Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan arasında ilk yerdədir
infoqrafika
Mdb ölkələri və azərbaycan
https://sputnik.az/20211005/infoqrafika-mdb-olkelerinde-pensiya-yashi-433876417.html
MDB ölkələrində pensiya yaşı
MDB ölkələrində pensiya yaşı
İndi Azərbaycanda orta ömür uzunluğu 71,4 yaşdır ki, bu da MDB ölkələri arasında müvafiq reytinq üzrə ən aşağı göstəricilərdən biridir. 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T11:00+0400
2021-10-05T11:00+0400
2021-10-05T11:00+0400
infoqrafika
/html/head/meta[@name=’og:title’]/@content
/html/head/meta[@name=’og:description’]/@content
Azərbaycan əhalisinin cəmi 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir və bu, kişilər üçün pensiyaya çıxma yaşının ən yüksək həddidir. Azərbaycanlı qadınlar hələlik 62,5 yaşa çatandan sonra pensiya almağa iddia edə bilərlər. Ancaq qarşıdakı illər ərzində hər altı aydan bir qadınlar üçün yaş həddi artırılaraq 65 yaşa çatdırılacaq.Altmış beş yaşa çatmış şəxslər isə həm sosial, həm də əmək pensiyasına iddia edə bilərlər.Hazırda ölkədə orta aylıq pensiyanın həcmi 213 dollardır. Bu baxımdan Azərbaycan MDB ölkələri arasında Qazaxıstan və Rusiyadan sonra üçüncü yerdə dayanır.İndi Azərbaycanda orta ömür uzunluğu 71,4 yaşdır. Bu, MDB ölkələri arasında müvafiq reytinq üzrə ən aşağı göstəricilərdən biridir.BMT-nin Əhali Fondunun proqnozlarına görə, yaxın illər ərzində Azərbaycanda pensiya yaşlı insanların sayı əhəmiyyətli dərəcədə artacaq və buna orta ömür uzunluğunun çoxalması səbəb olacaq.MDB ölkələrində əhalinin pensiya yaşı ilə bağlı daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.
Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan arasında ilk yerdədir
Azərbaycanda sosial təminat sisteminin daha da güçləndirilməsi, pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi 2023-cü ildə də prioritet olmaqda qalmaqdadır. Prezident İlham Əliyevin 2023-cü ilin ilk həftəsində sosial paketin dərinləşməsi ilə bağlı yeni sərəncamların imzalaması və minimum əməkhaqqının, pensiya, təqaüd və digər istiqamətlərdə artımın qeydə alınması ondan xəbər verir ki, Azərbaycan üçün sosial müdafiə sisteminin daha da təkminləşdirilməsi və bütövlükdə büdcədən sosial istiqamətlər üçün vəsaitlərin ayrılması 2023-cü ildə də əsas hədəflər sırasındadır.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat xatırladıb ki, bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətə 15,2 milyard manat vəsait ayrılacaq: “Bu büdcə xərclərinin təxminən 46 faizi deməkdir. Həm də o deməkdir ki, 2023-cü ildə büdcədən ayrılan hər 2 manatın təxminən 1 manatı sosial istiqamətə yönəldiləcək. Təbii ki, sosial paketdə pensiyaçıların sosial təminatının gücləndirilməsi əsas istiqamətlərdən biridir. Bir tərəfdən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər, digər tərəfdən vahid indeksasiya mexanizminin tətbiq edilməsi pensiya məbləğləri və artımlardan daha çox vətəndaşlarımızın istifadə etməsinə şərait yaratdı. Çünki nəticə etibarilə artımla, xüsusən vahid indeksasiya metoduna keçid nəticəsində artımlar bütün növ əmək pensiyası alanları əhatə edir”.
Vüqar Bayramov hesab edir ki, minimum pensiyada son illər 2,5 dəfə artımın qeydə alınması, mütəmadi olaraq minimum pensiyalarda olan artımların həyata keçirilməsi nəticəsində Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və
Gürcüstan üzrə sıralamada ilk yerini qoruyub saxlaya bilib: “Digər səbəb davamlı artımların həyata keçirilməsidir, çünki dövlətimizin başçısı da qeyd etdiyi kimi, əsas məqsəd ondan ibarətdir ki, artımlar davamlı olsun və növbəti illərdə də fərqli istiqamətdə sosial proqramların həyata keçirilməsinin nəzərdə tutulmasıdır. Bütün bunlar ondan xəbər verir ki, pensiyaçıların sosial təminatının gücləndirilməsi ilə bağlı fəaliyyətlər növbəti illərdə də davam edəcək və bütün bunlar Azərbaycanın MDB-də alıcılıq qabiliyyəti nəzərə almaqla pensiya məbləği baxımından mövqeyinin qorunub saxlanmasına və daha öndə olmasına imkan yaradır. Bu bir daha təsdiq edir ki, bütövlükdə sosial təminat eləcədə pensiyaçılarımızın sosial təminatının gücləndirilməsi Azərbaycan üçün prioritetdir və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas hədəfi məhz vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edir”.
Azərbaycan beynəlxalq aləmdə
Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.
MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.
Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.
Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.
MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır.
MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il oktyabrın 16-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak və çıxış etmişdir. O, çıxışında Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin bir parçası kimi oynadığı əhəmiyyətli rola toxunmuş, digər MDB dövlətlərini layihələrə qoşulmağa dəvət etmişdir.
MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda saxlamağı bacarmışdır.
14 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilib. Dövlət başçıları korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bu sənədə əsasən, MDB ölkələri korrupsiya ilə bağlı hüquqpozuntuları zamanı bir-birinə hüquqi yardım göstərəcək, operativ məlumatların, normativ sənədlərin mübadiləsini həyata keçirəcək, müvafiq proqramlar hazırlayacaq, kadrların hazırlanması və ixtisasının artırılmasını həyata keçirəcək.
MDB Dövlət Başçıları Şurası həmçinin 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramını təsdiqləyib.
Comments are closed, but trackbacks and pingbacks are open.