Press "Enter" to skip to content

İKT-nin mənası (İnformasiya və Kommunikasiya Texnologiyaları)

70-ci illər – 80-ci illərin əvvəllərində informasiya sistemləri qərar qəbuletmə prosesinə dəstək təmin edən, onu sürətləndirən və əsasən, rəhbər işçilər üçün nəzərdə tutulan nəzarət sistemləri kimi qəbul olunurdu.

İnformasiya və kommunikasiya texnologiyaları inkişafa zəmin yaradır – TƏHLİL

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) XX əsrin son onilliyindən başlayaraq artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Məhz bu səbəbdən də son illər Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və kommunikasiya texnologiyaları inkişaf səviyyəsinə görə milli iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha intensiv inkişaf edib. Müasir informasiya və kommunikasiya texnologiyaları sahəsinin intensiv və yüksək səviyyədə inkişafını yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və regionlar üzrə genişlənməsi ilə də təsdiq etmək mümkündür.

İnformasiya cəmiyyətinə keçid, onun formalaşdırılması, elektron hökumətin təşkili və intellektual potensialın inkişafı istiqamətində Azərbaycanda neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi daha dinamik inkişaf etməkdədir. Ona görə daha dinamik inkişaf etməkdədir ki, əhəmiyyəti artıq danılmazdır və bu sahədə uğurlu addımlar göz önündədir. İnkişaf dinamikası təsdiq edir ki, müasir dövrdə və gələcək perspektivdə sözsüz ki, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyəti, eləcə də rolu daha da artacaqdır.

Gələcəkdə hər bir ölkənin davamlı rəqabət aparmaq qabiliyyəti, məhz bu ölkələrin informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi imkanlarından asılı olacaqdır və məhz bu səbəbdən də hal-hazırda dünya bazarında elektron ticarətin rolu və yerinin getdikcə artdığı müşahidə edilir ki, bu da təbiidir. Texnologiyalar əhalinin mövcud sosial-iqtisadi durumunda mövcud olan müxtəlif problemlərin səmərəli həll edilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması üçün əsas, həm də tutarlı vasitələrdən hesab edilir və məhz buna görə də son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunması istiqamətində müəyyən işlər görülüb, əksər sahələrdə bu texnoloji imkanların tətbiqi istiqamətində böyük uğurlar əldə edilib və etiraf etmək lazımdır ki, bütövlükdə həmin istiqamət də mövcud dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilibdir.

Aparılan müşahidələrdən, eyni zamanda araşdırmalarda da bəlli olur ki, son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektoru daha sürətlə və dinamik şəkildə inkişaf etməkdədir. Bu sahədə həyata keçirilən məqsədyönlü siyasət, mühüm dövlət proqramları və zəruri islahatlar nəticəsində Azərbaycan Respublikasının ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilibdir. Xüsusilə, elektron hökumətin formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımların atılması, müasir və modern texnologiyaların vətəndaşların gündəlik həyatında tətbiqi, Azərbaycan dilli internet resursların zənginləşdirilməsi, respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi sadalananların əyani sübutudur.

İnformasiya və kommunikasiya texnologiyalarının ölkəmizdə hər il qeydə alınan inkişaf tempi də səbəbsiz deyil. Buna ən başlıca səbəb əlbəttə ki, dövlət dəstəyinin gücləndirilməsidir. Heç şübhəsiz ki, bu dövlət dəstəyi nəticəsində ölkədə özəl İKT şirkətlərinin sayı artır, onlara ayrılan investisiyalar çoxalır və ixrac imkanları daha da yüksəlir. Ölkə rəhbərinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, “İKT sektorunun mühüm tərkib hissəsi olan telekommunikasiya infrastrukturu və texnologiyası biznes fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edir ki, bu da qeyri-neft sektorunun inkişafına əsaslı zəmin yaradır, nəticədə iqtisadi inkişafı təmin edir. Belə ki, mobil cihazlar vasitəsilə həyata keçirilən müxtəlif əməliyyatlar, eyni zamanda çoxsaylı elektron ödənişlər və digər elektron əməliyyatlar üçün telekommunikasiya sənayesi mühüm platforma təklif edir. Əlbəttə ki, informasiya və kommunikasiya texnologiyaları sənayesinin daim yeniləndiyini və innovasiyaların tətbiq edildiyini nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, bu sektorun öz faydalarını daha da artırması üçün böyük potensial mövcuddur və bu da öz növbəsində ölkə iqtisadiyyatının beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin daha da yüksəlməsinə əlverişli şərait yaradılması imkanı deməkdir.

Dövrümüzdə informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənməkdə davam edir və bu təsir dairəsi artıq dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsil sahəsini, mədəniyyət sahəsini, ümumiyyətlə, bütövlükdə cəmiyyəti əhatə edir. Təsadüfi deyil ki, informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır və diqqət etdiyimizdə görürük ki, indi cəmiyyətimizi informasiya və kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür belə etmək mümkünsüzdür. Bütün bunları nəzərə alaraq Azərbaycan dövləti indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb və bunun inkişafına dair normativ sənədlər qəbul edilib. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, həmçinin, cənab Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən sənədlər İKT-nin inkişafına Azərbaycan dövlətinin diqqətlə yanaşdığını təsdiq edir.

“Elektron Hökumət”in formalaşdırılması ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri hesab olunur və bu, dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsində yaradılan əlverişli şərait deməkdir. Elektron imza texnologiyasının tətbiq olunmasından, ölkənin şəbəkələşməsindən tutmuş, vətəndaşların və təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratmasına qədər hamısı məhz elektron dövlətin əlamətlərindəndir. Əlbəttə ki, yeni texnologiyaların meydana çıxması ilə əlaqədar, informasiya resurslarının sayının, eləcə də həcminin artması təbii haldır və insanların informasiya texnologiyalarına get-gedə daha yaxından bələd olması, bu imkanlardan daha səmərəli şəkildə yararlanması onu deməyə əsas verir ki, ölkəmizdə bu iş qənaətbəxş hesab olunur.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən ən səmərəli işlərdən biri də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərin yaradılmasının ən böyük əhəmiyyətindən biri də ölkədə bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırılmasıdır. Bu mərkəzlərin yaradılmasında ən ümdə məqsəd də vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Hazırda ölkə əhalisinin, vətəndaşlarımızın böyük əksəriyyəti bu xidmətdən yararlanır və etiraf etmək lazımdır ki, hər mənada bu xidmətdən razıdırlar.

Bir il bundan öncə Ermənistan tərəfinin təxribatlarına cavab olaraq başlayan, 44 gün davam edən və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın dövlətinin, Azərbaycan xalqının qələbəsi ilə, 30 il işğalda saxlanılan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən müharibədə qazanılan təcrübələr, eləcə də müşahidələr təsdiq edir ki, müasir dövrdə baş verən hərbi toqquşmalar və savaşlar zamanı qarşı tərəf üzərində üstünlük təkcə silah gücünə deyil, həm də informasiyanın, texnoloji üstünlüklərin gücünə əldə edilir. Bu üstünləri olan tərəf əlbəttə ki, qalib gəlməlidir və biz bunun əyani şahidi də olduq. Bəli, 44 gün davam edən Vətən müharibəsi zamanı xalqımız, dövlətimiz təkcə cəbhədə deyil, eləcə də informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək informasiya müharibəsində də öz sözünü dedi, qalib gəldi.

Təkcə müharibə dönəmində deyil, müharibə bitdikdən sonra da biz işğaldan azad olunan həmin ərazilərdə texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində bir çox işlərə başlanıldığının da şahidi olduq. Məhz “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin də texnoloji imkanlarla gerçəkləşdiriləcəyi təkzib edilə bilməz. Onu da təkzib etmək olmaz ki, bu layihələr, daha dəqiq desək, texnoloji imkanlar sayəsində reallaşdırılacaq bu layihələr daha çox gəlir əldə etməyə, məşğulluq imkanı yaradılmasına, dövlət xidmətlərinə çıxışın təmin olunmasına töhfələrini verəcək. Elə məhz buna görə də nəzərdə tutulan bu sözügedən layihənin bütün dünyanın diqqət mərkəzində olması da təsadüfi deyil, hansı ki, bu layihələr informasiya və kommunikasiya texnologiyaları sayəsində reallaşmaqdadır.

Təbii ki, rəqəmsallaşma və elektron xidmətlərdə əldə etdiklərimiz cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə aparılan islahatların məntiqi nəticəsidir. Əlbəttə ki, rəqəmsal iqtisadiyyat quruculuq istiqamətində mühüm bazanı istər dövlət, istərsə də özəl sektor tərəfindən icra olunan proqramlar formalaşdırır və mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevriləcəyi şübhə doğurmur.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

İKT-nin mənası (İnformasiya və Kommunikasiya Texnologiyaları)

Videonuz: Dinləmə mətni: İnformatika və İnformasiya Kommunikasiya Texnologiyaları – DƏRS 1.

MəZmun

  • İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) nədir:
  • İKT xüsusiyyətləri
  • İKT növləri
  • İş yerində İKT
  • Təhsildə İKT
  • İKT-nin üstünlükləri
  • İKT-nin dezavantajları

İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) nədir:

İKT hal-hazırda daha səmərəli məlumat və kommunikasiya üçün inkişaf etdirilən bir sıra texnologiyalardırhəm biliklərə, həm də insan münasibətlərinə çıxış yolunu dəyişdirmişlər.

İKT Məlumat və Kommunikasiya Texnologiyalarının kısaltmasıdır.

İKT rabitə texnologiyaları (qəzet, radio və televiziya), İnternetin inkişafı və kompüterlər, planşetlər və kompüterlər kimi yeni texnoloji qurğular vasitəsilə məlumat əldə etmək parametrlərini dəyişdirdi. ağıllı telefon, həmçinin platformalar və proqramlar mövcuddur.

İKT, elm və mühəndisliyin gündəlik problemləri həll edən cihazlar və sistemlər inkişaf etdirmək üçün birlikdə çalışdığı yenilikçi məhsullar kimi tanınır. Sözdə rabitə texnologiyaları və ya TC (radio, mətbuat və TV) elementlərini informasiya texnologiyaları ilə sintez edirlər.

The məlumat bu kontekstdə mətnləri, şəkilləri və səsləri əhatə edən məlumatların yenilikçi bir şəkildə ötürülməsini nəzərdə tutur.

The rabitə göndərənin göndərdiyi mesajın alıcı tərəfindən düzgün şifrəsini açmasına imkan verən vasitələrə aiddir. Məsələn, istifadəçi məlumat platformaları.

Qısaltmaların düzgün yazılması barədə şübhələr var, çünki çoxlu bir ismə istinad edirlər. İnsanlar yazım arasında qalıb TIC, İKT və ya İKT. Cəm rəqəmini göstərmək üçün “las” adlı qadın məqaləsini əlavə etmək kifayətdir. Misal üçün: “İKT təhsil sahəsində inqilab etmişlər. “Buna görə də, doğru olan İKT yazmaqdır, kiçik “s” adətən Anglikizm (TIC’s) kimi qəbul edildiyi üçün “S” hərfi adətən bu terminin başqa bir qısaltması kimi qəbul edilir və bu da qarışıqlıq yaradır.

İKT xüsusiyyətləri

  • İnsanın bilik və sosial həyatının bütün sahələrinə nüfuz edirlər: ev, təhsil, əyləncə və iş.
  • Bilik əldəetmənin zehni proseslərini dəyişdirirlər;
  • Bunlar əhəmiyyətsizdir, çünki məlumatlar virtual şəbəkələrdən qurulur;
  • Onlar ani və ya dərhal olurlar, çünki məlumat və ünsiyyət əldə etmək fiziki məsafədən asılı olmayaraq real vaxtda baş verir;
  • Tərkibindəki məlumat, istər mətn, istər şəkil, istərsə də səs şəklində rəqəmləşdirilməlidir;
  • Çevikdirlər, bu da lazımi dəyişikliklərə görə yenidən qurula biləcəyi deməkdir;
  • Bunlar qarşılıqlı əlaqə prinsipi ilə idarə olunur, yəni iki və ya daha çox texnologiyanın birləşməsindən yeni ünsiyyət imkanları yaratmağa imkan verir;
  • İnteraktivdirlər ki, bu da istifadəçinin informasiya emalı prosesində iştirakını və mövcud mənbələrin ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutur.

İKT növləri

İKT haqqında danışarkən, bu terminin istifadəsi kontekstindən asılı olaraq fərqli meyarlara müraciət edə bilər. Məhz:

  1. Şəbəkə. Həm radio, həm televiziya şəbəkələrinə, həm sabit və mobil telefon şəbəkələrinə, həm də bant genişliyinə aiddir.
  2. Terminallar və avadanlıqlar. Məlumat və kommunikasiya şəbəkələrinin işlədiyi hər növ cihazı əhatə edir. Məsələn: kompüterlər, planşetlər, mobil telefonlar, audio və video cihazlar, televizorlar, oyun konsolları və s.
  3. Xidmətlər. Yuxarıda göstərilən mənbələr vasitəsilə təklif olunan geniş spektrli xidmətlərə aiddir. Məsələn: e-poçt xidmətləri, bulud saxlama, məsafədən təhsil, elektron bankçılıq, onlayn oyunlar, əyləncə xidmətləri, virtual icmalar və bloglar.

Texnologiyaya da baxın.

İş yerində İKT

İKT bugünkü iş mühitinin vacib hissəsidir. Yerli serverlərdə və ya bulud xidmətlərində kompleks məlumat bazalarının saxlanmasını asanlaşdırırlar.

Eynilə İKT-lər də onlayn ticarətin inkişafı, elektron bankçılıq, mühasibat işi, məlumat axtarışı, inventar nəzarəti, mətn, audio və video kimi məlumatverici materialların istehsalı və əsas etibarilə dərhal və effektiv ünsiyyət üçün əsasdır.

Bütün bunlar əmək məhsuldarlığına və iş rəqabət qabiliyyətinə müsbət təsir göstərə bilər, eyni zamanda işinizi dəyişdirir.

Bununla birlikdə, İKT yayındırma mənbəyi də ola bilər, çünki getdikcə tez-tez, dağınıq və asılılıq yaradan istifadəsi işçilərin vəzifələrini tərk etmələrinə, unutqanlıq və istər-istəməz gecikmələrin dərəcəsini artırmasına səbəb olur.

Təhsildə İKT

Son illərdə İKT-lər biliklərə giriş yolunu təsir etdikləri üçün yeni təhsil siyasətləri və layihələrinin hazırlanmasında əsas rol oynamışdır. Təhsilə şəxsən və ya məsafədən daxil olmağı asanlaşdırmaq üçün bir fürsət oldular, eyni zamanda bir sıra çətinliklər ortaya qoydular.

Bu mənada, təhsil üçün tədris və öyrənmə modellərini yenidən nəzərdən keçirməyə imkan verən İnternet protokol xidmətləri və platformaları hazırlanmışdır. Bunların arasında platformalar e-öyrənmək. Açıq mənbə platformalarının nümunələri əsasən Moodle, Chamilo, Claroline, ATutor və ya Sakai’dir. Reklamlar arasında qeyd edə bilərik: Blackboard, Educativa, Saba, Almagesto və Neo LMS.

Bu platformalarda interaktiv lövhələr, real vaxt rejimində virtual sinif otaqları, müzakirə otaqları, forumlar, anketlər, diaqramlar, audiovizual mənbələr, rəqəmsal ədəbiyyat, onlayn əməkdaşlıq sənədləri, portfellər, təhsil oyunları və s.

WhatsApp və ya Facebook kimi sosial şəbəkələr, bloglar və bulud xidmətləri kimi vasitələr, interaktiv və əməkdaşlıq prinsipləri üzərində bilik inkişaf etdirmək üçün təhsil vasitələridir.

Ayrıca baxın Uzaqdan təhsil.

İKT-nin üstünlükləri

  • Məlumat əldə etməyi asanlaşdırırlar;
  • İcma anlayışını genişləndirərək müxtəlif təhsil mərkəzlərinin şəbəkə əlaqəsinə üstünlük verir;
  • Yeni düşüncə tərzini təbliğ edir;
  • Biliklərin birgə qurulması prinsipinə üstünlük verir;
  • İstifadəçilərin rəqəmsal savadlılığına imkan verir;
  • Təhsil sahəsində tələbələr və müəllimlər arasındakı nəsil fərqini aradan qaldırmağa kömək edirlər;
  • Tələbələrin akademik davranışlarını bilmək üçün məlumat bazalarına və statistik məlumatlara dərhal daxil olmağa imkan verdiyi üçün təhsil və inzibati idarəetmə üçün bir vasitədir.

İKT-nin dezavantajları

Ümumiyyətlə, İKT-nin bir sıra mənfi cəhətləri var. Məhz:

  • Məlumat çoxdur, lakin mütəşəkkil deyil, dağınıqdır, bu da böyük ola bilər;
  • İKT mövzunu məqsədindən yayındıran yayındırma mənbəyi ola bilər;
  • Platformalar kimi cihazlar və alətlər daim dəyişir, bu da davamlı yeniləmə səyini nəzərdə tutur;
  • Fərdi məlumatların həssaslıq riskini artırır.

Xüsusi təhsil sahəsində bu çatışmazlıqlar aşağıdakılarla qarışdırılır:

  • Yoxsulluq və ya dövlət təhsil siyasətinin olmaması kimi amillər səbəbindən texnologiyaya girişdə hələ də böyük bərabərsizlik mövcuddur.
  • İstifadəsinin effektivliyi məktəb tədris proqramına inteqrasiyadan asılıdır;
  • İKT-nin istifadəsi üçün kifayət qədər yer və avadanlıq təmin edilməsi tələb olunur;
  • Dövlət, məktəb və müəllim tərəfindən lazımi hazırlıq və ya yaxşı qurulmuş bir tədris planı olmadan, İKT öyrənmək əvəzinə dağılma yarada bilər.
  • Məruz qalma riski kiber zorakılıq xeyli artır.

İnformasiya sistemləri və texnologiyaları

İstənilən məsələdə qarşıya çıxan problemlərin təhlil edilməsində, qərarın qəbul edilməsində, əməliyyatlara nəzarətdə, yəni məhsulun yaranmasında və xidmətində informasiya lazımdır. İnformasiya termini latınca informatio -izah etmə, aydınlaşdırma, başa salma, hər hansı faktı, hadisəni, əlaməti ifadə etməkdir. Bu ümumi elmi anlayış olub, adamlar arasında məlumatlar mübadiləsi, qurğular, adamlar, canlı və cansızlar arasında siqnalların mubadiləsini özündə birləşdirir.

İnformasiya – adam, əşya, fakt, hadisə, əlamətə təsnif olunma formasından asılı olmayaraq proseslər haqqında məlumatdır. Bu termin altında idarəetmə məsələsinin həlli üçün məlumatların anlaşılması və işlənməsi başa düşülür. Məlumatlar təşkilatda və ondan kənarda baş verən hadisələri özündə əks etdirir.

İnformasiya geniş mənada isə dünyanın müxtəlif yerlərində baş verən prosessləri bir məlumat kimi müəyyən edir. İnformasiyanı öyrənən zaman insan fəaliyyətinin müxtəlif sahələrində onun yaranması, dəyişdirilməsi və istifadə olunması qanunauyğunluqları nəzərə alınmalıdır.

Sistem dedikdə isə, vahid məqsəd üçün istifadə edilən bir-biri ilə əlaqəli olan elementlər toplusu başa düşülür. Sistemlər bir-birindən tərkibinə və yaradıldığı əsas məqsədlərə görə fərqlənirlər.

İnformatikada isə “sistem” anlayışı çox genişdir və bir çox mənalar daşıyır. O, daha çox texniki vasitə və proqramlar toplusunda tətbiq olunur. Kompyuterin aparat hissəsi də bir sistemdir. Həmçinin, konkret tətbiqi məsələlərin həlli üçün istifadə edilən proqramlar, sənədləşmə fəaliyyətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş proqramlar toplusu da sistem adlanır.

“Sistem” anlayışına “informasiya” anlayışının əlavə olunması onun yaradılma məqsədini və fəaliyyətinin əsas mahiyyətini əks etdirir. İnformasiya sistemləri istənilən sahədə qərar qəbul edilməsi prosesinə lazım olan informasiyanın yığılması, saxlanması, emalı, axtarışı və ötürülməsini təmin edir. Onlar problemlərin təhlil olunması və yeni məhsul istehsal edilməsinə kömək edir.

İnformasiya sistemi – qarşıya qoyulmuş məqsədə nail olmaq üçün informasiyanın saxlanması, işlənməsi və ötürülməsində istifadə edilən vasitə, insan qüvvəsinin və metodların qarşılıqlı əlaqələrinin məcmusudur. Müasir anlamda “informasiya sistemi” məlumatın emal olunmasında əsas texniki vasitə kimi fərdi kompyuterin istifadə olunmasını nəzərdə tutur. Böyük təşkilatlarda informasiya sisteminin texniki bazasına fərdi kompyuterdən əlavə MEYNFREYM, ya da Super EHM daxil oluna bilər.

Kompyuterlər və informasiya sistemləri arasında fərqi bilmək vacibdir. İxtisaslaşmış proqram vasitələri ilə təchiz olunmuş kompyuterlər informasiya sistemləri üçün texniki baza və alətdir. İnformasiya sistemləri kompyuterlərlə və telekommunikasiyalarla qarşılıqlı əlaqədə olan insansız təsəvvür edilə bilməz.

İnformasiya sistemlərinin istifadəsinə qarşı yanaşmanın dəyişməsi

İlk informasiya sistemləri 50-ci illərdə yaranmışdır. Bu zaman onlardan maaşların hesablanmasında istifadə edilirdi və əməliyyatlar elektromexaniki mühasibat hesablama maşınlarında aparılırdı. Bu, xərclərin və sənədlərin hazırlanması vaxtına qənaət etməyə imkan verirdi.

60-cı illərdə informasiya sistemlərinə münasibətin dəyişməsi müşahidə olunur. İnformasiya sistemlərindən alınan informasiya dövrü hesablaşmalarda bir çox parametrlərlə istifadə edilirdi. Bunun üçün təşkilatlarda artıq əvvəlki kimi yalnız maaş hesablamasında və hesab sənədlərinin emal olunmasında istifadə olunan deyil, daha geniş təyinatlı kompyuter avadanlıqlarına tələbat yaranırdı.

70-ci illər – 80-ci illərin əvvəllərində informasiya sistemləri qərar qəbuletmə prosesinə dəstək təmin edən, onu sürətləndirən və əsasən, rəhbər işçilər üçün nəzərdə tutulan nəzarət sistemləri kimi qəbul olunurdu.

80-ci illərin sonlarında informasiya sistemlərindən istifadə konsepsiyası yenidən dəyişir. Onlar artıq informasiyanın strateji mənbəyinə çevrilir və istənilən növ təşkilatlarda bütün səviyyələrdə istifadə edilir. Bu dövrdə informasiya sistemləri lazım olan informasiyanı vaxtında təmin edərək, təşkilatlara öz fəaliyyətlərində uğur qazandırır, həmçinin, yeni xidmətlər və məhsulların istehsalı, yeni satış bazarlarının tapılması, etibarlı partnyorların tapılması və s. fəaliyyətlərdə yardımçı olur.

İnformasiya sistemlərində əməliyyatlar

Müxtəlif məqsədlər üçün nəzərdə tutulan informasiya sistemlərinin fəaliyyətini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət olan sxem şəklində təsvir etmək olar:

  • daxili və ya xarici mənbədən informasiyanın daxil edilməsi;
  • daxil olmuş informasiyanın emalı və münasib şəkildə nümayişi;
  • istehlakçılara nümayiş etmək və ya digər sistemə göndərilməsi üçün informasiyanın çıxarılması;
  • əks əlaqə – həmin təşkilatın işçiləri tərəfindən giriş informasiyasının düzəlişi üçün yenidən emal edilən informasiyadır.

Hal-hazırda informasiya sistemləri kompyuter texnikası vasitəsilə realizə olunmuş sistemə dəyişilmişdir.

İnformasiya sistemlərini başa düşmək üçün onun həll etdiyi məsələnin mahiyyətini və onun qoşulduğu təşkilat proseslərini anlamaq lazımdır. Kompyuter informasiya sistemlərinin imkanlarını müəyyən edərkən qərar qəbul etməni saxlamaq üçün aşağıdakılar nəzərə alınmalıdır:

  • həll edilən idarə məsələlərinin quruluşu
  • idarəetmənin iyerarxiyasının səviyyəsi
  • həll edilən məsələnin biznesin bu və ya digər sahələrinə aid olması
  • istifadə edilən informasiya texnologiyalarının görünüşü.

Kompyuter informasiya sisteminin işinin texnologiyası mütəxəssisin kompyutersiz sahəni başa düşməsi üçün əlverişlidir və professional fəaliyyətlərdə və onların idarəedilməsində müvəffəqiyyətlə istifadə oluna bilər.

İnformasiya sistemlərinin tətbiqindən nə gözləmək olar?

İnformasiya sistemlərinin tətbiqi aşağıdakılara səbəb olar:

  • riyazi metodlar və intellektual sistemlərin və s. tətbiqi sayəsində idarə məsələlərinin həllində daha da səmərəli nəticələrin alınmasına
  • işin avtomatlaşdırılması nəticəsində işçilərin hərəkətsiz işdən azad edilməsinə
  • informasiyanın dəqiqliyinin təmin edilməsinə
  • kağız daşıyıcılarının maqnit disk və lentlərlə əvəz olunmasına, bu da infromasiyanın kompyuterdə işlənməsinin daha da səmərələşməsinə və kağızda sənədlərin həcminin azalmasına gətirib çıxarır
  • firmada sənəd dövriyyəsinin və informasiya axınının strukturunun təkmilləşməsinə
  • məhsul və xidmətlər istehsalına xərclərin azaldılmasına
  • istehlakçılara daha səmərəli xidmətlərin təklifinə
  • yeni bazar yerlərinin axtarıb tapılmasına
  • intehlakçı və mal satanlara edilən güzəştlər və xidmətlər sayəsində onların firmaya bağlanmasına.

İnfromasiya sistemlərində idarəetmənin strukturunun rolu

İstənilən təşkilat üçün informasiya sistemlərinin yaradılması və istifadəsi aşağıdakı məsələlərin həllinə istiqamətlənib.

1. İnformasiya sistemlərinin strukturu, onun funksional təyinatı təşkilatın məqsədlərinə müvafiq olmalıdır. Məsələn, ticarət firmasında – effektli biznes; dövlət müəssisələrində – sosial və iqtisadi məsələlərin həlli üçün.

2. İnformasiya sistemləri insanlar tərəfindən idarə edilməlidir, onlar tərəfindən başa düşülməli və sosialoji və əxlaqi prinsiplər əsasında istifadə edilməlidir.

3. Dəqiq, etibarlı, vaxtlı və sistemləşdirilmiş informasiya istehsalı.

İnformasiya sisteminin yaradılmasını bina tikintisi ilə müqayisə etmək olar. Kərpiclər, mismarlar, sement və digər bir yerə toplanmış tikinti materialları hələ bina demək deyildir. Binanı tikmək üçün layihə, yer quruluşu, tikinti və s. lazımdır.

Analoji olaraq informasiya sisteminin qurulması və istifadəsi üçün əvvəlcə strukturunu, təşkilatın siyasət və funksiyalarını, idarəetmənin və qəbul edilmiş qərarların məqsədini, kompyuter texnologiyalarından istifadənin mümkünlüyünü bilmək lazımdır. İnformasiya sistemləri təşkilatın bir hissəsini təşkil edir, istənilən təşkilatın açar elementləri isə – idarəetmənin orqan və strukturu, standart üsullar, heyətdir.

Müəllif: Zamirə İlqar

  • Teqlər:
  • informasiya sistemləri
  • , İT

Comments are closed, but trackbacks and pingbacks are open.