Press "Enter" to skip to content

Nizami Gəncəvi: Leyli və Məcnun

Nofəl süjetə gec daxil olub konkret epizodlarda iştirak edir və tez də səhnədən çıxır. Bununla belə onun əsərdəki mövqeyi və funksiyası tutumlu, vacib və yaddaqalandır.

Leyli və məcnun poeması

Nakam məhəbbətin, ictimai problemlərin ifadəsi

Leyli və Məcnunpoeması

Füzulinin, artıq qeyd olunduğu kimi, dörd poeması vardır: “Leyli və Məcnun,Bəngü Badə,Söh­bə­tül-əsmar,Həft cam. Əvvəlki üç əsər doğma türkcəmizdə, sonuncu poema – “Həft cam” isə fars di­lin­də qələmə alınmışdır.

“Leyli və Məcnun” nəinki Azərbaycan və ümumtürk, ümumiyyətlə, dünya poeziyasının şah əsərlə­rindən biridir. Anadilli söz sənətimizin ən möhtəşəm incilərindəndir. Türkdilli bədii təfəkkür sərvəti xəzi­nə­sinin nadir abidələrindəndir. Füzuliyə qədər bu mövzu şərq poeziyasında onlarla sənətkar tərəfindən işlənsə də, Azərbaycan şairi bu ənənəvi mövzuda (!) tam orijinal, başqasına bənzəməyən möhtəşəm bir abidə yaratmışdır.

Poema məsnəvi formasında, əruz vəzninin həzəc bəhrindədir (məfUlü məfAilün fəUlün ölçüsündə).

Poema 1537-ci ildə yazılmış, Osmanlı hökmdarı Sultan Süleyman Qanuniyə ithaf olunmuşdur.

Mənşə etibarı ilə bu mövzu ərəb folkloru ilə bağlıdır. Hələ VII-VIII yüzilliklərdə ərəb rəvayətçiləri bu iki gəncin nakam eşqi barədə rəvayətlər söyləyərdilər.

XII əsrdə yaşamış Azərbaycan şairi Nizami süjeti yazılı ədəbiyyata gətirmiş, ona xüsusi bədii cilvə və status vermiş, başqa sözlə, uğurlu bir ənənənin bünövrəsini qoymuşdur. N.Gəncəvidən sonra onlarla sənətkar bu mövzuya müraciət etmişdir.

Doğrudur, bu qəm, nakam eşq dastanı Füzulinin təbiətinə, təbinə uyğun idi. Şairin lirikasındakı hicran, kədər, fəraq, aləmin zövqünü maddi dünyanın nəşəsində deyil, sevgi əzablarında görmək fəlsəfəsi eynilə “Leyli və Məcnun”da da ideya-məzmun reallığı, bədii-fəlsəfi həqiqət kimi özünü göstərməkdədir. Ancaq məsələ burasın­dadır ki, sənətkar bu əsəri öz arzusu ilə yox, “Rum zərifləri”nin – türk ziyalılarının istəyi, bir növ təhriki ilə qələmə almışdır. Bu barədə müəllif poemanın əvvəlində əsərin yazılma səbəbi barədə danışarkən məlumat verir.

“Leyli və Məcnun” süjet etibarı ilə dinamik, mütəhərrik, kompozisiya cəhətdən əlvandır. Əsər kompozisiya elementlərinin zənginliyi və özünəməxsusluğu ilə diqqəti cəlb edir.

Poema dibaçə, üç rübai, münacat, nət, imam Əlinin tərifi və ona həsr olunmuş qəsidə, Sultan Süleyman Qanuninin mədhi və ona həsr olunmuş qəsidə və saqinamə ilə başlayır. Sonra kitabın yazılma səbəbi barədə hissə gəlir. Kompozisiyaya əlvanlıq gətirən sadalanan parçalar bədii mətnin xeyli hissəsini təşkil edir. Bunlardan əlavə əsərdə süjet boyunca lirik şeirlərdən də istifadə edilmişdir. Ümumiyyətlə, bədii mətndə müəllif qəzəl, qəsidə, rübai, mürəbbe kimi lirik şeir janrlarından bəhrələnmişdir. Qəzəllərin sayı xeyli çoxdur. İstər bədii mətnin, hadisələrin ümumi ovqatı, istərsə də burada yer alan lirik şeirlər poemaya müəyyən lirik ahəng aşılayır. Buna görə də onu janr etibarı ilə epik-lirik poema hesab etmək mümkündür.

Süjetin başlanğıcı bir sıra xalq dastanlarında olduğu kimidir. Ərəblərdə varlı və hörmətli bir qəbilə başçısının övladı olmur. Uzun dua-sənadan, nəzir-niyazdan sonra, nəhayət, onun bir oğlu dünyaya gəlir, uşağa Qeys adını qoyurlar. O böyüyüb məktəbə gedir. Bu məktəbdə başqa bir qəbilə rəisinin qızı – Leyli də dərs oxuyurdu. O da başqa bir qəbilə rəisinin qızı idi. Buraya qədərki hadisələr süjetin bədii müqəddiməsini (ekspozisiya) təşkil edir. Məktəbdə Qeyslə Leylinin bir-birini sevməsi, bu macəranın faş olunması, Leyliyə məktəbə getməyin yasaq edilməsi, bu qəhrəmanların bir-birindən ayrı düşməsi ilə hadisələr düyünlənir (zavyazka). Bundan sonra süjetin inkişaf xətti başlayır. Qeysin və Leylinin başına gələn macəralar, İbn Səlam və Nofəl əhvalatları, atası ilə Məcnunun görüşü və atasının ölümü və s. hadisələrin inkişaf xəttinə daxildir. Bu xətt Leyli və Məcnunun son görüş səhnəsinə qədər davam edir. Həmin görüş səhnəsi ilə hadisələr zirvəyə (kulminasiya) çatır. Artıq bəlli olur ki, cismani aləmdə bu iki aşiq-məşuqun vüsalı qeyri-mümkündür. Bundan sonra açılış (razvyazka) gəlir: Leyli evlərinə qayıdır, xəstələnir, dərdini açıb anasına danışır, nəhayət, xəzan vaxtı, payızın sonu, qışın əvvəllərində vəfat edir. Bu xəbər Məcnuna yetişir. O, Leylinin qəbri üstə gəlib fəryad edir və orada canını tapşırır. Onu da Leyli ilə bir yerdə dəfn edirlər. Süjet hər iki qəhrəmanın ölümü ilə sona yetir (final). Əsər kitabın yazılma səbəbinin bəyanı və kiçik xitamə ilə başa çatır.

“Leyli və Məcnun” məzmunu, qaldırdığı problemlərin miqyası, tutumu etibarı ilə çoxlaylı bir əsərdir. Burada, əvvələn, orta əsrlər ictimai mühiti və bu mühitdə şəxsiyyətə münasibət, fərd və cəmiyyət məsələsi qoyulur. İntibah insanının sosial gerçəklikdəki mövqeyi, taleyi və faciəsi təcəssüm etdirilir. Bu, əsərin ideya-məzmun axarındakı dünyəvi istiqaməti təşkil edir. İkincisi, əsərdə təriqət ideyalarının, Tanrıya və Tanrının yaratdıqlarına sevginin, təsəvvüf baxışlarının bədii-fəlsəfi təzahürünü görürük. Üçüncüsü, sənətkar poemada öz sənətkarlıq məharətini, sözdən istifadə bacarığının misilsiz qüdrətini ortalığa qoyur. Dördüncüsü, milli dilimizin şeiriyyətini, poetik gözəlliyini nümayiş etdirir və s.

Müəllif dünyəvi maraq və həvəslərlə ilahi istək və niyyətləri vahid süjetdə məharətlə qovuşdurmuşdur. Bu mənada o, həm bütövlükdə süjetin dinamikasına, həm də ayrı-ayrı epizodlara, süjet­daxili əhvalatlara, bədii ifadə tərzinə çoxrəngli, çoxqatlı ideya-məzmun çaları aşılamışdır.

Dünyəvi motiv poemadakı hadisələrin üst qatında, zahiri görü­nüşdədir. Burada qoyulan və diqqəti cəlb edən birinci problem şəxsiyyət azadlığıdır. Həmin problem ilk növbədə əsərin baş qəhrə­manı Məcnunun timsalında reallaşır. Belə ki, Məcnun göz açdığı və yaşadığı orta əsrlər Şərq ictimai mühitinin qanunlarına, standart­larına və əxlaq normalarına tabe olmaq istəmir. O, intibah aləminin insanı kimi düşünür. Sərbəst yaşamaq, azad fəaliyyət göstər­mək istəyir. Azadlıq isə onun fitrətindədir. O, cəmiyyətin cızdığı sərhədlərdən, onun müəyyənləşdirdiyi normalardan kənara çıxır. Daha doğrusu, sosial mühitin fövqünə qalxır, hamıdan fərqli düşünür, tək qalır. Nəticədə “Qeys” ikən “Məcnun”a çevrilir. İdraki məqamda ondan aşağı səviyyədə dayanan cəmiyyət onu “Məcnun” titulu ilə damğalayır. Deməli, bu mühit azad düşünən intibah qəh­rəmanına öz qoynunda bərabərhüquqlu fərd kimi sığınacaq vermir, ona tənəli münasibət göstərir.

Həyati gerçəkliyin bəhrəsi kimi özünü büruzə verən, elə ilk baxışdaca diqqəti cəlb edən digər bir mühüm məsələ qadın hüquq­suzluğudur. Həmin ideya əsərdə Leyli obrazı timsalında ifadə olunmuşdur . Nofəllə əlaqəli sərgüzəşt, Leyli və Məcnunun ata-anaları ilə bağlı əhvalatlar da daha çox real həyat hadisələri təsiri bağışlayır və belə demək mümkünsə, üst qatı təşkil edir.

Təriqət görüşlərinin əksi isə alt qatda qərarlaşır. Deyilən qayə və görüşlərin təzahürü poemanın həm ideya-məzmun axarında, epizod və hadisələrin təsvirində, həm Məcnun, Leyli və İbn Səlam kimi obrazların səciyyəsində, həm də bədii mətn boyunca, yeri gəldikcə, özünü göstərən şərti-metaforik, rəmzi-fəlsəfi deyimlərdə üzə çıxır. Sənətkar ilahi eşq ilə məcazi eşqi uğurla qovuşdurmuşdur. Müəllif əsəri yazarkən burada vəhdət rəmzlərindən istifadə etdiyini xüsusi olaraq nəzərə çatdırır:

Ol dəm ki, bu nüsxə oldu məvqum,

Leyli-Məcnun” adıyla mövsum.

İzharə gəlib rümuzi-vəhdət,

Vəhdətdə tamam olub hekayət.

Bu, Məcnunun eşq dastanıdır. Əsərin baş qəhrəmanı odur. Doğulandan ölənə qədərki həyat tarixçəsi süjet boyu izlənilir. O, nəzir-niyaz, dua-səna ilə dünyaya gəlmişdir. Valideynlərinin illər boyu intizarla gözlədiyi bir övladdır. Atası mənsəb sahibi, hörmətli, şan-şöhrətli,varlı bir şəxsdir.

Məcnunun Leyliyə vurğunluğu “əhli-eşqi kamil edən” Məşuqun xarici görkəminə, hüsni cazibəsinə məftunluqdan başlayır. Əslində eşq ilə hüsn daim əkizdir və:

Hüsn olmasa, eşq zahir olmaz,

Eşq olmasa, hüsn mahir olmaz.

Lakin aşiqdə zaman-zaman və zərrə-zərrə baş verən batini nurlanma məşuqun zahiri gözəlliyinə olan marağı tədricən unutdurur. Başqa sözlə, aşiqin kamal gözəlliyi artdıqca Məşuqun camal gözəlliyinə olan meyil arxa plana keçir və nəhayət, tamamilə qeyb olur. Bunu qəhrəmanların sonuncu görüş səhnəsindəki mənzərə və rəftar aydın sübut edir. Belə ki, əvvəllər Leylini görməyə can atan, hətta bunun üçün müxtəlif bəhanələr tapan, tədbirlərə əl atan Məcnun son görüşdə Leylinin zahiri görkəminə baxıb ondan zövq almaq, ümumiyyətlə, onunla ünsiyyət qurmaq həvəsindən uzaqdır. Çünki bir eşq müsafiri və sərməsti kimi kamala çatmış, mərifət mərtəbəsinin ali məqamına yetmiş arif həbib – Məcnun, məhbubun – Leylinin cismani varlığını büsbütün unutmuşdur. İndi onun ruhi həqiqəti, xəyalı ilə yaşayır. Onun:

Xəyal ilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dışra bir yar olduğun aşiq xəyal etməz.

deməsinin səbəbi də budur.

Əsərdəki son epizod – Zeydin bu iki qəhrəmanı yuxuda görməsi rəmzi-metaforik səciyyə daşıyır. Yəni ilahi eşq mücahidləri gerçək həyatda, cismani mənada qovuşa bilməzlər. Onların vüsalı yalnız əbədiyyət aləmində, ilahi dərgahda mümkündür. Leyli ilə Məcnunu da eyni aqibət müşayiət edir.

Poemadakı Leyli obrazı dünyəvi mənada cəmiyyətdəki qadın hüquqsuzluğunun, qadının müstəqil, azad fəaliyyətinə və sevgisinə qeyri-insani münasibətin daşıyıcısıdır. Təriqət anlamında isə Haqqın çoxluq aləmindəki təcəllisidir. Həyati reallıqdan yanaşsaq, Leyli qadının hiss və sevgisinə biganə yanaşan, yaşayış və düşüncə tərzinə ciddi yasaqlar qoyulan bir cəmiyyətin övladıdır. Ona «məktəbə get» desələr, getməli, «getmə» desələr, getməməlidir. Valideynlərin sözü, sosial gerçəkliyin əxlaq normaları (necəliyindən asılı olmayaraq) onun üçün konkret davranış normativləridir. Bu davranış normalarından kənara çıxmaq qeyri-mümkündür. Şərəfsizlik, abır-həya və namusu itirmək deməkdir. Bu mənada Leyli azad dünyada dustaq, ar-namus hicabında məhbusdur. O, özünün eşq sirrini açıb kimsəyə, hətta kölgəsinə də söyləyə bilməz. Çünki elin tənə oxuna hədəf olar. Həyasız və ismətsiz hesab olunar. Məcnuna cavab məktubunda o, ixtiyarsızlığını, hüquqsuzluğunu, kölə vəziyyətində olduğunu ifadə edir:

Mən gövhərəm, özgələr xiridar,

Məndə degil, ixtiyari-bazar.

Dövran ki, məni məzadə saldı,

Bilməm kim idi satan, kim aldı?

Leylinin anası qızının Qeyslə olan eşq macərası barədə ağızlarda dolaşan söz-söhbətləri eşitdikdə narahat olur, qızını danlayır. Bu irad və danlağa görə biz ananı qınaya bilmərik. O səbəbə ki, ana qızına özünün şəxsi rəyini yox, cəmiyyətin mövqeyini çatdırır. Çünki Leylinin bu macərası həqiqətdirsə, nəinki qızın özünə, onun valideynlərinə, yaxınlarına da şərəfsizlik, namussuzluq ləkəsi gətirər.

Poemada ikinci aşiq obrazı İbn Səlamdır. Toplumun rəyinə görə o, ağıllı, kamallı, yaraşıqlı bir gəncdir. Müəyyən mənsəb, hörmət-izzət, nüfuz sahibidir, var-dövlət sarıdan da təminatlıdır. Deməli, real mənada cəmiyyətin sayılıb-seçilən insanlarındandır. Elə buna görə də Leylinin ata-anası qızlarını ona ərə verməyə razıdırlar. Ancaq qızın hiyləsi baş tutur. O, İbn Səlamı pəri, cin xofu ilə vahiməyə salır və beləliklə, oğlan öz canının qorxusundan ona yaxın durmur. Leylinin tədbiri o dərəcədə təsirli olur ki, sağalmaz, sürəkli bir xofa çevrilir. Bu dərd və vahimənin cəfası İbn Səlamı xəstəliyə və nəhayət, ölümə düçar edir.

Təsəvvüf mövqeyindən yanaşsaq, Məcnun həqiqi eşqin timsalıdırsa, İbn Səlam məcazi eşqin rəmzidir. O, Leylini ova gedərkən təsadüfən görür, elə ilk baxışdaca ona vurulur. Amma onun sevgisi məcazi, maddi sevgidir. Çünki o, Leylinin iç dünyasından, ruhani həqiqətindən xəbərsizdir. Qızın xarici gözəl­liyinə maildir. Surətə, şəklə, formaya məftundur. Canını cananı üçün sevmir. Əksinə canı üçün cananına məhəbbət yetirir. Buna görə də məşuqun “can üçün qorxulu» tədbiri dərhal onu sevgi yolundan daşındırır. Cananı atıb canı barədə düşünür.

Məcnunun faciəsi ilə İbn Səlamın faciəsi arasında ciddi fərq var. Məcnunun faciəsi öz əslindən ayrılıb «şəbi-hicran» möhnətinə düşən, maddi dünyada insanlar tərəfindən dərk edilməyən, elə buna görə də rüsvayçılıq və tə’nə hədəfinə çevrilən azadfikirli zərrənin faciəsidir. İbn Səlamın faciəsi isə bu ülviyyətdən məhrumdur. Daha doğrusu, İbn Səlamın faciəsi surətə vurulan, batini həqiqətdən xəbərsiz, can sevgisini canan sevgisindən üstün tutan maddi eşq yolçusunun faciəsidir.

Poemada diqqəti cəlb edən obrazlardan biri də Nofəldir. Nofəl dünyəvi düşüncələrlə yaşayır. Və məsələni bu məcrada da həll etmək istəyir. Göstərmək istədiyi xeyirxahlıq həm də şan-şöhrət həvəsi ilə bağlıdır. O öz əməl və fəaliyyətində sərvətə və qılınca arxalanır. Leylinin atasına qızı Məcnuna verməsi üçün iki vasitə təklif edir: Birincisi, sərvət; ikincisi, döyüş. Təklif edir ki, nə qədər mal-pul istəyirsən, verə bilərəm. Bu şərtlə ki, qızı verəsən. Yox əgər razı olmasan, müharibəyə hazır ol. Göründüyü kimi, hər iki yol fiziki aləmin məqsədə çatma vasitələridir. Bu vasitələrlə ilahi aləmə yetişmək mümkün deyildir.

Beləliklə, Nofəl sufi-fəlsəfi və simvolik anlamda zoru, gücü və var-dövləti təmsil edir. Bunlar isə yalnız maddi eşq sahiblərini qovuşdurmaqdan ötrü yetərlidir.

Nofəl süjetə gec daxil olub konkret epizodlarda iştirak edir və tez də səhnədən çıxır. Bununla belə onun əsərdəki mövqeyi və funksiyası tutumlu, vacib və yaddaqalandır.

Füzuli “Leyli və Məcnun” poemasında müvəqqəti, keçici bir insan taleyinin, əməl, düşüncə və hissinin ifadəsini deyil, əbədiyaşar bəşər həqiqətinin təsdiqini verməyə nail olmuşdur.

“Şikayətnamə” (Nişançı Paşaya məktub”)

M.Füzuli sözdən möcüzə yaradan bənzərsiz nəzm ustadı olmaqla bərabər, qüdrətli nasir kimi də tanınmışdır. O, coşqun və parlaq ilhamı ilə Azərbaycan nəsrinə qiymətli töhfələr vermişdir. Sənətkarın nəsr əsərləri, əsasən, aşağıdakılardan ibarətdir: “Rindü Zahid”;Səhhət və Mərəz”; “Beş nəsr məktubu” (“Şikayətnamə” də daxil olmaqla); “Hədiqətüs-süəda”. Əvvəlki iki əsər fars, nəsr mək­tubları vəHədiqətüs-süəda” isə Azərbaycan dilindədir. Bunlardan əlavə onun divanlarına, “Leyli və Məcnun”a, “Hədiqətüs-süəda”ya yazdığı dibaçələr, “Mətləül-etiqad” adlı ərəbcə qələmə alınmış elmi-fəlsəfi risaləsi də nəsrlədir.

Bu nəsr örnəkləri içərisində Nişançı Paşaya ünvanlanmış, daha çox “Şikayətnamə” adı ilə tanınan məktub daha çox məşhurdur. O, epistolyar janrda, işgüzar üslubdadır. Bununla belə, müəllifin parlaq zəkası bu şikayət məktubuna da öz sığalını çəkmiş, onu söz sənətinin əlvan rəngləri ilə bəzəmiş, təravətli libas geyindirmiş, bədii əsər səviyyəsinə yüksəltmiş və nəsr tariximizin yaddaşına həkk etmişdir.

Janrın tələbinə müvafiq olaraq həcmcə kiçik olan bu məktub kəskin ruhu, satirik məzmunu, ifşaedici ideya kəsəri etibarı ilə diqqəti cəlb edir. Əslində, “Şikayətnamə» dövlət səviyyəsində baş verən özbaşınalığa və cinayətkarlığa qarşı yönələn kəskin ittiham və ifşa aktıdır. Burada biz üç tərəf görürük: şair, sultan və aşağıdan yuxarıya qədər onun (sultanın, başqa sözlə dövlətin) məmurları. Şair öz başına gələn əhvalat, sosial fakt əsasında sultanı və onun mə­murlarını istehza və tənqid hədəfinə çevrir. Kiçik bir məktubda böyük ümumiləşdirmə aparır və hətta tamah toruna düşdüyü üçün özünü də məzəmmət edir.

“Şikayətnamə” avtobioqrafik əsərdir və sənətkarın şəxsi həya­tının müəyyən epizodu ilə bağlıdır. Müəllif əsərdə kiçik müqəd­dimədən sonra bildirir ki, o, guşənişin olub, qənaətlə ömür sürərkən qəflətən ağlına qəribə fikir gəlir. O da tamah əhlinin təmənna və bədnamlıq yolunu tutur, aza qane olmayıb, ad-san, böyüklük, ucalıq həvəsinə düşür. Padşah lütfündən maddi fayda əldə etmək zövqünə uyur.

Ümumiyyətlə, “Şikayətnamə” tarixi həqiqətlə bağlı qələmə alınmış əsərdir. Belə ki, Osmanlı hökmdarı Sultan Süleyman Qanuni şairə Bağdadın ovqaf idarəsindən ayda doqquz ağça təqaüd təyin edilməsi barədə barat (fərman) verir. Füzuli həmin təqaüdü almaqdan ötrü ovqaf idarəsinə müraciət etsə də, cəhdi boşa çıxır. Məqsədinə nail ola bilməyən sənətkar Nişançı Paşaya öz şikayətini bu məktubla çatdırır.

Məktubda birinci hissədəki fərəhli, nikbin ovqatdan sonra ikinci hissədə qeyri-insani bir mənzərə ilə rastlaşırıq. Şair baratı götürüb ovqaf idarəsinə (təqaüd və s.verilən idarə) gedir. Əsl mahiyyət, məsələnin iç üzü də bu zaman açılır. Füzuli idarədəki adamların bir məmur kimi zahiri görünüş və davranış tərzinin üç cümlə ilə elə sərrast ifadə edir ki, əlavə şərhə ehtiyac qalmır. O, ovqatları pərişan, səfadan məh­rum, sədaqətdən uzaq bir insan yığnağı görür.

Bu məmurların idarəyə işi düşən vətəndaşlara münasibətlərində də təmən­na və etinasızlıq vardır: “Salam verdim – rüşvət deyildir deyü alma­dılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar” – sözləri bu münasibətdən irəli gəlir.

Ofqaf idarəsinin işçiləri ilə şairin mükaliməsi dövlət məmurlarının xarakter və əməlləri barədə aydın təsəvvür yaradır:

Dedim: – Bəratımın məzmunu nə üçün surət bulmaz?

Dedilər: – Zəvaiddir, hüsuli mümkün olmaz.

Dedim: – Böylə övqaf zəvaidsiz olurmu?

Dedilər: – Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?

Dedim: – Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.

Dedilər: – Ağçamız ilə satın almışız, bizə həlaldır.

Dedim: Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.

Dedilər: Bu hesab qiyamətdə alınır.

Dedim: Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.

Dedilər: Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.

Bu mükalimədən görünür ki, rüşvətxorluğa qurşanan təkcə buradakı işçilər deyil. Aşağıdan yuxarıya dövlət təsisatının müxtəlif pillələrində dayanan məmur güruhunun əksəriyyəti bu cinayətdə əlbir və şərikdirlər. Cin ayət və özbaşınalıq o həddə çatmışdır ki, hətta sultanın verdiyi hökmə məhəl qoyulmur. Sultan baratının dəyəri və qüvvəsi isə ondan ibarətdir ki, vətəndaş “müdam faidəsiz cidal etsin,” “namübarək üzlər görüb, namülayim sözlər eşitsin.

“Şikayətnamə» satirik nəsrimizin mükəmməl nümunələrin­dən­dir. Burada sənətkar cəmiyyətdə və dövlət idarələrindəki qanun­suzluğu, özbaşınalığı, süründürməçiliyi, rüşvətxorluğu ifşa edir. Gör qanun­suzluq və özbaşınalıq hansı həddə çatıb ki, ölkə başçısının hökmü işləmir, kəsərdən düşüb. Bu isə nəticədə dövlətin çürüməsinə gətirib çıxaran əlamətlərdir.

“Şikayətnamə” bədii cəhətdən Füzuliyanə bir üslub və əda ilə yazılmışdır. Qafiyəli nəsr – səc’ şəklindədir. Müəllif məktuba söylədiyi mətləblərin təsir gücünü artıran bir neçə şeir parçası da əlavə etmişdir.

Nizami Gəncəvi: Leyli və Məcnun

Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi: Leyli və Məcnun» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию). В некоторых случаях присутствует краткое содержание. Город: Bakı, год выпуска: 2004, категория: Поэзия / на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале. Библиотека «Либ Кат» — LibCat.ru создана для любителей полистать хорошую книжку и предлагает широкий выбор жанров:

Выбрав категорию по душе Вы сможете найти действительно стоящие книги и насладиться погружением в мир воображения, прочувствовать переживания героев или узнать для себя что-то новое, совершить внутреннее открытие. Подробная информация для ознакомления по текущему запросу представлена ниже:

Leyli və Məcnun
Издательство:
LİDER NƏŞRİYYAT
Азербайджанский
Рейтинг книги:
Добавить книгу в избранное
Ваша оценка:

  • Описание
  • Другие книги автора
  • Правообладателям
  • Похожие книги

Leyli və Məcnun: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Nizami Gəncəvi: другие книги автора

Кто написал Leyli və Məcnun? Узнайте фамилию, как зовут автора книги и список всех его произведений по сериям.

Nizami Gəncəvi
Nizami Gəncəvi

Возможность размещать книги на на нашем сайте есть у любого зарегистрированного пользователя. Если Ваша книга была опубликована без Вашего на то согласия, пожалуйста, направьте Вашу жалобу на info@libcat.ru или заполните форму обратной связи.

В течение 24 часов мы закроем доступ к нелегально размещенному контенту.

Низами Гянджеви
Е. Бертельс
Гянджеви Низами
Nizami Gəncəvi
Низами Гянджеви
Низами Гянджеви

Leyli və Məcnun — читать онлайн бесплатно полную книгу (весь текст) целиком

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Leyli və Məcnun

Leyli və Məcnun

Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Sən, ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir dilimdən bir dəm.
Bütün varlıqları özün yaratdın,
Bağlı qapılara açardır adın.
Adının qərarı olmadan əvvəl
Qələm tutmamışdır dünyada bir əl.
Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.
Sənin tərifindir «təbarəkallah»
Alqış cəlalına, feyzinə, allah!
Yeddi qız, doqquz taxt qapında sənin
Olmuşdur daima pərdə çəkənin.
Ey öz varlığı da bilinməz hekmət,
Zahirə, batinə bir sənsən bələd.
Bütün bu canlılar, cansızlar ki, var,
«Yaran» deməyinlə yarandı onlar.
Hökmünlə ruh alır, əql alır bədən,
Yaradan da sənsən, öldürən də sən.
Ey sirr aləminin ulu məhrəmi,
Dolduran, boşaldan sənsən aləmi.
Sənin sifətində öz tərifin var,
Yox sözün yox olur, var sözün də var.
Əmri mütləq olan, ey böyük hünər,
Kainat əmrinlə iki bölünər.
Sən, ey möhtacların ürək dirəyi,
Böyük vicdanların sənsən diləyi.
Ən iti gözlərə sən sürmə çəkdin,
Bağlı qapılara özün baş çəkdin.
Ey ustad, göstərir yazdığın əsər,
Zamanı əvvəldən axıra qədər.
Ağasan, qulundur hər şey dünyada,
Sultan sən özünsən, başqası gəda.

Yolun, işığıdır əbədiyyətin,
Şəriksiz yaranmış bütün niyyətin.
Saysız yaratdığın nemətlər durur,
Bu sirri tapmağa acizdir şüur.
Lütfünlə hər şeyin qeydinə qaldın,
Dünyanı ən yarar bir şəklə saldın.
Axşamın qapqara, səhərin ala,
Atına göyləri yaratdın tovla.
Yeddi düyüm vurdun göylərə, birdən
Yetmişi açıldı, bu qüdrətindən.
Bir kül qaldıraraq torpaqdan həmən,
Onunla yüz ayna təmizlədin sən.
Hansı bir varağı yazdınsa əgər,
Ikicə hərf ilə dedin müxtəsər.
Bir dağ çapmadısa bu kaf ilə nun,
Göy adlı bir böyük Bisütun qurdun.
Hardasa dünyanın dövləti, varı,
Bu iki hərfdir onun açarı.
Yanlış bir hərf də yazmadın yenə,
Qoydun hər nöqtəni sən öz yerinə.
Sənin sənətinlə yarandı aləm,
Yoxdur bu sənətdə başqa bir qələm.
Lütf etmən yazığa, sığındım sənə,
Bir söz xəzinəsi bağışla mənə.
Xəzinən bu payla heç də azalmaz,
Başqa xəzinədə bu kərəm olmaz.
Şahlığın, qulluğun öz qismətindən
Hər kəsə bir dövlət, nemət verirsən.
Hər zülmün alovu, məzlumun ahi.
Bir sənə məlumdur, böyük ilahi!
Hələ yazılmamış kitabları sən
Oxuyub aləmə xəbər verirsən.
Əql büdrəmədə, kuyinsə-zülmat,
Yol da ki, tük kimi nazikdir, heyhat!
Köməyim olmasan, ya pərvərdigar,
Bu düyüm əql ilə necə açılar?
Əql işıq alır sənin qapından,

Yanar dərgahına girdiyi zaman…
Ey mənim əqlimə mənalar verən,
Mən axtarışçıyam, sən yol göstərən.
Yollarım qorxulu olsa da bu dəm,
Sən ki, rəhbərimsən qorxan deyiləm.
Yüküm çox ağırdır düşmüşəm gücdən,
Tükənmiş taqətim, de, neyləyim mən,
Nə qorxu, yoxsa da canımda qüdrət,
Sənin köməyinlə işlərəm, əlbət.
Lütfün ki, qəhrindən ayrı deyildir,
Yanında şərbət də, zəhər də birdir.
Əsirəm, şübhəsiz, hüzurunda mən,
Lütfünlə yaşaram, ölləm qəhrindən.
Qoy, içim mərhəmət şərbətlərindən,
Qəzəb badəsini mənə vermə sən.
Qəzəbin layiqsə əzəldən bizə,
Rəhmin də düşmüşdür qismətimizə.
Nə qədər nəfəsim çıxmamış candan,
Əlim ətəyində gəzirəm hər an.
Bir gün can evimdən çıxsa nəfəsim,
Dualar deyəcək adına səsim.
Ölüm səfərinə qoyarsam ayaq,
Adın vücuduma hünut olacaq.
Tozlara dönsə də bu aciz bədən,
Hər yerdə, hər zaman məbədim sənsən.
Ilahi, nə qədər dünyada sağam,
Sənin xatirənlə yaşayacağam.
Böyük dərgahına girdiyim zaman,
Neylər bu dərgahdan qovulmuş şeytan.
Boynuma asdımsa tilsimini mən,
Qorxmuram divlərin böyüklüyündən.
Mənəm dərgahında bir dilsiz ehram,
Sənin sorağında ləbbeyk vuraram.
Ehram sındıranlar çoxdur dünyada,
Bu şərdən məni gəl saxla, ey xuda!
Bəlalar gizlidir, bikəsəm, allah!
Varmı səndən özgə mənə bir pənah?!

Bir sənsən dünyada əlimdən tutan,
Nə versən qailəm, böyük yaradan.
O saf cövhərindən alsa bədənim,
Misim qızıl olar dünyada mənim.
Lütfündən bir işıq göstərsən, əgər,
Torpaq qızıl olar, su dürrə dönər.
Bir gövhər də olsam, bir saxsı da mən,
Hüsnüm bəzənmişdir sənin hüsnündən.
Libasım ətrinlə qoquyar müdam,
Buyam ya «dirəmnə» ya da «ud» olsam.
Qarşında nə dinim, nə taətim var,
Qapında boş əlim şəfaət umar.
Gəmim qərq olmamış qanlı sularda,
Rəhm et, əlimdən tut, qalmayım darda.
Qaldır yıxılmışı bu qara yerdən,
Məni cəhl atından özün düşür sən,
Ilahi, dar gündə sən ol həmdəmim,
Istədiyin yerə çatsın qədəmim.
Aç mənim üzümə nur xəzinəni,
Zülmətlər içindən xilas et məni.
Qorxuyla, umudla baxıb dünyaya,
Bir pərvanə olum günəşə, aya.
Söylə, nə vaxtadək bir tikə üçün
Şaha və gədaya yalvarım hər gün.
Süfrəndən nemətli bir şey olarmı?
Səndən səxavətli dünyada varmı?
Öz xırmanından ver zəkatımı sən,
Qəbzinlə gəzməyim qapı-qapı mən.
Bir əkin yeriyəm hər yanı bərbad,
Bu, suyla, torpaqla olacaq abad.
Mənə öz qapından ver torpaqla su,
Axıtsın yolumda olan kol-kosu.
Məni mənliyimdən ayıran zaman
Sən öz cövhərini alma canımdan.
Məni qaytaranda özümə, dərhal,
Mərhəmət kölgəni gəl, üstümə sal.
Bu sayən olmasın çıraqdan uzaq,

Gün kimi parlasın işığ saçaraq.
Taki işığınla həmdəm olum mən,
Nur kimi kənarda durum kölgədən.
Başqa həmdəmləri almayım dilə,
Unudum nə varsa bu gündən belə,
Vəfasız yaranmış bütün qapılar,
Bir sənin qapında vəfa tapılar.
Ancaq həyatdadır vəfa, etibar,
Ölümlə dağılıb məhv olur onlar.
Yalnız sənin əhdin əbədi qalır,
Ölüm də, dirim də səndən əhd alır.
Qiyamət gününü görmədikcə mən
Ayrılan deyiləm sənin əhdindən.
Bir səni çağırır cahanda səsim,
Xatirən olmasa batar nəfəsim.
Əzəl yer üzünə mən gəlməmişdən,
Qurduğun nizamı görməmişdim mən.
Torpaqdan yaratdın mayəmi mənim,
Torpaqdan yem aldı bütün bədənim.
Tanrı! Varlığıyın gözəlliyindən
Bütün kainata zinət vermisən.
Lütfün ki, olmuşdur mənə müyəssər,
Varlığım çürüyüb gedənə, qədər —
Harda otur desən, oturacağam,
Qarşında qul kimi lal duracağam.
Gördüyün bu yoldan çox keçmişəm mən,
Gah quyu dibindən, gah taxt üstündən.
Istər qoca olum, istərsə cavan,
Yollar müxtəlifdir, mən isə haman.
Bir haldan bir hala keçsəm də dəm-dəm,
Yenə ilk şəklimlə hərəkətdəyəm.
Möhtac yaratmadın sən məni əzəl,
Dünyada heç məni mətəl qoyma gəl.
Zərrəcə qorxmuram gələn əcəldən,
Bu yol dərgahına gedir əzəldən.
Bağ, bostan yoludur ölümün izi,
Dostlar sarayına aparır bizi.

Ölüm ki, səndəndir nə qüssə, nə qəm,
Qoy ölüm, ölümdən mən dad çəkmərəm.
Hərçəndi dünyada ölüm gerçəkdir,
Ölüm, ölmək deyil, yer dəyişməkdir.
O, yemək yerindən yataq yerinə,
Ordan şah yanına bir yoldur yenə.
Sənin məclisinə gedən bu yoldan,
Əbədi yuxudan qaçmaram, inan.
Sənin şövqin ki, var, mən bəxtiyaram,
Şad yatıb, hər zaman şad da qalxaram.
Əgər dərd üzündən qulun Nizami
Sənə yalvardısa, tut ilticami.
Dəryandan yüksələn bulut bil məni,
Yağsam da, boşaltma bu xəzinəni.
Yüz lüğət yaradıb, yazsa yüz əsər,
Hər sözün başında səni təriflər.
O, yüz min üzr ilə qapında durar,
Bilir ki, boynunda min günahı var.
O, bütün dərdini danışmaz ki, sən
Lalların dilini yaxşı bilənsən.
Xəmirəm qarasa, sən yoğurmusan,
Xəttim qarışıqsa, özün qurmusan.
Sən öz xətlərinin hamsını yusan,
Ömürlük bağlaram ağzımı, inan.
Bir daha versən də mənə ixtiyar,
Hakimlər hakimi, ixtiyarın var.
Ölüm pəncəsiylə döyüşməmiş mən,
Ruzgarın cilovu çıxmamış əldən,
Sən mənə rəhm edib, yol göstər yenə,
Peyğəmbər qəbrinin ziyarətinə.

SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ

Leyli və Məcnun

“Leyli və Məcnun” — “Xəmsə”nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Nizaminin “Leyli və Məcnun” poeması 1188-ci ildə yazılmışdır. Şirvan hökmdarı Axistanın sifarişi ilə yazılmış “Leyli və Məcnun” poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair qadın hüquqsuzluğundan, qadının əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.

Оглавление

  • Nizami G əncəvi Leyli v ə Məcnun
  • Leyli v ə Məcnun
  • SONUNCU PEY ĞƏMBƏRİN TƏRİFİ
  • PEY ĞƏMBƏRİN MERACI
  • H İKMƏT VƏ MOİZƏ HAQQINDA
  • K İTABIN YAZILMASININ SƏBƏBİ
  • AXS İTANIN TƏRİFİ
  • PAD ŞAHA XİTAB
  • ŞAHZADƏNİN TƏRİFİ VƏ OĞLUMUN ONA TAPŞIRILMASI
  • M ƏNİ İNKAR EDƏNLƏRDƏN ŞİKAYƏT
  • ŞİKAYƏTİN ÜZRÜ
  • O ĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT
  • AZ DANI ŞMAGIN GÖZƏLLİYİ
  • ÖLƏN QOHUMLARIMDAN XATİRƏLƏR
  • ATAMIN XAT İRƏSİ
  • ANAM R ƏİSƏNİN XATİRƏSİ
  • DAYIM XAC Ə ÖMƏRİN XATİRƏSİ
  • KE ÇMİŞ MÜSAHİBLƏRİN XATİRƏSİ VƏ BAŞQALARI İLƏ MÜSAHİBLİK
  • V ÜCUDU UNUTMAQ
  • ŞÖHRƏTİ UNUTMAQ
  • KE ÇƏN ÖMRÜ UNUTMAQ
  • AL ÇAQLIGI VƏ YALTAQLIGI RƏDD ETMƏK
  • Z ÜLMƏ QATLAŞMAMAQ
  • PAH ŞAHLARIN QULLUGUNU TƏRK ETMƏK
  • İNSANLARIN İŞİNƏ VƏ RUZİSİNƏ ƏL UZATMAMAQ
  • ŞADLIQ VƏ QƏNAƏT
  • ŞADLIQLA XALQA XİDMƏT ETMƏK
  • T ƏVAZÖKAR OL!
  • X ƏLVƏTƏ ÇƏKİLİB SÖZ YARATMAQ
  • DASTANIN BA ŞLANGICI
  • LEYL İ İLƏ MƏCNUNUN SEVİŞMƏSİ
  • M ƏCNUNUN EŞQİ HAQQINDA
  • M ƏCNUNUN LEYLİNİN TAMAŞASINA GETMƏSİ
  • M ƏCNUNUN ATASININ LEYLİYƏ ELÇİ GETMƏSİ
  • LEYL İNİN EŞQİ İLƏ MƏCNUNUN AGLAYIB SIZLAMASI
  • ATASININ M ƏCNUNU KƏBƏYƏ APARMASI
  • M ƏCNUNUN ATASININ LEYLİ QƏBİLƏSİNİN QƏSDİNDƏN XƏBƏR TUTMASI
  • ATASININ M ƏCNUNA NƏSİHƏTİ
  • M ƏCNUNUN ATASINA CAVABI
  • LEYL İNİN ƏHVALI HAQQINDA
  • BAHARIN T ƏRİFİ VƏ LEYLİNİN XURMALIQ TAMAŞASINA GETMƏSİ
  • İBN-SƏLAMIN LEYLİNİ İSTƏMƏSİ
  • NOF ƏLİN MƏCNUNLA TANIŞ OLMASI
  • M ƏCNUNUN NOFƏLƏ ACIQLANMASI
  • LEYL İNİN QƏBİLƏSİ İLƏ NOFƏLİN MÜHARİBƏ ETMƏSİ
  • M ƏCNUNUN NOFƏLƏ ACIQLANMASI
  • NOF ƏLİN İKİNCİ MÜHARİBƏSİ
  • M ƏCNUNUN AHULARI AZAD ETMƏSİ
  • M ƏCNUNUN MARALI AZAD ETMƏSİ
  • M ƏCNUNUN QARĞA İLƏ SÖHBƏTİ
  • QARININ M ƏCNUNU LEYLININ QAPISINA APARMASI
  • IBN-S ƏLAMIN DASTANI
  • LEYLININ IBN-S ƏLAMA VERILMƏSI
  • LEYLININ IBN-S ƏLAMIN EVINƏ KÖÇMƏSI
  • LEYLININ ƏRƏ GETMƏSINDƏN MƏCNUNUN XƏBƏR TUTMASI
  • LEYLININ X ƏYALINA MƏCNUN ŞIKAYƏT ETMƏSI
  • ATASININ M ƏCNUNUN GÖRÜŞÜNƏ GETMƏSI
  • M ƏCNUNUN ATASINA CAVABI
  • ATASININ M ƏCNUNLA VİDALAŞMASI
  • ATASININ ÖLÜMÜNDƏN MƏCNUNUN XƏBƏR TUTMASI
  • M ƏCNUN VƏHŞİLƏR ARASINDA
  • HEKAY Ə
  • M ƏCNUNUN ULDÜZLARA ŞİKAYƏTİ
  • LEYLININ M ƏKTUBUNUN MƏCNUNA YETIŞMƏSI
  • LEYLININ M ƏKTUBUNU MƏCNUNUN OXUMASI
  • M ƏCNUNUN MƏKTUBUNU LEYLİNİN OXUMASI
  • M ƏCNUNUN DAYISI SƏLİM AMİRİNİN MƏCNUNU GÖRMƏYƏ GƏLMƏSİ
  • HEKAY Ə
  • ANASININ ÖLÜMÜNDƏN MƏCNUNUN XƏBƏR TUTMASI
  • LEYL İNİN MƏCNUNA SİFARİŞİ
  • M ƏCNUNUN QƏZƏL OXUMAĞI
  • BA ĞDADLI SƏLAMIN MƏCNUNUN QÖRÜŞÜNƏ GETMƏSİ
  • M ƏCNUNUN ƏZƏMƏTİ HAQQINDA
  • ZEYDL Ə ZEYNƏBİN SEVGİSİ HAQQINDA
  • IBN-S ƏLAMIN ÖLÜMÜ
  • ZEYD İN, İBN-SƏLAMIN ÖLÜM XƏBƏRİNİ GƏTİRMƏSİ
  • LEYL İNİN ALLAHA YALVARMASI
  • LEYL İ İLƏ MƏCNUNUN GÖRÜŞMƏSİ
  • PAYIZIN YET İŞMƏSİ VƏ LEYLİNİN ÖLMƏSİ
  • LEYL İNİN ÖLÜMÜNDƏN MƏCNUNUN XƏBƏR TUTMASI
  • BATDADLI S ƏLAMIN İKİNCİ DƏFƏ MƏCNUNUN GÖRÜŞÜNƏ GƏLMƏSİ
  • LEYL İNİN QƏBRİ ÜZƏRİNDƏ MƏCNUNUN ÖLMƏSİ
  • ZEYD İN LEYLİ VƏ MƏCNUNU YUXUDA GÖRMƏSİ
  • KITABIN SONU

Скачать или читать онлайн книгу Leyli və Məcnun

На этой странице свободной электронной библиотеки fb2.top любой посетитель может читать онлайн бесплатно полную версию книги «Leyli və Məcnun» или скачать fb2 файл книги на свой смартфон или компьютер и читать её с помощью любой современной книжной читалки. Книга написана автором Низами Гянджеви, является частью серии Xəmsə, относится к жанру Поэзия, добавлена в библиотеку 14.04.2016 и доступна полностью, абсолютно бесплатно и без регистрации.

С произведением «Leyli və Məcnun» , занимающим объем 264 печатных страниц, вы наверняка проведете не один увлекательный вечер. В нашей онлайн читалке предусмотрен ночной режим чтения, который отлично подойдет для тёмного времени суток и чтения перед сном. Помимо этого, конечно же, можно читать «Leyli və Məcnun» полностью в классическом режиме или же скачать всю книгу целиком на свой смартфон в удобном формате fb2. Желаем увлекательного чтения!

С этой книгой читают:

  • Поэзия народов СССР IV-XVIII веков – Низами Гянджеви
  • Сокровищница тайн – Низами Гянджеви
  • Искандер-наме – Низами Гянджеви
  • Любовная лирика классических поэтов Востока – Низами Гянджеви
  • Пять поэм – Низами Гянджеви
  • Домик под грушевым деревом – Елизавета Дмитриева
  • Алая нефть – Константин Юст, Михаил Запрудный, Алексей Крученых, Сергей Городецкий, Георгий Астахов
  • Четвертый год – Борис Несмелов, Борис Перелешин, Николай Тихомиров
  • Авто в облаках – Анатолий Фиолетов, Сергей Третьяков, Вадим Шершеневич
  • Конница бурь № 1 – Анатолий Мариенгоф, Рюрик Ивнев, Сергей Есенин

Comments are closed, but trackbacks and pingbacks are open.