, mümkündür. Budur, həmin müddəanı sübut edən məsəl:
Bir padşahın yırtıcı köpəkləri varmış. Cəzalandırmaq istədiyi günahkarları bunlara atıb parçalatdırarmış. Gənc və ağıllı bir nədim günlərin birində şahın onu da köpəklərə atdırması ehtimalını fikirləşərək, tədbirli tərpənir: itlərə baxan adamla dostluq edir və onun icazəsilə hər gün köpəklərə yal verir.
Bir gün, nəhs bir saatda, heç nədən padşahın nədimə qəzəbi tutur və onun köpəklərə atılmasını əmr edir.
Qəzəbi soyuduqdan sonra etdiyinə peşman olmuş padşah itlərə baxan adamı çağırıb zavallı nədimin əhvalını soruşur. O, padşahı köpəklərin saxlandığı yerə gətirir. Padşah nə görsə yaxşıdır?! – nədim yırtıcı itlərin arasında sağ-salamat oturub heyvanlarla oynayır.
Padşah dərhal nədimi hüzuruna gətirdir:
– Bu nə möcüzədir?! – deyir.
– Padşahım, bunun nəyi möcüzədir ki?! Burada heyrət ediləcək bir şey yoxdur. Heyvanlar insanlardan daha həssas və daha qədirbiləndirlər. İllərlə sənə sədaqətlə xidmət etdim. Heç bir şey üçün hər şeyi unutdun və dərhal qətlimə fərman verdin. Halbuki bu vəhşi köpəklər ara-sıra onlara etmiş olduğum yaxşılığı unutmadılar, gördüyün kimi, canıma qıymadılar.
- ↑ K-araste şod be behtərin fal, Dər səlx-e rəcəb ve si-vo-fi dal. Tarix-e əyan ke daşt ba xvəd, Həştad-o-çəhar bud pansəd. (Rəcəb ayının sonunda, “si” “fi” “dal” ilində Ən yaxşı fal ilə bəzədildi. Özü ilə tarixi də əyan idi – Beş yüz səksən dördüncü il idi. “Si”, “fi”, “dal” əbcəd hesabı ilə 584-cü ili göstərir – red.)
- ↑
Ma əz pey-e to be canseparan
Ba xəsm-e xodət çerast yari?
Qofta ke ço xəsm yar boşəd
Ba tiğ məra çe kar başəd?
(Biz səndən ötrü can qoyuruq,
Sən nə üçün düşmənə dostluq edirsən?
Dedi ki: düşmən yar olduğu halda
Mənim qılıncla nə işim ola bilər?! – red.)
Текст книги “Leyli və Məcnun”
Bu hadisəni nağıl edən belə danışır ki, qədim zamanlarda ərəb torpağında Amiri tayfasının başçısı olan bir xəlifə vardı. Çox səxavətli, ürəyiaçıq və alicənab bir şəxs idi. Şöhrəti bütün aləmə yayılmışdı: varda, dövlətdə çoxlarını heyrətə salmışdı. Həm də çox əliaçıq idi, kimsəsizlərə, fağır-füqəraya əl tutardı. Lakin bu böyük insanın şöhrətinə bərabər bir də dərdi vardı. Onun övladı yox idi. İşıqsız şama bənzəyirdi. Bu xəlifə vardan, dövlətdən daha çox övlad istəyirdi. Bəxtini köməyə çağırar, Allaha yalvarıb ondan nicat diləyərdi. Özündən sonra bir varisinin olmasını istəyirdi. Nəslini davam etdirəсək, bir gün özü dünyada olmayanda onu yaşadacaq oğul arzu edirdi. Bu məqsədlə də min-min acın qarnını doyurur, nəzir-niyaz paylayır, fəqət bir nəticəsi olmurdu. Amma ümidini Allahdan üzmürdü, inanırdı ki, yardım üçün uzatdığı əllər boş qalmayacaq. Əgər qismət belədirsə, deməli, bu işdə nəsə bir hikmət var. Dünyada çox şey olsa da, biz onlardan yalnız bir neçəsinə nail oluruq. Ürəkdən nə qədər arzular keçsə də, gizlində qalmağı bu arzulara bir gözəllik və maraq verir.
Nəhayət, oğul həsrətilə qəlbi yanan bu ərəbin naləsini Allah eşitdi. Yanğısının üstünə su səpdi, ona bir oğul bəxş etdi. Gözəllikdə tayı-bərabəri olmayan bir körpə dünyaya gəldi – üzü aləmə nur saçardı, dodağı nar kimi qırmızı, özü isə çiçək kimi ətirli idi. Ata oğlunun üzünü görən andan xəzinəsini açdı, hədiyyələr, nəzirlər payladı. Uşaqla dayələr məşğul olurdular. Elə ki bu uşaq ikihəftəlik oldu, sanki beşikdən ay baxırdı, onun adını Qeys qoydular. Böyüyüb on yaşa çatdıqda gözəlliyi dillər əzbəri olmuşdu, onu görən hər kəs gözəlliyinə heyran olar, Tanrıdan can sağlığı diləyərdilər. Nəhayət, məktəb yaşı çatdı, bir dəstə qız və oğlanla bərabər məktəbə getdi. Məktəbdə elmin sirlərini öyrənir, öyrəndikcə də kamala dolurdu. Qeysin bu işdə hünəri vardı, fənləri öyrəndikcə daha da mükəmməl biliyə yiyələnirdi. Onunla gözəl bir dilbər otururdı. Bu qız da ağlı, kamalı ilə bərabər gözəlliyi ilə də görəni heyran edirdi. Üzü sanki ərəb ayı, saçları elə bil gecə idi, həyalı və abırlı idi. Saçları gecə (leyl), adı da Leyli idi. Hamı ona meyil salmışdı. Qeys də bu gözəli görən kimi biganə qala bilməyib könlünü ona verdi. Leyli də onun bu sevgisini cavabsız qoymadı – könüldən-könülə bir sevgi boy atdı. Eşq badəsindən içib məst oldular. Birlikdə elm öyrənər, lüğətdən söz axtarardılar, amma indi onların başqa “lüğətləri” vardı. Yoldaşları kitab açanda, onlar eşqdən söhbət açardılar. Başqaları hesab sayarkən onlar yalnız özlərini sayardılar. Beləcə, onların sevgisi günü-gündən güclənirdi. Zalım məhəbbət öz qılıncını çəkib bu iki gəncin qəlbini qarət etdi,ürəklərindən səbirlərini apardı. Onlar bu sevgini nə qədər gizli saxlamaq istəsələr də, bilmirdilər ki, “xoş iyi olan ətir qabda bağlı olanda belə rayihəsi duyular”. Bir müddət keçdikdən sonra isə “tuluqlar yırtıldı, eşşək yıxıldı” (ərəb məsəli), yəni sirr açılıb aləmə yayıldı. Elə ki bu sirr aşkar oldu, hamı onlardan danışmağa başladı. İki gənc bu sirri gizlətmək üçün müvəqqəti olaraq bir qədər uzaqlaşmağı qərara aldılar. Fürsət düşəndə bir-birlərinə baxar, aradabir gizlində söhbət edərdilər. Amma neyləsələr də, yayılan söz-söhbətin qarşısını ala bilmədilər. El-aləm onların məhəbbətindən danışmaqdan yorulub usanmadı. Eşqdən xəbəri olmayanlar Qeysi “Məcnun” deyə çağırdılar. Yazıq Qeys də əlacsız qalıb bu adı üstünə aldı. Elin tənəsi o qədər çoxaldı ki, axırda biçarə Leyli də camaatın “dəli” adlandırdığı Məcnundan gizlənmək məcburiyyətində qaldı. Ancaq Leylinin zərif ürəyi bu hicrana dözmürdü, gizlində gözündən yaşlar axıdırdı. Məcnun da öz sevgilisini görməyəndə gözündən yaş sel kimi axırdı. Küçəni, bazarı sərsəm kimi gəzirdi. Ah-vay edib nalə çəkirdi. Onun səsi aşiqlərin səsiydi, eşidənlərin ürəyi parça-parça olardı bu səsdən. Cahillər isə hər yerdə onun ardınca “Məcnun! Məcnun!” bağırardılar. Qeys də bu tənələrdən daha da qəmlənər, ürəyində fikirləşərdi: “Bir at sürmək istədim, at da əldən çıxdı, yüyəni də”. Onun fikrində yalnız Leylinin xəyalı dolanırdı, ürəyini onun eşqilə bölüb “iki para” eləmişdi ki, sevgilisi onu görəndə “qəlbi para” desin.
Məcnun yar dərdindəydi, yar isə uzaqdaydı. Qəm çəkirdi, qəm otağı bağlıydı. Gecələr gözünə yuxu getməzdi, dincliyi əldən getmişdi. Leylisiz dözə bilmirdi. Nə qədər çalışırdı ki, kədərini heç kim bilməsin, amma dərd-bəla canını üzürdü. Biçarə Məcnun gah başıaçıq, ayaqyalın çöllərə qaçar, gah da gecələr gizlincə nazlı pərisi üçün qəzəl oxuyaraq onu axtarar, qapılarını öpüb geriyə qayıdardı. Leyligilin qapısına bircə anda çatsa da, oradan elə bil bir ilə qayıdardı. Gedəndə bir quş kimi uçardı, gələndə yolunda tikan bitərdi. Gedənbaş sel kimi axardı, qayıdanda yolu çala-çuxur olardı. Kor-peşman evinə qayıdar, qəm-qüssə içində çapalayardı. Ümidsiz vəziyyətdə qalmışdı, hər yerdən əli üzülmüşdü. Bəxt üzünə gülsəydi, bir də getdiyi yerdən – Leyligilin qapısından qayıtmazdı.
MƏCNUNUN SƏHƏR YELİ İLƏ SÖHBƏTİ
Günü-gündən Məcnunun dərdi artırdı. İndi o, yuxusuz gözlərin sultanı, matəm ordusunun sərkərdəsi, sevda yollarının yalnız səsi, aşiqlər mülkünün qəm divanəsi idi. Məcnunun qəlbi məhəbbət eşqilə coşurdu. Hər gün sevda yuxusundan oyanıb Leylini görmək üçün onların yurdlarının kənarındakı Nəcd dağına gedərdi. Dağın ətəyini gəzib dolaşar, dilində “Leyli” kəlməsindən başqa bir ad olmazdı. Başqa ad çəkilsə də, heç əhəmiyyət verməzdi. Dağın ətəyinə çatanda sərxoş kimi yıxılıb-durar, ora-bura qaçar, dərddən əl çalıb oynayardı. Gözləri dolar, ürəyindəki dərdi coşanda ahı duyanları yandırardı. Belə ürək dağlayan anların birində o, səhər yelinə xitab etdi:
– Ey səhər yeli, tezdən oyanıb Leylinin yanına get, onun ipək telindən asıl. De ki, eşqindən yollara döşənəcək olmuş bu məzlum sənin xəbərini yalnız səhər yelindən ala bilir. Ona bir ovuc torpaq verib de ki, canını səndən əsirgəyən dərddən, qüssədən can versə, yaxşıdır, o adam bir ovuc torpağa dəyməz. De ki, əgər gözümdən bu yaşlar axmasaydı, ürəyim qəm odunda alışıb yanardı. Göydəki günəş belə mənim ahımdan alovlanır. Leyli mənim qəlbimin şamıdır, bircə məni düşünsün, öz pərvanəsini odunda yandırmasın. Mənim dərdim də, dərmanım da odur. Onun dodaqları qənddir, insaf edib bir az da aşiqinə şəkər payı göndərsin. Hər şey yaxşı idi. Heç bilmədim nə oldu, gözmü dəydi bizə? Nə oldu ki, mən yarımın gözündən düşdüm birdən-birə… Zəmanə bizi barmaqla göstərirdi. Yəqin, gözə gəlmişik. Bizim sevgimiz bir xəzinədir, üstünü örtməsək, yadlar gəlib oğurlayar.
MƏCNUNUN ATASININ ELÇİYİYƏ GETMƏSİ
Səhər açılmışdı. Məcnun bir neçə yoldaşı ilə Leylinin yurduna gəldi. Məhzun-məhzun şərqilər oxuyur, göz yaşı tökür, sərsəmlər kimi başına-gözünə döyərək inləyirdi. Leylinin çadırına çatanda tamam gücdən düşmüşdü. Leyli də bu dəm adəti üzrə çadırda oturub yollara baxırdı. O, Məcnunu görcək ah çəkdi. Məcnun da onu fəryadla səslədi. Bu anda Leyli səhər kimi işıqlanır, Məcnun isə şam kimi yanırdı. Leyli bağ içində gözəl bir bağ, Məcnun isə dağ üstünə dağ idi. Leyli qış görməmiş yasəmən gülünə, Məcnun isə xəzan vurmuş çəmənə bənzəyirdi. Onlar bir-birinə uzaqdan baxır, yaxınlaşmağa ürək eləmirdilər ki, görən olar. Qəriblər kimi uzaqdan-uzağa dayanmaqlarını da fələk çox gördü, bilinməsin deyə tez də ayrıldılar.
Bir müddət sonra bu hadisədən xəbər tutub onların yolunu kəsdilər. Daha iki aşiq bir-birini görə bilmirdi. Qəlbi hicran dolu Məcnun ağlayır, daha Leylini görə bilmədiyi üçün bir neçə nəfərlə birgə tez-tez Nəcdə gedirdi. Onun dərdi günü-gündən artırdı. Dağı dolaşaraq sızlayır, yenə ah-vay edirdi. Artıq sevda xəstəsi olduğu hamıya bəlli olmuşdu, hər kəs bu rüsvayçılıqdan danışırdı. Qohumları bu səbəbdən Məcnunun atasına şikayət edirdilər. Məcnunun atası məəttəl qalmışdı. Oğluna nə qədər məsləhət, nəsihət versə də, nazı ilə oynasa da, yenə bir faydası olmurdu, dərdinə çarə tapmırdı. Dostlarından məsləhət istəyəndə isə, “Bu dərd bir qızın həsrətidir, eşqdən başına hava gəlib” – deyirdilər.
Məcnunun atası Leyligilin qapısına elçi düşməyi qərar verdi. Səfər üçün tədarük görüldü, kəcavələr hazırlandı, qiymətli əşyalar dəvələrə yükləndi. Amirilərin bir dəstəsi Leyligilə elçiliyə getdilər. Leylinin atasıgil başqa qəbilənin sayılan şəxslərindən idi. Onlar da öz qəbiləsinin adətinə uyğun olaraq gələnləri çox böyük hörmətlə qarşıladılar. Qiymətli hədiyyələr verdilər. Leylinin atası onlardan nə məqsədlə gəldiklərini soruşdu. Amirilərin başçısı dedi:
– Məqsədim sizinlə qohum olmaqdır. Sənin qızını öz oğlum üçün istəyirəm. Gəl bu iki ürəyi birləşdirək. Bilirsən ki, mən öz zəmanəmin məşhur adamlarından biriyəm. Bu izdivac sənin də şöhrətinə şöhrət qatar, başucalığı gətirər.
Leylinin atası bir qədər fikrə gedib:
– Sənin danışdıqların xoş sözlərdir, şöhrətin və qüdrətin də mənə məlumdur. Bu işin mənə çox xeyirli olacağını bilirəm. Amma bu sevda baş tutan deyil. Oğlunu yamanca ərköyün böyütmüsən, necə gəldi, harada gəldi, gəzib dolaşır. Arxasınca hər kəs “divanə” deyir. Bizə də divanələr tay ola bilməz. Əvvəlcə oğlunun bu mərəzinə çarə elə, sonra məhəbbətdən danış. Bizim ərəblər gözdən tük çəkirlər: sənə razılıq versəm, mənə gülərlər. Bu işdən əl çək. Mənim qərarım belədir: bu söhbəti birdəfəlik qurtaraq.
Bu sözləri eşidən atanın ürəyi kaman kimi inlədi. Dinməzcə oradan çıxıb geriyə döndü. Çıxış yolu yalnız Məcnunu razı salaraq başqa qızla evləndirmək idi. Qohumlar, dostlar min dil tökərək Məcnuna dedilər:
– Bax, qəbiləmizdə nə qədər gözəl-göyçək qız var. Hansını istəsən, səninçün alarıq. Niyə özünə əziyyət verirsən? Gəl bu sevdadan əl çək. Qarşında yüz tanış ola-ola, niyə yad qəbilənin qızına könül verirsən? O, Amirilərdən deyil, unut onu!
Amma Məcnun qohumların bu təklif və tələblərindən daha da pərişan oldu. Köynəyini cırıb əynindən çıxardı, lüt qaldı. Dedi:
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра – распространителя легального контента. Поддержите автора!
Страницы книги >> 1
Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.
Оплатили, но не знаете что делать дальше?
Лейли и Маджнун
Ле́йли и Маджну́н (араб. مجنون و ليلى , перс. لیلی و مجنون , азерб. Leyli və Məcnun , англ. Layli va Majnun , узб. Layli va Majnun ) — трагическая история любви, популярная на Ближнем и Среднем Востоке, в особенности в Иране, Азербайджане и Узбекистане. История основана на реальных событиях и описывает жизнь арабского юноши по имени Каис аль-Мулаввах, жившего в VII веке на территории современной Саудовской Аравии.
Трагическая история Лейли и Маджнуна оказала значительное влияние на культуры Среднего Востока и Закавказья. В XII веке классик азербайджанской поэзии Низами Гянджеви на основе этой истории написал собственную поэму, ставшую одной из частей его Пятерицы. Тема Лейли и Маджнуна нашла свое отражение в одноименной опере знаменитого азербайджанского композитора Узеира Гаджибекова. Перу классика азербайджанской поэзии — Физули, также принадлежит поэма «Лейли и Меджнун», написанная им в 1535 году. Мотивы из Лейли и Маджнуна встречаются также у суфийских и бахаистских [1] авторов.
Сюжет
Миниатюра Лейли и Маджнун из Низами Гянджеви
Каис ибн аль-Мулаввах ибн Музахим, молодой поэт-бедуин из племени Бану-Амир влюбился в девушку из этого же племени по имени Лейла аль-Амирийя. Он сочинял стихи и песни, где воспевал свою любовь к Лейле. Когда Каис просил отца Лейлы выдать его дочь за него замуж, тот отказал, поскольку это шло вразрез с порядками племенного строя. Вскоре после этого Лейла вышла замуж за другого человека.
Когда Каис узнал о замужестве Лейлы, он покинул своё племя и начал скитаться по пустыне. Родные Каиса уговаривали его вернуться, но ничего не добившись, решили оставлять для него пищу посреди пустыни. Иногда его видели, читающего самому себе стихи о Лейле или пишущего на песке тростью.
Лейла перебралась с мужем в Ирак, где вскоре заболела и умерла. Через несколько лет (в 688 году) был найден мёртвым и Каис, лежащий возле могилы неизвестной женщины. На могильном камне он написал три своих последних строфы.
В книге также описываются события, происходившие с Каисом во время его скитаний. Большая часть стихов была написана им до того, как он впал в безумие. Люди знали, что Каис сошел с ума от любви, поэтому прозвали его «Маджнун Лейла» (араб. مجنون ﻟﻴﻠﻲ — «Сведённый с ума Лейлой») или просто Маджнун.
История и влияние
Из арабского фольклора история перешла в персидскую литературу. Первым из персидских писателей, кто написал об истории любви Лейли и Маджнуна, был Рудаки. Большая известность к поэме пришла только с Низами Гянджеви в XII веке. Низами собрал свой яркий образ Маджнуна как из реально подтверждённых так и эзотерических источников. Низами тем самым оказал огромное влияние на персидскую литературу, и многие персидские поэты вслед за ним начали писать свои вариации на тему Лейли и Маджнуна. У Низами история Лейли и Маджнуна приобрела некоторые черты персидской традиции эпоса [источник не указан 959 дней] : изображение героев, отношения между героями, описание местности и времени.
В истории Низами Лейли и Маджнун познакомились в школе и прониклись глубокими чувствами друг к другу. Однако они не могли видеться друг с другом из-за ссоры между своими семьями, и Лейла была выдана родителями замуж за другого человека. Таким образом, история Лейли и Маджнуна стала трагедией вечной любви, задушенной внутриплеменной войной, во многом схожей с появившейся через четыре столетия трагедией Уильяма Шекспира «Ромео и Джульетта». Существует мнение [источник не указан 959 дней] , отвергаемое исследователями Шекспира, что на английского поэта при написании его самой известной трагедии оказал влияние перевод поэмы Низами.
В арабской традиции любовь Лейли и Маджнуна называется девственной — то есть возлюбленные никогда не вступали в брак и не делили постель. Этот мотив стал основой сюжета для ещё многих похожих историй: Гаис и Лубна, Кутаир и Азза, Марва и Маджнун аль-Фаранси, Антара и Абла, и других.
В искусстве
- Лейли и Меджнун — поэма Алишера Навои.
- Лейли и Меджнун — поэма Джами.
- Лейли и Меджнун — поэма Низами Гянджеви.
- Лейли и Меджнун — поэма Физули.
- Лейли и Меджнун — поэма Хагири Табризи.
- Лейли и Меджнун — драма в стихах Мирзы Мухаммада Хади Русвы.
- Лейли и Меджнун — роман Неджати.
- Лейли и Меджнун — первая мусульманская и азербайджанская опера Узеира Гаджибекова.
- «Лейли и Меджнун» — симфоническая поэма Кара Караева (1947)
- Симфония № 24 («Меджнун»), Op. 273 (1973), для тенора соло, скрипки, хора и камерного оркестра — симфония Алана Хованесса
- Лейли и Меджнун — балет в постановке Касьяна Голейзовского (1964 г.) на музыку Сергея Баласаняна.
- Лейли и Меджнун — иранский фильм 1936 года.
- Лейли и Меджнун — советский таджикский фильм-балет 1960 года.
- Лейли и Меджнун — советский азербайджанский фильм 1961 года.
- Лейли и Меджнун — индийский фильм 1976 года.
- Лейли и Меджнун — азербайджанский фильм-опера 1996 года.
В популярной культуре
- Сюжет из Лейли и Маджнуна представлен в оформлении станции Алишер Навоиташкентского метрополитена, а также станции метро «Низами Гянджеви»бакинского метрополитена.
Примечания
- ↑http://www.classes.ru/dictionary-russian-english-universal-term-2142.htm бахаистский
Литература
- Руставели Ш.Витязь в тигровой шкуре.
Comments are closed, but trackbacks and pingbacks are open.