Press "Enter" to skip to content

JDƏR İSMAYILOV

Tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə himayədarlarının dəstəyi ilə dövlət quran və zaman-zaman ölkəmizə qarşı haqsız torpaq iddialarında bulunan nankor ermənilərin tariximizi saxtalaşdırmağa yönəlmiş fəaliyyətlərinin alt-üst edilməsində fədakar alimimiz Əjdər İsmayılovun son dərəcə müstəsna xidmətləri vardır. Onun erməni yalanları ilə bağlı apardığı tədqiqatlar tarixşünaslığımız üçün müstəsna əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün mükəmməl tarixi qaynaq kimi istifadə olunacaqdır. Alimin “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kimi elmi araşdırmalarının məhsulu olan bu əsərlər son dərəcə mühüm əhəmiyyətə malikdir. Həmin tədqiqat əsərləri bir daha ermənilərin yalan tarixlər uydurduğunu dünya tarixşünaslığına sübut edir və onların saxta bir tarix yazdıqlarını təsdiqləyir.

Azərbaycan Milli Elmlər Akademiyası

Ermənilərin saxta “Mesrop əlifbası” mifini darmadağın edən kitab çapdan çıxıb

Tanınmış filoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Nəşrin elmi redaktoru Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Qəzənfər Kazımov və İsmayıl Kazımovdur.

Kitabda Ə.Tağıoğlu çağdaş erməni tarixçilərinin və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadığı halda yunandilli keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi qələmə verdiklərini bildirir. Müəllif tarixi maddi sübutlar əsasında belə bir nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alim R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.

ƏJDƏR İSMAYILOV

Professor Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan

Professor Əjdər İsmayılov elmi əsərində kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə

Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” – professor Əjdər Tağıoğlu tərəfindən yazılmış, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi

Tanınmış professor Zəhranın qırxı ilə bağlı Prezidentə müraciət etdi Bu bir tarixi həqiqətdir ki, bir xalq keçmiş tarixini unudarsa,

TEST YAZI, TEST YAZI, TES TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST

TEST YAZI, TEST YAZI, TES TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST

TEST YAZI, TEST YAZI, TES TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST

TEST YAZI, TEST YAZI, TES TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST

TEST YAZI, TEST YAZI, TES TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST

TEST YAZI, TEST YAZI, TES TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST YAZI, TEST

Mesrop maştos lifba ixtiraçısı deyil fırıldaqçı anonim keşişdir

Mahmud ƏYYUBLU, xüsusi olaraq ONN üçün.

Minilliklərə söykənən Azərbaycan ədəbiyyatı özünün yetirdiyi dühaların qələmindən süzülən ölməz şah əsərləri ilə, həmin əsərlərdə yer alan bədii-fəlsəfi dünyagöşü və zəngin yaradıcılıq qabiliyyətilə dünya ədəbiyyatının zənginləşməsinə xidmət etmişdir. Həmin dühaların biri də ötən əsrdə yaşamış, Azərbaycanla yanaşı Turan coğrağiyasına və dünya ədəbiyyatına zəngin irs miras buraxan mütəfəkkir qələm sahibi Hüseyn Cavidin müstəsna yaradıcılığı zaman-zaman gələcək nəsilləri hər zaman düşündürəcək və onun ölməz yaradıcılığı haqqında qalaq-qalaq əsərlər yazılacaqdır. Heç şübhəsiz ki, onunla eyni bir əsrdə yaşayan, eyni bir ictimai-siyasi quruluşun haqsızlıqlarına etiraz edən, qələmi ilə onu ifşa edən və mənfur düşmənlərin yalanlarını dünyaya sübuta yetirən məhz professor Əjdər İsmayılov kimi tarixləşmiş bir ziyalımız Hüsyen Cavid irsini daha mükəmməl bilər, onun ürək ağrılarını daha yaxşı hiss edər və şairin bədii-fəlsəfi baxışlarını elmi müstəvidə daha yaxşı şərh edə bilər. Məhz elə buna görə də dəyərli alimimiz professor Əjdər İsmayılovun Hüseyn Cavid irsinin öyrənilməsi, araştırılması və tədqiqi yönümündə həyata keçirdiyi işlər və yazdığı əsərlər təqdirəlayiqdir. Professor Əjdər İsmayılovun Hüseyn Cavid yaradıcılığı haqqında qələmə aldığı “Dünya romantizm ənənəsı və Hüseyn Cavid”, “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kimi fundamental əsərlərlə yanaşı saysız məqalələri bir daha Əjdər müəllimin Hüseyn Cavid irsinin ən kamil bilicilərindən, tədqiqatçılarından birinin olduğunu təsdiq edir.

Əjdər Tağı oğlu İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində ziyalı ailəsində anadan olub. İlk təhsilini Çomaxtur kəndindəki 7 illik orta məktəbdə alıb. Əjdər İsmayılov tanınmış ictimai xadim Məşədi Mahmud İsmayılovun nəvəsi, istiqlalçı, partizan, “Qırmızı tabor”un komandirlərindən olan Tağı İsmayılovun oğlu, hidro-meliorator Həsən İsmayılovun qardaşıdır. Əjdər İsmayılovun atası Tağı İsmayılov zəmanəsinin tanınmış inqilabçısı və erməni quldurlarına qarşı amansız mübarizə aparmış partizan komandir, Nuru Paşanın ödül verdiyi sonralar Abasqulubəy Şadlinskinin komandanlığı altında Şərur – Dərələyəz, Vedibasar, Çanaxçı, Çüvə, Paşalı, Söylən, İstisu istiqamətlərində erməni – daşnaqlarına qarşı bir sıra qəhrəmanlıq nümunələri göstərmiş partizan komandirlərdən olub. Əjdər İsmayılov uşaqlıq illərindən kitaba və mütəliəyə böyük maraq göstərib. Bu maraq sonralar onun ədəbiyyat sahəsinə həvəs göstərməsinə gətirib çıxarır. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun Rejisorluq fakültəsində təhsil alaraq, rejisor Mehdi Məmmədov və aktyor Rza Təhmasibdən dərs alıb. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, “Şərq qapısı” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərib. O, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrinədək yüksəlib.

Ürəyində millət yanğısı olan, haqsızlığa qarşı hər zaman haqq səsini ucaldan professor Əjdər İsmayılovun elmi fəaliyyəti daha geniş diapazona malikdir. Belə ki, dəyərli alimimiz Əjdər İsmayılov Türk dünyasına, Türk tarixinə və Turan coğrafiyasına sidqi ürəkdən bağlı olan nadir şəxsiyyətlərimizdəndir. Belə ki, onun elmi araşdırmalarının və fəaliyyətinin bir hissəsi türk dünyası ilə – daha doğrusu türk xalqları ilə qırılmaz sürətdə bir-birinə bağlıdır. Professorun ağır əməyinin məhsulu olan “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” möhtəşəm əsəri məhz yuxarıda səsləndirdiyimiz fikirlərin ən mükəmməl təsdiqidir. Həmin əsər türk tarixi üçün mötəbər mənbələrdən birini təşkil edir. Xüsusilə qeyd edim ki, həmin əsər ABŞ Konqresi Kitabxanasının elektron kataloquna daxil edilmiş və dünyada istinad edilən elmi monoqrafiya kimi önərilən əsərdir.

Tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə himayədarlarının dəstəyi ilə dövlət quran və zaman-zaman ölkəmizə qarşı haqsız torpaq iddialarında bulunan nankor ermənilərin tariximizi saxtalaşdırmağa yönəlmiş fəaliyyətlərinin alt-üst edilməsində fədakar alimimiz Əjdər İsmayılovun son dərəcə müstəsna xidmətləri vardır. Onun erməni yalanları ilə bağlı apardığı tədqiqatlar tarixşünaslığımız üçün müstəsna əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün mükəmməl tarixi qaynaq kimi istifadə olunacaqdır. Alimin “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kimi elmi araşdırmalarının məhsulu olan bu əsərlər son dərəcə mühüm əhəmiyyətə malikdir. Həmin tədqiqat əsərləri bir daha ermənilərin yalan tarixlər uydurduğunu dünya tarixşünaslığına sübut edir və onların saxta bir tarix yazdıqlarını təsdiqləyir.

Professor Əjdər İsmayılov həmçinin müstəqil Azərbaycan dövlətinin ictimai həyatında da çox yaxından iştirak edən, tariximizə məşhur “91-lər” deyə düşən o möhtəşəm ziyalılarımızdan biri kimi xalqımızın ümumilli lideri Heydər Əliyevin daim yanında olmuş və dahi Azərbaycan oğlunun siyasi kursunu dəstəkləmişdir. Bir vətəndaş kim, xalqını sevən bir oğul olaraq o qanlı günlərdə (1988-ci illərdən başlanan hadisələr və Heydər Əliyevin hakimiyyətə gələnə qədər olan dövr) daim haqq səsini ucaltmış, düşmənə, düşmənlərə qarşı meydanlara çıxmış və hətta əli silahlı düşmənlədə qarşılaşaraq ölmün üzünə dik baxmışdır. Həmin illərdə Naxçıvanda olan hadisələrdə yaxından iştirak edərək ümumilli liderimizin hakimiyyətə gəlişini sona kimi dəstəkləmişdir.

Xalq üçün çalışanları, xalq üçün yazanları həqiqətən nə xalq, nə də tarix unudur. Məhz professor Əjdər İsmayılovda belə ziyalılarımızdan biridir. Onun zəngin irsi, ictimai fəaliyyəti haqqında dəyərli qələm sahiblərimiz, tanınmış şəxslər fikirlər söyləmiş və məqalələr yazmışlar. Haqlı olaraq AMEA-nın muxbir üzvü Vəli Əliyev yazır “…ədəbiyyat sahibi Əjdər İsmayılov elm fədaisi olan alimlərdəndir”. Professor Qəzənfər Kazımov isə yazır: “”Axır ki, türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlu İsmayılovun çox böyük zəhmətin nəticəsində meydana gətirdiyi “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabıdır.” Heç şübhəsiz ki, indən sonra gələcək nəsillər bu fədakar alimin yaradıcılıq və fəaliyyəti haqqında geniş səpkidə araşdırmalar apararaq əsərlər yazacaqlar.

Burada qısada olsa bir haşiyəyə çıxmaq istərdim. Bir gün professor Əjdər müəllimdən müsahibə almaq üçün onunla görüşmək qərarına gəldim və bu qocaman elm insanı ilə canlı ünsiyyətim baş tutdu. Həqiqətən nə qədər həyəcanlı olsam da bir o qədər sevinirdim. Onun mənə hədiyyə etdiyi “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı stolüstü kitabıma çevrildi və əsəri qısa zaman çərçivəsində maraqla mütaliə etdim. Professorla tanışlığımız məndə xoş təəssürat yaratdı və onun gənclərə xüsusilə də elmə meyilli cavanlara olan isti münasibətini gördükcə ürəyim şadlandı. Əjdər müəllimin necə də mehriban və müdrik insan olduğunu ünsiyyətimiz əsnasında daha da yaxşı başa düşdüm. Olduqca ürəyində millət sevgisi olan bir dəyərli ziyalımız kimi onun sevgisi ömrün müddətində heç vaxt yaddaşımdan silinməyəcək.

Əziz oxucu, artıq professor Əjdər İsmayılov ömrünün 81-ci ilinə qədəm qoyur və gözəl ziyalımızın bu qədəmləri mübarək olsun. Bu kiçik yazımla böyük qələm sahibini səmimi qəlbdən təbrik edirəm, yaradıcılığında və şəxsi həyatında uğurlar arzulayıram.

Mahmud Əyyublu

Comments are closed, but trackbacks and pingbacks are open.