Press "Enter" to skip to content

Islam dini ->

• Yetimin malını yemə, yoxsa qiyamət günü rüsvay olarsan və sənə əmr edərlər ki, yetimin malını özünə qaytarasan, amma bunu edə bilməzsən.

Loğmanın ə oğluna 3 nəsihəti kitabi kocurmke

Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:”Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir.” “İmkan olduğu halda borcu qaytarmamaq zülmdür.” “İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)” “Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür.” “Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.”

Loğmanın (ə) oğluna 3 nəsihəti

Müəllif: Allahıma aşiqəm | 24-12-2013, 08:12 | Baxılıb: 2 538

Bir gün Loğman oğluna ” sənə üç məsləhət vermək istəyirəm” deyir: — Birincisi, çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yeyəsən. — Ikincisi, çalış dünyanın ən rahat yataqlarında yatasan. — Üçüncüsü, çalış dünyanın ən yaxşı saraylarında yaşayasan. Loğmanın oğlu nəsihətlərdən təəccüblənərək: — Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm? Cavabında Loğman buyurur: — Oğlum, əgər gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. Əgər çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Əgər insanlarla mehriban davranıb, onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.

Meqaleler kataloqu

• Ey oğlum! Dünyaya o qədər aludə olma ki, axirəti unudasan. Dünyaya o qədər etinasız olma ki, müftəxorcasına başqalarına yük olasan.

• Oğlum! Səndən əvvəl atalar öz övladları üçün mal-dövlət toplayırdılar. Amma nə mal-dövlətin özü qaldı, nə də sahibi. Ey oğlum! Elə hesab et ki, bu dünyada səni bəzi işlər üçün nökər tutublar, mükafat vədəsini də veriblər. Öz vəzifəni yerinə yetir ki, vaxtında muzdunu ala biləsən. Bu dünyada qoyun kimi yaşama; qoyunu otarırlar ki, kökəlsin; kökələn kimi də kəsirlər. Dünyanı körpü hesab et. Sən bu körpüdən birdəfəlik keçməlisən və bir daha oraya qayıtmayacaqsan.

• Ey oğlum! Bil ki, qiyamət günündə Allahın hüzurunda səndən dörd məsələ barəsində soruşulacaq: Cavanlığını hansı yolda keçirmisən; ömrünü nəyə sərf etmisən; mal-dövlətini haradan qazanmısan və nəyə xərcləmisən? Həmin gün suallara cavab vermək üçün indidən hazırlaş!

• Min nəfər dostun olsa yenə azdır. Bircə düşmən qazanmağa da çalışma, çünki düşmən bircə nəfər olsa da çoxdur.

• Ey oğlum, heç vaxt yalnız buna görə elm öyrənmə ki, alimlərin qarşısında öyünəsən, səfehlərlə mənasız mübahisələr aparasan, məclislərdə özünü göstərəsən.

• Yetimin malını yemə, yoxsa qiyamət günü rüsvay olarsan və sənə əmr edərlər ki, yetimin malını özünə qaytarasan, amma bunu edə bilməzsən.

• Günahlardan tövbə etməyi təxirə salma, çünki ölüm qəfil gəlir.

• Ey oğlum! Hər kim: “Ey Allah, bağışla!” – desə, günahları bağışlanmaz. O adamın günahları bağışlanır ki, Allahın əmrlərinə əməl edir.

• Pis yoldaşdansa, tənhalıq yaxşıdır.

• Ey oğlum! Özündən böyüklərlə məşvərət et. Hərdən özündən kiçiklərlə də məsləhətləşməkdən utanma.

• Günahkar və bədxasiyyət adamlarla dostluq etmə! Onlar köpək kimidirlər; əgər səndə bir şey tapsalar, yeyib qarınlarını doyurarlar. Əks halda sənin barəndə pis sözlər danışıb səni rüsvay edərlər. Onların dostluğu bir saatdan artıq sürməz.

• Ağıllı adama o xasiyyət yaraşır ki, öz ailəsi ilə uşaq kimi rəftar etsin, cəmiyyət içində isə özünü vüqarla aparsın.

• Ey oğlum, camaatı söymə ki, öz ata-anan da söyülməsin.

• Ey oğlum, insanın vücudu üç hissədən ibarətdir. Bunların biri Allaha aid, digəri özünə aiddir, o biri isə ilan-çayır və həşəratlar üçündür. Allaha aid olan hissə ruhdan ibarətdir. İnsanın özünə aid olan hissə onun əməlləridir. İnsanın bədəni isə (öləndən sonra) ilan-çayır və həşəratlara qalar. İlan-çayırdan ötrü (yəni öz cismani istəkləri üçün) çalışan adam ziyan çəkmişdir.

• Ey oğlum, pislik pisliklə ləğv edilməz; axı odu odla söndürməzlər. Pisliyi yaxşılıq vasitəsilə ləğv edərlər; odu su ilə söndürərlər.

• İnsanları yaxşı əməllərə çağır, pis işlərdən çəkindir. Nə qədər ki, səni hesaba çəkməyiblər, öz-özünü hesab çək!

• Söz gümüşdürsə, sükut qızıldır.

Loğmanın (ə) oğluna nəsihətlərindən

Loğman (ə) oğluna dedi:Oğlum!Başqaları səndən qabaq övladları üçün (mal) topladılar.Nə topladıqları qaldı,nə də onlar üçün toplanan malların sahibləri.Doğurdan da,sən əcir (muzdur) bir bəndəsən ki, bir işi görmək (təqvalı olmaq) üçün məmur olmusan.Bir muzdun da sənə veriləcəyi söz verilmişdir.Beləliklə,işində vəfalı ol,muzdunu -Behişti al.

Bu dünyada o qoyun kimi olma ki,yaşıl çəmənliyə girəndə köpənə qədər yeyir.Bu da onun ölümünə səbəb olur.Əksinə,dünyanı çayın üstündəki körpüyə bənzət ki,onun üzərindən keçdikdən sonra,onunla heç bir işin olmur,bir də ona tərəf qayıtmırsan.Onu (şəhvət körpüsünü) xarab et,düzəltmə.Çünki sən onu abadlaşdırmağa məmur deyilsən.

Bil ki,sabah sən ALLAHın hüzurunda olanda,dörd şey haqqında da sorğuya çəkiləcəksən:Cavanlığını necə keçirtdin?Ömrünü necə keçirtdin?Malını hansı yoldan əldə etdin və harada xərclədin?Deməli,özünü belə bir günə və bu suallara tapmaq üçün hazırlamalısan.

Dünya malından bir şey itirsən,kədərlənmə.Çünki dünya malı tez qurtarar,çox olsa,başa bəla olar.Günah etməkdən qorx,işində ciddi ol,qəflət pərdəsini üstündən at.ALLAH istəyən işlərlə məşğul ol,qəlbində tövbəni təzələ.Ölüm sənin sorağına gəlmədən,hökmünü vermədən və arzularınla sənin aranda fasilə salmadan öncə,öz rahatlığın -Axirətin haqqında fikirləş..

Comments are closed, but trackbacks and pingbacks are open.