Press "Enter" to skip to content

Doğuşdan sonra mümkün olan ağırlaşmalar

Çünki, demək olar ki, doğuşdan sonrakı bütün fəsadlar hərarətin yüksəlməsi ilə müşayiət olunur.

Ağızda yaranan yaralardan bir saata xilas olun – MÖCÜZƏVİ QARIŞIQ

Ağrılı ağız yaralarının kökündə bir sıra amillər dayanır. Sağalma müddəti bəzən çox qısa, bəzən isə əksinə olur. Milli.Az medicina.az-a istinadən bildirir ki, ağız yaraları toxuma pozğunluqlarından qaynaqlanır. Ağız təmizliyinə lazımi qədər əhəmiyyət verməmək, həddindən artıq isti və ya soyuq yemək və içkilər qəbul edilməsi kimi daha bir çox səbəb ağız yaralarına səbəb ola bilər.

Yanağınızı bilmədən ani olaraq dişlədiyinizdə də ağız yaraları əmələ gələ bilər. Ancaq ağız yaraları uçuq ilə qarışdırılmamalıdır. Ağız yaraları ağzın içində, ortası ağ, ya da sarı rəngdə olur. Qeyd edək ki, kişilərdə ağız yaralarının meydana gəlmə riski, qadınlara nisbətən daha yüksəkdir.

Ağızda yaranan yaradan xilas olmaq üçün sumaqla qarqara ən əlverişli üsuldur.

1 yemək qaşığı sumaq
1 stəkan su

Əlinizdəki vasitələri qabın içinə töküb qaynadın. Daha sonra qarqara edin. Bu diş ətlərinizin möhkəmlənməsinə və ağız yaralarınızın sağalmasına kömək edəcək. Alternativ tibb metodunu tətbiq etməzdən əvvəl hər hansı əks təsiri olub-olmaması barədə həkiminizlə məsləhətləşin. Ağız yaralarını sağaldan ən təsirli üsullardan biri də çay sodası ilə yara olan nahiyənin təmizlənməsidir. Ağız boşluğundakı yaranın üstünə çay sodası tətbiq edərək, ağrını azalda və sağalmasını tezləşdirə bilərsiniz.

Bunun xaricində duz və suyu qarışdıraraq bununla qarqara edilməsi də son dərəcə məşhur olan digər üsuldur. Ən başda yüngül bir ağrı, qaşıntı və yanma hissini yaşatsa da, qısa müddət sonra yaranın sağalmasını təmin edir. Bir digər müalicə üsulu olaraq heyva meyvəsi və ya kompot olaraq içilməsi də ağız yaraları üçün qabaqlayıcı təsirə malikdir. Heyva meyvəsinin istehlakı də qısa müddətdə ağız içi yaralarından xilas olmağı təmin edər.

Bu şəkildə evdə tətbiq olunan üsullardan əlavə, apteklərdə satılan ağız yaraları üçün kremlərdən də istifadə edə bilərsiniz.

Bitki mənşəli paket çayları da ağız yarasının üzərinə tətbiq olunarsa, yaxşılaşma müddətini sürətləndirəcək şəkildə təsir edir. Bu üsulları tətbiq edilməsinə baxmayaraq, əgər ağız yaralarınızda yaxşılaşma və ya kiçilmə yoxdursa, vaxt itirmədən həkimə müraciət edin. 1 sm-dən böyük ölçülərdə və eyni zamanda uzun müddət sağalmayan ağız yarası varsa, bu təhlükəli ola bilər. Belə olan halda mütləq mütəxəssisə müraciət edilməlidir.
Daha çox bitki mənşəli üsul arasında iştirak edən kişmiş, cirə və bal qarışığını ağız yarasına çəkə bilərsiniz.

Bitki mənşəli müalicəsi

Sirkə: Ağız yarası üçün bitki mənşəli həll deyildikdə, ağıla ilk gələn sirkdir. Sirkə ilə qarqara ən qısa müddətdə ağızdakı yaranın sağalmasını təmin edər.

Kəklikotu: Kəklik otu ağız yaralarını sağaldan vasitələr arasında ən təsirlisidir. Eyni zamanda kəklikotu ağız yaralarını sağaltmaqdan başqa, həm də yenidən yaranmasının qarşısnı alır. Bunu üçün bir qədər kəklikotunu çeynəmək kifayətdir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Doğuşdan sonra mümkün olan ağırlaşmalar

Əfsuslar olsun ki, doğuşdan sonrakı dövrdə həkim müdaxiləsi tələb edən vəziyyətlər yarana bilər.

Öz vəziyyətinizə diqqət yetirin, doğuşdan sonra heç olmasa 1 həftə ərzində bədən hərarətinizi ölçün.

Çünki, demək olar ki, doğuşdan sonrakı bütün fəsadlar hərarətin yüksəlməsi ilə müşayiət olunur.

Endometrit (uşaqlığın daxili qişasının iltihabı) zamanı qadının bədən hərarəti yüksəlmiş olur. Xəstəliyin yüngül gedişi zamanı hərarətin yüksəlməsi az olur, ağır formalarında isə hərarət 40 – 41°С-yə qədər yüksəlir. Temperaturun yüksəlməsi üşütmə, əzginlik, baş ağrısı ilə müşayiət olunur. Onu da qeyd etmək lazımdır ki, doğuşdan sonrakı dövrdə qadınların əksəriyyətində hərarətin bir qədər yüksəlməsi baş verir və bu, südün gəlməsindən məlumat verir. Bu dövrdə əksər qadınlarda ümumi zəiflik də olur. Bunları bilsəniz də, orqanizminizdə baş verən hər bir kiçik dəyişiklik barədə belə, həkiminizə məlumat verin! Əgər hərarətiniz evə yazıldıqdan sonra qalxarsa, dərhal həkiminizlə əlaqə saxlayın!

Endometrit qarının aşağı hissələrində, beldə yaranan ağrılarla müşayiət olunur. Ana südü ilə əmizdirmənin ilkin dövründə uşaqlığın yığılması ilə əlaqədar olan ağrılardan fərqli olaraq, endometrit zamanı olan ağrılar daimi xarakter daşıyır.

Endometrit zamanı, doğuşdan sonrakı dövrdə qadın cinsiyyət orqanlarından olan ifrazatların xarakteri dəyişir. Normada doğuşdan sonrakı ilk 2-3 gün ərzində bu ifrazatlar qanlı və kifayət qədər çox olur, sonralar onların miqdarı azalır, pəngi isə əvvəlcə qəhvəyiyə bənzər, sonra sarımtıl çalarlıq alaraq 6-8 həftə sonra tamamilə kəsilir. Endometrit zamanı bu ifrazatlar daha uzun müddət ərzində miqdarca çox və qanlı olur. Bir çox hallarda onlar pis iyli, bəzi hallarda isə yaşılımtıl olur.

Sadalanan bu əlamətlər qeyd edilən kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Endometrit təhlükəli xəstəlikdir ki, sonsuzluğa və hətta qadının həlak olmasına gətirib çıxara bilər. Endometritin müalicəsi antibiotiklərlə aparılır.

Qadınların doğuşdan sonra üzləşdiyi problemlərdən biri də – laktostazdır (südün döş vəzilərində durğunluğu). Laktostaz zamanı döş vəzilərinin ölçüləri böyüyür, onlar bərkiyir, ağrılı olur, bədənin hərarəti artır. Bunun qarşısını almaq üçün doğuşdan sonrakı ilk 3-4 gün müddətində, gün ərzində qəbul edilən mayenin miqdarını 800 ml-dək azaltmaq və uşağı müntəzəm surətdə əmizdirmək lazımdır. Əmizdirmə rejimi düzgün qurulduqda (əmizdirmənin lap əvvəlindən etibarən 5-7 dəqiqə bir döşlə, 5-7 dəqiqə o biri döşlə olmaqla – hər əmizdirmədə bu qayda gözlənilməlidir) döş vəzilərinin bərkiməsi tədricən keçib gedir. 1-2 gündən sonra isə vəziyyət xeyli yaxşılaşır.

Düzgün müalicə edilmədiyi halda laktostaz çox təhlükəli bir xəstəlik olan mastitə (süd vəzilərinin iltihabı) keçə bilər. Mastitin əsas əlamətləri aşağıdakılardır: bədən temperaturunun yüksəlməsi; üşütmə; ümumi halsızlıq; zəiflik; süd vəzilərində olan ağrı; vəzi nahiyəsində dərinin qızarması və onun müəyyən bir sahəsinin bərkiməsi.

Mastitin ilkin əlamətləri qeyd edilən kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır.

Vaxtında düzgün müalicə aparılmadığı halda, iltihabi proses ağırlaşaraq əvvəlcə irinli, sonra isə fleqmanoz mastitə keçir. Fleqmanoz mastit xüsusilə təhlükəli hesab edilir. Bu halda iltihabi proses süd vəzisinin böyük bir hissəsini əhatə edir – onun toxuması əriyir və iltihabi proses ətraf toxuma və dəriyə də yayılır. Bu zaman qadının vəziyyəti həddən artıq ağır olur: bədən hərarəti 40°С-yə yüksəlir, güclü üşütmə və tərləmə, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, bəzi hallarda hərarətin ən yüksək olduğu zaman qusma, təngnəfəslik və s. əlamətlər qeyd edilir. Bəzi hallarda arterial təzyiqin kəskin şəkildə enməsi və şok da baş verə bilər. Yerli əlamət olaraq süd vəzisi kəskin şəkildə böyüyür, onun üzərindəki dəri qatı ödemləşir, qızarır və göyümtül çalarlıq alır.

Buna görə də mastitin ilkin əlamətləri qeyd edilən kimi, özbaşına müalicə ilə məşğul olmayaraq, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Həkim ilkin olaraq xəstənin süd vəzilərini müayinədən keçirərək, lazım olduqda qan və sidiyin ümumi müayinəsi, ana südünün bakterial floraya görə əkilməsi və digər müayinələr apardıqdan sonra qadına tələb olunan müalicə təyin edir. Mastitin müalicəsinin əsasını antibakterial preparatların (antibiotiklərin) təyin edilməsi təşkil edir. İrinli və fleqmanoz mastitlər isə yalnız cərrahi yolla müalicə olunurlar.

Saglamolun.Az

Miomalar, fibromalar nədən yaranır?

Uşaqlığın mioması – uşaqlığın divarından, yetişməmiş miositlərindən inkişaf edən xoşxassəli şişdir. Bu törəmələrin sayı bir və daha çox ola bilir. Ölçüləri dəyişkəndir: düyü boyda da ola bilir, qreypfrut (sitrus meyvəsidir) boyda da. Mioma ya uşaqlığın divarında yerləşir, yaxud nazik ayaqcıqla kənara çıxır. Mioma böyüyüb ətraf toxumaları sıxmadıqca simptomsuz olur, yəni heç bir əlamətlə özünü büruzə vermir. Ayaqcıq üzərində olan miomalar bəzən burulur, bu zaman əmələ gələn düyünə qan getmir, nəticədə təcili cərrahi əməliyyat tələb edən kəskin ağrılar başlayır.

  • Lokalizasiyalarına görə miomaların çoxsaylı aralıq variantları mövcuddur (müsariqəaltı,əzələarası, selikaltı);
  • Ölçülərinə görə kiçik, orta və böyük şişlər formasında ola bilirlər;
  • Yerləşməsinə görə uşaqlığın dibində, cismində və boynunda rast gəlinir;
  • İnkişaf xarakterinə görə qan dövranının pozulması, ödemlə əlaqədar olan yalançı böyümə və saya əzələ qişasının proliferasiyası ilə bağlı həqiqi böyümələr olur;
  • Şəhərdə yaşamaq;
  • Klimakterik zonanı dəyişmək;
  • Anamnezdə doğuşun olmaması;
  • Abortların aparılması;
  • Hipertoniya və şəkərli diabet xəstəliklərindən birinin və ya hər ikisinin olması; xüsusilə bu xəstəliklərin35 yaşdan aşağı yaranması və 5 il və daha çox davam etməsi;
  • Çoxlu ət yemək;
  • Piylənmə.

Belə ki, əziz xanımlar, hər qadın öz sağlamlığının memarı olmalıdır. Fibromiomaların simptomları, müayinə və müalicəsi barədə tövsiyələri növbəti söhbətlərimizdə diqqətinizə çatdıracağıq. Siz isə sağlamlığınızın memarı olmağa indidən başlayın.

Mənbə: modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.