Press "Enter" to skip to content

Son xəbərlər

“Ordubad qayğanağının qiyməti Naxçıvanda 30, Bakıda isə 50 manatadır”. Bunu Baku TV-yə zəngin mətbəxi ilə seçilən Ordubadın məşhur yeməyinin hazırlanmasından danışan Kəmalə İmanova deyib. O, Ordubad qayğanağının düzgün hazırlanma qaydasını göstərib. Ətraflı süjeti təqdim edirik:

Bakı Forumu: “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda panel iclası keçirilib

Bakı Forumu: “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda panel iclası keçirilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

10 Mart , 2023 15:48

https://static.report.az/photo/733f79c0-356b-37d6-bc94-ef3ae26cb6e5.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir. “Report”un xəbərinə görə, Forum çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda növbəti panel iclası keçirilib. 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, “Fortescue Metals” və Fortescue Future Industries” şirkətlərinin direktorlar şurası; Quldarlığın Müasir Formalarının Aradan Qaldırılması üzrə Qlobal Fondun Şura sədri, “ExxonMobil” şirkətinin keçmiş vitse-prezidenti Cin Baderşnayder, 2008, 2015-2017-ci illərdə Rumıniyanın xarici işlər naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin (PERMİS) Baş katibi Lazar Komanesku, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, 2014-2015-ci illərdə Qırğızıstanın Baş naziri Coomart Otorbayev, Tacikistan Respublikasının nəqliyyat naziri Azim Ibrohim, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini; Rumıniya parlamentinin üzvü Ana Birçall, ATƏT-in fəaliyyətdə olan sədrinin uzun sürən münaqişələr üzrə xüsusi nümayəndəsi; Şanxay Əməkdaşlıq Təşkilatının 2007-2009-cu illərdə baş katibi Bolat Nurqaliyev çıxış ediblər. Panel iclasında çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan yeni enerji dəhlizlərini qurmağa çalışır: “Bu layihələrin icrası üçün lazımi şəraiti yaratmağa çalışırıq”. Onun sözlərinə görə, İpək yolu marşrutu bağlandıqda bu, artıq iqtisadiyyatlara təsir göstərdi və onlar zəiflədi: “Bugünkü vəziyyət o vaxtdan heç də fərqlənmir. Azərbaycanın məqsədi təhlükəsiz enerji resurslarını bölgəmiz və digər ölkələr üçün təmin etməkdir. Bizim bir neçə layihələrimiz var. Onlar partyonlarımızla birgə icra ediləcək”. Daha sonra çıxış edən Bolqarıstanın keçmiş xarici işlər naziri Ekaterina Zaharieva isə Azərbaycanın gələcək planlarını öyrənməyin lazım olduğunu söyləyib: “Çünki Azərbaycan təkcə qaz və neftə sərmaye qoymur. Onlar bərpaolunan enerjiyə də böyük sərmaye qoyur. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq gözəl nəticələr verir”. 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, Rumıniya parlamentinin üzvü Ana Birçall vurğulayıb ki, Prezident İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz ölkəsini və Avropanı xilas edib: “Bu qış Azərbaycan bizə dəstək olmasaydı nə edərdik?” Rumıniya parlamentinin üzvü Şuşada üç dəfə olduğunu deyib: “Orada quruculuq işləri gedir. Şuşada bərpaolunan enerjidən istifadə olunacaq. Avropa İttifaqı Azərbaycanın təcrübəsindən öyrənməlidir”. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vurğulayıb ki, ötən il Azərbaycan ərazisindən keçən yüklər artıb. Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat yollarının inkişaf etməsi əsas prioritetlərdəndir: “Şərqlə Qərb, Şimalla Cənub arasında müxtəlif enerji kanalları var. Keçən il Azərbaycan ərazisindən keçən yüklər artıb. Biz Gürcüstan və Qazaxıstanla birgə işləyirik. Hər kəsi əmin etmək istəyirik ki, artan tələbat düzgün şəkildə qarşılanacaq”. Nazir azad edilən ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizləri, həyata keçirilən işlər barədə də panel iştirakçılarını məlumatlandırıb. Panel iclası çıxışlarla davam etdirilib.

Son xəbərlər

Braziliya millisi və Fransanın PSJ klubunun futbolçusu Neymar sağ dizindən əməliyyat olunub. xəbər verir ki, bu barədə “L Equipe” nəşri məlumat yayıb. 31 yaşlı hücumçunun cərrahi əməliyyatı Qətərin paytaxtı Dohadakı klinikalardan birində baş tutub. Braziliya millisinin kapitanının 3-4 ayda

İngiltərə kralı Çarlz qardaşına “Edinburq hersoqu” titulunu verib

İngiltərə kralı II Çarlz 2021-ci ildə vəfat edən atasının “Edinburq hersoqu” titulunu qardaşı Uesseks və Forfar Qrafı Şahzadə Edvarda verib. xəbər verir ki, Bukingem Sarayı Şahzadə Edvarda 59 illik yubileyi münasibətilə böyük qardaşı Kral Çarlz tərəfindən “Edinburq hersoqu” titulunu

Yük maşını qəza etdi: 7 ölü – VİDEO

Türkiyənin Malatya şəhərində yük maşını aşıb. xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Faktla bağlı polis araşdırmalara başlayıb. Hadisə yerindən olan görüntüləri təqdim edirik:

Türkiyədə zəlzələ anı belə görüntüləndi-VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kayseri şəhərində zəlzələ baş verib. xəbər verir ki, zəlzələnin 4.8 bal gücündə olduğu bildirilib. Zəlzələ zamanı mağazaların birində təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Görüntülərə əsasən, rəflərdə olan məhsullar yerə tökülüb. Hadisə yerində

İran Nizami Gəncəvini niyə mənimsəmək istəyir? – VİDEO

İran hakimiyyəti xüsusən son iki ildə özünün anti-Azərbaycan siyasəti kontekstində Nizaminin fars şairi olduğunu sübut etmək üçün geniş kampaniya aparmaqdadır. Bu kampaniya çərçivəsində təkcə paytaxtda və iri şəhərlərdə deyil, ölkənin bütün əyalətlərində Nizami tədbirləri keçirilir və şairin İrana məxsu

Mahsun da Bakı konsertinin gəlirini zərərçəkənlərə bağışlayacaq

17 il sonra ilk dəfə Bakıda konsert verməyə hazırlaşan məşhur türk müğənni Mahsun Kırmızıgül xeyirxah addımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi tədbirdən əldə edilən bütün gəliri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlər üçün bağışlayacağını açıqlayıb. Bu haqda Mahsun sosial şəbəkə hesabınd

Bakıda güllələnən şəxsin qardaşı danışdı – VİDEO

Bu gün Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident yaşanıb, nəticədə 2 nəfər yaralanıb. xəbər verir ki, hadisə zamanı yaralalanlardan birinin qardaşı hadisə haqqında danışıb. O bildirib ki, hadisə qardaşı yolu keçən zaman baş verib:. “Kimin vurduğunu bilmirəm. Atəş açan şəxslə aralarınd

Qabonda bərənin batması nəticəsində 2 nəfər ölüb

Qabonun paytaxtı Librevil sahillərində bərənin batması nəticəsində ən azı 2 nəfər həyatını itirib, 28 nəfər isə itkin düşüb. xəbər verir ki, içərisində 151 nəfərin olduğu Royal Cost Marine şirkətinə məxsus bərə naməlum səbəblərdən Librevil sahillərində batıb. Bərədə olan 1-i uşaq olmaqla 2 nəfər həla

DTX: “Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb”

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətini

“Dini sahədə proseslər ciddi təhlil olunmalı operativ qərarlar qəbul edilməlidir”-DEPUTAT

“Son günlər Azərbaycan cəmiyyətində Hacı Şahinin dəfnindəki qələbəlik, onun cəmiyyət arasında nüfuzunun yüksək olması geniş müzakirə olunmaqdadır. Qeyd etmək lazımdır ki, Hacı Şahinin cəmiyyətin müxtəlif təbəqələrinin nüfuzunu qazanmasının səbəblərindən biri onun əksər din xadimlərindən və bu sahəd

Dini Komitə: “”Məşədi Dadaş” məscidinə din xadimi təyin olunmayıb”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə rəsmi din xadimi təyin olunmayıb”. Bu barədə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda xatırladılıb ki, “Dini etiqad azadlığ

Bugünkü atışmanın görüntüləri yayıldı – ANBAAN VİDEO

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident baş verib, hadisə nəticəsində iki nəfər güllə yarası alıb. silahlı insidentin görüntülərini təqdim edir:

Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu vəfat edib. -ın məlumatına görə, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Fakt üzrə Gəncə hərbi prokurorluğund

Azyaşlı uşağa sahibsiz heyvan hücum etdi-VİDEO

Hindistanın Uttar Pradeş əyalətində evinin qarşısında oynuyan 4 yaşlı uşaq heyvan hücumuna məruz qalıb. xəbər verir ki, sahibsiz öküz azyaşlıya hücum edərək üzündən və boynundan yaralayıb. Azyaşlının qışqırıq səsinə gələn babası onu xilas edib. Hadisə nəticəsində yaralanan uşağın səhhətinin yaxşı olduğ

İmran Xan yenidən həbs oluna bilər

Pakistanın Bəlucistan əyalətinin Kvetta rayon məhkəməsi ölkənin keçmiş baş naziri və müxalif Ədalət Naminə Hərəkat Partiyasının sədri İmran Xana qarşı zaminə buraxılmadan həbs qərarı verib. Məlumata görə, məhkəmə “Xanın tutularaq məhkəməyə təqdim edilməsi”ni hökm edib. Martın 6-da Kvetta polis

Aİ ölkələri enerji istehlakını azaldacaq

Avropa İttifaqı (Aİ) qurumları 2020-ci ildəki istehlak hədəfi ilə müqayisədə 2030-cu ilə qədər Birlik daxilində yekun enerji istehlakını 11,7 faiz azaltmağa razılaşıblar. xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında enerji səmərəliliyinin tənzimlənməsinə dair danışıqlard

Lukaşenko edam fərmanı imzaladı

Belarus prezidenti Aleksandr Lukaşenko dövlətə xəyanət edən dövlət qulluqçularının edam və müxtəlif cəza növləri ilə bağlı müvafiq fərmanın müddətinin uzadılmasını nəzərdə tutan fərman imzalayıb. xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində qulluq edən dövlət qulluqçuları ilə bağl

Tehranda qaz partlayışı nəticəsində 5 nəfər öldü

İranın paytaxtı Tehran şəhərində yaşayış binasında qaz partlayışı olub. xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə Xidmətinin mətbuat katibi Cəlal Meleki açıqlama verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərdən 3 nəfərin qadın olduğu bildirilib. Partlayışda yaralananların hamısını

DİQQƏT! Bayramda şirniyyatları bu cür saxlayın – MÜTƏXƏSSİS DANIŞDI

“Şəkərbura və paxlava riskli, kremdən hazırlanmayan məhsullar olmadığı üçün bu cür məhsulların saxlanma müddəti uzundur”. Bu sözləri -a açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib. Onun sözlərinə görə, bu məhsulların saxlanma şəraiti elə olmalıdır ki, onların keyfiyyəti aşağı düşməsin:

Whatsapp Böyük Britaniyada qadağan edilə bilər

“Whatsapp” mesajlaşma proqramı “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə İngiltərədə qadağan oluna bilər. xəbər verir ki, Meta-nın WhatsApp rəhbəri Will Cathcart, İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən Onlayn Təhlükəsizlik Qanunu səbəbindən Whatsapp-ı qadağan edə biləcəyin

Çilidə tələbələrlə polis arasında toqquşma olub

Cənubi Amerika ölkəsi Çilidə təhsil şərtlərinə etiraz edən yüzlərlə tələbə təhlükəsizlik qüvvələri ilə toqquşub. xəbər verir ki, paytaxt Santyaqonun mərkəzində yürüş edən tələbə qrupları “kürək çantası” (moçilazo) adlandırdıqları nümayiş keçirib. Küçədə barrikada quran və molotof kokteyli ata

Traktorun qoşqusu su kanalına düşdü: 6 ölü – VİDEO

Pakistanın Pəncab əyalətində traktorun qoşqusu su kanalına düşüb. xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb. Traktor qoşqusunda 40 nəfərin olduğu bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralanan şəxslər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Dalğıcları

Tora həsr olunmuş ən qədim vikinq qızıl medalyonunu aşkar olundu

Alimlər Odin və Tor tanrılarına inamın mövcudluğunu göstərən ən qədim maddi sübut aşkar ediblər. Bu barədə Danimarka Milli Muzeyi məlumat yayıb. Aşkar edilmiş qızıl medalyonun eramızdan əvvəl 400-cü ilə aid olduğu bildirilir. Artefaktın üzərində yerli hökmdarı “Odinin adamı” kimi təsvir edə

Cənubi Koreyada havaya qalxmağa hazırlaşan təyyarədə güllə tapıldıqdan sonra sərnişinlər təxliyə edilib

Cənubi Koreyanın İnçon Beynəlxalq Hava Limanından qalxmağa hazırlaşan təyyarədə güllə aşkarlandıqdan sonra sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. xəbər verir ki, hava limanı polisinə Filippinin Manila şəhərinə gedən təyyarədə bir sərnişinin oturacağının altında güllə tapması barədə məlumat daxi

Türkiyə futbolunda qeyri-adi transfer: Maaş almayacaq, limitsiz xaş yeyəcək

Türkiyənin həvəskar komandalarından “Karabağlar” qeyri-adi transfer anlaşmasına imza atıb. “Cumhuriyet”in xəbərinə görə, klub 23 yaşlı qapıçı Kenan Gürsen Saata maaş verməyəcək. Əvəzində o, mövsüm ərzində klub prezidentinin restoranında limitsiz xaş yeyəcək. “Prezidentimizi

Zəlzələdə həlak olan Şahin Vəliyevin anası ürək dağladı – VİDEO

“Cavab verməyəcəyini bilə-bilə hər gün yarım qalan arzularımızdan yazıram”. Bu sözləri Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan Şahin Vəliyevin anası Esmira Hüseynova Baku TV-yə deyib. O qeyd edib ki, Türkiyədən başsağlığı üçün edilən zənglə oğlunun xeyirxah əməllərindən xəbər tutub

Naxçıvanda 50 manata satılan qayğanaq – VİDEO

“Ordubad qayğanağının qiyməti Naxçıvanda 30, Bakıda isə 50 manatadır”. Bunu Baku TV-yə zəngin mətbəxi ilə seçilən Ordubadın məşhur yeməyinin hazırlanmasından danışan Kəmalə İmanova deyib. O, Ordubad qayğanağının düzgün hazırlanma qaydasını göstərib. Ətraflı süjeti təqdim edirik:

Baş Prokurorluqdan açıqlama: Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər? – YENİLƏNİB

Baş Prokurorluq bağban işlədiyi evdə meyiti tapılan Vüsal Nəcəfovu qohumlarının öldürtməsinə dair yayılan xəbərlərə münasibət bildirib. Qurumdan -ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Vüsal Nəcəfovun martın 5-də Xəzər rayonunda yerləşən günəmuzd işlədiyi fərdi yaşayış evlərindən birinin hama

Son sutkada 4 nəfər koronavirusdan ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 4 nəfər vəfat edib

İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə xərc çəkməyəcəklər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcəklər

Comments are closed, but trackbacks and pingbacks are open.