Press "Enter" to skip to content

Bakı Dövlət Universiteti magistratura ixtisasları

BDU əksər universitetlərdən fərqli olaraq bir çox sosial elmlər və psixologiya ixtisasın tədrisini həyata keçirir. Bakalavriat səviyyəsində psixologiya oxumusunuzsa və magistr pilləsində hansı istiqamətdə davam edəcəyinizi seçmək üçün bir çox seçim şansınız var. Məsələn, uşaqlarının davranışlarını anlamaq və onlarla işləmək niyyətindəsinizsə, uşaq və yaş psixologiyası sahələrini seçə bilərsiniz. Seçim üçün klinik psixologiya, ümumi psixologiya, hüquq psixologiyası, inkişaf psixologiyası ixtisaslarının da olduğunu unutmayın.

İxtisas magistraturasına aid proqramları seçən bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına (68, 69 və 70 saylı proqramlar üzrə) qəbul olmaq istəyən bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər

07.06.21 16:15

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanınan buraxılış vərəqəsi”ni çap edib götürməli və vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

– Şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

– Musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər, həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Bakı Dövlət Universiteti magistratura ixtisasları

Bakalavriat təhsilini başa vurmuş hər məzun magistr dərəcəsinə yiyələnmək üçün imtahan verə bilər. Magistr təhsili həm ödənişli, həm də dövlət sifarişli əsaslarla həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşı bir dəfə dövlət sifarişli magistr təhsili ala bilər. Hansı universitetdə təhsil alması məzunun şəxsi seçimidir. Magistr pilləsini əksər Azərbaycan universitetində oxuya bilərsiniz. Qeyd etmək lazımdır ki, Azərbaycanda həm dövlət, həm də özəl universitetlər fəaliyyət göstərir və əksəriyyətində magistratura ixtisasları mövcuddur. Biz – oxuyan.az komandası olaraq bu bloqumuzda Bakı Dövlət universitetinin magistratura ixtisasları haqqında məlumat verəcəyik.

Magistratura imtahanları və qəbul

Hər il ali təhsilini artırmaq istəyən bakalavriatlar üçün magistraturaya qəbul imtahanı keçirilir. Magistratura təhsili məcburi deyil, təhsilini və elmi dərəcəsini artırmaq istəyən, 2 il daha da inkişafla dolu tələbəlik illəri yaşamaq istəyən hər bir məzun bu imtahanlarda özünü sınaya bilər. Magistratura imtahanlarında bakalavrların məntiqi təfəkkürü, xarici dil biliyi və informatikadan bilik səviyyələri yoxlanılır. Bu məqsədlə bakalavrlara 50 məntiq, 25 xarici il üzrə, 25 informatika üzrə test tapşırıqları təqdim olunur. Hər test tapşırığı 1 balla hesablanır. Hər bir fəndən 5 açıq tipli test verilir. Həmçinin xarici dil tapşırıqlarında dinləmə testlərini də cavablandırmaq tələb olunur. Sualların cavablandırılması üçün təqdim olunan vaxt 3 saatdır.

Şərtləri ödəyən bakalavrlar ixtisas seçimi edə bilərlər. Magistratura və ixtisas seçimi ilə bağlı ətraflı məlumatı “Magistr” jurnalından və ya Təhsil Nazirliyinin rəsmi səhifəsindən əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/magistratura/

“Görəsən, magistraturanı oxuyum, ya oxumayım?”

Universitetin dördüncü kursunda oxuyan və ya məzun olan əksər bakalavr özünə bu sualı verir və əksər vaxtlarda cavab tapa bilmir.

Əgər bakalavr təshiliniz sizi qane edirsə, işləyəcəyiniz müəssisə sizdən magistr təhsili tələb etmirsə, yiyələndiyiniz sahəni universitetlərdə tədris etmək arzunuz yoxdursa, bakalavrı bitirən kimi birbaşa praktikaya və iş həyatına atılmaq istəyirsinizsə, nəzəriyyəyə kifayətdir deyirsinizsə magistratura təshilini ehtiyac olanadək oxumaya bilərsiniz. Yox, əgər yuxarıda sadaladıqlarımızın əksidirsə, magistr təhsilinə ciddi ehtiyac duyursunuzsa, magistratura imtahanına qeydiyyatdan keçmək, universitetlər və ixtisaslar üzrə araşdırma etməyə başlamalısınız. Ən vacibi isə imtahan hazırığıdır. Siz imtahanlara hazırlaşın, biz universitetlər və ixtisaslar haqqında məlumatları paylaşacağıq, siz araşdırmağa vaxt itirmədən oxuya bilərsiniz. Gəlin elə Azərbaycanın ilk universiteti olaraq 100 ildən artıq fəaliyyət göstərən Bakı Dövlət Universitetinin magistratura ixtisaslarından başlayaq…

BDU magistratura ixtisasları

Gəlin fakültələr və ixtisaslara ümumi nəzər salaq. Qeyd etmək lazımdır ki, bakalavr səviyyəsində yiyələndiyiniz ixtisas haqqında ümumi və hərtərəfli məlumatlar verilir, magistr səviyyəsi isə bir qədər fərqlidir. Bakalavrı bir ağac kimi düşünsək, magistrı budaqları kimi təsəvvür edə bilərik. 4 il ərzində ümumi təsəvvürləri və nəzəriyyəni öyrəndikdən sonra, gələcək sahən olan bir qolu seçirsən və iki il müddətində o sahədə ixtisaslaşırsan. Bu baxımından magistr səviyyəsində sahələr və seçimlər daha konkret və çoxdur.

Jurnalistika fakültəsi

Jurnalistika fakültəsi deyəndə insanın ağlına ilk BDU gəlir. Ən məhşur jurnalistlər vaxtilə BDU tələbəsi olmuşlar. BDU jurnalistika ixtisasları üçün ideal seçimdir, çünki kifayət qədər təcrübə qazanılmış bir fakültədir və işinin peşakarı olan müəllimlər tədris edir.

Əgər bakalavr ixtisasısınız jurnalistikadırsa, magistraturada radio-televiziya jurnalistikası, publisist-jurnalist, beynəlxalq jurnalistika, mətbuat tarixi. Maraq dairənizi və işləmək istədiyiniz müəssisələri nəzərə alaraq seçim edə bilərsiniz. Məsələn siz radio-televiziya kimi müəssiələri sevirsinizsə, kariyeranızı o müəssisələrdə planlaşdırırsınızsa radio-televiziya jurnalistikası ixtisasını seçə bilərsiniz.

Hüquq fakültəsi

Əgər siz bakalavrda hüquqşünaslıq üzrə təhsil almısınızsa, magistrda hüququn bir çox istiqamətlərində magistratura təhsili ala bilərsiniz. Əgər hüququn nəzəriyyəsi və tarixi sizin maraq dairənizdədirsə, xüsusilə dövlət qulluğuna yönələcəksinizsə, Dövlət hüququ nəzəriyyəsi və tarixi, dövlət hüququ, konstitusiya hüququ ixtisaslarını seçə bilərsiniz. Əgər sahibkarlıq və ticarətlə bağlı sahələrlə bağlı sahələrdə çalışmağı planlaşdırırsınızsa, mülki və təsərrüfat hüququ, , kommersiya hüququ ixtisaslarını düşünə bilərsiniz. Beynəlxalq arenada hüquqi məsələri öyrənmək və iş imkanlarınızı beynəlxalq səviyyədə artırmaq niyyətindəsinizsə, beynəlxalq hüquq, insan hüquqları, Avropa hüququ ixtisasları sizin üçün maraqlı olacaqdır.

Cinayət hüququ, cinayət prosesi, kriminalisika və məhkəmə ekspertizası isə məhkəmə və cinayət işləri üzrə işləmək istəyən hüquqşünasların seçimi ola bilər.

Sosial elmlər və psixologiya fakültəsi

BDU əksər universitetlərdən fərqli olaraq bir çox sosial elmlər və psixologiya ixtisasın tədrisini həyata keçirir. Bakalavriat səviyyəsində psixologiya oxumusunuzsa və magistr pilləsində hansı istiqamətdə davam edəcəyinizi seçmək üçün bir çox seçim şansınız var. Məsələn, uşaqlarının davranışlarını anlamaq və onlarla işləmək niyyətindəsinizsə, uşaq və yaş psixologiyası sahələrini seçə bilərsiniz. Seçim üçün klinik psixologiya, ümumi psixologiya, hüquq psixologiyası, inkişaf psixologiyası ixtisaslarının da olduğunu unutmayın.

Bakalavriatda fəlsəfə fakültəsini bitirmiş məzunlar magistrda fəlsəfə tarixi, sosial fəlsəfə; sosiologiya bitirmiş məzunlarınsa siyasətin sosiologiyası, İdarəetmənin sosiologiyası, həyat fəaliyyətinin müxtəlif dairələrində sosial iş ixtisaslarını seçə bilərlər.

Filologiya fakültəsi

BDU-nun ən prestijli fakültələrindən biri filologiya fakültəsidir. Azərbaycanın ən məşhur, ən savadlı filoloqları bu ixtisasların məzunu olmuşlar.

Bakalavr ixtisası filologiya olan məzunlar magistrda iki məsələsini nəzərə almalıdır: ədəbiyyat yoxsa, dil üzrə davam etmək istəyi; müəllim kimi fəaliyyət göstərib-göstərməyəcəyi.

Dil üzrə davam etməyi düşünürsünüzsə, dilçiliyin müxtəlif sahələrini seçə bilərsiniz. Məs.: Azərbaycan dili, ümumi diliçilik, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası, xarici dil, Türkologiya ixtisaslarını seçə bilərsiniz.

Ədəbiyyat üzrə davam etmək istəyənlər isə: ədəbiyyat nəzəriyyəsi, folklorşünaslıq və mifologiya, ədəbi tənqidin nəzəriyyısi və tarixi, Azərbaycan ədəbiyyatı, xarici ölkə xalq ədəbiyyatları ixtisaslarını seçə bilərlər.

Kimya, fizika, biologiya, coğrafiya, tarix, mexanika-riyaziyyat fakültələri

Qeyd olunan fakültələrin bir çox ixtisasları BDU-da tədris olunur. Bakalavrda bu fakültələrdən məzun olmusununuzsa, magistrda seçim edəndə pedaqoji və ya elmi fəaliyyətlə məşğul olacağınızı mütləq nəzərə almalısınız. Əgər pedaqoji fəaliyyətlə məşğul olacaqsınızsa, metodika ilə bağlı ixtisasları seçim etməyiniz, elmi fəaliyyətlə məşğul olacaqsınızsa, seçdiyiniz sahə üzrə ixtisaslaşmaq istədiyiniz nəzəri ixtisası seçə bilərsiniz.

Magistr OL

Xəbərin davamından Magistratura Haqqında Ən Çox Verilən Sualların Cavabları İlə Tanış Ola Bilərsiniz. Bir sözlə beyninizdə olan magistrla bağlı suallarınıza cavab tapacaqsız.

Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün Buradan BAX»

Sual-1: Magistra hazırlaşmaq istəyirəm lakin bu haqda heç məlumatım yoxdur.
-Ay əcəb edirsən. Məlumatın yoxdur bu dəqiqə olar. Bəs magistrol.com nə üçündür?! təbii ki sizi məlumatlandırmaq və öyrətmək üçün. Heç Eynşteyn də düz əməlli danışa bilmirdi ancaq indi adı Dahi sözünün sinonimidir. Kim bilir bəlkə gələcəkdə sənin də adın master sözünün sinonimi oldu 🙂
Magistrturada ya sən öz bakalavrda öyrəndiyin ixtisası daha da dərindən öyrənirsən. Yəni əməlli başlı elm adamı olursan. (təbii ki yaxşı oxusan. Yaxşı oxumasan da evdəkilər qonşunun yanında fəxrlə deyir ki “az həəə bizim uşaaq magistrda oxuyur”).
Ya da ki düşünürsən ki, öz ixtisasımı artıq oxuduğum bəsdir yeni bir ixtisasım da olsun. O zaman MBA proqramını seçib olursan iqtisadçı (mühasib, menecer, marketinq və s.) MBA eşidib tez gözlərin parıldamasın astarı üzündən baha başa gəlir. Magistraturada təhsil ancaq əyanidir və 2 il davam edir.

Sual-2: Magistraturaya qəbul olmaq üçün nələrdən imtahan verməliyəm?
-Magistraturaya qəbul imtahanı 2 turdan ibarət olur.
1-ci tur hamı üçün eynidir. Və 3-cə fəndən imtahan veririsiz. Məntiq, İnformatika, Xarici Dil.
*Məntiqdən 50 sual olur, onlardan 45-i test 5-i açıq sual.
*İnformatikadan 25 sual olur, onlardan 20-si test 5-i açıq sual.
*Xarici Dildən 25 sual. 20 test 5 açıq sual. 20 testdən də 5-i dinləmə mətni olur.
Hər suala görə bir bal verilir. Səhv düzü aparmır. Bildiklrinizi yazırsız sonra ağlınıza və əlinizə keçənə cavab atırsız, tutar magistr tutmaz canınız sağ olsun 😀
Birinci turdan keçə bilsəz 2-ci turda illər ərzində universitetdə keçdiyiniz və “mükəmməl öyrəndiyiniz” ixtisasınızdan imtahan verəcəksiz. MBA-nı seçənlər isə ixtisas imtahanı əvəzinə orta məktəbin 9-cu sinif səviyyəsində riyaziyyatından və GMAT-dan imtahan verirlər.
İkinci turda cəmi 50 sual olur, 45 test və 5 açıq sual. Yenə də hər sual 1 bal və səhv düzü aparmır.

Sual-3: Magistraturaya qəbu imtahanları hansı aylarda olur?
1-ci tur fevralın axırı martın əvvəli. İkinci tur isə normalda mayın axırı lakin Avropa Oyunları kimi bir hadisə təkrar baş versə aprelin axırı.

Sual-4: Magistraturaya hansı materiallardan hazırlaşım?

Bu linkə Daxil OLaraq magistratura üçün 500-dən çox izahlı video dərs izləyə bilərsiniz. İZLƏ..
Həmçinin saytımıza baxıb onlarla PDF kitab, testlər, sınaqlar və s. tapa bilərsiniz. magistrol.com. Desəniz ki gözüm ağrayır kitab lazımdır. Ona da çarə var Magistr OL Tədris Mərkəzinin Bütün Fənlərdən Mükəmməl Kitabları Var.

Başa düşmədiyiniz suallar üçün isə qrupumuzun qapısı pəncərəsi 24 saat üzünüzə açıqdır. QRUPA ÜZV OL›››

Sual-5: Hansı mövzuları Öyrənməliyəm? Qəbul proqramını hardan tapım?
-Siz istəməkdə olun. magistrol.com tapıb gətirər.
*Qəbul proqramları və Nümunə testlər üçün Magistr 1 və Magistr 2 jurnalına baxın. Online satışı var DİM-in saytında

Sual-6: Magistra hansı kursda hazırlaşım?
-Magistraturaya evdə özünüz də hazırlaşa bilərsiniz. Təbii ki magistrol.com-un hamıya açıq olan online hazırlıq materiallarından da istifadə edərək.
Yox əgər düşünürsüzsə ki, “Qılınc Müsəlmanlardansız” başınızın üstündə kimsə durmasa oxuya bilməzsiz və ya bilik səviyyəniz çox zəifdir o zaman təbii ki “Magistr OL” Tədris Mərkəzini seçirsiz və tam ürəkli şəkildə yaxınlarınıza məsləhət də görə bilərsiz sonunda onlar buna görə sizə təşəkkür edəcək. Online hazırlıqda rəqibsiz olduğu kimi real həyatda olan hazırlıqda da Magistr OL rəqibsizdir. (Təvazökarlıqdan uzaq da olsa həqiqəti demək lazımdır))) [Görünən dağa nə bələdçi?! 🙂 birdən elə başa düşərsiz dağa gəzməyə gedirik qəti o fikirə düşməyin. Dağ qəbul olun sonra olacaq. İndi isə Təhsil , TəHsİL və yenə də tƏhSiL ]

Sual-7: Öz ixtisasıma uyğun magistrda hansı ixtisaslarda oxuya bilirəm?
Bunun üçün DİM-dən magistr 3 jurnalı al ya da dost tanışdan tap ordan bax fərqi yoxdu. Nəysə çox uzatmayaq jurnala baxar baxmaz ilk sualın bu olacaq ki mən bundan necə istifadə edim? səbrin olsun deyirəm. Birinci sütunda öz bakalavr ixtisasını axtar tap. Tapandan sonra ikinci sütunda o bakalavr ixtisasının qarşısında olan ixtisaslardan istənilən birin seçə bilərsən. DİM orda xətlərlə sərhəd çəkib diqqətlə bax tam aydın olacaq hamsı. 3-cü sutunda isə proqramının nömrəsi yazılıb onu da yaxşı-yaxşı əzbərlə lazım olacaq. Tapmasaz bizə yazın və ya yaxınlaşın mərkəzimizə ona da çarə taparıq.

Sual-8: MBA nədir?

Öz ixtisası üzrə oxumaq istəməyənlər MBA proqramın seçə bilərlər. MBA proqramını seçərək siz, Biznes, Maliyyə, Bank işi, idarəetmə, mühasibat, insan resursları, İT və s. iqtisadi ixtisaslardan birinə sahib ola bilərsiz. Birinci turu adi magistrla eyni imtahandır (məntiq, informatika, xarici dil). İkinci turda isə orta məktəb riyaziyyatı və GMAT-dan imtahan verirsiz. Daha ətraflı məlumat üçün Videonu İzləyin

Sual-9: GMAT nədir?

GMAT biraz riyaziyyat, biraz həndəsə, biraz məntiq qarışığı olan Amerikansayağı test tipidir. Nümunə testlərə və həllərinə bu videoda baxa bilərsiz. Videonu İzlə

Əgər suallarınıza cavab tapa bilmədizsə aşağıdakı qutulara günün 24 saatı suallarınızı yaza bilərsiniz. Ən qısa zamanda cavablandırılacaq. (Gördüz cavablandırılmır elə bu saytdan Magistr OL-un əlaqə vasitələrin tapın onlara yazın. Düşünməyin ki bezdirirsiz əksinə bizə xoşdur. Cavab gecikəndə isə bütün hirsinizi üstümüzə tökməyin, yazan çox olur başa düşün Lütfən. gec olsun güc olsun )))

Hə Bir Də Yeri Gəlmişkən Magistr OL Tədris Mərkəzinin Əlaqə Nömrələri (070/055/050) 662-37-57 nömrələrin vatsapları da aktivdir. Günün 24 saatı yaza bilərsiniz.

Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün Buradan BAX»

Magistratura Haqqında Ən Çox Verilən Suallar
İnformatikadan Qızıl Kimi Qaydalar
Magistraturaya hansı kursda hazırlaşım? İmtahanda necə yazım ki balım yüksək olsun?
Magistr OL Təqaüdü
İnformatika Qısa Kurs
İnformatikadan Onlayn Kitab
Word 2010 Super Bir PDF Kitab
Izahlı Məntiq Testləri
Məntiqdən Möhtəşəm Video Dərslər
İnformatika TEST BANKI + doğru cavablar Magistratura Materialları

19 comments:

Salam. Dersleriniz ve cavablariniz ucun cox tesekkurler. Cox komek olur. Men amma fransiz dili haqqda hec ne tapa bilmirem. Hansi derslikden hazirlasmaliyam? Mumkunse cavablandirardiz Reply Delete

Comments are closed, but trackbacks and pingbacks are open.