Press "Enter" to skip to content

Madrid prinsipləri

“Mənim kiminsə fikirlərini şərh etməyim düzgün deyil və belə formatda danışmaq istəmirəm. Məncə, fikrə fikir bildirmək düzgün deyil”.

Azərbaycan Prezidenti: “Biz baza prinsiplərinə sadiqik”

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, çünki bu prinsiplər bizim maraqlarımıza cavab verir: “Zatən Ermənistan bu prinsipləri artıq qəbul etmədiyi haqda açıqlama vermişdi. Mənə verilən məlumata görə, Ermənistan Baş naziri dünən, yaxud ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu, onlar üçün məqbul deyil. Yəni kim danışıqlar prosesini pozur-Ermənistan. Biz indi torpaqlarımızı azad edirik, biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərdə mövcud olan binalara sancırıq. Biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Biz baza prinsiplərinə sadiqik. Orada da siz dediyiniz kimi göstərilib – 5 rayon 1-ci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcək statusu ilə bağlı söhbət aparılacaq. Azərbaycanlı məcburi köçkünləri Dağlıq Qarabağa qayıtmalıdır, o cümlədən Şuşaya qayıtmalıdırlar. Çünki Şuşanın əhalisinin 98%-i azərbaycanlılar idi. Xankəndiyə qayıtmalıdırlar. Və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, necə ki, başqa şəhərlərdə – erməni və azərbaycanlı əhalisi orada da bir yerdə yaşayacaq. Bizim mövqeyimiz budur. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, necə ki, bunu etdilər. Ondan sonra azərbaycanlılara qayıtmağa imkan verməmək, orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə bir etmək, azərbaycanlıların mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Onların yanaşması budur, bizim yanaşmamızsa budur”.

Madrid prinsipləri

Qarabağ nizamlanması üzrə «Madrid prinsipləri»nin yenilənmiş variantı birinci mərhələdə Azərbaycan ərazilərinin 5+1 düsturu üzrə azad edilməsini nəzərdə tutur. Bu barədə martın 15-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «Turan» agentliyinin sualına cavab verərkən bildirib.

«Praqa prosesi» münaqişənin mərhələli həllini nəzərdə tutur, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən ilin sonlarında tərəflərə təqdim etdiyi «Madrid prinsipləri»nin yenilənmiş variantında əksini tapıb, deyə Məmmədyarov Slovakiyanın Xarici İşlər naziri ilə danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bildirib.

Birinci mərhələdə Ermənistanın işğal etdiyi 5 rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını, həmçinin Laçın rayonunun 13 kəndini azad etməsi nəzərdə tutulur.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, doğma yurdlarına qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək.

Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.

Bu zaman Dağlıq Qarabağa, məsələn, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilə bilər.

Məmmədyarov hesab edir ki, Ermənistanın Azərbaycan ərazisindən qoşunlarını çıxarmaqla bağlı ardıcıl addımları region üçün yeni iqtisadi və siyasi imkanlar aça bilər. “Ərazilərin işğaldan azad edilməsi hərbi ritorikanı da aradan qaldıra bilər”,- deyə nazir bildirib.

Ermənistan bu variantla razılaşmasa necə olacaq? Bu suala cavabında E.Məmmədyarov deyib ki, əvvəlcədən bu məsələ ilə bağlı şərh vermək çətindir. Eyni zamanda, «Madrid prinsipləri»nin qəbul edilməsi münaqişənin nizamlanması üzrə böyük sazişin hazırlanması üçün imkanlar açardır.

“Madrid prinsipləri” qayıdır? – “Qarabağ məsələsində Azərbaycana təzyiqlər var”

“Məncə, Fəzail İbrahimlinin “dünya bizi “Madrid prinsipləri” ilə işləməyə məcbur edir” fikrinə onun özündən münasibət öyrənsəniz, daha yaxşı olar. Amma ümumi götürsək, Qarabağla bağlı məsələlərdə, əlbəttə, təzyiqlər var. Brüsseldə görüşlər oldu, ümumi razılıq əldə olundu, Baş nazir Paşinyan cənab Prezidentin 5 maddəlik təklfini qəbul etdi, amma İrəvana gəldi və tamamilə başqa şeylər danışdı”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin sələndirdiyi məlum fikirlərə, habelə Madrid prinsiplərinin yenidən canlanması ehtimalına şərh verib.

Millət vəkili hesab edir ki, nə qədər ki Rusiya sülhməramlıları Qarabağdadır və Rusiya-Ukrayna müharibəsi tam axıra çatmayıb, bu məsələ öz müsbət həllini hələ tapmayacaq:

“Əlbəttə ki, ərazi bizimdir və 40 gündən çoxdur ki, bizim ekofəallar çalışırlar, amma monitorinq aparmağa imkan vermirlər hələ. Problem çoxdur. Məsələn, Laçın dəhlizində mütləq gömrük xidmətimiz olmalıdır ki, oradan nə daşınır, nə aparılır, bilək”.

“Amma ümumi prinsip budur ki, Brüsseldə dəfələrlə görüşlər oldu və bu görüşlərin hamısı Azərbaycanın xeyrinə həll edildi. Lakin indi Rusiya-Ukrayna müharibəsində problemlər ki yaşanır, ümid edirəm, Ukrayna ərazi bütövlüyünü bərpa edəndən sonra bu məsələlər öz həllini tapacaq. Amma maneələr hiss olunur. Fransa və İranın etdikləri gizli deyil, göz qabağındadır”, – söyəyib.

Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov isə bəyan edib ki, o, Madrid prinsiplərinin yenidən canlanması və bunun təklif olunması fikri ilə razı deyil:

“Yaxşı olardı ki, Fəzail bəy fikirlərini daha da açıqlayardı.

Madrid prinsiplərinə gəldikdə isə artıq status-kvo dəyişib və Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu status-kvoya qayıtmaq mümkün deyil. İndi həm Praqa danışıqlarında, həm Soçidə, həm də digər yerlərdə “Madrid prinispləri”ni yada salan yoxdur və bu mövzular gündəmdə deyil”.

Eks-nazir əlavə şərh vermək istəməyib:

“Mənim kiminsə fikirlərini şərh etməyim düzgün deyil və belə formatda danışmaq istəmirəm. Məncə, fikrə fikir bildirmək düzgün deyil”.

Rafi MÜSLÜMOV

Comments are closed, but trackbacks and pingbacks are open.